Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-264/2022 15.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1988-ci il tarixdə Ağdam rayonu, Qiyaslı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, orta təhsilli, Ağdam rayonu, Qiyaslı kəndində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan barəsində “polisin nəzarəti altına vermə” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə kustar üsulla hazırlanmış heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlamış və daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 16:30-da Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu-Park yaşayış kompleksi, 19 nömrəli binanın qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu polis bölməsinin inzibati binasına gətirilərək dəvət olunmuş müdafiəçinin iştirakı ilə həmin gün saat 17:20-də üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki göy rəngli cins şalvarının sağ yan cibindəki göy rəngli Sobranie markalı siqaret qutusunun içərisindən 01 ədəd siqaret kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,241 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilib ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır, himayəsində 2 azyaşlı övladı vardır. Təxminən 1 ilə yaxındır ki, narkotik vasitə olan “kakos”dan, yəni heroindən istifadə edir. İlk dəfə olaraq narkotik vasitənin marixuana olan növündən istifadə etmişdir. O, narkotik vasitə heroini falqa kağızının üzərində yandırıb tüstüsünü qəbul edir. Ona narkotik vasitə lazim olan zaman adını Təbriz kimi bildiyi şəxslə Binəqədi rayon ərazisində görüşüb ondan narotik vasitə olan heroini alır. xx.xx.2022 ci il tarixdə o, Binəqədi rayonu ərazisində yerləşən Novxanı yolunun üzərindəki qaçqınlar və məcburi köçkünlər yaşayan ünvanda Təbriz ilə görüşüb 25 manat pulun müqabilində ondan 01 büküm narkotik vasitə olan heroin almışdır. xx.xx.2022 ci il tarixdə günorta vaxtı Təbrizdən aldığı narkotik vasitə heroindən bir dəfə istifadə etmiş, qalan hissəsini isə öz istifadəsi üçün üzərində saxlamışdır. Həmin gün təxminən saat 16 radələrində yaşadığı binanın blokundan çıxanda binanın qarşısında 3 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını bildirib adını və soyadını ondan soruşmuşlar. O, polis əməkdaşlarına X3 olduğunu bildirmişdir. Polis əməkdaşları onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmağı barədə şübhəli olduğunu bildirmişlər. O, özü könüllü surətdə narkotik vasitədən istifadə etdiyini, narkotik vasitə aludəçisi olduğunu, üzərində narkotik vasitə olduğunu onlara bildirib polis əməkdaşları ilə birlikdə 10-cu polis bölməsinə getmişdir. xx.xx.2022-ci il tarixdə 10-cu PB-nin inzibati binasında xidməti otaqların birində üzərinə vəkilinin və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış və götürmə aparılmışdır. Ona üzərimdə olan əşyaları masanın üzərinə qoymağı təklif etmişlər. O, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindəki göy rəngli Sobranie markalı siqaret qutusunu və əynində olan göy rəngi cins şalvarın sol arxa cibindən pul kisəsini çıxardıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı pul kisəsinin içərisinə baxanda 26 manat ( 1 ədəd 20 manatıq, 1 ədəd 5 manatlıq, 1 ədəd 1 manatlıq ) pul aşkar olunmuşdur. Daha sonra polis əməkdaşı Sobranie markalı siqaret qutusunu açanda içərisindən bir büküm aşkar olunmuşdur. Həmin büküm açılmış və içərisində narkotik vasitə heroin aşkar olunmuşdur. Təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra isə içərisində 26 manat pul olan pul kisəsi ona qaytarılmışdır. Bildirmək istəyir ki, üzərindən aşkar olunan narkotik vasitə heroini öz şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirmişdir. Ağrıları olduğu üçün həmin narkotik vasitədən istifadə edir. Təqsirləndirilən şəxs ona verilən əlavə sualları cavablandırıb bildirmişdir ki, o, üzərindən aşkar edilmiş narkotik vasitə olan heroini xx.xx.2022-ci il tarixdə təxminən 30-35 yaşlarında olan, qarayanız, orta bədən quruluşlu Təbriz adlı şəxsdən Binəqədi rayon ərazisində yerləşən Novxanı yolunun üzərində yerləşən qaçqınlar və məcburi köçkünlər yaşayan ünvanda 25 manat pulun müqabilində almışdır. O, üzərindən aşkar edilmiş 01 ədəd siqaret kağızına bükülmüş narkotik vasitə olan heroini şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. O, narkotik vasitə heroinin qəbulu ilə məşğul olur, lakin narkotik vasitələrin satışı ilə məşğul olmur. xx.xx.2022-ci il tarixdə Qaradağ RPİ-nin 10-cu PB-də onun üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti aparılarkən o, narkotik vasitə olan heroinin təsiri altında olmuşdur. Həmin vaxt nə dediyini dəqiqliklə xatırlamır. Lakin onu deyə bilər ki, o, nə Cəbi adlı şəxsə, nə də başqa kimsəyə narkotik vasitə heroin satmamışdır. O, ümumiyyətlə Cəbi adlı şəxsi tanımır. xx.xx.2022-ci il tarixdə aldığı narkotik vasitədən özü bir dəfə istifadə etmiş, bir hissəsi də üzərindən aşkar olunmuşdur. O, narkotik vasitə heroini falqa kağızının üzərində yandırıb tüstüsünü qəbul edir. O, ***-***-**-** və ***-***-**- ** CSM nömrəli mobil telefonları işlədir. Daha sonra Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşiman olmasını, himayəsində 2 azyaşlı övladının olmasını, İİ qrup əlil olmasını, ilk dəfə cinayət törətdiyini nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2016-cı ildən DİO-da, 2022-ci il mart ayından tutduğu vəzifədə xidmət edir, rütbəsi polis leytenantıdır, Qaradağ RPİ-nin 10-cu PB-nə əməliyyat məlumatı daxil olmuşdur ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə heroinin qanunsuz dövriyyəsi ilə məşğul olur. Ona görə də Qaradağ RPİ-nin 10-cu PB-nin rəhbərliyinə raportla müraciət edildikdən sonra daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün Qaradağ RPİnin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradıldı, əməliyyat qrupuna Qaradağ RPİ-nin 10-cu PB-nin CA-üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 və o, daxil edilmişdir. Alınmış əməliyyat məlumatına əsasən polis kapitanı Şahid1, polis leytenantı Şahid2 və o, birlikdə xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobu-Park yaşayış kompleksi, 19 nömrəli binanın yaxınlığına gedib kənarda dayanıb ətrafa nəzarət etməyə başlamışlar. Təxminən 25-30 dəqiqə sonra Qobu-Park yaşayış kompleksində yerləşən 19 nömrəli binanın blokundan bir nəfər kişi cinsli şəxsin çıxdığını görüb həmin şəxsin Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə üst-üstə düşən şəxs olduğunu müəyyən etdikdə ona yaxınlaşıb özlərini ona təqdim edərək adını soruşduqda həmin şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitə heroinin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib üzərinə axtarış keçiriləcəyini bildirmişlər. Lakin Təqsirləndirilən şəxs saxladıqları yerin küçə olduğunu, orada xoşa gəlməz halların baş verməsini nəzərə alıb onu Qaradağ RPİ-nin 10cu polis bölməsinə dəvət etmişlər. Qaradağ RPİ-nin 10-cu polis bölməsində xidməti otaqların birində videoçəkliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə vəkilinin, Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili polis kapitanı Şahid1, Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 və onun iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmiş, videoçəkilişi telefon vasitəsilə Şahid2 aparmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona təklif olundu ki, üzərində qeyri qanuni əşya(lar) varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindəki göy rəngli Sobranie markalı siqaret qutusunu və əynində olan göy rəngli cins şalvarın sol arxa cibində pul kisəsini çıxardıb masanın üzərinə qoydu. Pul kisəsinin içərisinə baxanda 26 manat (1 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq, 1 ədəd 1 manatlıq) pul aşkar olunmuşdur. Daha sonra Sobranie markalı siqaret qutusunu açanda içərisində bir büküm aşkar olundu. Həmin büküm açıldı və içərisindən narkotik vasitə heroinə bənzər maddə aşkar olundu. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırıldı, bu barədə protokol tərtib edildi, həmin zərfin üzərinə və protokola imzalar etdik. Protokol tərtib edilərkən şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmadı. Daha sonra isə içərisində 26 manat pul olan pul kisəsi Təqsirləndirilən şəxs qaytarıldı. Məhkəmə kimyəvi ekspertizadan sonra məlum oldu ki, həmin bükülünün içərisində narkotik vasitə olan heroin olmuşdur. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid2 məhkəməyə teleqram ünvanlayaraq, xidməti zərurətlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini və ibtidai istintaq dövründə verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının rəyini nəzərə alaraq, Şahid2 ibtidai istintaq dövründə verdiyi ifadəsini əsas götürməklə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəməyə şahid qismində çağırılmış Qaradağ RPİ-nin 10-ci Polis Bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid1 məhkəmə iclasında iştirak etməməsini nəzərə alaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edilmiş, habelə Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuşdur . İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Şahid1 məhkəmə istintaqı zamanı elan olunmuş ifadəsindən görünür ki, Qaradağ RPİ-nin 10-cu PB-nə əməliyyat məlumatı daxil olmuşdur ki, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə heroinin qanunsuz dövriyyəsi ilə məşğul olur. Ona görə də Qaradağ RPİ-nin 10-cu PB-nin rəhbərliyinə raportla müraciət edildikdən sonra daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2, Qaradağ RPİnin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı X7 daxil edilmişdir. Alınmış əməliyyat məlumatına əsasən o, polis leytenantı Şahid2 və polis leytenantı X7 ilə birlikdə xx.xx.2022-ci il tarixdə təxminən saat 16 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Qobu-Park yaşayış kompleksi, 19 nömrəli binanın yaxınlığına gedib kənarda dayanıb ətrafa nəzarət etməyə başlamışlar. Təxminən 25-30 dəqiqə sonra Qobu-Park yaşayış kompleksində yerləşən 19 nömrəli binanın blokundan bir nəfər kişi cinsli şəxsin çıxdığını görüb həmin şəxsin Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə üst-üstə düşən şəxs olduğunu müəyyən etdikdə ona yaxınlaşıb özlərini ona təqdim edərək adını soruşduqda həmin şəxs özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitə olan heroinin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu bildirib üzərinə axtarış keçiriləcəyini bildirmişlər. Lakin Təqsirləndirilən şəxs saxladıqları yerin küçə olduğunu, orada xoşa gəlməz halların baş verməsini nəzərə alıb onu Qaradağ RPİ-nin 10-cu polis bölməsinə dəvət etmişlər. Qaradağ RPİ-nin 10-cu polis bölməsində xidməti otaqların birində videoçəkliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə vəkilinin, Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2, Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı X4 və onun iştirakı ilə şəxsi axtarış və götürmə keçirilmişdir. Videoçəklişi telefon vasitəsilə Şahid2 aparmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindəki göy rəngli Sobranie markalı siqaret qutusunu və əynində olan göy rəngli cins şalvarın sol arxa cibindən pul kisəsini çıxardıb masanın üzərinə qoymuşdur. Pul kisəsinin içərisinə baxanda 26 manat (1 ədəd 20 manatıq, 1 ədəd 5 manatlıq, 1 ədəd 1 manatlıq) pul aşkar olunmuşdur. Daha sonra Sobranie markalı siqaret qutusunu açanda içərisindən bir büküm aşkar olunmuşdur. Həmin büküm açılmış və içərisində narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmişdir, həmin zərfin üzərinə və protokola imzalar etmişlər. Protokol tərtib edilərkən şəxsi axtarışda iştirak edən iştirakçılar tərəfindən heç bir ərizə və şikayət daxil olmamışdır. Daha sonra isə içərisində 26 manat pul olan pul kisəsi Təqsirləndirilən şəxs qaytarılmışdır. Məhkəmə kimyəvi ekspertizasından sonra məlum olmuşdur ki, həmin bükülünün içərisindəki narkotik vasitə olan heroin olmuşdur. Cinayət işinin 1-ci vərəqəsində olan 09 iyun 2022-ci il tarixli qərardan görünür ki, fakta görə CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmış və aidiyyəti üzrə Bakı şəhəri Qaradağ RPİ-yə göndərilmişdir. Cinayət işinin 21-ci vərəqəsində olan 08 iyun 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 39-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 110 (yüz on) manat müəyyən edilmişdir Cinayət işinin 40-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 iyun 2022-ci il tarixli, 6/3230 saylı ekspert rəyindən görünür ki, tədqiqat obyekti üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №222” dairəvi möhür əksi olan, “Şübhəli şəxs ... Təqsirləndirilən şəxs...” soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0.241 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr»-in siyahısına (Siyahı İ) daxildir. Heroinin təmiz çəkisi 0,241 qram, tədqiqata sərf edilmiş 0,05 qram, qalıq 0,191 qram olmuşdur. Cinayət işinin 57-ci vərəqində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 10 iyun 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 234.1ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan olunmuşdur. Cinayət işinin 70-ci vərəqində olan məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2004-cü il tarixdə verilmiş 130425 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs İİ qrup əlildir. Vəsiqə əlillik müddətində etibarlıdır. Cinayət işinin 71-ci vərəqində olan şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2016-ci il təvəllüdlü Fuad və xx.xx.2008-ci il təvəllüdlü Ümid adlı 2 azyaşlı uşağı var. Cinayət işinin 77-78-ci vərəqələrində olan Qaradağ rayon Polis İdarəsi İstintaq şöbəsinin müstəntiqi S.Ağayevin 10 iyun 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 82-ci vərəqəsində olan 10 iyun 2022-ci il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üstündən aşkar edilərək götürülmüş 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0.241 qram olan narkotik vasitə kustar üsulla hazırlanmış heroin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqatdan sonra qalan 0,191 qram narkotik vasitə kustar üsulla hazırlanmış heroin Qaradağ RPİ-nin növbətçi hissəsinə maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin 88-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 23 iyun 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin 99-100-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 24 iyun 2022ci il tarixli, 3470 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu “narkomaniya xəstəliyi” aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “ Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxlər barəsində tibbi tədbirlər tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” qərarı ilə təqdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs 2-ci dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 102-ci vərəqələrində olan 26 iyul 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, şəxsi axtarışın gedişatını əks etdirən 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 140-cı vərəqəsində olan Qaradağ Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər 10 iyun 2022-ci il tarixdə, saat 09:10-dan başlıyaraq qeydə alınmışdır. Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında xidməti iş otağında bölmənin təhqiqatçısı polis baş leytenantı Mehnur Mirzəyev oğlu polis əməkdaşlarının və Təqsirləndirilən şəxs vəkili X5 iştirakı ilə Təqsirləndirilən şəxs sorğusual edir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi və bundan əvvəl üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynində olan göy cins şalvarın sağ yan cibindəki göy rəngli Sobranie markalı siqaret qutusunun və əynində olan göy rəngli cins şalvarının sol arxa cibində pul kisəsini çıxardıb masanın üzərinə qoyur. Polis əməkdaşı pul kisəsinin içərisinə baxanda 26 manat (1 ədəd 20 manatlıq, 1 ədəd 5 manatlıq, 1 ədəd 1 manatlıq) pul aşkar olunur. Daha sonra polis əməkdaşı Sobranie markalı siqaret qutusunu açanda içərisindən bir büküm aşkar olunur. Həmin büküm açılır və işərisində narkotik vasitə heroin aşkar olunur. Həmin büküm zərfə qoyularaq qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən imzalanır, daha sonra isə içərisində 26 manat pul olan pul kisəsi Təqsirləndirilən şəxs qaytarılır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X8 arasında 14 aprel 2008-ci il tarixdə nikah bağlanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskində olan video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə kustar üsulla hazırlanmış heroini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, himayəsində 2 azyaşlı uşağının olmasını, 2ci dərəcə əlilliyi olan şəxs olmasını, əməlindən peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli və 08 iyun 2022-ci il tarixdən 10 iyun 2022-ci il tarixədək, yəni 02 (iki) gün tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayon hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 24 iyun 2022-ci il tarixli, 3470 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Qaradağ RPİnin Növbətçi Hissəsinin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,191 qram narkotik vasitə kustar üsulla hazırlanmış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 110 (yüz on) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X12 işə qoşularaq ibtidai istintaq dövründə 40 (qırx) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X9 240 (iki yüz qırx) manat məbləğində pul, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 08 iyun 2022-ci il tarixdən 10 iyun 2022-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Qaradağ Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,191 qram narkotik vasitə kustar üsulla hazırlanmış heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 110 (yüz on) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 40 (qırx) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X9 240 (iki yüz qırx) manat məbləğində pul, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-264/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-264/2022
15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver