Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-270/2022 15.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Hövsan südçülük sovxozunda qeydiyyatda olmaqla, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini əldə edərək saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, psixotrop maddə olan metamfetamin 10 manat müqabilində əldə edib saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 15:10 radələrində Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə Ticarət Mərkəzi, 1-ci sırada yerləşən 324 nömrəli mağazanın qarşısında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-yə gətirilmiş, polis bölməsində üzərində dəvət olunmuş müdafiəçi və videoçəkiliş vasitəsilə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın qabaq sağ cibindən “Samsung A40” markalı telefonun qara rəngli telefon örtüyünün içərisində 01 ədəd siqaret kağızındakı bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,279 qram olan ağ rəngli kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bakı şəhəri, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə Ticarət Mərkəzində Fayton kargo şirkətində texniki şöbə müdiri işləmişdir. Arabir narkotik vasitə qəbul edir. Cəmili Binə TM-də yerləşən “Göygöl” kafesində işləyən çayçı kimi tanıyır, münasibətləri var. Cəmil onlar üçün çay gətirmişdir. Cəmilin narkotik vasitə istifadə elədiyini bilir. Arabir ona da təklif etmişdir. O da narkotik vasitəyə yeni başladığı üçün rahat yolla əldə eləmək qərarına gəlmişdir. Əvvəllər Binə TM-də işlədiyi üçün Cəmildən almaq onun üçün rahat yol olmuşdur. Ona görə də bir neçə dəfə Cəmildən öz şəxsi istifadəsi üçün 10 manata 01 ədəd bükümdə şüşə deyilən psixotrop maddə metamfetamin almışdır. Sonuncu dəfə 22 yanvar 2022-ci il tarixdə günorta saatlarında Binə TM-də olan zaman Cəmili görmüş, Cəmildən 10 manata 01 ədəd kağız bükümdə psixotrop maddə metamfetamin alıb istifadəsində olan telefonun arxa örtüyünün (kabro) altında gizlətmişdir. Cəmillə söhbət zamanı onlar Binə TM 1-ci sırada yerləşən 342 saylı mağazanın qarşısında dayanmışlar. Həmin vaxt onların yanlarında bazarda işləyən Samir və Mirzə adlı şəxslər də dayanmışdır. O, Mirzə ilə Samirin də narkotik vasitə istifadə etdiyini bilmişdir. Həmin vaxt mülki geyimdə gələn şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər, daha sonra onları narkotik vasitə və psixotrop maddələrin istifadəsində şübhəli olduqlarını deyib Polis bölməsinə aparmışlar. Polis bölməsində o aparılan vidoeçəkiliş zamanı əynində olan qara rəngli cins şalvarın qabaq sağ cibindən istifadə etdiyi Samsung A40 markalı telefonu çıxarıb masanın üzərinə qoymuşdur. Telefonun qara rəngli arxa örtüyünü çıxarıb orada içərisində psixotrop maddə olan 01 ədəd kağız bükümü təqdim etmişdir. Həmin kağız bükümdə şüşə deyilən psixotrop maddə olduğunu, həmin metamfetamini Cəmildən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs ona verilən suallara cavab olaraq bildirmişdir ki, polis əməkdaşları onu saxlayarkən və üzərində şəxsi axtarış aparan zaman heç bir zor və təyziq göstərməmişlər. O demək olar ki, narkotik vasitə və psixotrop maddəni Cəmildən almışdır. Cəmil Binə TM-də kafedə çayçı işləmiş, o da həmin zamanlarda Binə TM-də çalışmışdır deyə rahat üsulla Cəmildən kakos və patı almışdır. Cəmil ilə aralarında dəfələrlə telefon əlaqəsi olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, ilk dəfə cinayət törətməsini, himayəsində bir azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, DVD diskində olan video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə Ticarət Mərkəzində yerləşən “Göygöl” adlı kafedə ofisant işləyir. Təxminən 2 aydır ki, kakos deyilən narkotik vasitə qəbul edir. Narkotik vasitəni müxtəlif şəxslərdən əldə edir, lakin yeni başladığı üçün elə də çox istifadə etməmişdir. 21 yanvar 2022-ci il tarixdə günorta saatlarında Binə Ticarət Mərkəzində tanışı Mirzə ilə birlikdə getdiyi zaman ayağına siqaret qutusu dəymiş, maraqlı gəldiyi üçün siqaret qutusunu götürüb içərisini açmışdır. Siqaret qutusunun içərisində 02 ədəd kağız büküm olmuşdur. Bükümləri açanda görmüş ki, bükümün birinin içərisində qəhvəyi rəngli kakos deyilən narkotik vasitə var, digər bükümdə isə şüşə deyilən psixotrop maddə var. O şüşə istifadə etmədiyi üçün həmin bükümü Mirzəyə vermiş, digərini öz üzərində saxlamışdır. Hər ikisi bir istifadə etmişlər. Sabahı günü xx.xx.2022-ci il tarixdə Mirzə, o, Binə TM-dən tanıdığı Nicat və Samir adlı şəxslər ilə birlikdə bazarda 1-ci sırada yerləşən boş anbarların birinə yığdığı taxtaları uşaqların köməyi ilə çölə yığırmış ki, avtomobil çağırıb yükləyib Binə qəsəbəsinə göndərsin. Samirlə Nicatın da narkotik vasitə qəbul etdiklərini bilirmiş. Həmin vaxt polis əməkdaşları gəlmişlər. Onları 10-cu PB-nə aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Elşad oğlu ifadəsində göstərmişdir ki, ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə Ticarət Mərkəzində yerləşən geyim mağazasında satıcı işləyir. 22 yanvar 2022-ci il tarixdə həmin Ticarət Mərkəzində olan zaman bazarda 1-ci sırada boş anbarda Cəmillə Samir və Nicat adlı şəxsləri görmüşdür. Cəmilin həmin anbarda taxtaları olmuşdur. X11 köməklik göstərirmişlər. O da Cəmilgilə yaxınlaşıb köməklik etmək istədiyi zaman mülki geyimdə gələn şəxslər özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər, daha sonra onları narkotik vasitə və psixotrop maddələrin istifadəsində şübhəli olduqlarını deyib Polis bölməsinə aparmışlar. Daha öncədən Nicatın narkotik vasitəsi istifadə etməsi barədə məlumatı olsa da, onun narkotik vasitənin hansı növündən istifadə etdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, ruhi-əsəb xəstəliyindən əziyyət çəkmir, hal-hazırda heç bir yerdə işləmir. Əvvəllər Sədərək Ticarət Mərkəzində satıcı işləmişdir. 22 yanvar 2022-ci il tarixdə günorta saatlarında o Cəmilə Binə TM-də boş anbarların birində olan taxtaları avtomobilə yığıb Binə qəsəbəsinə göndərmək üçün kömək edirmiş. Cəmil də narkotik vasitə istifadəçisidir, həmin vaxt o Cəmildə narkotik vasitə olub-olmadığını soruşmuş, Cəmil də ona üzərində olan kağız bükümün içərisində olan kakosdan biraz vermiş, biraz da özü istifadə etmişdir. Həmin vaxt onların yanında, onlarla birlikdə Nicat və Mirzə adlı yoldaşlar da olmuşdur. Mirzə ilə Nicat isə şüşə istifadə edirmişlər. Onlar işə yenidən başlamaq istədikləri zaman mülki geyimdə özlərinin polis əməkdaşları olduqlarını təqdim edən üç nəfər şəxs onları Polis bölməsinə aparmışlar. Polis bölməsində şəxsi axtarış zamanı Nicatın üzərində narkotik vasitə olmasını görmüşdür. Nicat həmin narkotik vasitəni şəxsi axtarışın aparıldığı otaqda masanın üzərinə qoymuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarış üzrə əməliyyat müvəkkili Şahid5 məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə Şahid5 məhkəmə iclasında iştirak etməməsini nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş, habelə şahidin ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Şahid5 ibtidai istintaq dövründə şahid qismində verdiyi və məhkəmə iclasında tədqiq edilmiş ifadəsində görünür ki, Qaradağ RPİ-nin 10-cu polis bölməsində cinayət axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə Ticarət Mərkəzində işləyən “Cəmil” adlı şəxsin narkotik vasitə və psixotrop maddələrin qəbulu, daşınması, satışı ilə məşğul olması, ara-sıra üzərində narkotik vasitə və psixotrop maddə saxladığı üçün bu əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə o, Qaradağ RPİ-nin 10-cu PB-nin rəisinə raportla müraciət etmiş, məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra onun rəhbərliyi altında PBnin CA üzrə əməliyyat müvəkkilləri, Şahid6, Orxan Səmədov və Şahid4 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat zamanı qrup üzvlərinə davranış xətti izah olunmuşdur. Bundan sonra onun rəhbərliyi altında qrup üzvləri ilə birlikdə 22 yanvar 2022-ci il tarixdə saat 14:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə Ticarət Mərkəzində yerləşən “Yaşıl kafe”nin yaxınlığında yerləşən 342 nömrəli mağazanın qarşısında bir nəfər şəxsin zahiri əlamətləri ilə Şahid2 ilə üst-üstə düşən şəxsə yaxınlaşıb özlərini təqdim edib, həmin şəxsin kim olduğunu soruşmuşlar. Həmin şəxs Şahid2 olduğunu demişdir. Həmin vaxt Şahid2 yanında üç nəfər şəxs də olmuşdur. Onlar Şahid2 və yanındakı üç nəfər şəxsi polis bölməsinə dəvət etmişlər. Polis bölməsində Şahid2 yanında olan şəxslərin Şahid1 Elşad oğlu, Təqsirləndirilən şəxs və Şahid3 olması müəyyən edilmişdir. Bu barədə Polis bölməsinin rəhbərliyinə raport ilə məruzə edilmişdir. Polis bölməsində gətirilmiş şəxslərin hər birinin üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılmışdır. Belə ki, adları qeyd olunan şəxslər hər biri ayrı-ayrılıqda təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, dəvət olunmuş müdafiəçilərin iştirakları ilə hər birinin üzərində şəxsi axtarış və götürmə videoçəkiliş vasitəsilə aparılmışdır. PB-də xidməti otaqların birində bizim və müdafiəçinin iştirakı ilə mənim tərəfimdən videoçəkiliş vasitəsilə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparıldı. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və predmetin olub olmadığını, varsa təqdim edib masanının üzərinə qoymasını təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın qabaq sağ cibindən istifadə etdiyi “Samsung A40” markalı telefonu çıxarıb masanın üzərinə qoydu. Həmin telefonun qara rəngli telefon örtüyünü çıxardıqda içərisindən 01 ədəd siqaret kağızındakı büküm aşkar edilmişdir. Kağız büküm açıldı, bükümün içərisində şəffaf rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş bükümdə olan psixotrop maddəni Binə Ticarət Mərkəzində Şahid2 aldığını bildirmiş, aşkar edilərək götürülmüş büküm təhqiqatçı tərəfindən qablaşdırılaraq, porotokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. İbtidai istintaq dövründə şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid4 və Qaradağ RPİ-nin 10-cu PB-in Cinayət Axtarış üzrə əməliyyat müvəkkili Şahid6 məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər. Şahid4 və Şahid6 məhkəmə iclasında iştirak etməmələri nəzərə alınaraq, işə onların iştirakları olmadan baxılması mümkün hesab etmiş, habelə Şahid4 və Şahid6 məhkəmə iclasında ibtidai istintaq dövründə vermiş olduqları ifadələri elan edilmişdir. Şahid4 ibtidai istintaq dövründə şahid qismində verdiyi ifadəsindən görünür ki, xx.xx.2022-ci il tarixdə Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə Ticarət Mərkəzində işləyən “Cəmil” adlı şəxsin narkotik vasitə və psixotrop maddələrin qəbulu, daşınması, satışı ilə məşğul olması, ara-sıra üzərində narkotik vasitə və psixotrop maddə saxladığı üçün bu əməliyyat yolu ilə əldə olunmuş məlumatı yoxlamaq məqsədilə Qaradağ RPİ-nin 10-cu PB-nin CA üzrə əməliyyat müvəkkili, polis kapitanı Nəsirov X5 RPİ-nin 10-cu PB-nin rəisinə raportla müraciət etmiş, məlumat əsasında əməliyyat tədbirlərinin keçirilməsi barədə razılıq əldə olunduqdan sonra Şahid5 rəhbərliyi altında PB-nin CA üzrə əməliyyat müvəkilləri, Şahid6, Orxan Səmədov və Şahid4 ibarət əməliyyat qrupu təşkil olunmuşdur. Əməliyyat zamanı qrup üzvlərinə davranış xətti izah olunduqdan sonra Şahid5 rəhbərliyi altında qrup üzvləri ilə birlikdə 22 yanvar 2022-ci il tarixdə saat 14:50 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən Binə Ticarət Mərkəzində yerləşən "Yaşıl Kafe” yaxınlığında yerləşən 342 nömrəli mağazanın qarşısında bir nəfər şəxsin zahiri əlamətləri ilə Şahid2 ilə üst-üstə düşən şəxsə yaxınlaşıb özlərini təqdim edərək, həmin şəxsin kim olduğunu soruşmuşlar. Həmin şəxs Şahid2 olduğunu dedi. Həmin vaxt Şahid2 yanında olan üç nəfərlə şəxslə bərabər Şahid2 şəxsi polis bölməsinə dəvət etmişlər. Polis bölməsində Şahid2 yanında olan şəxslərin Şahid1 Elşad oğlu, Təqsirləndirilən şəxs və Şahid3 olması müəyyən edilmişdir. Bu barədə Polis bölməsinin rəhbərliyinə raport ilə məruzə edilmişdir. Polis bölməsinə gətirilmiş şəxslərin hər birinin üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış və götürmə aparılmışdır. Belə ki, adları qeyd olunan şəxslər hər biri ayrı-ayrılıqda təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulmuş, dəvət olunmuş müdafiəçilərin iştirakları ilə hər birinin üzərində şəxsi axtarış və götürmə videoçəkiliş vasitəsilə aparılmışdır. PB-də xidməti otaqların birində polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə PB-nin CA üzrə əməliyyat müvəkkili Şahid5 tərəfindən videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılmışdır. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və predmetin olub olmadığını, varsa təqdim edib masanının üzərinə qoymasını təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın qabaq sağ cibindən istifadə etdiyi “Samsung A40” markalı telefonu çıxarıb masanın üzərinə qoymuş, həmin telefonun qara rəngli telefon örtüyünü çıxardıqda içərisindən 01 ədəd siqaret kağızındakı büküm aşkar edilmişdir. Kağız büküm açıldı, bükümün içərisində şəffaf rəngli, kristalşəkilli psixotrop maddə metamfetaminə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş bükümdə olan psixotrop maddəni Binə Ticarət Mərkəzində Şahid2 aldığını bildirmişdir. Aşkar edilərək götürülmüş büküm təhqiqatçı tərəfindən qablaşdırılmış, protokol tərtib edilərək, iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, o, digər Şahid4 ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin 1-ci cildinin 1-ci vərəqəsində olan 13 may 2022-ci il tarixli cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması haqqında qərardan görünür ki, istintaqı tamamlanmış ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmış, ********* nömrəli cinayət işindən Təqsirləndirilən şəxs aid sənədlərin “əsli” çıxarılaraq yeni nömrə ilə ayrılmış ********* nömrəli cinayət işinə əlavə edilib cinayət işi icraata qəbul edilərək istintaq davam etdirilmişdir. Cinayət işinin 1-ci cildinin 52-ci vərəqəsində olan 22 yanvar 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cildinin 78-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 81 (səksən bir) manat müəyyən edilmişdir. Cinayət işinin 1-ci cildinin 79-80-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 yanvar 2022-ci il tarixli, 6/440 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs təqdim etdiyi” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.279 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri»-in siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi 0,279 qram, tədqiqata sərf edilmiş 0,050 qram, qalıq 0,229 qram olmuşdur. Cinayət işinin 1-ci cildinin 114-cü vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında 24 yanvar 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona CM-nin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Cinayət işinin 1-ci cildinin 135-ci vərəqəsində olan doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, təqsirləndirilən şəxsin himayəsində xx.xx.2021-ci il təvəllüdlü Uğur adlı övladı vardır. Cinayət işinin 1-ci cildinin 146-cı vərəqəsində olan Qaradağ Rayon Prokurorunun 24 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair verilmiş vəsatət rədd olunmuşdur. Cinayət işinin 1-ci cildinin 156-cı vərəqəsində olan Qaradağ rayon Polis İdarəsi İstintaq şöbəsinin müstəntiqi V.Xalıqovun 24 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cildinin 216-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 14 mart 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmasına dair heç bir məlumat yoxdur. Cinayət işinin 1-ci cildinin 238-248-ci vərəqələrində olan 13 may 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 1 ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Cinayət işinin 2-ci cildinin 2-ci vərəqəsində olan 05 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs olduğu yer məlum olmadığından, istintaqdan yayındığından barəsində istintaq aparılması mümkün olmadığından və qətimkan tədbirinin şərtlərini pozduğundan barəsində axtarış elan edilmiş, qərarı icrası Qaradağ RPİ-nin CAŞna həvalə edilmişdir. Cinayət işinin 2-ci cildinin 8-ci vərəqəsində olan 20 iyul 2022-ci il tarixli tutma protokolundan görünür ki, Qaradağ RPİ-nin 10-cu PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə tutularaq Qaradağ RPİ-nin 10-cu PB-nə gətirilmişdir. Cinayət işinin 2-ci cildinin 12-13-cü vərəqlərində olan 21 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Qaradağ RPİ-nin MSY-dən azad olunmuşdur. Cinayət işinin 2-ci cildinin 17-18-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 21 iyul 2022-ci il tarixli, 3998 nömrəli rəyindən, görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və kannabinoidlərin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 2-ci cildinin 19-27-ci vərəqələrində olan 03 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd siqaretin kağız bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0.279 qram olan şəffaf rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin iş üzrə maddi sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış, həmin psixotrop maddə olan metamfetaminin tədqiqatdan sonra qalıq təmiz çəkisi- 0.229 qram kağız bükümün içərisindəki hissəsi saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Cinayət işinin 2-ci cildinin 30-cu vərəqəsində olan 04 avqust 2022-ci il tarixli təqsirləndirilən şəxs yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona CM-nin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 2-ci cildinin 75-76-cı vərəqələrində olan Qaradağ Rayon Məhkəməsinin 30 avqust 2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinə əlavə edilmiş DVD diskinə məhkəmə iclasında baxış keçirilərkən müəyyən edilmişdir ki, Bakı şəhəri Qaradağ RPİ-nin İstintaq Şöbəsinin müstəntiqi, polis kapitanı X9 icraatında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət isinin istintaqı ilə əlaqədar xx.xx.2022-ci il tarixli şəxsi axtarış və götürmə keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd DVD diskdən görünür ki, iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs Qaradağ RPİ-nin 10-cu PB-in əməkdaşı tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində fəaliyyət göstərən Binə TM-də saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-ə gətirilərək üzərinə dəvət edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyalarını masanın üzərinə qoymaq təklif olunumuş və sonuncu əyinində olan qara rəngli cins şalvarın sağ yan cibindən Samsung A40 arkalı mobil telefonun qara rəngli örtüyünün arxasından 01 ədəd siqaret kağız bükümüdə təqdim etmiş, həmin büküm açıldıqda içərisindəki şəffaf rəngli, kristall şəklində olan maddənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, şahidlərin ifadələri, ekspert rəyləri, məhkəmə istintaqı zamanı baxış keçirilmiş DVD diskində olan video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan, qanunsuz olaraq psixotrop maddə hesab edilən metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edərək saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli məhkəmə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, himayəsində 1 azyaşlı övladının olmasını ilk dəfə cinayət törətməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, eləcə də, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, 22 yanvar 2022-ci il tarixdən 24 yanvar 2022-ci il tarixədək və 20 iyul 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək, yəni 3 (üç) gün tutulma müddətinin 01 (bir) günü 02 (iki) gün müddəti Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən bir günə iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, 06 (altı) gün müddət təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X1 ekspert komissiyasının 21 iyul 2022-ci il tarixli, 3998 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlməsinə ehtiyac yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və Qaradağ RPİnin Növbətçi Hissəsinin maddi sübutları saxlama yerində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,229 qram psixotrop maddə hesab edilən metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 81 (səksən bir) manat sonuncudan tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X4 işə qoşularaq ibtidai istintaq dövründə 48 (qırx səkkiz) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişdir. Məhkəmə baxışı zamanı müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq 15 (on beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 48 (qırx səkkiz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdən 24 yanvar 2022-ci il tarixədək və 20 iyul 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixədək yəni 03 (üç) gün həbsdə olma müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 06 (altı) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri və Abşeron rayonu hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, yaşayış yerini saat 23:30-dan növbəti gün saat 07:00-dək tərk etməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Qaradağ Rayon Polis İdarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,229 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 81 (səksən bir) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142593, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 48 (qırx səkkiz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X3 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-270/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-270/2022
15.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver