Məhkəmə qərarları › İş №1(002)-265/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-265/2022

08.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-265/2022 08.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx.xx.1965-ci il tarixdə Laçın rayonu Vağazin kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, əvvəl məhkum olunmamış, orta təhsilli, işləməyən, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs zor tətbiq edərək ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Belə ki, aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs 17 iyul 2022-ci il tarixdə saat 14 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Park yaşayış kompleksi 1-də yerləşən Elmart mağazasının içərisində olan zaman ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik edən qərəzli hərəkətlər edib, mağazada olan şəxslərə qarşı laqeyidlik və etinasızlıq göstərərək cəmiyyətdə insanlar arasında bərqərar olmuş ədəb qaydalarının qərəzli sürətdə pozulmasına səbəb olan hərəkətlər edərək heç bir əsaslı səbəb olmadan Zərərçəkmiş şəxs saçınan yolaraq başın sol təpə-gicgah nahiyəsinin qançırı ilə nəticələnən dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2022ci il tarixdə saat təxminən 13 radələrində oğlu Əlini çay almaq üçün yaşadığı binanın altında yerləşən Elmart marketə göndərmişdir. Bir neçə dəqiqə keçdikdən sonra oğlu evə qayıtdıqda o, çayı səhv aldığını görmüş və oğluna 1 manat əlavə verərək çayı dəyişməyini xahiş etmişdir. Bir neçə dəqiqə keçdikdən sonra oğlu evə qayıdaraq çayı dəyişmədiyini demişdir. Belə olan halda o, çayı götürərək mağazaya getmiş, mağazaya daxil olduqda satıcı yerində əyləşmiş Zərərçəkmiş şəxs çayı qaytarmaq istədikdə Simurə ona satıcının nahar fasiləsində olduğunu deyərək kobud şəkildə danışmağa başlamış, bundan sonra aralarında sözlə mübahisə yaranmış, o, əsəbləşərək Simurənin valideynlərini söymüş, Simurə kassa aparatının yanında olan şüşə kompot qabını onun başına atmaq istəyən zaman Zaur şüşə qabını onun əlindən almış, Simurənin bu hərəkətindən sonra o, onun saçını yolmuşdur. Bundan sonra Simurənin həyat yoldaşı ondan üzr istəmişdir və o, çıxıb getmişdir. Törətdiyi əməldən peşman olduğunu, himayəsində 1 azyaşlı övladının olduğunu, zərərçəkmiş şəxslə barışdığını, ilk dəfə məhkum olduğunu nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspert rəyi, CD diskdə olan video görüntülərlə və işin tədqiq olunmuş digər halları ilə sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, 4 aya yaxın olar ki, Elmart mağazasında müdir vəzifəsində işləyir, X1 onun həyat yoldaşıdır və mağazada müdir köməkçi vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində mağazada olan zaman satıcı Xalidə nahar fasiləsinə çıxdı, o, Xalidəni əvəzlədi və onun yerində əyləşərək müştərilərin ödənişlərini götürərək kassaya qoyurdu. Bir neçə dəqiqə keçdikdən sonra içəri Təqsirləndirilən şəxs daxil oldu və oğlu səhv çay aldığını deyərək onu dəyişməyini xahiş etdi, o, Nəzakətə kassada əyləşən və ödənişini qəbul edən satıcının nahar fasiləsində olduğunu və biraz gözləməyini xahiş etmişdir. Onun bu sözlərindən sonra Nəzakət onu söyüb təhqir edərək mağazada səs-küy salmağa başladı, o, əri Cavanşir və mağazada fəhlə işləyən Şahid dəfələrlə Nəzakətə sakitləşməyini bildirsələrdə, Nəzakət sakitləşməyərək əlinə komputun şüşə qabını götürmüş və onu vurmaq istəmiş, lakin o, zərbədən yayınmışdır. Nəzakət şüşə qabını kassanın yanında qoyaraq ondan biraz aralanmış, bundan sonra Nəzakət onun atasını söyüb təhqir etdiyinə görə o, əsəbləşərək ona öz iradını bildirmiş, bu zaman Nəzakət kassaya yaxınlaşmış və qəfildən saçından tutaraq dartmağa başlamışdır. O, əli ilə onu itələmək istəsədə Nəzakət saçını buraxmamış və masanın üzərində olan şüşə qabını götürdükdə, o, şüşə qabını onun əlindən almış, nəticədə şüşə qabı başının üstündə olan siqaret rəfinə dəymiş və belə olan halda siqaret qutuları yerə yıxılmışdır. Baş vermiş hadisəni görən Zaur Nəzakəti ondan ayırmışdır. Nəzakət onun saçının bir hissəsini qopardaraq söyüb təhqir etmiş və mağazadan çıxıb getmişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş Şahid məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zaman verdiyi ifadəsini təsdiq etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Şahid məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə Şahid təhqiqat dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid təhqiqat dövründə vermiş olduğu ifadəsində göstərmişdir ki, 4 aya yaxın olar ki, Elmart mağazasında fəhlə vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat təxminən 14 radələrində mağazada olan zaman satıcı Xalidə nahar fasiləsinə çıxmış, Simurə onu əvəzləmiş və onun yerində əyləşərək müşdərilərin ödənişlərini götürərək kassaya qoymuşdur. Bir neçə dəqiqə keçdikdən sonra içəri adı ona sonradan məlum olan Nəzakət adlı qadın daxil olmuş və oğlu səhv çay aldığını deyərək onu dəyişməyini Simurədən xahiş etmişdir. Simurə həmin qadına onun ödənişini qəbul edən satıcının nahar fasiləsində olduğunu demiş və biraz gözləməyini xahiş etmişdi. Simurənin bu sözlərindən sonra Nəzakət onu söyüb təhqir edərək mağazada səs-küy salmağa başlamışdır. O, Simurə və həyat yoldaşı Cavanşir dəfələrlə Nəzakətə sakitləşməyini bildirsələrdə o sakitləşməmiş, bundan sonra əlinə kompotun şüşə qabını götürərək Simurəni vurmaq istəmiş, lakin Simurə zərbədən yayınmış və o şüşə qabını kassanın yanında qoyaraq ondan biraz aralanmışdır. Bundan sonra Simurənin atasını söyüb təhqir etmişdir. Simurə, əsəbləşərək Nəzakətə öz iradını bildirmiş bu zaman Nəzakət kassaya yaxınlaşmış və qəfildən onun saçından tutaraq dartmağa başlamışdır. Simurə əli ilə onu itələmək istəmiş, lakin Nəzakət saçını buraxmamışdır. Bundan sonra masanın üzərində olan kompot şüşə qabını götürmüş lakin Simurə şüşə qabını onun əlindən-almışdır. Nəticədə onun başının üstündə olan siqaret rəfinə dəymiş və siqaret qutuları yerə yıxılmışdır. O, bunu görən kimi Nəzakəti Simurədən ayırmış, Nəzakət Simurənin saçının bir hissəsini qopartmış və onu söyüb təhqir edərək mağazadan çıxmışdır. Sadələşdirilmiş icraat materialının 30-cu vərəqəsində olan CD diskə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin görüntülər xx.xx.2022-ci il tarixdə Elmart mağazasında çəkilmişdir, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə aralarında yaranmış söz mübahisəsi zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs saçını tutaraq yolduğu görünür. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 31-33-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X2 20 iyul 2022-ci il tarixli, 501 saylı ekspert rəyindən (canlı şəxsin ekspertizası) görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarət–başın sol təpə-gicgah nahiyəsinin qançırı bərk küt əşya təsirindən, müayinədən 2- 4 gün əvvəl, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə törənməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 45-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən 28 iyul 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 46-cı vərəqəsində olan Qaradağ Rayonu “Qobu Park” Yaşayış Kompleksinin Mənzil Kommunal İstismar Sahəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş 64 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, “Qobu Park” yaşayış kompleksində bina-7, mənzil 73-də yaşayır və müvəqqəti qeydiyyatdadır. xx.xx.2009-cu il təvəllüdlü X7 onun ailə üzvüdür. Məhkəmə baxışı zamanı təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir, ona qarşı heç bir şikayəti və tələbi yoxdur, ərizənin nəzərə alınmasını xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyi, CD diskdə olan video görüntülərlə və digər iş materialları ilə onun ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər - min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamını da nəzərə almalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 59.1.1 və 59.2-ci maddələrinə əsaslanmaqla Təqsirləndirilən şəxs ilk dəfə məhkumluğunu, cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmənin belə mövqeyi «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 saylı Qərarındakı tövsiyyələrə də uyğundur. Belə ki, həmin Qərarda məhkəmələrə tövsiyyə olunmuşdur ki, hadisələrin təsadüfi axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə cəza təyin edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması, cəzanın məqsədini təmin edə bilməsin. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin əvvəli onun qazancandan tutulmalar aparıldığı vaxtdan hesablanmalıdır. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və cinayət hadisəsini əks etdirmiş 01 ədəd CD disk sadələşdirilmiş icraat materialında saxlanılmalıdır. Sadələşdirilmiş icraat materiallarına əlavə edilmiş təhqiqat dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 xx.xx.2022-ci il tarixli 1649 saylı order əsasında işə qoşularaq təhqiqat dövründə 20 (iyirmi) iş saatı, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi isə xx.xx.2022-ci il tarixli № 1729 saylı order əsasında işə qoşularaq məhkəmədə 25 (iyirmi beş) iş saatı sadələşdirilmiş material üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs təhqiqat zamanı vəkil X3 tərəfindən göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat pul vəsaiti, vəkil Müdafiəçi tərəfindən məhkəmədə göstərilmiş cəmi 25 (iyirmi beş) iş saatı hüquqi yardıma görə 150 (bir yüz əlli) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197- 198, 341-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, qazancandan dövlət nəfinə 05 % pul tutulmaqla 03 (üç) ay müddətinə islah işləri cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Probasiya İdarəsinə həvalə edilsin . İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd CD disk sadələşdirilmiş icraat materialında saxlanılsın. Təqsirləndirilən şəxs təhqiqat zamanı vəkil X3 tərəfindən göstərilmiş cəmi 20 (iyirmi) iş saatı hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat pul vəsaiti, vəkil Müdafiəçi tərəfindən məhkəmədə göstərilmiş cəmi 25 (iyirmi beş) iş saatı hüquqi yardıma görə 150 (bir yüz əlli) manat pul vəsaiti Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş mülki iddia yoxdur. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar