Məhkəmə qərarları › İş №1(002)-270/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-270/2024

30.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-270/2024 30.09.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4, Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 nümayəndəsi (vəkili) Müdafiəçi və müdafiəçisi X5 iştirakları ilə, Xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X4 şikayətinə məhkəmənin binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ : X11 Bakı şəhəri, Qaradağ rayon məhkəməsinə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə müraciət edərək X3 Azərbaycan Respublikası CM-nın 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul etməsini məhkəmədən xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayətdə göstərilmişdir ki, o, X15 ilə 2018-ci ilin martın 11-də ailə həyatı qurmuş, 2021-ci ilin martın 3-ü rəsmi şəkildə boşanmışdırlar. 2019-ci ilin fevralın 13-ü bu nikahdan bir övladları X16 dünyaya gəlmişdir. İlk aliment 2022-ci ilin sentyabr ayının 27-si ödənilmişdir. O hal-hazırda alimentin yüksəldilməsi ilə bağlı iş qaldırmışdır. Qarşı tərəf bunu örgəndikdən sonra məhkəməyə anasını, ikinci həyat yoldaşını və onun ailəsini özü ilə gətirərək yalandan çıxışında demişdir ki, guya xəstədir. 23 iyul 2024-cü ildə bu məhkəmədən sonra Rəsulun atası övladı ilə görüş gününə ikinci həyat yoldaşı ilə gəlmişdir. Məhkəmənin qərarı verilərkən 2021-ci ilin martın 3-ü deyilmişdi ki, uşağı yalnız atasi gəlib görǝ bilər. Bunu bilərək Rəsulun atası öz istədiyi kimi hərəkət edir. O, 2024-cü il avqustun 24-dü X12 yazmışdır ki, uşağın məktəbə qədər hazırlığa yazdırmışdır və məktəbdən atasının şəxsiyyətinin kopyasını istəmişdirlər. Ancaq o buna baxmayaraq vəsiqəsini göndərməmişdir. Avqustun 27-si alimenti istəmiş ondan qeyd etmişdir ki, əlimdə pulum yoxdu uşağa alış-veriş etmək üçün yalandan ona yazmışdır ki, pul düzəlməyib düzələn kimi atacam. 2024-cu ilin avqustun 31-i yenə alimenti istəyib yazmışdır ki, imkanım yoxdur, hələ düzəlməyib. Mənimdə əlimdə pulum yoxdu özüm işləmirəm valideyinlərimə sığınmışıq övladımla bərabər və körpə olduğuna görədə işləyə bilmirəm. Həmin günün axşamı X7 anası X8 18:31-də ona nalayiq təhqirli və təhdidli səsli mesaj göndərərək təhdid etmişdir. Bu səsli mesajları onun anası, atası, qardaşı, nənəsi, dayısını arvadı eşitmişdir. Həmin təhqiramiz sözləri (bu şikayətimdə açıq göstərməyə utandığımdan məhkəmənin nəzərinə çatdırıram ki, həmin sözlər tərəfimdan diskə köçürülmüş və disk məhkəməyə oxunmaq uçun təqdim ediləcəkdir) və təhdid olan səsli mesajda həmin diskdə olacaq. Sentyabrın 3-dü və hələdə alimenti ödəməyib və onun nömrəsini blok edib ki, nə zəng edə bilsin nədə mesaj yaza bilsin. Onlar evli olarkən də X8 onu və valideyinlərini təhqir etmişdir. Hamilə olduğunu bildiyi halda ona stress və həyəcana salırdı ki, uşaq tələf olsun. X9 atası da onun hamilə olduğunu bildiyi halda döyməklə hədələyirdi. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X11 öz izahatında verdiyi şikayət ərizəsinin mahiyyətinə uyğun izahat verərək şikayətin icraata qəbul edilməsini və X3 cinayət məsuliyyətinə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırlıq iclasında iştirak edən barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 nümayəndəsi (vəkili) Müdafiəçi öz vəsatətində göstərmişdir ki, X2 Ruhiyyə Əkbər qızı barəsində xüsusi ittiham qaydası ilə məhkəməyə müraciət etmişdir. O, şikayət ərizəsində X3 onun barəsində təhqir dolu mesajları telefonuna göndərdiyini və həmin sözləri o, təhqir hesab edərək X3 AR CM-nin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsini və 70 manat məbləğində ondan təzminat alınmasını tələb edir. Qeyd etmək istəyirəm ki, X4 bu şikayət ərizəsi qanunvericiliyin tələblərinin pozulması ilə verildiyindən, onun şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında" AR Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 3 nömrəli Qərarının 11-ci bəndində göstərilmişdir ki, "Məhkəmələrin nəzərinə çatdırılsın ki, xüsusi ittiham qaydasında icraatın başlanmasına səbəb yalnız zərər çəkmiş şəxs tərəfindən xüsusi ittiham qaydasında verilmiş şikayət ola bilər. Xüsusi ittiham qaydasında şikayət yazılı şəkildə cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsinə verilir. Şikayətdə aşağıdakılar göstərilməlidir: şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barəsində məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı ve yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi, cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş, şikayətin verildiyi tarix (il, ay və gün), şikayəti vermiş şəxsin imzası (CPM-nin 293.3.1-293.3.7-ci maddələri). Məhkəmələrə tövsiyə edilsin ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. "X4 məhkəməyə təqdim etmiş olduğu şikayətdən də məlum olur ki, həmin bu erize CPM-nin 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun tərtib edilməmişdir. Belə ki, şikayətdə yuxarıda qeyd edilən məlumatlar tam şəkildə öz əksini tapmamışdır. Bundan başqa, X4 X13 tərəfindən AR CM-nin 147-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməsini göstərmişdir. Lakin bildiyiniz ki, AR CM-nin 147-ci maddəsi 2 hissədən ibarətdir: 147.1 və 147.2. Şikayət edən şəxs Qədirova Ruhiyyə tərəfindən məhz hansı maddələrin törədildiyi öz ərizəsində göstərilməmişdir. Eyni zamanda işin hallarından da görünür ki, ümumiyyətlə X3 əməllərində AR CM-nin nə 147-ci nə də 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərinin tərkib hissəsi yoxdur. Belə ki, AR CM-nin 147.1-ci maddəsinin dispozisiyasına görə məsuliyyət yalan olduğunu bilə-bilə hər hansı bir şəxsin şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatlarda, kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarından yayıldıqda yaranır. Lakin işin hallarından da görünür ki, X8 tərəfindən şikayətçi X11 barəsində hər hansı kütləvi informasiya vasitələrində belə bir məlumat yayılmamışdır. Eyni zamanda AR CM-nin 148-ci maddəsinin dispozisiyasına görə məsuliyyət, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərlərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatlarında şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltdıqda yaranır. Bir daha qeyd etmək istəyirəm ki, X11 tərəfindən X8 tərəfindən bu əməli sübut edən fakt, sənəd şikayət ərizəsinə əlavə edilməmişdir. Həmçinin bildirmək istəyirəm ki, bu şikayət ərizəsi məhkəmə aidiyyəti qaydalarının pozulması ilə də verilmişdir. Belə ki, "Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında" AR Ali Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli 3 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, xüsusi ittiham qaydasında şikayətlərə AR CPM-nin 74.1-74.4 ve 74.8-ci maddələrinin tələblərinə uyğun şəkildə baxılmalıdır. Lakin AR CPM-nin 74.1-ci maddəsindən də görünür ki, cinayət işlərinə cinayət əməlinin törədildiyi yer üzrə aidiyyəti məhkəmə tərəfindən baxılır. İşin hallarından da görünür ki, barəsində şikayət verilən şəxs X1 rayonu ərazisində yaşayır və X4 dediyinə görə də o, yaşadığı evdən ona həmin səsli mesajı göndərmişdir. Yəni işin hallarından da görünür ki, aidiyyət qaydası da şikayətçi tərəfindən pozulmuşdur. AR CPMnin 302.1.3 və 302.1.7-ci maddələrinə əsasən şikayətin məzmunu bu Məcəllənin 293.3.1- 293.3.2-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda və şikayət əsassız olduqda, şikayət vermiş şəxsin dəlilləri təsdiq edən sübutları əks etdirmədikdə, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. AR CPM-nin 302.2.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Odur ki, bütün yuxarıda göstərilənləri nəzərə alaraq X4 X8 barəsində xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş X3 müdafiəçisi X14 öz izahatında digər müdafiəçinin fikirlərini təsdiq etdiyini və onun vəsatətinin təmin olunmasının xahiş etmişdir. Məhkəmə, X4 xüsusi ittiham qaydasında verdiyi şikayət ərizəsini nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək və eləcədə təqdim edilmiş sənədləri nəzərə alaraq hesab edir ki, şikayət baxılması üçün aidiyyəti üzrə Qobustan Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından da aydın olur ki, barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X1 rayonunda yaşamaqla həmin sosial şəbəkələrə yaşadığı ünvandan daxil olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 302.1.3-cü maddəsinin tələbindən aydın olur ki, xüsusi ittiham qaydasında şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmalıdır. Həmin Məcəllənin CPM-in 74.1-ci maddəsinə görə cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən isə cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikasının CPM-in 302.2.1-ci maddəsində isə təsbit edilmişdir ki, məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə hazırlıq iclasında şikayətin həmin məhkəməyə aid olmadığını müəyyən etdikdə xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar çıxarır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-in 74, 75, 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasına dair X4 şikayəti baxılması üçün ərazi aidiyyəti üzrə Qobustan rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar