Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-258/2022 17.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1994-cü ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhəri, 11-ci mikrorayon ev 34, mənzil 3 də qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Yaşıldərə massivi nömrəsiz fərdi yaşayış evdə yaşayan, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı CÇM-də cəzasını çəkən və hazırki iş üzrə Bakı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını, gizli yolla, talayaraq təkrarən oğurluq etmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs tanışları Şahid2 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli yolla Bakı-Ələt yolunun 57-ci km-də yerləşən Qobustan qəsəbəsində olan körpünün yanında inşa edilmiş «Qobustan daşı» abidəsi ətrafında olan parkdan hər birinin ölçüsü 2,2 paqon metr və dəyəri 264 manat olan 7 ədəd aliminium əsaslı çəpəri gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Bakı şəhəri Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ümumi dəyəri 1848 manat təşkil edən maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə saat 23:40 radələrində Təqsirləndirilən şəxs təkrarən tanışları Şahid2 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında gizli yolla Bakı şəhəri Qaradağ rayonu, Sahil qəsəbəsi, Əliyar Gülbalayev küçəsi, 18 və 20-ci binaların arxasında yerləşən istirahət parkından hər paqon metrinin dəyəri 140 manat olan cəmi ölçüsü 22 paqon metr dəmir məhəccəri gizli yolla talayaraq zərərçəkmiş hüquqi şəxs Bakı şəhəri Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinə ümumilikdə 3040 manat təşkil edən maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində o, İlqara zəng vurmuş və ona doğum günün olduğunu, eyni zamanda Sumqayıt şəhərində dəmiryolu vağzalı tərəfdə olduğunu bildirmişdir. Təxminən 10-15 dəqiqə sonra İlqar onun olduğu yerə gəlmiş, o, İlqara məxsus avtomobilə əyləşdikdən sonra İlqar ona tanışı Rəşidin onları «20 yanvar» dairəsində gözlədiyini bildirmişdi. O, İlqarla birlikdə ora getmişlər. «20 yanvar» dairəsində İlqarın tanışı Rəşid adlı şəxs İlqarın avtomobilinə oturmuşdur. O, əvvəllər də Rəşidi bir-iki dəfə İlqarın yanında görmüş, lakin onunla heç bir tanışlığı və münasibəti olmamışdır. Belə ki, Rəşid İlqarın maşınına oturduqdan sonra bildirmişdir ki, Qaradağ rayonu, Qobustan qəsəbəsində aliminium olan yer tanıyır və həmin aliminiumları oradan götürmək lazımdır. Saat təxminən 22:30 radələrində onlar Qobustan qəsəbəsinə çatmışlar. İlqar maşını saxladıqdan sonra o və Rəşid avtomobildən düşərək yolun kənarında olan yarı qırıq vəziyyətdə olan 6-7 ədəd aliminum məhəccərləri oradan qopararaq İlqarın maşının yük yerinə yükləmişlər. Daha sonra oradan uzaqlaşmışlar. O, Rəşidə yaxınlıqda müşahidə kameralarının olduğunu bildirmişdir. Rəşid ona və İlqara kameraların olmadığını, həmçinin narahatçılıq keçirməmələrini bildirmişdir. Oradan aralaşıb Sumqayıta qayıdan zaman X2 rayonun Sahil qəsəbəsindən keçən hissəsində parkın kənarında avtomobili saxlamasını bildirmişdir. İlqar maşını saxladıqda Rəşid parkın içində söhbətgahda (besedka) aliminium olmasını ona və İlqara bildirmişdir. İlqar, o, və bir də Rəşid birlikdə maşından düşüb söhbətgaha yaxınlaşıb oranın kənarından sallanan aliminium parçasını qoparıb avtomobilin yük yerinə qoymuşlar və Sumqayıt şəhərinə yollanmışlar. Gecə saat təxminən 01 radələrində Sumqayıt şəhərində daş bazarı adlanan ərazidə həmin metalları əlvan metal qəbulu məntəqəsinə 1 kiloqramını iki manatdan, ümumilikdə 186 manat olmaqla satmışlar və həmin məbləği üçünün arasında bölmüşlər. Suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, törətdiyi əməli səmimi etiraf edir. Bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində təxminən 3-4 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və onları Qaradağ RPİnin 11-ci PB-nə gətirmişlər. Habelə, bildirmişdir ki, Qobustan qəsəbəsindən oğurluq hadisəsini xx.xx.2022-ci il tarixdə saat 23 radələrində, Sahil qəsəbəsindən xx.xx.2022-ci il tarixdə saat 23:40 radələrində törətmişlər. Oğurladıqları metalları metal qəbulu məntəqələrinə verərkən həmin metalın cinayət yolu ilə əldə olunması barədə orda işləyən şəxslərə deməmişlər. Əksinə, bildirmişlər ki, bu metal qırıqları özlərinə məxsusdur və buna görə də pul əldə etmək üçün təhvil verirlər. O, xx.xx.2022-ci il tarixdə İlqar və Rəşidlə oğurluq etməmişdir. Daha sonra əməlindən peşman olduğunu bir daha analoji hərəkətlərə yol verməyəcəyini nəzərə alaraq, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin, şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 2006-cı il tarixdən hazırki vaxtadək Qaradağ rayon MKTB-də hüquqşünas vəzifəsində çalışır. Həmçinin qeyd etmişdir ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Qaradağ MKTB-nin rəisi ona zəng edərək Qaradağ rayonu Qobustan və Sahil qəsəbələrindən mütəmadi olaraq yol kənarında Qaradağ rayon MKTB-nin balansında olan aliminium məhəccərlərin oğurlanmasını bildirmişdir. Həmin oğurluq hadisələri ilə bağlı hüquq mühafizə orqanlarına yazılı və şifahi məlumat vermişlər. xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ-nin İŞ-dən ona zəng olunaraq həmin şəxslərin tutulması, həmçinin polis idarəsinə gəlməyi barədə məlumat verilmişdir. O, Qaradağ MKTB-nin nümayəndəsi kimi etibarnamə əsasında Qaradağ RPİ-yə gəlmişdir. Suallara cavab olaraq Zərərçəkmiş şəxs göstərmişdir ki, Qobustan qəsəbəsindən baş vermiş oğurluq hadisəsi nəticəsində 3432 manat, Sahil qəsəbəsində baş verən oğurluq hadisəsində isə 3080 manat zərər dəymişdir. Həmin düraliminium və çuqundan olan məhəccərlərin bir paqon metri 120 və 140 manat təşkil edir. Bundan əlavə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi bildirmişdir ki, oğurlanmış aliminium məhəccərlərin müəyyən hissəsi ibtidai istintaq zamanı onlara qaytarılsa da təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş zərər ödənilməmiş, aralarında barışıq əldə olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, halhazırda heç yerdə işləmir. Bundan başqa işsiz olduğundan həmçinin maddi gəliri aşağı olduğundan bundan əvvəl iki dəfə oğurluq cinayəti törətdiyini və məhkumluq həyatı yaşadığını bildirmişdir. O, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində İlqara zəng vurduqda tanışı Qüdrətin ad günü olduğunu və hazırda Qüdrətin onun yanında olduğunu bildirmişdir. Qüdrətə 20 yanvara gəlməsini gedib birlikdə yeyib içməyi təklif etdiyini bildirmişdir. Təxminən bir saat sonra İlqar 20 yanvar dairəsinə gəlmiş, O, Qüdrətlə birlikdə İlqara məxsus «Opel Astra» markalı avtomobilə əyləşdiyini bildirmişdir. İlqar avtomobili bir qədər sürdükdən sonra maşında yenidən oğurluq etmək qərarına gəldiklərini və Qobustan qəsəbəsinə yollandıqlarını qeyd etmişdir. Həmin vaxtı orada yerdə yarımqırıq vəziyyətdə 6-7 ədəd məhəccəri Qüdrətlə bərabər maşından düşərək qopararaq İlqarın maşının yük yerinə yükləmişlər və oradan uzaqlaşaraq Sumqayıta yola düşmüşlər. Belə ki, Qaradağ rayonun Sahil qəsəbəsindən keçən zaman o, İlqara maşını saxlamasını yolun kənarındakı parkda söhbətgahın kənarında sallanan alüminium parçasını qopararaq aparmağı təklif etdiyini qeyd etmişdir. Bu dəfə o, İlqar və Qüdrət hər üçü avtomobildən düşərək söhbətgahın kənarında olan alüminium parçasını qoparıb İlqarın maşının yük yerinə qoymuşlar. Sonra yenidən Sumqayıt şəhərinə qayıtdıqlarını və gecə Sumqayıt şəhərində yerləşən daş bazarında alüminium məhəccər və söhbətgahın bir hissəsini 186 manat olmaqla satdıqlarını həmin məbləği üçünün arasında böldüklərini qeyd etmişdir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində təxminən 3,4 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim etdiklərini və onları Qaradağ RPİ-nin 11-ci PB-nə gətirdiklərini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, 2015ci ildən Bakı şəhəri Yaşıllaşdırma İdarəsinin Qaradağ rayonu, Qobustan qəsəbəsi üzrə nəzarətçisi vəzifəsində işləyir, Qobustan qəsəbəsində yerləşən ümumi parkların yaşıllaşdırılmasına nəzarət edir. xx.xx.2022-ci il tarixdə xəstəliyi ilə əlaqədar işə çıxmamışdır. Fəhlələrdən biri ona zəng edərək Qobustan qəsəbəsində yerləşən parklardan aliminium məhəccərlərin yerində olmadığını bildirmişdir. İlk öncə o, həmin aliminium məhəccərlərin Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən aparılaraq təmir olunmasını zənn etmişdir. xx.xx.2022-ci il tarixdə işə çıxdıqda səhər saatlarında əraziyə baxış keçirmişdir. Həmin vaxtı Qobustan qəsəbəsinin körpüyə qalxan hissəsində yenidən yaşıllığın ətrafında quraşdırılmış düraliminium məhəccərlərin olmadığını müəyyən etmişdir. Artıq ona məlum olmuşdur ki, həmin məhəccərlər Qaradağ rayon İcra Hakimiyyəti tərəfindən aparılmayıb və həmin məhəccərlər oğurluq hadisəsi ilə oradan aparılıb. Dərhal bu barədə Qaradağ RPİ-nin 11-ci PB-nə ərizə ilə müraciət etmişdir. Daha sonra PB-də izahatı alınmışdır. Suallara cavab olaraq Şahid3 göstərmişdir ki, həmin düraliminium metaldan olan məhəccərlərin ölçüsü 2,20 metr, 13 ədəd olmaqla, paqon metri 120 manat dəyərindədir və Qaradağ MKTB-nə ümumilikdə 3432 manat zərər dəymişdir və həmin əmlak Qaradağ MTKB-yə məxsusdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə Şahid4 məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə şahidin ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid4 ibtidai istintaq dövründə şahid qismində verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsindən görünür ki, hal-hazırda Sumqayıt şəhərində «Daş bazarı» adlanan ərazidə metal qəbulu ilə məşğul olur, İlqar adlı şəxsi təxminən 20 ilə yaxındır ki, tanıyır. İlqar təxminən fevral ayının əvvəllərində hissə-hissə olmaqla işlədiyi metal qəbulu məntəqəsinə qara metal gətirərək ümumilikdə ona 50-60 manat ona pul ödəmişdir. xx.xx.2022-ci il tarixdə gecə saat 01 radələrində İlqar istifadəsində olan mobil telefona zəng vuraraq ondan iş yerinə gəlməyini xahiş etmişdi. Həmin vaxtı o, evdən çıxaraq daş bazarına gedib çatanda İlqar da oraya çatmışdır. Həmin vaxtı İlqarın yanında üzdən tanıdığı, lakin adını bilmədiyi iki dostu da olmuşdur. İlqar ona maşının yük yerində düralüminium olduğunu və satmaq istədiyini bildirmişdir. O, İlqardan 105 kq olan düralüminiumu 1 kiloqramı 2,20 manat olmaqla alaraq ümumilikdə İlqara 231 manat pul ödəmişdir. O, İlqardan həmin metalı haradan və necə əldə etməsi barədə soruşanda İlqar ona həmin metalı evdə usta kimi işlədiyini və işlədiyi evdən sökərək götürdüyünü bildirmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Şahid1 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə Şahid1 məhkəmə iclasında ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq dövründə şahid qismində verdiyi ifadəsindən görünür ki, halhazırda heç yerdə işləmir. xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Rəşid ona məxsus mobil telefona zəng vuraraq 20 yanvar dairəsinə çağırdığını bildirmişdir. Qonşuluqda yaşayan Qüdrəti də özü ilə götürüb 20 yanvar dairəsinə gedərək orada Rəşid yenidən ona Qobustan qəsəbəsinə getməyi və orada yerdə qalan digər alüminium məhəccərləri oğurlamağı təklif etdiyini qeyd etmişdir. Onunla razılaşdığını və Qüdrətdə onlara etiraz etmədiyini və oda onlarla birlikdə Qaradağ rayonu Qobustan qəsəbəsinə yollandığını bildirmişdir. Yenidən bundan əvvəl oğurluq etdikləri Qobustan qəsəbəsində yerləşən yanacaq doldurma məntəqəsinin yaxınlığında yerləşən körpünün yanına çatdıqlarda o, avtomobili saxladığını Qüdrət və Rəşid avtomobildən düşərək yerdə olan 6-7 ədəd alüminium məhəccərləri oradan götürərək avtomobilin yük yerinə yüklədiklərini və oranı tərk etdiklərini qeyd etmişdir. Sumqayıt şəhərinə qayıdanda Qaradağ rayonunun Sahil qəsəbəsindən keçən zaman Rəşid ona Sahil qəsəbəsində yolun kənarında avtomobili saxlamağı xahiş etmişdir. O, avtomobili saxlamış və yenidən Rəşid və Qüdrət avtomobildən düşərək yolun kənarında yerləşən parkdan söhbətgahın yarıqopulu vəziyyətdə olan kənar hissəsini dartaraq yerindən tam qoparıb avtomobilin yük yerinə qoyduqlarını və Sumqayıt şəhərinə yollandıqlarını bildirmişdir. Gecə saat təxminən 01 radələrində Sumqayıt şəhərində daş bazarı adlanan ərazidə həmin metalları əlvan metal qəbulu məntəqəsinə 1 kiloqramı iki manat olmaqla ümumilikdə 186 manata satdıqlarını və əldə etdikləri gəliri üçünün arasında böldüklərini bildirmişdir. Bundan əlavə o, həmin hadisədəyək cəmi iki dəfə oğurluq hadisəsi törətdiyini, əməli səmimi etiraf etdiyini və etdiyi əməldən səmimi peşmançılıq keçirdiyini bildirmişdir. Həmçinin Şahid1 göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 17 radələrində təxminən 3-4 nəfər mülki geyimli şəxslər onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və onları Qaradağ RPİ-nin 11-ci PB-nə gətirmişlər. Cinayət işinin 14-cü vərəqəsində olan 17 fevral 2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 177.2.3-2-ci maddəsi ilə ********* cinayət işi başlanmışdır. Cinayət işinin 46-cı vərəqəsində olan 18 fevral 2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə, saat 02:50-də şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin 52-53-cü vərəqələrində olan 19 fevral 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materialları CM-nin 177.2.3-2-ci maddəsindən həmin Məcəllənin 177.2.1 və 177.2.3-2-ci maddələrinə tövsif edilmişdir. Cinayət işinin 56-cı vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 19 fevral 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş, CM-nin 177.2.1 və 177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin 73-78-ci vərəqələrində olan Qaradağ rayon məhkəməsinin 19 fevral 2022-ci il tarixli, 4(002)-35/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qismində qətimkan tədbirinin seçilməsinə dair vəsatət təmin edilməmiş, məhkəmə iclas zalından dərhal buraxılmışdır. Cinayət işinin 79-cu vərəqəsində olan 19 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 85-ci vərəqəsində olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 91 nömrəli, 15 fevral 2022-ci il tarixli məktubdan görünür ki, 2022-ci ilin fevral ayının 14-dən 15-nə keçən gecə Qaradağ rayon MKTB-nin tabeliyində olan və xidmət göstərdikləri Bakı şəhəri Sahil qəsəbəsində yol kənarı insanların istirahəti üçün nəzərdə tutulmuş parkda yerləşən 22 metr uzunluğunda bahalı dəmir məhəccər naməlum şəxs tərəfindən aparılmışdır. Həmin məhəccərin uzunluq metri 140 manat təşkil edir. Ümumilikdə Birliyə 3080 manat maddi ziyan vurulmuşdur. Cinayət işinin 1-12-ci vərəqələrində olan 30 aprel 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işinin materiallarından Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.1 və 177.2.2-ci maddələri ilə ayrıca icraata ********* saylı cinayət işi ayrılmış və icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. Cinayət işinin 88-ci vərəqəsində olan Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 23 fevral 2022-ci il tarixli məktubdan görünür ki, ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxs qismində Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyini təmsil etmək üçün səlahiyyəti Zərərçəkmiş şəxs həvalə edir. Cinayət işinin 90-cı və 92-ci vərəqələrində olan 24 fevral 2022-ci il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Qaradağ rayon MKTB zərərçəkmiş hüquqi şəxs qismində, həmin hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs isə cinayət prosesində zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin 115-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatların dəyəri 110 (yüz on) manat müəyyən edilmişdir. Cinayət işinin 116-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Sumqayıt ŞPİ tərəfindən Təqsirləndirilən şəxs barəsində CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə ********* saylı cinayət işi başlanılmış, 14 dekabr 2021-ci il tarixdə cinayət işi məhkəməyə göndərilmişdir. Cinayət işinin 117-119-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 07 aprel 2022-ci il tarixli 6/1309-9/1554 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyində göstərilir ki, tədqiqata təqdim edilmiş 2.75 kq kütləli metal nümunələri alüminium əsaslı ərintidən hazırlanmışdır. Ekspert qarşısında qoyulmuş “həmin metal qırıntılar neçə ədəd və neçə növ məhəccərin tərkibini təşkil edir?” sualı materialların məhkəmə ekspertizasının həll etdiyi məsələlərə aid deyildir olaraq cavablandırılmışdır. Ekspertiza tədqiqatına təqdim edilən alüminium nümunələrinin 1 kiloqramının metal qırıntı kimi 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti təxminən 3.20 manat müəyyən edilir. Qərarda qeyd edilən məhəccərin 1 paqon metrinə sərf olunan metalın dəqiq çəkisi məlum olmadığına görə ekspert qarşısında qoyulmuş, “həmin məhəccərin hazır və saz vəziyyətdə xx.xx.2022-ci il tarixdən hazırki orta bazar qiyməti 1 paqon metri üçün neçə manatdır və ümumi məbləği nə qədər təşkil edir?” sualına cavab vermək mümkün olmamışdır. Cinayət işinin 132-139-cu vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 1(060)-243/2022 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 30 avqust 2021-ci ildən 01 sentyabr 2021-ci il tarixədək tutularaq saxlandığı iki gün müddət ona təyin edilən azadlıqdan məhrum etmə cəzasından çıxılmış və üzərində 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzanın əvvəli 04 aprel 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 162-172-ci vərəqələrində olan 13 iyul 2022-ci il tarixli qərardan görünür ki, Sumqayıt şəhər məhkəməsinin hökmünə əsasən təqsirləndirilən şəxs barəsində 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməsi nəzərə alınaraq, onun barəsində seçilmiş “polisin nəzarəti altına verilmə” qətimkan tədbirinə xitam verilmişdir. Həmçinin iş üzrə istintaq zamanı əldə olunmuş 26 ədəd böyük, 39 ədəd xırda aliminium əsaslı metal qırıntıları sübut əhəmiyyəti kəsb etdiyindən onlar maddi sübut kimi tanınaraq və saxlanılması üçün Bakı şəhəri Qaradağ MKTB-yə təhvil verilmişdir. Cinayət işinin 174-cü vərəqəsində olan 16 iyul 2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində yenidən cəlb edilmiş, ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işinin 226-227-ci vərəqələrində olan Qaradağ Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrar özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə maddi ziyan vurmaqla oğurluq etməsi özünün etiraf edici ifadəsi, zərərçəkmiş hüquqi şəxsin və şahidlərin ifadələri, ekspert rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə tövsif edilməli və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinə əsasən oğurluq tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, təkrarən törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə həmin Məcəllənin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən onun özünü təqsirli bilməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Bundan əlavə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 1(060)-243/2022 saylı hökmü ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, barəsində 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cəzasının əvvəli 04 aprel 2022-ci il tarixdən hesablanmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası CM-nin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olması müəyyən edilərsə və əgər cinayətlər birinci və ikinci hökmlərlə Azərbaycan Respublikası CM-nin eyni maddəsi ilə tövsif olunmuşdursa, qəti cəza həmin Məcəllənin 66.5-ci maddəsinə əsasən təyin edilir. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə növündə cəzaya məhkum edilməli və hazırkı iş üzrə cinayət əməli Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 1(060)-243/2022 saylı hökmü çıxarılmazdan əvvəl müəyyən olunduğundan həmin hökmlə təqsirləndirilən şəxs barəsində təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə hazırkı hökmlə ona təyin olunmuş cəza Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsində nəzərdə tutulan qaydada cinayətlərin məcmusu üzrə qismən toplamaq yolu ilə ona qəti cəza təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət işinin materialları ilə Təqsirləndirilən şəxs azadlığının faktiki olaraq Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 1(060)-243/2022 saylı hökmü ilə 04 aprel 2022-ci il tarixdən faktiki olaraq məhdudlaşdırılması təsdiq edildiyindən məhkəmə hesab edir ki, sonuncunun cəza çəkmə müddətinin əvvəli həmin tarixdən hesablanmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Hazırki halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 göstərdiyi hüquqi yardıma görə 180 manat ödənilməlidir. Məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 25 (iyirmi beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 180 (bir yüz səksən) manat məbləğində pul və Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Maddi sübut kimi tanınmış 26 ədəd böyük, 39 ədəd xırda aliminium əsaslı metal qırıntılarının Bakı şəhəri Qaradağ MKTB-yə təhvil verildiyi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırki hökmlə təyin edilmiş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası Sumqayıt Şəhər Məhkəməsinin 04 aprel 2022-ci il tarixli, 1(060)-243/2022 saylı hökmü ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 04 aprel 2022-ci il tarixdən hesablansın. Maddi sübut kimi tanınmış 26 ədəd böyük, 39 ədəd xırda aliminium əsaslı metal qırıntılarının Bakı şəhəri Qaradağ MKTB-yə təhvil verildiyi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaqda göstərilmiş hüquqi yardıma görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 180 (bir yüz səksən) manat, məhkəmə istintaqı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində cəza çəkməsi nəzərə alınsın. Hökmdən məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, məhkum onu aldığı andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-258/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-258/2022
17.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver