Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-271/2021 12.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 11 aprel 2021-ci il tarixdə saat 21:20 radələrində atası Şahid1 məxsus idarə etdiyi “Dodge Journey” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçən Bakı-Qazax yolunun 58-ci kilometrliyinin sol hissəsində, massiv 6 ünvanın qarşısındakı yolda, üzü Ələt qəsəbəsi istiqamətində hərəkət edən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozub avtomobili hərəkət sürəti 3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanı 50 km/saata qədər məhdudlaşdırılmış yolda 60 km/saat sürətlə hərəkətdə olarkən həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin də tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu qaydalara əməl etməmiş, mövcud şəraitdə yolun hərəkət istiqamətinin sol tərəfindən sağ tərəfinə keçən piyada X6 idarə etdiyi avtomobilin qabaq sol hissəsi ilə vuraraq ehtiyyatsızlıqdan sonuncuya baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, ənsə sümüyünün xətti sınığı, başın ənsə nahiyəsinin əzilmiş yarası, başın sol təpə nahiyəsinin səthi əzilmiş yarası, sağ bazu sümüyünün yuxarı 1/3-nin və sol baldır sümüyünün yuxarı 1/3-nin qapalı, yerinidəyişmiş sınıqlarından ibarət ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarətləri yetirdikdən sonra X15 qəsəbəsi ərazisində yerləşən 20 saylı X17 Stansiyasına apardığı zaman sonuncunun yolda ölməsi ilə nəticələnən yolnəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, fərdi qaydada avtomobil ustasıdır, çilingər işini görür. Özü, atası Şahid1 adına qeydiyyat şəhadətnaməsi olan “Dodge Journey” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. Sürücülük vəsiqəsi olsa da sürmək üçün avtomobilə dair adına etibarnamə olmamışdır. 11 aprel 2021-ci il tarixdə saat 21:20 radələrində idarə etdiyi avtomobil ilə saatda 50-60 km sürətlə Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, massiv 6 ünvanın yaxınlığındakı iki tərəfli yol ilə Qobustan qəsəbəsi tərəfdən üzü Ələt qəsəbəsi istiqamətində hərəkət edirmiş. Bu zaman qəflətən yolun sol tərəfindən sağ tərəfinə doğru iti yerişlə keçən bir nəfər kişi piyada qarşısına çıxmışdır. Həmin piyadaya təxminən 2 metr məsafə qaldıqda o, piyadanı görmüş və dərhal sükanı sağa doğru çəkərək qaçırtmış, buna baxmayaraq avtomobilin qabaq sol tərəf hissəsi ilə piyada kişini vurmuş, nəticədə həmin kişi yerə yıxılaraq baş nahiyyəsindən xəsarət almışdır. Hadisə baş verdikdə o, avtomobili saxlamış və tezliklə həmin kişi piyadanı arxa oturacağa yerləşdirərək Qobustan qəsəbəsindəki X17 Stansiyasına yollanmışdır. Orada X17 ekipajı olmadığından xəsarət alan piyadanı Sahil qəsəbəsindəki X17 Stansiyasına aparmaq məcburiyyətində olmuş, lakin avtomobili artıq nasaz vəziyyətdə olduğundan Qobustan qəsəbəsindəki X2rşısında tanıdığı qəsəbə sakini Eyvazla rastlaşmış və sonuncudan piyadanı aparmağını xahiş etmişdir. Eyvaz ona etiraz etmədiyindən onlar birlikdə piyadanı Eyvazın avtomobilinin arxa oturacağına uzadıb yola düşmüşlər. Yolda o, tez-tez piyadanın nəbzini yoxlayırmış, Qobustan qəsəbəsindən çıxdıqda xəsarət alan piyadanın nəbzi artıq vurmamış, həmin şəxsin öldüyünü başa düşmüşdür. Sahil qəsəbəsindəki X17 Stansiyasında həkimlər xəsarət almış piyadaya baxdıqda artıq onun öldüyünü təsdiq etmişlər. O, hərəkəti üçün təhlükəni piyada kişiyə təxminən 2 metr məsafə qaldıqda hiss etmiş və bu anda avtomobili sağa doğru qaçırtmışdır. Həmin vaxt o, avtomobildə tək olmuş, avtomobildə heç bir yük olmamış, hadisə zamanı heç bir xəsarət almadığını göstərmişdir. O öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmasını və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Alış Abdullayev onun böyük qardaşıdır, sonuncu şəxsi yük avtomobili ilə metal yük daşıyaraq dolanırmış. 10 aprel 2021-ci il tarixdə səhər saatlarında Alış işi ilə əlaqədar evdən çıxaraq Bərdə rayonuna getmiş, həmin gün axşam saatlarında Bərdə rayonunda metalı yükləyərək Bakı şəhərinə yollanmışdır. Sabahısı gün, 11 aprel 2021-ci il tarixdə səhər saatlarında Bakı şəhərində daşıdığı yükü boşaltmış və bir qədər istirahət edərək həmin gün axşam saatlarında Mingəçevir şəhərinə yola düşmüşdür. 11 aprel 2021-ci il tarixdə saat 22:00 radələrində Alışı tanıyan yük avtomobili sürücüsü Kamran onlara zəng edərək Alışın yol qəzası nəticəsində avtomobil ilə vurulduğunu demişdir. O, bunu eşitdikdən sonra dərhal yaxın qohumları ilə birlikdə Bakı şəhərinə yollanmış və məlum olmuşdur ki, Alış Qobustan qəsəbəsi ərazisində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində X17 Stansiyasına aparılarkən ölmüşdür. Həmin hadisəni tanımadığı vətəndaş Təqsirləndirilən şəxs idarə etdiyi “Dodge Journey” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə törətmişdir. Alış Abdullayev iki oğul atasıdır, hər iki oğlu ailəlidir, hamısı Yevlax rayonu, Əkşəm kəndində bir evdə yaşayırlar, mərhum Alışda həmin ünvanda yaşamışdır. Şəxsiyyət vəsiqələrində atalarının adının bir hərfi səhf göstərilmiş, atalarının əsl adı Səftərdir, ona verilən şəxsiyyət vəsiqəsində mexaniki səhf olaraq Səfdər göstərildiyini təsdiq etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 11 aprel 2021-ci il tarixdə gecə saatlarında qəsəbədəki sakinlərdən eşitmişdir ki, digər qəsəbə sakini Nicat avtomobili ilə piyadanı vurmuş və xəsarət alan şəxsi Qobustan qəsəbəsindəki X17 Stansiyasına aparmışdır. O, bunu bildikdə kömək məqsədi ilə idarə etdiyi “Mercedes” markalı **-UM-*** dövlət nömrə nişanlı avtomobilində X17 Stansiyasına yollanmışdır. Orada Nicatı görmüş və məlum olmuşdur ki, X17 ekipajı yoxdur. Bu səbəbdən Nicat piyadanı yaxınlıqda olan Sahil qəsəbəsindəki X17 Stansiyasına aparmaq məcburiyyətində olmuşdur. Lakin Nicatın avtomobili artıq baş vermiş hadisədən sonra nasaz vəziyyətə düşdüyündən onun avtomobilində getməyi xahiş etmişdir. O da Nicata etiraz etməmiş və onlar xəsarət alan şəxsi avtomobilin arxa oturacağına uzadıb yola düşmüşlər. Yolda Nicat tez tez piyadanın nəbzini yoxlayırmış, Qobustan qəsəbəsindən çıxdıqda xəsarət alanın nəbzi artıq vurmamış, həmin şəxsin öldüyünü başa düşmüşlər. Sahil qəsəbəsindəki X17 Stansiyasına çatmışlar, oradakı həkimlər xəsarət almış piyadaya baxdıqda öldüyünü təsdiq etmişlər. Daha sonra X17 Stansiyasına polis əməkdaşları gəlmişlər və avtomobildən meyiti götürüb ekspertizaya aparmışlar, özü isə oradan yaşadığı evə çıxıb getmişdir. Baş vermiş hadisənin şahidi olmamış, həmin səbəbdən hadisənin hansı formada baş verməsi barədə heçnə deyə bilmədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X12-Təcrübi və X10 rayon şöbəsinin 24 aprel 2021-ci il tarixli, 35 №-li rəyindən görünür ki, X1 meyitinin məhkəmətibbi ekspertizasında aşkar olunmuş xəsarətlər – baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, ənsə sümüyünün xətti sınığı, başın ənsə nahiyəsinin əzilmiş yarası, başın sol təpə nahiyəsinin səthi əzilmiş yarası, sağ bazu sümüyünün yuxarı 1/3-nin və sol baldır sümüyünün yuxarı 1/3-nin qapalı, yerinidəyişmiş sınıqları. Qeyd olunan xəsarətlər həyati olub, ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, ölüm ilə birbaşa səbəbli əlaqəlidirlər və bu da canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. X1 ölümünə səbəb ənsə sümüyünün sınığı və başın küt travması nəticəsində baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, X1 ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan 12-16 saat əvvəl baş vermişdir. X1 almış olduğu xəsarətlərin xarakterinin və lokalizasiyasını nəzərə alıb, demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən 11.04.2021-ci il tarixdə hərəkətdə olan avtomaşının piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirt və narkotik maddələr aşkar edilməmişdir. (1049/k saylı, 19.04.2021-ci il tarixli AKT) İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 16 may 2021-ci il tarixli, 8/918 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən verilən məlumatlara əsasən: 1,2. Dodge Journey markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili hərəkət sürəti 3.24 “Maksimumu sürətin məhdudlaşdırılması” yol nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yolda 60 km/saat sürətlə idarə etdiyi şəraitdə, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimumu sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. “Dodge Journey” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış, qeydiyyat şəhadətnaməsi üzrə sahibi Şahid1 qəbzlə qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha düzgündür. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. Məhkəmə, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, gələcəkdə hökmün vaxtında və dəqiq icrasının təmin edilməsi məqsədilə onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbirinin seçilməsi daha məqsədə müvafiqdir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 12 aprel 2021-ci il tarixdə saat 02:00-da saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və həmin gün saat 16:30-da təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatmış, bundan sonra barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Dodge Journey” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi üzrə sahibi Şahid1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 30 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən 05 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 30 (otuz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X9 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 12 iyul 2021-ci il tarixdən hesablansın. Cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə 100 (yüz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış “Dodge Journey” markalı **-KL-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsi üzrə sahibi Şahid1 qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxsin hüquqi varisinə izah edilsin ki, vurulmuş maddi və mənəvi ziyanla bağlı cinayət və mülki qanunvericiliyin tələblərinə əməl etməklə məhkəmədə iddia qaldırmaq hüququna malikdir. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X4 və 30 (otuz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X9 vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-271/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-271/2021
12.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver