Məhkəmə qərarları › İş №1(002)-27/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-27/2023

07.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-27/2023 07.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 oğunun Müdafiəçilər Müdafiəçi, X4 və X5 iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonu Arısu kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə xx.xx.1994-cü ildə Bakı şəhərində doğulmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına məhkəmənin binasında acıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ : Təqsirləndirilən şəxs2 12 iyun 2022-ci il tarixdə saat 13:42-də Bakı-Qazax- Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçən 57,9-cu kilometrliyində «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yolda «Ford Transit»» markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobili 100 km/saat sürətlə idarə edib Bakı istiqamətində üçzolaqlı yolun soldan birinci zolağı ilə 85-90 km/saat sürətlə hərəkətdə olarkən həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riyaət etməyərək yəni, sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək irəlidə eyni istiqamətdə yolun orta zolağı ilə hərəkətdə olub sola istiqamətlənən Təqsirləndirilən şəxs1 85-90 km/saat sürətlə idarə etdiyi «Hyundai Elantra» markalı ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi onun avtomobilinin qabaq sağ hissəsi ilə toqquşmuş, zərbədən «Hyundai Elantra» markalı avtomobil yolun sol kənarındakı metal konstruksiyalı çəpərə çırpılmış, nəticədə ehtiyatsızlıqdan «Hyundai Elantra» markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs tarvmatik şok, xarici qanaxma, sol bazu oynağından travmatik amputasiyası, döş qəfəsinin soldan İİİ-İV-V-Vİ-Vİİ qabırğaların yerinidəyişmiş sınıqları, sol bud sümüyünün orta 1/3-nin açıq, yerinidəyişmiş sınığı, sol süd vəzinin və qarının ön səthinin qançırları kimi ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarətlərindən xx.xx.2022-ci il tarixdə, saat 17:15də X12 ölməsinə, «Hyundai Elantra» markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 sağ bazu sümüyünün aşağı 1/3-nin qapalı, yerinidəyişmiş, qəlpəli sınığı (cərrahi əməliyyatla bərpası), sağ bud və sağ diz oynağı nahiyələrinin əzilmiş-cırılmış yaraları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs1 12 iyun 2022-ci il tarixdə saat 13:42-də Bakı-Qazax- Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçən 57,9-cu kilometrliyində idarə etdiyi «Hyundai Elantra» markalı ** TY *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı istiqamətində üçzolaqlı yolun orta zolağı ilə 85-90 km/saat sürətlə hərəkətdə olarkən «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riyaət etməyərək yəni, yerdəyişmə zamanı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bu tələblərə əməl etməyərək qarşısında sağdan birinci zolaqda eyni istiqamətdə hərəkətdə olan nəqliyyat vasitəsinin sola istiqamətlənməsini görüb avtomobilin sürətini azaltmalı, sola doğru təhlükəsizliyi təmin etməyən manevr aparmamalı və hərəkət üçün təhlükəli şərait yaratmamalı olduğu halda avtomobili sola istiqamətləndirərək soldan 1-ci hərəkət zolağına çıxarmış, bu zaman arxadan eyni istiqamətdə yolun soldan birinci zolağı ilə hərəkətdə olan Təqsirləndirilən şəxs2 Jamal oğlunun 100 km/saat sürətlə idarə etdiyi ««Ford Transit»» markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ hissəsi ilə «Hyundai Elantra» markalı avtomobilin arxa sol hissəsi toqquşmuş, zərbədən «Hyundai Elantra» markalı avtomobil yolun sol kənarındakı metal konstruksiyalı çəpərə çırpılmış, nəticədə ehtiyatsızlıqdan «Hyundai Elantra» markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs tarvmatik şok, xarici qanaxma, sol bazu oynağından travmatik amputasiyası, döş qəfəsinin soldan İİİ-İV-V-Vİ-Vİİ qabırğaların yerinidəyişmiş sınıqları, sol bud sümüyünün orta 1/3-nin açıq, yerinidəyişmiş sınığı, sol süd vəzinin və qarının ön səthinin qançırları kimi ümumilikdə insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarətlərindən xx.xx.2022-ci il tarixdə, saat 17:15-də X12 ölməsinə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, etibarnamə əsasında X7 məxsus olan «Ford Transit» markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Gədəbəy rayonundan Bakı şəhərinə sərnişin aparıb gətirməklə çörəkpulu qazanır.Həmin avtomobili kreditlə almışdır və buna görə hər ay 500 manat pul ödəyir. 12 mart 2022-ci il tarixdə yəni, yol-nəqliyyat hadisəsi baş verən gün səhər saatlarında Bakı şəhərinə gəlmək üçün Gədəbəy rayonundan yola çıxmışdır. Həmin avtomobillə Bakı-Qazax-Gürcüstan avtomobil yoluna daxil olmuş və Bakı şəhəri istiqamətində hərəkətə başlamışdır.Avtomobili yolun sağdan birinci hərəkət zolağı ilə təxminən 100-110 km/saat surətlə idarə etmiş, avtomobil texniki cəhətdən saz və yük yeri boşolmuş və avtomobildə 6 nəfər sərnişin olmuşdur. Bakı-Qazax yolu ilə xeyli gəldikdən sonra Kürdəmir rayonu ərazisində dayanıb dincəldikdən sonra yenidən yoluma davam etmişdir. Bakı-Qazax yolu ilə xeyli gəlib Qaradağ rayonu Ələt qəsəbəsini keçmiş və Qobustan qəsəbəsi ərazisinə daxil olmuşdur. Avtomobili yolun soldan birinci hərəkət zolağı ilə 100 km/saat surətlə idarə edirmiş. Hərəkətdə olduğu zaman ondan xeyli qarşıda yolun orta hərəkət zolağı ilə «Hyundai Elantra» markalı avtomobil, ondan qarşıda yolun sağdan birinci hərəkət zolağında yük avtomobili yəni, Tır hərəkət edirmiş. Bir qədər gedəndən sonra yolun sağdan birinci hərəkət zolağında hərəkətdə olan yük avtomobilinin sola istiqamətlənərək yolun orta hərəkət zolağına keçməyə başladığını görmüş və bu zaman orta hərəkət zolağında hərəkətdə olan Hyundai markalı minik avtomobili onu görüb sola istiqamətlənərək onun hərəkətdə olduğu sol zolağa doğru anidən keçməyə istiqamətlənmişdir.O, həmin Hyundai markalı avtomobili ötmədə olduğu üçün hadisədən yayına bilməmiş və avtomobilinin qabaq sağ hissəsi ilə həmin «Hyundai Elantra» markalı avtomobilin sol yan hissəsi toqquşmuşdur. Toqquşmadan sonra onun avtomobili idarəetmədən çıxaraq sola istiqamətlənib yolun sol hissəsindəki dəmir çəpərlərə dəyərək aşmışdırı. Avtomobil aşıb dayandıqdan sonra o, dərhal avtomobildən çıxmış və sərnişinlərə də köməklik edib avtomobildən çıxartmış, digər avtomobilə doğru qaçıb onlara yardım etmişdir. Hadisə zamanı o və avtomobilində olan sərnişinlər heç bir bədən xəsarəti almamışlar. Onun avtomobilində olan sərnişinlər başqa avtomobilə oturub getmiş, o isə hadisə yerində qalmışdır. Hadisədən əvvəl spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir.Onun bvu hadisədə heç bir günahı yoxdur. «Hyundai Elantra» markalı avtomobil anidən onun qarşısına keçdiyi üçün yol nəqliyyat hadisəsi baş vermişdir və günahkar «Hyundai Elantra» markalı avtomobilin sürücüsüdür.Qeyd edilənlərə əsasən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, “Hyundai Elantra” markalı **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. xx.xx.2022-ci il tarixdə Lənkəran rayonuna getmiş, səhəri günü, yəni xx.xx.2022-ci il tarixdə yenidən yaşadığı Bakı şəhərinə qayıtmaq üçün yola çıxmış, idarə etdiyi “Hyundai Elantra” markalı avtomobili ilə Ələt-Astara yoluna çıxıb xeyli getmiş və Bakı-Qazax yoluna daxil olmuşdur. O, idarə etdiyi “Hyundai Elantra” markalı avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə yük olmamış, avtomobildə 2 nəfər sərnişin olmuşdur. Belə ki, avtomobildə qabaq sağ oturacaqda anası Zərərçəkmiş şəxs oturmuş, arxa oturacaqda isə bacısı Təbrizə xəstə olduğu üçün uzanmışdır. Bundan sonra bir az hərəkət edib Qobustan qəsəbəsinə çatmışdır. O, avtomobili yolun orta, yəni soldan 2-ci hərəkət zolağı ilə təxminən 85-90 km/saat sürətlə idarə edib hərəkətdə olduğu zaman ondan qarşıda yolun sağ hərəkət zolağında Tır markalı yük avtomobili hərəkət edirmiş.Həmin Tır markalı avtomobilə çatmağa təxminən 30 metr qalmış, Tır avtomobili sola yəni onun hərəkət etdiyi zolağa istiqamətlənmiş, o həmin Tır markalı yük avtomobili görən kimi dönmə işığını yandıraraq sola, yəni soldan birinci hərəkət zolağına istiqamətlənmişdir. O, idarə etdiyi avtomobillə sola istiqamətlənən zaman sol və əsas güzgüyə baxmış, arxadan gələn furqonlu avtomobilin xeyli uzaqda olduğunu görüb sol zolağa keçmişdir. O, sol zolağa keçib tam zolağa düzəlməmiş arxadan gələn Ford markalı avtomobil onun avtomobilini arxa sol hissədən vurmuşdur. Toqquşmadan sonra onu avtomobili idarəetmədən çıxaraq yolun sol hissəsindəki dəmir çəpərlərə çırpılıb xeyli gedərək dayanmışdır. O, bir anlıq özündən getmiş və xəsarət aldığından avtomobilin içərisində qalmışdır. Daha sonra anası İqliməyə tərəf baxarkən anasının ağır xəsarət aldığını görmüşdir.Bundan sonra hadisə yerinə gələn təcili tibbi yardım maşını gəmiş, onu və anası İqliməni xəstəxanaya aparmışlar. Hadisə zamanı o, sağ ayağından və sağ qolundan xəsarət almışdır.Baş vermiş cinayət hadisəsi ilə bağlı onun heç bir günahı yoxdur.Hadisə«Ford Transit» markalı avtomobilin sürücüsünün hərəkətləri nəticəsində baş vermişdir. Qeyd edilənlərə əsasən barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 göstərmişdir ki, 11 iyun 2022-ci il tarixdə Lənkəran rayonuna getmişlər. Səhəri günü, yəni xx.xx.2022-ci il tarixdə yenidən yaşadığı Bakı şəhərinə qayıtmaq üçün yola çıxmışlar. Lənkəran rayonundan çıxandan yol boyu xəstə olduğu üçün yatmış, qardaşı Ceyhunun idarə etdiyi avtomobilin arxa oturacağında yatdığı yerdə zərbədən yerə yıxılmış, sərnişini olduğu avtomobil vurulandan sonra ayılmış, özünə gələndən sonra qapıları açıb çölə çıxmışdır. Oraya toplaşan şəxslər köməyə gəlmiş, o, anası və qardaşının xəsarət aldığını görmüş, o, dərhal qardaşının dostuna, təcili tibbi yardıma və xalasına zəng etmişdir.Hadisə nəticəsində anası vəfat etmişdir.O, bu hadisədə qardaşı Təqsirləndirilən şəxs1 günahkar hesab etmir.Ona görə də qardaşı Təqsirləndirilən şəxs1 qarşı şikayət və tələbi yoxdur.Lakin Təqsirləndirilən şəxs2 şikayətçidir və ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərmişdir ki, 3 iyun 2022-ci il tarixdə Gədəbəy rayonuna toya getmişdir. Orada xeyli qaldıqdan sonra 12 iyun 2022-ci il tarixdə yenidən yaşadığı Sumqayıt şəhərinə qayıtmaq üçün tanışları ona telefon nömrəsi vermiş və o, həmin sürücüylə danışıb orada görüşüb yola çıxmışlar. O, adını sonradan bildiyi Eminin idarə etdiyi ««Ford Transit»» markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə gəlmək üçün Gədəbəy rayonundan yola çıxmışdır. Həmin avtomobillə Bakı- Qazax-Gürcüstan avtomobil yoluna daxil olub Bakı şəhəri istiqamətində hərəkətə başlamışlar və həmin vaxt o, qabaq sağ oturajaqda oturmuşdur. Bakı-Qazax yolu ilə xeyli gəldikdən sonra Kürdəmir rayonu ərazisində dayanıb dinjəldikdən sonra yenidən yolua davam edib xeyli gəlib Qaradağ rayonu Ələt qəsəbəsin keçmişlər və Qobustan qəsəbəsi ərazisinə daxil olmuşlar. Sürücü Emin avtomobili yolun soldan birinci hərəkət zolağı ilə saatda təxminən 95-100 km/saat surətlə idarə etmişdir. Hərəkətdə olduqları zaman onlardan qarşıda yolun orta hərəkət zolağı ilə «Hyundai Elantra» markalı avtomobil hərəkət etmişdir. Həmin avtomobil hərəkətdə olan zaman sola doğru manevr etməyə çalışmışdır. Onun gözü həmin Hyundayda qalmışdır ki, görsün sürücüsü nə edəjək. Onlar soldan birinci hərəkət zolağında ötmədə olduqları üçün gəlib həmin Hyundai markalı avtomobilə çatmışlar. Sürücü Emin onun orta zolaqdan sola doğru manevr etmək istədiyini gördüyü üçün ona çatmamış 1,2 dəfə səs siqnalından istifadə edib ona işarə vermişdir. Emin hərəkət edib ona çatanda orta hərəkət zolağında hərəkətdə olan Hyundai markalı minik avtomobili sola istiqamətlənərək onların hərəkətdə olduqları sol zolağa doğru keçməyə başlamışdır. Bu zaman Emin tormoz verib hadisədən yayınmaq istəsədə bunun heç bir xeyri olmamış və sərnişini olduğu avtomobilin qabaq sağ hissəsi ilə həmin «Hyundai Elantra» markalı avtomobilin arxa sol hissəsi toqquşmuşdur. Toqquşmadan sonra əyləşdiyi avtomobil idarəetmədən çıxaraq sola istiqamətlənib yolun sol hissəsindəki dəmir çəpərlərə dəyərək aşmışdır. Avtomobil aşıb dayandıqdan sonra o, dərhal avtomobildən çölə çıxmışdır, Hadisə zamanı o, heç bir bədən xəsarəti almamış və başqa avtomobillə evə getmişdir. Məhkəmə iclasında Şahid3 Orac oğlu ifadəsində göstərmişdir ki, 12 iyun 2022-ci il tarixdə fəhlə işlədiyi Qobustan qəsəbəsində çayxanada oturub çay içərkən Bakı-Qazax yolunda hərəkətdə olan Tırın qəflətən sağ zolaqdan sol zolağa keçdiyini, bu zaman həmin zolaqda hərəkətdə olan «Hyundai Elantra» markalı minik avtomobilinin sürücüsünün onu görüb sola keçmək istədiyini, sol zolağa keçəndə həmin zolaqda onun arxasınca hərəkətdə olan Ford markalı avtomobilin qarşısına çıxdığını, bu zaman Ford markalı avtomobilin saxlaya bilməyib həmin Hyundai markalı avtomobilin sol hissəsindən vuraraq dəmir çəpərlərə dəyib aşdığını görmüş, o, dərhal qaçıb oradakı adamlara köməklik etmişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında elan edilmiş göstərmişdir ki, onun «BC» kateqoriyalı, AC seriyalı, 531009 nömrəli sürücülük vəsiqəsi var və həmin vəsiqə ilə etibarnamə olmadan tanışı X3 məxsus olan ««Hyundai Elantra»» markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. 12 mart 2022-ci il tarixdə yaşadığı Salyan rayonundan Bakı şəhərinə gələrkən Ələt-Astara yolu ilə xeyli gəlib Bakı- Qazax-Gürcüstan avtomobil yoluna daxil olmuş və Bakı şəhəri istiqamətində hərəkətinə davam etmiş, avtomobili yolun orta yəni, sağdan ikinci hərəkət zolağı ilə saatda təxminən 90-100 km/saat surətlə idarə edən zaman avtomobil texniki cəhətdən saz olub, yük yeri boş olub, avtomobildə 3 nəfər sərnişin olmuşdur. Bakı-Qazax yolu ilə xeyli gedib Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisinə daxil olmuşdur. Avtomobili yolun orta hərəkət zolağı ilə 90 km/saat surətlə idarə etmiş, hərəkətdə olduğu zaman avtomobilində nasazlıq yaranmış və bu zaman o, sağa dönmə işığın yandırıb sağ hərəkət zolağına doğru istiqamətlənmişdir. Avtomobili sağ hərəkət zolağına keçirib 55-60 km/saat surətlə idarə edən zaman arxadan səs eşidib arxaya baxanda görmüşdür ki, sol yanından Tır markalı yük avtomobili keçmişdir. Həmin yük avtomobili keçəndən sonra görmüşdür ki, arxada başqa avtomobillər toqquşaraq yol-nəqliyyat hadisəsi keçiriblər. Bundan sonra o, yoluna davam edib yaşadığı Salyan rayonuna getmişdir. Hadisə zamanı onun idarə etdiyi ««Hyundai Elantra»» markalı avtomobil başqa avtomobillə toqquşmayıb, həmin yolnəqliyyat hadisəsinin iştirakçısı olmayıb. O, ifadəsinə əlavə olaraq göstərmişdir ki, ««Hyundai Elantra»» markalı, **-GC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri istiqamətində hərəkət olan zaman ilk öncə orta zolaqdan soldan birinci hərəkət zolağına çıxmış, daha sonra avtomobildə nasazlıq yarandığı üçün oradan sağa istiqamətlənərək sağdan birinci hərəkət zolağına doğru manevr edib saatda təxminən 55-60 km/saat surətlə hərəkətinə davam etmiş, o, orada dayanmamış, hadisədən əvvəl spirtli içki və ya narkotik vasitə qəbul etməmişdir. İş materiallarında olan DİN BDYPİ-dən alınmış xx.xx.2022-ci il tarixli 016-76541-1222 nömrəli məktubdan görünür ki, xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs1 DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin kompüter uçot bazasına görə, sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2021-ci il tarixdə xx.xx.2031-ci il tarixədək müddətə etibarlı olan BA seriyalı 011002 nömrəli «B» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. İş materiallarında olan DİN BDYPİ-dən alınmış xx.xx.2022-ci il tarixli 016-76539-1222 nömrəli məktubdan görünür ki, xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin koppüter uçot bazasına görə, sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2020-ci il tarixdə xx.xx.2030-cu il tarixədək müddətə etibarlı olan AF seriyalı 708562 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. İş materiallarında olan məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 49 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs meyitinin məhkəmə-tibbi ekspertizasında aşkar olunmuş xəsarətlər – tarvmatik şok, xarici qanaxma, sol bazu oynağından travmatik amputasiyası, döş qəfəsinin soldan İİİ-İV-V-Vİ-Vİİ qabırğaların yerinidəyişmiş sınıqları, sol bud sümüyünün orta 1/3-nin açıq, yerinidəyişmiş sınığı, sol süd vəzinin və qarının ön səthinin qançırları həyati olub, ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər xx.xx.2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı sərnişini olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində əmələ gələ bilərdilərvə bu da canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Ölümünə səbəb sol bazu oynağının travmatik amputasiyası və döş qəfəsinin soldan çoxsaylı qabırğaların sınıqları nəticəsində xarici qanaxma fonunda inkişaf edən travmatik və hemorragik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Zərərçəkmiş şəxs ölümü xx.xx.2022-ci il tarixdə, saat 17:15-də X12 baş vermişdir. Mərhum Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. İş materiallarında olan məhkəmə tibbi ekspertizasının 25 iyul 2022-ci il tarixli 505 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində olan xəsarətlər sağ bazu sümüyünün aşağı 1/3-nin qapalı, yerinidəyişmiş, qəlpəli sınığı (cərrahi əməliyyatla bərpası), sağ bud və sağ diz oynağı nahiyələrinin əzilmiş-cırılmış yaraları bərk küt əşya (əşyalar) təsirindən, xx.xx.2022-ci il tarixdə törəmələri mümkündür və dərəcələrinə görə ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Təqsirləndirilən şəxs1 almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər onun idarə etdiyi avtomaşının hərəkətdə olan mikroavtobusla toqquşması nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan audio və videoyazıların məhkəmə ekspertizasının 18 iyul 2022-ci il tarixli 4/980 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, ekspertizaya təqdim olunan 1 ədəd DVD-R diskdə qeydə alınmış videoyazılara görə «Hyundai Elantra» markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkətdə olduğu orta zolaqdan, yəni soldan birinci hərəkət zolağına doğru istiqamətləndiyi andan «Ford Transit» markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşma yerinə kimi qət etdiyi məsafəyə sərf olunan zaman 9,5±0,3 san təşkil edir. İş materiallarında olan məhkəmə trasoloji, kimyəvi ekspertizasının 26 iyul 2022-ci il tarixli 8/1528; 6/3393; 8/1880; 6/3888 nömrəli rəyindən görünür ki, təqdim edilmiş «Hyundai Elantra» markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq sol qanadda, qaba sol qapıda, arxa sol qapıda, arxa sol qanadda) və «Ford Transit» markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq sağ qanadda, qabaq sağ qapıda, qabaq sağ təkərdə) olan zədələr, izlər öz formasına, marfoloci quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetə kontaktda olması dəyməsi, o cümlədən avtomobillərin birbiriləri ilə toqquşması nəticəsində yaranması mümkündür.Təqdim edilmiş «Hyundai Elantra» markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində olan zədələr arxadan qabağa doğru istiqamətlənmişdir.İlkin kontakt anında toqquşma «Hyundai Elantra» markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol yan hissəsi ilə «Ford Transit» markalı, ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ yan hissəsi arasında təxminən 5-10 dərəcə bucaq altında baş vermişdir. İş materiallarında olan məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 02 sentyabr 2022-ci il tarixli 8/2114 nömrəli rəyindən görünür ki, «Hyundai Elantra» markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.»Ford Transit» markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.Sürücü Təqsirləndirilən şəxs2 «Ford Transit» markalı avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı ilə 90 km/saata qədər məhdudlaşdırılmış yolda 100 km\saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan Təqsirləndirilən şəxs1 müdafiəçiləri tərəfindən verilmiş vəsatət əsasında təyin edilmiş təkrar məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 23 iyun 2023-cü il tarixli 8/1549 nömrəli rəyindən görünür ki, «Hyundai Elantra» markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan yol nəqliyyat hadisəsini əks etdirən videogörüntüyə məhkəmə iclasında keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, 12 iyun 2022-ci il tarixdə saat 13:42 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu Qobustan qəsəbəsi ərazisindən keçən 57,9-cu km-də yolun Bakı şəhəri istiqamətində soldan ikinci hərəkət zolağı ilə hərəkət edən ağ rəngli ««Hyundai Elantra»» markalı, **-GJ- *** dövlət qeydiyyat nişanlı avtomobil sol hərəkət zolağına doğru hərəkət edib daha sonra soldan manevr edərək sağdan birinci hərəkət zolağına doğru istiqamətlənib Merjedes Benz 1844 markalı yük avtomobilinin qarşısına keçərək biraz hərəkət edib qarşıda yolun sağ hissəsində dayanır, bundan sonra Merjedes Benz 1844 markalı yük avtomobili onun dayandığını görərək dönmə işığından istifadə edib sağ zolaqdan orta yəni, sağdan ikinci hərəkət zolağına doğru keçməyə başlayır. Bu vaxt yolun orta yəni, sağdan ikinci hərəkət zolağı eyni istiqamətdə hərəkətdə olan Təqsirləndirilən şəxs1 Merjedes Benz 1844 markalı yük avtomobilinin sola doğru istiqamətlənib onun hərəkətdə olduğu orta zolağa çıxdığını görüb idarə etdiyi ««Hyundai Elantra»» markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobili sol hərəkət zolağına doğru istiqamətləndirir. J.E.İsmayılov sola istiqamətlənib soldan birinci hərəkət zolağına daxil olan zaman arxadan eyni istiqamətdə həmin zolaqda hərəkətdə olan Təqsirləndirilən şəxs2 Jamal oğlunun idarə etdiyi ««Ford Transit»» markalı, **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə ««Hyundai Elantra»» markalı, **- TY-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşur. Toqquşmadan sonra «Ford Transit» markalı avtomobil yolun sol hissəsinə doğru hərəkət edib dəmir çəpərlərə dəyərək aşır, «Hyundai Elantra» markalı, **-TY-*** dövlət qeydiyyat nişanlı avtomobil dəmir çəpərlərə dəyib dayanır İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkumluqları barədə məlumat yoxdur. İş materiallarından görünür ki, «Ford Transit» markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil və «Hyundai Elantra» markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobil, yol-nəqliyyat hadisəsini əks etdirən bir ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və avtomobillər sahiblərinə qaytarılmış, bir ədəd disk cinayət işinə əlavə edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı əməlini etiraf etməyərək Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməmələri barədə ifadə versələr də, həmin əməl işin faktiki halları ilə öz təsdiqi tapdığından məhkəmə tədsirləndirilən şəxslərin ifadəsinə tənqidi yanaşaraq bu ifadələri özünü müdafiə məqsədi ilə cinayət məsuliyyətindən boyun qaçırmaq üçün verilmiş ifadələr kimi qiymətləndirir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətmiş olduqları cinayət əməli tam sübuta yetir və onların əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs2 hadisələrin təsadüfi axarı zəminində ilk az ağır cinayət əməli törətməsini, cəzasını yüngülləşdirən hal kimi müəyyən edir. Təqsirləndirilən şəxs2 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 oğlunun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət əməli törətməsini, zərəçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, gəncliyini cəzasını yüngülləşdirən hallar kimi müəyyən edir. Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə zərər çəkmiş şəxsin hüquqi varisinin ondan şikayətçi olmasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs1 da azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etsə də, ona cəza təyin edərkən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, zərəçəkmiş şəxs, yəni Zərərçəkmiş şəxs onun anası olmasını, özünün də hadisə nəticəsində az-ağır dərəcəli bədən xəsarəti almasını, gəncliyini nəzərə alaraq onun azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilməsini məqsədəuyğun, həm də cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgün hesab edir. İş üzrə 675 (altı yüz yetmiş beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış «Ford Transit» markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil və «Hyundai Elantra» markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması və yol-nəqliyyat hadisəsini əks etdirən bir ədəd diskin cinayət işinə əlavə edilməsi nəzərə alınmalıdır. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X2, dəymiş ziyanla bağlı məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 01 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və məhkəmə iclas zalından dərhal həbsə alınsın. Cəzasının əvvəli 07 sentyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 hökm qanuni qüvvəsini alanadək saxlanılması üçün Bakı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələri idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tədbiq edilməklə ona təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 üzərinə, sinaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs1 münasibətdə yaşayış yeri üzrə icra qurumuna həvalə edilsin. İş üzrə 675 (altı yüz yetmiş beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış «Ford Transit» markalı ** BR *** dövlət qeydiyyat nişanlı avtomobil və «Hyundai Elantra» markalı, ** TY *** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması və yol-nəqliyyat hadisəsini əks etdirən bir ədəd diskin cinayət işinə əlavə edilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisi X2, dəymiş ziyanla bağlı məhkəməyə müraciət etmək hüququ izah edilsin. Məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs2 göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim:Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar