Məhkəmə qərarları › İş №1(002)-266/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-266/2022

12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-266/2022 12.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs 18 avqust 1981-ci ildə Yardımlı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağı olan), işləməyən, orta təhsilli, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Bürzünbül kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Qobu yolunda yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Sadiq oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Sadiq oğlu silah qismində istifadə edilən əşya tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Belə ki, o, 18 aprel 2022-ci il tarixdə saat 19 radələrində ünvan 1 ünvanda yerləşən “Bismillah” adlı kafedə ofisiant işləyən Zərərçəkmiş şəxs kafeyə müştəri qismində gəlmiş istintaqa məlum olmayan şəxsə hesabı səhv deməsini bəhanə edib kafenin içərisində Zərərçəkmiş şəxsla mübahisə etmiş, yaranmış münaqişə zamanı heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edib, kafenin normal iş rejimini pozmaqla, ətrafdakı insanların gözü qarşısında Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyməklə üzərində olan istintaqa məlum olmayan bıçağı silah qismində istifadə edib sonuncunu sifət nahiyəsinə həmin bıçaqla bir dəfə qəsdən vuraraq ona sol yanaq nahiyəsinin kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti yetirməklə xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Sadiq oğlu ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, 18 aprel 2022-ci il tarixdə axşam saat 19 radələrində Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Bismillah” kafesinə gəlmişdir. Kafeyə dönər yemək üçün gəlmiş, kafeyə daxil olduqdan sonra içəridə oturmuşdur. Həmin günü işdə gözünə qaynaq aparatının qığılcımları düşdüyü üçün ağrıyırmış. Ona görə də kafedə oturarkən gözlərinə dərman damcısı tökmüşdür. O, həmin kafedə dönər paylayan Zakiri tanıyırmış. Belə ki, doğma dayısı oğlu Zamin həmin kafedə dönərçi işləyirmiş. Zakirə demişdir ki, onun stoluna çay gətirsin və Zakir də ona bir stəkan çay gətirmiş, heç çayı içməmişdir ki, kafedə digər stolda əyləşən müştəri hesabı istəmiş, həmin vaxt kafedə dönər paylayan Zakir müştəriyə hesabı düz deməmiş və tanımadığı müştəri haqlı narazılıq etməyə başlamışdır. Bundan sonra Zakir ikinci dəfə də hesabı müştəriyə səhv deyəndə o, Zakirə demişdir ki, camaatın pulunu düz deyin. Daha sonra müştərinin hesabı dəqiqləşdirilmiş və həmin müştəri kafedən çıxıb getmişdir. Zakir o biri otağa keçib onun dalınca demişdir ki, bunun başı çatmır, başdan xarabdır. O, Zakiri yanına çağırmış və sonuncuya “sən mənim uşağım yaşındasan, get tayını tap” sözlərini demiş, Zakir yenə digər otağa keçmiş və dilinin altında nəsə demişdir. O, durub Zakirə yaxınlaşıb “sən mənim tayım deyilsən, yoxsa aparıb səni başa salardım” sözünü demişdir. O, mübahisə etdiyi vaxt qardaşı Musa gəlib kafedə nə baş verməsi ilə maraqlanmış, o, da qardaşı Musaya baş verənləri danışmışdır. Musa ona irad bildirərək “nəyinə lazımdır qarışırsan, müştərinin hesabı səhvdirsə qoy müştəri özü mübahisə etsin” sözünü dedikdən sonra Zakirə də “özünü yığışdır, özünü düz apar, sən yaşda balacasan” sözlərini demişdir. Zakir isə onun üstünə hücum etmək istəyəndə ayağa qalxıb Zakirin sinəsindən əli ilə itələmiş, Zakir də yerə yıxılmışdır. Bu zaman kafedə olan Amin adlı digər dönər paylayan və qardaşı Musa mübahisə böyüməsin deyə onu kafedən çıxartmış, daha sonra oradan çıxıb getmiş, qardaşı Musa isə orada qalmışdır. O, 18 aprel 2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən “Bismillah” kafesində Zərərçəkmiş şəxs bıçaqla vurmadığını, Zakiri əli ilə özündən uzaqlaşdırmaq məqsədi ilə itələyən zaman ola bilsin ki, yerə yıxılanda sifətinin hansısa kəsici alətə dəydiyini və bunun nəticəsində sifətin xəsarət aldığını bildirmişdir. O, öz ifadəsində əlavə olaraq bildirmişdir ki, ilk dəfədir ki, cinayət məsuliyyətinə cəlb edilir, özünü qismən təqsirli bilir, əməlindən çox peşmandır, hadisədən sonra zərərçəkmiş şəxslə barışıq əldə etmiş, zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin ona qarşı heç bir şikayət və tələbi yoxdur, özü də xəstə olmaqla qaraciyərində və böyrəyində ciddi problemlər vardır. Ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində bir yetkinlik yaşına çatmayan və bir azyaşlı uşağı var və həyat yoldaşı heç bir yerdə işləmir. Bundan başqa tənha yaşayan birinci qrup əlilliyi olan bacısı X12 rəsmi olaraq onun himayəsindədir. Odur ki, göstərilənləri nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə Zərərçəkmiş şəxs öz ifadəsində göstərmişdir ki, 2022-ci ilin mart ayının əvvəllərində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən Bismillah kafesində həm kuryer, həmdə dönər paylayan işləyirmiş, hər gün işə 09:00-da gəlib 21:00-da işdən çıxıb evə qayıdırmış. Həmin kafenin müdiri Şahid1dur. İşlədiyi kafedə yalnız dönər satılır, dönərxanada dönərçi Zamin adlı şəxs işləyir. Şahid2 isə onun kimi dönər paylayan işləyirmiş. xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radələrində kafedə olan zaman iki nəfər cavan oğlan içəri daxil olmuş və masanın arxasında əyləşmişdir. Həmin şəxslərdən biri müştəri Musa, digər şəxsi isə tanımamışdır. Hadisədən sonra ona məlum olmuşdur ki, digər şəxs Musanın qardaşı Dəyanətdir. Onlar kafeyə gəldikdən bir neçə dəqiqədən sonra digər masada əyləşmiş müştəri hesabı istəmiş, hesabı səhv hesablayaraq müştəriyə demiş, iş yoldaşı Şahid2 da həmçinin hesabı səhv hesablamış və bu müştərinin haqlı narazılığına səbəb olmuşdur. Belə ki, o, elə bilmişdir ki, müştəri iki dönər bir ayran sifariş verib, lakin məlum olmuşdur ki, müştəri bir dönər iki ayran sifariş vermişdir. Bunu görən digər masada əyləşən şəxs, daha doğrusu Dəyanət söhbətə müdaxilə edərək sözlə mübahisə etməyə başlamışdır. O və iş yoldaşı Amin dəfələrlə Dəyanəti sakitləşdirərək yola vermək istəsələr də Dəyanət mübahisəni dayandırmamış, nəticədə aralarında mübahisə yaranmış, bu zaman Dəyanət əlində dəqiq görmədiyi hansısa bir alətlə onun sifətinin sol yanaq nahiyyəsinə zərbə endirərək kəsmişdir. Bundan sonra Amin və Musa onları ayırmış, onu vuran şəxs isə siqaret çəkərək həmin yerdən uzaqlaşmışdır. O, hadisənin xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri, Qaradağ rayonu, 28 may küçəsində yerləşən “Bismillah” adlı kafedə baş verdiyini, aralarında yaranmış münaqişənin təxminən 8-10 dəqiqə davam etdiyini, baş vermiş hadisəni Amin, Musa və kafedə olan tanımadığı şəxslərin gördüyünü, ola bilər ki, kafenin qarşısından keçən şəxslərində səs küyü eşidib baxmalarını, lakin həmin şəxsləri tanımadığını bildirmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək, təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs Sadiq oğlunu Lökbatan qəsəbə sakini kimi tanıyırmış və onlarla normal münasibəti olmuşdur, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. O, hazırki işindən əvvəl Qaradağ rayonu, 28 may küçəsində yerləşən “Bismillah” adlı kafedə dönər paylayan işləyirmiş. Həmin kafenin müdiri Şahid1 olmuşdur. Subhini hamı Sübhan kimi çağırırmış. İşlədiyi kafedə yalnız dönər satılırmış. Dönərxanada dönərçi Mirzamin adlı şəxs işləyirmiş. Zərərçəkmiş şəxs isə onun kimi dönər paylayan işləyirmiş. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində o, Zakir və Mirzamin dönərxanada müştərilərə xidmət göstərirmişlər. Kafenin sahibi Subhi isə kafedə olmamışdır. Həmin vaxt dönərxanada dönər yeyən müştəri Zakirdən hesabını soruşmuşdur. Zakir səhv olaraq müştəriyə 2 ədəd dönər və 1 ədəd ayranın pulunu demiş, müştəri narazılıq etdikdə Zakir yenidən gedib hesaba baxmış və həmin müştərinin 1 ədəd dönər və 2 ədəd ayran içdiyi məlum olmuşdur. Həmin vaxt dönərxanada dönər yeyən Dəyanət digər masada əyləşib çay içirmiş. Dəyanət söhbəti eşidib, ona aidiyyəti olmayan söhbətə müdaxilə etməyə başlamışdır. Bu zaman o, Dəyanətə yaxınlaşıb sakit olmasını, söhbətin ona heç bir aidiyyatı olmamasını bildirmişdir. Bu zaman dönərxanaya Dəyanətin qardaşı Musa adlı şəxs də gəlmişdir. Dəyanət isə uca səslə Zakirin üstünə qışqırırmış. Daha sonra Dəyanət Zakirin atasının ünvanına təhqiredici ifadə işlətmiş, Zakir də Dəyanətin bu sözündən əsəbiləşib onu özündən kənara itələmişdir. Həmin zaman Dəyanət şalvarının bel tərəfində olan bıçağı çıxardaraq Zakirin sifət nahiyəsindən vurmuşdur. Dəyanət Zakiri bıçaqla vuran kimi o, Musa və dönərxanada olan tanımadığı şəxs araya girib Dəyanəti Zakirdən ayırmışlar. Dəyanət isə uca səslə Zakirin ünvanına nalayiq söyüşlər söymüşdür. Həmin vaxt Zakir xəsarət aldığı üçün Musa onu öz avtomobilinə əyləşdirib xəstəxanaya aparmışdır. Təxminən 10 dəqiqə sonra kafenin, yəni dönərxananın müdiri Subhi gəlmiş və yerdə qan ləkəsini görüb burada nə baş verməsini soruşmuşdur. O da dönərxanada baş vermiş dava-dalaş barədə Subhiyə məlumat vermişdir. Daha sonra dönərxanaya 10-cu PB-nin əməkdaşları gəlmişlər. Polis əməkdaşları dönərxanaya baxış keçirtdikdən sonra oradan çıxıb getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, onun şəxsiyyət vəsiqəsində adı Subhi yazılsa da hər kəs onu Sübhan deyə çağırırmış. Onun ünvan 2 ünvanında yerləşən “Bismillah” adlı kafeni icarə əsasında götürüb dönərxana kimi işlədirmiş. O, hər gün kafeni saat 08 radələrində açır və axşam saat 23 radələrində bağlayırmış. Həmin dönərxanada dönərçi Mirzamin adlı şəxs işləyirmiş. Zərərçəkmiş şəxs və Amin adlı şəxs isə kafedə kuryer işləyirmiş. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində o, icarə əsasında işlətdiyi kafedən çıxıb Lökbatan qəsəbəsində küçədə dayanmışdır. Mirzamin dönərçi, Zakir isə kafedə dönər paylayan kimi işləyirmişlər. Təxminən 15 dəqiqə sonra kafeyə daxil olmuşdur. Kafeyə daxil olarkən yerdə qan izləri olduğunu görmüşdür. Həmin vaxt orada ona Dəyanət adlı şəxsin onun kafesində Zakirin sifətinin sol hissəsinə bıçaqla vuraraq çıxıb getməsi məlum olmuşdur. Həmin vaxt dönərçi Mirzamin bildirmişdir ki, kafedə tanımadığı müştəri onlara 1 ədəd dönər və 2 ədəd ayran sifariş vermiş, sonunda hesabı istəyən müştəriyə dönər paylayan Zakir səhv hesab dediyi üçün kafedə dönər yeyən Dəyanət adlı şəxs onların söhbətinə müdaxilə etmiş, nəticədə Dəyanət ona aidiyyəti olmayan söhbət üstündə yetkinlik yaşına çatmayan Zakirin sifətinin sol hissəsinə bıçaqla vurmuşdur. Bundan sonra icarə əsasında işlətdiyi kafeyə polis əməkdaşları gəlmişlər, həmin yerə baxış keçirməklə protokol tərtib etmiş və kafenin foto şəkillərini çəkərək çıxıb getmişlər. Daha sonra o, səs küyə görə müştərilərin getdiyini görüb, kafenin iş rejimi pozulduğu üçün məcbur olub saat 20 radələrində kafeni bağlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ünvan 2 ünvanında yerləşən “Bismillah” adlı kafedə dönərçi işləyir. Kafenin bir otaqı və dəhlizi vardır. Ona ayrılmış otaqda dönər satır. Həmin kafeni Şahid1 icarə əsasında işlədir. Kafe də Zərərçəkmiş şəxs və Şahid2 dönər paylayan işləyirlər. Zakir və Aminlə münasibəti normal olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs Sadiq oğlunu tanıyır. Belə ki, Dəyanət onun bibisi oğludur. Dəyanət işlədiyi kafeyə ara bir hallarda gəlib dönər yeyər və yaxud da çay içib gedərmiş. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində kafedə onun üçün ayrılmış yerdə dönər kəsib satırmış. Həmin vaxt kafenin dəhlizində dava-dalaş səsləri eşitmiş, lakin müştərilər onu gözlədiyi üçün dava-dalaş edən şəxsləri görməmişdir. Müştəriləri yola saldıqdan sonra kafenin dəhlizinə keçmiş və orada ona bildirmişlər ki, Dəyanətlə kafedə dönər paylayan Zakir arasında mübahisə yaranmış, mübahisə zamanı Dəyanət Zakirin sifətin bir dəfə bıçaqla vurmuşdur. Həmin vaxt Dəyanətin qardaşı Musa kafeyə daxil olub Zakiri öz idarə etdiyi avtomobilə əyləşdirərək xəstəxanaya aparmışdır. Bundan sonra kafeni işlədən Subhi kafeyə gəlmiş və kafedə nə baş verməsi ilə maraqlanmış, Subhi kafeyə gəldikdən sonra kafeyə Qaradağ RPİ-nin 10cu PB-nin əməkdaşları gəlmiş, həmin yerə baxış keçirməklə protokol tərtib etmişlər və kafenin foto şəkillərini çəkərək çıxıb getmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X11 Publik Hüquqi şəxsin Qaradağ rayon şöbəsinin 19 may 2022-ci il tarixli 250 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində sol yanaq nahiyəsinin kəsilmiş yarası aşkar olunmuşdur. Zərərçəkmiş şəxs bədən səthində digər xəsarətlərin olub-olmaması, xəsarətlərin sağlamlığa zərər vurma dərəcəsi, əmələ gəlmə müddəti və mexanizmi onun müraciət etdiyi X16 tibbi sənəd təqdim edildikdən sonra əlavə olaraq təyin ediləcəkdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X11 Publik Hüquqi şəxsin 15 iyul 2022-ci il tarixli T266/2022 saylı rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs sol yanaq nahiyəsinin kəsilmiş yarası olmuşdur. Qeyd olunan xəsarət deşici-kəsici alətin, ola bilsin ki, bıçağın təsirindən əmələ gəlmişdir, törənmə müddəti xx.xx.2022-ci ilə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Vətəndaş Zərərçəkmiş şəxs üzünün sol yarısının kəsilmiş yarası sifətdə deformasiya, asimmetriya, mimika, çeynəmə pozğunluğu yaratmadığından silinən hesab edilir və zaman keçdikcə az nəzərə çarpacaqdır. İlkin təhqiqat zamanı hadisə yerinə baxış keçirilmiş və müəyyən edilmişdir ki, hadisə ünvan 3 ünvanda yerləşən “Bismillah” adlı kafedə baş vermişdir. Odur ki, hadisə yerinin ünvan 3 ünvanda yerləşən “Bismillah” adlı kafedə baş verməsi nəzərə alınmışdır. İstintaq zamanı xx.xx.2022-ci il tarixdə saat 19 radələrində ünvan 3 ünvanda yerləşən “Bismillah” adlı kafedə baş vermiş dava-dalaş zamanı cinayətin predmeti hesab edilən 01 ədəd bıçağın, eləcədə hadisəni görə biləcək şahidlərin dairələrinin müəyyən edilib mahiyyəti üzrə ifadələrinin alınmasından ötrü Qaradağ RPİ-nin 10-cu PB-nə əməliyyat tapşırığı verilmiş, iş materiallarına əlavə edilmiş əməliyyat tapşırığının cavabından görünür ki, həmin tarixdə hadisəni görə biləcək şahidlərin dairələrini və cinayətin predmeti hesab edilən 01 ədəd bıçağı müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs Sadiq oğlu xx.xx.2003-cü il tarixdə X13 ilə nikaha daxil olmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2004-cü il tarixdə doğulmuş X8, xx.xx.2006-cı il tarixdə doğulmuş X4 və xx.xx.2011-ci il tarixdə doğulmuş X9 atası Təqsirləndirilən şəxs Sadiq oğludur. İş materiallarına əlavə edilmiş Yardımlı RİHB-nin Bürzünbül inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 218 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sadiq oğlunun ailə üzvləri ibarətdir: xx.xx.1984-cü il tarixdə doğulmuş həyat yoldaşı X5 (işsiz), xx.xx.2004-cü il tarixdə doğulmuş qızı X6, xx.xx.2006-cı il tarixdə doğulmuş qızı X3,xx.xx.2011-ci il tarixdə doğulmuş X7. Təqsirləndirilən şəxs Sadiq oğlu heç bir yerdə işləmir. İş materiallarına əlavə edilmiş Yardımlı RİHB-nin Bürzünbül inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 219 nömrəli xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, həqiqətən İ qrup əlil bacısı X1 Dəyanət Sadiq oğlunun himayəsində yaşayır. İş materiallarına əlavə edilmiş “MediPlanet” klinikası tərəfindən verilmiş müayinə kağızından görünür ki, Təqsirləndirilən şəxs Sadiq oğlunda qaraciyərin diffuz parenximatoz dəyişikliklərinin exoqrafik əlamətləri, xronik xolesistitin exoqrafik əlamətləri, hər iki böyrəkdə zəif parenximatoz dəyişikliklərin sonoqrafik əlamətləri, sağ tərəfli nefroptoz, kontrol nəzarət nəticəsinə gəlinmişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sadiq oğlu əvvəllər məhkum edilməmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Sadiq oğlunun törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs Sadiq oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs Sadiq oğlunun ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini qismən etiraf etməklə səmimi peşiman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla özünün xəstə olmasını, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını və birinci qrup əlil bacısının onun himayəsində olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Sadiq oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Sadiq oğluna Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə, Təqsirləndirilən şəxs Sadiq oğluna azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etsə də, ona cəza təyin edərkən ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini qismən etiraf etməklə səmimi peşiman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla özünün xəstə olmasını, himayəsində bir azyaşlı və bir yetkinlik yaşına çatmayan uşağının olmasını və birinci qrup əlil bacısının onun himayəsində olmasını nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilməsini məqsədəuyğun, həm də cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı çəkmədən islah olunmasını mümkün hesab etməklə, üzərinə CM-nin 70.5-ci maddəsində göstərilən onun davranışı üzərlərinə nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsinin qoyulmasını məqsədəuyğun hesab edir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs Sadiq oğlu qeyd olunan cinayət əməlinə görə 19 may 2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 21 may 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, bu hal cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Sadiq oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs Sadiq oğlunun hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X14 tərəfindən 48 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs Sadiq oğluna ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X10 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Sadiq oğlu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sadiq oğlunun ibtidai istintaq zamanı tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Sadiq oğlu barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Sadiq oğlunun üzərinə: sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs Sadiq oğlunun yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs Sadiq oğluna ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X10 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar