Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-258/2021 30.06.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxx 1978-ci ildə Yardımlı rayonu, Ləzir kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, natamam orta təhsilli, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2, 120.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qaradağ rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli qərarı ilə cəzası 16 il 09 aya endirilmiş, cəzasının əvvəli 15 fevral 2016-cı il tarixdən hesablanmaqla hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 8 X2 cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cəza çəkdiyi Penitensiar Xidmətin 8 X2 “Cəzaçəkmə müəssisələrinin X4” ilə qadağan olunmuş əşya olan 1 ədəd işlək vəziyyətdə, daxilində “xxxx” MMC-nə məxsus danışıq kartı olan “Nokia” markalı, “Mini Phone” modelli, “**********76809, **********76807” İMEİ kodlu mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş, istifadə etmiş və 24.11.2020-ci il tarixdə, saat 15:10 radələrində Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisənin 1-ci rejim korpusunun 16 saylı kamerasında müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış tədbiri zamanı onun üzərinə baxış keçirilərkən, əynindəki jaketin sol qolunda həmin mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 24.11.2020-ci il tarixdə, saat 15:10 radələrində Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisənin 1-ci rejim korpusunun 16 saylı kamerasında keçirilmiş axtarış tədbiri zamanı onun üzərinə baxış keçirilərkən, əynindəki jaketin sol qolunda işlək vəziyyətdə, daxilində danışıq kartı olan 1 ədəd “ Nokia ” markalı, “Mini Phone” modelli, “ **********76809, **********76807” İMEİ kodlu mobil telefon aparatı tapılmışdır. O, həmin mobil telefonu müəssisədəki hamamda paltaryuyan maşının alt hissəsindən tapmışdır. Həmin mobil telefon aparatının daxilində sonradan dəqiqləşdirdiyi 050.591-76-93 nömrəsi vasitəsi ilə müxtəlif vaxtlarda əmisi oğlu Şahid6 Mirzəmməd oğlu ilə ona məxsus 077.632- 41-11 nömrəli telefonla, yaxın qohumu Şahid7 Fizuli oğlu ilə ona məxsus 050.452-00-32 nömrəli telefonla danışıqlar aparmışdır. O, son olaraq törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətin 8 X3 Əməliyyat bölməsinin rəisi Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 24.11.2020-ci il tarixdə, saat 15:10 radələrində Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisənin 1-ci rejim korpusunun 16 saylı kamerasında keçirilmiş axtarış tədbiri zamanı həmin kamerada xüsusi rejimdə cəza çəkən, məhkum Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, əynindəki jaketin sol qolunda işlək vəziyyətdə, daxilində danışıq kartı olan 1 ədəd “ Nokia ” markalı, “Mini Phone” modelli, “ **********76809, **********76807” İMEİ kodlu mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş mobil telefon aparatını müəssisədə hamamda olan paltaryuyan maşının altından tapdığını və ondan istifadə etdiyini bildirmişdir. Məhkum Təqsirləndirilən şəxs, şahidlərin və müəssisə əməkdaşlarının iştirakları ilə protokol tərtib edilərək, mobil telefon qablaşdıraraq protokola əlavə edəndən sonra, protokolla bütün iştirakçılar tanış olaraq doğruluğunu imzaları ilə təsdiqləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Penitensiar Xidmətinin 8 X3 əməkdaşları Şahid2, Şahid4 və Şahid5 öz ifadələrində ibtidai istintaq zamanı verdiləri ifadələrini təsdiq edərək şahid Penitensiar Xidmətin 8 X3 Əməliyyat bölməsinin rəisi Şahid1 ifadəsinə uyğun ifadələr vermişlər. Şahidlər, 8 X2 cəzaçəkən məhkumlar Şahid8, Şahid9, Şahid10 və Şahid11 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilmiş, lakin məhkumlar məhkəmə iclasına gətirilməsələr də onlar Qaradağ rayon Məhkəməsinə ərizə ilə müraciət etmiş və ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq etdiklərini bildirmişlər. Qeyd olunan ərizələr Penitensiar Xidmətin 8 X3 möhürü ilə təsdiq edilmişdir. Məhkəmə iclasında həmin məhkumların ifadələri elan edilmişdir. Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 24.11.2020-ci il tarixdə, saat 15:10 radələrində Penitensiar Xidmətin 8 saylı cəzaçəkmə müəssisənin 1-ci rejim korpusunun 16 saylı kamerasında keçirilmiş axtarış tədbiri zamanı həmin kamerada xüsusi rejimdə cəza çəkən, məhkum Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, əynindəki jaketin sol qolunda işlək vəziyyətdə, daxilində danışıq kartı olan 1 ədəd “ Nokia ” markalı, “Mini Phone” modelli, “ **********76809, **********76807” İMEİ kodlu mobil telefon aparatı aşkar edilərək götürüldüyünü gördüyünü və müəssisənin əməkdaşları tərəfindən, onun və digər şahidlərin, məhkum Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edildiyini, aşkar edilərək götürülmüş mobil telefon aparatının qablaşdırılaraq protokola əlavə olunduğunu və protokolla bütün iştirakçılar tanış olaraq imzaları ilə doğruluğunu təsdiqlədiklərini bildirmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Penitensiar Xidmətin 8 X2 cəza çəkən məhkum Şahid9 öz ifadəsində Şahid8 ifadəsinə uyğun ifadə vermişdir. Şahid10 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Penitensiar Xidmətin 8 X2 onun cəza çəkdiyi 1-ci rejim korpusunun 16 saylı kamerasında 24.11.2020ci il tarixdə, saat 15:10 radələrində müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış tədbiri zamanı həmin kamerada cəza çəkən, məhkum yoldaşı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən, əynindəki jaketin sol qolunda işlək vəziyyətdə, daxilində danışıq kartı olan 1 ədəd “ Nokia ” markalı, “Mini Phone” modelli mobil telefon aparatı aşkar edilərək götürüldüyünü gördüyünü və müəssisənin əməkdaşları tərəfindən, onun və digər şahidlərin, məhkum Təqsirləndirilən şəxs iştirakı ilə protokol tərtib edildiyini, aşkar edilərək götürülmüş mobil telefon aparatının qablaşdırılaraq protokola əlavə olunduğunu və protokolla bütün iştirakçılar tanış olaraq imzaları ilə doğruluğunu təsdiqlədiklərini bildirmiş, aşkar olunaraq götürülmüş mobil telefon aparatının əvvəllər məhkum Təqsirləndirilən şəxs görmədiyini qeyd etmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Penitensiar Xidmətin 8 X2 cəza çəkən məhkum Şahid11 öz ifadəsində Şahid10 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 dekabr 2020-ci il tarixli, 5/966 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd “Nokia” markalı arxa tərəfindəki markalanma göstəricisinə görə “Mini Phone” modelli proqram təminatında olan, “**********76809, **********76807” imei kodlu mobil telefon halhazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır. Təqdim edilmiş bir ədəd “Nokia” markalı “Mini Phone” modelli mobil telefonun proqram təminatında olan “imei” kodla arxa tərəfindəki markalanma göstəricisində olan “imei” kod fərqlidir. Ekspertiza tədqiqatının dəyəri 59,94 (əlli doqquz manat doxsan dörd qəpik) təşkil edir. İş materiallarında olan “Azercel” və “Azerfon” operatorlarından əldə olunmuş məlumatlardan görünür ki, məhkum Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş mobil telefon aparatında istifadə olunan 050.591-76-93 nömrə vasitəsi ilə müxtəlif vaxtlarda Şahid6 məxsus 077.632-41-11 saylı mobil telefon nömrəsi və Şahid7 Fizuli oğluna məxsus 050.452-00-32 saylı mobil telefon nömrəsi ilə danışıqlarının aparıldığı təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirinin “Cəzaçəkmə müəssisələrinin X4” nın təsdiq edilməsi barədə 19 noyabr 2010-cu il tarixli 16-T saylı əmrinin 11-ci əlavəsinin çıxarışından görünür ki, mobil telefon məhkumlara qadağan olunmuş əşyaların siyahısına aiddir. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Əməliyyat və Statistika İdarəsindən alınmış tələbnamədən, hökmün və qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 fevral 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2, 120.2.3 və 221.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 17 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli qərarı ilə cəzası 16 il 09 aya endirilmiş və cəzasının əvvəli 15 fevral 2016-cı il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinin tələbindən aydın olur ki, böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nın 317-2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Həmin Məcəllənin 67.1-ci maddəsində göstərilir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. İş üzrə maddi sübut kimi tanınmış - 1 ədəd işlək vəziyyətdə, daxilində “xxxx” MMC-nə məxsus danışıq kartı olan “Nokia” markalı, “Mini Phone” modelli, “ **********76809, **********76807” İMEİ kodlu mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməlidir. İş üzrə 59,94 (əlli doqquz manat doxsan dörd qəpik) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikasının CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş hazırki cəza, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.02.2017-ci il tarixli hökmü ilə təyin edilmiş və Qaradağ rayon Məhkəməsinin 24 iyun 2020-ci il tarixli qərarı ilə 16 il 09 aya endirilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 11 il 04 ay 16 gün hissəsi ilə qismən birləşdirilsin və ona qəti olaraq 11 (on bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiyi üçün barəsində qətimkan tədbiri seçilməməsi nəzərə alınsın. Cəzasının əvvəli 30 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış - 1 ədəd işlək vəziyyətdə, daxilində “xxxx” MMC-nə məxsus danışıq kartı olan “Nokia” markalı, “Mini Phone” modelli, “ **********76809, **********76807” İMEİ kodlu mobil telefon aparatı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin. İş üzrə 59,94 (əlli doqquz manat doxsan dörd qəpik) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-258/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-258/2021
30.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver