Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-258/2020 12.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1998-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Zəngilan rayonu, Vejnəli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-park yaşayış kompleksi, bina 7, mənzil 66 ünvanında yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Qobu-Park yaşayış kompleksi, Zəngilan rayonu 20 nömrəli tam orta məktəbin qarşısındakı uşaq parkının yanında tanışı Şahid2 ilə mübahisə eləməsi səbəbindən Zərərçəkmiş şəxs ilə aralarında mübahisə yaranmış, yaranmış münaqişə zamanı kompleksin yuxarı hissəsindən onların yanına gələn Zərərçəkmiş şəxs qardaşı Şahid1 qardaşına köməyə gəlməsini düşünüb heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə cibindən çıxartdığı mətbəx bıçağı ilə qəsdən Zərərçəkmiş şəxs sağ qolunun iç hissəsindən bir dəfə vuraraq sonuncuya sağ bazu arteriyasının hissəvi və orta sinirin tam kəsilməsi, sağ əlin İİ-İİİ barmaqların hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazunun bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan az ağır xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Ölkədə karantin rejimi elan edilməmişdən əvvəl fərdi qaydada tikintidə günə muzd fəhlə işləmişdir. Son bir neçə aydır ki, heç bir işlə məşğul olmur. Lökbatan qəsəbəsində məcburi köçkünlərin yaşadığı Qobu- Park yaşayış kompleksində yaşayır. Həmin kompleksdə yaşayan Elvira adlı qızla təxminən 1 il müddətində yaxınlıq münasibəti olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Qobu-Park 2 yaşayış kompleksində yerləşən “Bonus” adlı marketin qarşısında dostu Ceyhun onu gözləyirmiş ki, birlikdə şəhərə getsinlər. O da binaların arası ilə Ceyhunun yanına gedən zaman qarşısında Elviranın getdiyini görüb Elviraya zəng etmişdir. Aralarında təxminən 100 metr məsafə olmuşdur. Elvira ilə üzbəüz gəlirmişlər. Lakin Elvira onun zənginə cavab verməmişdir. O biraz sürətli addımlarla gedib Elviraya çatmışdır. Elvira ilə aralarında mübahisə yaranmışdır. O, Elviraya demişdir ki, “sənə zəng vururam niyə zəngimə baxmırsan?”. Elvira da ona “yaxşı eləyirəm, baxmıram” deyib yoluna davam eləmişdir. O da Ceyhun ilə şəhərə getmək istədiyi zaman əvvəllər tanımadığı bir nəfər arxadan onu səsləyərək çağırmışdır. O da arxaya çevrilib həmin şəxsə tərəf dayanmışdır. Həmin qara saçlı Qobu-Park yaşayış kompleksində usta kimi üzdən tanıdığı oğlan ona demişdir ki, “sən niyə qızla kobud danışdın?”. O da həmin cavan oğlana demişdir ki, “sənlik deyil, sən kimsən ki?, get işinlə məşğul ol”. Daha sonra həmin oğlan ona tərəf gəlib qolundan tutub ona demişdir ki, “bura gəl, mənə izah et ki, sən niyə qızla elə danışırdın”. Həmin şəxs yəni adının sonradan bildiyi İlqar ondan əl çəkməmişdir ki, “sən mənə izah eləməlisən ki, niyə görə o qızla elə danışırdın”. İlqarın ondan əl çəkmədiyi üçün o İlqarla biraz yan-yana getmişdir. İlqar ilə bir neçə addım gedəndən sonra İlqarın qardaşı, adını sonradan bildiyi Ceyhun adlı şəxsin onların yanına yuxarı tərəfdən gəldiyini görmüşdür. O görmüşdür ki, İlqar qardaşı Ceyhunu onun üstünə çağırır. O, İlqar ilə Ceyhunun onu döyəcəyindən qorxub üstündə olan mətbəx bıçağını çıxarıb İlqarı vurmuşdur. Bıçaq İlqarın sağ qolunun yuxarısını kəsmişdir. İlqardan qan axdığını görüb özünü itirmiş, həmin vaxt İlqarın qardaşı Ceyhun onun üstünə gəlmiş, Ceyhun bədəncə ondan böyük olduğu üçün qorxub bir neçə dəfə bıçaqla Ceyhuna zərbələr atmışdır. Lakin Ceyhuna atdığı zərbələr Ceyhuna batmamış, sadəcə olaraq dərinin üstündən cızmışdır. İlqarın qolundan qan axdığını görüb qorxub qaçmışdır. Həmin vaxt onun yanında dostu Ceyhun da dayanmışdır. Ceyhun da qorxub onunla birlikdə qaçmışdır. Onlar Qobu-Park yaşayış kompleksində bir taksiyə əyləşib şəhərə getmişlər. Bir neçə saat şəhərdə İnşaatçılar metro stansiyasının yaxınlığında gəzdikdən sonra atası Polad onunla telefon əlaqəsi saxlayıb harada olduğunu soruşmuşdur. O da olduğu yeri atasına demişdir. Atası ona Lökbatan qəsəbəsinə gəlib birlikdə polis bölməsinə getmələrini demişdir. O da dostu Ceyhunla birlikdə Lökbatan qəsəbəsinə qayıtmış, atası ilə birlikdə 10-cu Polis bölməsinə getmişlər. Təhqiqatçı onların izahatını alıb buraxmışdır. Daha sonra xx.xx.2020-ci il tarixdə 10-cu Polis bölməsinin təhqiqatçısı onları polis bölməsinə çağırmışdır. O hadisə vaxtı üzərində olan bıçağı təhqiqatçıya təqdim etmişdir. Onları polis bölməsindən polis idarəsinə aparmışlar. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, törətdiyi əməldən çox peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Odur ki, məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə yaşayır. Təxminən 2 il olar ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün inşa edilən Qobu- Park yaşayış kompleksində usta işləyir. Hal-hazırda Qobu-Park yaşayış kompleksində qardaşı Şahid1 yanında işləyir. Qobu-Park yaşayış kompleksində demək olar ki, heç kimi tanımır. Hər gün səhər işinə gedib, axşam da evinə qayıdır. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Qobu-Park yaşayış kompleksində binaların arasında əvvəllər tanımadığı bir nəfər sarı saçlı cavan oğlanın bir cavan qızla mübahisə elədiyini görmüşdür. O elə düşünmüşdür ki, həmin cavan oğlan qızı vuracaq, ona görə də o həmin cavan qız ilə oğlana yaxınlaşana qədər qız həmin oğlandan aralanıb getmişdir. O da adının sonradan Nurlan olduğunu bildiyi cavan oğlana yaxınlaşmışdır. Nurlan cavan qızla mübahisə edən zaman yanında bir nəfər cavan oğlan da dayanmışdır. O, Nurlana yaxınlaşıb demişdir ki, “sən niyə o qızla qışqıra-qışqıra danışırdın?”. Nurlan da ona cavabında “sənə nə var?, sən kimsən?, o qızı tanıyırsan sən?” demişdir. O da Nurlana qızı tanımadığını, lakin qızla niyə yüksək səslə danışmağına izah verməyini tələb eləmişdir. Nurlan ona “get işinlə məşğul ol, sənnik deyil” dedi. Lakin o Nurlandan əl çəkməyib Nurlanı bir kənara dəvət etmişdir. Nurlanın yanında olan adını sonradan Ceyhun olduğunu bildiyi şəxs də onlarla birlikdə gəlmişdir. Həmin vaxt qardaşı Şahid1 binaların arası ilə yuxarıdan gəlirmiş. Onlar bir neçə addım yan-yana gedən zaman Nurlan qəflətən bıçaqla ona tərəf zərbə vurmuşdur. O qorxub arxaya çəkilən zaman bıçaq onun sağ qolunun dirsəkdən yuxarı iç hissəsini kəsmişdir. O qan axdığını görüb qışqırmışdır. Həmin vaxt qardaşı Ceyhun da onlara çatırmış. Qolu kəsiləndən sonra o özünü itirmişdir. Daha sonra nə baş verdiklərindən xəbəri olmamışdır. Bir də ayılıb özünə gələndə artıq xəstəxanada olmuşdur. Orada polis əməkdaşları ondan şifahi olaraq nə baş verdiyini soruşmuşlar. O da hadisə barəsində nə dediyini xatırlamır, çünki o ayılanda özündə olmamış, hələ də nə baş verdiyini, xəstəxanada niyə olduğunu dərk etməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o nənəsi Elmira Əhmədova ilə birlikdə yaşayır. Təxminən 2 il olar ki, Qaradağ rayonu, Lökbatan qəsəbəsində inşa edilmiş Qobu-Park yaşayış kompleksinə köçmüşlər və orada yaşayırlar. Hal-hazırda valideynləri bir-birilərindən boşandıqları üçün ayrı yaşayırlar, o da ona görə nənəsinin yanında yaşayır. Təqsirləndirilən şəxs Qobu-Park yaşayış kompleksinə köçən vaxtdan tanıyır, lakin 1 il 4 ay olar ki, bir-biriləri ilə yaxın sevgili münasibətində olmuşlar. Lakin onların aralarında tez-tez mübahisələr olurdu deyə münasibətləri soyumuşdur. Sonuncu dəfə xx.xx.2020-ci il tarixdə saat 17 radələrində o yaşayış kompleksində işə getdiyi zaman Nurlan onun mobil telefonuna zəng etmiş, lakin o Nurlanın zənginə cavab verməmişdir. Onların aralarındakı münasibətlər soyuduğundan o Nurlanın zəngini açmamışdır. O işə getdiyi vaxt kompleksdə yerləşən “Bonus” marketin qarşısında Nurlan qarşısına çıxmış, həmin vaxt Nurlan onun üstünə qışqıraraq deyirmiş ki, “niyə mənim zəngimə cavab vermirsən”. O da Nurlana demişdir ki, “yaxşı eləyirəm zəngini açmıram”. Nurlan da onun bu sözündən daha da əsəbləşib deyirmiş ki, “sən mənimlə belə danışa bilmərsən”. O da Nurlana demiş ki, “səninlə qutardı, biz ayrılırıq, daha səninlə danışmaq istəmirəm”. Bundan sonra o oradan aralaşıb işə getmişdir. Daha sonra kompleksdə baş verənlərdən onun heç bir məlumatı olmamışdır. Axşam saatlarında işdən evə qayıdarkən Nurlanın atası Polad ona zəng vurub demişdir ki, “Nurlan kimisə bıçaqla vurub”. Polad demişdir ki, “Nurlanı tapıb aparıb polisə təslim edəcəm”. O da demişdir ki, “gözləyin mən gəlim danışaq”. Polad demişdir ki, “danışılası bir şey yoxdur, aparıb polisə təslim edəcəm”. Həmin vaxt Nurlanın telefonuna zəng etsə də Nurlanın telefonu bağlı olduğundan Nurlanla danışa bilməmişdir. Daha sonra onu 10-cu polis bölməsindən çağırmışlar, həmin gün gec olduğundan o sabahı günü yəni, xx.xx.2020-ci il tarixdə səhər saatlarında 10-cu polis bölməsinə gedib izahat yazmışdır. Nurlanın nə zaman, kimi, harda bıçaqla xəsarət yetirməsindən, baş vermiş dava-dalaşdan heç bir məlumatı olmamışdır. O öz ifadəsində əlavə olaraq göstərmişdir ki, Nurlan ilə sözlə mübahisə etmiş, onların aralarında başqa heç nə olmamışdır. Nurlan onu nalayiq ifadələrlə söyüb təhqir etməmiş, Nurlan ona əl qaldırmamışdır. Nurlan ilə onun arasında mübahisə baş verən zaman onların yanında Nurlanın dostu Ceyhun olmuş, başqa heç kim olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ölkədə karantin rejimi elan edilməmişdən əvvəl fərdi qaydada avtomobil parkinq yerlərində işləmişdir. Hal-hazırda heç bir işlə məşğul olmur. Təqsirləndirilən şəxs təxminən 2 il olar ki, Qobu-Park yaşayış kompleksinə köçən vaxtdan tanıyır. Münasibətləri yaxşı olmuşdur. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində Qobu-Park 2 yaşayış kompleksində yerləşən uşaq parkı deyilən parkın yaxınlığında dayanıb Nurlanı gözləyirmiş. O Nurlan ilə şəhərə getməli imiş. Bu zaman Nurlanın yaxın münasibətdə olduğu Elvira adlı qız ilə birlikdə gəldiyini görüb Nurlan və Elviraya yaxınlaşmışdır. Onlar 11-ci bina ilə 12-ci binanın arasında olan zaman Nurlan ilə Elvira arasında mübahisə yaranmış, Nurlan Elviranın üstünə qışqırmağa başlamışdır. Mübahisə zamanı Nurlan Elviraya deyirmiş ki, “niyə mənim zəngimi açmırsan?”. Elvira Nurlana “yaxşı eləyirəm” deyib çıxıb getmişdir. Elvira gedəndən sonra onlar da yollarına davam edib şəhərə getmək üçün kompleksin içərisində olan məktəbin qarşısında yerləşən uşaq parkının yanına çatan zaman bir nəfər tanımadıqları şəxs Nurlanı səsləyib çağırmış, onlar da dayanmış, həmin şəxs onlara yaxınlaşıb Nurlana demiş ki, “niyə qızın üstünə qışqırırdın?”. Nurlan da həmin şəxsə demişdir ki, “yaxşı eləyib qışqırıram, o qız mənim tanışımdır, sən kimsən ki, mənim söhbətimə qarışırsan?”. Adının sonradan İlqar olduğunu bildiyi şəxs Nurlana demişdir ki, “gəl gedək, sən mənə izah etməlisən ki, niyə qızın üstünə qışqırırsan”. Nurlan İlqara demişdir ki, “sənə nə qalıb mən qızla necə danışıram”. İlqar Nurlandan əl çəkməmiş Nurlana demişdir ki, “sən mənə izah etməlisən ki, niyə qızla elə danışırdın”. Onlar biraz getmişdir ki, Nurlan qələtən cibindən bıçaq çıxarıb İlqarın sağ qolundan vurmuşdur. Nurlan həmin vaxt İlqarın sağ tərəfi ilə getdiyi üçün bıçaqla İlqarın sağ qolundan vurmuşdur. Həmin vaxt Nurlanın üstünə bir nəfər adının sonradan Ceyhun olduğunu bildiyi şəxs gəlmiş, Nurlan Ceyhunun da üstünə bıçaqla zərbələr atırmış. Sonradan bilmişdir ki, Nurlanın üstünə qaçaraq gələn Ceyhun İlqarın qardaşıdır. Münaqişə zamanı Nurlan Ceyhunun bədənin əsasən kürək nahiyyəsindən bıçaqla bir neçə dəfə cızıq xəsarətləri yetirmişdir. İlqarın qolundan çoxlu qan axmışdır. İlqar ağrının təsirindən qışqırmağa başlamışdır. Onlar artıq səs-küyə çoxlu sayda insanların gəldiyini görüb tez qaçıb taksi ilə şəhərə İnşaatçılar metro stansiyasına getmişlər. Nurlan qorxusundan telefonu söndürmüşdür. Bir iki saatdan sonra Nurlan telefonu açmış, atası Nurlana zəng edib Lökbatan qəsəbəsinə qayıdıb polis orqanına təslim olmalarını demişdir. Onlar da axşam saatlarında Lökbatan qəsəbəsinə qayıtmışlar. Nurlanın atası Polad onları avtomobilinə əyləşdirib 10-cu Polis Bölməsinə aparmışdır. Polis bölməsində təhqiqatçı onların izahatlarını alandan sonra onları sərbəst buraxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Məhiyyədin oğlu öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Təxminən 2 ildir ki, Lökbatan qəsəbəsində yerləşən Qobu-Park yaşayış kompleksinə köçürülmüşlər. Fərdi qaydada ev təmiri ilə məşğul olur. xx.xx.2020-ci il tarixdə saat 17 radələrində yaşayış kompleksində yerləşən parkın yanında səs-küy yarandığını görüb özünü ora çatdırmışdır. O ora çatanda bir nəfərin qolundan yaralandığını, çoxlu miqdarda qan itirdiyini görüb həmin şəxsə kömək məqsədi ilə yaşayış kompleksində yaşayan Vüsal adlı şəxsin atasına məxsus Topaş markalı avtomobilin Qarabağ marketin qarşısında dayandığını görüb, Vüsaldan yaralı şəxsə kömək etmək üçün avtomobildən istifadə etməyini xahiş etmişdir. Vüsal da ona demişdir ki, “gözlə atama deyim sonra verim”. Vüsal yaşadığı evə atasından icazə almaq üçün getmiş, o Vüsalın icazə alıb gələnə qədər gec olacağını düşünüb tez avtomobilə oturub işə salıb sürmüşdür. Həmin vaxt avtomobilin açarı üstündə olmuşdur. O əvvəllər tanımadığı lakin adlarının sonradan Ceyhun və İlqar olduğunu bildiyi qardaşları avtomobilə əyləşdirib əvvəlcə Lökbatan qəsəbəsində yerləşən xəstəxanlara aparmışdır. Lakin heç kim qəbul etməmişdir. Sonra şəhərə gedən yolda Ceyhun müdiri ilə danışmış, müdiri onunla yolda rastlaşmışdır. Həmin vaxt avtomobilin benzini də qutarmışdır. Ceyhunun müdiri ilə yolda rastlaşmışlar. Həmin şəxs İlqar və Ceyhunu öz avtomobilinə əyləşdirib xəstəxanaya aparmışdır. O Lökbatan qəsəbəsinə qayıtmaq istəyən zaman ona polis əməkdaşı zəng edib barəsində şikayət olduğunu bildirmişdir. O da polis əməkdaşlarına qəsəbəyə qayıtdığını demişdir. X2 yaxınlığındakı dairədə polis əməkdaşları ilə görüşüb 10-cu Polis Bölməsinə getmişlər. Polis bölməsində avtomobil qaçırtmağı ilə bağlı barəsində şikayət olunduğunu demişlər. O da avtomobili icazəsiz götürməyinin səbəbini izah etmişdir. Polis əməkdaşlarına bildirmiş ki, yaralı çox qan itirmiş, xəstəxanaya gec aparılsaydı vəziyyəti pis ola bilərmiş. İzahatını alıb onu sərbəst buraxmışlar. Ondan şikayət ərizəsi yazan avtomobilin sahibi də anlaşılmazlığın olduğunu, ondan heç bir şikayətinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin xx xxxx 2020-ci il tarixli 443 nömrəli rəyindən görünür ki, vət. Zərərçəkmiş şəxs sağ bazu arteriyasının hissəvi və orta sinirin tam kəsilməsi, sağ əlin İİ-İİİ barmaqlarının hərəkət məhdudluğu ilə müşayiət olunan sağ bazunun bir ədəd deşilmiş – kəsilmiş yarası müəyyən edilmişdir. Xəsarət iti uca və iti kənara malik əşya (alət) (ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi və dərəcəsinə görə səhhətin uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 X6 xx xxxx 2020-ci il tarixli 310-MTKŞ/2020 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş və Zərərçəkmiş şəxs məxsus köynək üzərində zədə aşkar edilmədi. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X3 X6 xx xxxx 2020-ci il tarixli 487-MTBŞ-2020 nömrəli rəyindən görünür ki, 1.Zərərçəkmiş şəxs şəxsiyyəti təsdiq edən sənəd üzrə axtarış vərəqəsinin kserosurətinə əsasən qan qrupu: O(İ) 2.Ekspertizaya Zərərçəkmiş şəxs məxsus köynək üzərində insan qanı ləkələri aşkar olundu. Qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq olunduqda yalnız H antigenti alındı. H antigeni O (İ) qrupun əsasını təşkil edir. Beləliklə həmin qan ləkələri ABO sistemi üzrə O(İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. 3.Təqdim edilmiş bıçaq üzərində qan aşkar olunmadı. İş üzrə Zərərçəkmiş şəxs götürülmüş 01 ədəd köynək və Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd mətbəxt bıçağı xx.xx.2020-cil tarixdə iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş “Qobu-park” Mənzil İstismar İdarəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində xx xxx 2020-ci il tarixdə “həbs” qətimkan tədbiri seçilməklə həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmış, Qaradağ rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və məhkəmə iclas zalından həbsdən azad edilmişdir. Odur ki, həmin hallar CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan iş üzrə Zərərçəkmiş şəxs götürülmüş 01 ədəd köynək və Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd mətbəxt bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu, həbsdə və ev dustaqlığında qaldığı 04 (dörd) ay 24 (iyirmi dörd) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 08 (səkkiz) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri dəyişdirilərək “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-park yaşayış kompleksi, bina 7, mənzil 66 ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Qaradağ rayon icra və probasiya şöbəsinə tapşırılsın. Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan iş üzrə Zərərçəkmiş şəxs götürülmüş 01 ədəd köynək və Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd mətbəxt bıçağı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-258/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-258/2020
12.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver