Məhkəmə qərarları › İş №1(002)-26/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-26/2023

03.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-26/2023 03.10.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, X1, Dövlət ittihamçısı Bakı şəhər Prokurorluğunun Dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1, Zərəçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxslər (mülki cavabdelər) Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxslər xx xxxxxx 1992-ci ildə Laçın şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində 1 azyaşlı uşağı olan), orta təhsilli, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuş, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Sumqayıt elektrik stansiyası, “Esmira” şadlıq sarayının yaxınlığında nömrəsiz evdə yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxxx 1992-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində 1 azyaşlı uşağı olan), ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, Sumqayıt şəhəri, Məhəllə 45, ev 79/6, mənzil 29-da qeydiyyatda olmaqla ünvan 3 ünvanda kirayə yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü маддяləri təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 aprel 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, A.Şəbiyev küçəsində yerləşən 9 nömrəli binanın qarşısına gələrək əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 həmin binada ikinci mərtəbədə işıqları sönmüş mənzilin qapısını döyüb mənzildə heç kəsin olmadığını müəyyən etdikdən sonra binanın qarşısında durmaqla ətrafı müşahidə etmiş, O, isə binanın birinci mərtəbəsindəki pəncərənin dəmir barmaqlığından dırmanıb ikinci mərtəbəyə qalxaraq Zərərçəkmiş şəxs1 yaşadığı ikinci mərtəbədə yerləşən 3 saylı mənzilin plastik pəncərəsini bıçaqla müdaxilə edib açmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında yatağın yanında yerdə qoyulmuş üzərində sadə tək qaşlı kulon olan 25 manat dəyərində metal boyunbağı, «Pandora» markalı qolbağın 100 manat dəyərində 2 ədəd aksesuarlarını, üzərində, «Lewis Hamilton» yazısı olan 50 manat dəyərində bir ədəd sadə metal boyunbağı, üzərində sadə qaşı olan 70 manat dəyərində gümüş dəstini, (sırqalar, üzük, boyunbağı klon ilə) yarpaq şəklində 50 manat dəyərində qızılı rəngli cüt sırğalar və üzük, üzərində kiçik ölçülü qıfıllı 20 manat dəyərində boyunbağı, 10 manat dəyərində ayaqbağı, 100 manat dəyərində 10 cüt sadə sırğalar, 100 manat dəyərində 10 cüt sadə müxtəlif görünüşlü boyunbağları, üzərində «Eyfel» qülləsinin fotoşəkilləri əks olunmuş 20 manat dəyərində 1 ədəd ağ rəngli qutunu, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 545 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 aprel 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində yerləşən 1 nömrəli binanın qarşısına gələrək əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 həmin binada ikinci mərtəbədə işıqları sönmüş mənzilin qapısını döyüb mənzildə heç kəsin olmadığını müəyyən etdikdən sonra binanın qarşısında durmaqla ətrafı müşahidə etmiş, O, isə binanın blokunun girişinin üstündə yerləşən beton örtüyün üzərinə dırmanıb, ikinci mərtəbəyə qalxaraq Zərərçəkmiş şəxs2 yaşadığı ikinci mərtəbədə yerləşən 39 saylı mənzilin plastik pəncərəsini bıçaqla müdaxilə edib açmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq saxlanc yeri hesab olunan yataq otağında siyirmələrdə olan qutuların içərisindən 2500 manat dəyərində brilliant qaşları olan bir ədəd kişi üzüyü, 1000 manat dəyərində qızıl üzüyü, 400 manat dəyərində 02 cüt qızıl sırğaları, 200 manat dəyərində uşaq üçün bir ədəd qızıl bilərzik, 2700 manat dəyərində brilliant qaşları olan bir ədəd kişi üzüyü, 1500 manat dəyərində mirvari və brilliant qaşları olan qızıl sırğa, 2500 manat dəyərində boyunbağı və sırğalardan ibarət qızıl dəsti, 2500 manat dəyərində üzərində 9 ədəd brilliant qaşları olan qədimi qızıl qadın üzüyü, 700 manat dəyərində svarovski qaşları olan bir ədəd qızıl saat, 300 manat dəyərində bir ədəd gümüşü saat, həmin tarixə Azərbaycan məzənnəsi ilə 1 ABŞ dollarının 1,70 manat kursu ilə hesablanmaqla 3519 manat təşkil edən 2070 ABŞ dolları, 500 manat nəğd pul, evin mətbəxindən isə 510 manat dəyərində bir ədəd üzərində göy-qızıl rəngli «Sergio Tacchini ST.1.109.01» yazıları olan qol saatını, 1000 manat dəyərində bir ədəd gümüşü rəngli «X25 06-4161.2/5161.2 SM» markalı qol saatını və 300 manat dəyərində «Fossil» markalı bir ədəd qol saatını gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs2 20.129 manat, yəni xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 aprel 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən 11A nömrəli binanın qarşısına gələrək əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 həmin binada ikinci mərtəbədə işıqları sönmüş mənzilin qapısını döyüb mənzildə heç kəsin olmadığını müəyyən etdikdən sonra binanın qarşısında durmaqla ətrafı müşahidə etmiş, O, isə binanın blokunun girişinin üstündə yerləşən beton örtüyün üzərinə dırmanıb, ikinci mərtəbəyə qalxaraq Zərərçəkmiş şəxs3 yaşadığı ikinci mərtəbəsində yerləşən 19 saylı mənzilin plastik pəncərəsini bıçaqla müdaxilə edib açmaq yolu yaşayış sahəsinə qanunsuz mənzilə daxil olaraq, qonaq otağında saxlanc yeri hesab olunan dolabdan 550 manat dəyərində bir ədəd «Samsung Galaxy A10» markalı mobil telefonunu, 600 manat dəyərində bir ədəd «Samsung Note 8» markalı mobil telefonunu, masanın üzərindən 1000 manat dəyərində, «Samsung Galaxy A3» markalı mobil telefonunu və 1400 manat dəyərində «Apple» markalı, «A1460» (İpad 4) model planşeti, ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 3.550 manat dəyərində əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 23 aprel 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində yerləşən 29 nömrəli binanın qarşısına gələrək əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 həmin binada ikinci mərtəbədə işıqları sönmüş mənzilin qapısını döyüb mənzildə heç kəsin olmadığını müəyyən etdikdən sonra binanın qarşısında durmaqla ətrafı müşahidə etmiş, O, isə binanın blokunun girişinin üstündə yerləşən beton örtüyün üzərinə dırmanıb, ikinci mərtəbəyə qalxaraq Zərərçəkmiş şəxs4 yaşadığı ikinci mərtəbədə yerləşən 24 saylı mənzilin plastik pəncərəsini bıçaqla müdaxilə edib açmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq saxlanc yeri hesab olunan yataq otağında şifonerin baş hissəsində olan 300 manat dəyərində «Samsung» markalı, «NP-R700» modelli, X28 Core İnside prosessoru, Nvidia xüsusiyyətli noutbuku, bir ədədinin qiyməti 20 manat olan 3 ədəd qol saatlarını, 10 manat dəyərində qarışıq bijuteriyalar, daxılda qəpik və manatdan ibarət olan 60 manat nəğd pulları, digər yataq otağından 370 manat dəyərində «Samsung A3» markalı mobil telefonunu, ümumilikdə Zərərçəkmiş şəxs4 məxsus 800 manat dəyərində əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 24 aprel 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində yerləşən 3A nömrəli binanın qarşısına gələrək əvvəlcədən razılaşdıqları kimi Təqsirləndirilən şəxs2 həmin binada ikinci mərtəbədə işıqları sönmüş mənzilin qapısını döyüb mənzildə heç kəsin olmadığını müəyyən etdikdən sonra binanın qarşısında durmaqla ətrafı müşahidə etmiş, O, isə binanın blokunun girişinin üstündə yerləşən beton örtüyün üzərinə dırmanıb, ikinci mərtəbəyə qalxaraq Zərərçəkmiş şəxs5 yaşadığı ikinci mərtəbədə yerləşən 19 saylı mənzilin plastik pəncərəsini bıçaqla müdaxilə edib açmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq, uşaq yataq otağında olan saxlanc yeri hesab olunan siyirmədən 310 manat nəğd pul, digər yataq otağında olan paltar dolabından pul qabının içərisindən həmin tarixə Azərbaycan məzənnəsi ilə 1 ABŞ dollarının 1,70 manat kursu ilə hesablanmaqla 4420 manat təşkil edən 2600 ABŞ dolları, 1000 manat nəğd pul, 3000 manat dəyərində brilliant qaşlı, 750 əyarlı bir ədəd qadın bilərziyi, daxilində 20 manat qiymətində 055 811 23 33 mobil sim nömrə və 10 manat qiymətində 077 367 16 56 mobil sim nömrə olan 450 manat dəyərində bir ədəd «Redmi Note 9» markalı mobil telefonu, telefon üçün nəzərdə tutulmuş 40 manat dəyərində bir ədəd elektrik gücləndirici, 20 manat dəyərində bir ədəd «Samsung» markalı mobil telefonu, 1000 manat dəyərində qarışıq gümüş və bijuteriyalar aksesuarlarını və 200 manat dəyərindən «Samsung» markalı planşeti, gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs5 10.470 manat yəni xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxslərə xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Belə ki, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 10 aprel 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, A.Şəbiyev küçəsində yerləşən 9 nömrəli binanın qarşısına gələrək əvvəlcədən razılaşdıqları kimi özü həmin binada ikinci mərtəbədə işıqları sönmüş mənzilin qapısını döyüb mənzildə heç kəsin olmadığını müəyyən etdikdən sonra binanın qarşısında durmaqla ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs1 isə binanın birinci mərtəbəsindəki pəncərənin dəmir barmaqlığından dırmanıb ikinci mərtəbəyə qalxaraq Zərərçəkmiş şəxs1 yaşadığı ikinci mərtəbədə yerləşən 3 saylı mənzilin plastik pəncərəsini bıçaqla müdaxilə edib açmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq yataq otağında yatağın yanında yerdə qoyulmuş üzərində sadə tək qaşlı kulon olan 25 manat dəyərində metal boyunbağı, «Pandora» markalı qolbağın 100 manat dəyərində 2 ədəd aksesuarlarını, üzərində, «Lewis Hamilton» yazısı olan 50 manat dəyərində bir ədəd sadə metal boyunbağı, üzərində sadə qaşı olan 70 manat dəyərində gümüş dəstini, (sırqalar, üzük, boyunbağı klon ilə) yarpaq şəklində 50 manat dəyərində qızılı rəngli cüt sırğalar və üzük, üzərində kiçik ölçülü qıfıllı 20 manat dəyərində boyunbağı, 10 manat dəyərində ayaqbağı, 100 manat dəyərində 10 cüt sadə sırğalar, 100 manat dəyərində 10 cüt sadə müxtəlif görünüşlü boyunbağları, üzərində «Eyfel» qülləsinin fotoşəkilləri əks olunmuş 20 manat dəyərində 1 ədəd ağ rəngli qutunu, ümumilikdə Zərərçəkmiş şəxs1 məxsus 545 manat dəyərində əmlakını gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 16 aprel 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində yerləşən 1 nömrəli binanın qarşısına gələrək əvvəlcədən razılaşdıqları kimi özü həmin binada ikinci mərtəbədə işıqları sönmüş mənzilin qapısını döyüb mənzildə heç kəsin olmadığını müəyyən etdikdən sonra binanın qarşısında durmaqla ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs1 isə binanın blokunun girişinin üstündə yerləşən beton örtüyün üzərinə dırmanıb, ikinci mərtəbəyə qalxaraq Zərərçəkmiş şəxs2 yaşadığı ikinci mərtəbədə yerləşən 39 saylı mənzilin plastik pəncərəsini bıçaqla müdaxilə edib açmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq saxlanc yeri hesab olunan yataq otağında siyirmələrdə olan qutuların içərisindən 2500 manat dəyərində brilliant qaşları olan bir ədəd kişi üzüyü, 1000 manat dəyərində qızıl üzüyü, 400 manat dəyərində 02 cüt qızıl sırğaları, 200 manat dəyərində uşaq üçün bir ədəd qızıl bilərzik, 2700 manat dəyərində brilliant qaşları olan bir ədəd kişi üzüyü, 1500 manat dəyərində mirvari və brilliant qaşları olan qızıl sırğa, 2500 manat dəyərində boyunbağı və sırğalardan ibarət qızıl dəsti, 2500 manat dəyərində üzərində 9 ədəd brilliant qaşları olan qədimi qızıl qadın üzüyü, 700 manat dəyərində svarovski qaşları olan bir ədəd qızıl saat, 300 manat dəyərində bir ədəd gümüşü saat, həmin tarixə Azərbaycan məzənnəsi ilə 1 ABŞ dollarının 1,70 manat kursu ilə hesablanmaqla 3519 manat təşkil edən 2070 ABŞ dolları, 500 manat nəğd pul, evin mətbəxindən isə 510 manat dəyərində bir ədəd üzərində göy-qızıl rəngli «Sergio Tacchini ST.1.109.01» yazıları olan qol saatını, 1000 manat dəyərində bir ədəd gümüşü rəngli «X25 06-4161.2/5161.2 SM» markalı qol saatını və 300 manat dəyərində «Fossil» markalı bir ədəd qol saatını gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs2 20.129 manat, yəni xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 22 aprel 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Binəqədi rayonu, 7-ci mikrorayon, S.S.Axundov küçəsində yerləşən 11A nömrəli binanın qarşısına gələrək əvvəlcədən razılaşdıqları kimi özü həmin binada ikinci mərtəbədə işıqları sönmüş mənzilin qapısını döyüb mənzildə heç kəsin olmadığını müəyyən etdikdən sonra binanın qarşısında durmaqla ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs1 isə binanın blokunun girişinin üstündə yerləşən beton örtüyün üzərinə dırmanıb, ikinci mərtəbəyə qalxaraq Zərərçəkmiş şəxs3 yaşadığı ikinci mərtəbəsində yerləşən 19 saylı mənzilin plastik pəncərəsini bıçaqla müdaxilə edib açmaq yolu yaşayış sahəsinə qanunsuz mənzilə daxil olaraq, qonaq otağında saxlanc yeri hesab olunan dolabdan 550 manat dəyərində bir ədəd «Samsung Galaxy A10» markalı mobil telefonunu, 600 manat dəyərində bir ədəd «Samsung Note 8» markalı mobil telefonunu, masanın üzərindən 1000 manat dəyərində, «Samsung Galaxy A3» markalı mobil telefonunu və 1400 manat dəyərində «Apple» markalı, «A1460» (İpad 4) model planşeti, ümumilikdə Zərərçəkmiş şəxs3 məxsus 3.550 manat dəyərində əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 23 aprel 2022-ci il tarixdə saat 20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində yerləşən 29 nömrəli binanın qarşısına gələrək əvvəlcədən razılaşdıqları kimi özü həmin binada ikinci mərtəbədə işıqları sönmüş mənzilin qapısını döyüb mənzildə heç kəsin olmadığını müəyyən etdikdən sonra binanın qarşısında durmaqla ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs1 isə binanın blokunun girişinin üstündə yerləşən beton örtüyün üzərinə dırmanıb, ikinci mərtəbəyə qalxaraq Zərərçəkmiş şəxs4 yaşadığı ikinci mərtəbədə yerləşən 24 saylı mənzilin plastik pəncərəsini bıçaqla müdaxilə edib açmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq saxlanc yeri hesab olunan yataq otağında şifonerin baş hissəsində olan 300 manat dəyərində «Samsung» markalı, «NP-R700» modelli, X28 Core İnside prosessoru, Nvidia xüsusiyyətli noutbuku, bir ədədinin qiyməti 20 manat olan 3 ədəd qol saatlarını, 10 manat dəyərində qarışıq bijuteriyalar, daxılda qəpik və manatdan ibarət olan 60 manat nəğd pulları, digər yataq otağından 370 manat dəyərində «Samsung A3» markalı mobil telefonunu, ümumilikdə Zərərçəkmiş şəxs4 məxsus 800 manat dəyərində əmlakını gizli olaraq talamaqla təkrar oğurluq etmişdir. Bundan başqa o, təkrar özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında 24 aprel 2022-ci il tarixdə saat 21 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində yerləşən 3A nömrəli binanın qarşısına gələrək əvvəlcədən razılaşdıqları kimi özü həmin binada ikinci mərtəbədə işıqları sönmüş mənzilin qapısını döyüb mənzildə heç kəsin olmadığını müəyyən etdikdən sonra binanın qarşısında durmaqla ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs1 isə binanın blokunun girişinin üstündə yerləşən beton örtüyün üzərinə dırmanıb, ikinci mərtəbəyə qalxaraq Zərərçəkmiş şəxs5 yaşadığı ikinci mərtəbədə yerləşən 19 saylı mənzilin plastik pəncərəsini bıçaqla müdaxilə edib açmaq yolu ilə yaşayış sahəsinə qanunsuz daxil olaraq, uşaq yataq otağında olan saxlanc yeri hesab olunan siyirmədən 310 manat nəğd pul, digər yataq otağında olan paltar dolabından pul qabının içərisindən həmin tarixə Azərbaycan məzənnəsi ilə 1 ABŞ dollarının 1,70 manat kursu ilə hesablanmaqla 4420 manat təşkil edən 2600 ABŞ dolları, 1000 manat nəğd pul, 3000 manat dəyərində brilliant qaşlı, 750 əyarlı bir ədəd qadın bilərziyi, daxilində 20 manat qiymətində 055 811 23 33 mobil sim nömrə və 10 manat qiymətində 077 367 16 56 mobil sim nömrə olan 450 manat dəyərində bir ədəd «Redmi Note 9» markalı mobil telefonu, telefon üçün nəzərdə tutulmuş 40 manat dəyərində bir ədəd elektrik gücləndirici, 20 manat dəyərində bir ədəd «Samsung» markalı mobil telefonu, 1000 manat dəyərində qarışıq gümüş və bijuteriyalar aksesuarlarını və 200 manat dəyərindən «Samsung» markalı planşeti, gizli olaraq talayıb ümumilikdə Zərərçəkmiş şəxs5 10.470 manat yəni xeyli miqdarda ziyan vurmaqla təkrar oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək və verilmiş mülki iddianı qismən qəbul edərək göstərmişdir ki, o taksi sürücüsü olmuşdur, o, tutulmazdan iki-üç ay qabaqdan Hüseyni müştəri kimi tanımış. O əvvəldən də istintaqda, Hüseynlə üç epizod cinayət törətdiyini bildirmiş, onlarla da özünü təqsirli bilir. Digər iki epizod üzrə də bildirir ki, orda iştirak etməmişdir. Hüseynin orda iştirak edib ya etdmədiyini bilmir. Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 epizodların törətdiyini bildirdi. O evlərə özünün tək girdiyini, Hüseynin həmin zaman aşağıda olduğunu, oğurlanan pulları və əşyaları ikisinin arasında bölüşdürdüyünü bildirmişdir. Əməlindən səmimi peşiman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərin hamısı ilə barışmaqla, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Odur ki, məhkəmədən bu halların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələr ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədiyini və mülki iddianı qəbul etməyərək öz ifadəsində göstərmişdir ki, o ali təhsillidir, müəyyən problemlərə görə bir dəfə tutulub, Zaminlə hadisələrdən 2-3 ay əvvəl münasibətləri yaranmışdır. O, Zamini taksi sürücüsü kimi tanıyıb. Pulunu verib, istədiyi yerə onu sürdürüb. Zaminlə sonradan münasibətləri yaranıb. Bir-birilərini bəzi yerlərə gedəndə gözləməli olmuşlar, bu sayədə birlikdə vaxt keçiriblər. Zaminin cinayət əməllərindən xəbəri olmayıb. Notebooklardı, telefonlardı bütün bunların hamısı axtarış zamanı Zaminin evindən çıxıb.Onun evindən heç nə çıxmayıb. Sadəcə olanlar Zaminin şər böhtanıdır ki, bu oyundan çıxsın. Məhkəmə çıxışı zamanı təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 istisna olmaqla digər zərərçəkənlərin hamısı ilə barışıq əldə etdiyini, ona qarşı heç bir şikayət və tələbin olmadığını və heç bir cinayət hadisəsi törətmədiyini göstərərək məhkəmədən ona bəraət verməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Sağlamdır, ifadə vermək iqtidarındadır. 2001-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, Alim Şəbiyev küçəsi, 9-cu binanın 2-ci mərtəbəsində yerləşən 3 saylı mənzildə yaşayır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında ailəsi ilə birlikdə Siyəzən rayonuna gedib həmin günü axşam saat 21:45 radələrində evə qayıtmışlar. Evə qayıdarkən evin giriş qapısının açarı normal açılmış və ev səliqəli vəziyətdə olduğu üçün evdən oğurluq olmasını hiss etməmişlər. xx.xx.2022-ci il tarixdə saat 11:45 radələrində evə alış-veriş etmək üçün getdiyi zaman yaşadığı binanın zirzəmisində qızının adı olan qutunun qapağını görmüş, həmin qapığı götürmüş və yaşadığı ünvana qalxmışdır. Qızının yataq otağına baxış keçirən zaman həmin qutunun orada olmadığını aşkar etmişdir. Bundan sonra evinə baxış keçirən zaman qızının yataq otağında yataqın ayaq tərəfində yerdə qoyduğu içərisində müxtəlif sadə və gümüş bjuteriyalar olan üzərində «Eyfel» qülləsinin fotoşəkilləri əks olunmuş 1 ədəd ağ rəngli qutunun oğurlanmasını və eyvanının plastik pəncərəsinin kənarında zədələr aşkar etmişdir. 102 xidmətinə məlumat vermişdir. 10-cu polis bölməsindən gəlib evinə baxış keçirmişlər. Şikayət ərizəsi yazmışdır. Həmin zaman oğurlanmış zinət əşyalarının dəqiq miqdarını bilmirmiş. Bu səbəbdən də ərizəsində ona dəymiş ziyanı 90 manat yazmışdır. Bir neçə gündən sonra zinət əşyalırının məbləğini müəyyən etsədə vaxtı məhdud olduğundan polisə məlumat verə bilməmişdir. Bir müddətdən sonra polis ona zəng edib evinə daxil olan oğrunun tapılmasını bildirdikdə, O, da polisə zinət əşyalarının məbləği barədə məlumat vermiş və ona dəymiş təxminən 700 manat ziyanla bağlı əlavə ərizə yazmışdır. Belə ki, oğurlanmış zinət əşyalarını sadalayaraq bildirmiş ki, üzərində sadə tək qaşlı klon olan 25 manat dəyərində sadə boyun sepi, pandora qolbağın 100 manat dəyərində 2 ədəd aksesuarı, üzərində Lewis Hamilton yazısı olan 50 manat dəyərində bir ədəd sadə boyun sepi, üzərində sadə qaşı olan 70 manat dəyərində komplekt gümüş cüt sırqaları, üzüyü, sep klonu ilə, yarpaq şəklində 50 manat dəyərində sadə qızılı rəngində cüt qırqalar və üzük, üzərində kiçik ölçülü qıfıllı 20 manat dəyərində boyun bağı, 10 manat dəyərində ayaq bağı, 100 manat dəyərində 10 cüt sadə müxtəlif görünüşlü sırqalar, 100 manat dəyərində 10 cüt sadə müxtəlif görünüşlü boyun sepləri, üzərində «Eyfel» qülləsinin fotoşəkilləri əks olunmuş 20 manat dəyərində 1 ədəd ağ rəngli qutu oğurlanmaqla oğurluq nəticəsində cəmi ona 545 manat ziyan dəymişdir. Oğurluq zamanı əmlakına ziyan dəyməyib. Ərizəsi, izahatı ilə ifadəsi arasında ziddiyət olduğu halda ifadəsini əsas götürülməsini xahiş edir. Ola bilsin ki, tələsik yazaraq nəisə göstərməmişdir. Əlavə verilən suallara istinadən: iş üzrə təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə MEMnin xx.xx.2022-ci il tarixli 9/4265 saylı rəyindən müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş, istifadə olunmaları nəzərə alınmaqla 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən müəyyən edilməklə «Eyfel» qülləsinin fotoşəkilləri əks olunmuş 1 ədəd ağ rəngli qutunun qiyməti 10 manat , 1 ədəd kiçik ölçülü qıfıllı boyun bağının qiyməti 2 manat, 1 ədəd ayaq qolbağın qiyməti 0,50 manat, 1 ədəd üzərində bir ədəd daşı olan sırğanın qiyməti 0,50 manat müəyyən edilir. Ekspertin rəyi ilə razısınızmı verilən suallara cavab olaraq bildirmişdir ki, -: iş üzrə təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə MEM-nin xx.xx.2022-ci il tarixli 9/4265 saylı rəyi ilə razı deyildir, ifadəsində göstərdiyi dəymiş ziyanı əsas götürülməsini xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslər tərəfindən vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələblərinin olmadığını, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Sağlamdır, ifadə vermək iqtidarındadır. 1992-ci ildən Bakı şəhəri, Qaradağ rayonu, İntiqam Nəbiyev küçəsi 1 nömrəli binanın 2-ci mərtəbəsində yerləşən 70 kv, 3 otaqdan ibarət 39 saylı mənzildə ailəsi ilə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində ailəsi ilə birlikdə evdən çıxaraq şəhərin mərkəzinə bulvara gəzintiyə, daha sonra şəxsi işləri ilə əlaqədar işlərini görüb həmin günü saat 21 radələrində evinə qayıdıb evinin giriş qapısının kilidini bağlıdığı kimi açıb evə daxil olduqda yataq otağında əşyaların səliqəsiz, evin plastik pəncərəsinin açıq olmasını gördükdə evə oğru girməsini başa düşmüş və 102 xidmətinə məlumat vermişdir. Evə polislər gəlib baxış keçirmişlər. Özü də evinə baxış keçirərkən yataq otağında olan siyirmələrdə olan qutuların içərisindən 2500 manat dəyərində brilliant daşları olan 01 ədəd kişi üzüyü, 1000 manat dəyərində sadə qızıl nişan üzüyü, 400 manat dəyərində 02 cüt qızıl sırqaların, 200 manat dəyərində uşaq üçün 01 ədəd qızıl bilərzik, 2700 manat dəyərində brilliant daşları olan 01 ədəd kişi üzüyü, 1500 manat dəyərində mirvari və brilliant daşları olan cüt qızıl sırqa, 2500 manat dəyərində boyunbağı və sırqalardan ibarət qızıl dəsti, 2500 manat dəyərində üzərində 9 ədəd brilliant qaşları olan qədimi qızıl qadın üzüyü, 700 manat dəyərində sıvaroaski daşları olan 01 ədəd qızıl saat, 300 manat dəyərində 01 ədəd gümüşü saat, 2070 ABŞ dolları, 500 manat nəqd pul, evin mətbəxindən isə 510 manat dəyərində 01 ədəd üzərində göy-qızıl rəngli «Sergio Tacchini ST.1.109.01» yazıları olan qol saatı, 1000 manat dəyərində 01 ədəd gümüşü rəngli «X25 06-4161.2/5161.2 SM» markalı qol saatı və 300 manat dəyərində Fossil markalı 01 ədəd qol saatının oğurlanmasını aşkar etmişdir. Ona 16610 manat və 2070 ABŞ dolları ziyan dəymişdir. 1 ABŞ dollarının oğurluq olan günə Azərbaycan Məzənnəsi ilə 1.70 manat hesabladıqda 2070 ABŞ dolları manatla 3519 manat edir. Onunda üstünə 16610 manat gəldikdə 20129 manat edir. Oğurluq nəticəsində ona 20129 manat ziyan dəymişdir. O, evdən çıxarkən bütün pəncərələri bağlamışdır. Başa düşmüş ki, oğru və ya oğrular ikinci mərtəbədə yerləşən evinin plastik pəncərəsini açaraq evə daxil olub oğurluq etmişlər. 10cu polis bölməsinə şikayət ərizəsi yazmışdır. Oğurluq zamanı əmlakına ziyan dəyməyib. Ona dəymiş ziyanı ilkin olaraq 102 xidmətinə məlumatı, ərizəsində təxmini göstərmişdir. Ərizəsi, izahatı və əvvəl ki, ifadəsi ilə hazır ki, ifadəsi arasında ziddiyət olduğu halda hazır ki, ifadəsini əsas götürülməsini xahiş edir. Ola bilsin ki, tələsik yazaraq nəisə göstərməmiş və ya səf etmişdir. Əlavə verilən suallara istinadən: İş üzrə təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə MEM-nin xx.xx.2022-ci il tarixli 9/4349 saylı rəyindən müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş, istifadə olunmaları nəzərə alınmaqla 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən müəyyən edilməklə 01 ədəd üzərində göy-qızıl rəngli «Sergio Tacchini ST.1.109.01» yazıları olan qol saatı 120 manat, 01 ədəd gümüşü rəngli «X25 06-4161.2/5161.2 SM» markalı qol saatı 160 manat müəyyən edilir. Ekspertin rəyi ilə razısınızmı verilən suallara cavab olaraq bildirmişdir ki,- :iş üzrə təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə MEM-nin xx.xx.2022-ci il tarixli 9/4349 saylı rəyi ilə razı deyildir, ifadəsində göstərdiyi dəymiş ziyanın əsas götürülməsini xahiş edir. 26 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs2 20129 (iyirmi min yüz iyirmi doqquz) manat maddi ziyanın və mülki iddianı qaldırmağa görə ödədiyi 150 (yüz əlli) manat dövlət rüsumunun mülki cavabdehler Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq ona veriməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra məhkəmənin 03 otyabr 2023-cü il tarixli iclasında iştirak edən zərərçəmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 məhkəməyə yazılı ərizələr təqdim edərək Təqsirləndirilən şəxs1 valideynləri tərəfindən ona dəyən maddi ziyanın yarsının, yəni Təqsirləndirilən şəxs1 aid hissəsində tam şəkildə ödənildiyini, mülki iddianın ona aid hissəsindən imtina etdiyini, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, 20129 manat məbləğində mülki iddianın həcmini azaldaraq 10064 manat maddi ziyanın Təqsirləndirilən şəxs2 tutulmasını xahiş etmişdir. O öz ifadəsində son olaraq Təqsirləndirilən şəxs2da yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Sağlamdır, ifadə vermək iqtidarındadır. Binəqədi rayonu, 7-ci mkr, S.S.Axundov küçəsində yerləşən 11A saylı beş mərtəbəli yaşayış binasının ikinci mərtəbəsində sahəsi təxminən 47 kv, iki otaqdan ibarət 19 saylı mənzildə ailəsi ilə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 20 radələrində ailəsi ilə birlikdə evdən çıxaraq şəhərin mərkəzində «qış parkı»-na gəzintiyə gedib həmin günü saat 22 radələrində evinə qayıdıb evinin giriş qapısının kilidini bağlıdığım kimi açsada qapı açılmamışdır. Qapının xarab olmasını, qapanmasını zənn etmişdir. Küçədən mənzilə baxdıqda mətbəxin plastik pəncərəsinin açıq olmasını görüb, özü giriş blokunun üzərində beton panelin üzərinə, oradanda mətbəxin pəncərəsinə dırmanıb mənzilə daxil olmuşdur. Mənzildə əşyaların səliqəsiz və giriş qapısının içərdən cəfdəsinin bağlı olmasını görüb evdə oğurluq olmasını başa düşmüş və 102 xidmətinə məlumat vermişdir. Evə polislər gəlib baxış keçirmişlər. Özü də evinə baxış keçirərkən qonaq otağında olan dolabdan 550 manat dəyərində bir ədəd «Samsung Galaxy A10» markalı mobil telefonunun, 600 manat dəyərində bir ədəd «Samsung Note 8» markalı mobil telefonunun, masanın üzərindən 1000 manat dəyərində «Samsung Galaxy A3» markalı mobil telefonunun və 1400 manat dəyərində «Apple» markalı, «A1460» (İpad 4) model planşetinin oğurlanmasını aşkar etmişdir. Oğurluq nəticəsində ona cəmi 3550 manat ziyan dəymişdir. O, evdən çıxarkən bütün pəncərələri bağlamışdır. Başa düşmüş ki, oğru və ya oğrular ikinci mərtəbədə yerləşən evinin plastik pəncərəsini açaraq evə daxil olub oğurluq etmişlər. Binəqədi RPİ-nin 5-ci polis bölməsinə şikayət ərizəsi yazmışdır. Oğurluq zamanı əmlakına ziyan dəyməyib. 102 xidmətinə məlumat verərkən hələ əmlakının tam olaraq nələrin oğurlanmasını müəyyən etməmişdir. Bu səbəbdəndə 102 xidmətnə yalnız mobil telefonu oğurlanmasını bildirmişdir. Ona dəymiş ziyanı ilkin olaraq izahtında təxmini göstərmişdir. Oğurlanmış mobil telefonun daxilində sim nömrəsi olsada onu dəyərsiz hesab etdiyi üçün qiymətləndirmir. Ərizəsi, izahatı və əvvəl ki, ifadəsi ilə hazır ki, ifadəsi arasında ziddiyət olduğu halda hazır ki, ifadəsini əsas götürülməsini xahiş edir. Ola bilsin ki, tələsik yazaraq nəisə göstərməmiş və ya səf etmişdir. Əlavə verilən suallara istinadən: İş üzrə təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə MEM-nin xx.xx.2022-ci il tarixli 9/5107 saylı rəyindən müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Çin istehsalı olan, «Apple» markalı, «A1460» (İpad 4) mobel planşetin 2022-ci ilin aprel ayına normal vəziyyətdə orta bazar qiyməti təxminən 650,0 manat müəyyən olunur. Ekspertin rəyi ilə razısınızmı? verilən suallara cavab olaraq bildirmişdir ki, -: iş üzrə təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə MEMnin xx.xx.2022-ci il tarixli 9/5107 saylı rəyi ilə razı deyildir, ifadəsində göstərdiyi dəymiş ziyanı əsas götürülməsini xahiş edir. Zərərçəkmiş şəxs3 məhkəməyə yazılı ərizələr təqdim edərək təqsirləndirilən şəxslər tərəfindən vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdıqlarını, onlara qarşı heç bir şikayət və tələblərinin olmadığını, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 qızı öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Sağlamdır, ifadə vermək iqtidarındadır. 1984-cü ildən Bakı şəhəri, Qaradağ rayonu, İntiqam Nəbiyev küçəsi 29 nömrəli binanın 2-ci mərtəbəsində yerləşən 3 otaqdan ibarət 24 saylı mənzildə ailəsi ilə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində iftar etmək üçün ailəsi ilə birlikdə evdən çıxaraq Lökbatan qəsəbəsində tanışlarının evinə gedib həmin günü saat 21:58 radələrində evinə qayıdıb evinin giriş qapısının kilidini açarkən qapının açılmadığını görmüşdür. Evində oğuru olmasını zənn edib dər hal 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Polis gəlib evnin yataq otağında olan açıq plastik pəncərəsindən evə daxil olaraq içərdən giriş qapısının cəfdəsini açmış və o, evə daxil olduqda evinin səliqəsiz vəziyyətdə olmasını görüb evində oğurluq olmasını başa düşmüşdür. Evinə baxış keçirərkən həmin yataq otağında olan şifonerin baş hissəsində olan 300 manat dəyərində «Samsung» markalı, «NP-R700» modelli noutbook diz üstü kompyuterinin, bir ədədinin qiyməti 20 manat olan markalarını bilmədiyi 3 ədəd qol saatlanın, 10 manat dəyərində yadında qalmayan qarışıq bijuteriyalar, daxılda olan qəpik və manatdan ibarət 60 manatının, digər yataq otağından isə 370 manat dəyərində Samsung A03 markalı mobil telefonunun oğurlanmasını aşkar etmişdir. O, evdən çıxarkən bütün pəncərələri bağlamışdır. Başa düşmüş ki, oğru və ya oğrular ikinci mərtəbədə yerləşən evinin plastik pəncərəsini açaraq evə daxil olub oğurluq etmişlər. 10-cu polis bölməsinə şikayət ərizəsi yamışdır. Oğurluq nəticəsində ona cəmi 800 manat ziyan dəymişdir. Oğurluq zamanı pəncərəsinin dəmirinin sındırılmasına görə 300 manat, kasmetik işlərin görülməsinə görə 50 manat olmaqla əmlakına 350 manat ziyan dəymişdir. Ərizəsi, izahatı və əvvəl ki, ifadəsi ilə hazır ki, ifadəsi arasında ziddiyət olduğu halda hazır ki, ifadəsini əsas götürülməsini xahiş edir. Ola bilsin ki, tələsik yazaraq nəisə göstərməmişəm və ya səf etmişdir. Əlavə verilən suallara istinadən: İş üzrə təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə MEM-nin xx.xx.2022-ci il tarixli 9/3481 saylı rəyindən müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd «Samsung» markalı, «NP-R700» modelli, “X28 Core İnside” prosessorlu “Nvidia” xüsusiyyətli noutbukun istifadədə olması nəzərə alınmaqla 2022-ci ili aprel ayına olan orta bazar qiyməti təxminən 120 manat müəyyən edilir. Ekspertin rəyi ilə razısınızmı verilən suallara cavab olaraq bildirmişdir ki, -: iş üzrə təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə MEM-nin xx.xx.2022-ci il tarixli 9/3481 saylı rəyi ilə razı deyil, ifadəsində göstərdiyi dəymiş ziyanı əsas götürülməsini xahiş edir. Zərərçəkmiş şəxs4 qızı məhkəməyə yazılı ərizələr təqdim edərək təqsirləndirilən şəxslər tərəfindən vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdıqlarını, onlara qarşı heç bir şikayət və tələblərinin olmadığını, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, baxış keçirərkən uşaq yataq otağında olan siyirmədən 310 manat nəğd pul, digər yataq otağında olan paltar dolabından pul qabının içərisindən 2600 ABŞ dolları, 1000 manat nəğd pul, 3000 manat dəyərində brilliant qaşlı, 750 əyyarlı 01 ədəd qadın üçün nəzərdə tutulmuş qızıl bilərzik, daxilində 20 manat qiymətində 055 811 23 33 mobil sim nömrə və 10 manat qiymətində 077 367 16 56 mobil sim nömrə olan 450 manat dəyərində 01 ədəd «Redmi Note 9» markalı mobil telefonu, telefon üçün nəzərdə tutulmuş 40 manat dəyərində 01 ədəd elektrik gücləndirici, 20 manat dəyərində 01 ədəd Samsung markalı mobil telefonu, 1000 manat dəyərində qarışıq gümüş və sadə bijuteriyalar və 200 manat dəyərindən Samsung markalı planşetinin oğurlanmasını aşkar etmişdir. O, evdən çıxarkən bütün pəncərələri bağlamışdır. Başa düşmüş ki, oğru və ya oğrular ikinci mərtəbədə yerləşən evinin plastik pəncərəsini açaraq evə daxil olub oğurluq etmişlər. 10-cu polis bölməsinə şikayət ərizəsi yazmışdır. Oğurluq nəticəsində cəmi ona 6050 manat və 2600 ABŞ dolları ziyan dəymişdir. Oğurluq zamanı əmlakına ziyan dəyməyib. Ərizəsi, izahatı və əvvəl ki, ifadəsi ilə hazır ki, ifadəsi arasında ziddiyət olduğu halda hazır ki, ifadəsini əsas götürülməsini xahiş edir. Ola bilsin ki, tələsik yazaraq nəisə göstərməmiş və ya səf etmişdir. Əlavə verilən suallara istinadən: İş üzrə təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə MEM-nin xx.xx.2022-ci il tarixli 9/4265 saylı rəyindən müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş, istifadə olunmaları nəzərə alınmaqla 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən müəyyən edilməklə 1 ədəd Daniel Klein markılı qadın saatının qiyməti 5 manat, üzərində 5 ədəd bənövşəyi rəngli daşlar olan 1 ədəd qadın bilərziyinin qiyməti 8 manat, mirvari daşlara oxşar daşlardan ibarət 1 ədəd bilərzik, 1 ədəd boyunbağı və cüt sırqalardan ibarət komplektin qiyməti 15 manat, 1 ədəd gümüşü rəngli dəmir metaldan ibarət bilərziyin qiyməti 3 manat və üzərində xırda daşlardan ibarət 1 ədəd sil-silə boyunbağının qiyməti 5 manat müəyyən edilir. Ekspertin rəyi ilə razısınızmı? verilən suallara cavab olaraq bildirmişdir ki, -: İş üzrə təyin olunmuş məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə MEM-nin 02 sentyabr 2022-ci il tarixli 9/4265 saylı rəyi ilə razı deyildir, ifadəsində göstərdiyi dəymiş ziyanı əsas götürülməsini xahiş edir. Zərərçəkmiş şəxs5 məhkəməyə yazılı ərizələr təqdim edərək təqsirləndirilən şəxslər tərəfindən vurulmuş ziyanın ödənildiyini, təqsirləndirilən şəxslərlə barışdıqlarını, onlara qarşı heç bir şikayət və tələblərinin olmadığını, təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Nəsimi rayonu, 28 may metrostansiyası yaxınlığında Azadlıq prospektində yerləşən «Gold servise» telefon təmiri mağazasında işləyir. Təxminən üç ay əvvəl özünü «mete» kimi təqdim edən təxminən 32- 33 yaşlarında saqqallı, nisbətən balaca boylu bir oğlan işlədiyi telefon mağızasına gəlib «Poco F3» markalı telefonun nasaz ekranın dəyişilməsi üçün nə qədər xərc lazım olmasını sorduqda, baxıb 200 manat xərci olmasını bildirdim və o 200 manatı telefon ilə birlikdə mənə verdi. Lakin mobil telefonun ekranı tapılmamsına səbəb bir aydan sonra telefonu və 200 manat pulu həmin şəxsə qaytarmışdır. Təxminən bir ay əvvəl isə həmin «mete» “Samsung A10” markalı mobil telefonunu gətirib ekran kodu açılmadığı üçün 15 manata format elətdirdiyini, təxminən 10 gün əvvəl “Samsung” markalı Noutbuk kompyuterini təmir elətdirmək istədiyini, lakin noutbukun təmiri alınmadığından səhəri gəlib apardığını, təxminən 5 gün əvvəl Samsung A10S markalı telefonunu gətirib ekran kodu açılmadığı üçün format elətdirdiyini, sonuncu dəfə təxminən 3-4 gün əvvəl İpad markalı planşet gətirməsini, kodunu unutmasını, İclound kodunu bilməsini, fomat etmək üçün 20 manat verib getməsini, lakin səhəri polislərin gəlməsini planşetin oğurluq olmasını bildirmələrinə səbəb təhvil verməsini bildirmişdir. «mete» ona gətirdyi əşyaların özünə məxsus olmasını bildirməklə oğurluq olmasını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb dispanserində qeydiyyatda deyil. Psixoloji durumu normaldır və sağlamdır. İfadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs1 ilə 2013-cü ildə qeyri rəsmi, 2017-ci ildən isə rəsmi nigaha daxil olub ailə həyatı qurmuşlar. Bu nigahdan 2017-ci il təvəllüdlü X8 dünyaya gəlmişdir. Zamin tutulana qədər 4 il Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, S.Vurğun küçəsində nömrəsiz evdə yaşamışlar. Zamin tutulmamışa qədər iki ay olar ki, Kia Rio markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşqul olmağa başlamışdır. 2022-ci ilin aprel aynın təxminən 5-dək olan müddətdə o, Zaminlə evdə olarkən gecə saat 00 radələrində qapı döyülmüş və adını sonradan Yelmar bildiyi şəxs içəri daxil olmuşdur. O, heçnə demədən Zaminin üzərinə hücum etmiş və Zaminə sillə, təpik vuraraq «Özün rahat evində oturmusan, biz qalmışıq çöllərdə!» deyə sözlərini ifadə etmişdir. O, 1-ci dəfə idi ki, həmin şəxsi görürmüş və nə məsələ olmasını başa düşmürmüş. Yelmar bu zaman qapıdan çölə səslənərək üzünü görmədiyi şəxsə səslənərək «bıçaqı gətir, bunu öldürəcəm» sözlərini ifadə etmişdir. Daha sonra Yelmar adlı şəxs Zaminlə digər otağa keçərək ikilikdə söhbət etməyə başlamışlar. Onu içəri buraxmamışlar. O, sonradan içəri daxil olanda Zaminin qaşının üst tərəfindən qan axdığını, stol-stulun üzərində qan ləkəsi görmüşdür. Bundan sonra Zamin onların hər ikisinədə evdən çıxıb getmələrini bildirmişdir. Onlar çıxıb getdikdən sonra Zamin onlarla tanış olduqlarını demişdir. Zamin həmin şəxslərə 140 manat borcu olduğunu bildirmişdir. Növbəti gün Zamin bildirmiş ki, onlar bir müddət onlarla evdə qalmalıdırlar, başqa yol yoxdur. O, da məcbur razılaşmışdır. İki gün sonra Yelmar sonradan adını bildiyi Vüsalə adlı xanımla onların evinə köçmüşlər və onlarla birlikdə yaşamağa başlamışlar. Təxminən bir həftədən sonra onlarla aralarında mübahisə yaranmağa başlamışdır. Onlar onların evində təxminən 20 gün qalmışlar. Onlar çıxdıqdan iki gün sonra yəni xx.xx.2022-ci il tarixdə Zamin polis tərəfindən tutulmuşdur. Onlar onların evlərində qaldığı müddətdə Yelmar hər gün axşam saat 19-20 ralədərində iftar ərəfəsində evdən çıxıb 3-4 saatdan sonra evə qayıdırmışlar. Vüsalə hər gecə onlarda gecələsədə Yelmar arada bir qalırmış. «Mete» ləqəbli Hüseyn 1-2 dəfə onlara gəlib çay içsədə onlarda qalmamışdır. Təxminən 10-11 aprel 2022-ci il tarixdə Zamin evə içərisində üzərində kiçik qıfıl olan bir ədəd boyunbağı, bir ədəd sırğa və bir ədəd ayaq qolbağı olan üzərində Eyfel qülləsinin foto şəkili əks olunmuş bir ədəd ağ qutu gətirmişdir. Lakin haradan əldə etməsini bildirməmişdir. Zamin tutulduqdan sonra o, həmin əşyaları könüllü olaraq 10-cu polis bölməsində təqdim etmiş və ondan protokolla götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət aparır. Mənzillərdən oğurluq etməkdə şübhəli bilinən Təqsirləndirilən şəxs2 yaşadığı Xırdalan şəhəri M.Ş.Vazeh küçəsi ev 86 saylı ünvan müəyyən olunsada sonuncu mənzildə olmamışdır. Onları qarşılayan Təqsirləndirilən şəxs2 atası Şahid4 yaşadığı Xırdalan şəhəri M.Ş.Vazeh küçəsi ev 86 saylı ünvanda axtarış və götürmə aparılmasına icazə verərək Hüseynin evə gətirdiyi qarışıq çox saylı bijuteriyaları masanın üzərinə səpələyərək onlara təqdim etmişdir. Tərəflərindən həmin bijuteriyalara baxış keçirilmiş və iş üçün əhəmiyyət kəsb edən 1 ədəd “Daniel Klein” markalı qadın saatı, üzərində 5 ədəd bənövşəyi rəngli daşlar olan 1 ədəd qadın bilərziyi, mirvari daşlara oxşar daşlardan ibarət 1 ədəd bilərzik, 1 ədəd boyun bağı və cüt sırqalardan ibarət komplekt, 1 ədəd gümüşü rəngli dəmir metaldan ibarət bilərzik və üzərində xırda daşlardan ibarət 1 ədəd sil-silə boyun bağının foto şəkilləri çəkilərək götürülmüşdür. Buna dair protokolda tərtib olunmuşdur. Şahid5 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada dəfələrlə məlumat verilməsinə və barəsində məcburi gətirilmə barədə qərarlar qəbul edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş və onun məhkəməyə gətirilməsi təmin edilməmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə şahidin ifadəsi elan edilmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Heç kəslə ədavəti və düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb dispanserində qeydiyyatda deyil. Psixoloji durumu normaldır və sağlamdır. İfadə vermək iqtidarındadır. 25 aprel 2022-ci il tarixdə bibimi əri İqbaldan xəbər aldım ki, Qaradağ polisinin əməkdaşları evinə gələrək mənzillərdən oğurluq hadisələri ilə əlaqədar bibimoğlu Hüseyni axtarmışlar. Lakin həmin zaman Hüseyn evdə olmadığından onu tapa bilməmişlər. İcazəsi ilə əvvəllər Xırdalan şəhəri M.Ş.Vazeh küçəsi ev 86-da kirayədə yaşıdığı evdə axtarış və götürmə aparılmışdır. Hüseynin evə gətirdiyi qarışıq çox saylı müxtəlif bijuteriyaların şəkili çəkilərək götürülmüşdür. Hansı ki, sonradan Hüseyn bizə bildirdi ki, həmin bijuteriyaları tanışı Zamin satmaq üçün ona vermişdir. Bundan sonra biz bu barədə Hüseyn ilə danışarkən evdə aşkar olunanlardan başqa Zaminin satmaq üçün ona verdiyi 1 ədəd göy qızılı rəngli «Sergio Tacchini» və 1 ədəd gümüşü rəngli «Swiss Mılıtamy hanowa» markalı iki ədəd qol saatlarınında onda olmasını bildirdi. Biz, da dərhal həmin qol saatlarını ondan alaraq Hüseynin atası İqbal ilə 10-cu PB-nə gətirərək protokolla təhvil verdik . Bibim oğlu Hüseyn heç bir oğurluq etməmişdir. Götürülən əşyaları Zamin satmaq üçün ona vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb dispanserində qeydiyyatda deyil. Psixoloji durumu normaldır və sağlamdır. İfadə vermək iqtidarındadır. Təqsirləndirilən şəxs2 əvvəllər Bakı İstintaq Təcridxanasında olarkən oğurluqlara görə tutulan Yelmar adlı şəxslə tanış olmuşdur. Bundan sonra onların münasibətləri yaranmış, oğlu Hüseyn azadlığa çıxdıqdan sonra Yelmarla münasibətləri yaranmış və eyni zamanda Yelmarın vasitəsi ilə taksi sürücüsü Zamin ilə tanış olmuşdur. Zamin taksi sürücüsü və ailələrinə uyğun olduğu üçün ailə üzvlərini ehtiyacı olduğundan lazımı ünvanlara aparmışdır. Oğlu Hüseyn isə Zamin ilə münasibəti olduğu üçün onunla olsada oğurluqlardan xəbəri olmayıb. Sonradan ona məlum olmuşdur ki, Zamin oğurladığı bijuteriya və sair əşyaları özünə məxsus adı ilə satmaq üçün oğlu Hüseynə vermişdir. Hansı ki, oğlu Hüseyndə bəzi bijuteriyaları gətirib evdə saxlayırmış. Hansı ki, oğlu Hüseyn əşyaların oğurluq olmasını bilməmişdir. Əgər bilsə idi evə gətirməzdi, əri İqbalda polislərin evə daxil olmasına, həmin əşyaları polislərə götürməyə icazə verməzdi. Bundan başqa özünə məxsus adı ilə satmaq üçün Zaminin oğlu Hüseynə verdiyi markasını bilmədiyi 2 ədəd qol saatlarınıda əri İqbal, qardaşı oğlu Əhməd oğurluq məsələsini bildikdən sonra həmin saatları aparıb 10-cu PB-nə təhfil vermişlər. Əgər Hüseyn əşyaların oğurluq olmasını bilsə idi hər şeyi gizlədib xəbəri olmadığını bildirərdi. Bundan başqa sonradan müəyyən etmiş ki, hələ Zamin tutulmamışdan öncə oğurladığı qızıl-zinət əşyalarının elektron tərəzidə 38,36 qram olan foto şəklini çəkərək satmaq üçün oğlu Hüseynin mobil telefonuna göndərmişdir. Bunu özü aşkar etmişdir. Həmin foto şəkili təqdim edir. Sonradan o, bu barədə Hüseyndən soruşduqda ona bildirmiş ki, Zamin həmin qızıl-zinət əşyalarının foto şəklini ona satmaq üçün göndərmişdir. Hansı ki, həmin qızıl-zinət əşyalarının heç birini Hüseynə verməmişdir. Həmin qızıl-zinət əşyalarının kim hara satmasından nə onun nədə ki, Hüseynin xəbəri olmamışdır. Hüseynin mobil telefonunda başqa heç bir foto şəkil, oğurluqla əlaqədar hər hansı bir SMS aşkar etməmişdir. Həmin mobil telefonunu satdığı üçün təqdim edə bilmir. Məhkəmə iclasında şahid qismində iştirak etmiş Təqsirləndirilən şəxs2 atası Şahid4 06 iyun 2023-cü il tarixli məhkəmə iclasında ifadə verməkdən imtina etmişdir. Şahid Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb dispanserində qeydiyyatda deyil. Psixoloji durumu normaldır və sağlamdır. İfadə vermək iqtidarındadır. 2022-ci ilin aprel ayının 25-i yadında qalmayan Qaradağ polisinin əməkdaşları evinə gələrək mənzillərdən oğurluq hadisələri ilə əlaqədar oğlu Hüseyni axtardıqlarını bildirmişlər. Lakin həmin zaman Hüseyn evdə olmadığından onu tapa bilməmişlər. İcazəsi ilə əvvəllər Xırdalan şəhəri M.Ş.Vazeh küçəsi ev 86-da kirayədə yaşıdığı evdə axtarış və götürmə aparılmışdır. Hüseynin evə gətirdiyi qarışıq çox saylı müxtəlif bijuteriyaların şəkili çəkilərək götürülmüşdür. Hansı ki, sonradan Hüseyn ona bildirmiş ki, həmin bijuteriyaları tanışı Zamin satmaq üçün ona vermişdir. Bundan sonra o, bu barədə oğlu Hüseyn ilə danışarkən evdə aşkar olunanlardan başqa Zaminin satmaq üçün ona verdiyi 1 ədəd göy qızılı rəngli «Sergio Tacchini» və 1 ədəd gümüşü rəngli «Swiss Mılıtamy hanowa» markalı iki ədəd qol saatlarınında onda olmasını bildirmişdir. O, da dərhal həmin qol saatlarını ondan alaraq qohumu Əhməd ilə 10-cu PB-nə gətirərək təhvil verdikdə onlarda protokolla götürmüşlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməmtəəşünaslıq ekspertizası üzrə 02 iyun 2022-ci il tarixli 9/3481 saylı rəyindən görsənir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd “Samsung” markalı, “NP-R700” modelli, X28 Core İnside prosessorlu Nvidia xüsusiyyətli noutbukun istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 120 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə kriminalistik ekspertizası üzrə 16 iyun 2022-ci il tarixli 3/643 saylı rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə 29 iyun 2022-ci il tarixli 9/4212 saylı rəyindən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd Cin istehsalı olan, “Apple” markalı “A1460” (İpad 4) model planşed mütəxəssis tərəfindən söküldükdən, salamat qalmış hissələr müəyyən edildikdən sonra qalıq dəyəri müəyyən edilə bilər. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə 13 iyul 2022-ci il tarixli 9/4349 saylı rəyindən müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş qol saatlarının istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir: -01 ədəd üzərində göy-qızıl rəngli «Sergio Tacchini ST.1.109.01» yazıları olan qol saatı 120 manat; -01 ədəd gümüşü rəngli «X25 06-4161.2/5161.2 SM» markalı qol saatı 160 manat. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə 02 sentyabr 2022-ci il tarixli 9/4265 saylı rəyindən müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına nəticəsi, Eskpertiza təqdiqatına təqdim edilmiş bijuteriya mallarının istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin aprel ayına orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 49,00 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi məhkəmə əmtəəşünaslıq ekspertizası üzrə 05 sentyabr 2022-ci il tarixli 9/5107 saylı rəyindən müəyyən edilmişdir ki, ekspertiza tədqiqatına təqdim edilmiş 01 ədəd Çin istehsalı olan, “Apple” markalı, “A1460” (İpad 4) model planşetin 2022-ci ilin aprel ayına normal vəziyyətdə orta bazar qiyməti təxminən 650,0 manat müəyyən olunur. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin üzrə KTİ-nin 28 iyul 2022-ci il tarixli 22/511R saylı rəyindən müəyyən edilmişdir ki;

1. xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yaşayan vətəndaş Zərərçəkmiş şəxs5 Əliyar qızının evində baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 07 ədəd müxtəlif ölçüdə yapışqanlı lent kəsikləri üzərlərində olan 04 ədəd əl-barmaq və 01 ədəd ovuc izi şəxsiyətin eyniləşdirilməsi üçün yararlıdır; xx.xx.2022-ci il tarixdə ünvan 5 ünvanında vətəndaş Zərərçəkmiş şəxs2 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 06 ədəd müxtəlif ölçüdə yapışqanlı lent kəsikləri üzərlərində olan 05 eded əl-barmaq izi şəxsiyətin eyniləşdirilməsi üçün yararlıdır; xx.xx.2022-ci il tarixdə ünvan 6 ünvanında yaşayan vətəndaş Zərərçəkmiş şəxs1 məxsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş 06 ədəd müxtəlif ölçüdə yapışqanlı lent kəsikləri üzərlərində olan 02 eded əlbarmaq ve 04 ədəd ovuc izi şəxsiyətin eyniləşdirilməsi üçün yararlıdır; xx.xx.2022-ci il tarixdə ünvan 7 ünvanında vətəndaş Zərərçəkmiş şəxs4 mexsus evdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı ESPUBLİ. götürülmüş 14 ədəd kağız parçalarının üzərinə yapışdırılmış 15 ədəd müxtəlif ölçüdə yapışqanlı lent kəsikləri üzərlərində olan 07 ədəd əl-barmaq və 04 eded ovuc izi şəxsiyətin eyniləşdirilməsi üçün yararlıdır.

2. xx.xx.2022-ci il tarixde ünvan 8 ünvanında yaşayan vətəndaş Zərərçəkmiş şəxs5 Əliyar qızının evinde baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin müayinəsi zamanı götürülmüş el izlərindən 01 ədedi xx.xx.1992-ci il tarixde Laçın rayonunda anadan olmuş Təqsirləndirilən şəxs1 sol əlinin şəhadet barmağının əksi ilə eynilik müəyyən edilmişdir.

3. Tədqiqata təqdim edilmiş X6 daktiloskopik müqaisəli tədqiqat üçün yararlıdır. xəritəsi

4. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan ümumilikdə 17 ədəd əl-barmaq ve 09 ədəd ovuc izi DİN KTİ-nin ADİS-in məlumat bankında olan şəxslərin, o cümlədən təqdim edilmiş X6 əl-barmaq və ovuc əksləri ilə eynilik müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş telefon rabitə məlumatları ilə əlaqədar Təqsirləndirilən şəxs2 adına olmuş 050 308 77 44 mobil sim nömrənin kimin adına olması, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə həmin nömrəyə daxil olan və çıxan zənglərin, nömrələrin siyahısı, SMS-lərin mətni, həmin nömrələrin kimlərə məxsus olması, həmçinin 050 308 77 44 mobil sim nömrənin qeyd olunan tarixlərdə anten dairəsi barədə məlumatların "xxxx" MMC-dən ələ keçirilərək götürülmüşdür. Kompyuter vasitəsi ilə CD açıldıqda müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 adına olmaqla 050 308 77 44 mobil sim nömrəsi ilə xx.xx.2022-ci il saat 00:27-də, 13:53-də, 16:46-da, 16:51-də və 17:12-də Təqsirləndirilən şəxs1 adına olan 070 911 84 00 sim nömrə ilə əlaqə saxladığı qeyd olunmuşdur. xx.xx.2022-ci il saat 12:43-də, 14:19-da Təqsirləndirilən şəxs1 adına olan 070 911 84 00 sim nömrə ilə əlaqə saxladığı qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs1 istifadəsində olan 077 326 65 74, Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 077 599 60 66, 070 911 84 04 mobil sim nömrənin kimin adına olması, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə həmin nömrəyə daxil olan və çıxan zənglərin, nömrələrin siyahısı, SMS-lərin mətni, həmin nömrələrin kimlərə məxsus olması, həmçinin mobil sim nömrənin qeyd olunan tarixlərdə anten dairələri barədə məlumatların Azerfon MMC-dən ələ keçirilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş kompyuter vasitəsi ilə CD açıldıqda müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 10, 16 aprel 2022-ci il tarixlərdə istifadəsində olan 077 326 65 74 mobil sim nömrəsi xx.xx.2022-ci il tarixdə saat 19:08:04-dən başlayaraq saat 22:29:14 kimi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, A.Şəbiyev küçəsində, saat 22:29:35-də Lökbatan qəsəbəsi, Lökbatan bələdiyyəsi tərəfdə, saat 22:58 radələrində Lökbatan ATS/Qaradağ TQK, saat 23:00:02dən 23:00:28 kimi Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində yerləşən 10 saylı istilik idarəsi tərəfdə anten əhatələrində olmuş, ********** (Təqsirləndirilən şəxs2 məxsus) sim nömrələri ilə əlaqə saxlamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs1 istifadəsində olan 077 326 65 74 mobil sim nömrəsi xx.xx.2022-ci il tarixdə saat 19:46:51-dən başlayaraq saat 20:35:12 kimi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, A.Şəbiyev, İ.Nəbiyev küçəsində, 4-cü massivdə, Lökbatan ATS/Qaradağ TQK, Qaradağ rayon, Binə TM-3 Bakı-Salyan yol ayrıcının şimal-qərb hissəsinin anten əhatələrində olmuş, ********** (Təqsirləndirilən şəxs2 məxsus) saylı sim nömrələri ilə əlaqə saxlamışdır. Həmçinin 077 5996066 mobil sim nömrəsi Təqsirləndirilən şəxs1 adına olmaqla xx.xx.2022-ci il tarixdə saat 17:46-dan saat 20:42 kimi «Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Cənub-Şərq hissəsi, Ağac emalı sexi» anten əhatəsində, xx.xx.2022-ci il tarixdə saat 21:18-də «Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində yerləşən 10 saylı istilik idarəsi» anten əhatəsində, xx.xx.2022-ci il tarixdə saat 21:06-dan saat 21:57 kimi «Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində yerləşən 10 saylı istilik idarəsi» «Lökbatan qəsəbəsi, Cənub-Şərq hissəsi, Ağac emalı sexi» «Lökbatan qəsəbəsi Xocəsən yolu 128A»-da anten əhatəsində olması müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Təqsirləndirilən şəxs2, müdafiəçisi Müdafiəçi1, həmiçinin Təqsirləndirilən şəxs1, müdafiəçisi Müdafiəçi2 iştirakları ilə cinayət işi üzrə 10-cu PB-dən İŞ-nə göndərilmiş xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi 29 saylı binanın 2-ci mərtəbəsində Zərərçəkmiş şəxs4 yaşadığı 24 saylı mənzildə baş vermiş oğurluq faktı ilə əlaqədar 01 ədəd DVD-yə baxış keçirilmiş müəyyən edilmişdir ki, DVD-də 06 görüntünü əks etdirən video çəkliş vardır. 1-ci İMG_20220427_482 adı altında olan faylı açarkən 04:53 dəqiqə davam edən video görüntüdən müəyyən olunur ki, xx.xx.2022-ci il tarixdə saat 21:01-də Təqsirləndirilən şəxs1 idarə etdiyi Kia Rio markalı ** BZ *** dövlət qeydiyyat nişanlı avtomobil ilə binanın qarşısında saxlayır. Avtomobildə sükan tərəfdən Təqsirləndirilən şəxs1 qısa qol futbol maykasında, qarşı sağ tərəfdən isə Təqsirləndirilən şəxs2 isə qara dəri gödəkçədə enirlər və binaya baxırlar. Təqsirləndirilən şəxs1 avtomobilin yük yerini açaraq əyninə ağ papaqlı gödəkçə geyinərək sair hazırlıq işləri görür və çiynindən qara kiçik ölçülü çanta salladır. Bir müddətdən sonra Təqsirləndirilən şəxs2 həmin yerdən küçənin digər tərəfinə piyada gedir. Daha sonra Təqsirləndirilən şəxs1 binanın yuxarı hissəsinə baxaraq avtomobilə əyləşir avtomobili hərəkətə gətirərək binanın qarşısında yolun əks tərəfində park edərək saxlayır. Avtomobilin qapılarını bağlayaraq bina tərəfə keçir. Kadr dəyişir, artıq saat 21:44 göstərir, yolun əks tərəfində Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 əllərində əşyalar ilə avtomobilə əyləşib çıxıb gedirlər. 2-ci VhatsApp Video 2022-04-27 at 10.38.24 9:42 adı altında olan faylı açarkən 01:08 dəqiqə davam edən video görüntüdən müəyyən olunur ki, qaranlıq havada binanın bir kənarında qara gödəkçədə papaqda olan şəxs asta gəzərək ətrafı nəzərdən keçirir. 3-cü WhatsApp Video 2022-04-27 at 10.38.30 9:42 adı altında olan faylı açarkən 00:32 dəqiqə davam edən video görüntüdən müəyyən olunur ki, qaranlıq havada binanın qarşısında olan müxtəlif markalı avtomobillər vardır. Qarşıda sol tərəfdə bir nəfər dayanıb. 4-cü WhatsApp Video 2022-04-27 at 10.40.10 9:42 adı altında olan faylı açarkən 00:31 dəqiqə davam edən video görüntüdən müəyyən olunur ki, kadrda saat 21:17 göstərir, qaranlıq havada binanın qarşısında soldan sağa qara gödəkçələrdə iki nəfər kişi cinsli şəxslər gedərək binanın qarşı tərəfindən dayanaraq binaqı seyr edirlər. 5-ci WhatsApp Video 2022-04-27 at 10.40.11 (1) 9:42 adı altında olan faylı açarkən 00:26 dəqiqə davam edən video görüntüdən müəyyən olunur ki, qaranlıq havada bir nəfər kişi cinsli şəxs ağzında kiçik ölçülü fənər ilə binanın sol tərəfindən iti addımlarla çıxaraq dairəvi şəkildə yenidən sol tərəfə keçir. 6-cı WhatsApp Video 2022-04-27 at 10.40.11 9:42 adı altında olan faylı açarkən 00:14 dəqiqə davam edən video görüntüdən müəyyən olunur ki, qaranlıq havada kadrda tarix xx.xx.2022-ci il tarixi göstərir papaqlı ağ gödəkçədə olan çiynində kiçik qara çanta sallanan, sağ qoltuq altında qara notebook kompyuter saxlayan Təqsirləndirilən şəxs1 arxa tərəfi kadra düşməklə sağdan sol tərəfə iti addımlarla irəliləyir. Hansı ki, az öncə 2-ci WhatsApp Video 2022-04-27 at 10.38.24 9:42 adı altında olan kadrda qaranlıq havada binanın bir kənarında qara gödəkçədə papaqda olan şəxs asta gəzərək ətrafı nəzərdən keçirirdi. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş DVD diskə baxışda iştirak edən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin DVD-də görüntüdə olan şəxslərin özləri olmasını təstiq etmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş ünvan 9 ünvanın yaxınlığında quraşdırılmış və xx.xx.2022-ci il tarixdə video görüntüyə düşmüş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə DVD-yə baxış keçirilmiş və müəyyən olunmuşdur ki, əynində sarı rəngli gödəkçə, göy rəngli cins şalvar, əlində isə bir ədəd planşet olan Təqsirləndirilən şəxs2, əynində qara rəngli gödəkçə, qara rəngli cins şalvar olan Təqsirləndirilən şəxs1 müşahidə kamerasına düşürlər. Özlərinin olmasını təstiq edirlər. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Zərərçəkmiş şəxs1 məxsus üzərində «Eyfel» qülləsinin fotoşəkilləri əks olunmuş 1 ədəd ağ rəngli qutu, 1 ədəd kiçik ölçülü qıfıllı boyun bağı, 1 ədəd ayaq qolbağ və 1 ədəd üzərində bir ədəd qaşı olan sırğa, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd üzərində göy-qızıl rəngli «Sergio Tacchini ST.1.109.01» yazıları olan qol saatı, 01 ədəd gümüşü rəngli «X25 06-4161.2/5161.2 SM» markalı qol saatı, Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd Çin istehsalı olan, «Apple» markalı, «A1460» (İpad 4) mobel planşet, Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd «Samsung» markalı, «NP-R700» modelli, X28 Core İnside prosessorlu Nvidia xüsusiyyətli noutbuk, Zərərçəkmiş şəxs5 məxsus 1 ədəd Daniel Klein markılı qadın saatı, üzərində 5 ədəd bənövşəyi rəngli qaşlar olan 1 ədəd qadın bilərziyi, mirvari daşlara oxşar daşlardan ibarət 1 ədəd bilərzik, dəst olan 1 ədəd boyun bağı və cüt sırğalar, 1 ədəd gümüşü rəngli dəmir metaldan ibarət bilərzik və üzərində xırda qaşlardan ibarət 1 ədəd silsilə boyun bağı, Təqsirləndirilən şəxs1 götürülmüş bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfat-məişət təyinatlı mətbəx bıçağı, Zərərçəkmiş şəxs5 evindən götürülmüş, Təqsirləndirilən şəxs1 sol əlinin şəhadət barmağının izi ilə eynilik müəyyən edilmiş əlbarmaq izi iş üzrə maddi sübut kimi tanınmışlar. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən və Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü ümumiyyətlə təqsirli bilməsə də məhkəmə iş üzrə toplanmış sübutları müqayisəli şəkildə təhlil edərək onların verdiyi ifadələri özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirmiş və təqsiləndirilən şəxslərin törətdiyi əməllər məhkəmə istintaqı zamanı toplanmış və araşdırılmış sübutların məcmusuna əsasən tam olaraq öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən 18 may 2023-cü il tarixdə tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Bakı Ağır Cinayətlər məhkəməsinin 11 dekabr 2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 240.3.2-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 62.1-ci maddəsinə əsasən 02 il müddətə azalıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya məhkəməsinin 11 iyun 2020-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək cəzası 01 il 03 aya endirilmiş, 29 iyun 2020-ci il tarixdə cəza müddəti başa çatmışdır. Məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 11 oktyabr 2017-ci ildə doğulmuş X2 atası Təqsirləndirilən şəxs1, 17 avqust 2012-ci ildə doğulmuş X10 qızının atası Təqsirləndirilən şəxs2dur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 atası X5 “koroner arter” xəstəliyindən əziyyət çəkir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 arvadı Şahid2 “onkoloji” xəstəlikdən əziyyət çəkir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli tam sübuta yetir və onların əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini qismən etiraf edərək səmimi peşiman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərin hamısı ilə barışmaqla, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdırlan hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslər X4, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 qızı və Zərərçəkmiş şəxs5 ilə barışmasını və həmin zərərçəkmişlərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdırılan halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi məqsədəuyğun, həm də cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgün hesab edir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 25 aprel 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 05 iyun 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Qaradağ rayon məhkəməsinin 4(002)-151/2022 saylı 25 avqust 2022-ci il tarixli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və Qaradağ rayon məhkəməsinin 1(002)-26/2023 saylı 14 sentyabr 2023-cü il tarixli qərar ilə barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsində göstərilir ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə aşağıdakılar daxildir: 158.2.1. tutulduğu və həbsdə saxlanıldığı müddət; 158.2.2. ev dustaqlığında saxlanıldığı müddət; 158.3. Şəxsin həbsdə, ev dustaqlığında və tibb müəssisəsində saxlanıldığı bütün müddətlər toplanılmaqla bütövlükdə təqsirləndirilən şəxsin həbsdə saxlanılma müddətinə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimaitəhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Məhkəmə araşırdması zamanı müəyyən edilmişdir ki, zərərəçəkmiş şəxs (mülki iddiaçı) X9 məxsus 510 manat dəyərində bir ədəd üzərində göy-qızıl rəngli «Sergio Tacchini ST.1.109.01» yazıları olan qol saatı və 1000 manat dəyərində bir ədəd gümüşü rəngli «X25 06-4161.2/5161.2 SM» markalı qol saatı zərərçəkmiş şəxsə qaytarılmışdır. Məhkəmə mülki iddiaya münasibətdə isə hesab edir ki, zərərəçəkmiş şəxs (mülki iddiaçı) X16 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs1 münasibətdə ona aid hissədə mülki iddiadan imtina etdiyinə görə bu hissədə mülki iddaya xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinin tələbindən aydın olur ki, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 münasibətdə isə hesab edir ki, zərərçəkmiş şəxsə yuxarıda qeyd olunan iki ədəd qol saatının qaytarılması nəzərə alınmaqla (yəni 1510 manat çıxılmaqla) mülki iddia ona aid hissədə tam təmin edilməklə vurulmuş maddi ziyanın yarısı (20129-1510):2=9309,50), 9309,50 (doqquz min üç yüz doqquz manat əlli qəpik) vurulmuş ziyanın əvəzi və 150 manat ödənilmiş dövlət rüsumu, ümumilikdə 9459 (doqquz min dörd yüz əlli doqquz) manat tutularaq mülki iddiaçı X7 xeyrinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs1 məxsus üzərində «Eyfel» qülləsinin fotoşəkilləri əks olunmuş 1 ədəd ağ rəngli qutu, 1 ədəd kiçik ölçülü qıfıllı boyun bağı, 1 ədəd ayaq qolbağı və 1 ədəd üzərində bir ədəd qaşı olan sırğa; Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd üzərində göy-qızılı rəngli «Sergio Tacchini ST.1.109.01» yazıları olan qol saatı, 01 ədəd gümüşü rəngli «X25 06-4161.2/5161.2 SM» markalı qol saatı; Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd Çin istehsalı olan, «Apple» markalı, «A1460» (İpad 4) model planşet; Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd “Samsung” markalı, «NP-R700» modelli, X28 Core İnside prosessorlu Nvidia xüsusiyyətli noutbuk; Zərərçəkmiş şəxs5 məxsus 1 ədəd “Daniel Klein” markalı qadın saatı, üzərində 5 ədəd bənövşəyi rəngli qaşlar olan 1 ədəd qadın bilərziyi, mirvari daşlara oxşar daşlardan ibarət 1 ədəd bilərzik, dəst olan 1 ədəd boyun bağı və cüt sırğalar, 1 ədəd gümüşü rəngli dəmir metaldan ibarət bilərzik və üzərində xırda qaşlardan ibarət 1 ədəd sil-silə boyun bağının zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfatməişət təyinatlı mətbəx bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Zərərçəkmiş şəxs5 evindən götürülmüş, Təqsirləndirilən şəxs1 sol əlinin şəhadət barmağının izi ilə eynilik müəyyən edilmiş əl-barmaq izi iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra əl-barmaq izi cinayət işində saxlanımalıdır. Hadisə yerinin görüntülərini əks etdirən iki ədəd DVD disk, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş üç ədəd CD disk cinayət işində saxlanılmalıdır. İbtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İstintaq zamanı onun hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 49 iş saatı, məhkəmə baxışı zamanı isə onun hüquqlarının müdafiəsi üçün 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 45 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi yardımla bağlı 294 manat və 270 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 25 aprel 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli tutlduğu gündən, yəni 05 iyun 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə hadisə yerinin görüntülərini əks etdirən iki ədəd DVD disk, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş üç ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 314 (üç yüz on dörd) manat ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış və Zərərçəkmiş şəxs1 məxsus üzərində «Eyfel» qülləsinin fotoşəkilləri əks olunmuş 1 ədəd ağ rəngli qutu, 1 ədəd kiçik ölçülü qıfıllı boyun bağı, 1 ədəd ayaq qolbağı və 1 ədəd üzərində bir ədəd qaşı olan sırğa; Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd üzərində göy-qızılı rəngli «Sergio Tacchini ST.1.109.01» yazıları olan qol saatı, 01 ədəd gümüşü rəngli «X25 06-4161.2/5161.2 SM>> markalı qol saatı; Zərərçəkmiş şəxs3 məxsus 01 ədəd Çin istehsalı olan, «Apple» markalı, «A1460» (İpad 4) model planşet; Zərərçəkmiş şəxs4 məxsus 01 ədəd “Samsung” markalı, «NP-R700» modelli, X28 Core İnside prosessorlu Nvidia xüsusiyyətli noutbuk; Zərərçəkmiş şəxs5 məxsus 1 ədəd “Daniel Klein” markalı qadın saatı, üzərində 5 ədəd bənövşəyi rəngli qaşlar olan 1 ədəd qadın bilərziyi, mirvari daşlara oxşar daşlardan ibarət 1 ədəd bilərzik, dəst olan 1 ədəd boyun bağı və cüt sırğalar, 1 ədəd gümüşü rəngli dəmir metaldan ibarət bilərzik və üzərində xırda qaşlardan ibarət 1 ədəd sil-silə boyun bağının zərərçəkmiş şəxslərə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-nin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş bir tərəfi kəsici, ucu deşici xassəyə malik təsərrüfatməişət təyinatlı mətbəx bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Zərərçəkmiş şəxs5 evindən götürülmüş, Təqsirləndirilən şəxs1 sol əlinin şəhadət barmağının izi ilə eynilik müəyyən edilmiş əl-barmaq izi cinayət işində saxlanılsın. İş üzrə mülki iddiaya Təqsirləndirilən şəxs1 münasibətdə xitam verilsin. İş üzrə mülki iddia təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs2 münasibətdə təmin edilsin. Təqsirləndirilən şəxs2 9309 manat vurulmuş ziyanın əvəzi və 150 manat ödənilmiş dövlət rüsumu, cəmi 9459 (doqquz min dörd yüz əlli doqquz) manat məbləğində pul tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs2 ödənsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 294 (iki yüz doxsan dörd) manat, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 270 (iki yüz yetmiş) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar