Məhkəmə qərarları › İş №1(002)-259/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-259/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-259/2023 26.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəç Müdafiəçi, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1991-ci ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan) orta təhsilli, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Kosalar kəndində qeydiyyatda olmaqla, Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllədə yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurub oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs tanışı Şahid2, şəxsiyyətləri və olduqları yer istintaqa məlum olmayan “Ramin”, “Turan” və “Talış” adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 17 yanvar 2023-cü il tarixdə təxminən saat 00:30-da Zərərçəkmiş şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocəsən yolunun sağ hissəsində yerləşən “X10” zavodunda olan plastik sellofan torbaların təkrar emalı sexinə qapını açma yolu ilə qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs məxsus 1 ədəd 08.2020-ci il Çin Xalq Respublikası istehsalı olan istifadə olunmuş, “Barely Motor” markalı 20086924 seriyalı, 30 kw, 50 Hz 1400 RPM gücündə olan, istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 3000 manat təşkil edən mühərrikin gizli olaraq talayıb zərərçəkmiş şəxsə ümumilikdə 3000 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etdiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, 2022-ci tarixdən “Kristal Abşeron” Tikinti şirkətində fəhlə işləyirmiş. O, işdən əlavə olaraq etibarnamə əsasında idarə etdiyi “Tofaş” markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomaşını ilə taksi fəaliyyəti ilə məşğul olurmuş. xx.xx.2023-cü il tarixdə təxminən saat 21 radələrində Xırdalan şəhərində olan zaman Xırdalan şəhərindən Nəvai kimi tanıdığı şəxs ona zəng edərək onu Xırdalan qəsəbəsində yerləşən “Bakı gecələri” kafesinin qarşısına çağırmışdır. Bir müddətdən sonra, yəni xx.xx.2023-cü il tarixdə təxminən saat 00:15 radələrində o, idarə etdiyi avtomaşınla həmin kafeyə getmiş və orada kafenin həyətində Xıradalan qəsəbəsindən tanıdığı Nəvai Ramin, Talış, Turan və Anarı orada görmüşdür. O, görüşdükdən sonra Nəvai ona bildirmişdir ki, “zavoda mator oğurlamağa gedirik, sənin avtomaşınına yükləyəcəyik”. O, da Nəvai ilə razılaşmış və Ramin avtomaşında qabaq sərnişin oturacaqda, Anar, Turan və Talış isə arxa oturacaqda əyləşmişlər. Anar yolu göstərərək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocasən yolunun Qaradağ rayonu istiqamətində yolun sağında yerləşən “Qaşıq zavod” adlanan zavoda gəlmişlər. Anar bilirmişdir ki, orada olan mühafizəçilər heç vaxt onlar zavoda daxil olacağı qapıya nəzarət etmirlər. Buna görə də, Anar ona həmin qapıya tərəf avtomaşını sürməyi demişdir. O, da həmin qapıda onları avtomaşından düşürtdükdən sonra həmin qapıda nəzarət etmişdir ki, gələn olsa onlara xəbər eləsin. Bir müdddətdən sonra Ramin piyada onun avtomaşını saxladığı yerə gəlmiş və o, Raminlə birlikdə qapıya yaxınlaşmışlar. O, avtomaşından yerə düşməmiş, Anar avtomaşının baqaj hissəsini açmış və onlar köməkləşib matoru baqaja salmışlar. Ramin onunla birlikdə avtomaşında Xırdalan şəhərinə getmişdir. Avtomaşınında yer olmadığından Anar, Turan və Talış yol maşını ilə Xırdalan şəhərinə getmişlər. Xırdalan dairəsinə onlar yenə də görüşmüş və Nəvai də həmin dairəyə gəlmişdir. O, avtomaşının baqajını açaraq Nəvaiyə matoru göstərmişdir. Nəvai də, matorun şəklini mobil telefonu vasitəsi ilə çəkmişdir. Bundan sonra onlar razılaşmışlar ki, o, səhər Anarın yaşadığı kafeyə gəlsin və orada görüşsünlər. Səhər təxminən saat 10 radələrində o, Anarın yaşadığı kafenin qarşısına gəlmişdir. Həmin zaman Nəvai də gəlmiş və Nəvai kiminləsə mobil telefonda danışdıqdan sonra matorun şəkillərini sosial şəbəkə vasitəsi ilə həmin şəxsə göndərmişdir. Nəvai bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində usta var onun yanına gedəyin. O, Nəvai və Anar birlikdə onun idarə etdiyi avtomaşınla həmin ünvana gəlmişlər. O, kənarda dayanmış, Anar ilə Nəvai matoru adını bilmədiyi usta ilə razılaşaraq satmışlar. Onlar onun yanına gələrək bildirmişlər ki, matoru 760 manata satmışlar. Bundan sonra onlar birlikdə onun idarə etdiyi avtomaşın ilə Xırdalan şəhərinə gəlmişlər. Yolda Nəvai ona 150 manat pul vermişdir. Bundan sonra o, yaşadığı evə getmişdir. O, bundan əlavə heç bir cinayət törətməmişdir.Onunla birlikdə oğurluq etmiş Nəvai, Ramin, Turan və “Talış” ləqəbli şəxslərin şəxsiyyətləri və olduqları yüer barəsində məlumatı yoxdur və onları o, Xırdalan şəhərindən taksi işlədiyi üçün müştəri olaraq tanımışdır. Onların yaşadıqları yeri də bilmir. O öz ifadəsində son olaraq ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, iki azyaşlı uşağının olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 03 yanvar 2023-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan–Xocəsən yolunun sağ hissəsində yerləşən keçmiş “Qaşıq zavudu” adlanan zavodun həyətində 500 kv/m sahəni icarəyə götürərək orada dəzgahlar quraşdıraraq şəhərdən yığılan plastik sellofan torbaların təkrar emalı ilə məşğul olurmuş. Onun işlədiyi sexdə üç nəfər işçi heyyəti vardır. O, xx.xx.2023-cü il tarixdə saat 09 radələrində işə gəldikdə sexdə olan 60000 manat dəyərində olan üyüdücü dəzgahın 8000 manat dəyərində olan mator hissəsinin sökülərək oğurlandığını aşkar etmişdir. O, bu barədə heç bir hüquq mühafizə orqanına məlumat verməmişdir. Lakin xx.xx.2023-cü il tarixdə ona məlum olmuşdur ki, onun sexində fəhlə işləmiş Şahid2 oğurluq etmiş şəxslərlə əlbir olmuşdur. Buna görə də o, zavodun mühafizəçisi Pərvin Nuriyevə bu barədə məlumat vermişdir. O, məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyi ilə razılaşmış və ona 3000 manat maddi ziyan dəydiyini bildirmişdir. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Qəbələ şəhərində qeydiyyatda olsa da, Abşeron rayonu, Xırdalan şəhərində daimi yaşayış yeri olmadığından kafelərdə yatırmış. O, təxminən üç ay olar ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Qaşıq zavodu” adlanan zavodda fəhlə işləyirmiş. O, həmin zavoddan 600 manat maaş alırmış. O, xx.xx.2023-cü il tarixdə təxminən saat 21 radələrində Xırdalan şəhərində “Bakı gecələri” kafesində Xırdalan şəhərində müxtəlif çayxanalardan üzdən tanıdığı adını Turan, Ramin, Nəvai kimi bildiyi və “Talış” ləqəbi ilə tanıdığı şəxslərlə birlikdə çay içən zaman Nəvai ondan soruşmuşdur ki, işlədiyi zavodda oğurlamaq üçün mator vardırmı?. O, da maddi vəziyyəti çətin olduğundan işlədiyi zavodda matorların olduğu ağlına gəlmiş və bildirmişdir ki, zavodda 2 ədəd mator vardır. Bu zaman Nəvai bildirmişdir ki, “onun taksi tanışı vardır” və mobil telefon vasitəsi ilə taksi sürücüsünə zəng etmişdir. Bir müddətdən sonra, yəni xx.xx.2023-cü il tarixdə təxminən saat 00:15 radələrində əvvələr taksi sürücüsü kimi tanıdığı Elturan idarə etdiyi “Tofaş” markalı dövlət nömrə nişanını xatırlamadığı avtomaşınla gəlmişdir. Elturan gələn zaman onlar kafenin həyətində Elturanı gözləmişlər. Elturan onlarla görüşdükdən sonra Nəvai Elturana bildirmişdir ki, “zavoda mator oğurlamağa gedirik, sənin avtomaşınına yükləyəcəyik”. Elturan onlarla razılaşmış və Ramin avtomaşında qabaq sərnişin oturacaqda, o, Turan və Talış isə arxa oturacaqda əyləşərək onun işlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan- Xocasən yolunun Qaradağ rayonu istiqamətində yolun sağında yerləşən “Qaşıq zavod” adlanan zavoda gəlmişlər. O, bilirmiş ki, orada olan mühafizəçilər heç vaxt onlar zavoda daxil olacağı qapıya nəzarət etmirlər. Buna görə də, o, Elturana həmin qapıya tərəf avtomaşını sürməyi demişdir. Elturan onları həmin qapıda avtomaşından düşürtdükdən sonra həmin qapıda nəzarət etmişdir ki, gələn olsa onlara xəbər eləsin. Turan hasaradan aşaraq zavodun qapısında olan dəmiri çıxardıb qapını açmışdır. Bu zaman o, bildirmişdir ki, “yuxarıda kameralar çəkiliş edir”. Onun bu sözlərindən sonra Ramin əli ilə müşahidə kameralarının məftillərini çəkib sındırmışdır. Bundan sonra o, Ramin, Turan və Talış zavoda daxil olmuşlar. Zavodun həyətində yerləşən sellofan sexinin qapısı açıq olduğundan ora daxil olmuşlar. Tural əlində olan alışqanın fənəri ilə sexi işıqlandırmışdır. O, orada quraşdırılmış dəzgahın mator hissəsini sexdən götürdüyü açarla açdıqdan sonra Ramin sexin içərisindən böyük ling tapmış və həmin lingi matorun alt hissəsindən salaraq bir tərəfindən onunla Ramin, digər hissəsindən isə Turanla Talış tutaraq sexdən çölə çıxartmış və zavodun qapısının qarşısında yerə qoymuşlar. Ramin piyada Elturanın avtomaşını saxladığı yerə getmiş və Raminlə Elturan birlikdə avtomaşınla gəlmişlər. Elturan avtomaşından yerə düşməmiş, o, avtomaşının baqaj hissəsini açmışvə Ramin də gələrək köməkləşib dördü matoru baqaja salmışlar. Ramin Elturanla birlikdə avtomaşınla Xırdalan şəhərinə getmişlər. O, Turan və Talış yol maşını ilə Xırdalan şəhərinə getmişlər. Xırdalan dairəsinə onlar yenə də görüşmüş və Nəvai də həmin dairəyə gəlmişdir. Elturan avtomaşının baqajını açaraq Nəvaiyə matoru göstərmişdir. Nəvai də, matorun şəklini mobil telefonu vasitəsi ilə çəkmişdir. Bundan sonra onlar razılaşmışlar ki, Elturan səhər o, yaşadığı kafeyə gəlsin və orada görüşsünlər. Səhər təxminən saat 10 radələrində Elturan onun yaşadığı kafenin qarşısına gəlmişdir. Həmin zaman Nəvai də gəlmiş və Nəvai kiminləsə mobil telefonda danışdıqdan sonra matorun şəkillərini sosial şəbəkə vasitəsi ilə həmin şəxsə göndərmişdir. Nəvai bildirmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev prospektində usta var onun yanına gedəyin. O, Nəvai və Elturan birlikdə Elturanın idaə etdiyi avtomaşınla həmin ünvana gəlmişlər. O, kənarda dayanmış, Elturan ilə Nəvai matoru adını bilmədiyi usta ilə razılaşaraq satmışlar. Nəvai ilə Elturan onun yanına gələrək bildirmişlər ki, matoru 760 manata satmışlar. Bundan sonra onlar birlikdə Elturanın idarə etdiyi avtomaşın ilə Xırdalan şəhərinə gəlmişlər. Yolda Nəvai ona 150 manat pul vermişdir. Bundan sonra o, yaşadığı kafeyə getmişdir. İşlədiyi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Qaşıq zavod” adlanan zavoddan oğurluq etməyi o, təklif etmişdir. O, bundan əlavə heç bir cinayət törətməmişdir. Onunla birlikdə oğurluq etmiş Nəvai, Ramin, Turan və “Talış” ləqəbli şəxslərin şəxsiyyətləri və olduqları yüer barəsində məlumatı yoxmuş və onları Xırdalan şəhərindən tanımışdır. Şahid1 məhkəmə iclasının yeri və vaxtı barədə təkrarən məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və üzürlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid1 ifadəsi elan edilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Özbəkistan küçəsində metal qəbulu məntəqəsində işləyirmiş. 17 yanvar 2023-cü il tarixdə təxminən saat 11 radələrində tanımadığı 3 nəfər şəxs ona yaxınlaşmış və onlarda mator olduğunu və satdıqlarını bildirmişlər. O, onlardan həmin matorun şəklini göndərmələrini istəmişdir. Bu zaman həmin tanımadığı şəxslərdən biri sonradan adını Anar kimi bildiyi şəxs onun mobil telefonuna Votsaap sosial şəbəkəsi vasitəsi ilə matorun şəklini göndərmişdir. O, matorun şəklinə baxdıqdan sonra həmin matoru almaq istədiyini bildirmiş və həmin matorun oğurluq olub olmadığını soruşmuşdur. Həmin şəxs ona bildirmişdir ki, matoru Masazır qəsəbəsində öz sexlərindən işləmədiyi üçün söküblər satıb əvəzinə yenisini almaq istəyirlər. O, da onların dediklərinə inanaraq həmin matoru 900 manata razılaşmışdır. Bir neçə dəqiqədən sonra onlardan biri “Tofaş” markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomaşınla məntəqənin həyətinə daxil olmuş və matoru avtomobilin baqaj hissəsində olduğunu görmüşdür. O, əl qaldırıcı kran vasitəsi ilə matoru yerə qoymuş və bundan sonra həmin tanımadığı şəxslərə 900 manat pul vermişdir. O, həmin şəxslərdən matorun oğurluq olub olmadığını soruşmuşdur. Bu zaman Anar adlı şəxs ona həmin matorun özlərinə məxsus olduğunu və yeni mator aldıqlarına görə həmin matoru satdıqlarını bildirmişdir. Buna görə də, o, həmin matorun oğurluq olmadığına əmin olduqdan sonra 900 manat pul verərək almışdır. O, həmin şəxslərdən sənəd tələb etsə də onlar üzərlərində sənəd olmadığını demişlər, lakin Anar ona mobil telefon nömrəsini vermişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 06 aprel 2023-cü il tarixli 9/1462 sayı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 1 ədəd 08.2020-ci il Çin Xalq Respublikası istehsalı olan istehsal olunmuş, “Barely Motor” markalı 20086924 seriyalı, 30 kw, 50 Hz 1400 RPM gücündə olan mühərrikin istifadədə olması nəzərə alınmaqla 2023-cü ilin yanvar ayına olan orta bazar qiyməti təxminən 3000 manat müəyyən edilir. Ekspertiza təqdiqatının dəyəri 50 manat təşkil edir. 146 İş materiallarında olan 24 may 2023-cü il tarixli “ifadələrin yerində yoxlanılması” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək əyani şəkildə Şahid2, şəxsiyyətləri və olduqları yer istintaqa məlum olmayan “Ramin”, “Turan” və “Talış” adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus əmlakının oğurlanması mexanizmini göstərmiş və həmin vaxt fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. 224 İş materiallarında olan Təqsirləndirilən şəxs və Şahid2 aralarından keçirilmiş üzləşdirmə istintaq hərəkəti zamanı istintaqa verdikləri ifadələri bir-birlərinin üzünə deyərək birlikdə oğurluq hadisəsini törətdiklərini bir daha etiraf etmişlər. 81 İş materiallarında olan təqsirləndirilən və zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, hadisə yerinə baxış protokolları və fotoşəkillər, ifadənin yerində yoxlanılması protokolu və fotoşəkillər və digər isnitaq sənədləri sübut növü kimi qiymətləndirilmişdir. 229 İş üzrə X2 götürülmüş 1 ədəd 08.2020-ci il Çin Xalq Respublikası istehsalı olan istifadə olunmuş, “Barely Motor” markalı 20086924 seriyalı, 30 kw, 50 Hz 1400 RPM gücündə olan mühərrik maddi subut kimi tanınmış və məhkəmənin hökmünədək saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. 201 İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, 08 iyun 2016-cı il tarixdə doğulmuş X3 və 04 dekabr 2017-ci il tarixdə doğulmuş X4 atası Təqsirləndirilən şəxsdur. 101 İş materiallarında olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduqları cinayət əməli tam sübuta yetir və onların əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşiman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət, tələbinin olmamasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanlar ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 24 yanvar 2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş və 26 yanvar 2023-cü il tarixdə Qaradağ rayon prokuroru tərəfindən “həbs” qətimkan tədbiri seçilməkdən imtina edilmiş və Qaradağ RPİ-nin MSY-dən azad edilmiş, daha sonra barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Bundan sonra 15 aprel 2023-cü il tarixdə barəsində axtarış elan edilmiş, 22 may 2023-cü il tarixdə saat 18:00-da tutulmuş və 24 may 2023-cü il tarixdə Qaradağ rayon prokuroru tərəfindən “həbs” qətimkan tədbiri seçilməkdən imtina edilmiş və Qaradağ RPİ-nin MSY-dən azad edilmiş daha sonra barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı 04 gün kimi nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd 08.2020-ci il Çin Xalq Respublikası istehsalı olan istifadə olunmuş, “Barely Motor” markalı 20086924 seriyalı, 30 kw, 50Hz 1400RPM gücündə olan mühərrik məhkəmənin hökmünədək saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkan olmadığı üçün onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İstintaq zamanı onun hüququnu müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə onların hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı 300 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5, 180 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı şübhəli şəxs kimi tutulduğu 04 (dörd) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Qazax rayonu, Kosalar kəndində yerləşən mənzili hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Qazax və Ağstafa rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Qazax rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd 08.2020-ci il Çin Xalq Respublikası istehsalı olan istifadə olunmuş, “Barely Motor” markalı 20086924 seriyalı, 30 kw, 50Hz 1400RPM gücündə olan mühərrikin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5, 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar