Məhkəmə qərarları › İş №1(002)-270/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-270/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-270/2021 06.10.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2yan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs özgənin əmlakını açıq talamaqla soyğunçuluq etmişdir. Belə ki, o, özgənin əmlakını açıq talama məqsədi ilə 20 aprel 2021-ci tarixdə saat 13 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” TM-nin ərazisində yerləşən 211 saylı xətt marşrutunun dayanacağında dayanan Zərərçəkmiş şəxs arxadan yaxınlaşıb həmin vaxt sonuncunun əynindəki qara rəngli cins şalvarın arxa sağ cibindən bir ədəd “Samsung A7/2018” markalı mobil telefonu onun iradəsinə zidd şəkildə cibindən çıxarıb üzərində saxlamaqla hadisə yerindən uzaqlaşaraq özgənin əmlakını açıq talamış və Zərərçəkmiş şəxs 846 (səkkiz yüz qırx altı) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olsa da hal-hazırda ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə faktiki olaraq yaşayır. Əvvəllər qəssab kimi fəaliyyət göstərmiş, lakin hal-hazırda heç bir yerdə işləmir. Maddi vəziyyəti pis olduğuna görə oğurluq etmək məqsədilə “Sədərək” TMnə gəlmişdir. 20.04.2021-ci il tarixdə saat 13-14 radələrində “Sədərək” TM-də olarkən orada adını sonradan öyrəndiyi, Zərərçəkmiş şəxs görmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs əynində olan qara rəngli cins şalvarın arxa cibində bir ədəd mobil telefonu görmüşdür. Maddi sıxıntı çəkdiyi üçün və pula ehtiyacı olduğu üçün həmin telefonu oğurlamaq qərarına gəlmişdir. Zərərçəkmiş şəxs başı qarışıq olduğuna görə gördüyü telefonu oğurlamaq məqsədilə ona arxadan yaxınlaşaraq telefonu onun cibindən çıxarmışdır. Mobil telefonu Zərərçəkmiş şəxs cibindən çıxaran kimi oradan qaçmışdır. Təxminən 100-200 metr məsafədə qızdan aralanmışdır. Tutulmamaq üçün Sədərək TM-də gizlənməyə başlamışdır. Həmin vaxt etdiyi əmələ görə peşman olmuş və qızın telefonunu geri qaytarmaq fikrinə düşmüşdür. Bu zaman telefonu cibində saxlamışdır. Geri qayıdıb Zərərçəkmiş şəxs axtarıb telefonu ona vermək istəmişdir. Biraz məsafə qət etdikdən sonra “Sədərək” TM-nin mühafizəçiləri onu saxlamış və həmin vaxt Zərərçəkmiş şəxs da mühafizəçilərin yanında olmuşdur. Bundan sonra özü ilə birlikdə telefonunu götürdüyü qız və mühafizəçilər “Sədərək” TM-nin mühafizə otağına getmişdir. Orada mühafizəçi polis əməkdaşlarına məlumat verib oraya çağırmışdır. Polis əməkdaşları oraya gəldikdən sonra şəxsiyyətini müəyyən edib onu polis bölməsinə dəvət etmişdir. Onlarla birlikdə polis bölməsinə gəlmişdir. Oğurladığı telefon göy rəngli “Samsung A7” markalı mobil telefon olmuşdur. O, öz ifadəsində əlavə olaraq göstərmişdir ki, hadisə 20 aprel 2021-ci il tarixdə, saat 13 radələrində Lökbatan qəsəbəsi, Sədərək ticarət mərkəzinin ərazisində yerləşən avtobus dayanacağında baş vermişdir. Müxtəlif qəssabxanalarda qəssab köməkçisi işlədiyinə görə üzərində əti dəridən soymaq üçün istifadə edilən balaca küt mətbəx bıçağı və rezakın kəsici ülgüc hissəsi olmuşdur. Hadisə baş verən vaxt dayanacaqda tanımadığı şəxslər olmuş, həmçinin telefonu Zərərçəkmiş şəxs şalvarının cibindən çıxarıb qaçarkən o, bunu görmüş və arxasınca qaçmağa başlamışdır. Ora ticarət mərkəzi olduğuna görə çox sayda adamlar olmuşdur. Konkret olaraq Zərərçəkmiş şəxs başqa kimsə gördüyünü bilmir. Zərərçəkmiş şəxs məxsus mobil telefonu onun əynində olan şalvarın cibindən çıxararkən ona qarşı hər hansı bir zor tətbiq etməmiş və ona hər hansı bir xəsarət yetirməmişdir. Hadisə zamanı heç bir xəsarət almamış və heç kimə xəsarət yetirməmişdir. Üzərində gəzdirdiyi bıçaq və digər kəsici alətlə heç bir cinayət törətməmiş, qəssab köməkçisi olduğuna görə həmin əşyalar üzərində olmuşdur. O, öz ifadəsində son olaraq zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını, törətdiyi əməldən çox peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Kürdəmir rayonu, Dəyirmanlı kəndində qeydiyyatda olsa da faktiki olaraq ünvan 5 ünvanında kirayədə yaşayır. Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən “Araz” marketdə satıcı işləyir. 20 aprel 2021-ci il tarixdə anası Aytəkin Seyidova ilə birlikdə Lökbatan qəsəbəsində yerləşən “Sədərək” Ticarət mərkəzində, 211 saylı xətt avtobusunun dayanacağında dayanmışdır. Şalvarının arxa sağ cibində özünə məxsus “Samsung A7/2018” markalı mobil telefonu olmuşdur. Bu zaman avtobus dayanacağında arxadan kiminsə yaxınlaşdığını hiss etmiş və həmin tanımadığı şəxs şalvarının arxa cibində olan mobil telefonunu cibindən çəkib çıxarmış və dərhal qaçmağa başlamışdır. Həmin şəxsin arxasınca telefonu ondan almaq üçün qaçmışdır. Bu zaman “Sədərək” Ticarət mərkəzinin mühafizəçilərinin telefonu oğurlayan şəxsi saxladıqlarını görmüşdür. Anası ilə birlikdə mühafizəçilərin yanına getmişdir. Həmin şəxs onun cibindən telefonu götürüb qaçan şəxs olmuşdur. Bundan sonra həmin şəxslərlə birlikdə mühafizə postuna getmiş və orada həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Həmin yerə Qaradağ 10-cu PB-nin əməkdaşları gəlmişdir. Ərizə ilə müraciət etdikdən sonra orada mobil telefonun və telefonu götürüb qaçan şəxsin iştirakı ilə protokol tərtib edilmişdir. Bundan sonra birlikdə 10-cu polis bölməsinə gəlmiş, orada hər ikisinin izahatı alınmışdır. O, öz ifadəsində daha sonra göstərmişdir ki, hadisə 20.04.2021-ci il tarixdə Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində, 211 saylı avtobus dayanacağında baş vermişdir. Belə ki, anası ilə birlikdə həmin avtobus dayanacağında olan zaman adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs ona arxadan yaxınlaşıb şalvarının arxa cibində olan mobil telefonu götürüb qaçmışdır. Həmin şəxsin sonradan adının Təqsirləndirilən şəxs olduğunu bilmiş, mobil telefonu cibindən götürəndə onun hərəkətlərini görmüş və soradan o, qaçmağa başlamış, telefonu ondan almaq üçün arxasınca qaçmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs tərəfindən heç bir zor tətbiq edilməmiş, heç bir xəsarət almamış, eyni zamanda Təqsirləndirilən şəxs əlində heç bir silah və ya silah qismində istifadə etməsi üçün nəzərdə tutulan əşya tutmamışdır. Hadisə zamanı oğurlanmış ona məxsus bir ədəd “Samsung A7/2018” markalı mobil telefonu uzun müddətdir işlənmiş olduğunu nəzərə alsaq, qeyd olunan mobil telefonun qiyməti 846 manatdır. Hadisə zamanı ona 846 manat maddi ziyan dəysə də Təqsirləndirilən şəxs mobil telefonu qaytarmışdır. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təxminən 02 ildir ki, “Sabit” mühafizə xidmətində mühafizəçi vəzifəsində işləyir. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” ticarət mərkəzində mühafizəçi çıxır. Həmin ərazidə mühafizə postu da vardır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımır, onlarla heç bir qohumluq münasibəti, düşmənçiliyi və ya ədavəti yoxdur. 20 aprel 2021-ci il tarixdə, saat təxminən 13 radələrində Sədərək ticarət mərkəzinin ərazisində Şahid1 ilə xidmətə olan zaman bir nəfər tanımadığı şəxs yaxınlaşıb avtobus dayanacağında bir nəfər oğlanın tanımadığı xanımın cibindən mobil telefonunu götürüb qaçdığını, həmin şəxsə kömək etmək lazım olduğunu bildirmişdir. Həmin şəxs əli ilə mobil telefonu götürüb qaçan şəxsi də göstərmişdir. Şahid1lə birlikdə həmin şəxsin arxasınca qaçmağa başlamışdır. Onu təxminən 100-150 metr təqib etdikdən sonra həmin şəxsi saxlamışlar. Bu zaman mobil telefonun sahibi Zərərçəkmiş şəxs və adını hal-hazırda xatırlamadığı anası da onların yanına çatmışdır. Bundan sonra şəxsin adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Birlikdə mühafizə postuna getmişlər. Orada özü və Əfqan ərazi üzrə 10-cu PB-nə məlumat verdikdən sonra əməliyyat qrupu posta gəlmişdir. Təhqiqatçı tərəfindən həmin vaxt Zərərçəkmiş şəxs ərizəsi alınıb protokol tərtib edilmişdir. Mobil telefonu və həmin mobil telefonu götürüb qaçan Təqsirləndirilən şəxs polis əməkdaşlarına təqdim etmişdir. Hadisə ilə bağlı deyəcəkləri bu qədərdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, hadisə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzində 20.04.2021-ci il tarixdə avtobus dayancağında baş vermişdir. Adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs avtobus dayanacağında dayanan sərnişin Zərərçəkmiş şəxs cibindən ona məxsus mobil telefonu götürüb qaçmışdır. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, təxminən altı ildir ki, “Sabit” mühafizə xidmətində mühafizəçi vəzifəsində işləyir. Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” ticarət mərkəzində mühafizəçi çıxır. Həmin ərazidə mühafizə postu da vardır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs tanımır, onlarla heç bir qohumluq münasibəti, düşmənçiliyi və ya ədavəti yoxdur. 20 aprel 2021-ci il tarixdə, saat təxminən 13 radələrində Sədərək ticarət mərkəzinin ərazisində Şahid2 ilə xidmətə olan zaman bir nəfər tanımadığı şəxs yaxınlaşıb avtobus dayanacağında bir nəfər oğlanın tanımadığı xanımın cibindən mobil telefonunu götürüb qaçdığını, həmin şəxsə kömək etmək lazım olduğunu bildirmişdir. Həmin şəxs əli ilə mobil telefonu götürüb qaçan şəxsi də göstərmişdir. Şahid2lə birlikdə həmin şəxsin arxasınca qaçmağa başlamışdır. Onu təxminən 100-150 metr təqib etdikdən sonra həmin şəxsi saxlamışlar. Bu zaman mobil telefonun sahibi Zərərçəkmiş şəxs və adını hal-hazırda xatırlamadığı anası da onların yanına çatmışdır. Bundan sonra şəxsin adının Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Birlikdə mühafizə postuna getmişlər. Orada özü və Adil ərazi üzrə 10-cu PB-nə məlumat verdikdən sonra əməliyyat qrupu posta gəlmişdir. Təhqiqatçı tərəfindən həmin vaxt Zərərçəkmiş şəxs ərizəsi alınıb protokol tərtib edilmişdir. Mobil telefonu və həmin mobil telefonu götürüb qaçan Təqsirləndirilən şəxs polis əməkdaşlarına təqdim etmişdir. Hadisə ilə bağlı deyəcəkləri bu qədərdir. Bundan başqa, Şahid1 ifadəsində göstərmişdir ki, hadisə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək ticarət mərkəzində 20.04.2021-ci il tarixdə avtobus dayancağında baş vermişdir. Adını sonradan öyrəndiyi Təqsirləndirilən şəxs avtobus dayanacağında dayanan sərnişin Zərərçəkmiş şəxs cibindən ona məxsus mobil telefonu götürüb qaçmışdır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 may 2021-ci il tarixli, 3/777 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, “1” rəqəmi ilə işarələnmiş bıçaq – kustar üsulla hazırlanmış, bir tərəfi kəsici xassəyə malik olan, bağçılıq, tingçilik və s. uyğun sahələrdə işlədilən, təsərrüfat-məişət təyinatlı bıçaqdır, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir – soyuq silah hesab edilmir. - Tədqiqata təqdim edilmiş, “2” rəqəmi ilə işarələnmiş bıçaq – kustar üsulla hazırlanmış, bir tərəfi kəsici xassəyə malik olan, karton, kağız, faner və s. müvafiq məmulatları kəsmək üçün işlədilən, təsərrüfat-məişət təyinatlı bıçaqdır, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir – soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş, “3” rəqəmi ilə işarələnmiş kəsici predmet – kustar üsulla hazırlanmış, karton, kağız, faner və s. müvafiq məmulatları kəsmək üçün işlədilən, təsərrüfat-məişət təyinatlı bıçaqlara qoyularaq istifadə etmək üçün nəzərdə tutulmuş, bir tərəfi kəsici xassəyə malik olan ayrılan (dəyişdirilən) ülgüc-tiyədir, üzərində təyinatını dəyişdirən əlavə və ya dəyişiklik edilməmişdir – soyuq silah hesab edilmir. Ekspertiza tədqiqatının dəyəri 74 (yetmiş dörd) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Hüquqi Şəxsin 20 may 2021-ci il tarixli, 1069 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir. Onda xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs, həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CMnin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2021-ci il tarixli, 9/2654 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd Vyetnam istehsalı olan “Samsung” markalı, “SM-A750FN/DS” (Galaxy A7 2018) modelli, 352699/10/775216/7 İMEİ kodlu mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması, işlənmə dərəcəsi nəzərə alınmaqla 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti təxminən 200,00 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət törətməklə əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanlar ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsi ilə əlaqədar 20 aprel 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və 22 aprel 2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Odur ki, həmin hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə 124.00 (yüz iyirmi dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung A7/2018” markalı, 352699/10/775216/7 İMEİ kodlu mobil telefonun zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 50 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 7 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə 124.00 (yüz iyirmi dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd “Samsung A7/2018” markalı, 352699/10/775216/7 İMEİ kodlu mobil telefonun zərərçəkmiş Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 300 (üç yüz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar