Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-260/2020 27.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1982-ci ildə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində iki azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 2, mənzil 4 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroin əldə edib saxlayaraq daşımış, Bakı şəhəri, Qaradağ RPİ-nin 38-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı xx.xx.2020-ci il tarixdə saat 13.05 radələrində ünvan 1 ünvanının yanında saxlanılaraq Qaradağ RPİ-nin 38-ci polis bölməsinin inzibati binasına gətirilərək üzərinə dəvət olunmuş müdafiəçi və video çəkiliş ilə şəxsi axtarış və baxış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın ön sağ cibindən bir ədəd gümüşü rəngli parıltılı kağız kəsiyinə bükülmüş halda təmiz çəkisi 0,191 qram olan tiryəkdən kustar üsulla hazılanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər məhkum olunmamışdır. 2013-cü ildən müxtəlif cür soyuducuların Müşfiqabad qəsəbəsində təmiri ilə məşğul olur, yeddi ildir ki, müxtəlif cür narkotik vasitələrdən istifadə edir. Dəfələrlə ev şəraitində müalicələr alsa da iradəsi tab gətirməmiş və yenidən narkotik vasitələr istifadə etməyə başlamışdır. xx.xx.2020-ci il tarixdə təxminən saat 13.05 radələrində Müşfiqabad qəsəbəsində yerləşən, dərzi kimi fəaliyyət göstərən ictimai iaşə obyektindən özünə məxsus kostyumu götürmək üçün oraya getmişdir. Kostyumu götürüb evə qayıdarkən yaşadığı evin yaxınlığında, yəni Müşfiqabad qəsəbəsi, ev 4B-nin qarşısında iki nəfər mülki geyimli polis işçisi özlərini təqdim etməklə onu saxlamış, polis əməkdaşları ona narkotik vasitə daşımaqda şübhəli olduğunu, buna görə onun üzərinə şəxsi axtarış və baxış keçiriləcəyini bildirmişlər. Lakin küçədə çox saylı insanların oluduğunu, bununla da əməliyyat tədbirinin pozulması ehtimalını nəzərə alıb onu Qaradağ RPİ-nin 38-ci PB-yə getməyə dəvət etmişlər. O etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 38-ci PB-yə gəlmişdir. Polis bölməsində o, təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, daha sonra üzərinə şəxsi axtarış keçirilməsi və hüquqlarının müdafiə edilməsi üçün ona Qaradağ rayonu ərazisində fəaliyyət göstərən 10 saylı vəkil bürosunun vəkillərinin siyahısı təqdim edilmiş, o növbətçilik üzrə ona vəkil verilməsinə etiraz etməmişdir. Müdafiəçi Əlisəfa Əliyev gəldikdən sonra ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra müdafiəçinin və onu saxlayan polis əməkdaşlarının iştirakı ilə, videoçəkilişlə 38-ci PB-nin inzibati binasının xidməti otaqlarından birində təhqiqatçı tərəfindən üzərinə şəxsi axtarış və baxış keçirilmişdir. Şəxsi axtarış və baxış keçirilməzdən öncə ona üzərində hər hansı bir qanunla saxlanması və gəzdirilməsi qadağan edilmiş əşya varsa, həmin əşyanı təqdim etməklə stolun üzərinə qoymağı təklif edilmişdir. O da əynində olan göy rəngli cins şalvarın ön sağ cibində narkotik vasitə-heroin olduğunu bildirərək, həmin cibindən 01 ədəd gümüşü rəngli parıltılı kağıza bükülmüş, içərisində narkotik vasitə-heroin olan bükülünü çıxaraq təqdim etmiş və narkotik vasitə aludəçisi olduğunu bildirmişdir. Bundan başqa o, şalvarının cibindən 0.2 qəpik çıxaraq təqdim etmişdir. Lakin həmin əşya iş üçün əhəmiyyət kəsb etmədiyi üçün ona geri qaytarılmışdır. Üzərindən aşkar edilmiş 01 ədəd kağız bükülüdə olan heroin bir ədəd zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. Möhürləndikdən sonra hamı kimi o da zərfin doğruluğunu və tamlığını imzası ilə təsdiq etmişdir. Həmçinin bu barədə tərtib edilmiş şəxsi axtarış və baxış protokolunun da doğruluğunu imzası ilə təsdiq etmişdir. Həmin narkotik vasitəni xx.xx.2020-ci il tarixdə Qaradağ rayonu Lökbatan qəsəbəsində fəaliyyət göstərən "kolxoz" bazarı kimi tanınan bazarın yaxınlığında tanımadığı şəxsdən iki büküm 20 manat müqabilində almış, həmin narkotik vasitənin bir bükümünü xx.xx.2020-ci il tarixdə, yəni bu gün səhər saatlarında yaşadığı mənzilin sanitar qovşağında özü istifadə etmiş, digər bükümünü isə bədəninin narkotik vasitə tələb etdiyi vaxt istifadə etməyi üçün üzərində saxlamışdır. Narkotik vasitəni aldığı şəxsin kimliyi barədə məlumatı yoxdur. O əldə etdiyi narkotik vasitəni sadəcə öz istifadəsi üçün üzərində saxlıyır, heç vaxt narkotik vasitələrin satışı və ya dövriyyəsi ilə məşğul olmamış, üzərindən aşkar edilən narkotik vasitəni digər bir şəxsə satmaq, pay vermək kimi niyyəti olmamışdır. O öz ifadəsində daha sonra göstərmişdir ki, əməlindən peşmandır və məhkəmədən ona daha yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 38-ci PB-in CA üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, DİO-da 2006-cı ildən və hal-hazırda tutduğu vəzifədə 2018-ci ildən xidmət aparır. xx.xx.2020-ci il tarixdə ünvan 2, mənzil 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə olan “heroin”in qəbulu, daşınması ilə məşğul olması, ara sıra üzərində narkotik vasitə olan “heroin” saxladığı üçün əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə Qaradağ RPİ-nin 38-ci PB-in CA əməliyyat müvəkkili X6 RPİ-nin 38-ci PB-in rəisinə raportla müraciət etmiş və məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra Şamil Qurbanovun rəhbərliyi altında o daxil olmaqla əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat tədbiri həyata keçirilməzdən əvvəl qrupun rəhbəri Şamil Qurbanov tərəfindən ona davranış xətti izah olunmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 13.25 radələrində ünvan 2 ünvanının yanına gəlmişlər. Müşfiqabad qəsəbəsi, ev 4B ünvanının yanında bir nəfər şəxsin zahiri əlamətləri Təqsirləndirilən şəxs ilə üst-üstə düşən şəxs olduğunu müəyyən edib həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər, həmin şəxsdən adını, soyadını və atasının adını soruşmuşlar. Həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmiş və onlar tərəfindən Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirilərək Qaradağ RPİ-nin 38-ci PB-ə gətirilmişdir. PB-də məlum olmuşdur ki, həmin şəxs xx.xx.1982-ci ildə Şamaxı rayonunda anadan olmuş, ünvan 2, mənzil 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxsdur. Həmin vaxt Şamil Qurbanov tərəfindən bu barədə müvafiq raport tərtib olunaraq PB-in rəisinə məruzə olunmuşdur. Daha sonra təhqiqat araşdırmasına başlanılmışdır. Araşdırma zamanı Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra dəvət olunmuş müdafiəçi Əlisəfa Əliyevin iştirakı ilə xidməti otaqda Təqsirləndirilən şəxs üzərinə baxış video çəkiliş vasitəsi ilə keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif olunmuş ki, üzərində qeyri-qanuni əşya və ya maddə vardırsa təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın qabaq sağ iç cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünü təqdim edərək bildirmişdir ki, bükümün içərisində narkotik vasitə olan heroindir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən kolxoz bazarının qarşısında tanımadığı şəxsdən 20 manata aldığını, öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Sonra içərisində narkotik vasitəyə bənzər maddə zərfə qoyularaq möhürlənmiş və təhqiqatçı tərəfindən bu barədə müvafiq protokol tərtib edilmişdir. Tərtib olunmuş protokol ucadan oxunmuş, iştirakçılar tərəfindən protokol və qablaşdırılmış zərf imzalarla təsdiq olunmuşdur. Təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxx 2020-ci il tarixli 6/1136 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş maddə...” və s. yazılar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,191qr maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Heroinin təmiz çəkisi-0,191qr, sərf edildi-0.05qr, qalıq-0,141qr. Ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X7 Şəxsi Ambulator X1 xx.xx.2020ci il tarixli 2014 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə baxış zamanı çəkilmiş video yazı olan bir ədəd “CD” diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın ön sağ cibindən bir ədəd gümüşü rəngli parıltılı kağız kəsiyinə yığılmış 0,191 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş təmiz çəkisi 0.191 qram 01 ədəd bükümdə olan narkotik vasitə-heroin iş üzrə maddi sübut kimi tanınmış və xx.xx.2020-ci il tarixli qərarla həmin heroinin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi – 0,141 qram 01 ədəd bükümündə olan hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini və əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq xx xxxx 2020-ci il tarixdə saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və xx xxxx 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Bu hal CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.141 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 109,90 (yüz doqquz manat doxsan qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.141 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 109,90 (yüz doqquz manat doxsan qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-260/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-260/2020
27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver