Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-27/2024 20.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü ildə Yardımlı rayonu, Zövün kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), orta təhsilli, fərdi qaydada fəhlə işləyən, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Zevin kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, 4-cü Puta küçəsi, 1-ci döngədə yerləşən nömrəsiz fərdi evdə yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs işgəncə verməklə zorakı hərəkətlərlə zərərçəkmiş şəxsə əzab vermişdir. Belə ki, Təqsirləndirilən şəxs 26 iyun 2023-cü il tarixdən 03 iyul 2023-cü il tarixədək olan müddətdə Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs başqa bir oğlanla “whatsapp” proqram təminatı vasitəsilə danışmasından hiddətlənərək müxtəlif vaxtlarda mütəmadi olaraq işgəncə verməklə bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vurub döyərək, eləcə də saçından tutub sürüyərək və boğazından tutub boğaraq, habelə qızdırılmış bıçaqla dodaq və hər iki əlin iç nahiyələrini yandıraraq zorakı hərəkətlərlə ona Azərbaycan Respublikası CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan, ümumilikdə və ayrı-ayrılıqda dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid edilən hər iki dodaq, hər iki əlin ovuc səthi, sağ əlin İİ, İİİ, sol əlin İİİ, İV barmaqlarının İİ – İİİ dərəcəli yanıq yaraları, başın hər iki təpə nahiyələrinin qansızmaları ilə müşayiət olunan saçların travmatik qopması və boyun nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərərvurmayan xəsarətlər yetirib güclü fiziki ağrı ilə müşayiət edilən əzab vermişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 133.2.6-cı maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 23 iyun 2023-cü il tarixdə saat 16 radələrində işdən evə gələn zaman görmüşdür ki, arvadının telefonuna zəng gəlmişdir. Bu barədə arvadından soruşduqda arvadı ona gələn zəngin uşaqların məktəbinin “whatsapp” qrupundan gəldiyini demişdir. Sonra ikinci dəfə telefona zəng gəldikdə o özü telefonu açmış və zəng edənin Fərhad adlı bir şəxs olduğunu bilmişdir. Bu məsələdən sonra arvadı ilə aralarında söz-söhbət olmuşdur. Aytən özünü ona sübut etməyə çalışmış və özünü sübut etmək üçün əlini bıçaqla yandırmışdır. Daha sonrada arvadı polisə getmişdir. İbtidai istintaq zamanı polisə verdiyi ifadəsini təsdiq etmədiyini, ifadəsində yazdığı zərərçəkmiş şəxsin ağzını yandırmaq, saçından tutmaq kimi hərəkətləri etmədiyini müstəntiqin yalandan onları yazdığını bildirmişdir. O öz ifadəsində daha sonra hadisədən qısa müddət sonra arvadı ilə barışdığını, arvadının ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, himayəsində azyaşlı uşaqlarının olduğunu, o cümlədən bir azyaşlı uşağa görədə aliment ödədiyini, ailədə yeganə qazanc gətirən şəxs olmaqla daş karxanalarında fəhlə işlədiyini və tutulacağı təqdirdə ailəsinin acınacaqlı vəziyyətə düşəcəyini bildirərək məhkəmədən bağışlanmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsindən fərqli olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə on bir ildir ki, ailəlidir, iki azyaşlı uşaqları var, əvvəllər belə bir hal baş verməmişdir. Münasibətləri normal olmuşdur. O telefon ilə xalasının ögey nəvəsi ilə danışırmış. Aqil ona niyə xalasının nəvəsi ilə danışdığını demişdir. O da ərinə pis heç nə etmədiyini, ancaq danışdığını demişdir. Sonra o Aqilə demişdir ki, özümü sənə necə sübut edim ki, sən mənə inanasan. Aqildə ona nə etsə daha inanamayacağını bildirmişdir. Oda özünü ərinə inandırmaq üçün bıçağı qızdırıb əlinə və dodağına basmış, sonra polisə zəng edərək ona sahib çıxmaları üçün məlumat vermişdir. O müstəntiqə ifadə verən zaman demişdir ki, oxumağı, yazmağı bilmir. Müstəntiqdə bu vəziyyətdən istifadə edib ifadəsində səhv məlumatlar yazıb ona imza etdirmişdir. O ibtidai istintaq zamanı ifadəsində yazılanlardan məlumatsız olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs məhkəmə iclasında daha sonra bildirmişdir ki, hadisədən sonra əri ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur, özü heç bir yerdə işləməməklə ailənin bütün maddi təlabatını əri fəhləlik etməklə ödəyir. Əri tutulacağı təqdirdə ailəsi çox acınacaqlı duruma düşəcəkdir. Bundan başqa əri Aqilin əvvəlki arvadındanda bir azyaşlı uşağı olmaqla ona aliment ödəyir. Əri tutulacağı təqdirdə həmin azyaşlı uşağında maddi təminatı dayanacaqdır. Odur ki, bütün bu halların nəzərə alınaraq əri Aqilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən xx xxxxxx 2014-cü il tarixdə doğulmuş Şahid1 qanuni nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə verdiyi ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı ifadə verərkən müstəntiqin otağında həyəcanlı olduğu üçün elə ifadə vermişdir. Hadisə elə baş verməmişdir. Atasının anasına ancaq şillə vurmasını gördüyünü bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirsədə, məhkəmədə fərqli ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs onun böyük qardaşıdır, onlar üç qardaşdırlar. Hər birinin evi ayrıdır. Aqil uzun müddətdir ki, Aytən ilə ailəlidir, münasibətləri daim yaxşı olmuşdur. Lakin 2023-cü ilin iyun ayının sonlarında Aytən ilə Aqil arasında ailə daxili münaqişə baş vermişdir. O qardaşı Aqili sakitləşdirmiş, Aytən ilə Aqili barışdırıb öz yaşadığı evə getmişdir. Bundan sonra o Aqilin yaşadığı evə getməmişdir. Bir də xəbər tutmuşdur ki, gəlinləri Aytən evdən qaçmışdır. Onlar Aytəni axtaranda bilmişlər ki, Aytən polis bölməsinə müraciət edib. X19 tərəfindən döyülərək işgəncəyə məruz qalması barədə heç nə görmədiyini və eşitmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X7” X16 07 iyul 2023-cü il tarixli 475 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - hər iki dodaq, hər iki əlin ovuc səthi, sağ əlin İİ, İİİ, sol əlin İİİ, İV barmaqlarının İİ-İİİ dərəcəli yanıq yaraları, başın hər iki təpə nahiyələrinin qansızmaları ilə müşayiət olunan saçların travmatik qopması və boyun nahiyəsinin qançırı. Qeyd olunan xəsarətlərdən hər iki dodaq, hər iki əlin ovuc səthi, sağ əlin İİ, İİİ sol əlin İİ, İV barmaqlarının İİ-İİİ dərəcəli yanıq yaraları yüksək hərarətin təsirində müayinədən 4-5 gün əvvəl, başın hər iki təpə nahiyələrinin qansızmaları küt əşya təsirindən müayinədən 6-7 gün əvvəl, boyun nahiyəsinin qançırı isə bərk küt əşya təsirindən müayinədən 8-10 gün əvvəl törənmişlər, zərərçəkmişin təsviri hissədə göstərdiyi tarixlərdə törənmələri mümkündür və qeyd olunan xəsarətlərdən hər iki dodaq, hər iki əlin ovuc səthi, sağ əlin İİ, İİİ, sol əlin İİİ, İV barmaqlarının İİ-İİİ dərəcəli yanıq yaralanı, başın hər iki təpə nahiyələrinin qansızmaları ilə müşayiət olunan saçların travmatik qopması dərəcələrinə görə ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir boyun nahiyəsinin qançını isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X16 Ambulator Məhkəmə Psixatrik Ekspertizasının 09 avqust 2023-cü il tarixli 2224 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik müəyyən edilmir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiq edilməsinə ehtiyac yoxdur. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs yuxarıda göstərilən cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab edilməlidir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinə cavab vermək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik aşkar olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Qaradağ Rayon İHB-nın Puta qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 16 fevral 2024-cü il tarixli № P-59 saylı xasiyyətnamədən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 2020-ci il tarixdən etibarən Puta qəsəbəsində yaşayır, yaşadığı müddət ərzində qonşuları və qəsəbə sakinləri tərəfindən onun barəsində nümayəndəliyə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən Bakı şəhəri Qaradağ Rayon İHB-nın Puta qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən verilmiş 16 fevral 2024-cü il tarixli № P-53 saylı arayışdan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs həqiqətən ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarına əlavə olunmuş və məhkəmə iclasında tədqiq edilən sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 19 mart 2013-cü il tarixdə doğulmuş X8, xx xxxxxx 2014-ci il traixdə doğulmuş Şahid1 və 29 dekabr 2015-cu il tarixdə doğulmuş X13 adlı üç azyaşlı uşaqları vardır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Qaradağ Rayon Məhkəməsinin 27 may 2019-cu il tarixli 2(002)-1428/2019 saylı qətnaməsinə əsasən, 19 mart 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 06 may 2019-cu il tarixdən başlayaraq Təqsirləndirilən şəxs X6 xeyrinə bir uşaq üçün hər ay 110 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, hadisənin baş verdiyi 26 iyun 2023-cü il tarixdən 03 iyul 2023-cü il tarixədək olan dövrdən qısa müddət sonra tərəflər barışmış və bir yerdə yaşamaqla birgə təsərrüfat idarə etməyə başlamışlar. Cinayət işinin materiallarında olan zərəçəkmiş şəxsin ibtidai istintaq orqanına təqdim etdiyi 18 iyul 2023-cü il tarixli, 21 iyul 2023-cü il tarixli, 17 avqust 2023-cü il tarixli və 18 avqust 2023-cü il tarixli ərizələrindən də aydın olur ki, o təqsirləndirilən şəxslə barışmaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını, ona qarşı şikayət ərizəsini geri götürdüyünü, iki azyaşlı övladı olmaqla əri tutulacaq təqdirdə ailəsinin başsız qalacağını bildirmişdir. Buna görədə məhkəmə tərəflərin və şahidlərin məhkəmə iclasında verdiyi ifadələrinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadələr yaxın qohum və ailə üzvü kimi Təqsirləndirilən şəxs hər necə olursa-olsun məsuliyyətdən azad olunması, ailənin yenidən dağılmasının qarşısının alınması və təqsirləndirilən şəxsin azadlıqdan məhrum edilməməsi məqsədi ilə verilmiş qeyri-səmimi ifadələr kimi qiymətləndirilməlidir. Bundan başqa məhkəmə araşdırması zamanı, tərəflərin və şahidlərin ibtidai istintaqda verdiyi ifadələrin hər hansı zorakalıq və ya hədə-qorxu təsiri altında alınması öz təsdiqini tapmamışdır. Buna görədə məhkəmə həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına münasibətdə hesab edir ki, tərəflərin və şahidlərin ibtidai istintaq zamanı verdiyi ifadələr daha səmimi olmaqla mötəbər sübutlar kimi qəbul edilməlidir. İbtidai istintaq zamanı müdafiəçisinin iştirakı ilə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs öz ifadəsində Azərbaycan Respublikası CM-in 133.2.6-cı maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Ruhi əsəb xəstəliyindən bu günə qədər əziyyət çəkməmiş, bu gün də əziyyət çəkmir. Fərdi qaydada daş karxanalarında fəhləliklə məşğul olur. Adətən bir gün işdə olur, digər günü evdə olur. Zərərçəkmiş şəxs ilə təxminən 2013-cü ildə nikaha daxil olmuş, bu nikahdan onların iki övladı var. Qızı Fatimə 2014-cü il təvəllüdlüdür, oğlu Əli isə 2016-cı il təvəllüdlüdür. Aytən ilə bu günə qədər münasibətləri normal olmuş, arabir ailə daxili mübahisələri olmuşdur. Təxminən 3 il əvvəl Aytən ilə aralarında münaqişə baş vermiş, Aytən küsüb atası evinə getmişdir. Lakin bir neçə gün sonra onlar barışmışlar, o Aytəni öz evinə gətirmişdir. Aytən uzun müddətdir ki, mobil telefon işlədir. Aytənin bu günə qədər heç bir əxlaqsız hərəkətini görməmiş, eşitməmişdir. Aytən bu günə qədər sosial şəbəkələrdən yalnız “Tik-tok”.dan istifadə edib, qalan heç bir sosial şəbəkələrdən istifadə etməmişdir. Aytənin istifadəsində olan mobil telefona daim nəzarəti olmuşdur. Aytən təxminən 1 il olar ki, “tik-tok” sosial şəbəkəsinə daxil olur, Aytənin tik-tok sosial şəbəkəsindən istifadə etməsinə o icazə vermişdir. Lakin Aytənin istifadəsində olan mobil nömrə ilə sosial şəbəkədə qeydiyyatdan keçməsindən xəbəri olmamışdır. xx.xx.2023-cü il tarixdə saat 16 radələrində işdən evə gəlmişdir. Evdə oturmuşlar, Aytənin telefonuna zəng gəlmiş, o Aytəndən kimin zəng etdiyini soruşanda ona demişdir ki, “məktəbdəki valideynlər qrupudur”. Lakin o Aytənə inanmamış, çünki məktəb qrupu vatsapp proqramı ilə əng etmirlər, yazırlar. Aytənə iki dəfə zəng gəlmiş, cavab verməmiş, üçüncü dəfə həmin nömrədən Aytənə videozəng (görüntülü) gəlmişdir. O Aytənin telefonunu götürüb zəngə açmış, Aytənə tərəf tutmuş, zəng edən əvvəllər tanımadığı bir nəfər oğlan Aytənə əl edib salam vermiş, o telefonun ekranını özünə tərəf tutanda zəngi bağlamışdır. Bundan sonra o Aytəndən zəng edənin kim olduğunu, aralarında nə münasibət olduğunu soruşmuşdur. Aralarında mübahisə yaranmış, Aytən qardaşının evinə qaçıb getmişdir. Daha sonra qardaşı Tural, daha sonra Əkbər də onun evinə gəlmişdir. Aytəndən zəng edənin kim olduğunu bir neçə dəfə soruşmuş, lakin Aytən hər dəfə zəng edən şəxsi tanımadığını bildirmişdir. Həmin gün axşam Aytən ilə evdə oturub ailə daxilində söhbət etmişlər, Aytəndən zəng edən şəxsin kim olduğunu soruşmuş, Aytən ona demiş ki, “mənə zəng edən şəxs xalamın ögey nəvəsi Fərhad adlı şəxsdir, mənim nömrəmi kimdənsə alıb, məni yığıb, danışmasaydım, məni şantaj edəcəyini deyirdi, ona görə mən də qorxumdan danışmışam. Fərhad hazırda Rusiya Federasiyasında yaşayır”. O da Aytənə izah etmiş ki, “səni şantaj edirdsə, heç olmasa yaxın qohumlarından birinə bu barədə məlumat verərdin”. Aytən qorxduğu üçün heç kimə bu barədə məlumat verə bilmədiyini demişdir. Həmin günü o Aytənə heç nə etməmişdir. Sabahı günü işə getmiş, axşam qayıdıb gələndə Aytənin oğlan ilə danışdığı üçün bir dəfə saçından tutub dartmışdır. O biri günü əsəbindən Aytənin boğazından tutub boğmuşdur. Digər günü Aytənin başqa bir oğlanla danışdığı üçün əsəbindən Aytəni 3 saat qapısını bağlayıb hamamda saxlamışdır. 01 iyul 2023-cü il tarixdə gündüz saatlarında o işdə olduğu zaman Aytənin xalası Zibeydəyə zəng edib demişdir ki, “sənin oğlun Fərhad mənim həyat yoldaşıma zəng edib təhqir edir, sən niyə bağmırsan, Aytən sənin bacın qızıdır, namusundur”. Zibeydə ona söyüşlə demiş ki, “sənin arvadın tik-tokda nə gəzirdi, əvvəla Aytən Fərhadı tik-tokda tapıb yazıb”. O bu hadisədən, Aytənin ona yalan danışmağından əsəbləşmiş, gecə saatlarında evə gəlmişdir. Aytən ilə aralarında mübahisə yaranmış, o Aytəndən ona niyə yalan dediyini soruşmuşdur. Aytən ona demiş ki, “tik-tokda qeydiyyatdan keçdiyimi sənə deməkdən qorxdum”. Uşaqlar evdə yatmışlar, o Aytənə demiş ki, “sən mənmə yalan danışmısan, ona görə də ağzını, əllərini yandırmalısan”. Aytən mətbəx bıçağını sobada qızdırıb özü dodağını, daha sonra əllərinə vurub yandırmışdır. 03 iyul 2023-cü il tarixdə axşam saatlarında o yenə işdən gəlmiş, Aytənə əsəbi keçməmişdir. Mətbəx bıçağını götürüb qızdırmış, Aytənin dodağına, hər iki əllərinin içərisinə vurub yandırmışdır. Gecə saatları olduğundan uşaqlar digər otaqda yatmışlar. Aytəni qaynar bıçaqla yandıranda heç səsi gəlməmiş, qışqırmamışdır. 04 iyul 2023-cü il tarixdə saat 11 radələrində mağazaya getmiş, gedəndə Aytənə demiş ki, “tik-tok sosial şəbəkəsində qeydiyyatını silməsən, sənin başına oyun açacam”. O mağazaya getmiş, evə qayıdanda görmüş ki, Aytən uşaqları da götürüb qaçıb getmişdir. Aytənin hara getdiyindən məlumatı olmamış, daha sonra bilmiş ki, Aytən polisə müraciət edib. O əməlindən peşmandır, indi anlayır ki, səhv etmişdir. Aytən sığınacağa müraciət edib ora yerləşmişdir. Bir neçə gündən sonra o özü sığınacağa müraciət edib Aytən ilə barışıb evə gətirmişdir. İbtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs öz ifadəsində bildirmişdir ki, o yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. O Təqsirləndirilən şəxs ilə 2013-cü ildə ailə həyatı qurmuş, onların nikahdan iki övladı var. X2 2014-cü il təvəllüdlüdür, oğlu X10 isə 2015-ci il təvəllüdlüdür. Evdar qadındır, heç bir işlə məşğul olmur. Həyat yoldaşı Aqil fərdi qaydada daş karxanasında fəhləliklə məşğul olur. Evləri 3 otaqdan, dəhlizdən, hamamdan ibarətdir. Evin 1 otağı normal təmirlidir, hamı həmin otaqda yatır, digər otaqlar isə təmirsizdir. Aqil ilə ailə həyatı qurduqdan bu günə qədər normal yaşamışlar, arabir ailə daxili münaqişələr olmuş, Aqil onu döymüş, o da anası Qızılgül Rufullayevanın yaşadığı Salyan rayonuna getmişdir. Bir neçə gün orada qaldıqdan sonra Aqil gəlib yalvarıb, barışıb, yenidən öz evlərinə qayıtmışdır. Lakin Aqil onu bu günə qədər mütəmadi olaraq döyməmişdir. Təxminən 1 ildən çox müddətdir ki, Aqilin adına onun istifadəsində 051 ***-**-** saylı nömrə olmuşdur. Təxminən 3-4 aydır ki, telefonunda Tik-Tok sosial şəbəkəsi yükləyib istifadə edir. Təxminən 20 gün olar ki, Tik-Tok sosial şəbəkəsində özünə səhifə açmış, o Tik-Tokda yalnız videolara baxmışdır. Bir gün tik-tokda videolara baxırmış, qarşına xalasının Rusiya Federasiyasında yaşayan ögey nəvəsi Fərhad Muradovun səhifəsi çıxmışdır. O qohum olduğundan öz istifadəsində olan nömrəni Fərhada yazmış, Fərhad da ona “whatsapp” proqram vasitəsilə yazıb danışmışlar. Fərhad onunla yanlız özü haqqında, ailəsi haqqında suallar verib bir-birilərilə danışmışlar, başqa heç bir əxlaqsızlıq baş verməmişdir. Həm də Fərhad uzun illərdir ki, Rusiya Federasiyasında yaşayır. 26 iyun 2023-cü il tarixdə axşam saatlarında evdə olan zaman Aqil işdən evə gəlmiş. Həmin vaxt onun telefonuna Fərhad görüntülü zəng etmişdir. O zəngi açmamış, Aqil zəng edənin kim olduğunu soruşmuş, o da məktəb qrupundan zəng edildiyini demişdir. Lakin Fərhad bir də zəng etmiş, Aqil ona demiş ki, “zəngə cavab ver, görüm həqiqətən məktəb qrupundan zəng edirlər?”. O zəngə cavab vermiş, Fərhad görüntüdə əli ilə ona salam vermiş, Aqil telefonu onun əlindən almış, Fərhad Aqili görən kimi zəngi bağlamışdır. Aqil ondan zəng edənin kim olduğunu soruşmuş, o da Aqilə demiş ki, “xalam nəvəsidir, elə belə söhbət etmişik”. Aqil ona inanmamış, ona demiş ki, “yəqin ki, sizin aranızda nəsə olub”. Aqil onu əxlaqsızlıqda ittiham etməyə başlamışdır. Bir zəngdən sonra evdə Aqil ilə aralarında mübahisə yaranmışdır. Aqil ona inanmayıb onu döyməyə başlamışdır. Aqil onun baş, sifət nahiyələrindən yumruq, sillə ilə, bədəninin müxtəlif nahiyələrindən isə təpiklə zərbələr vurmuşdur. Həmin günü Aqil onu elə bərk boğmuş ki, nəfəsi getmiş, güclə Aqilin əlindən canını qurtarıb digər otağa qaçmışdır. Lakin Aqil onu hər gün işdən evə gələndə döyürmüş, ona gecələr yatmağa icazə verməmiş, bir dəfə onu gecədən səhərə qədər tualetdə saxlamış, yatmağa imkan verməmişdir. Digər günləri isə gecəni həyətdə saxlamış, uşaqlar ayılanda evə daxil olmağa icazə verirmiş ki, uşaqlar bilməsin. Aqil hər gün onu əxlaqsız olmağı ilə ittiham edərək onu nalayiq ifadələrlə söyüb təhqir etmişdir. 01 iyul 2023-cü il tarixdə saat 02 radələrində, o uşaqları yatızdırdıqdan sonra mətbəxdə olan bıçağı sobanın üzərinə qoyub qızdırmış, qaynar bıçağı onun dilinə, dodaqlarına, hər iki əlinin üstünə, içərisinə vurub yandırmışdır. Aqil onun ağzını tuturmuş ki, qışqırtısını uşaqlar eşidib qorxmasınlar. Aqil hər gün səhər işə gedib, axşamüstü gəlib onun eyni nahiyələrini sobanın üzərində qızdırdığı qaynar bıçaqla yandırmışdır. O elə bilmişdir ki, Aqilin ona verdiyi işgəncəni uşaqları görmür, lakin o sonradan bilmiş ki, qızı ilə oğlu otaqda olan pərdənin arxasından Aqilin 3 gün ardarda ona verdiyi əzabları görürmüşlər. 04 iyul 2023-cü il tarixdə səhər saatlarında Aqil evdən çıxıb mağazaya gedirmiş, Aqil ona demişdir ki, “mən indi bazara gedirəm, geri qayıdanda səhifə açdığına görə sənin üzündə səhifə açacam, bir gözünə elə dağ basacam ki, dünyaya bir gözlü baxasan”. Aqil evdən çıxan kimi o da qorxudan uşaqlarını götürüb uzaqlara qaçmışdır. Daha sonra avtobusla 10-cu Polis şöbəsinə gəlib çıxıb başına gələnlər barədə müraciət etmişdir. Aytən Rufullayev ona verilən suallara cavab olaraq bildirmişdir ki, Aqil onu ilk dəfə xx.xx.2023-cü il tarixdə qaynar bıçaqla dilini, dodaqlarını, əllərini yandıran zaman uşaqlar yatmışdır. Onun qışqırtına uşaqlar ayılıb yanına gəlmişlər, lakin yenidən yatızdırmışdır. Sabahı günü uşaqlar pərdənin arxasında gizlənib Aqilin ona verdiyi işgəncəyə şahid olmuşlar. Aqil uşaqların üstünə qışqırıb deyirmiş ki, “gedib yatın, ananızın hələ başını kəsmirəm, yandırıram, yatmasanız başını kəsəcəm”. İbtidai istintaq zamanı qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş X5 öz ifadəsində bildirmişdir ki, yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər atası Təqsirləndirilən şəxs anası Zərərçəkmiş şəxs bir neçə dəfə döymüşdür. Sonuncu dəfə bir neçə gün əvvəl o qardaşı Əli ilə birlikdə öz otaqlarında yatmışmışlar. Əslində onlar yatmamışlar, lakin atası onların üstünə qışqırmış ki, onlar yatsınlar. Onların yatdıqları evin otağın qapısına pərdə vurulmuşdur. Lakin o qardaşı Əli ilə birlikdə yatmamış, pərdənin arxasından baxanda görmüşlər ki, atası Aqil bıçağı mətbəxdə sobanın üzərində qızdırıb anasına uzatmış, anasına demiş ki, “əllərinlə bıçağı tut”. Anası da bıçağı tutanda atası əlləri ilə anasının əllərini tutub sıxmış, sonra isti bıçağı anasının dilinə, dodaqlarına vurmuşdur. Anası ağrıdan ağlamış, atası isə deyirmiş ki, “ağlayıb gözünün suyunu tökmə, yoxsa səni öldürərəm”. Atası onlara tərəf baxanda onlar yerlərinə qaçırmışlar ki, onları görməsin. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində bildirmişdir ki, yuxarıda göstərilən ünvanda kirayədə yaşayır. Fərdi qaydada daş karxanalarında günə muzd fəhlə işləyir. Təqsirləndirilən şəxs onun böyük qardaşıdır, onlar üç qardaşdırlar. Hər birinin evi ayrıdır. Aqil uzun müddətdir ki, Aytən ilə ailəlidir, münasibətləri daim yaxşı olmuşdur. Lakin 2023-cü ilin iyun ayının sonlarında Aytən ilə Aqil arasında ailə daxili münaqişə baş vermişdir. O Aqilin yaşadığı evə getmiş, nə baş verdiyini öyrənmişdir. Aqil demiş ki, “Aytən kiminləsə telefonda danışır”. O qardaşı Aqili sakitləşdirmiş, Aytən ilə Aqili barışdırıb öz yaşadığı evə getmişdir. Bundan sonra o Aqilin yaşadığı evə getməmişdir. Bir də xəbər tutmuşdur ki, gəlinləri Aytən evdən qaçmışdır. Onlar Aytəni axtaranda bilmişlər ki, Aytən Polis bölməsinə müraciət edib. Aytənin polis bölməsinə müraciət etdikdən sonra bilmişlər ki, Aqil Aytənin əllərini, dodaqlarını yandırmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 133.2.6-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, zərərçəkmiş şəxslə barışaraq zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, baş vermiş hadisədən dərin peşimançılıq hissi keçirməsini, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində iki azyaşlı uşağının olmasını və bir azyaşlı uşağa görədə aliment ödəməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.6-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etsə də, ona cəza təyin edərkən ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, zərərçəkmiş şəxslə barışaraq zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, baş vermiş hadisədən dərin peşimançılıq hissi keçirməsini, ailədə yeganə qazanc gətirən şəxs olmasını, himayəsində iki azyaşlı uşağının olmasını və bir azyaşlı uşağa görədə aliment ödəməsini və eləcədə tutulacağı təqdirdə ailəsinin ağır maddi duruma düşməklə ailənin dağılma ehtimalının yüksək olmasını nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilməsini məqsədəuyğun, həm də cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgün hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı çəkmədən islah olunmasını mümkün hesab etməklə, üzərinə CM-nin 70.5-ci maddəsində göstərilən; onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəişməmək və ailəsinə maddi yardım göstərmək vəzifələrinin qoyulmasını məqsədə uyğun hesab edir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar 07 avqust 2023-cü il tarixdə saat 12:12-də şübhəli şəxs qismində tutulmuş, Qaradağ Rayonu Məhkəməsinin 09 avqust 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Daha sonra təqsirləndirilən şəxsin müdafiəçisi X4 vəsatətinə əsasən Qaradağ Rayon Məkəməsinin 23 sentyabr 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə dəişdirilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən 38 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 228 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6-cı maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə; onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini və iş yerini dəişməmək və ailəsinə maddi yardım göstərmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri tətbiq edilməklə dəişdirilsin. Sınaq müddətinin əvvəli bu hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Hökmün icrası Bakı şəhər Probasiya İdarəsinə həvalə olunsun. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 38 saata görə 228 (iki yüz iyirmi səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-27/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-27/2024
20.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver