Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-264/2021 27.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə, Müdafiəçilər Müdafiəçi3, Müdafiəçi2 və Müdafiəçi1 iştirakları ilə, Təqsirləndirilən şəxslər xx xxxxxx 1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan), rəsmi qaydada işləməyən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2017-ci il tarixli hökmü ilə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 27 iyul 2015-ci il tarixdən hesablanmış, Qaradağ rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 01 il 11 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və şərti cəzası başa çatmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2nında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.3-2-ci maddələri ilə təqsirləndirilməsinə dair; xx xxxxxx 1986-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, rəsmi qaydada işləməyən, orta təhsilli, subay, Qaradağ rayon Məhkəməsinin 25 dekabr 2015-ci il tarixli hökmü ilə CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş həmin cəza Qaradağ rayon Məhkəməsinin 12 dekabr 2012-ci il tarixli hökmü ilə çəkilməmiş qalan 3000 manat cərimə cəzası ilə tam birləşdirilərək üzərində qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 3000 manat cərimə cəzası saxlanılmış, 17 dekabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, lakin cərimə cəzasını icra etməmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4nında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.3- 2-ci maddələri ilə təqsirləndirilməsinə dair; xx xxxx 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, rəsmi qaydada işləməyən, orta təhsilli, evli (himayəsində iki azyaşlı uşağı olan), Qaradağ rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmü ilə CM-nın 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nın 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 6 ünvanında qeydiyyatda olmaqla ünvan 7nvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmiş, həmçinin saxlanc yeri olan binaya qanunsuz daxil olaraq dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə ziyan vurmaqla təkrarən oğurluqa cəhd etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 27.02.2021-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, İ.Mehdiyev küçəsi 11 nömrəli evin hasarını aşıb qanunsuz həyətə daxil olub evin giriş qapısının cəftəsini qırıb yaşayış sahəsi olan evə qanunsuz daxil olaraq yataq otağında olan Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) ədədinin qiyməti 75 manat olan 8 ədəd 600 manat dəyərində müşahidə kameralarını, 60 manat dəyərində 01 ədəd internet üçün nəzərdə tutulmuş mademi, 20 manat dəyərində 01 ədəd çin istehsalı, qara-boz rəngli, «AntiRSİ» markalı, «KBS-26» modelli klavyaturasını, 150 manat dəyərində iki ədəd «Genius» markalı səsgücləndiricidən ibarət olan, Çin istehsallı, «Genius» markalı, «SVV-2, 1 355» mobelli musiqi mərkəzini, 25 manat dəyərində 01 ədəd üzərində «FAN HEATER VK-1901» yazıları olan, boz rəngli, hava vuran istilik peçini, 1 (bir) metrinin qiyməti 50 qəpik olan 30 metr uzunluğunda 15 manat dəyərində elektrik naqilini, 20 manat dəyərində «GOLD STAR» markalı, «HY-MH 1204FH» modelli krosnı antena üçün nəzərdə tutulmuş tuner aparatını, 5 manat dəyərində 3 metr uzunluğunda, üzərində «EL-Bİ MAX:2200VV» yazıları olan, ağ rəngli, üç gözlü elektrik yuvasını, 5 manat dəyərində 2,50 metr uzunluğunda, üzərində «TUNA 16 A 250V» yazıları olan, qara rəngli üç gözlü elektrik yuvasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 900 manat ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 31.03.2021-ci il tarixdə saat 07 radələrindən saat 12 radələrinə kimi olan vaxt ərzində Bakı-Salyan şossesinin 70 km–dən keçən Bakı şəhəri, Qaradağ rayonu, Ələt ərazi dairəsi, Ələt qəsəbəsində yerləşən gələcəkdə Hərbi Hospital kimi fəaliyyət göstərməsi nəzərdə tutulmuş dövlət tərəfindən inşa olunmuş yeni tikilinin hasarını aşıb qanunsuz həmin əraziyə daxil olub, orada saxlanc yeri olan həmin yeni tikili binanın plastik pəncərəsini açıb binaya qanunusuz daxil olaraq binanın daxilindən dövlət və ictimai əhəmiyyətli 1 metrinin qiyməti 4 manat olan 50 metr uzunluğunda 200 manat dəyərində ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, 4 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 14 mm, damarların hər birinin diametri təxminən 4,52 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,3 mm olan mis kabeli, 1 metrinin qiyməti 1,20 manat olan 50 metr uzunluğunda 60 manat dəyərində rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət , ümumi diametri 7,2 mm olan, mis əsaslı ərintidən hazırlanmış naqili, 1 metrinin qiyməti 1 manat olan 35 metr uzunluğunda 35 manat dəyərində - rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri 6,1 mm olan, mis əsaslı ərintidən hazırlanmış naqili, 1 metrinin qiyməti 0,70 manat olan 35 metr uzunluğunda 24,50 manat dəyərində - rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət , ümumi diametri 4,0 mm olan, mis əsaslı ərintidən hazırlanmış naqili, 1 metrinin qiyməti 0,50 manat olan 35 metr uzunluğunda 17,5 manat dəyərində - rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət , ümumi diametri 3,5 mm olan, mis əsaslı ərintidən hazırlanmış naqili, qiyməti 10 manat olan 1 ədəd “Siemens” markalı B16 modelli elektrik keçirici açarı iki ədəd kapron kisələrinə yığıb gizli olaraq talayarkən, ərazidə xidmət aparan Bakı Qarnizonu Hərbi Polisi 3-cü mühafizə bölüyünün əməkdaşlarının müdaxiləsi nəticəsində öz iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli başa çatdıra bilməyib zərərçəkmiş hüquqi şəxs olan Müdafiə Nazirliyinə 347 manat dəyərində ziyan vurmaqla təkrarən oğurluğa cəhd etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3, 29,177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini etmişdir. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında binaya saxlanc yerinə qanunsuz daxil olub özgənin əmlakını yəni dövlət və ictimai əhəmiyyətli elektrik xətlərini gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxsə ziyan vurmaqla oğurluğa cəhd etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 31.03.2021-ci il tarixdə saat 07 radələrindən saat 12 radələrinə kimi olan vaxt ərzində Bakı-Salyan şossesinin 70 km–dən keçən Bakı şəhəri, Qaradağ rayonu, Ələt ərazi dairəsi, Ələt qəsəbəsində yerləşən gələcəkdə Hərbi Hospital kimi fəaliyyət göstərməsi nəzərdə tutulmuş dövlət tərəfindən inşa olunmuş yeni tikilinin hasarını aşıb qanunsuz həmin əraziyə daxil olub, orada saxlanc yeri olan həmin yeni tikili binanın plastik pəncərəsini açıb binaya qanunusuz daxil olaraq binanın daxilindən dövlət və ictimai əhəmiyyətli 1 metrinin qiyməti 4 manat olan 50 metr uzunluğunda 200 manat dəyərində ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, 4 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 14 mm, damarların hər birinin diametri təxminən 4,52 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,3 mm olan mis kabeli, 1 metrinin qiyməti 1,20 manat olan 50 metr uzunluğunda 60 manat dəyərində rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət , ümumi diametri 7,2 mm olan, mis əsaslı ərintidən hazırlanmış naqili, 1 metrinin qiyməti 1 manat olan 35 metr uzunluğunda 35 manat dəyərində - rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət , ümumi diametri 6,1 mm olan, mis əsaslı ərintidən hazırlanmış naqili, 1 metrinin qiyməti 0,70 manat olan 35 metr uzunluğunda 24,50 manat dəyərində - rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət , ümumi diametri 4,0 mm olan, mis əsaslı ərintidən hazırlanmış naqili, 1 metrinin qiyməti 0,50 manat olan 35 metr uzunluğunda 17,5 manat dəyərində - rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət , ümumi diametri 3,5 mm olan, mis əsaslı ərintidən hazırlanmış naqili, qiyməti 10 manat olan 1 ədəd Siemens markalı B16 modelli elektrik keçirici açarı iki ədəd kapron kisələrinə yığıb gizli olaraq talayarkən, ərazidə xidmət aparan Bakı Qarnizonu Hərbi Polisi 3-cü mühafizə bölüyünün əməkdaşlarının müdaxiləsi nəticəsində öz iradəsindən asılı olmayan səbəblərə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməli başa çatdıra bilməyib zərərçəkmiş hüquqi şəxs Müdafiə Nazirliyinə 347 manat dəyərində ziyan vurmaqla oğurluğa cəhd etmişdir. Bununla da Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.3-2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında yaşayış sahəsinə qanunsuz daxil olub özgənin əmlakını gizli olaraq talayıb zərərçəkmiş şəxsə ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 27.02.2021-ci il tarixdə saat 22 radələrində Zərərçəkmiş şəxs1 yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, İ.Mehdiyev küçəsi 11 nömrəli evin hasarını aşıb qanunsuz həyətə daxil olub evin giriş qapısının cəftəsini qırıb yaşayış sahəsi olan evə qanunsuz daxil olaraq yataq otağında olan Zərərçəkmiş şəxs1 məxsus 1 (bir) ədədinin qiyməti 75 manat olan 8 ədəd 600 manat dəyərində müşahidə kameraları, 60 manat dəyərində 01 ədəd internet üçün nəzərdə tutulmuş mademi, 20 manat dəyərində 01 ədəd çin istehsalı, qara-boz rəngli, «AntiRSİ» markalı, «KBS-26» modelli klavyaturasını, 150 manat dəyərində iki ədəd «Genius» markalı səsgücləndiricidən ibarət olan, Çin istehsallı, «Genius» markalı, «SVV-2, 1 355» mobelli musiqi mərkəzini, 25 manat dəyərində 01 ədəd üzərində «FAN HEATER VK-1901» yazıları olan, boz rəngli, hava vuran istilik peçini, 1 (bir) metrinin qiyməti 50 qəpik olan 30 metr uzunluğunda 15 manat dəyərində elektrik naqilini, 20 manat dəyərində «GOLD STAR» markalı, «HY-MH 1204FH» modelli krosnı antena üçün nəzərdə tutulmuş tuner aparatını, 5 manat dəyərində 3 metr uzunluğunda, üzərində «EL-Bİ MAX:2200VV» yazıları olan, ağ rəngli, üç gözlü elektrik yuvasını, 5 manat dəyərində 2,50 metr uzunluğunda, üzərində «TUNA 16 A 250V» yazıları olan, qara rəngli üç gözlü elektrik yuvasını gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 900 manat ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.3-2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, heç kəslə ədavəti, düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. İfadə vermək iqtidarındadır. Ailəsi ilə yaşayır. Əvvəllər törətdiyi oğurluq və narkotik cinayətlərinə görə bir neçə dəfə məhkum olunmuşdur. 16.07.2020-ci il tarixdə Qaradağ rayon Məhkəməsinin qərarı ilə 01 il 11 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azadlığa buraxıldıqdan sonra isə iş tapa bilmədiyi üçün maddi cəhətdən vəziyyəti pisləşmişdir. 27 fevral 2021-ci il tarixdə gecə saat 22 radələrində keçmiş qonşusu və dostu olan Təqsirləndirilən şəxs2la birlikdə Ələt qəsəbəsi, İdris Mehdiyev küçəsi ilə hərəkət edərkən əvvəlcədən tanıdığı rəhmətlik Məhərrəm kişinin evinin qarşısından piyada keçərkən onun vəfat etməmişdən əvvəl yaşadığı 11 saylı evin küçə tərəfdən həyət qapısının bağlı olduğunu görmüşdür. Həmin vaxt Eldənizlə sövdələşib belə razılığa gəlmişlər ki, qeyd edilən evdən birlikdə oğurluq etsinlər. Bu səbəbdən də bir qədər ətrafa nəzər salıb və heç bir kəsin gəlmədiyini müəyyən etdikdən sonra əvvəlcə Eldəniz, onun arxasınca isə o, daş hasardan tullanıb evin həyətinə daxil olmuşlar. Həmin həyətdə iki mərtəbəli yarım tikilinin yanında bir mərtəbəli yaşayış evi varmış. Həmin yaşayış evinə yaxınlaşıb və giriş qapısının ağ rəngli taxta qapıdan ibarət olduğunu müəyyən etmişlər. Bundan sonra Eldəniz evin taxta qapısının cəftəsindən tutub güc verməklə özünə tərəf dartmış bu zaman cəftə qırılmış və qapının kilidi açılmışdır. O, Eldənizlə birlikdə içəri keçib giriş qapısından sol tərəfdə yerləşən yataq otağına daxil olmuşlar. Həmin yataq otağında sökülmüş müxtəlif mətbəx mebeli varmış və ev səliqəsiz vəziyyətdə imiş. Qeyd edilən otaqdan Eldənizlə birlikdə 8 ədəd müşahidə kameralarını, 01 ədəd internet üçün nəzərdə tutulmuş mademi, 01 ədəd qara-boz rəngli, «AntiRSİ» markalı, «KBS-26» modelli klavyaturasını, iki ədəd «Genius» markalı səsgücləndiricidən ibarət olan, «Genius» markalı, musiqi mərkəzini, 01 ədəd üzərində «FAN HEATER VK-1901» yazıları olan, boz rəngli, hava vuran istilik peçini, təxminən 20-25 metr uzunluğunda elektrik naqilini, «GOLD STAR» markalı, krosnı antena üçün nəzərdə tutulmuş tuner aparatını, 3 metr uzunluğunda ağ rəngli, üç gözlü elektrik yuvasını, qara rəngli üç gözlü elektrik yuvasını gizli olaraq oğurlayıb torbaya yığıb evdə əlavə axtarış aparmadan evi tərk etmişlər. Evin həyətindən daş hasarı əvvəlcə o aşaraq küçə tərəfə keçmiş. Eldəniz isə içərisində oğurladıqları əşyaları ona vermiş və özü də hasarı aşaraq küçəyə keçmişdir. Bundan sonra həmin küçəni tərk edib Eldənizin yaşadığı hərbi şəhərciyə gəlmişlər. Orada torbada olan oğurladıqları əşyalardan təxminən 15 metr uzunluğunda elektrik naqilini Eldənizlə birlikdə yandırıb əritdikdən sonra içərisində olan mis məftili götürmüşlər. Daha sonra digər əşyaları onun yaşadığı evin həyətinə gətirib ailəsindən xəlvət həyətdə gizlətmişlər. 28 fevral 2021ci il tarixdə səhər saat 11 radələrində Eldənizlə görüşüb onunla birlikdə mis məftili 7 manat 50 qəpiyə qəsəbədə metal yığan bir nəfər tanımadıqları şəxsə satıb və pulu yarı bölmüşlər. Daha sonra həmin gün axşam saatlarında Eldəniz 20 manat pul müqabilində iki kalonkadan ibarət olan 01 ədəd musiqi mərkəzini hərbi şəhərcikdə yaşayan Rəşad adlı şəxsə satdığını ona demişdir. Onlar yenidən görüşüb həmin 20 manat pulu verib siqaret, şirniyyat və meyvə şirəsi alıb Eldənizlə birlikdə bölmüşlər. Bütün bunlardan sonra o, 01.03.2021-ci il tarixdə Ələt qəsəbəsində yaşadığı ünvan istiqamətində gedərkən təsadüfən iki nəfər şəxs ona yaxınlaşıb özlərini 11-ci polis bölməsinin əməkdaşları kimi təqdim edib onu bölməyə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə bölməyə getmiş və orada onunla kobud rəftar edilmiş, ona qarşı fiziki zor tətbiq edilməklə digər törətmədiyi cinayətləri də boynuna alması məcbur edilsə də o başqa hər hansı cinayət törətmədiyini demişdir. Bundan sonra onu 11-ci polis bölməsində qanunsuz saxlayaraq 03 mart 2021-ci il tarixdə istintaqa təhvil vermişlər. Bundan başqa o, növbəti törətdiyi cinayət ilə əlaqədar göstərmişdir ki, Təqsirləndirilən şəxs3la Ələt qəsəbəsində qonşuluqda yaşayırlar. O da törətdiyi oğurluq cinayətlərə görə məhkum olunmuşdur. Maddi durumdan əziyyət çəkirlər. Bu səbəbdən də Eminlə sövdələşmişlər ki, oğurluq edib satıb çörək pulu qazansınlar. Belə ki, 31.03.2021-ci il tarixdə səhər saat 07 radələrində çörək almaq üçün evindən çıxaraq yaxınlıqda olan çörək zavoduna getmişdir. Çörək alıb geri qayıdıqda Eminin qapılarının qarşısında tək dayanmasını görmüşdür. Çörəyi evə qoyub Eminə yaxınlaşıb görüşmüşlər. Bir az söhbət etdikdən sonra ilkin olaraq fikir irəli sürməyinə səbəb Eminlə qarşılıqlı olaraq birgə qərara gəlmişlər ki, qəsəbədə yaxınlığında olan yeni tikilmiş Hərbi Hospitalın binasından elektrik naqilləri oğurlayıb satıb pul qazansınlar. Emin onunla razılaşıb birgə ikilikdə piyada Ələt qəsəbəsi, hərbi şəhərcik sayılan yerdə həmin yeni tikilmiş Hərbi Hospitalın binasının qarşısına gəlmişlər. Hərbi Hospitalın alçaq çəpərini aşıb Hərbi Hospitalın ərazisinə daxil olmuşlar. Hərbi Hospitalın dəmir giriş qapısı bağlı olduğundan giriş qapının sol tərəfində olan plastik pəncərəni itələyib açaraq Hərbi Hospitalın içərisinə daxil olmuşlar. Hərbi Hospitala heç kimin gəlməməsini zənn edərək tələsmədən zirzəmi qarışıq dörd mərtəbəli Hərbi Hospitalın bütün mərtəbələrini otaqlarını gəzərək qarşılarına çıxan müxtəlif cür mis elektrik xəttlərini yəni ağ izoliyasiyalı 4 damarlı təxminən 50 metr uzunluğunda və sarı, qırmızı, göy izoliyasiyalı 1 damarlı ölçülərini bilmədikləri müxtəlif mis elektrik xəttlərini və 1 ədəd SİMENS markalı elektrik yandırıb söndürən avtomatını oğurlayaraq özləri gətirdikləri iki ədəd kapron un kisələrinə yığmışlar. Artıq saat 12 radələri olarmış. Hərbi Hospitalın giriş qapısından danışıq səsləri eşidib, Hərbi Hospitalın birinci mərtəbəsində otaqların birində gizlənmişlər. Həmin zaman kisələrə yığdıqları elektrik mis xəttləri Hərbi Hospitalın birinci mərtəbəsində dəhlizə qoymuşlar. Eminlə qərara gəlmişlər ki, təslim olsunlar. Bu səbəbdən də gizləndikləri otaqdan dəhlizə çıxaraq hərbi geyimdə gələn 3-4 nəfər əsgərlərə təslim olub və kisələrdə olan elektrik mis xəttlərinin, SİMENS markalı elektrik yandırıb söndürən avtomatının tərəflərindən oğurlanmasını bildirib əməllərindən peşman olduqlarını bildirmişlər. Əsgərlər rəhbərlərinə məruzə etdikdən sonra 102 xidmətinə məlumat vermişlər. Bundan sonra hadisə yerinə 11-ci PB-nin əməkdaşları gəlib baxış keçirib oğurlamaq istədikləri həmin 2 ədəd kisələrdə olan ağ izoliyasiyalı 4 damarlı təxminən 50 metr uzunluğunda və sarı, qırmızı, göy izoliyasiyalı 1 damarlı ölçülərini bilmədikləri mis elektrik xəttlərini və 1 ədəd SİMENS markalı elektrik yandırıb söndürən avtomatını götürmüşlər. Həmin əşyaları Hərbi Hospitalın binasında yadında qalmayan müxtəlif otaqlarından oğurlamışlar. O, öz ifadəsində daha sonra göstərmişdir ki, oğurluq nəticəsində Hərbi Hospitaldan ümumi dəyəri 347 manat təşkil edən əmlak oğurlamağa cəhd etmişdir. Bundan başqa o, həmin Hospitaldan başqa heç bir əşya oğurlamamış, belə bir niyəti də olmamış və başqa hər hansı bir ziyanda vurmamışdır. O öz ifadəsində son olaraq törətdiyi cinayət əməllərindən peşman olduğunu, yuxarıda qeyd etdiyi oğurluqlardan başqa oğurluq etmədiyini, Zərərçəkmiş şəxs1 ona qarşı heç bir şikayət və tələbinin olmamasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, halhazırda maddi imkanı olmadığı üçün Ələt qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin Hərbi Hospitalına vurduğu 347 manat miqdarında ziyanı ödəyə bilmədiyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.3-2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, heç kəslə ədavəti düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. İfadə vermək iqtidarındadır. Əvvəllər törətdiyi oğurluq cinayətlərinə görə bir neçə dəfə məhkum olunmuşdur. 17.12.2018-ci il tarixdə cəzasının sonu ilə azad olmuşdur. Təqsirləndirilən şəxs1la Ələt qəsəbəsində qonşuluqda yaşayırlar. O da törətdiyi oğurluq cinayətlərə görə məhkum olunmuşdur. Maddi durumdan əziyyət çəkirlər. Bu səbəbədən də Ramil ilə sövdələşmişlər ki, oğurluq edib satıb çörək pulu qazansınlar. Belə ki, 31.03.2021-ci il tarixdə səhər saat 07 radələrində evinin qarşısında olarkən Ramil ona yaxınlaşıb görüşmüşlər. Bir az söhbət etdikdən sonra ilkin olaraq Ramil fikir irəli sürməyinə səbəb Ramil ilə qarşılıqlı olaraq birgə qərara gəldik ki, qəsəbədə yaxınlığında olan yeni tikilmiş Hərbi Hospitalın binasından elektrik naqilləri oğurlayıb satıb pul qazansınlar. Ramil ilə razılaşıb birgə ikilikdə piyada Ələt qəsəbəsi, hərbi şəhərcik sayılan həmin yerdə yeni tikilmiş Hərbi Hospitalın binasının qarşısına gəlmişlər. Hərbi Hospitalın alçaq çəpərini aşıb Hərbi Hospitalın ərazisinə daxil olmuşlar. Hərbi Hospitalın dəmir giriş qapısı bağlı olduğundan giriş qapının sol tərəfində olan plastik pəncərəni itələyib açaraq Hərbi Hospitalın içərisinə daxil olmuşlar. Hərbi Hospitala heç kimin gəlməməsini zənn edərək tələsmədən zirzəmi qarışıq dörd mərtəbəli Hərbi Hospitalın bütün mərtəbələrini otaqlarını gəzərək qarşılarına çıxan müxtəlif cür mis elektrik xəttlərini yəni hazır olan ağ izoliyasiyalı 4 damarlı təxminən 50 metr uzunluğunda və sarı, qırmızı, göy izoliyasiyalı 1 damarlı ölçülərini bilmədikləri müxtəlif mis elektrik xəttlərini və 1 ədəd “SİMENS” markalı elektrik yandırıb söndürən avtomatını oğurlayaraq özləri ilə gətirdikləri iki ədəd kapron un kisələrinə yığmışlar. Artıq saat 12 radələri olarmış. Hərbi Hospitalın giriş qapısından danışıq səsləri eşidib, Hərbi Hospitalın birinci mərtəbəsində otaqların birində gizlənmişlər. Həmin zaman kisələrə yığdıqları elektrik mis xəttləri Hərbi Hospitalın birinci mərtəbəsində dəhlizə qoymuşlar. Ramil ilə qərara gəlmişlər ki, təslim olsunlar. Bu səbəbdən də gizləndikləri otaqdan dəhlizə çıxaraq hərbi geyimdə gələn 3-4 nəfər əsgərlərə təslim olub və kisələrdə olan elektrik mis xəttlərinin, SİMENS markalı elektrik yandırıb söndürən avtomatının tərəflərindən oğurlanmasını bildirib əməllərindən peşman olduqlarını bildirmişlər. Əsgərlər rəhbərlərinə məruzə etdikdən sonra 102 xidmətinə məlumat verdilər. Bundan sonra hadisə yerinə 11-ci PB-nin əməkdaşları gəlib baxış keçirib oğurlamaq istədikləri həmin 2 ədəd kisələrdə olan ağ izoliyasiyalı 4 damarlı təxminən 50 metr uzunluğunda və sarı, qırmızı, göy izoliyasiyalı 1 damarlı ölçülərini bilmədikləri mis elektrik xəttlərini və 1 ədəd “SİMENS” markalı elektrik yandırıb söndürən avtomatını götürmüşlər. Həmin əşyaları Hərbi Hospitalın binasında yadında qalmayan müxtəlif otaqlarından oğurlamışlar. O, öz ifadəsində daha sonra göstərmişdir ki, oğurluq nəticəsində Hərbi Hospitaldan ümumi dəyəri 347 manat təşkil edən əmlak oğurlamağa cəhd etmişdir. Bundan başqa o, həmin Hospitaldan başqa heç bir əşya oğurlamamış, belə bir niyəti də olmamış və başqa hər hansı bir ziyanda vurmamışdır. O öz ifadəsində daha sonra göstərmişdir ki, törətdiyi əməllərdən peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir, hal-hazırda maddi imkanı olmadığı üçün Ələt qəsəbəsində yerləşən Müdafiə Nazirliyinin Hərbi Hospitalına vurduğu 347 manat miqdarında ziyanı ödəyə bilmədiyini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 27 fevral 2021-ci il tarixdə gecə saat 22 radələrində keçmiş qonşusu və dostu olan Təqsirləndirilən şəxs1la birlikdə Ələt qəsəbəsi, İdris Mehdiyev küçəsi ilə hərəkət edərkən əvvəlcədən tanıdığı rəhmətlik Məhərrəm kişinin evinin yanından keçərkən onun vəfat etməmişdən əvvəl yaşadığı 11 saylı evin küçə tərəfdən həyət qapısının bağlı olduğunu görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs1la qeyd edilən evdən birlikdə oğurluq etmək qərarına gəlmişlər. Bu səbəbdən də bir qədər ətrafa nəzər salmışlar və heç bir kəsin gəlmədiyini müəyyən etdikdən sonra əvvəlcə özü, daha sonra isə Ramil daş hasardan tullanıb evin həyətinə daxil olmuşlar. Həmin həyətdə iki mərtəbəli yarım tikilinin yanında bir mərtəbəli yaşayış evinə yaxınlaşmışlar və giriş qapısının ağ rəngli taxta qapıdan ibarət olduğunu müəyyən etmişlər. Bundan sonra o, evin taxta qapısının cəftəsindən tutub güc verməklə özünə tərəf dartmış, cəftə qırılmış və qapının kilidi açılmışdır. O, Ramillə birlikdə içəri keçib giriş qapısından sol tərəfdə yerləşən yataq otağına getmişdir. Həmin yataq otağında sökülmüş müxtəlif mətbəx mebeli olmuşdur. Eləcədə ev səliqəsiz vəziyyətdə olmuşdur. Həmin otaqdan Ramil ilə birlikdə 8 ədəd müşahidə kameralarını, 01 ədəd internet üçün nəzərdə tutulmuş mademi, 01 ədəd qaraboz rəngli, «antirsı» markalı, «kbs-26» modelli klavyaturasını, iki ədəd «Genius» markalı səsgücləndiricidən ibarət olan, «Genius» markalı, musiqi mərkəzini, 01 ədəd üzərində «fan heater vk-1901» yazıları olan, boz rəngli, hava vuran istilik peçini, təxminən 20-25 metr uzunluğunda elektrik naqilini, «gold star» markalı, krosnı antena üçün nəzərdə tutulmuş tuner aparatını, 3 metr uzunluğunda ağ rəngli, üç gözlü elektrik yuvasını, qara rəngli üç gözlü elektrik yuvasını gizli olaraq oğurlayıb torbaya yığıb evdə əlavə axtarış aparmadan evi tərk etmişlər. Evin həyətindən daş hasarı əvvəlcə Ramil aşaraq küçə tərəfə keçmişdir. Özü isə içərisində oğurladıqları əşyalar olan bir ədəd torbanı Ramilə vermiş və özü də hasarı aşaraq küçəyə keçmiş və həmin ünvanı tərk etmişlər. Hərbi Şəhərciyə gəlmişlər. Orada torbada olan oğurladıqları əşyalardan təxminən 15 metr uzunluğunda elektrik naqilini Ramillə birlikdə yandırıb əritdikdən sonra içərisində olan mis məftili götürmüşlər. Daha sonra digər əşyaları Ramilin həyətinə gətirib onun ailəsindən xəlvət həyətdə gizlətmişlər və o, öz yaşadığı ünvana çıxıb getmişdir. 28 fevral 2021-ci il tarixdə səhər saat 11 radələrində Ramillə görüşüb onunla birlikdə mis məftili 7 manat 50 qəpiyə qəsəbədə metal yığan bir nəfər tanımadıqları şəxsə satmışlar və pulu yarı bölmüşlər. Daha sonra həmin gün axşam saatlarında Ələt qəsəbəsi, Hərbi şəhərcikdə yaşayan Şahid1 20 manat pul müqabilində iki kalonkadan ibarət olan 01 ədəd musiqi mərkəzini satmışdır. Həmin 20 manat pulu verib siqaret, şirniyyat və meyvə şirəsi alıb Ramillə birlikdə bölmüşlər. Bütün bunlardan sonra Ələt qəsəbəsində yol gedərkən təsdüfən iki nəfər şəxs ona yaxınlaşmışlar. Həmin şəxslər özlərini 11-ci polis bölməsinin əməkdaşları kimi təqdim edib onu bölməyə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə bölməyə getmiş və orada onunla kobud rəftar edilmiş, ona qarşı fiziki zor tətbiq edilməklə digər törətmədiyi cinayətləri də boynuna alması məcbur edilsə də o, başqa hər hansı cinayət törətmədiyini demişdir. Bundan sonra onu 11-ci polis bölməsində qanunsuz saxlayaraq 03 mart 2021-ci il tarixdə istintaqa təhvil vermişlər. O, öz ifadəsində daha sonra əməlindən peşman olduğunu, başqa cinayət törətmədiyini, Zərərçəkmiş şəxs1 ona qarşı heç bir şikayət və tələbinin olmamasını və himayəsində iki azyaşlı uşağının olmasının nəzərə alınaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ünvan 8 ünvanında qeydiyyatdadır, lakin ünvan 9 ünvanında tək yaşayır. İki qızı vardır, onlar ondan ayrı yaşayırlar. X4 isə 2021-ci ildə rəhmətə getmişdir. Özü “Qaraçay” Tikinti şirkətində mühasib işləyir. 20 fevral 2021-ci il tarixdə, saat 14 radələrində yaşadığı ünvandan çıxıb Ələt qəsəbəsində yaşayan bacısı Mariyagilə getmişdir. O, bir neçə gün bacısı evində qonaq olmuş və 01 mart 2021-ci il tarixdə saat 21 radələrində yaşadığı ünvana gəlmişdir. Evə daxil olmaq istəyərkən evin ağ rəngli taxta qapısının cəftə yerinin qırıldığını və qapının açıq olduğunu görmüşdür. Əvvəlcə mənzilə daxil olmaqda ehtiyat etmişdir. Evdə oğru olmasından ehtiyat etmişdir. Lakin, otaqlardan səs gəlmədiyindən dəhlizə daxil olub yataq otağına keçmişdir. Yataq otağına baxan zaman 01 (bir) ədədinin qiyməti 75 manat olan 08 ədəd 600 manat dəyərində müşahidə kameraları, 60 manat dəyərində 01 ədəd internet üçün nəzərdə tutulmuş madem, 20 manat dəyərində 01 ədəd çin istehsalı, qara-boz rəngli, «AntiRSİ» markalı, «KBS-26» modelli klavyaturası, 150 manat dəyərində iki ədəd «Genius» markalı səsgücləndiricidən ibarət olan, Çin istehsallı, «Genius» markalı, «SVV-2, 1 355» mobelli musiqi mərkəzi, 25 manat dəyərində 01 ədəd üzərində «FAN HEATER VK-1901» yazıları olan, boz rəngli, hava vuran istilik peçi, 01 (bir) metrinin qiyməti 50 qəpik olan 30 metr uzunluğunda 15 manat dəyərində elektrik naqili, 20 manat dəyərində «GOLD STAR» markalı, «HY-MH 1204FH» mobelli krosnı antena üçün nəzərdə tutulmuş tuner aparatı, 5 manat dəyərində 3 metr uzunluğunda, üzərində «EL-Bİ MAX:2200VV» yazıları olan, ağ rəngli, üç gözlü elektrik yuvası, 5 manat dəyərində 2,50 metr uzunluğunda, üzərində «TUNA 16 A 250V» yazıları olan, qara rəngli üç gözlü elektrik yuvası oğurlanmaqla cəmi ona 900 manat maddi ziyan dəymişdir. Evinin giriş qapısının cəfdə yerinin qırılması ilə əlaqədar cuzi ziyan olduğundan onu zərər kimi hesab etməmişdir. Oğurluq zamanı evdə olan digər əmlakı məhv edilməmiş və zərər vurulmamışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxslər ilə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək onlara yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, heç kəslə ədavəti, düşmənçiliyi yoxdur. Sağlamdır və ifadə vermək iqtidarındadır. Bakı-Salyan şossesinin 70 km–dən keçən Bakı şəhəri, Qaradağ rayonu, Ələt ərazi dairəsi, Ələt qəsəbəsində yerləşən gələcəkdə Hərbi Hospital kimi fəaliyyət göstərməsi nəzərdə tutulmuş dövlət tərəfindən yeni inşa olunmuş binanın plastik pəncərəsini açıb binaya qanunusuz daxil olaraq binanın daxilindən dövlət və ictimai əhəmiyyətli mis elektrik naqillərinin oğurlanmasına cəhd olunması ilə əlaqədar Müdafiə Nazirliyinin tapşırığına əsasən zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində təyin olunmuşdur. Belə ki, 31.03.2021-ci il tarixdə saat 07 radələrindən saat 12 radələrinə kimi olan vaxt ərzində cinayət işi üzrə məlum olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən həmin yeni tikili binadan, 1 metrinin qiyməti 4 manat olan 50 metr uzunluğunda 200 manat dəyərində ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, 4 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 14 mm, damarların hər birinin diametri təxminən 4,52 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,3 mm olan mis kabeli, 1 metrinin qiyməti 1,20 manat olan 50 metr uzunluğunda 60 manat dəyərində rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri 7,2 mm olan, mis əsaslı ərintidən hazırlanmış naqili, 1 metrinin qiyməti 1 manat olan 35 metr uzunluğunda 35 manat dəyərində - rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri 6,1 mm olan, mis əsaslı ərintidən hazırlanmış naqili, 1 metrinin qiyməti 0,70 manat olan 35 metr uzunluğunda 24,50 manat dəyərində - rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri 4,0 mm olan, mis əsaslı ərintidən hazırlanmış naqili, 1 metrinin qiyməti 0,50 manat olan 35 metr uzunluğunda 17,5 manat dəyərində rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri 3,5 mm olan, mis əsaslı ərintidən hazırlanmış naqili, qiyməti 10 manat olan 1 ədəd Siemens markalı B16 modelli elektrik keçirici açarı yəni cəmi 347 manat dəyərində Müdafiə Nazirliyinə məxsus əmlakı oğurlamağa cəhd edərkən həmin binanın mühafizəsinə nəzarət edən hərbi polislər tərəfindən tutulmuşlar. Bundan sonra özləri araşdırma aparaq onlara vurulmuş real zərərin 8668,91 manat olduğunu müəyyən etmişlər. Çünki qeyd olunan naqillərin əvvəlki vəziyyətinə qaytarılması və işlək vəziyyətə gətirilməsi kifayət qədər əlavə xərclərin yaranmasına da səbəb olmuşdur. Odur ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə əmtəəşünaslıq və fiziki-kimyəvi ekspertizasının 04.05.2021-ci il tarixli 6/1426-9/2166 nömrəli rəyində göstərilən qiymətlərlə razı olmayaraq dəymiş real zərərin yenidən müəyyən edilməsi məqsədilə məhkəmə ekspertizasının keçirilməsini xahiş etmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, Hərbi Hospitala vurulmuş zərərlə bağlı təqsirləndirilən şəxslər tərəfindən heç bir ödəniş edilməmişdir. Odur ki, vurulmuş real zərərin ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı Qarnizonu Hərbi Polisi 3-cü mühafizə bölüyünün 1-ci mühafizə tağımının 2-ci mühafizə manqasının kamandiri kiçik çavuş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki heç kəslə ədavəti və düşmənçiliyi yoxdur. Sağlamdır. İfadə vermək iqtidarındadır. Ailəsi ilə yaşayır. Müdafiə Nazirliyinin Bakı Qarnizonu Hərbi Polisi 3-cü mühafizə bölüyünün 1-ci mühafizə tağımının 2-ci mühafizə manqasının kamandiri kiçik çavuşu vəzifəsində xidmət edir. Bakı-Salyan şossesinin 70 km–dən keçən Bakı şəhəri, Qaradağ rayonu, Ələt ərazi dairəsi, Ələt qəsəbəsində yerləşən gələcəkdə Hərbi Hospital kimi fəaliyyət göstərməsi nəzərdə tutulmuş dövlət tərəfindən inşa olunmuş yeni tikilini mühafizə edirlər. 31.03.2021-ci il tarixdə saat 12 radələrində hospitalı və ərazini yoxlamağa çıxmışlar. Giriş qapısını bölük komandiri açar ilə açıb Hospitalın binasına daxil olmuş, 1-ci mərtəbədə sol tərəfdə dəhlizdə yerdə 2 ədəd içi mis kabel dolu kapron kisələr görmüş və dərhal onu oraya çağırmışdır. O da Hospitalın 1-ci mərtəbəsinə daxil olduqda 1-ci mərtəbədə həmin içərisi mis elektrik xəttləri ilə dolu olan kisələrin şahidi olmuşdur. Bir müddət keçmiş Hospitalın içərisində 1-ci mərtəbədə iki nəfər orta yaşlarında kişi cinsli şəxslər onlara yaxınlaşaraq Ələt qəsəbəsi sakinləri olmalarını, biri Təqsirləndirilən şəxs1, digəri Təqsirləndirilən şəxs3 olmasını və oğurluq etmək məqsədi ilə gizlin olaraq hospitalın ərazisinə daha sonra hospitalın pəncərəsindən içəri daxil olmaqla həmin 2 ədəd dolu kisələrdə olan mis elektrik xəttlərini tərəflərindən hospitalın müxtəlif otaqlarından oğurladıqlarını, lakin hospitalın ərazisini iradələrindən aslı olmayaraq tərk edə bilmədiklərini bildirmişlər. Kisələrə baxış keçirərkən 50 metr uzunluğunda 4 damarlı mis elektrik xətti, təxminən 150 metr uzunluğunda tək damarlı müxtəlif elektrik xəttləri və 1 ədəd SİEMENS markalı elektrik avtomatı aşkar olunmuşdur. Baş vermiş hadisə barədə tərəfindən 102 xidmətinə və rəhbər heyətə məlumat verilmişdir. Bir müddət keçmiş hadisə yerinə 11-ci polis bölməsinin əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər və özlərini Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 kimi təqdim edən şəxslər oğurluğa cəhd etməkdə şübhəli bilinərək polis bölməsinə aparılmışlar. Bundan başqa müəyyən olunmuşdur ki, həmin şəxslər narkotik alüdəçisidirlər. Şahid Bakı Qarnizonu Hərbi Polisi 3-cü mühafizə bölüyünün 2-ci mühafizə tağımının 2-ci mühafizə manqasının müddətdən artıq hərbi qulluqçu əsgər Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Bakı Qarnizonu Hərbi Polisi 3-cü mühafizə bölüyünün 1-ci mühafizə tağımının 2-ci mühafizə manqasının kamandiri kiçik çavuş Şahid3 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid1 ifadəsində göstərmişdir ki, valideynləri ilə birlikdə yaşayır. Orta təhsillidir, 2019-cu ildən etibarən Ələt qəsəbəsində “bərbər” işləyir. 28 fevral 2021-ci il tarixdə günorta saatlarında Ələt qəsəbəsində işdə olarkən üzdən tanıdığı Təqsirləndirilən şəxs2 “bərbər” salonuna gəlib iki səs gücləndiricidən ibarət olan musiqi mərkəzi satdığını bildirmişdir. O da ona həmin musiqi mərkəzini gətirməsini bildirmişdir. Həmin gün axşam saatlarında Eldəniz işlədiyi salona gələrək iki səs gücləndiricidən ibarət olan bir ədəd musiqi mərkəzini ona təqdim etmiş və 30 manata satdığını bildirmişdir. O isə ona 30 manata baha olduğunu, əgər 20 manata satarsa almaq istədiyini bildirmişdir. Eldəniz isə 20 manata razılaşmamış, ona 20 manat verərək 10 manatı isə pulu olanda verəcəyini bildirib həmin musiqi mərkəzini ondan təhvil alaraq salona qoymuşdur. Həmin musiqi mərkəzini 3 gün ərzində işlətməmiş. Təxminən 03 mart 2021-ci il tarixdə Qaradağ rayonu 11-ci polis bölməsinin əməkdaşları işlədiyi salona gəlib Eldəniz adlı şəxsin ona musiqi mərkəzi satıb-satmadığını xəbər almışlar. O da polis əməkdaşlarına Eldəniz adlı şəxsdən iki səs gücləndiricidən ibarət olan 01 ədəd musiqi mərkəzi aldığını bildirmiş və salonda həmin musiqi mərkəzini polis əməkdaşlarına könüllü təqdim etmişdir. Polis əməkdaşları həmin musiqi mərkəzinin oğlurluq olduğunu deyib, oğurluq əşyanı hansı səbəbə görə aldığını soruşduqda həmin əşyanın oğurluq olmasından məlumatsız olduğunu demişdir. Bundan sonra polis əməkdaşlarının dəvəti ilə könüllü olaraq polis bölməsinə gəlib izahat vermişdir. Verilən suallara cavab olaraq göstərmişdir ki, 28 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 musiqi mərkəzindən başqa əlavə hava vuran istilik peçi və klaviyatura da satdığını bildirmişdir. Lakin o yalnız musiqi mərkəzini ondan satın almışdır, digər əşyaları isə istəmədiyini demişdir. Həmin musiqi mərkəzinin oğurluq olduğunu bilməmişdir. Eldəniz həmin musiqi mərkəzini ona satarkən özünə məxsus olduğunu və evdən gətirdiyini demişdir. Əgər həmin musiqi mərkəzinin oğurluq olmasını bilsəydi Eldənizdən heç bir vaxt qeyd edilən əşyanı satın almazdı. Təqsirləndirilən şəxs2 bir qəsəbə sakini kimi üzdən tanıyır. Lakin, onunla aralarında heç bir vaxt yaxın münasibətləri olmamışdır. Təqsirləndirilən şəxs1 tanımır. Həmin şəxsi heç bir vaxt görməmişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid2 ifadəsində göstərmişdir ki, heç kəslə ədavəti, düşmənçiliyi yoxdur. Sağlamdır. İfadə vermək iqtidarındadır. Ailəsi ilə yaşayır. Müdafiə Nazirliyinin Bakı Qarnizonu Hərbi polisində 3-cü mühafizə bölük komandiri vəzifəsində xidmət edir. Bakı- Salyan şossesinin 70 km –dən keçən Bakı şəhəri, Qaradağ rayonu, Ələt ərazi dairəsi, Ələt qəsəbəsində yerləşən gələcəkdə Hərbi Hospital kimi fəaliyyət göstərməsi nəzərdə tutulmuş dövlət tərəfindən inşa olunmuş yeni tikilini mühafizə edirlər. 31.03.2021-ci il tarixdə saat 12 radələrində hospitalı və ərazini yoxlamağa çıxmışlar. Giriş qapısını onda olan açar ilə açıb Hospitalın binasına daxil olmuş 1-ci mərtəbədə sol tərəfdə dəhlizdə yerdə 2 ədəd içi mis kabel dolu kapron kisələr görmüşdür. Dərhal orada xidmətdə olan patrul rəisi Şahid3 və xidmətdə olan digər əməkdaşı yanına çığırmışdır. Bir müddət keçmiş Hospitalın içərisində 1-ci mərtəbədə iki nəfər orta yaşlarında kişi cinsli şəxslər onlara yaxınlaşaraq Ələt qəsəbəsi sakinləri olmalarını biri Təqsirləndirilən şəxs1, digəri Təqsirləndirilən şəxs3 olmasını və oğurluq etmək məqsədi ilə gizlin olaraq hospitalın ərazisinə daha sonra hospitalın pəncərəsindən içəri daxil olmaqla həmin 2 ədəd dolu kisələrdə olan mis elektrik xəttlərini tərəflərindən hospitalın müxtəlif otaqlarından oğurladıqlarını, lakin hospitalın ərazisini iradələrindən aslı olmayaraq tərk edə bilmədiklərini bildirmişlər. Kisələrə baxış keçirərkən 50 metr uzunluğunda 4 damarlı mis elektrik xətti, təxminən 150 metr uzunluğunda tək damarlı müxtəlif elektrik xəttləri və 1 ədəd SİEMENS markalı elektrik avtomatı aşkar olunmuşdur. Baş vermiş hadisə barədə tərəfindən 102 xidmətinə və rəhbər heyyətə məlumat verilmişdir. Bir müddət keçmiş hadisə yerinə 11-ci polis bölməsinin əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər və özlərini Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 kimi təqdim edən şəxslər oğurluğa cəhd etməkdə şübhəli bilinərək polis bölməsinə aparılmışlar. Bundan başqa müəyyən olunmuşdur ki, həmin şəxslər narkotik alüdəçisidirlər. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 02 aprel 2021-ci il tarixli, 9/1251 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 6 adda malların istifadədə olmaları nəzərə alınaraq 2021-ci ilin mart ayına olan orta bazar qiymətləri ilə ümumi dəyəri təxminən, çin istehsalı, qara-boz rəngli, «AntiRSİ» markalı, «KBS-26» modelli klavyatura 10 manat, «GOLD STAR» markalı, «HY-MH 1204FH» mobelli krosnı antena üçün nəzərdə tutulmuş tuner aparatı 15 manat, Üzərində «FAN HEATER VK-1901» yazıları olan, boz rəngli, hava vuran istilik peçi 30 manat, İki ədəd «Genius» markalı səsgücləndiricidən ibarət olan, Çin istehsallı, «Genius» markalı, «SVV-2, 1 355» modelli musiqi mərkəzi 40 manat, 3 metr uzunluğunda, üzərində «EL-Bİ MAX:2200VV» yazıları olan, ağ rəngli, üç gözlü elektrik yuvası 3 manat, 2,50 metr uzunluğunda, üzərində «TUNA 16 A 250V» yazıları olan, qara rəngli üç gözlü elektrik yuvası 2,50 manat qiymətləndirilməklə cəmi 100,50 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İş materiallarında olan Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 04 may 2021-ci il tarixli 6/1426-9/2166 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş - ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, 4 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 14 mm, damarların hər birinin diametri təxminən 4,52 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,3 mm olan kabel nümunəsi mis əsaslı ərintidən hazırlanmışdır; - müxtəlif rəngli, rezinəoxşar izolyasiya təbəqələrindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət , diametri uyğun olaraq 7,2 mm, 6,1 mm, 4 mm və 3,5 mm olan naqil nümunələrinin hər biri mis əsaslı ərintidən hazırlanmışdır. Aparılmış fiziki-kimyəvi tədqiqatın nəticələrini nəzərə alaraq təqdim edilmiş Siemens markalı elektrik açarının və təqdim edilmiş nümunələr əsasında müxtəlif növ kabel və naqillərin istifadə olması nəzərə alınmaqla 31.03.2021-ci il tarixə orta bazar qiyməti təxminən aşağıdakı kimi müəyyən edilir. - ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, 4 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 14 mm, damarların hər birinin diametri təxminən 4,52 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,3 mm olan kabel nümunəsinin 1 metri- 2,00 manat, 50 metri – 100,00 manat; - rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət , ümumi diametri 7,2 mm olan, mis əsaslı ərintidən hazırlanmış naqil nümunəsinin 1 metri – 0,70 manat; - rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət , ümumi diametri 6,1 mm olan, mis əsaslı ərintidən hazırlanmış naqil nümunəsinin 1 metri – 0,60 manat; - rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət , ümumi diametri 4,0 mm olan, mis əsaslı ərintidən hazırlanmış naqil nümunəsinin 1 metri – 0,40 manat; - rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət , ümumi diametri 3,5 mm olan, mis əsaslı ərintidən hazırlanmış naqil nümunəsinin 1 metri – 0,35 manat; - Siemens markalı B16 modelli elektrik keçirici – 2,0 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 90 (doxsan) manat təşkil edir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məxsus 50 metr uzunluğunda ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, 4 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 14 mm, damarların hər birinin diametri təxminən 4,52 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,3 mm olan mis kabel, 50 metr uzunluğunda rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət , ümumi diametri 7,2 mm olan, mis əsaslı ərintidən hazırlanmış naqili, 35 metr uzunluğunda - rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət , ümumi diametri 6,1 mm olan, mis əsaslı ərintidən hazırlanmış naqili, 35 metr uzunluğunda - rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət , ümumi diametri 4,0 mm olan, mis əsaslı ərintidən hazırlanmış naqili, 35 metr uzunluğunda - rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət , ümumi diametri 3,5 mm olan, mis əsaslı ərintidən hazırlanmış naqili, 1 ədəd Siemens markalı B16 modelli elektrik keçirici açar iş üzrə maddi sübut kimi tanınmışdır. Zərərçəkmiş şəxs1 məxsus çin istehsalı, qara-boz rəngli, «AntiRSİ» markalı, «KBS- 26» modelli klavyatura, «GOLD STAR» markalı, «HY-MH 1204FH» mobelli krosnı antena üçün nəzərdə tutulmuş tuner aparatı, üzərində «FAN HEATER VK-1901» yazıları olan, boz rəngli, hava vuran istilik peçi, iki ədəd «Genius» markalı səsgücləndiricidən ibarət olan, Çin istehsallı, «Genius» markalı, «SVV-2, 1 355» mobelli musiqi mərkəzi, 3 metr uzunluğunda, üzərində «EL-Bİ MAX:2200VV» yazıları olan, ağ rəngli, üç gözlü elektrik yuvası, 2,50 metr uzunluğunda, üzərində «TUNA 16 A 250V» yazıları olan, qara rəngli üç gözlü elektrik yuvası iş üzrə maddi sübut kimi tanınmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamə, hökm və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2017-ci il tarixli hökmü ilə CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 06 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 27 iyul 2015-ci il tarixdən hesablanmış, Qaradağ rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş bir il on bir gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs1 hazırki əməli cinayətin residivini yaratmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Səmədov X11 rayon Məhkəməsinin 12 dekabr 2012-ci il tarixli hökmü ilə CM-nın 177.2.1, 177.2.2, 177.2.3 və 228.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.3 və 68.2-ci maddələrinə əsasən qəti olaraq 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına və 3000 manat cərimə cəzasına məhkum edilmiş, 05 sentyabr 2013-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, daha sonra Qaradağ rayon Məhkəməsinin 25 dekabr 2015-ci il tarixli hökmü ilə CM-nın 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nın 67.1 və 68.2-ci maddələrinə əsasən ona təyin olunmuş həmin cəza Qaradağ rayon Məhkəməsinin 12 dekabr 2012-ci il tarixli hökmü ilə çəkilməmiş qalan üç min manat cərimə cəzası ilə tam birləşdirilərək üzərində qəti olaraq 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası və 3000 manat cərimə cəzası saxlanılmış, 17 dekabr 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhər Probasiya İdarəsinin 13 oktyabr 2021-ci il tarixli məktubundan aydın olur ki, Təqsirləndirilən şəxs3 ona təyin edilmiş 3000 manat cərimə cəzasından 200 manatını ödəmiş, 2800 manatı ödənilməmiş qalmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs3 hazırki əməli cinayətin təhlükəli residivini yaratmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Əhmədov X10 rayon Məhkəməsinin 16 noyabr 2018-ci il tarixli hökmü ilə CM-nın 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nın 69.3-cü maddəsinə əsasən qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 14 noyabr 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 hazırki əməli cinayətin residivini yaratmışdır. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 ilə X5 arasında 03 may 1999-cu il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 24.08.2006-cı il tarixdə doğulmuş İsmayılov Müslümün atası Təqsirləndirilən şəxs1, anası İsmayılova Çiçəkdir. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 ilə X14 arasında 13.10.2011-ci il tarixdə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 28.12.2009-cu il tarixdə doğulmuş X3 və 28.01.2009-cu il tarixdə doğulmuş X6 atası Təqsirləndirilən şəxs2dur. Qaradağ rayon Prokurorluğunun müstəntiqi, İ dərəcəli hüquqşünas X17 tərəfindən qəbul edilmiş 24 mart 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından aydın olur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən döyülərək fiziki zorakılığa məruz qalmaları müəyyən edilmədiyindən CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə baxışı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə yazılı vəsatət təqdim edərək ibtidai istintaq zamanı keçirilmiş məhkəmə əmtəəşünaslıq və fiziki-kimyəvi ekspertizasının 04 may 2021-ci il tarixli 6/1426-9/2166 nömrəli rəyində göstərilən qiymətlərlə razı olmayaraq dəymiş real zərərin yenidən müəyyən edilməsi məqsədilə məhkəmə ekspertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə baxışında qeyd olunan vəsatət müzakirə edilmiş və vəsatət əsassız olduğundan təmin edilməmişdir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 cinayət yolu ilə əldə etməyə cəhd etdiyi əmlakların dəyəri 347 manat təşkil etmiş və həmin məbləğə uyğun olaraq ittiham verilmişdir. Cinayət nəticəsində ziyan vurulmuş əmlakın əvvəlki vəziyyətinə qaytarılması və işlək vəziyyətə gətirilməsinə çəkiləcək real xərclərin ödənilməsi ilə bağlı isə mülki qaydada tələb irəli sürülə bilər. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.3-2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.3-2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs3 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs2 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs1 əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını və Zərərçəkmiş şəxs1 ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Məhkəmə, Təqsirləndirilən şəxs3 əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs3 əməlində cinayətin təhlükəli residivinin olması cəzanı ağırlaşdıran haldır. Məhkəmə, Təqsirləndirilən şəxs2 əməlini etiraf edərək səmimi peşman olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və Zərərçəkmiş şəxs1 ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 18.2.1-ci maddəsinin tələbindən aydın olur ki, qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətin təhlükəli residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsindən aydı olur ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 təqsirli bilindikləri maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Bundan əlavə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 cəzasının çəkilməmiş qalan 01 il 11 gününü çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etməsi ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinin tələbindən aydın olur ki,cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsində göstərilir ki, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.2-ci maddəsində göstərilir ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum etmə, xüsusi və ya hərbi rütbədən, fəxri addan və dövlət təltifindən məhrum etmə və ya cərimə növlərində cəza ictimai işlər, islah işləri, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması və ya azadlıqdan məhrum etmə ilə toplandıqda, onlar müstəqil icra olunur. Həmin Məcəllənin 56.1.3-cü maddəsinin tələbinə görə cinayətlərin residivi zamanı məhkum olunmuş şəxslər azadlıqdan məhrumetmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkirlər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 qeyd olunan cinayət hadisəsi ilə əlaqədar 01 mart 2021-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və 03 mart 2021-ci il tarixdə istintaqa təqdim edilməklə həmin gün şübhəli şəxs kimi tutulmuş və 04 mart 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Daha sonra 03 aprel 2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilməklə həbsin əvvəli 01 aprel 2021-ci il tarixdən hesablanmışdır. Odur ki, həmin hallar CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs3 qeyd olunan cinayət hadisəsi ilə əlaqədar 01 aprel 2021-ci il tarixdən 03 aprel 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Odur ki, həmin hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Daha sonra məhkəmə iclasları dövründə Təqsirləndirilən şəxs3 məhkəmə iclasına gəlmədiyindən barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş və o, 29 sentyabr 2021-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs2 qeyd olunan cinayət hadisəsi ilə əlaqədar 28 fevral 2021-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci polis bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və 03 mart 2021-ci il tarixdə istintaqa təqdim edilməklə həmin gün şübhəli şəxs kimi tutulmuş və 04 mart 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Odur ki, həmin hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Daha sonra məhkəmə iclasları dövründə Təqsirləndirilən şəxs2 məhkəmə iclasına gəlmədiyindən barəsində “həbs” qətimkan tədbiri seçilməklə axtarış elan edilmiş, o, 28 sentyabr 2021-ci il tarixdə tutularaq Bakı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş üzrə 140 (yüz qırx) manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məxsus 50 metr uzunluğunda ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, 4 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 14 mm, damarların hər birinin diametri təxminən 4,52 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,3 mm olan mis kabel, 50 metr uzunluğunda rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət , ümumi diametri 7,2 mm olan, mis əsaslı ərintidən hazırlanmış naqili, 35 metr uzunluğunda rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət , ümumi diametri 6,1 mm olan, mis əsaslı ərintidən hazırlanmış naqili, 35 metr uzunluğunda - rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət , ümumi diametri 4,0 mm olan, mis əsaslı ərintidən hazırlanmış naqili, 35 metr uzunluğunda - rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət , ümumi diametri 3,5 mm olan, mis əsaslı ərintidən hazırlanmış naqili, 1 ədəd Siemens markalı B16 modelli elektrik keçirici açarın sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus klaviaturanın, tüner aparatının, istilik peçinin, iki ədəd musiqi mərkəzinin, 03 metr uzunluğunda elektrik yuvasının, 2.50 metr uzunluğunda üç gözlü elektrik yuvasının və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məxsus 50 metr uzunluğunda ümumi diametri 7.2 mm olan mis əsaslı ərintidən hazırlanmış naqilin, 35 metr uzunluğunda ümumi diametri 6.1 mm olan mis əsaslı ərintidən hazırlanmış naqilin, 35 metr uzunluğunda diametri 3.5 mm olan mis əsaslı ərintidən hazırlanmış naqilin və bir ədəd “Simens” markalı elektrik keçirici açarın sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslərin müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün onlara dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən 80 iş saatı, Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X15 tərəfindən 45 iş saatı, Müdafiəçi2 tərəfindən 20 iş saatı, Təqsirləndirilən şəxs2 oğlunun hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 70 iş saatı, məhkəmə baxışı zamanı isə Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 tərəfindən 30 iş saatı, Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən 30 iş saatı, Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş hüquqi yardımla bağlı 660 (altı yüz altmış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi3, 270 (iki yüz yetmiş) manat məbləğində pul X8, 420 (dörd yüz iyirmi) manat məbləğində pul X2, 300 (üç yüz) manat məbləğində pul Müdafiəçi2 və 180 (yüz səksən) manat məbləğində pul Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 29,177.2.1, 29,177.2.2, 29,177.2.3 və 29,177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcələsinin 76.6.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2017-ci il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının Qaradağ rayon məhkəməsinin 16 iyul 2020-ci il tarixli qərarı ilə 01 (bir) il 11 (on bir) gün çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmə ləğv edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş hazırki cəza, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 aprel 2017-ci il tarixli hökmü ilə təyin edilmiş və Qaradağ rayon Məhkəməsinin 16 iyul 2020-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş cəzasının çəkilməmiş qalan 01 (bir) il 11 (on bir) gün hissəsi ilə qismən birləşdirilsin və ona qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı tutulduğu 03 (üç) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli 01 aprel 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 29,177.2.1, 29,177.2.3 və 29,177.2.3-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin olunmuş hazırki cəza, Qaradağ rayon Məhkəməsinin 25 dekabr 2015-ci il tarixli hökmü ilə təyin edilmiş 3000 (üç min) manat cərimə cəzasının çəkilməmiş qalmış 2800 (iki min səkkiz yüz) manat hissəsi ilə tamamilə birləşdirilməklə ona qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası və 2800 (iki min səkkiz yüz) manat cərimə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş 2800 (iki min səkkiz yüz) manat məbləğində cərimə cəzası müstəqil icra olunsun. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 29 sentyabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı tutulduğu 04 (dörd) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay 26 (iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 28 sentyabr 2021-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə 140 (yüz qırx) manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məxsus 50 metr uzunluğunda ağ rəngli, rezinəoxşar izolyasiya təbəqəsindən, 4 ədəd damardan və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət, ümumi diametri təxminən 14 mm, damarların hər birinin diametri təxminən 4,52 mm, qırmızımtıl-sarı rəngli simlərdən bir ədədinin diametri təxminən 0,3 mm olan mis kabel, 50 metr uzunluğunda rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət , ümumi diametri 7,2 mm olan, mis əsaslı ərintidən hazırlanmış naqili, 35 metr uzunluğunda rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət , ümumi diametri 6,1 mm olan, mis əsaslı ərintidən hazırlanmış naqili, 35 metr uzunluğunda - rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət , ümumi diametri 4,0 mm olan, mis əsaslı ərintidən hazırlanmış naqili, 35 metr uzunluğunda - rezinəoxşar izolyasiya təbəqəsindən və çoxsaylı qırmızımtıl-sarı rəngli simlərdən ibarət , ümumi diametri 3,5 mm olan, mis əsaslı ərintidən hazırlanmış naqili, 1 ədəd Siemens markalı B16 modelli elektrik keçirici açarın sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 məxsus klaviaturanın, tüner aparatının, istilik peçinin, iki ədəd musiqi mərkəzinin, 03 metr uzunluğunda elektrik yuvasının, 2.50 metr uzunluğunda üç gözlü elektrik yuvasının və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə məxsus 50 metr uzunluğunda ümumi diametri 7.2 mm olan mis əsaslı ərintidən hazırlanmış naqilin, 35 metr uzunluğunda ümumi diametri 6.1 mm olan mis əsaslı ərintidən hazırlanmış naqilin, 35 metr uzunluğunda diametri 3.5 mm olan mis əsaslı ərintidən hazırlanmış naqilin və bir ədəd “Simens” markalı elektrik keçirici açarın sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Müdafiə Nazirliyinə izah edilsin ki, yuxarıda qeyd olunan cinayət hadisəsi ilə əlaqədar onlara vurulmuş ziyanın ödənilməsi məqsədilə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin vəsaiti hesabından 660 (altı yüz altmış) manat məbləğində pul Müdafiəçi3, 270 (iki yüz yetmiş) manat məbləğində pul X8, 420 (dörd yüz iyirmi) manat məbləğində pul X2, 300 (üç yüz) manat məbləğində pul Müdafiəçi2 və 180 (yüz səksən) manat məbləğində pul Müdafiəçi1 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər tərəfindən isə hökmün surəti onlara təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-264/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-264/2021
27.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver