Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-260/2023 01.08.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1982-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, şləməyən, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 20% tutulmaqla 02 il müddətinə islah işəri cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmiş. Bakı şəhəri. Qaradağ rayonu. Lökbatan qəsəbəsi. B.Niitalıyev küçəsi ev 11, mənzil 14-də qeydiyyatda olan və yaşayan, barəsində "başqa yerə getməmək haqqında iltizam'' qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.231 qram çəkidə narkotik vasitə heroini əldə edib daşıyaraq üzərində saxlamış, 22 mart 2023-cü il tarixdə, saat 14:50 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsində yerləşən "Kainat” kafesinin qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu polis bölməsinə gətirilmiş, polis bölməsində xidməti otaqda onun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret kağızma bükülmüş təmiz çəkisi 0,231 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaqda verdiyi ifadəni təsdiq edərək göstərmişdir ki, təxminən bir ilə yaxın olar ki, narkotik vasitələrdən istifadə edir. 20 mart 2023-cü il tarixdə o, Bakı şəhəri, Nəsimi rayonu, Kubinka adlanan ərazidən şəxsi istifadəsi üçün özünə bir büküm narkotik vasitə heroin almışdır. Həmin heroinin bir hissəsini istifadə etmişdir. Bir hissəsini isə üzərində saxlamışdır ki, istifadə etsin. 22 mart 2023-cü il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində “Kainat” kafesinin yaxınlığında piyada gedən zaman iki nəfər tanımadığı mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib şifahi olaraq üzərində qanunla gəzdirilməsi qadağan olunan narkotik vasitə olması barədə məlumatlarının olduqlarını deyib onu Qaradağ RPİ-nin 10-cu polis bölməsinə aparmışlar. Polis bölməsində onun üzərinə axtarış keçiriləcəyini bildirmişlər. Video çəkilişlə otaqların birində onun üzərinə axtarış keçirilmişdir. Ona üzərində qanunsuz nə varsa, təqdim etməyi təklif edilmişdir. O da həmin vaxt əynində olan şalvarın cibindən kağıza bükülmüş narkotik vasitəni təqdim etmişdir. Törətdiyi əməldən peşmandır. Ailəlidir və himayəsində bir yetkinlik yaşına çatmayan uşağı var. Ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu polis bölməsinin əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərmişdir ki. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitə heroindən istifadə etməsi və üzərində saxlayaraq daşıması barədə polis bölməsinə əməliyyat məlumatı daxil olmuşdur. Bu məlumatla əlaqədar əməliyyat-qrıupu təşkil edilmişdir. Qrupa bölmənin əməliyyat müvəkkili Şahid1 daxil edilmişdir. Onlar bölmədən çıxıb Lökbatan qəsəbəsi İ.Nəbiyev küçəsinə getmişlər. Həmin ərazidə yerləşən "Kainat' kafesinin qarşısında Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq dövriyyəsi qadağan olunmuş narkotik vasitə heroin saxlaması barədə məlumat olması və bu məlumatla bağlı polis bölməsinə getməli olmasını izah etmişlər. Təqsirləndirilən şəxs da etiraz etməmiş onlarla həmin gün saat təxminən 15.00 radələrində bölməyə gəlmişdir. Video çəkiliş axtarış keçirilərkən Təqsirləndirilən şəxs üzərində qanunsuz maddə, əşya olduğu halda təqdim etməsi təklif olunmuşdur, Bundan sonra o, əynində olan göy rəngli şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş kütləni təqdim etmişdir. Onun təqdim etdiyi bir ədəd bükümün içərisinə baxdıqda, qəhvəyi rəngli, iysiz toz halında maddə aşkar edilmişdir. Şübhəli şəxs kimi tutulmuş Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə heroin olmasını və şəxsi istifadəsi üçün Kubinka adlanan ərazidən tanımadığı şəxsdən aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-ci polis bölməsinin əməliyyat müvəkkili Şahid1 Şahid2 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materillarında olan 22 mart 2023-cü il tarixli “Şəxsi Axtarış və Götürmə” protokoluna əlavə edilmiş 01 ədəd DVD formatında diskə məhkəmə iclasında keçirilən baxış zamanı müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu polis bölməsində Təqsirləndirilən şəxs üzərinə müdafiəçi X3, Qaradağ RPİ-nin 10-cu polis bölməsinin əməliyyat müvəkkili Şahid2 və həmin bölmənin əməliyyat müvəkkili Şahid1 iştirakları ilə şəxsi axtarış və götürmə aparılır. Şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya və ya predmetin olub-olmadığı soruşulur. Bu zaman Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibindən bir ədəd qızılı rəngli siqaret kağızına bükülmüş kütləni çıxarıb masanın üzərinə qoyaraq həmin bükümün içərisində narkotik vasitə olan kakos kimi olduğunu bildirir. Üzərindən aşkar olunmuş həmin büküm açılarkən içəsirində qəhvəyi rəngli maddə olduğu müəyyən edilir.Bundan sonra büküm iştirakçıların yanında zərfə qoyulub möhürlənir, zərfin üzəri iştirakçılar tərəfindən imzalanır. İş materillarında olan məhkəmə-kimyəvi ekspertizasının 23 mart 2023-cü il tarixli, 6/1706 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün -Nk222" möhür əksi olan, "Şübhəli şəxs Təqsirləndirilən şəxs'" və s. sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd bükümdə təmiz çəkisi 0,231 qram olan maddə kiitləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materillarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X4 Şəxsin 19 aprel 2023-cü il tarixli, 2312 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabioidlərin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, 01 ədəd bükümdə təmiz çəkisi 0,231 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 0,05 qramı tədqiqata çıxılmaqla, qalıq 0.181 qram heroin maddi sübut kimi tanınmış və cinayət işinin materialları ilə tanış olma mərhələsindən sonra saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanma otağına verilmişdir. İş materillarında olan DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2004-cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2-ci maddəsi ilə təqsirli bilinərək aylıq qazancından 20% tutulmaqla 02 il müddətinə islah işəri cəzasına məhkum edilmiş və məhkumluğu ödənilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə Qaradağ RPİ MSY-dən azad edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsi və səmimi peşmançılığı, himayəsində bir azyaşlı uşağının olması cəzasını yüngülləşdirən hallar kimi müəyyən olunur. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halların olması, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 0.181 qram narkotik vasitə heroin məhv edilməlidir. İş üzrə 110 manat (bir yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saat görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutma altında olduğu 02 (iki) gün nəzərə alınmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarını tərk etməmək, axşam saat 24:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 0.181 qram narkotik vasitə heroin məhv edilsin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 110 manat (bir yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 45 (qırx beş) saata görə 270 (iki yüz yetmiş) manat məbləğində pul X1, məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 30 (otuz) saat görə 180 (bir yüz səksən) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-260/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-260/2023
01.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver