Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-267/2021 11.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X5 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, X3 iştirakları ilə, Təqsirləndirilən şəxs 01 avqust 1969-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətmkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq döyüş sursatı əldə edib saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2 ünvanında yaşayış binasının giriş blokunda saxladığı 1 ədəd zavod üsulu ilə istehsal olunmuş, zavod işarələrində dəyişiklik və detallarında təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş qəlpəli “RQ-42” əl qumbarasının gövdə hissəsi, 1 ədəd F-1, RQD-5, RQ-42 markalı qəlpəli əl qumbaralarının partladılmasında istifadə edilmək üçün nəzərdə tutulmuş, 1982-ci ildə yığılıb zavod üsulu ilə hazırlanmış, zavod işarələrində pozuntu, dəyişiklik və detallarında təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmiş “UZRQM-2” markalı qumbara partladıcısı, həmin qumbara gövdəsinə komplekt hissəsini təşkil edən həmin “UZRQM-2” markalı qumbara partladıcısını bağladıqda, saz vəziyyətdə və təyinatı üçün istifadəyə yararlı, döyüş sursatı hesab olunan “RQ-42” markalı qəlpəli əl qumbarası Qaradağ RPİ-nin inzibati ərazisində xidmət aparan X12 Alayının 10-cu patrul bölüyünün əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, 1993-cü il tarixdə 1-ci Qarabağ müharibəsində döyüşlərdə iştirak etmişdir. O, həmin zaman Azərbaycan Respublikası Müdafiə Nazirliyi “Xüsusi Texnika” X1raşdırıcısı vəzifəsində işləyirmiş. O, həmin zamanlar Müdafiə Nazirliyinin tərkibində olan istehsalat birliyinin ezamiyyət əmri ilə döyüş bölgələrinə ezam olunmuşdur. O, sonuncu dəfə 17.12.1993-cü il tarixdən 27.12.1993-cü il tarixədək Füzuli rayonu və Cəbrayıl rayonu istiqamətinə ezam olunmuş və orada olan zaman döyüş gedən sahədən bir ədəd RQ-42 markalı qumbaranı üzərində partlayıcısı ilə birlikdə tapmışdır. O, həmin qumbaranı partladıcı ilə birlikdə götürərək döyüşlərdən xatirə kimi özündə saxlamış və ezamiyyəti bitdikdən sonra həmin qumbaranı partladıcı üzərinə bağlı vəziyyətdə yaşadığı ünvan 1 ünvanına gətirərək mənzildə təmir üçün istifadə etdiyi alətlər olan qutunun olduğu dolabın içərisinə qoymuş və həmin vaxtdan da qumbaradan istifadə etməmişdir. O, elə bilirmiş ki, həmin qumbara istifadə üçün yararlı deyilmiş. 15.03.2021-ci il tarixdə o, qızı Alyonanın “COVİD-19” pandemiyasına yoluxduğunu bildiyindən təxminən saat 21:30 radələrində evdə olan məişət tullantılarını zibil qutusuna atmaq üçün həyətə çıxmış və oradan da yaxınlıqda yerləşən kafeyə getmişdir. O, kafedə tək oturaraq spirtli içki olan araq sifariş vermiş və həmin arağı 200 qramlıq stəkanla limon parçası ilə qəlyanaltı edərək içmişdir. Bundan sonra onun heç nə yadında qalmamışdır. O, 15.03.2021-ci il tarixdə sərxoş olduğu üçün nə hadisə baş verdiyini xatırlamamışdır. O, nə hadisə baş verməsini xəstəxanada iki gündən sonra özünə gəldikdə bilmişdir. Həmin vaxt aldığı xəsarətləri isə ola bilsin ki, içkili olarkən yıxılaraq almışdır. O daha əvvəllər heç bir cinayət hadisəsi törətməmişdir. Saxladığı qumbaradan hər hansı bir məqsəd üçün istifadə etmək fikrinin olmadığını bildirmişdir. O, öz ifadəsində daha sonra müalicə aldığını, artıq heç bir spirtli içki qəbul etmədiyini, eləcə də hal-hazırda onda “postkontuzion sindrom”u şəklində patologiya yarandığını, törətdiyi əməldən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Yuriyevna ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Onun anası X6 isə hal-hazırda Rusiya Federasiyasıında yaşayır. Onun atası Təqsirləndirilən şəxs ilə münasibətləri həmişə normal olmuşdur. Onun atası Yuri əvvəllər spirtli içkilərin aludəçisi olmuşdur və o, 2020-ci ilin fevral ayından atasını müalicə etdirmiş və hal-hazırda atası normal həyat tərzi keçirməklə heç bir spirtli içki qəbul etmir. Əvvəllər atası hərdən içkili evə gələndə onunla heç bir səbəb olmadan mübahisə edirmiş. Belə ki, atası onu anasının yanına göndərmək istəyirmiş. Lakin hər dəfə də o, atasına getməyəcəyini dedikdə atası onunla sözlə mübahisə edirmiş. 13 mart 2021-ci il tarixdə o, “COVİD 19” pandemiyası ilə əlaqədar test vermiş və ona məlum olmuşdur ki, o, pandemiyaya yoluxmuşdur. O, həmin gündən işə getməmiş və evdə özünütəcrid şəraitində müalicə olunmağa başlamışdır. Onun zəruri gündəlik tələbat mallarını isə onun tanışı Kamran günaşırı gətirib evin giriş qapısına qoyaraq gedirmiş. 15.03.2021-ci il tarixdə təxminən saat 21:30 radələrində atası evdə normal vəziyyətdə olan zaman evdə olan məişət tullantılarını binanın həyətində olan tullantılar üçün nəzərdə tutulmuş zibil yeşiyinə atmaq üçün çıxmışdır. Həmin gün təxminən saat 22:30 radələrində o, evin içərisində otaqdan mətbəxə keçən zaman atası Yurinin mətbəxdə sərxoş vəziyyətdə dayandığını görmüş və atası onunla yenə də mübahisə etməyə başlamışdır. O, atasına əhəmiyyət verməyərək özü üçün mətbəxdə çay süzdükdən sonra öz otağına keçmiş və qapını örtmüşdür. O, otaqda rəfiqəsi Darya ilə mobil telefonda “whatsapp” sosial şəbəkəsində yazışmağa başlamışdır. Lakin atası Yurinin hələ də var-gəl etdiyini görüb qapını açan zaman atasının əlində qumbara görmüşdür. Atası Yuri evdə əlində qumbara gəzən zaman o, atasından soruşmuşdur ki, əlindəki nədi?. Atası ona cavab verərək bildirmişdir ki, qumbara!. O, bundan sonra qorxduğundan Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng etmiş və atasına bildirmişdir ki, polisə zəng edərək məlumat vermişdir. Atası qorxduğu üçün evi tərk etmişdir. O, isə evin giriş qapısını bağlamışdır. Bu zaman onun dostu Ruslan ona mobil telefonla zəng edərək nə hadisə baş verdiyini soruşmuşdur. O da Ruslana atasının əlində qumbara olduğunu demişdir. Bundan sonra tanışı Kamrana da bu barədə “Whatsap” sosial şəbəkəsində yazmışdır. Bir neçə dəqiqədən sonra atası evə qayıdaraq evin giriş qapısını döyməyə başlamışdır. O, qapını açmadıqda isə özündə olan açarla qapını açmağa çalışmışdır. Lakin qapını aça bilməmişdir. O, qapını açdıqda atasının pilləkənlərdə oturduğunu görmüşdür. O, atasından nə üçün bu hadisəni törətdiyini soruşmuşdur. O isə heç bir söz demədən evə daxil olmuşdur. Bir neçə dəqiqədən sonra atası Yuri evi tərk etmişdir. O da evdə otağında oturmuşdur. Kamran ona zəng edərək bildirmişdir ki, Ruslan, o və Yuri polis bölməsinə polis əməkdaşları ilə birlikdə gedirlər. 16.03.2021-ci il tarixdə Kamrana zəng edərək onlara gəlib-gəlməyəcəyini soruşmuşdur. Kamran bir qədərdən sonra onlara gəlmişdir. Həmin gün təxminən saat 20 radələrində ona polis bölməsindən zəng edərək bildirmişlər ki, atasını evə gətirirlər. Bir neçə dəqiqədən sonra atasını evə gətirmişlər və həmin zaman atasının baş nahiyyəsində qan izləri var imiş. O, nə hadisə baş verdiyini polis əməkdaşından soruşduqda polis əməkdaşı bildirmişdir ki, atasının vəziyyəti xarab olduğundan müayinə etmək üçün X14 briqadası çağırmışlar və həkim müayinəsindən sonra evə gətirmişlər. O da polis əməkdaşları getdikdən sonra X14 briqadasına zəng etmiş və gəlib atasını müayinə etdikdən sonra bildirmişlər ki, təcili xəstəxanaya aparmaq lazımdır. TTY əməkdaşları atasını Respublika Nevrocərrahiyə xəstəxanasına aparmışlar. O, atası ilə eyni mənzildə yaşayırmış və birinci dəfə idi ki, o, atasının əlində qumbara görmüşdür. Atasının evdə olan əşyalarının və paltarlarının arasında o, heç vaxt qumbara, partladıcı maddə və yaxud odlu silah görməmişdir. O, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə məlumat verən zaman atasının əlində qumbaranı gördüyündən özünü itirmiş və nə deyəcəyini bilməmişdir. Bu səbəbdən də o, atasının onu ölümlə hədələdiyini demişdir. Lakin o, hal-hazırda ifadə verən zaman həmin həyəcan və qorxu keçdiyindən hadisəni olduğu kimi izah etmişdir. Hal-hazırda atası ilə birlikdə yaşamaqla heç bir problemləri yoxdur və məhkəmədən atasına yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, onun təxminən 1 il 6 ay olar ki, Şahid1 Yuruyevna ilə yaxın münasibəti vardır. Belə ki, o, Alyona ilə ailə həyatı qurmaq istəyir. O, bir neçə dəfə Alyonanın yaşadığı ünvan 3 ünvanında yerləşən mənzillərinə getmişdir. O, Alyonanın atası Təqsirləndirilən şəxslə də tanış olmuş və Yuri ilə yaşadıqları evdə görüşmüşdür. Onun Alyona və atası Yuri ilə münasibətləri normal olmuşdur. O, Yurini tanıyan gündən Yuri spirtli içki aludəçisi imiş və Yurini bir neçə dəfə müalicə üçün həkimə müraciət etmişlər və dərmanlarla müalicə etməyə çalışmışlar. Yuri spirtli içki qəbul etdikdən sonra adətən evdə gəlib yatırmış, lakin bir neçə dəfə qızı Alyona ilə sözlə mübahisələri olmuşdur. Belə ki, Yuri qızı Alyonaya irad tuturmuş ki, “ona öz istədiyi kimi yaşamağa imkan vermir”. 13.03.2021-ci il tarixdə Alyona “COVİD 19” pandemiyası ilə əlaqədar test analizləri vermiş və Alyonanın “COVİD 19” pandemiyasına yoluxduğu məlum olduğundan evdə özünütəcrid şəraitində müalicə olunurmuş. O da gün aşırı Alyonaya qıdalanması üçün ərzaq gətirərək mənzilin giriş qapısından verərək gedirmiş. 15.03.2021-ci il tarixdə təxminən saat 23 radələrində Alyona ona “whatsapp” sosial şəbəkəsi ilə yazaraq atası Yurinin sərxoş vəziyyətdə evə gələrək Alyona ilə mübahisə etdiyini və Alyonanın üzərinə əl qumbarası çıxartdığını və polisə zəng etdiyini yazmışdır. O da Alyonaya bildirmişdir ki, “onsuz da sizə gəlirdim, yoldayam 5 dəqiqəyə çatıram”. O, Alyonanın evinin qarşısına çatanda Alyonanın uşaqlıq dostu Ruslanı görmüş və Ruslana yaxınlaşaraq nə hadisə baş verdiyini soruşmuşdur. Ruslan ona bildirmişdir ki, “Yuri bir neçə dəqiqə bundan əvvəl həyətdə idi və yuxarı evlərinə qalxdı”. Bu zaman polis əməkdaşları da həmin yerə gəlmişlər. Alyona ona zəng edərək bildirmişdir ki, “evin giriş qapısından baxdım atamın əlində heç nə yoxdur”. O, Alyonadan soruşmuşdur ki, “yuxarı qalxa bilərəm?”. Alyona yuxarı qalxmağını istəmişdir. Buna görə də o, evin giriş blokuna girərək yuxarı mərtəbəyə əlində olan mobil telefonun fanarı ilə işıq salaraq qalxan zaman 3-cü mərtəbə ilə 4-cü mərtəbənin arasında olan məişət tullantılarının atılması üçün quraşdırılmış zibil borusunun divarla arasında 1 ədəd əl qumbarası görmüşdür. O, tez aşağı düşmüş və polis əməkdaşlarına bildirmişdir ki, əl qumbarası 3-cü mərtəbə ilə 4-cü mərtəbənin arasında zibil borusunun divarla arasındadır. Polis əməkdaşları tez onun göstərdiyi yerə baxmışlar və oradan əl qumbarasını götürdükdən sonra Yuri 5-ci mərtəbədən aşağı düşən kimi Yurini də o və Ruslanla birlikdə polis bölməsinə dəvət etmişlər. Onlar orada olan zaman izahatlarını alaraq evə buraxmışlar. Yuri isə sərxoş vəziyyətdə olduğundan polis bölməsində qalmışdır. Bir müddətdən sonra polis bölməsindən Alyonaya zəng edərək bildirmişlər ki, atasının vəziyyəti pisdir evə gətiririk. Bir neçə dəqiqədən sonra polis əməkdaşları Yurini evə gətirmişlər və Yurinin vəziyyəti həqiqətən də pis olmuşdur. Alyona polis əməkdaşlarından atasının vəziyyətinin nə üçün bu formada olduğunu soruşduqda polis əməkdaşları bildirmişlər ki, polis bölməsində olan zaman sancma tutmuşdur. Yuri üçün X14 çağırmışlar və TTY gəldikdən sonra Yurini ayıldaraq getmişlər. Evdə olan zaman Yurinin vəziyyəti yenə də pisləşdiyindən TTY vasitəsi ilə xəstəxanaya aparmışlar. O, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi ev 2a ünvanının giriş blokunda olan zaman Yurinin əlində əl qumbarası görməmişdir. X11 “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə mesaj yazaraq bildirmişdir ki, atasının əlində əl qumbarası varmış. Ona və Təqsirləndirilən şəxs polis bölməsində olan zaman heç bir fiziki və ya psixi təsir olmamışdır. Onun Təqsirləndirilən şəxs Razulyeviç ilə münasibətləri normal olmuşdur, hal-hazırda da münasibətləri normaldır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, uşaq vaxtlarından Şahid1 Yuruyevna ilə dostluq münasibətlərində olmuş və hal-hazırda da Alyona və Alyonanın atası Yuri ilə münasibətləri normaldır. 15.03.2021-ci il tarixdə təxminən saat 23 radələrində o, nişanlısı Darya ilə mobil telefonda danışan zaman Darya ona bildirmişdir ki, “Alyona polisə zəng etmək istəyir, soruş nəsə olub?”. O da Darya ilə sağollaşdıqdan sonra Alyonaya mobil telefon vasitəsi ilə zəng eləmişdir. Alyona ona ağlaya-ağlaya bildirmişdir ki, Atası Yurinin əlində qumbara varmış. O, mobil telefonla danışıqlarını dayandıraraq təcili Alyonanın yaşadığı Bakı şəhəri, ünvan 4 ünvana çatdıqda Alyonanın atası Yurinin evin giriş blokunun qapısında dayandığını görmüşdür. O, Yuriyə yaxınlaşmayaraq 30-35 metr aralıda dayanaraq polis əməkdaşlarının gəlməsini gözləmişdir. Belə ki, o, Alyona ilə mobil telefon vasitəsi ilə danışan zaman Alyona ona bildirmişdir ki, polisə bu barədə məlumat vermişdir. Bu səbəbdən də o, kənarda dayanaraq Yuriyə yaxınlaşmamışdır. Yuri bir neçə dəqiqə blokun giriş qapısında dayandıqdan sonra blokla daxil olmuşdur. Bir neçə dəqiqədən sonra Alyonanın sevgilisi Kamran əlində yemək çantası ilə oraya gəlmişdir. Kamranla o, söhbət edən zaman bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlmişlər. Bu zaman Alyona Kamrana zəng etmiş və danışmışlar. O, Alyona ilə Kamranın nə barədə danışdığını bilməmişdir. Kamran evin giriş blokuna daxil olmuşdur. Kamran bir neçə dəqiqədən sonra tez-tələsik geri qayıtmış və polis əməkdaşlarına yaxınlaşmışdır. Kamran polis əməkdaşlarına bildirmişdir ki, o, bloka daxıl olmuş və əlində olan fənərlə bloka baxan zaman orada 3-cü mərtəbə ilə 4-cü mərtəbənin arasında olan meydançanın yuxarı hissəsində borunun arasında qumbara görmüşdür. Bundan sonra polis əməkdaşları bloka daxil olmuşlar və oradan əllərində qumbara ilə həyətə çıxmışlar. Bir neçə dəqiqədən sonra Yuri özü həyətə düşmüş və polis əməkdaşları onu, Kamranı və Yurini polis avtomaşını ilə polis bölməsinə aparmışlar. Onlar polis bölməsində olan zaman onların izahatlarını almışlar və onları buraxmışlar. O, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İ.Nəbiyev küçəsi ev 2a ünvanının qarşısında olan zaman Yurinin əlində əl qumbarası görməmişdir. X11 mobil telefonda danışarkən atasının əlində əl qumbarası olduğunu bildirmişdir. Ona və Təqsirləndirilən şəxs polis bölməsində olan zaman heç bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 Alayının 10-cu Patrul Bölüyünün polis nəfəri Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 15.03.2021-ci il tarixdə 9694 çağırış saylı avtopatrul avtomaşınla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində xidmətdə olan zaman həmin gün təxminən saat 23:31 radələrində Qaradağ RPİ-nin 10-cu PB-dən Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzindən daxil olan məlumatda ünvan 3 ünvanından Alyona adlı vətəndaşın atasının içkili vəziyyətdə olduğunu və əlində əl qumbarasına bənzər bir vasitə olduğunu bildirmişdir. Qaradağ RPİ-nin məlumatına görə əməliyyat qrupuna kömək lazım olduğu bildirilmişdir. Onlar 23:36-da göstərilən ünvana əməliyyat qrupundan tez çatdıqları üçün şikayət edən vətəndaşla əlaqə saxlamışlar. Vətəndaş bildirmişdir ki, “atası əlində olan vasitəni çöldə gizlətdiyini və polis əməkdaşları gəldikdə partladacağını bizə söylədi”. Bu zaman bir nəfər vətəndaş onlara yaxınlaşaraq gizlədilən vasitənin binanın blokunda olduğunu bildirmişdir. Onlar dərhal orada olan vətəndaşları uzaqlaşdıraraq və binada olan digər sakinlərin həyat və sağlamlığına zərər gəlməməsi üçün təxirəsalınmaz tədbirlər görərək göstərilən binanın giriş blokuna daxil olub yuxarı qalxan zaman 3-cü mərtəbə ilə 4-cü mərtəbənin arasında borunun yanında bir ədəd əl qumbarasını aşkar etmişlər. Həmin zaman müşahidə edərək görmüşlər ki, həmin əl qumbarasının qoruyucu vasitəsi açılmamışdır. Bundan əmin olduqdan sonra əl qumbarasını ehtiyyatla oradan götürüb binanı tərk etmişlər. Bir neçə dəqiqədən sonra bir nəfər şəxs sərxoş vəziyyətdə binanı tərk edərkən həmin şəxsi və orada olan digər iki nəfər şəxsi də avtopatrul avtomaşınına əyləşdirərək 10-cu PB-nin inzibati binasına gətirəndə yolda 10-cu PB-nin əməliyyat qrupu onlara yaxınlaşmışdır. Onlar əməliyyat qrupuna PB-nə gəlmələrini bildirmişlər. PB-də məlum olmuşdur ki, həmin şəxslərdən, sərxoş olan və əlində qumbara saxlayan şəxs Təqsirləndirilən şəxs Razuliyeviç, digər şəxslər Şahid2 və Şahid3dir. Onlar həmin şəxsləri və əl qumbarasını 10-cu PB-nin növbətçi hissəsinə təhvil verərək xidmətlərini davam etdirmək üçün xidməti inzibati əraziyə getmişlər. O, və digər onunla olan əməkdaşlardan heç biri həmin şəxslər Təqsirləndirilən şəxs Rezulyeviç, Şahid2 və Şahid3 hər hansı bir fiziki güc və psixi təsir göstərməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 Alayının 10-cu Patrul Bölüyünün polis nəfəri Şahid6 və X12 Alayının 10-cu Patrul Bölüyünün polis nəfəri Şahid5 Şahid4 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsini təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin baş əməliyyat müvəkkili Şahid10n Qalib oğlu ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, tutduğu vəzifədə 2021-ci ildən xidmət edirmiş. 15.03.2021-ci il tarixdə o, xidmətdə olan zaman həmin gün təxminən saat 22:30 radələrində Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzindən ünvan 3 ünvanında yaşayan Şahid1 Yuriyevna tərəfindən verilmiş məlumat daxil olmuşdur. O, həmin zaman Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən PB-nə daxil olmuş X9 verdiyi məlumat əsasında PB-nin əməliyyat qrupunun üzvləri əməliyyat müvəkkili Şahid9, bölmənin təhqiqatçısı Şahid7 və baş əməliyyat müvəkkili Şahid8lə birlikdə ünvan 5 ünvanındaymış. O, hadisə yerində olarkən PB-nin məsul növbətçisi Pərviz Dünyamalıyev zəng edərək bildirmişdir ki, “Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzindən ünvan 3 ünvanında yaşayan Şahid1 Yuriyevna tərəfindən atası Təqsirləndirilən şəxs əlində olan əl qumbarası ilə evdə onu ölümlə hədələyir”. O, əməliyyat qrupu ilə Elvin Orucovun mənzilini tərk edərək göstərilən ünvana gedən zaman ərazidə xidmət aparan X13 10-cu Bölüyünün əməkdaşlarının hadisə yerindən uzaqlaşaraq PB-nə getdiyini görmüşlər. Post Patrul avtomaşınının sürücüsü onlara bildirmişdir ki, “hadisə yerində olan şəxsləri polis bölməsinə aparırıq arxamızla gəlin”. Onlar polis bölməsinə çatdıqda polis bölməsinin qarşısında 3 nəfər kşi cinsindən olan şəxsləri post patrul avtomaşınından düşərək bölmənin növbətçi hissəsinə aparmışlar. Orada həmin şəxslərin şəxsiyyətini müəyyən etdikdən sonra növbətçi hissəyə təhvil vermişlər. Bundan sonra həmin şəxslər bölmənin təhqiqatçısı Şahid7 təqdim edilmişdir. Bundan sonra o, və əməliyyat qupunun digər əməkdaşları birlikdə polis bölməsinin ərazisində baş vermiş digər hadisələrlə əlaqədar xidməti əraziyə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin baş əməliyyat müvəkkili, Şahid9 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, tutduğu vəzifədə 2021-ci ildən xidmət edirmiş. 15.03.2021-ci il tarixdə o, xidmətdə olan zaman həmin gün təxminən saat 22:30 radələrində Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzindən ünvan 3 ünvanında yaşayan Şahid1 Yuriyevna tərəfindən verilmiş məlumat daxil olmuşdur. O, həmin zaman Azərbaycan Respublikası DİN-nin 102 xidmətindən PB-nə daxil olmuş X9 verdiyi məlumat əsasında PB-nin əməliyyat qrupunun üzvləri polis sahə inspektoru, polis leytenantı Əfqan Əliyev, bölmənin təhqiqatçısı Şahid7 və baş əməliyyat müvəkkili Şahid8lə birlikdə ünvan 5 ünvanındaymış. O, hadisə yerində olarkən PB-nin məsul növbətçisi Pərviz Dünyamalıyev zəng edərək bildirmişdir ki, “Azərbaycan Respublikası DİN-nin 102 zəng mərkəzindən ünvan 3 ünvanında yaşayan Şahid1 Yuriyevna tərəfindən atası Təqsirləndirilən şəxs əlində olan əl qumbarası ilə evdə onu ölümlə hədələyir”. O, əməliyyat qrupu ilə Elvin Orucovun mənzilini tərk edərək göstərilən ünvana gedən zaman ərazidə xidmət aparan X13 10-cu Bölüyünün əməkdaşlarının hadisə yerindən uzaqlaşaraq PB-nə getdiyini görmüşlər. Post Patrul avtomaşınının sürücüsü onlara bildirmişdir ki, “hadisə yerində olan şəxsləri polis bölməsinə aparırıq arxamızla gəlin”. Onlar polis bölməsinə çatdıqda polis bölməsinin qarşısında 3 nəfər kşi cinsindən olan şəxsləri post patrul avtomaşınından düşərək bölmənin növbətçi hissəsinə aparmışlar. Orada həmin şəxslərin şəxsiyyətini müəyyən etdikdən sonra növbətçi hissəyə təhvil vermişlər. Bundan sonra həmin şəxslər bölmənin təhqiqatçısı Şahid7 təqdim edilmişdir. Bundan sonra o, və əməliyyat qupunun digər əməkdaşları birlikdə polis bğölməsinin ərazisində baş vermiş digər hadisələrlə əlaqədar xidməti əraziyə getmişlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 aprel 2021-ci il tarixli, 3/585 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qumbara gövdəsi- zavod üsulu ilə istehsal edilmiş, qəlpəli “RQ-42” əl qumbarasının gövdə hissəsidir, zavod işarələrində dəyişiklik və detallarında təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir; təqdim edilmiş partladıcı - “F-1”, “RQD-5”, “RQ-42” markalı qəlpəli əl qumbaralarının partladılmasında istifadə edilmək üçün nəzərdə tutulmuş, 1982-ci ildə yığılıb zavod üsulu ilə hazırlanmış, “UZRQM-2” markalı qumbara partladıcısıdır, zavod işarələrində pozuntu, dəyişiklik və detallarında təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir və həmin qumbara gövdəsinə, komplekt hissəsini təşkil edən həmin “UZRQM-2” partladıcısını bağladıqda, döyüş sursatı hesab olunan “RQ-42” markalı qəlpəli əl qumbarasını təşkil edirlər, onlar saz vəziyyətdədirlər və təyinatları üzrə istifadəyə yararlıdırlar. Ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X8 Hüquqi Şəxsin 09 aprel 2021-ci il tarixli, 755 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman hər hansı bir psixi xəstəliyin əlamətləri qeyd olunmamışdır. Təqsirləndirilən şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Cinayət əməlini törətdikdən sonrakı dövrdə Təqsirləndirilən şəxs açıq kəlləbeyin travması və baş beyinin yüngül dərəcəli əzilməsi nəticəsində onda “postkontuzion sindrom” şəklində potologiya yaranmışdır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə anlaqlılığı istisna etməyən psixi pozuntu qeyd olunmamışdır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 və 22-ci maddələrinin təsiri altına düşmür. İş materiallarından aydın olur ki, qeyd olunan qəlpəli “RQ-42” əl qumbarasının gövdə hissəsi və “F-1”, “RQD-5”, “RQ-42” markalı qəlpəli əl qumbaralarının partladılmasında istifadə edilmək üçün nəzərdə tutulmuş, 1982-ci ildə yığılıb zavod üsulu ilə hazırlanmış, “UZRQM-2” markalı qumbara partladıcısı maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılması üçün təhvil verilmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını və hal-hazırda onda “postkontuzion sindrom”u olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan “qəlpəli “RQ-42” əl qumbarasının gövdə hissəsi və “F-1”, “RQD-5”, “RQ-42” markalı qəlpəli əl qumbaralarının partladılmasında istifadə edilmək üçün nəzərdə tutulmuş, 1982-ci ildə yığılıb zavod üsulu ilə hazırlanmış, “UZRQM-2” markalı qumbara partladıcısı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilməli və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 3 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin inzibati ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan “qəlpəli “RQ-42” əl qumbarasının gövdə hissəsi və “F-1”, “RQD-5”, “RQ-42” markalı qəlpəli əl qumbaralarının partladılmasında istifadə edilmək üçün nəzərdə tutulmuş, 1982-ci ildə yığılıb zavod üsulu ilə hazırlanmış, “UZRQM-2” markalı qumbara partladıcısı hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə müsadirə edilsin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə 64 (altmış dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-267/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-267/2021
11.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver