Məhkəmə qərarları › İş №1(002)-263/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-263/2022

05.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-263/2022 05.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv, ev 12də qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda əkib yetişdirərək kultivasiya etmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq tərkibində narkotik maddə olan bitkilərin toxumlarını əldə edib yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv 12 saylı evin həyətində aqro texniki qaydada əkib yetişdirərək kultivasiya etmiş, xx.xx.2022-ci il tarixdə saat 12:50 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı yaşadığı evin həyətinə Qaradağ rayon məhkəməsinin qərarı ilə videoçəkiliş vasitəsilə baxış keçirilərkən həyətin sağ tərəfində yerləşən yarımçıq tikilinin soldan ikici otaqda sol tərəfdə yerdə olan torpaqda 12 ədəd, dibçəkdə olan torpaqda 01 ədəd, cəmi 13 ədəd ümumi çəkisi 520,0 qram olan, tərkiblərinə görə eynilik təşkil edən, əkib-becərilməsi qadağan olunmuş narkotik təbiətli – çətənə (kannabis) bitkilər aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır. İfadə vermək iqtidarındadır. Təxminən 1-2 il olar ki, arada bir düşəndə narkotik vasitə olan qurudulmuş marixunanı tanımadığı şəxslərdən əldə edib çəkmək yolu ilə istifadə edir. Təxminən 40-45 gün bundan əvvəl yaşadığı Qobustan qəsəbəsində magistral yol kənarında olarkən təsadüfən rastlaşdığı tanımadığı heç bir anket məlumatlarını bilmədiyi 30-35 yaşları arası olan bir oğlandan bir kibrit qutusunda özü çəkmək üçün marixuana almışdır. Kibrit qutusunda aşkar etdiyi marixuananın toxumlarını özü istifadə etmək məqsədi ilə yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv 12 saylı evin həyətində sağ tərəfində yerləşən yarımçıq tikilinin soldan ikici otaqda sol tərəfdə yerdə olan torpaqda və dibçəkdə olan torpaqda əkmişdir. Həmin toxumları suvararaq aqro-texniki qaydada qulluq edərək yetişdirmişdir. Lakin bu barədə heç kimə bir söz bildirməmişdir. Belə ki, xx.xx.2022-ci il tarixdə saat 12:50 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv 12 saylı evin həyətində olarkən həyətin qapısı döyülmüşdür. Qapını açarkən üç nəfər mülki geyimdə bir nəfər polis geyimində olan onlardan biri video çəkliş aparmaqda özlərini polis kimi təqdim edib yanlarında bir nəfər mülki geyimdə olan şəxsi aqronom kimi təqdim etmişlər. Bundan sonra ona yaşadığı evə daxil olma və baxış keçirilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilməsinə dair Qaradağ rayon məhkəməsinin qərarını göstərib ondan evinin həyətində qanunsuz narkotik tərkibli bitkilərin əkməyini soruşmuşlar. O, da onları evin həyətində sağ tərəfində yerləşən yarımçıq tikilinin soldan ikici otaqda sol tərəfdə yerdə olan torpaqda və dibçəkdə olan torpaqda əkdiyi 13 ədəd marixuana çətənə bitkilərini təqim etmişdir. Həmin bitkilərin 12 ədədi yerdə olan torpaqdan, 1 ədədi isə dibçəkdə olan torpaqdan cəmi 13 ədəd çıxardılaraq sellofan bağlamada qablaşdırılıb möhürlənib yapışqan lentlə bağlanmışdır. Bundan sonra birlikdə 11-ci polis bölməsinə getmişlər. Orada ona təqdim edilmiş müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Lakin üzərindən heç bir qanunsuz əşya aşkar olunmamışdır. Hər iki prosesə dair təhqiqatçı tərfindən protokol tərtib olunmuş və doğruluğunu imzaları ilə təstiq etmişlər. Həmin çətənə bitkilərini özü tək qulluq edərək özü istifadə etmək məqsədi ilə əkib yetişdirmişdir. Əkməyini heç kimə bildirməmiş, satmaq, pay vermək fikri də olmamışdır. Başqa heç bir yerdə də çətənə bitkisi əkib yetişdirməmişdir. Ona qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşiman olmasını, himayəsində 2 azyaşlı övladının olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD disklərində olan video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Ekologiya və Təbii sərvətlər nazirliyi "xxxx" ASC-nin 8 saylı Yaşıllaşdırma idarəsinin böyük mütəxəssisi (aqronom) Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 12:50 radələrində Qaradağ RPİ-nin 11-ci PB-nin dəvəti ilə Qaradağ rayon məhkəməsinin qərarına əsasən Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşlarının iştirakı ilə əvvəllər tanımadığı Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv 12 saylı evin həyətində qanunsuz olaraq narkotik tərkibli bitkilərin əkib becərməsi ilə əlaqədar baxış və götürmədə iştirak etmişdir. Belə ki, görüntünü əks etdirən video çəkliş ilə həyət evinin qapısını döydükdə qapını açan Təqsirləndirilən şəxs polislər tərəfindən məhkəmə qərarı təqdim edilib icazəsi və iştirakı ilə həmin həyətyanı sahədə əkib becərdiyi narkotik tərkibli bitkiləri təqdim etməsi təklif olundu. Təqsirləndirilən şəxs onları evin həyətində sağ tərəfində yerləşən yarımçıq tikilinin soldan ikici otaqda sol tərəfdə yerdə olan torpaqda və dibçəkdə olan torpaqda əkdiyi 13 ədəd bitkilərini təqim edərək narkotik tərkibli çətənə olmasını bildirmişdir. Həmin bitkilərə baxış kerilərkən həqiqətəndə narkotik tərkibli çətənə olmaları və aqorotexniki qaydada qulluq olunmaları müəyyən edilmişdir. Həmin narkotik tərkibli çətənənin 12 ədədi yerdə olan torpaqdan, 1 ədədi isə dibçəkdə olan torpaqdan cəmi 13 ədəd çıxardılaraq sellofan bağlamada qablaşdırılıb möhürlənib imzalanmışdır. Bundan sonra birlikdə 11-ci polis bölməsinə gəlmişlər. Orada təhqiqatçı tərəfindən baş verən prosessə dair protokol tərtib edilmiş, ucadan oxunmuş, doğru yazıldığı üçün imzaları ilə təsdiq etmişlər və o, polis bölməsindən çıxaraq iş yerinə qayıtmışdır. Bundan sonra nə baş verməsindən xəbəri olmayıb. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv 12 saylı evin həyətində qanunsuz olaraq narkotik tərkibli maddə olan bitkilərin toxumlarını əldə edib əkib becərməsi barədə daxil olmuş əməliyyat məlumatına əsasən xx.xx.2022-ci il tarixdə saat 12:50 radələrində PB-nə ünvana daxil olma, baxış keçirilməsi istiqamətində əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə daxil olan Qaradağ rayon məhkəməsinin qərarı ilə Qaradağ RPİ-nin 11-ci PB-nin baş təhqiqatçısı X6, Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid4, görüntünü əks etdirən video çəkliş aparan 11-ci PB-nin sahə inspektoru Şahid2 və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Yaşıllaşdırma İdarəsinin böyük mütəxəssisi aqronom Şahid3 iştirakı ilə qeyd olunan ünvana getmişlər. Həyət evinin qapısını döydükdə qapını açan Təqsirləndirilən şəxs məhkəmə qərarını təqdim edib icazəsi və iştirakı ilə həmin həyətyanı sahədə əkib becərdiyi narkotik tərkibli bitkiləri təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs onları evin həyətində sağ tərəfində yerləşən yarımçıq tikilinin soldan ikici otaqda sol tərəfdə yerdə olan torpaqda və dibçəkdə olan torpaqda əkdiyi 13 ədəd bitkilərini təqim edərək narkotik tərkibli çətənə olmasını bildirmişdir. Həmin bitkilərin 12 ədədi yerdə olan torpaqdan, 1 ədədi isə dibçəkdə olan torpaqdan cəmi 13 ədəd çıxardılaraq sellofan bağlamada qablaşdırılıb möhürlənib imzalanmışdır. Bundan sonra birlikdə 11-ci polis bölməsinə gəlmişlər. Orada Təqsirləndirilən şəxs təqdim edilmiş müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Lakin üzərindən heç bir qanunsuz əşya aşkar olunmamışdır. Hər iki prosesə dair təhqiqatçı tərfindən protokol tərtib olunmuş və doğruluğunu imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs həmin çətənə bitkilərini özü tək qulluq edərək özü istifadə etmək məqsədi ilə əkib yetişdirdiyini bildirmişdir. Əkməyini heç kimə bildirməmiş, satmaq, pay vermək fikri olmamışdır. Başqa heç bir yerdə çətənə bitkisi əkib yetişdirməmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi təsir göstərilməmiş, onun narkotik vasitələrin və sair dövriyyəsi qadağa edilmiş maddələrin satışı, qanunsuz dövrüyyəsi ilə məşqul olması barədə əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid4 və Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru Şahid2 Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadələr vermişlər. Cinayət işinin 1-ci vərəqəsində olan 05 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmışdır. Cinayət işinin 27-ci vərəqəsində olan 04 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 04 iyun 2022-ci il tarixdə saat 13:20 dəqiqədən tutulmuş hesab edilmişdir. Cinayət işinin 46-cı vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat müəyyən edilmişdir. Cinayət işinin 47-ci vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyun 2022-ci il tarixli, 7/573 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ağ kağız üzərində "Təqsirləndirilən şəxs həyətindəki yarımtikilidən aşkar olunmuş 13 ədəd narkotik vasitə marixuanaya oxşar kol" yazılar və imzalar olan baş-başa keçirilmiş 1 ədəd göy və yaşıl rəngli polietilen torbada ümumi sayı 13 (on üç) ədəd, yaş vəziyyətdə ümumi çəkisi 520,0 qram bitki nümunələri, əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli - çətənə (kannabis) bitkiləridir. Təqdim olunmuş 13 (on üç) ədəd bitki nümunələri tərkiblərinə görə eynidir. Cinayət işinin 56-57-ci vərəqələrində olan 06 iyun 2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 237.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin 67-68-ci vərəqələrində olan Qaradağ Rayon Prokurorunun 06 iyun 2022-ci tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatətin müdafiə edilməsindən imtina olunmuşdur. Cinayət işinin 69-70-ci vərəqələrində olan Qaradağ rayon Polis İdarəsi İstintaq şöbəsinin müstəntiqi E.Abdullayevin 06 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlanma yerindən azad edilmişdir. Cinayət işinin 86-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 18 iyun 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Qaradağ Rayon Məhkəməsinin 16 iyun 2017-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi təqsirli bilinmiş, CPM-in 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Cinayət işinin 87-ci vərəqəsində olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində xx.xx.2010-cu il təvəllüdlü Fəxriyyə adlı və xx.xx.2011ci il təvəllüdlü Fətəli adlı övladları vardır. Cinayət işinin 88-89-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 07 iyun 2022ci il tarixli, 3056 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannaboidlərdən istifadə etmə halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 92-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 72 (yetmiş iki) manat müəyyən edilmişdir. Cinayət işinin 93-cü vərəqəsində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 24 iyun 2022-ci il tarixli, 7/607 saylı ekspert rəyindən görünür ki, aqronomun (mütəxəssisin) rəyinə əsasən 13 (on üç) ədəd əkilib-becərilməsi qadağan olunmuş çətənə(kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində "Təqsirləndirilən şəxs evinin həyətindən 13 ədəd narkotik təbiətli çətənə(kannabis) götürülmüş bitkilərin diblərindən götürülmüş torpaq nümunələri" yazılar və imzalar olan polietilen torbadakı torpaq ilə 13 (on üç) ədəd çətənə bitkilərinin kök hissələrində olan torpaqlar qrup və cins əlamətlərinə görə eynidirlər. Cinayət işinin 94-cü vərəqəsində olan 30 iyul 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunaraq götürülmüş ümumi təmiz çəkisi 520.0 qram olan 13 ədəd narkotik təbiətli - çətənə (kannabis) bitkiləri, həmin bitkilərin diblərindən götürülmüş 1 ədəd polietilendəki torpaq iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalan 519,74 qram olan 13 ədəd narkotik təbiətli - çətənə (kannabis) bitkiləri və 1 ədəd polietilendəki torpaq saxlanılması üçün Qaradağ RPİ-nin növbətçi hissəsinə maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 95-100-cü vərəqələrində olan 30 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki 1 ədəd DVD disk, məhkəmə bioloji ekspertizasının, məhkəmə-narkoloji ekspertizasının rəyləri sübut növü kimi qiymətləndirilmiş və iş materiallarına əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 04 iyun 2022-ci il tarixdə saat 12:50-dən başlayaraq qeydə alınmışdır. Təqsirləndirilən şəxs yaşadığı Qaradağ rayonu, Qobustan qəsəbəsi, 5-ci massiv, 12 saylı evin həyətinin qarşısında 11-ci PB-nin baş təhqiqatçısı Qüdrət Əliyev özünü təqdim edir, bundan sonra polis əməkdaşları X6, Şahid4, Şahid1, video çəkilişi aparan Şahid2 və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Yaşıllaşdırma İdarəsinin əməkdaşı aqronom Kərimov X3 Emin Fətəli oğlunun yaşadığı evin həyətinə daxil olurlar. Qaradağ Rayon Məhkəməsinin qərarı əsasında onun yaşadığı evə baxış keçiriləcəyini elan edirlər. Bundan sonra Təqsirləndirilən şəxs iştirakı ilə bitkilərin əkildiyi yerə baxış keçirirlər. Təqsirləndirilən şəxs evin həyətində sağ tərəfdə yerləşən yarımçıq tikilinin soldan ikinci otağının sol tərəfində yerdə olan torpaqda və dibçəkdə olan torpaqda əkdiyi 13 ədəd bitkilərini təqdim edir. Polis əməkdaşları tərəfindən həmin bitkilərin 12 ədədi yerdə olan torpaqdan, 1 ədədi isə dibçəkdə olan torpaqdan çıxarılır, ümumilikdə 13 ədəd bitki sellofan bağlamada qablaşdırılıb, möhürlənib, imzalanır. Görüntüyə baxış müdəti 14:18 dəq davam edir. Cinayət işinə əlavə edilmiş digər DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 04 iyun 2022-ci il tarixdə, saat 14:40-dan başlayaraq qeydə alınmışdır. Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında xidməti iş otağında bölmənin baş təhqiqatçısı Qüdrət Əliyev özünü təqdim edir, bundan sonra Qaradağ RPİ-nin 11-ci PB-nin baş əməliyyat müvəkkili Şahid1, Qaradağ RPİ-nin 11-ci PBnin əməliyyat müvəkkili Şahid4, Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru Şahid2, müdafiəçi qismində dəvət edilmiş X4 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini elan edir. Bundan sonra, iştirakçılar, o cümlədən Təqsirləndirilən şəxs təhqiqatçının təklifi ilə özlərini təqdim edir, təhqiqatçı sonuncuya hüquq və vəzifələrini izah edir və ondan üzərində, paltarlarında, ciblərində, əşyalarında və ya bədənində ola biləcək əşyaları təqdim etməsini təklif edir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya və ya predmet olmadığını bildirmişdir. Əlavə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskdə olan video görüntü və digər iş materialları ilə onun qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsinə əsasən qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri xeyli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə və ya onları (onların hissələrini) toplama) - üç min manatdan altı min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, cinayət əməlini səmimi etiraf etməsini, himayəsində 2 azyaşlı övladının olmasını və əməlindən peşman olmasını cəzanı cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və 04 iyun 2022-ci il tarixdən 06 iyun 2022-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddəti Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 07 iyun 2022-ci il tarixli, 3056 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunaraq götürülmüş və Qaradağ RPİ-nin Növbətçi Hissəsinin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 519,74 qram olan 13 ədəd narkotik təbiətli – çətənə (kannabis) bitkiləri və həmin bitkilərin diblərindən götürülmüş 1 ədəd polietilendəki torpaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, cinayət işi materiallarına əlavə edilmiş 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 144 (yüz qırx dörd) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X7 işə qoşularaq ibtidai istintaq dövründə 42 (qırx iki) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 20 (iyirmi) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 42 (qırx iki) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 252 (iki yüz əlli iki) manat məbləğində pul, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 04 iyun 2022-ci il tarixdən 06 iyun 2022-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Qaradağ Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 519,74 qram olan 13 ədəd narkotik təbiətli – çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 144 (yüz qırx dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142595, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 42 (qırx iki) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 252 (iki yüz əlli iki) manat məbləğində pul, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 20 (iyirmi) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar