Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-262/2021 07.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs 08 avqust 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üzərində saxlamaqla daşımış, 29 mart 2021-ci il tarixdə saat 21:00 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən «Güzgülü» kafesinin yaxınlığında saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş, orada videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ kağız kəsiyinə bükülmüş təmiz çəkisi 0,333 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, təxminən 1 ildir «şüşə» adlandırdığı psixotrop maddə metamfetamini falqa vasitəsi ilə çəkməklə qəbul etmişdir. 29 mart 2021-ci il tarixdə saat 13:30 radələrində Sahil qəsəbəsi ərazisində yerləşən 319 saylı tam orta məktəbin yaxınlığında olarkən Elnur kimi tanıdığı Sahil qəsəbə sakini ona yaxınlaşaraq «şüşə» almağını təklif etmişdir. O da psixotrop maddə istifadə etdiyi üçün Elnur adlı şəxsin təklifi ilə razılaşmış, 10 manat pulun müqabilində bir ədəd ağ kağız kəsiyi bükümündə «şüşə» adlandırdığı psixotrop maddəni alıb əynində olan qara rəngli cins şalvarın sol yan cibinə qoyub yolunu davam etmişdir. Həmin gün saat 21:00 radələrində yaşadığı Səngəçal qəsəbəsində yerləşən «Güzgülü» kafesinin yaxınlığından keçib getdiyi zaman iki nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər və onu 11-ci polis bölməsinə dəvət etmişlər. Həmin vaxt psixotrop maddə onun üzərində imiş, orada ona hüquqlarını izah etdikdən sonra təqdim edilmiş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində axtarış aparmışlar. Əvvəlcə ona üzərində olan bütün əşyaları könüllü olaraq çıxarıb təqdim etməyi təklif etmişlər. O, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən saxladığı bükümü çıxarıb təqdim etmiş və içərisində psixotrop maddə «şüşə» olduğunu bildirmişdir. Polis əməkdaşları ondan həmin psixotrop maddəni kimdən, nə vaxt, hansı məqsədlə, neçəyə əldə etdiyini soruşmuşlar. O isə həmin narkotik vasitəni həmin gün tutulmamışdan əvvəl Sahil qəsəbəsində yerləşən 319 saylı tam orta məktəbin yaxınlığında Elnur adlı şəxsdən öz istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Təqdim etdiyi ağ kağız kəsiyindəki büküm zərfə qoyularaq qablaşdırılmış, tərəflərindən imzalanmış və möhürlənmiş, bu barədə protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir. Psixotrop maddə metamfetamini özü qəbul etmək məqsədi ilə üzərində saxlamış, ondan qəbul etməmiş, tək qəbul edirmiş, bu barədə heç kimə bildirməmiş, psixotrop maddə olan metamfetamini gizli qəbul etmişdir. Elnur adlı şəxsin digər anket məlumatlarını və mobil telefonunu bilmədiyini, başqa cinayət törətmədiyini, polis bölməsində ona heç bir şəxs təzyiq göstərilmədiyini təsdiq etmişdir.O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Qaradağ RPİ-nin 11-ci PB-də cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. Bölməyə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edərək qəbul etməsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən bölmənin polis sahə inspektoru, polis mayoru Şahid2 ilə birlikdə 29 mart 2021-ci il tarixdə saat 21:00 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən «Güzgülü» kafesinin yaxınlığında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edildikdən sonra sonuncu tərəflərindən polis bölməsinə gətirilmiş, oraya Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün təyin edilmiş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə sonuncunun da hüquq və vəzifələri izah edildikdən sonra üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ kağız kəsiyində maddəni çıxardaraq təqdim etmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bir bükümdəki maddənin “şüşə” kimi adlandırdığı psixotrop maddə metamfetamin olduğunu, həmin gün günorta saatlarında Sahil qəsəbəsi ərazisində adını Elnur kimi bildiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını təsdiq etmişdir. Bir bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən möhürlənmiş zərf və protokol imzalanmışdır. Təqsirləndirilən şəxs bir bükümdə olan psixotrop maddə metamfetamini özünün istifadə edəcəyi məqsədilə əldə etdiyini onlara bildirdiyini göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin polis sahə inspektoru polis mayoru Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Qaradağ RPİ-nin 11-ci PB-də polis sahə inspektoru vəzifəsində işləyir. Bölməyə ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə edərək qəbul etməsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 ilə birlikdə 29 mart 2021-ci il tarixdə saat 21:00 radələrində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yerləşən «Güzgülü» kafesinin yaxınlığında Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxs şəxsiyyəti müəyyən edildikdən sonra sonuncu tərəflərindən polis bölməsinə gətirilmiş, oraya Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün təyin edilmiş vəkilin iştirakı ilə videoçəkiliş vasitəsi ilə sonuncunun da hüquq və vəzifələri izah edildikdən sonra üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ kağız kəsiyində maddəni çıxardaraq təqdim etmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs bir bükümdəki maddənin “şüşə” kimi adlandırdığı psixotrop maddə metamfetamin olduğunu, həmin gün günorta saatlarında Sahil qəsəbəsi ərazisində adını Elnur kimi bildiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını təsdiq etmişdir. Bir bükümdə olan maddə zərfə qoyularaq qablaşdırılmış, möhürlə möhürlənmiş və bu barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs və digər iştirakçılar tərəfindən möhürlənmiş zərf və protokol imzalanmışdır. Təqsirləndirilən şəxs bir bükümdə olan psixotrop maddə metamfetamini özünün istifadə edəcəyi məqsədilə əldə etdiyini onlara bildirdiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 30 mart 2021-ci il tarixli 6/1251 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “Zərflər üçün № 223” möhür əksi, “Təqsirləndirilən şəxs üzərində...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,333 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı l) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi-0,333 qr., tədqiqata sərf edildi-0,05 qr., qalıq- 0,283 qr. Ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 20 may 2021ci il tarixli 1554 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,333 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqat zamanı aparılmış kimyəvi ekspertizası nəticəsində qalmış 0,283 qram qalığı saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 11-ci PB-də xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquqlarının müdafiə olunması üçün təyin edilmiş vəkilin iştirakı ilə sonuncunun hüquq və vəzifələri izah edilərək onun üzərinə şəxsi axtarış və götürmə keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq əynindəki qara rəngli cins şalvarın sol yan cibindən bir ədəd ağ kağız kəsiyində maddəni çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs bir bükümdəki maddənin “şüşə” kimi adlandırdığı psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 29 mart 2021-ci il tarixdən şübhəli şəxs kimi tutulmuş və 31 mart 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs bu günədək həbsdə qaldığı 03 (üç) ay 08 (səkkiz) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,283 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 109,90 (yüz doqquz manat doxsan qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 38 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs həbsdə qaldığı 03 (üç) ay 08 (səkkiz) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 05 (beş) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 2 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,283 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 109,90 (yüz doqquz manat doxsan qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-262/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-262/2021
07.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver