Məhkəmə qərarları › İş №1(002)-267/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-267/2024

24.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-267/2024 24.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1972-ci ildə Ağdam rayonu, Güllücə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində bir yetkinlik yaşına çatmayan uşağı olan), əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məğul olan, Ağdam rayonu, Güllücə kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 17 avqust 2024-cü il saat 19:30 radələrində müvəqqəti yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, məcburi köçkünlər şəhərciyi, ev 4, mənzil 22-də aralarında yaranmış şəxsi mübahisə zamanı əli ilə qızı Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə qəsdən vuraraq sonuncuya sağ almacıq və hər iki əlin arxa səthərinin qançırları, sağ yanağın selikli qişasının əzilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək öz ifadəsində göstərmişdir ki, qızı Nərgiz ilə uzun müddətdir ki, aralarında mübahisələr olmuşdur. Son zamanlar o evə gec gəlmiş və bir gün də nənəsigildə qaldığını yalan deyərək başqa yerdə qalmışdır. Bundan sonra onlar arasında olan mübahisə daha da böyümüşdür. O bir ata olaraq bunları qəbul edə bilməmişdir. Bir gün axşam saatlarında öz yaşadıqları binanın qarşısında olan zaman qızının əvvəllər tanımadığı qara rəngli bir “Mercedes” markalı maşından düşdüyünü, onu görən zaman təlaşlanaraq evə getdiyini görmüşdür. Bu hadisə onu daha da əsəbləşdirmişdir. Hadisə günü isə o qızını ancaq bir ata kimi tərbiyələndirmək məqsədi ilə vurmuşdur. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, qızı Nərgizlə əvvəllər normal münasibəti olsada sonradan münasibətləri pozulmuşdur. Buna səbəb Nərgizin son vaxtlar ona yalan danışması və evə gəlməməsi olmuşdur. 17 avqust 2024-cü il tarixdə saat 19:30 radələrində o, yaşadığı evdə olan zaman qızı Nərgiz evə gəlmiş və otağına girəndə çarpayısının baş hissəsinə bağladığı yolka işıqlarının söküldüyünü görmüşdür. Nərgiz ondan işıqlarını kimin çıxarmasını soruşanda o, işıqları özü çıxarmasını demişdir. Həmin vaxt onların arasında sözlə mübahisə olmuş və mübahisə zamanı Nərgiz ona kobud cavab verdiyi üçün o, əsəbləşib əl zərbələri ilə bir neçə dəfə Nərgizi vuraraq döymüşdür. Nərgiz qaçaraq evdən çıxıb getmişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, baş vermiş mübahisə 3-5 dəqiqə davam etmiş və yanaşı mübahisənin zamanı onların yanında başqa heç kim olmamışdır. O son olaraq öz ifadəsində törətdiyi əməlindən peşiman olduğunu, ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyini, qızını tərbiyələndirmək məqsədi ilə bu hərəkəti törətdiyini, himayəsində bir azyaşlı uşağının olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ifadə verərək bildirmişdir ki, atası Mehaman ilə uzun müddətdir ki, aralarında münasibətləri yaxşı olmamışdır. Bu hadisədən də əvvəl atası ilə aralarında mübahisələri olmuşdur. Atası ailəsinə baxmayaraq ona təhsil almasında da maddi yardım etməmişdir. Onları anası işləyərək dolandırmış, o isə özü 15 yaşı tamam olduqdan sonra işləməyə başlamışdır. Hadisə vaxtı atası bilərəkdən onun çarpayısının başına qoyduğu yolka işıqlarını çıxarmışdır. Ondan sonra aralarında mübahisə baş vermiş və atası onu döymüşdür. Hadisə olan zaman evdə onlardan başqa heç kim olmamış, qardaşı sonradan səs-küyə gəlmişdir. O sonra anasının yanına getmiş və axşam evə qaydan zaman polisə bu hadisə ilə bağlı məlumat vermişlər. O daha sonra ibtidai istintaq zaman verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 17 avqust 2024-cü il tarixdə saat 19:30 radələrində yaşadıqları Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, məcburi köçkünlər şəhərciyi, ev 4, mənzil 22-də atası Təqsirləndirilən şəxs əl zərbələri ilə onu döyərək bədən xəsarəti yetirmişdir. Belə ki, atası Təqsirləndirilən şəxs son vaxtlar onunla heç bir səbəb olmadan mübahisə edir, bu səbəbdəndən onunla münasibəti yoxdur. 17 avqust 2024-cü il tarixdə saat 19:30 radələrində o, yaşadığı evə gəlib öz otağına girmiş və həmin vaxt çarpayısının başına bağladığı yolka işıqlarının çıxarıldığını görmüşdür. O, atası Mehmandan işıqların kimin çıxarmasını soruşanda atası işıqları çıxarmasını bildirmişdir. Bu səbəbdəndə aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı atası Mehman əl zərbələri ilə onun başından, belindən və əllərinin üstündən vuraraq onu döymüşdür. O da atasının əlindən çıxıb evdən qaçmış və Əhmədli qəsəbəsində 63 restoranda işləyən anası Nurəngizin yanına getmişdir. O, anasına atası tərəfindən döyüldüyünü deyəndə anasıda bu barədə DİN-nin 102 xidmətinə zəng vurub məlumat vermişdir. Verilən suallara cavab olaraq bildirmişdir ki, baş vermiş mübahisə və dava-dalaş təxminən 3-5 dəqiqə davam etmiş və həmin vaxtı onların yanında başqa heç kim olmamışdır. O son olaraq öz ifadəsində atası ilə barışmadığını və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 X6 Qaradağ rayon şöbəsinin 19 avqust 2024-cü il tarixli, 528 nömrəli rəyindən görünür ki, 1. Vǝtəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - sağ almacıq və hər iki əlin arxa səthərinin qançırları, sağ yanağın selikli qişasının əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən müayinədən 2-3 gün əvvəl törənmişlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə və şəraitdə əmələ gələ bilərdilər və dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir.

2. Vǝt. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər yıxılma nəticəsində, eləcə də şəxsin özü tərəfindən yetirilməsi az inandırıcıdır. İş materiallarında olan tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında əlavə olunmuş sənədlərdən aydın olur ki, 07 sentyabr 2010-cu il doğulmuş X3 atası Təqsirləndirilən şəxsdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, əməlini səmimi olaraq etiraf etməklə peşiman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 20 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 60 (almış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1200 (min iki yüz) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 ( yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 60 (almış) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar