Məhkəmə qərarları › İş №1(002)-260/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-260/2024

25.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-260/2024 25.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 nümayəndəsi (vəkili) Müdafiəçi1, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 iştirakları ilə, 23 sentyabr 1995-ci ildə Biləsuvar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəbrayıl rayonu, Böyük Mərcanlı kəndində qeydiyyatda olmaqla ünvan 1ində yaşayan X4 X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X6 nümayəndəsi (vəkili) Müdafiəçi1 tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında, açıq məhkəmə baxış iclasında baxaraq MÜƏYYƏN ETDİ: X6 nümayəndəsi (vəkili) Müdafiəçi1 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını məhkəmədən xahiş etmişdir. Xüsusi ittiham qaydasında verlmiş şikayətdə göstərilmişdir ki: X7 15 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində "xxxx" Ticarət mərkəzinin ərazisində yerləşən 1-ci ərazi, 1B sırası 60 nömrəli ticarǝt mağazanın qarşısından “tik-tok” sosial səbəkəsindən "cabrayıl balası 014" kodlu şəbəkə istifadəçisi kimi birbaşa canlı efirdə əlində tutduğu telefonun kamerası vasitəsi ilə öz səsi ilə Azərbaycan Respublikasının Prezidentinə, X16, Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə müracəti edǝrǝk onun valideynlərinin bir qrup şəxs tərəfindən, o cümlǝdən X10 tərəfindan girov götürülməsi barədə çağırış edərək, xüsusilə ağır cinayətdə onu ittiham etmişdir. O, aşağıdakıları demişdir: "cabrayıl balası 014" kodlu tik-tok sosial şəbəkənin istifadəçisi danışır: (X5 məxsus olan) cənab Prezident, cənab Vilayat Eyvazov, cənab İlham Əliyev, cənab Əli Nağıyev, Sədǝrǝyin müdriyyəti Yusif Qadimbəyli, Ənvər Qədimbəyli və mühafizə rəisi Şahlar müəllim mənim atamı, anami, nənəmi bax belənçiyinə qapını blomblayıblar, bax burda girov saxlayıblar. Axşam mağazamızı bağlayıb evə getmişik, gəlib səhər tezdən görürük ki, mağazamızın arasını bax belənçiyinə dağıdıb mağazanın ortasını dağıblar.....xahiş edirik ki, bizə köməklik edəsiniz" Bu xəbər tirajlandıqdan sonra həmin çağırışın video görüntüsünə tik-tok sosial şəbəkəsi üzərindən minlərlə insan baxmışdır. Eyni zamanda digər kütləvi informasiya vasitələri bu çıxışı tirajlamışlar. Həmin çağırışdan sonra hüquq mühafizə orqanları dərhal reaksiya vermiş və bununla bağlı Azarbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı polis leytanantı İbrahim Əmiraslanlı kütləvi informasiya vasitələrində çıxş edərək bu fakti təkzib etmiş va belə hadisə olmadığını bildirmişdir. Yəni dövlət orqanı belə bir hadisənin olmadığını bildirməklə onun yalan olduğunu qeyd etmişdir. X2 tərəfindən bu informasiya yayılmış və birbaşa canlı efirdə o ağır və xüsusilə ağır cinayətdə ittiham olunmuşdur. Odur ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunması məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 nümayəndəsi (vəkili) Müdafiəçi1 öz ifadəsində xüsusi ittiham qaydasında verilmiş şikayətdə qeyd olunanları təsdiq edirək bildirmişdir ki, X7 15 avqust 2024-cü il tarixində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində "xxxx" Ticarət mərkəzinin ərazisində yerləşən 1-ci ərazi, 1B sırası 60 nömrəli ticarǝt mağazasının qarşısından “tiktok” sosial səbəkəsindən "cabrayıl balası 014" kodlu şəbəkə istifadəçisi kimi birbaşa canlı efirdə əlində tutduğu telefonun kamerası vasitəsilə öz səsi ilə Azərbaycan Respublikasının Prezidentinə, X16, Dövlət Təhlükəsizlik Xidmətinin rəisinə müracəti edǝrǝk onun valideynlərinin bir qrup şəxs tərəfindən, o cümlǝdən X10 tərəfindan girov götürülməsi barədə çağırış edərək, xüsusilə ağır cinayədə onu ittiham etmişdir. O, aşağıdakıları demişdir: "cabrayıl balası 014" kodlu “tik-tok” sosial şəbəkənin istifadəçisi danışır: (X5 maxsus olan) cənab Prezident, cənab Vilayat Eyvazov, cənab İlham Əliyev, cənab Əli Nağıyev, Sədǝrǝyin müdiriyyəti Yusif Qadimbəyli, Ənvər Qədimbəyli və mühafizə rəisi Şahlar müəllim mənim atamı, anamı, nənəmi bax belənçiyinə qapını blomblayıblar, bax burda girov saxlayıblar. Axşam mağazamızı bağlayıb evə getmişik, gəlib səhər tezdən görürük ki, mağazamızın arasını bax belənçiyinə dağıdıb mağazanın ortasını dağıblar....xahiş edirik ki, bizə köməklik edəsiniz" Bu xəbər tirajlandıqdan sonra həmin "çağırışan video görüntüsünə “tik-tok” sosial şəbəkəsi üzərindən minlərlə insan baxmışdır. Eyni zamanda digər kütləvi informasiya vasitələri bu çıxışı tirajlamışlar. Həmin çağırışdan sonra hüquq mühafizə orqanları dərhal reaksiya vermiş və bununla bağlı Azarbaycan Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı polis leytanantı İbrahim Əmiraslanlı kütləvi informasiya vasitələrində çıxış edərək bu faktı təkzib etmiş və belə hadisə olmadığını bildirmişdir. Yəni dövlət orqanı belə bir hadisənin olmadığını bildirməklə onun yalan olduğunu qeyd etmişdir. X2 tərəfindan bu informasiya yayılmış və birbaşa canlı efirdə Şahlar müəllim ağır və xüsusilə ağır cinayətdə ittiham olunmuşdur. X10 "xxxx" MMC-nin direktoru vasifəsində işləyir vǝ MMC ilə "xxxx" Firması arasında bağlanılmış müqavilə əsasında “Sədərək Ticarət” mərkəzinin mühafizəsinin təşkili ilə məşğuldur. O bu vəzifəyə qədər uzun illər Daxili İşlər orqanlarında işləmiş və təqaüdə çıxmışdır. Hər zaman Azərbaycan Dövlətçiliyinin möhkəmləndirilməsində xalqına xidmət edərək bununla fəxr etmişdir. Ailəlidir, üç uşaq atasıdır. Cəmiyyat və insanlar arasında nüfuza sahibdir. X7 “tiktok” sosial səbəkəsi üzərindən "xxxx" firmasına məxsus olan "Sədǝrǝk" ticarət mərkəzini, ticarət mərkəzinin mühafizə xidmətinə birbaşa rəhbərliyi hayata keçirən vəzifəli şəxs kimi onu bəşəriyyətə qarşı an ağır cinayətdə ittiham edir və ticarət mərkəzini cinayət törǝtmiş va ya qanunsuz hərǝkǝt törətməkdə təqsirli bilinən şəxslərin saxlandığı həbsxanaya bənzətməklə onu qanunsuz, gizli va ya açıq yolla insanların məcburi azadlıqdan mərhum edilməsi, girov saxlanılması üçün məkan yaratmaqda ittiham edir. Yəni, X7 açıq yolla bildirir ki, əgər kimsə girov saxlanılırsa deməli həmin yer özlüyündə həbsxana rolunu oynayır. X7 bu əsassız ittihamları irəli sürǝrǝk minlərlə insanın könüllü surətdə seçdiyi, sahibkarlıq faaliyyəti göstərdiyi, ailəsinə qazanc apardığı iş yerlərini və bu iş yerlərini yaradan insanların simasında Şahlar müəllimi təhqir edərək va eyni zamanda ona ağır va ya xüsusilə ağır cinayətdə ittiham etməkdə böhtan ataraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci maddəsinin 2-ci hissəsinin və 148-ci maddəsinin tərkibini yaratmışdır. Yekun olaraq X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə məsuliyyətə cəlb edilməsini və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş təqsirləndirilən şəxs X7 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək öz ifadəsində bildirmişdir ki, onun atası uzun müddətdir ki, "xxxx" ticarət mərkəzində işləyir. Onların ailəsinin dolanışığı oradan çıxır. "xxxx" Ticarət mərkəzinin ərazisində yerləşən 1-ci ərazi, 1B sırası, 60 nömrəli mağazanın kirayə pulunu və vergisini uzun müddətdirki atası ödəyir və həmin mağaza faktiki olaraq onlara məxsus olmuşdur. Bir gün "xxxx" ticarət mərkəzinin müdriyyəti onlara həmin mağazanı başqa adamlara satdıqlarını bildirmişlər. Atası bununla bağlı narazılıq etsədə ona məhəl qoyan olmamışdır. Hadisə vaxtı onlar səhər öz mağazalarına gələn zaman mağazalarının qapısının bağlandığını, onlara məxsus olan malların mağazadan çıxarılaraq mağazanın qarşısına göy bir çadırın altına yığıldığının şahidi olmuşdurlar. Onlara məxsus olan mağaza isə ortadan iki hissəyə bölünərək bir hissəsi qonşuluqlarında olan mağazaya verilmiş, bir hissəsinin qapısı isə içəridən bağlanmışdır. Atası, anası və nənəsi qonşu mağazanın içərisindən keçərək öz mağazalarına girmişlər. Ancaq həmin mağazanın sahibi və işçiləri onun mağazaya girməsinə icazə verməmiş, eləcədə içəri girən şəxslərin gəldikləri yerdən geri qaytmaları üçün çıxmalarına icazə verməmişlər. Daha sonra o atasıgilə su və yemək vermək istəmiş ancaq qonşu mağazanın işçiləri bunada narazılıqlarını göstərərək onun mağazadan keçməsinə icazə verməmişlər. O da ərazidə olan polisin köməkliyi ilə atasıgilə bir butulka su verə bilmişdir. O bununla bağlı ticarət mərkəzinin müdriyyətinə məlumat verib köməklik istəsədə orada olan mühafizəçilər Şahlar müəllimin icazəsi olmadan qapını aça bilməyəcəklərini, açarın onda olduğunu bildirmişlər. Oda çıxılmaz vəziyyətdə qalaraq bununla bağlı "xxxx" Ticarət mərkəzinin ərazisində yerləşən 1-ci ərazi, 1B sırası, 60 nömrəli ticarǝt mağazanın qarşısından “tik-tok” sosial səbəkəsindən "cabrayıl balası 014" kodlu şəbəkə istifadəçisi kimi birbaşa canlı efirdə özünə məxsus telefonun kamerası vasitəsilə çəkiliş edərək cənab Prezidentdən, cənab Vilayat Eyvazovdan və cənab Əli Nağıyevdən köməklik istəmişdir. Ancaq o bu çəkilişi edən zaman məqsədi kiməsə böhtan atıb təhqir etmək olmamışdır. Ailəsinin o vəziyyətdə olduğunu görüb başqa çıxış yolu qalmadığı üçün bu yola əl atmışdır. İfadəsində işlətdiyi girov sözünün həqiqi mənasını dərk etməmiş və anlamamışdır. Həmin vaxtı çox həyəcanlı olmuşdur. Yekun olaraq o, xüsusi ittiham qaydasında şikayət vermiş şəxslə dəfələrlə barışıq əldə etməyə cəhd göstərməsini, törətdiyi əməldən peşman olmasını, ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb olunduğunu, həmin videonu çəkən zaman Şahlar müəllimə qarşı heç bir təhqir işlətmədiyini, böhtan kimi qəbul edilən ifadələrin məsuliyyətini dərk etmədiyini, ilk dəfə belə bir halın yaşandığını və qardaşı X3 Vətən Müharibəsi iştirakçısı olmaqla “Vətən Uğrunda” “Vətən müharibəsi iştiraçısı” və “Cəbrayılın Azad olunmasına görə” medallarla təltif edildiyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı tərəflərin iştirakı ilə X4 15 avqust 2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən "xxxx" Ticarət mərkəzinin 1-ci ərazi, 1B sırası, 60 nömrəli ticarǝt mağazasının qarşısından “tik-tok” sosial səbəkəsindən "cabrayıl balası 014" kodlu şəbəkə istifadəçisi kimi birbaşa canlı efirdə əlində tutduğu telefonun kamerası vasitəsilə öz səsi ilə etdiyi çıxışa dair “fləş kart”a baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, X7 “"cabrayıl balası 014" kodlu “tik-tok” sosial şəbəkəsi vasitəsi ilə canlı yayımda bunları demişdir: “Cənab Prezident, cənab Vilayat Eyvazov, cənab İlham Əliyev, cənab Əli Nağıyev, Sədǝrǝyin müdriyyəti Yusif Qədimbəyli, Ənvər Qədimbəyli və mühafizə rəisi Şahlar müəllim mənim atamı, anamı, nənəmi bax belənçiyinə qapını blomblayıblar, bax burda girov saxlayıblar. Axşam mağazamızı bağlayıb evə getmişik, gəlib səhər tezdən görürük ki, mağazamızın arasını bax belənçiyinə dağıdıb mağazanın ortasını dağıdıblar...xahiş edirik ki, bizə köməklik edəsiniz" İş materillarında əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 06 sentyabr 2024-cü il tarixli tələbnaməsindən görünür ki, X4 məhkumluğu yoxdur. İş materillarında əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Abşeron RİHBnin Masazır kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 sentyabr 2024-cü il tarixli xasiyyətnamədən görünür ki, X7 barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X7 tərəfindən xüsusi ittiham qaydasında şikayətdə qeyd olunan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən ittiham tərəfinin təqdim etdiyi sübutlarla öz təsdiqini tapmışdır. «Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı Qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Xüsusi ittiham qaydasında şikayət materiallarından göründüyü kimi xüsusi ittihamçı; 18 dekabr 1965-ci il də doğulmuş X11 ali təhsilli hüquqşünas və X1maqla "xxxx" MMC-nin direktoru vasifəsində işləyir vǝ MMC ilə "xxxx" Firması arasında bağlanılmış müqavilə əsasında “Sədərək Ticarət” mərkəzinin mühafizəsinin təşkili ilə məşğuldur. Bu hallar onun cəmiyyətdə, əmək kollektivində və eləcədə onu tanıyan şəxslər arasında şərəf, ləyaqət və nüfuza malik olduğunu göstərir. Azərbycan Respublikasının Cinayət Məcəlləsinin 147.1.-ci maddəsində göstərilir ki, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 147.2. Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma-iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 215.1-ci maddəsinin tələbindən aydın olur ki, adamları girov götürmə dedikdə girov götürülən şəxsin azad olunması şərti ilə dövləti, fiziki və ya hüquqi şəxsi hər hansı hərəkəti etməyə və ya hər hansı hərəkətdən çəkinməyə vadar etmək məqsədilə şəxsi girov götürmə və ya saxlama-beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 215.2. Eyni əməllər: 215.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 215.2.2. təkrar törədildikdə; 215.2.3. həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etməklə törədildikdə; 215.2.4. odlu silahdan və ya silah qismində istifadə edilən əşyalardan istifadə etməklə törədildikdə; 215.2.5. bilə-bilə yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə; 215.2.6. təqsirkar tərəfindən aşkar surətdə hamilə qadın barəsində törədildikdə; 215.2.7. iki və ya daha çox şəxs barəsində törədildikdə; 215.2.8. tamah niyyəti ilə törədildikdə on ildən on iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi X7 öz hərəkətləri ilə böhtan xarakterli söz və ifadələri kütləvi nümayiş etdirilən internet informasiya ehtiyatında yaymaqla X9 ağır cinayət törətməkdə ittiham etməklə ona böhtan atmışdır. Lakin məhkəmə araşdırması zamanı X4 öz hərəkətləri ilə X9 təhqir etməsi faktı öz təsdiqini tapmamışdır. Azərbycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsinin tələbindən aydın olur ki, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Belə ki, məhkəmə araşdırması zamanı X4 “tik-tok” sosial şəbəkəsində etdiyi şifahi çıxışında X6 şərəf və ləyaqətini alçaltmaqla normaları aşaraq etikadan kənar ifadələrlə onun mənəvi dəyərlərinə xələl gətirmək məqsədinin olması müəyyən edilməmişdir. Çünki qeyd olunan cinayət şifahi formada şərəf və ləyaqəti alçaltmaq məqsədi ilə söyməklə, nalayiq sözlər deməklə, şəxsin haqqında ələsalıcı ifadələr işlətməklə və s. törədilə bilər. Azərbaycan Respublikası CPM-nin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapmadığından, yəni əməlində cinayət tərkibi olmadığı əsası ilə təqsirləndirilən şəxsə istinad edilən ittiham üzrə bəraət verilməlidir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, X4 yalnız Azərbaycan Respublikasının CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi tam sübuta yetir və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. X4 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, X4 ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşman olmasını və barışığa cəhd göstərməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. X4 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, cinayət əməlinin törədildiyi yerə münasibətdə (yəni, on minlərlə insanların əmək fəaliyyəti ilə məşğul olduğu "xxxx" TM) hesab edir ki, X4 törətdiyi əməl cinayətin ictimai təhlükəlilik dərəcəsinə görə daha təhlükəli olmuşdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, X5 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi X4 üzərinə qoyulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “filəş kart” cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351- 353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: X5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə verilmiş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə bəraət verilsin. X7 Azərbaycan Respublikası CM-nin 147.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. X4 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. X4 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. X4 üzərinə: yaşadığı ünvan 1i ünvanınıda yerləşən fərdi yaşayış evini hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Bakı şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. X7 cəzasını yaşayış yeri üzrə çəksin və bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Sumqayıt Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd “filəş kart” cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar