Məhkəmə qərarları › İş №1(002)-262/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-262/2023

07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-262/2023 07.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçilər Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, Təqsirləndirilən şəxslər xx xxxx 1987-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, əvvəllər məhkum olunmamış, "xxxx" İB-nin Anbar Təsərrüfatı şöbəsində yük daşıyan işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 xx xxxxx 1994-cü ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, əvvəllər məhkum olunmamış, rəsmi qaydada işləməyən, Yardımlı rayonu, Bürzümbül kəndində qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, tanışı X12 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 11 aprel 2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1, küçə 5 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan evin divarlarına bərkidilmiş təxmini dəyəri 300 manat olan elektrik naqillərini kəsmiş, bundan əlavə 1 top, yəni 140 metr, 1 metrinin dəyəri 1 manat 5 qəpik olan 16 mm diametrli plastik borunu, bir qutunun dəyəri 18 manat olan 3 qutu hər qutuda 100 ədəd olmaqla 300 ədəd borunu bərkidicisi (skop), 1 ədəd dəyəri 5 manat olan 100X70 ölçülü üçkünclük plastik boru, 1 ədəd 2 manat olan 70X50 ölçülü plastik əyri boru, 98 ədəd hər birinin dəyəri 75 qəpik olan 25 mm-lik plastik künclük, 20 ədəd hər birinin dəyəri 65 qəpik olan 25 mm-lik 3 tərəfi birləşdirici plastik borunu, 42 ədəd hər birinin dəyəri 65 qəpik olan 25 mm-lik plastik boruların iki tərəfli birləşməsi (mufta), 1 ədəd dəyəri 7 manat olan trapı gizli olaraq talayıb zərərçəkmiş şəxsə 628 manat 80 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz yaşayış sahəsinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vuraraq oğurluq etmişdir. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək 11 aprel 2023-cü il tarixdə saat 03 radələrində Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1, küçə 5 ünvanında yerləşən nömrəsiz fərdi yaşayış evinə plastik pəncərəni açmaq yolu ilə qanunsuz daxil olaraq oradan evin divarlarına bərkidilmiş təxmini dəyəri 300 manat olan elektrik naqillərini kəsmiş, bundan əlavə 1 top, yəni 140 metr, 1 metrinin dəyəri 1 manat 5 qəpik olan 16 mm diametrli plastik borunu, bir qutunun dəyəri 18 manat olan 3 qutu hər qutuda 100 ədəd olmaqla 300 ədəd borunu bərkidicisi (skop), 1 ədəd dəyəri 5 manat olan 100X70 ölçülü üçkünclük plastik boru, 1 ədəd 2 manat olan 70X50 ölçülü plastik əyri boru, 98 ədəd hər birinin dəyəri 75 qəpik olan 25 mm-lik plastik künclük, 20 ədəd hər birinin dəyəri 65 qəpik olan 25 mm-lik 3 tərəfi birləşdirici plastik borunu, 42 ədəd hər birinin dəyəri 65 qəpik olan 25 mm-lik plastik boruların iki tərəfli birləşməsi (mufta), 1 ədəd dəyəri 7 manat olan trapı gizli olaraq talayıb zərərçəkmiş şəxsə 628 manat 80 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, xx.xx.2011-ci ildən "xxxx" ASC-də fəhlə işləyirmiş. Onun qonşuluğunda yaşayan Yusif adlı şəxslə münasibətləri normal olmuşdur. 10.04. 2023-cü il tarixdə o, işdən evə gəldikdən sonra saat 23 radələrində dostu Yusifi evə çağırmış və onlar birlikdə süfrə hazırlayaraq yeyib-içməyə başlamışlar. O, qeyd etmişdir ki, o, işdən evə gələndə məhəllədə 2 mərtəbəli evin tikintisinin getdiyini və həmin evin içərisində təmir aparıldığını görmüş və fikirləşmişdir ki, həmin evdən oğurluq etsin. O, Yusiflə evdə yeyibiçən zaman bu fikrini Yusifə bildirmiş və Yusifdə onunla razılaşmışdır ki, oğurlayacaqları əşyaları və ya tikinti materiallarını sataraq əldə edəcəkləri qazancı aralarında bölsünlər. O, Yusiflə xx.xx.2023-cü il tarixdə saat 03 radələrinədək yeyib içərək evə daxil olmaqları barədə söhbət etmiş və həmin zaman məhəllədə heç kimin olmadığını nəzərə alaraq onun evindən çıxmışlar. O, evdən çıxan zaman üzərində kəlbətin götürmüşdür. Yolda həmin ikimərtəbəli hasarı olan, lakin darvazası olmayan evə yaxınlaşan zaman yerdən dəmir parçası tapmışdır. Onlar birlikdə evin həyətinə daxil olmuş və qabaq tərəfdə olan plastik materialından hazırlanmış pəncərəni əlində olan yoldan tapdığı dəmir parçası ilə açmışdır. Bundan sonra o, həmin pəncərədən evə daxil olmuş, Yusif də onun arxası ilə evə daxil olmuşdur. O və Yusif üzərlərində olan alışqanın fənərindən istifadə edərək evin içərisinə nəzər yetirmişlər və o, kəlbətinlə evin divarlarında olan elektrik məftillərini kəsərək götürmüşdür. Yusif həmin evdən sellofan torba taparaq gətirmiş və o, kəsdiyi naqilləri həmin torbaya yığmışdır. Sonra isə evin ikinci mərtəbəsinə pilləkən vasitəsi ilə qalxaraq orada otaqların birinə yerə yığılmış ağ rəngli istilik verilişində istifadə edilən 1 top borunu, həmin borunun yanında kisədə olan muftalar, skopları, boru uçkünclükləri götürərək Yusiflə gəldikləri kimi evdən çıxıb oğurladıqları əşyaları onun evinə aparmışlar. Evə çatdıqdan sonra o, Yusifə bildirmişdir ki, “səhər mən işə gedəcəm, sən də oğurladığımız naqilləri əridib satarsan.”. Səhərisi yəni, xx.xx.2023-cü il tarixdə saat 08 radələrində o, işə getmiş və axşam saat 18 radələrində evə gəlmişdir. O, evə gəldikdən sonra Yusifi çağırmışdır. Yusif onun yaşadığı evə gələrək bildirmişdir ki, naqilləri əridib 36 manata satmışdır. Yusif ona 18 manat pul vermişdir. O, Yusiflə birlikdə oğurluq edən zaman ətrafda heç kim olmamışdır. O, qeyd etdiyi cinayətdən başqa heç bir yerdən oğurluq etməmişdir. Onların oğurluq etməkdə məqsədi gəlir əldə etmək olmuşdur. Yusif ona naqilləri əridib satdığı yeri və həmin şəxsin adını deməmişdir. O, Yusiflə birlikdə Zərərçəkmiş şəxs evindən laqonda, preparator və direl oğurlamamışdır. O öz ifadəsində son olaraq ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, iki azyaşlı uşağına aliment ödədiyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirərək ifadə verməkdən imtina etmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, fəhlə işləyərək ailəsini dolandırırmış. Onun qonşuluğunda yaşayan Elşad adlı şəxslə münasibətləri normal olmuşdur. xx.xx.2023-cü il tarixdə o, işdən evə gəldikdən sonra saat 23 radələrində dostu Elşad onu evə çağırmış və onlar birlikdə süfrə hazırlayaraq yeyib-içməyə başlamışlar. O, Elşadla evdə yeyib-içən zaman Elşad ona bildirmişdir ki, “qonşuluqda yeni tikilən ikimərtəbəli evdən oğurluq edək”. O da Elşadla razılaşmışdır ki, oğurlayacaqları əşyaları və ya tikinti materiallarını sataraq əldə edəcəkləri qazancı aralarında bölsünlər. O, Elşadla xx.xx.2023-cü il tarixdə saat 03 radələrinədək yeyib içərək evə daxil olmaları barədə söhbət etmiş və həmin zaman məhəllədə heç kimin olmadığını nəzərə alaraq Elşadın evindən çıxmışlar. Elşad evdən çıxan zaman üzərində kəlbətin götürmüşdür. Yolda həminn ikimərtəbəli hasarı olan, lakin darvazası olmayan evə yaxınlaşan zaman Elşad yerdən dəmir parçası tapmışdır. Onlar birlikdə evin həyətinə daxil olmuş və qabaq tərəfdə olan plastik materialından hazırlanmış pəncərəni Elşad əlində olan yoldan tapdığı dəmir parçası ilə açmışdır. Bundan sonra Elşad həmin pəncərədən evə daxil olmuşdur. O da Elşadın arxası ilə evə daxil olmuşdur. O və Elşad üzərlərində olan alışqanın fənərindən istifadə edərək evin içərisinə nəzər yetirmişlər və Elşad kəlbətinlə evin divarlarında olan elektrik məftillərini kəsərək götürmüşdür. O, həmin evdən sellofan torba taparaq gətirmiş və Elşad kəsdiyi naqilləri həmin torbaya yığmışdır. Sonra isə evin ikinci mərtəbəsinə pilləkən vasitəsi ilə qalxaraq orada otaqların birinə yerə yığılmış ağ rəngli istilik verilişində istifadə edilən 1 top borunu, həmin borunun yanında kisədə olan muftalar, skopları, boru uçkünclükləri götürərək Elşadla gəldikləri kimi evdən çıxıb oğurladıqları əşyaları Elşadın evinə aparmışlar. Evə çatdıqdan sonra Elşad ona bildirmişdir ki, “səhər mən işə gedəcəm, sən də oğurladığımız naqilləri əridib satarsan.”. Səhərisi yəni, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Elşadın evinin yaxınlığında olan boş həyətdə oğurladıqları naqilləri əridərək 3 kq mis əldə etmiş və həmin misi Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində tanımadığı şəxsə 40 manata satmışdır. Elşad evə gəldikdən sonra Elşadın yanına getmiş və bildirmişdir ki, naqilləri əridib 36 manata satmış və Elşada 18 manat pul vermişdir. O, Yusiflə birlikdə oğurluq edən zaman ətrafda heç kim olmamışdır. O, qeyd etdiyi oğurluq hadisəsindən əlavə heç bir yerdən oğurluq etməmişdir.Onların oğlurluq etməkdə məqsədləri gəlir əldə etmək olmuşdur. O, naqilləri əridib satdığı yeri və həmin şəxsin adını bilmirmiş.O, Elşadla birlikdə Zərərçəkmiş şəxs evindən laqonda, preparator və direl oğurlamamışdır O öz ifadəsində son olaraq ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, himayəsində iki azyaşlı uşağının olduğunu, uşaqlardan birinin nitq qüsurlu olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclaslarında iştirak edə bilməyəcəyinin nəzərə alınmasını xahiş etmişdir. Əlavə olaraq iş materiallarında olan ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilmiş, onun təqsirləndirilən şəxslərə qarşı heç bir şikayəti və gələcəkdə də olmayacağı bildirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs göstərmişdir ki, o, özünə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 1 küçə 5 ünvanında 2 mərtəbəli ev tikmiş və hal-hazırda həmin evin içərisində təmir işləri gedirmiş. Belə ki, evin hər iki mərtəbəsinin elektrik işi tamamlanmış və istilik borularının çəkilişi davam edirmiş. xx.xx.2023-cü il tarixdə təxminən saat 17 radələrində evə gəldikdə evin qabaq hissəsində birinci mərtəbədə olan ağ rəngli plastik pəncərəsinin açıq olduğunu görmüşdür. O, cəld evin qapısını açıb içəri daxil olduqda ona məlum olmuşdur ki, naməlum şəxs və ya şəxslər evin divarlarına bərkidilmiş təxmini dəyəri 300 manat olan elektrik naqillərinin kəsmiş, bundan əlavə 1 top, yəni 140 metr, 1 metrinin dəyəri 1 manat 5 qəpik olan 16 mm diametrli plastik borunu, bir qutunun dəyəri 18 manat olan 3 qutu hər qutuda 100 ədəd olmaqla 300 ədəd borunu bərkidicisi (skop), 1 ədəd dəyəri 5 manat olan 100X70 ölçülü üçkünclük plastik boru, 1 ədəd 2 manat olan 70X50 ölçülü plastik əyri boru, 98 ədəd hər birinin dəyəri 75 qəpik olan 25 mm-lik plastik künclük, 20 ədəd hər birinin dəyəri 65 qəpik olan 25 mm-lik 3 tərəfi birləşdirici plastik borunu, 42 ədəd hər birinin dəyəri 65 qəpik olan 25 mm-lik plastik boruların iki tərəfli birləşməsi (mufta), 1 ədəd dəyəri 7 manat olan trapı oğurlamışlar. Ona oğurluq nəticəsində 628 manat 80 qəpik maddi ziyan dəymişdir. Naməlum şəxs və ya şəxslər onun evindən oğurluq etdiklərini bildikdə o, ərizə yazan zaman təxmini olaraq ona dəymiş ziyanın 2000 manat olduğunu yazmışdır. Lakin hal hazırda isə ona 628 manat 80 qəpik maddi ziyan dəymişdir. O, ərizəsində göstərdiyi laqonda, direl və preporator ustalara məxsus olduğundan həmin ustalar laqonda və direlini özü ilə evlərinə aparmışdılar. O, ərizə verən zaman həmin laqonda və direlin oğurlandığını zənn etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 may 2023-cü il tarixli 9/3101 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların orta istismar müddəti və orta istismar intensivliyi paarametrlərinə müvafiq olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 328,80 manat müəyyən edilir. 1 top, yəni 140 metr 16mm diametrli plastik borunun bir ədədinin qiyməti 1,05 manat, 3 qutu hər qutuda 100 ədəd olmaqla 300 ədəd borunun bərkidicisinin (skop) 1 ədədinin qiyməti 18 manat, 1 ədəd 100x70 ölçülü üçkünclük plastik borunun bir ədədinin qiyməti 5 manat, 1 ədəd 70x50 ölçülüplastik əyri borunun bir ədədinin qiyməti 2 manat, 98 ədəd 25 mm-lik plastik künclükün bir ədədinin qiyməti 0,75 manat, 20 ədəd 25 mm-lik 3 tərəfi birləşdirici borunun bir ədədinin qiyməti 0,65 manat, 42 ədəd 25 mm-lik plastik boruların iki tərəfli birləşməsinin (mufta) bir ədədinin qiyməti 0,65 manat, 1 ədəd trapın qiyməti 7 manatdır. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan 15 aprel 2023-cu il tarixli “ifadənin yerində yoxlanılması” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 istintaqa vermiş olduğu ifadələrini təsdiq edərək əyani şəkildə Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək zərərçəkmiş Zərərçəkmiş şəxs evinə plastik pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus əmlakının oğurlanması mexanizmini göstərmiş və həmin vaxt fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İşdə olan 15 aprel 2023-cu il tarixli “ifadənin yerində yoxlanılması” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istintaqa vermiş olduğu ifadələrini təsdiq edərək əyani şəkildə Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs təşkil edərək zərərçəkmiş Zərərçəkmiş şəxs evinə plastik pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan sonuncuya məxsus əmlakının oğurlanması mexanizmini göstərmiş və həmin vaxt fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. İş üzrə Təqsirləndirilən şəxs1 təqdim etdiyi , təqdim edilmiş 1 top, yəni 140 metr 16 mm diametrli plastik boru, 3 qutu hər qutuda 100 ədəd olmaqla 300 ədəd borunu bərkidicisi (skop), 1 ədəd 100X70 ölçülü üçkünclük plastik boru, 1 ədəd 70X50 ölçülü plastik əyri boru, 98 ədəd 25 mm-lik plastik künclük, 20 ədəd 25 mm-lik 3 tərəfi birləşdirici plastik boru, 42 ədəd 25 mm-lik plastik boruların iki tərəfli birləşməsi (mufta), 1 ədəd trap iş üçün əhəmiyyət kəsb etdiyindən maddi subut kimi tanınmış və məhkəmənin hökmünədək saxlaılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2013-cü il tarixdə doğulmuş X5 və xx.xx.2015-ci il tarixdə doğulmuş X7 atası Təqsirləndirilən şəxs1dur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, xx.xx.2016-cı il tarixdə doğulmuş X8 və xx.xx.2018-ci il tarixdə doğulmuş X9 atası Təqsirləndirilən şəxs2dur. İş materiallarında olan tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkumluqları barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli tam sübuta yetir və onların əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşiman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, Təqsirləndirilən şəxs2 ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini, əməlini etiraf edərək səmimi peşiman olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimaitəhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanlar ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 14 aprel 2023-cü il tarixdə saat 12:00-da şübhəli şəxs kimi tutulmuş və 15 aprel 2023-cü il tarixdə saat 14:40-da təqsirləndirilən şəxs qismində dindirməsi başa çatdıqdan sonra barəsində Qaradağ rayon prokuroru tərəfindən “həbs” qətimkan tədbiri seçilməkdən imtina edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı 02 gün kimi nəzərə alınmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 14 aprel 2023-cü il tarixdə saat 14:00-da şübhəli şəxs kimi tutulmuş və 15 aprel 2023-cü il tarixdə saat 15:20-də təqsirləndirilən şəxs qismində dindirməsi başa çatdıqdan sonra barəsində Qaradağ rayon prokuroru tərəfindən “həbs” qətimkan tədbiri seçilməkdən imtina edilməklə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı 02 gün kimi nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə qoyulmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 25 (iyirmi beş) manat olmaqla tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 top, yəni 140 metr 16 mm diametrli plastik boru, 3 qutu hər qutuda 100 ədəd olmaqla 300 ədəd borunu bərkidicisi (skop), 1 ədəd 100X70 ölçülü üçkünclük plastik boru, 1 ədəd 70X50 ölçülü plastik əyri boru, 98 ədəd 25 mm-lik plastik künclük, 20 ədəd 25 mm-lik 3 tərəfi birləşdirici plastik boru, 42 ədəd 25 mm-lik plastik boruların iki tərəfli birləşməsi (mufta), 1 ədəd trapın məhkəmənin hökmünədək saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanları olmadığı üçün onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İstintaq zamanı onların hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri X4 və X6 tərəfindən 25 iş saatı, məhkəmə baxışı zamanı isə onların hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 150 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, 150 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3, 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 və 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə: yaşadığı ünvan 2 ünvanını hər gün gecə saat 00:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə yaşadığı ünvan 3 ünvanını hər gün gecə saat 00:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Sumqayıt şəhərinin və Abşeron rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci təqsirləndirilən şəxslərin hər birindən 25 (iyirmi beş) manat olmaqla tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 top, yəni 140 metr 16 mm diametrli plastik boru, 3 qutu hər qutuda 100 ədəd olmaqla 300 ədəd borunu bərkidicisi (skop), 1 ədəd 100X70 ölçülü üçkünclük plastik boru, 1 ədəd 70X50 ölçülü plastik əyri boru, 98 ədəd 25 mm-lik plastik künclük, 20 ədəd 25 mm-lik 3 tərəfi birləşdirici plastik boru, 42 ədəd 25 mm-lik plastik boruların iki tərəfli birləşməsi (mufta), 1 ədəd trapın məhkəmənin hökmünədək saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2, 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3, 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi2 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar