Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-269/2025 26.01.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X3, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 və onun müdafiəçisi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 iştirakları ilə. X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair "xxxx" MMC-nin direktoru Alim Bayramov tərəfindən verilmiş xüsusi ittiham qaydasında şikayətə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" MMC xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək, X1 Azərbaycan Respublikasmın Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə cinayət məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, X4 xx.xx.2025-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsində hakim Kamran Əsədovun sədrliyi ilə keçirilmiş açıq məhkəmə iclası başa çatdıqdan sonra "xxxx" MMC barəsində yalan olduğunu bilə-bilə Şirkətin şərəf və ləyaqətini ləkələyən, nüfuzunu alçaldan ifadələri kütləvi şəkildə səsləndirmişdir.Xüsusi ittiham qaydasında şikayət verən şəxs "xxxx"MMC hüquqi şəxsdir (VÖEN **********).Barəsində şikayət verilən şəxs X4 xx.xx.1986-cı il tarixində dünyaya gəlmiş, ünvan 1 ünvanında qeydiyyatdadır. G.Müqbilova hal-hazırda "xxxx" MMC-də kadrlar şöbəsinin müdiri vəzifəsində çalışır.Qeyd etmək istəyirik ki, barəsində şikayət verilən şəxs xx.xx.2025-ci il tarixdə "xxxx" MMC-nin Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin böyük icra məmuru X6 hərəkətindən şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında Kamran Əsədovun sədrliyi ilə keçirilən məhkəmə iclası bitdikdən sonra, yəni yekun məhkəmə qərarı elan olunduqdan dərhal sonra X4 aşağıdakı ifadələri səsləndirmişdir:"xxxx" MMC bu işlə bağlı sizə nə qədər rüşvət verib? Siz onlardan nə qədər pul almışdır? Sizin atanız yaxşı kişi olub? Heyif ki, siz o kişinin övladısınız.”Hesab edirlər ki, X1 məhkəmə iclası başa çatdıqdan sonra kütləvi şəkildə səsləndirdiyi bu ifadələr açıq-aşkar yalan məlumatlar olmaqla böhtan xarakteri daşıyır və heç bir həqiqətə əsaslanmır. Onun şirkət barəsində irəli sürdüyü ittiham xarakterli ifadələr "xxxx" MMC-nin şərəf və ləyaqətini ləkələmiş, hüquqi şəxs kimi cəmiyyətdə formalaşmış nüfuzuna xələl gətirmiş, həmçinin əmək kollektivi və ictimai mühitdə hörmət və etibarını sarsıtmışdır. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Azərbaycan Respublikası Cinayət Məhkəməsinin 147.2-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma— iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən ifadələrin səsləndirildiyi xx.xx.2025-ci il tarixli hadisə ilə bağlı video görüntülərin əldə edilməsi mümkün olmasa da, bu hal cinayət tərkibinin mövcudluğunu istisna etmir.Qeyd edilənlərə əsasən X1 Azərbaycan Respublikası CM-in 147.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməyə görə cinayət məsuliyyətinə cəlb edilməsi və onun, üç il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən xüsusi ittiham qaydasında şikayət vermiş şəxs "xxxx" MMC-nin nümayəndəsi X7 şikayət ərizəsinin mahiyyətinə uyğun çıxış edərək, X1 cinayət məsuliyyətinə cəlb edilərək barəsində ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X4 xüsusi ittiham qaydasında şikayəti qəbul etməyərək bildirmişdir ki, şikayətdə qeyd edilənlər yalandır.Kamran Əsədovun sədirliyi keçən məhkəmə iclasında "xxxx" MMC-nin işguzar nüfuzuna xələl gətirəcək hər-hansı ifadələr işlətməmişdir.X10 qərarından narazı qaldığı üçün ona iradını bildirmişdir. Qeyd edilənlərə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxsin müdafiəçisi Müdafiəçi kifayət qədər sübut olmadığından xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməsinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış materiallara hüquqi qiymət verərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul olunmasından imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Məhkəmə qeyd edir ki, xüsusi ittiham qaydasında verilmiş şikayət o zaman əsaslı hesab edilə bilər ki, şikayətdə istinad olunan əməlin həqiqətən törədildiyi, həmin əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirdiyi, eləcə də qeyd olunan əməlin barəsində şikayət verilən şəxs tərəfindən törədildiyi müvafiq mötəbər sübutlarla əsaslandırılsın. Odur ki, şikayətdə göstərilənlər müvafiq sübutlarla təsdiqlənmirsə, belə şikayət əsassız hesab edilməlidir. Bu mənada, "xxxx" MMC şikayət ərizəsində X1 onu küçədə insanların qarşısında təhqir etməsini və buna görə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını göstərsə də, həmin əməlin cinayət tərkibinin əlamətlərini özündə əks etdirməsini sübuta yetirə bilməmişdir. Xüsusi ittihamçı ərizəsində göstərdiyi xüsusatları heç bir mötəbər sübut və dəlillərlə əsaslandırmamışdır. Belə ki, iş materiallarına əlavə edilmiş 8(002)-481/2025 saylı təqdimat üzrə keçirilmiş məhkəmə iclasının audio-video yazısına məhkəmə iclasında keçirilmiş baxış zamanı audio-video yazıda X4 tərəfindən "xxxx" MMC-yə qarşı işgüzar nüfuza xələl gətirəcək ifadələrin işlənməsi faktı müəyyən edilməmişdir. Göründüyü kimi şikayət ərizəsində X2 istinad edilən əməllərdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsinin tərkib əlamətləri müəyyən edilməmişdir. Belə ki, "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli Qərarının 5-ci bəndində göstərilir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqlə, kinoxronikai proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 147.2-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bile-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məiumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi hatda internet informasiya ehtiyatında yayılmış oisun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşüiür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşüiür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Həmin qərarın 5-ci bəndinə əsasən böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 147.2-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətim nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi İnformasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Məhkəmə tərəflərin fikrini dinləyib, iş materillarını araşdıraraq hesab edir ki, bərəsində xüsusi ittiham qaydasında şikayət erilmiş əməldə cinayət əlamətləri olmadığından və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədiyindən məhkəmə baxışının keçirilməsindən imtina edilməli və xüsusi ittiham qaydasında şikayətin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cınayət-Prosessual Məcəlləsinin 302.1.6-cı maddəsinə əsasən cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda, 302.1.7-ci maddəsinə əsasən isə şikayət əsassiz olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir: Həmin Məcəllənin 302.2.3-cü maddəsinə əsasən bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X1 məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarının dərc edildiyi xx.xx.2025-ci il tarixədək isə vəkilin sərf etdiyi hər saat üçün 11 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, X2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkii Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 302.1.3, 302.1.6 və 302.2.3-cü maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2-ci maddəsi cinayət məsuliyyətinə cəlb olunmasına dair xüsusi ittiham qaydasında şikayətinin icraata qəbul edilməsindən imtina edilsin. X2 göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkii Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi 15 saata görə 165 (bir yüz altmış beş) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün.Qərardan 20 gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apeüyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Teymur Qurbanov
Məhkəmə qərarları › İş №1(002)-269/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-269/2025
26.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver