Məhkəmə qərarları › İş №1(002)-26/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-26/2025

28.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-26/2025 28.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, X5 katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X1 Təqsirləndirilən şəxs X1, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1978-ci ildə Masallı rayonu Kosakül kəndində anadan olmuş, Azərbayjan Respublikası vətəndaşı, orta təhsilli, evli, Lənkəran Qarnizonu Hərbi Tribunalının xx.xx.1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 241 M «A» bəndinə əsasən 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Milli Məclisin xx.xx.2001ci il tarixli qərarının 1.5 maddəsinə əsasən cəzadan azad edilmiş, işləməyən, Masallı rayonu Kosakül kəndində yaşayan, barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında,acıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs 12 iyun 2024-cü il tarixdə, saat 22:00 radələrində «Yol hərəkəti haqqında» Azərbayjan Respublikası Qanununun 50-cı maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbiləri görməli olduğu halda bunu etməmiş və idarə etdiyi «Toyota Prius» markalı,**-MA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən 28,8-ci kilometrliyində Bakı şəhəri istiqamətində hərəkətdə olan zaman qarşıda yolu sağdan sola doğru keçən piyada Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vurmuş, hadisə nəticəsində ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs dalağın travmatik cırılması,sol bud sümüyünün orta 1/3-nin və hər iki baldır sümüklərinin yuxarı 1/3-nin qapalı,yerinidəyişmiş sınıqları, alın, hər iki yanaq, çənəaltı, boyun,hər iki bazu, qarının ön səthinin,sol qalça,bel,qarın,sağ əlin arxa səthinin, sağ diz oynağının və hər iki baldır nahiyələrinin sıyrıqları ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarətlər alaraq ölməsi ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, «Toyota Prius» markalı avtomobili etibarnamə əsasında idarə edir. O, həmin minik avtomobilini arendaya götürərək taksi fəaliyyəti ilə məşğul olmuşdur.12 iyun 2024-jü il tarixdə o, daimi yaşadığı Masallı rayonundan qayıdarkən Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində avtomobili idarə edən zaman yolun sağ kənarından yolun hərəkət hissəsinə doğru bir nəfər qadın piyadanın qaçaraq yolu keçmək istədiyini görmüş, onu görən kimi ayağını tormoza atıb sükanı sola döndərərək avtomobili saxlamaq istəsədə gec olmuş və həmin qadın piyadanı idarə etdiyi avtomobil iləvurmuşdur.O,piyadanı vurduqdan sonra zərbədən piyada avtomobilin alın şüşəsinə dəyib yolun sol hissəsinə düşmüşdür. O, dərhal avtomobili yolun sol hərəkət zolağında saxlamış və qapını açıb yerə düşüb həmin piyadaya doğru qaçmışdır. Həmin qadın piyadanın nəbzini yoxlayıb təcili yardım çağırmış,hadisə yerinə gələn həkimlər onun öldüyünü bildirmişdir.Törətdiyi əməldən səmimi peşmandır.Vəfat edən şəxsin yaxın qohumları ilə barışıq əldə etmişdir.Himayəsində bir yetkinlik yaşına çatmayan uşağı vardır.Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hüquqi varisi X2 verdiyi ifadəsində göstərmişdir ki, 12 iyun 2024-cü il tarixdə saat 22 radələrində Bakı-Qazax yolunun Qaradağ rayonu Sahil qəsəbəsi ərazisindən keçən hissəsində baş vermiş yol nəqliyyat hadisəsi nətijəsində ölmüş şəxs Zərərçəkmiş şəxs onun qızıdır. 13 iyun 2024-cü il tarixdə o, qızına zəng vuran zaman müstəntiq onun telefonuna cavab verərək qızını avtomobil vurduğunu və aldığı xəsarətlərdən öldüyü üçün morqda olduğunu bildirmişdir. O, dərhal evdən çıxıb Qaradağ rayon Lökbatan qəsəbəsində yerləşən morqa getmiş, onu morqda müayinə etdikdən sonra təhvil alıb Bakı şəhər Qaradağ rayonu Sənqəçal qəsəbəsində yerləşən qəbiristanlıqda dəfn etmişdir Zərərçəkmiş şəxsin hüquqi varisi X2 məhkəmə iclasında ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdığını, vurulmuş ziyanın ödənildiyini və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarından görünür ki, ********* saylı cinayət işi 13 iyun 2024-cü il tarixdə Azərbayjan Respublikası CM-nin 263.2-ci maddəsi ilə başlanmışdır. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının xx.xx.2024-jü il tarixli 55 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs aldığı xəsarətlər dalağın travmatik cırılması, sol bud sümüyünün orta 1/3-nin və hər iki baldır sümüklərinin yuxarı 1/3-nin qapalı, yerinidəyişmiş sınıqları,alın,hər iki yanaq, çənəaltı,boyun,hər iki bazu,qarının ön səthinin, sol qalça,bel,qarın,sağ əlin arxa səthinin, sağ diz oynağının və hər iki baldır nahiyələrinin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən əvvəl törənmişlər,ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə piyada qismində olərkən hərəkətdə olan minik avtomaşının vurması nəticəsində törənmişlər və bu da canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər.cMərhum Zərərçəkmiş şəxs ölümünə səbəb dalağın travmatik cırılması nətijəsində daxili qanaxma fonunda inkişaf etmiş hemorragik şok olmuşdur.Meyit əlamətlərinin inkişaf dərcjəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu (xx.xx.2024-cü il tarixdə saat 09:20də) 8-12 saat əvvəl baş vermişdir. Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nətijəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarından görünür ki, 13 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 23 avqust 2024-cü il tarixli, 3-16-16/2-8/1908 nömrəli rəyindən məlum olur ki, “Toyota Prius” markalı, **-MA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbayjan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan DİN BDYP Qİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, arayışdan görünür ki, Azaybaycan Respublikası DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasına əsasən Təqsirləndirilən şəxs xx.xx.2015-ci ildə xx.xx.2025-ci il tarixədək müddətə etibarlı olan AE 418661 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. İş materiallarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, İbadov X3 Qarnizonu Hərbi Tribunalının xx.xx.1999-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 241 M «A» bəndinə əsasən 03 il 06 ay azadlıqdan məhrum etmə jəzasına məhkum edilmiş, Milli Məjlisin xx.xx.2001-ci il tarixli qərarının 1.5-ci maddəsinə əsasən cəzadan azad edilmişdir. İş materiallarında olan AZEMİS elektron sistemdən çıarışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində bir yetkinlik yaşına çatmayan uşağı var. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edərək vurulmuş ziyanı ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirlən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının orta həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli məntəqədə qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sbut və mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində cəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli məntəqədə qeydiyyata alındığı tarixdən hesablansın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar