Məhkəmə qərarları › İş №1(002)-269/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-269/2022

21.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-269/2022 21.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, 2-ci qrup əlil, orta təhsilli, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 13:05-də Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Səlyan yolu, ev 29A-nın qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 11-ci polis bölməsinin inzibati binasına gətirilərək dəvət olunmuş müdafiəçinin iştirakı ilə həmin gün saat 14:45-də üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürmə keçirilərkən əynindəki qara rəngli idman şalvarının sol yan cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,171 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, təxminən 3 ilə yaxındır ki, narkotik vasitə heroin və “şüşə” qəbul edirmiş. Hal-hazırda heç bir yerdə işləmir. O, hal-hazırda anası ilə birlikdə Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yaşayır. Narkotik vasitə qəbul etdiyinə görə əvvəllər məhkum olunmamışdır. O, narkotik vasitə heroini və “şüşə”ni falqa kağızının üzərində yandırıb tüstüsünü qəbul etmişdir. İşin mahiyyəti üzrə bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə o, sosial şəbəkədə tanımadığı İran vətəndaşı ilə danışmış, həmin vaxt İran vətəndaşı narkotik vasitə və psixotrop maddə almağını ona təklif etmişdir. Lakin İran vətəndaşı ona bildirmişdir ki, bir büküm narkotik maddə “kakos” və bir büküm psixotrop maddə “şüşə”ni pay verəcək, əgər mal xoşuna gələrsə narkotik maddəni həmişə ondan alar. O, İran vətəndaşının bu təklifini qəbul etmişdir. İran vətəndaşı ona bildirmişdir ki, Bakı şəhərində H.Əliyev mərkəzinin qarşısındakı dayanacaqda işıq dirəyinin yanına iki büküm, yəni bir büküm narkotik vasitə heroin, 01 büküm də psixotrop maddə metamfetamin atmışdır. O, həmin gün saat 23:00 radələrində deyilən yerə getmiş və iki büküm olmaqla narkotik vasitə heroin və psixotrop maddə metamfetamini götürüb cibinə qoyub evinə qayıtmışdır. İran vətəndaşının ona pay verdiyi narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən bir qədər qəbul etmişdir. xx.xx.2022-ci il tarixdə ünvan 3 ünvanının qarşısında dayanmışdır. Həmin vaxt iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşıb, özlərini təqdim edərək 11-ci PB-nin əməkdaşları olduqlarını bildirdikdən sonra ondan adının Amil olub-olmadığını soruşmuşlar. O, polis əməkdaşlarına bildirmişdir ki, Təqsirləndirilən şəxsdur. Polis əməkdaşları ona bildirmişlər ki, o, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəlidir və onu 11-ci PB-nə dəvət etmişlər. 11-ci PB-də onun hüquqlarını müdafiə etmək üçün ona vəkil təqdim olunmuş, vəkilinin yanında üzərinə şəxsi axtarış keçirilərkən könüllü olaraq üzərində olan qanunsuz əşyaları masanın üzərinə qoymağı təklif olunmuşdur. O da əynindəki, qara rəngli idman şalvarının sol yan cibindən 02 ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş bükümləri masanın üzərinə qoyaraq bildirmişdir ki, bükümlərin içərisindəki narkotik maddə olan kakos və psixotrop maddə olan “şüşə”dir, özünündür, öz istifadəsi üçün üzərində gəzdirmişdir, xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində tanımadığı İran vətəndaşını ona pay vermişdir. Həmin bükümləri İran vətəndaşı Bakı şəhəri, H.Əliyev mərkəzinin qarşısında dayanacağın yanındakı işıq dirəyini yanına atmış, o da həmin yerdən bükümləri götürüb üzərində saxlamışdır. Həmin bükümlər açılmış, bükümlərin içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroin, ag rəngli psıxotrop maddə meatamfetamin aşkar olunmuşdur. Bundan başqa üzərinə əlavə axtarış keçirilmiş, lakin hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Daha sonra üzərindən aşkar olunmuş narkotik vasitə heroin və psixotrop maddə metamfetamin zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, həmin zərfin üzərinə və protokola imzalar etmişlər. Bir daha bildirmişdir ki, narkotik və psixotrop maddələr onundur, öz istifadəsi üçün əldə etmişdir. O, narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin qəbulu ilə məşğul olsa da heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, narkotik vasitə heroini və psixotrop maddə metamfetamini falqa kağızının üzərində yandırıb tüstüsünü qəbul edir. O, öz ifadəsində son olaraq az ağır cinayət əməli törətdiyini, törətdiyi əməldən peşman olduğunu, 2-ci qrup əlilliyi olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, DİO-da 2014-cü ildən xidmət edir, 2022-ci ildən Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili işləyir, rütbəsi polis baş leytenantıdır. Bakı şəhəri, Qaradağ RPİ-nin 11-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olur. Ona görə də Qaradağ RPİ-nin 11-ci PB-nin rəisinə raportla müraciət edildikdən sonra daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün onun rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid2 daxil edilmişdir. Alınmış əməliyyat məlumatına əsasən o, polis leytenantı Şahid2 ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 13:05 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səlyan yolu, 29 A nömrəli binanın qarşısına getmiş və 29A nömrəli binanın qarşısında bir nəfər kişi cinsli şəxsin dayandığını görüb həmin şəxsin Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə üst-üstə düşən şəxs olduğunu müəyyən etdikdə ona yaxınlaşıb özlərini ona təqdim edərək adını soruşduqda həmin şəxs özünü təqdim edib 1993-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib üzərinə axtarış keçiriləcəyini bildirmişlər. Lakin Təqsirləndirilən şəxs saxladıqları yerin küçə olduğunu, orada xoşa gəlməz halların baş verməsini nəzərə alıb onu Qaradağ RPİ-nin 11-ci polis bölməsinə dəvət etmişlər. Qaradağ RPİ-nin 11-ci PB-də xidməti otaqların birində videoçəkliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə vəkilinin, onun və Qaradağ RPİ-nin 11ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid2 iştirakı şəxsi axtarış və götürmə keçirilmişdir. Videçəkilişi Qaradağ RPİ-nin 11-ci PB-nin sabiq sahə inspekotru, polis baş leytenantı Şahid3 aparmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki, qara rəngli idman şalvarının sol yan cibindən 02 ədəd siqaretin gümüşü rəngli kağız kəsiyinə bükülmüş bükümləri masanın üzərinə qoyaraq bildirmişdir ki, bükümlərin içərisindəki narkotik maddə olan kakos və psixotrop maddə olan “şüşə”dir, özünündür, öz istifadəsi üçün üzərində gəzdirmişdir, xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində tanımadığı İran vətəndaşı ona pay vermişdir. Həmin bükümləri İran vətəndaşı Bakı şəhəri, H.Əliyev mərkəzinin qarşısında dayanacağının yanındakı işıq dirəyinin yanına atmış, o, da həmin yerdən götürüb üzərində saxlamışdır. Həmin bükümlər açılmış, bükümlərin içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə, ağ rəngli psıxotrop maddə meatamfetaminə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, lakin hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar edilməməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər maddə və psixotrop maddə metamfetaminə bənzər maddə zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuşdur. Həmin zərfin üzərinə və protokola imzalar etmişlər. Məhkəmə kimyəvi ekspertizasından sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmuşdur. Onlar Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət edərkən Təqsirləndirilən şəxs onlara qarşı hər hansı bir formada müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, DİO-da 2014-cü ildən xidmət edir, 2022-ci ildən Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili işləyir, rütbəsi polis leytenantıdır. Bakı şəhəri, Qaradağ RPİ-nin 11-ci PB-nə əməliyyat məlumatı daxil olmuşdur ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olur. Ona görə də Qaradağ RPİ-nin 11-ci PB-nin rəisinə raportla müraciət edildikdən sonra daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi üçün Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 rəhbərliyi ilə əməliyyat qrupu yaradılmış, əməliyyat qrupuna o da daxil edilmişdir. Alınmış əməliyyat məlumatına əsasən o, polis baş leytenantı Şahid1 ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 13:05 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səlyan yolu, 29 A nömrəli binanın qarşısına getmiş və 29A nömrəli binanın qarşısında bir nəfər kişi cinsli şəxsin dayandığını görüb həmin şəxsin Təqsirləndirilən şəxs zahiri əlamətləri ilə üst-üstə düşən şəxs olduğunu müəyyən etdikdə ona yaxınlaşıb özlərini ona təqdim edərək adını soruşduqda həmin şəxs özünü təqdim edib 1993-cü il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib üzərinə axtarış keçiriləcəyini bildirmişlər. Lakin Təqsirləndirilən şəxs saxladıqları yerin küçə olduğunu, orada xoşa gəlməz halların baş verməsini nəzərə alıb onu Qaradağ RPİ-nin 11-ci polis bölməsinə dəvət etmişlər. Qaradağ RPİ-nin 11-ci PB-də xidməti otaqların birində videoçəkliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə vəkilinin, onun və Qaradağ RPİ-nin 11ci PB-nin CA üzrə əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 iştirakı şəxsi axtarış və götürmə keçirilmişdir. Videçəkilişi Qaradağ RPİ-nin 11-ci PB-nin sabiq sahə inspektoru, polis baş leytenantı Şahid3 aparmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməzdən əvvəl ona təklif olunmuşdur ki, üzərində qanunla qadağan olunmuş hər hansı bir qeyri-qanuni əşya (lar) varsa könüllü təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki, qara rəngli idman şalvarının sol yan cibindən 02 ədəd siqaretin gümüşü rəngli kağız kəsiyinə bükülmüş bükümləri masanın üzərinə qoyaraq bildirmişdir ki, bükümlərin içərisindəki narkotik maddə olan kakos və psixotrop maddə olan “şüşə”dir, özünündür, öz istifadəsi üçün üzərində gəzdirmişdir, xx.xx.2022-ci il tarixdə saat 23:00 radələrində tanımadığı İran vətəndaşı ona pay vermişdir. Həmin bükümləri İran vətəndaşı Bakı şəhəri, H.Əliyev mərkəzinin qarşısında dayanacağının yanındakı işıq dirəyinin yanına atmış, o da həmin yerdən götürüb üzərində saxlamışdır. Həmin bükümlər açılmış, bükümlərin içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddə, ağ rəngli psıxotrop maddə meatamfetaminə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş, lakin hər hansı bir qanunla qadağan olunmuş əşya aşkar edilməməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroinə bənzər maddə və psixotrop maddə metamfetaminə bənzər maddə zərfə qoyularaq möhürlənmişdir. Bu barədə protokol tərtib olunmuşdur. Həmin zərfin üzərinə və protokola imzalar etmişlər. Məhkəmə kimyəvi ekspertizasından sonra məlum olmuşdur ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olmuşdur. Onlar Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət edərkən Təqsirləndirilən şəxs onlara qarşı hər hansı bir formada müqavimət göstərməmişdir. Şahid Qaradağ RPİ-nin 11-ci PB-nin sabiq sahə inspektoru Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Əkbərov X5 RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkilləri Şahid1 və Şahid2 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 iyun 2022-ci il tarixli 6/3583 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 223” dairəvi möhür əksləri, “Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə...” yazıları, soyadlar və imzalar olan zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,171 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitəheroindir, 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,115 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: metamfetaminin təmiz çəkisi: 0,115 qram, tədqiqata sərf edildi– 0,05 qram, qalıq 0,065 qram. Heroinin təmiz çəkisi: 0,171 qr., tədqiqata sərf edildi-0,05 qr., qalıq- 0,121 qram. Ekspertiza tədqiqatının dəyəri 55 (əlli beş) manat manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 19 iyul 2022-ci il tarixli 3909 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin, Kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 39 saylı “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydasının və şərtlərinin, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi qaydasının təsdiq edilməsi barədə” Qərarı ilə təsdiq edilmiş məcburi müalicə tətbiq edilməyən narkomanlıq xəstəliyinə düçar olmuş şəxslərə məcburi müalicə qaydalarının 3.2-ci bəndinə uyğun olaraq hal-hazırda Təqsirləndirilən şəxs İİ dərəcəli əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edlməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli protokolla Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,171 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin, 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümdə təmiz çəkisi 0,115 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış, tədqiqatdan sonrakı qalıq çəkisi 0,121 qram narkotik vasitə heroin və 0,065 qram psixotrop maddə metamfetamin saxlanması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və baxış keçiriləcəyi və bundan əvvəl üzərində qeyri-qanuni əşya(lar) varsa könüllü təqdim etməsi təklif olunur. Təqsirləndirilən şəxs əynindəki, qara rəngli idman şalvarının sol yan cibindən 02 ədəd siqaretin gümüşü rəngli kağız kəsiyinə bükülmüş bükümləri masanın üzərinə qoyaraq bildirir ki, bükümlərin içərisindəki narkotik maddə olan kakos və psixotrop maddə olan “şüşə”dir, özünündür, öz istifadəsi üçün üzərində gəzdirmişdir. İş materiallarında olan 883 nömrəli xəstəlik haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs hərbi travmalıdır, hərbi xidmət vəzifəsini yerinə yetirərəkən almışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Xidməti 11 saylı Tibbi Sosial Ekspert Komissiyasının məlumatından görünür ki, Təqsirləndirilən şəxshərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar ikinci dərəcə əlildir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və 2ci qrup əlilliyi olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərinə görə 28 iyun 2022-ci il tarixdə, saat 14:25-də şübhəli şəxs kimi tutulmuş, daha sonra 29 iyun 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində dindirilməsi 16:00-da başa çatmış, bundan sonra barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edildiyindən barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Bu hal cəza təyini zamanı 02 (iki) gün kimi nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi Qaradağ RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonrakı qalıq çəkisi 0,121 qram təşkil edən narkotik vasitə heroin və 0,065 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 55 (əlli beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 41 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 246 (iki yüz qırx altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Qaradağ RPİ-nin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş və tədqiqatdan sonrakı qalıq çəkisi 0,121 qram təşkil edən narkotik vasitə heroin və 0,065 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 01 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 55 (əlli beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 246 (iki yüz qırx altı) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar