Məhkəmə qərarları › İş №1(002)-262/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-262/2024

05.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-262/2024 05.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1973-cü ildə Ermənistan Respublikası, Masis rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsinə əsasən təqsirli bilinərək 19 (on doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilimiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində saxlanıldığı müddətdə istintaqa məlum olmayan vaxtda və mənbədən “Cəzaçəkmə müəssisələrinin X2” ilə qadağan olunmuş daxilində danışıq kartı olmayan “Samsung Galaxy A10” markalı,”SM-A105F/DS” modelli, “**********05543,**********05541” imei kodlu mobil telefon aparatını əldə edərək özündə saxlamış, gəzdirmiş, daşımış, 051 657 76 88 nömrəli «Sim» danışıq kartı vasitəsi ilə «Samsung A10» markalı mobil smartfonla qonşuları Şahid5 məxsus 050 230 08 29 nömrəli mobil telefon aparatına və Şahid6 məxsus 050 736 86 32 nömrəli mobil telefonlarla əlaqə saxlamaqla “Samsung Galaxy A10” markalı mobil smartfondan istifadə etmiş və xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində 1-ci rejim korpusunun 11 saylı kamerasında keçirilmiş qəfləti axtarış-baxış tədbiri zamanı kamerada taxta döşəmənin altında gizlədilmiş, qadağan olunmuş əşya olan həmin mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikasının CM-nin 317-2.1ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 8 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkərkən hal-hazırda vəfat etmiş keçmiş məhkum yoldaşı ona 01 ədəd “markalı" markalı, mobil telefon vermiş və onu qaldığı kamerada döşəmənin altında gizlətmişdir. Həmin mobil telefonla bir neçə dəfə tanışları ilə danışmışdır.”01 avqust 2023-cü il tarixdə qaldığı kameraya müəssisə əməkdaşları tərəfindən keçirilmiş axtarış zamanı orada döşəmənin altında gizlətdiyi mobil telefon aşkar olunaraq götürülmüşdür. Əməlindən peşmandır. Məhkəmə iclasında şahid Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində rəisin növbətçi köməkçisi vəzifəsində işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə səhər radələrində Penitensiar Xidmətin 8 saylı CÇM-nin 1-ci rejim korpusunun 11 saylı kamerasında keçirilmiş qəfləti axtarış-baxış tədbiri zamanı kamerada taxta döşəmənin altında xüsusi üsulla gizlədilmiş, həmin kamerada xüsusi rejimdə cəza çəkən məhkum Təqsirləndirilən şəxs məxsus daxilində danışıq kartı olmayan “Samsung A10” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüş, həmin əşya barədə ondan soruşulduqda o, mobil telefonun ona məxsus olduğunu etiraf etmişdir. İş üzrə şahid Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 8 saylı Cəzaçəkmə müəssisəsində nəzarətçi vəzifəsində işləyən Şahid2 ifadəsində Şahid1 ifadəsində göstərilmiş xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materillarında olan kompyuter-texnlki ekspertizasının 07 sentyabr 2023-cü il tarixli, «5/1220» nömrəli rəyindən görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:00 radələrində 1-ci rejim korpusunun 11 saylı kamerasında keçirilmiş qəfləti axtarış-baxış tədbiri zamanı kamerada taxta döşəmənin altında xüsusi üsulla gizlədilmiş, həmin kamerada xüsusi rejimdə cəza çəkən məhkum Təqsirləndirilən şəxs məxsus daxilində danışıq kartı olmayan “Samsung Galaxy A10” markalı,”SM-A105F/DS” modelli, “**********05543, **********05541” imei kodlu mobil telefon aparatı işlək vəziyyətdə olub və istifadə üçün yararlıdır. İş materillarında olan 01 avqust 2023-cü il tarixli götürmə protokolundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 09:50 radələrində 1-ci rejim korpusunun 11 saylı kamerasında keçirilmiş qəfləti axtarış-baxış tədbiri zamanı kamerada taxta döşəmənin altında xüsusi üsulla gizlədilmiş, həmin kamerada xüsusi rejimdə cəza çəkən məhkum Təqsirləndirilən şəxs məxsus daxilində danışıq kartı olmayan “Samsung A10” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. İş materillarında olan Azercell Telekom” MMC-dən götürülmüş telefon danışıqları barədə materiallardan görünür ki, Babayev X1 Xidmətin 8 saylı cəzaçəkmə müəssisəsində saxlanıldığı müddətdə istifadəsində olmuş 051 657 76 88 nömrəli «Sim» danışıq kartı ilə istifadə olunan «Samsung A10» markalı mobil smartfonla qonşuları Şahid5 məxsus 050 230 08 29 nömrəli mobil telefon aparatına və Şahid6 məxsus 050 736 86 32 nömrəli mobil telefon aparatlarına dəfələrlə zənglər edərək əlaqə saxladığı müəyyən edilmişdir. İş materillarında olan 19 yanvar 2019-cu il tarixli iltizamdan da görünür ki, Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslər tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi qadağan olunmuş əşyaların siyahısı Təqsirləndirilən şəxs elan olunmuş və sonuncu həmin siyahı ilə tanış olduqdan sonra iltizamı imzası ilə təsdiq etmişdir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş “Samsung Galaxy A10” markalı,”SM-A105F/DS” modelli, “**********05543, **********05541” imei kodlu mobil telefon aparatı və əlavə olaraq "xxxx" MMC-dən götürülmüş telefon danışıqları barədə 1 ədəd CD disk maddi sübut kimi kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materillarında olan tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin 14 iyun 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsinə əsasən təqsirli bilinərək 19 (on doqquz) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nın 317-2.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərədə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən ona təyin edilmiş 19 (on doqquz) il azadlıqdan məhrumetmə cəzasını çəkib qurtarmadığından və cəzasının sonuna 11 (on bir) il 04 (dörd) ay 15 (on beş) gün qaldığından ona hökmlərin məcmusu üzrə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli hökm elan edildiyi tarixdən, yəni 05 sentyabr 2024-cü il tarixdən hesablanılmalıdır. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Samsung Galaxy A10” markalı,”SM-A105F/DS” modelli, “**********05543,**********05541” imei kodlu mobil telefon aparatı dövlət nəfinə müsadirə edilməli və "xxxx" MMC-dən götürülmüş telefon danışıqları barədə 01 ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saat görə 120 (bir yüz iyirmi) manat, məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən Azərbaycan Respublikasının CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş hazırkı cəza, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 11 (on bir) il 04 (dörd) ay 15 (on beş) gün azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs qəti olaraq 11 (on bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasının əvvəli 05 sentyabr 2024-cü il tarixdən hesablansın. Cəzasını xüsusi rejimli cəzaçəkmə müəssəsində çəksin. İş üzrə maddi sübut kimi tanınmış “Samsung Galaxy A10” markalı,”SM-A105F/DS” modelli, “**********05543,**********05541” imei kodlu mobil telefon aparatı dövlət nəfinə müsadirə edilsin və "xxxx" MMC-dən götürülmüş telefon danışıqları barədə 01 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci məhkum Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 (iyirmi) saat görə 120 (bir yüz iyirmi) manat, məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar