Məhkəmə qərarları › İş №1(002)-269/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-269/2023

12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-269/2023 12.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Saat 11:00-da X25 İslah oğlunun sədrliyi, Məmmədova Kəminə Elşad qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X6, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1999-cu ildə Cəlilabad rayonu, Kövüzbulaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum edilməmiş, fərdi qaydada baytar işləyən, Cəlilabad rayonu, Kövüzbulaq kəndində qeydiyyatda olan və Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massivdə yerləşən yeni tikilidə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə saat 08.14 radələrində etibarnamə əsasında idarə etdiyi X2 adına olan texniki cəhətdən saz vəziyyətdə olmuş “VAZ 2170” markalı, **-BF- *** dövlət qeydiyyat nişanlı minik avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində şəhər istiqamətində 50 km/saat sürətlə hərəkətdə olarkən “Misli lotoreya” mağazasının qarşısında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən yolun əks istiqamətli nəqliyyat axınlarını ayıran qoşa bütöv üfüqi nişanlanma xəttini kəsib keçərək əks hərəkət zolağına çıxmamalı olduğu halda cinayətkarcasına etinasızlıq edərək Qanunun qeyd olunan tələblərinə əməl etməyib yolun əks istiqamətinə çıxaraq qarşıda həmin yolu sağdan sola doğru keçən piyada X10 avtomobilin alın şüşəsinin sol yuxarı hissəsi ilə vuraraq ehtiyatsızlıqdan F.Zərərçəkmiş şəxs baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, baş beyin toxumasının əzilməsi və ödemi, başın təpə-sol gicgah sümüklərinin və kəllə əsasına keçən sınıqları, başın sol gicgah nahiyəsinin dərialtı hematoması, sol yanaq nahiyəsinin əzilmiş yarası, sol gözaltı nahiyənin qançırı, burunun sol yan səthinin sıyrığı xəsarətlərindən ibarət dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə, Fuad Əsgərovun almış olduğu başın təpə-sol gicgah sümüklərinin və kəllə əsasına keçən sınıqları ilə müşayiət olunan baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma və baş beyin toxumasının əzilməsi xəsarətləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 15 radələrində müalicə olunduğu X15 ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, fərdi qaydada, müstəqil olaraq baytar-həkim vəzifəsində çalışır, əsasən Qaradağ rayonu ərazisində heyvandarlıqla bağlı müraciətlərə baxır. 2020-ci ildə “BC” kateqoriyası ilə sürücülük hüququ əldə etmiş, həmin vaxtdan bu günə kimi fasiləsiz olaraq həmin hüququ əsasında sürücülük vəsiqəsi vardır. Eyni zamanda həmin ildən sərbəst şəkildə mütəmadi olaraq avtomobil idarə edir. Hadisə vaxtı idarə etdiyi VAZ 2170 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 adında olmuş, avtomobilin sahibi Elnarə Bayramova tərəfindən nəqliyyat vasitəsinə sərəncam verilməsi haqqında etibarnamə əmisi Şahid, ona isə avtomobilin sahibi Elnarə Bayramova tərəfindən nəqliyyat vasitəsindən istifadə edilməsi haqqında etibarnamə verilmişdir. O faktiki avtomobili xx.xx.2023-cü il tarixdə Elnarə Bayramovadan almış, lakin hələ öz adına sənədləşdirmə etməmişdir. Etibarnamə əsasında idarə etdiyi avtomobil **-BF- *** dövlət qeydiyyat nişanlı, “VAZ” markalı, 2170 modelli, boz yaşıl metalik rəngli, 2010-cu il buraxılışlıdır. Hadisə baş verən günə qədər, yəni, xx.xx.2023-cü il tarixədək təxminən 3 gün Xocasən qəsəbəsində yerləşən fərdi təsərrüfatı olan şəxsin həyətində xəstə heyvanın müalicəsi üçün səhər saatlarında evdən çıxıb getmişdir. Hadisə baş verən günü, yəni xx.xx.2023-cü il tarixdə saat 07.15 radələrində yaşadığı evdən Binəqədi rayonu, Xocasən qəsəbəsindəki xəstə heyvanın müalicəsi üçün çıxmış, saat 08.20 radələrində Lökbatan qəsəbəsi, 28 May küçəsi ilə üzü şəhər istiqamətində idarə etdiyi avtomobil ilə hərəkətdə olmuş, 28 May küçəsində yerləşən işıqfora biraz qalmış, onun hərəkətdə olduğu yolda avtomobillər saxlayıb süni tıxac yaratmışlar. O, dayandığı yerdən yol ayrıcı olan qoşa xəttin üstündən keçib əks istiqamətə çıxmış, avtomobili hərəkət etdirib sağ tərəfində olan bir avtomobili keçmiş, ikinci avtomobili keçən zaman həmin avtomobilin qarşısından bir nəfər çıxıb yolu onun hərəkətdə olduğu istiqamətdə, sağdan sola doğru keçməyə aşlamışdır. O qarşısında piyadanı görüb dərhal əyləcə basmış, avtomobili tam saxlaya bilməmiş, yolu keçən piyada idarə etdiyi avtomobilin qabaq sol künc hissəsinə dəymişdir. O hadisədən qorxmuş, avtomobili saxlayıb yerə düşmüş, piyada yerdə uzanmışdır. Avtomobili yolun kənarına çəkib saxlamış, ətrafda toplaşanlardan kimsə X20 103 qaynar xəttinə zəng vurmuşdur. O TTY- ın gec gəldiyini görüb orada olanlardan birinə xahiş etmişdir ki, gedib TTY briqadası gətirsin. Tanımadığı, kimliyini xatırlamadığı hadisə yerində olanlardan bir nəfər gedib TTY birqadasını gətirmiş, piyadanı avtomobilə qoyub X18 aparmışlar, o özü də TTY avtomobilində xəstəxanaya getmişdir. Orada piyadanın müalicəsi üçün əlindən gələni etmişdir. Piyadanın hadisədən sonra X13 olmasını öyrənmişdir. Hadisədən iki gün sonra, yəni, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində Fuad Əsgərov müalicə aldığı KTM-də vəfat etmişdir. Əməlindən peşmandır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 126.6-cı maddəsinə əsasən, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Əsgərov Fuad onun böyük oğludur. X29 ARB Tv-də sürücü vəzifəsində çalışmışdır. Həftə içi 5 gün, saat 09:00-da işdə olmuşdur. X26 məxsus Opel Miriva markalı, **-KY-*** dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. 10 aprel 2023-cü il tarixdə saat 08 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən apteklərin birinə gedib uşaq bezi alıb aptekdən çıxıb yolu üzü Lökbatan qəsəbəsinin mərkəz istiqamətinə tərəf keçib öz avtomobilinə əyləşmək istəyən zaman əks yola çıxmış VAZ 2170 markalı avtomobil oğlunu vurub xəsarət yetirmişdir. Hadisə barəsində ona həmin günü saat 09 radələrində həyat yoldaşı Kəklik Əskərova zəng edib məlumat verib Fuadın X18 aparıldığını demişdir. O işdən dərhal çıxıb xəstəxanaya getmişdir. X29 iki gün xəstəxanada qalmış, xx.xx.2023-cü il tarixdə saat 14 radələrində xəstəxanada vəfat etmişdir. Təqsirləndirilən şəxs gənc olmasına görə onu bağışlayır, ona qarşı heç bir iddia və tələbi yoxdur. Bundan əlavə bildirmişdir ki, Təqsirləndirilən şəxs ailəsi onlara dəfn zamanı maddi və mənəvi dəstək göstərmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı oğludur. 07 aprel 2023-cü il tarixdə Şabran rayonunda X1 ilə alqı-satqı edərək “VAZ 2170’' markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, lakin avtomobil üzərində sərəncam verilməsi haqqında etibarnamə avtomobil sahibi Elnarə Bayramova tərəfindən ona verilmişdir. Qardaşı oğlu Zərbi demişdir ki, “avtomobili öz adıma qeydiyyat edəcəm, dövlət qeydiyyat nişanını da dəyişəcəm deyə sənin adına baş etibarnamə verilsin”. O da Zərbi ilə razılaşmışdır. Onun adına baş etibarnamə verilsə də, avtomobil qardaşı oğlu Təqsirləndirilən şəxs məxsusdur. Avtomobil üzərində onun heç bir hüququ yoxdur. Yəni baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilin zədələnməsi ilə əlaqədar ona heç bir maddi ziyan dəyməmişdir. Məhəmədə dövlət ittihamçısının vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, o mərhum Fuad Əsgərovun arvadıdır. Onların rəsmi nigahdan iki övladları var. Hadisədən sonra ibtidai istintaq zamanı cinayət işini aparan müstəntiq hüquqi varis kimi onu deyil, Fuadın atasını tanımışdır. Məhkəmədən onun mərhum əri Fuad Əsgərovun hüquqi varisi kimi tanınmasını xahiş edir. Verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs ailəsi tərəfindən ona 13000 manat maddi yardım edilmişdir. Cinayət işinin materiallarından görünür ki, sonradan mərhum Fuad Əsgərovun arvadı X5 hüquqi varis kimi tanınmağından imtina etməsi barədə ərizə ilə müraciət etmiş, eyni zamanda Təqsirləndirilən şəxs qarşı heç bir iddia və tələbinin olmaması barədə notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə ünvanlamışdır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul edir. Belə ki, cinayət işinə əlavə olunmuş məhkəmə-tibbi ekspertizasının 08 may 2023-cü il tarixli 31 nömrəli rəyindən görünür ki, X3 meyitinin məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş xəsarətlər - baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, baş beyin toxumasının əzilməsi və ödemi, başın təpə-sol gicgah sümüklərinin və kəllə əsasına keçən sınıqları, başın sol gicgah nahiyəsinin dərialtı hematoması, sol yanaq nahiyəsinin əzilmiş yarası, sol gözaltı nahiyənin qançırı, burunun sol yan səthinin sıyrığı həyati olub qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, ölümlə birbaşa səbəbli əlaqəlidirlər və canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum F.Zərərçəkmiş şəxs ölümünə səbəb başın təpə-sol gicgah sümüklərinin və kəllə əsasına keçən sınıqları ilə müşayiət olunan baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma və baş beyin toxumasının əzilməsi olmuşdur. Mərhum F.Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan 3-6 saat əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə saat 15:28-də X15 baş vermişdir. Mərhum F.Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (1361 /KL saylı, xx.xx.2023-cü il tarixli AKT) Cinayət işinə əlavə olunmuş məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizasının 03 iyul 2023-cü il tarixli 8/1735 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən VAZ 2170 markalı, 17BF388 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “ Respublika Narkoloji Mərkəsi” X24 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli 2/10781 nömrəli protokoldan görünür ki, müayinə zamanı sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu və narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddəərin istehlakı nəticəsində yaranmış sərxoşluq vəziyyəti aşkar olunmamışdır. Cinayət işində olan “DVD diskə baxış keçirilməsi haqqında“ 24 aprel 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X14 tərəfindən diskə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 08:14-dan 08:20-dək olan müddətdə metalik rəngli avtomobil hərəkətdə olduğu yolun əks istiqamətinə çıxaraq yolu keçmək istəyən piyadanı vuraraq bir qədər yolun əks istiqamətdə yolun sol tərəfinə doğru atmış, sürücü avtomobili saxlayaraq yerə düşmüşdür. Hadisə yerinə çoxlu sayda insanlar toplaşmış, TTYŞ avtomobili də gəlmişdir. İş materiallarında olan BDYPİ Qİİ-dən alınmış xx.xx.2023-ci il tarixli 3-13-16/2- 87726/2023 nömrəli məktubdan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs DİN BDYPİ Qeydiyyat İmtahan İdarəsinin informasiya uçot bazasına görə xx.xx.2020-ci il tarixdə (xx.xx.2030-cu il tarixədək müddətə etibarlı olan olan) «BC» kateqoriyalı BD seriyalı 002156 nömrəli sürücülük vəsiqəsi verilmişdir. Bununla yanaşı müvafiq sistemdə onun nəqliyyat vasitələrini idarəetmə hüququndan mərhum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumatlar mövcud deyildir. Cinayət işinə əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən toplanmış sübutların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr yoxdur və həmin sübutlar əsasında cinayət hadisəsinin həqiqətən baş verməsi, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin bütün əlamətlərinin olması və həmin cinayət əməlinin təqsirləndirilən şəxs tərəfindən ehtiyatsızlıqdan törədilməsi tam təsdiq olunur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən bütün halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan və yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-nin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə, onları CPM-nin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, həqiqətən də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Odur ki, məhkəmə qeyd edilən maddi hüquq normalarını və cinayət işinin bütün hallarını məcmu halda nəzərə alaraq, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə tövsif edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün qanunla müəyyən edilmiş əsaslar yoxdur. Bu səbəbdən də Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməklə həmin maddə üzrə ədalətli şəkildə cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi X11 ilə barışmışdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını və zərərçəkmiş şəxsin hüquqi varisi X11 ilə barışığın əldə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmədə Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə uyğun olaraq, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 4 saylı Qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə hökmü Haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-cı il tarixli 15 saylı qərarının, 45-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıqaşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Qeyd edilən Məcəllənin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini təhlil edərək belə nəticəyə gəlir ki, o, təqsirli bilindiyi cinayət əməlini qəsdən deyil, ehtiyatsızlıqdan törətmişdir. Yəni, onun təqsirli bilindiyi cinayət əməlini törətmək kimi məqsədi və niyyəti olmamışdır. Cinayət hüququ nəzəriyyəsinə görə - ehtiyatsızlıqdan törədilən cinayətlər xarakterinə, mahiyyətinə və nəticələrinə görə qəsdən törədilən cinayətlərdən kəskin şəkildə fərqlənirlər. Qəsdən törədilən cinayətlər əvvəlcədən planlaşdırılır, hazırlıq tədbirləri həyata keçirilir, təqsirkar cinayət nəticəsində baş verə biləcək bütün nəticələri əvvəlcədən görür və arzu edir. Ehtiyatsızlıqdan törədilən cinayətlər isə təqsirkarın bu və ya digər şəkildə yol verdiyi səhlənkarlığı, diqqətsizliyi, səriştəsizliyi və sair səbəblərin ucbatından baş verir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə cəza təyini zamanı cinayət hüququ nəzəriyyəsində öz əksini tapmış cəzanın fərdiləşdirilməsi prinsipinə və Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ədalət prinsipinə ciddi şəkildə əməl olunmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 iyul 2023cü il tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimakn tədbiri seçilmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisələrində müəyyən edilir. Buna görə də məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinin tələbi nəzərə alınmaqla, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli və cəzanın çəkilməsi məntəqə tipli cəzaçəkmə müəssisəsində müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məqsədəmüvafiq hesab edir. Ona təyin olunacaq nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum etmə cəzasının icrası əsas cəzanı çəkib qurtardıqdan sonra başlamalıdır. Məhkəmə hökmün nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etməyə dair hissəsinin icrasının Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 154.1 və 154.3cü maddələrinin tələblərinə müvafiq olaraq həyata keçirilməsini əsaslı hesab edir. Belə ki, Cəzaların İcrası Məcəlləsinin 154.3-cü maddəsinə əsasən nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə cəza müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzalara əlavə olaraq təyin edildikdə, cəzanı icra edən müəssisə və ya orqan əsas cəza müddəti qurtardıqdan sonra hökmün surətini və nəqliyyat vasitələrini idarə etmək hüququ verən sənədi məhkumun yaşadığı yerin icra məmuruna göndərməlidir. İcra məmuru isə həmin Məcəllənin 154.1-ci maddəsində göstərilən qaydalara əməl etməlidir. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 12 (on iki) iş saatı həcmində hüquqi yardımla bağlı, dövlət büdcəsi hesabından Müdafiəçi 72 (yetmiş iki) manat pul onun vəkil işlədiyi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən dövlət nəfinə xüsusi müsadirə olunmalı əmlak müəyyən edilmədiyindən təqsirləndirilən şəxsə xüsusi müsadirə tətbiq edilməməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344, 346, 347, 349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 ( üç ) il 06 ( altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 72 (yetmiş iki) manat pul onun vəkil işlədiyi 10 saylı Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. X28

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar