Məhkəmə qərarları › İş №1(002)-271/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-271/2022

26.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-271/2022 26.09.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının kaibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1993-cü ildə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və istismarı qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, 16 iyun 2022-ci il tarixdə saat 05:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı olduğu halda bunu etməmiş və idarə etdiyi «Ford Transit» markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən keçən 76,9-cu kilometrliyində Qazax rayonu istiqamətində hərəkətdə olan zaman qarşısında hərəkətdə olan Şahid1 idarə etdiyi «X6» markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin arxa hissəsinə dəyərək toqquşmuş, nəticədə ehtiyatsızlıqdan «Ford Transit» markalı avtomobilin sərnişini X3 baş beyin toxumasına, onun mədəcikləinə və qişalarına qansızma, başın ənsə nahiyəsinin əzilmiş yarası, sol göz qapağının, sol yanağın, alt çənə və sağ bazu nahiyələrinin sıyrıqları kimi dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət alaraq ölməsinə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, «BC» kateqoriyalı, AE seriyalı, 318547 nömrəli sürücülük vəsiqəsi var və həmin vəsiqəylə özünə məxsus olan «Ford Transit» markalı, **-SL-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Şəmkir rayonundan Bakı şəhərinə yük aparıb gətirməklə çörəkpulunu qazanırmış. 15 iyun 2022-ci il tarixdə Bakı şəhərinə gəlmək üçün hazırlaşıb Şəmkir rayonundan yola çıxıb gəlmiş, Qaradağ rayonu ərazisində yerləşən Meyvəli bazarına yük boşaltdıqdan sonra yenidən Şəmkir rayonuna qayıtmaq istəyirmiş. O, bazarda olan zaman Yolçu adlı bir nəfər zəng vuraraq Kürdəmir rayonuna aparmalı yükü olduğunu bildirdikdən sonra razılaşıb onun yükünü yəni, 1 tona yaxın kartofu yükləmiş, xx.xx.2022-ci il tarixdə yəni, yol-nəqliyyat hadisəsi baş verən gün səhərə yaxın həmin avtomobillə Lökbatan qəsəbəsi ərazisindən Bakı-Qazax-Gürcüstan avtomobil yoluna daxil olaraq Şəmkir rayonu istiqamətində avtomobili yolun sağdan birinci hərəkət zolağı ilə saatda təxminən 90-100 km/saat surətlə idarə edən zaman avtomobil texniki cəhətdən saz olmuş, yük yerində yük olmuş, avtomobildə bir nəfər sərnişin olmuşdur. Xeyli yol gedib Ələt qəsəbəsi ərazisinə çatmış və avtomobili yolun sağ zolağı ilə saatda təxminən 95-100 km/saat surətlə idarə edən zaman ondan qarşıda yolun sağ hərəkət zolağı ilə Mercedes Benz markalı yük avtomobili hərəkət edirmiş. O, birazda hərəkət edib həmin avtomobilə çatmağına təxminən 10-15 metr qalmış qəflətən əlində saxladığı telefon avtomobilin içərisində yerə düşmüş, o, əyilib telefonu yerdən götürmək istəyən zaman avtomobil sola sağa doğru getmiş, başını qaldırıb qarşıya baxanda görmüşdür ki, qarşısında hərəkətdə olan yük avtomobilinə çatmış və çox az ara məsafəsi qalmışdır. O, toqquşacağını görüb sükanı sola döndərmiş, ancaq bunun heç bir xeyri olmamış və çox az ara məsafəsi qaldığından idarə etdiyi “Ford Transit” markalı avtomobilin qabaq sağ hissəsi həmin yük avtomobilinin arxa sol hissəsindən dəymişdir. Toqquşmadan sonra avtomobillər birazda yolun sağ kənarına doğru hərəkət edib yolun sağ hissəsində dayanmış, o, dərhal avtomobildən düşərək sərnişinə doğru gedib ona köməklik edib avtomobildən çıxarıb təcili yardım çağırmışdır. Hadisə yerinə gələn təcili yardım həkimləri onun öldüyünü bildirmişlər, daha sonra özü xəsarət aldığı üçün təcili yardım avtomobili ilə xəstəxanaya getmişdir. Hadisə zamanı yüngül bədən xəsarəti aldığını, hadisədən əvvəl həmin sərnişini tanımadığını, onunla heç bir düşmənçiliyi və ədavətinin olmadığını bildirmişdir. O, əlavə olaraq baş vermiş hadisədən əvvəl spirtli içki və ya narkotik vasitə qəbul etmədiyini bildirmişdir. O, öz ifadəsində son olaraq törətdiyi əməldən çox peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 16 iyun 2022-ci il tarixdə saat 05:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisindən keçən 76,9-cu kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ölmüş X4 onun oğlu olmaqla xx.xx.2002-ci ildə Kürdəmir rayonunda anadan olmuş və Kürdəmir rayonunda alver edərək çörəkpulunu qazanırmış. 16 iyun 2022-ci il tarixdə ona zəng vurularaq Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində oğlu X3 aldığı xəsarətlərdən hadisə yerində ölməsi, meyitin müayinə olunması üçün Qaradağ rayon morquna göndərilməsi bildirilmişdir. O, dərhal qardaşını ora göndərmiş, oğlunu müayinə etdikdən sonra qardaşı təhvil alıb gətirdikdən sonra onu Kürdəmir rayonu, Şilyan kənd qəbiristanlığında dəfn etmişlər. Ona sonradan məlum olmuşdur ki, Qaradağ rayonu ərazisində Təqsirləndirilən şəxs idarə etdiyi «Ford Transit» markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonu istiqamətində hərəkətdə olan zaman qarşıda hərəkətdə olan Şahid1 idarə etdiyi «X6» markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı yük avtomobillə toqquşmuş, nəticədə oğlu aldığı xəsarətlərdən hadisə yerində ölmüşdür. Onun hadisədən əvvəl həmin sürücü ilə heç bir tanışlığı, düşmənçiliyi və ədavəti olmamışdır. O, öz ifadəsində son olaraq təqsirləndirilən şəxs ilə barışdığını və ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edərək ona dəymiş maddi və mənəvi ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, «BC» kateqoriyalı, AD seriyalı, 168415 nömrəli sürücülük vəsiqəsi var və həmin vəsiqəylə etibarnamə əsasında özünə məxsus olan «X6» markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək mütəlif vaxtlarda müxtəlif yerlərə yük aparıb gətirməklə çörəkpulunu qazanırmış. O, həmin avtomobilin pulunu tam ödəyərək aldığını, qardaşının adına baş etibarnamə olduğunu, ancaq imkan edib öz adına sənədləşdirə bilməmişdir. O, 16 iyun 2022-ci il tarixdə yəni yolnəqliyyat hadisəsi baş verən gün Qaradağ rayonu ərazisində yerləşən Meyvəli bazarından yük götürüb İmişli rayonuna getmək üçün idarə etdiyi «X6» markalı avtomobillə Lökbatan qəsəbəsi ərazisindən Bakı-Qazax-Gürcüstan avtomobil yoluna daxil olub Qazax rayonu istiqamətində hərəkətə başlamışdır. O, avtomobili yolun sağdan birinci hərəkət zolağı ilə saatda təxminən 65-70 km/saat surətlə idarə edən zaman avtomobil texniki cəhətdən saz olmuş, yük yerində 6 ton yük olmuş, avtomobildə sərnişin olmamışdır. Avtomobili yolun sağ zolağı ilə idarə edərək xeyli gedib Ələt qəsəbəsi ərazisinə çatmış, saat təxminən 05:30 radələrində hərəkətdə olduğu zaman sol yan güzgüdən arxadan “Ford Transit” markalı avtomobilin gəlib ona çatdığını, həmin vaxt zərbəylə onun avtomobilinin arxasından dəydiyini görmüş, toqquşmadan sonra avtomobillər birazda hərəkət edib yolun sağ hissəsində dayanmışdır. O, dərhal avtomobildən düşərək arxaya keçib həmin avtomobilə yaxınlaşmış, ora yaxınlaşanda həmin avtomobilin sürücüsüdə avtomobildən düşüb sərnişinə tərəf yaxınlaşmış, ondan hadisənin necə olduğunu soruşanda bildirmişdir ki, başı telefona qarışdığı üçün yola baxmamışdır. Hadisə yerinə gələn təcili yardım həkimləri gəlib həmin avtomobilin sərnişininə baxanda onun öldüyünü bildirmişlər. Hadisə zamanı o, heç bir bədən xəsarəti almadığını və hadisə yerində qalıb hadisə yerinin müayinəsində iştirak etdiyini, bildirmişdir. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəməyə gələ bilmədiyini və məhkəmənin qərarı ilə razı olduğunu bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 göstərmişdir ki: «X6» markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı yük avtomobili onlara məxsus olmaqla baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində həmin avtomobilə 4500 manat maddi ziyan dəymişdir. O, avtomobilə dəymiş maddi ziyanla bağlı heç bir şikayətinin olmadığını, gələcəkdə olarsa mülki qaydada məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 Qaradağ rayon şöbəsinin 08 iyul 2022-ci il tarixli 54 №-li rəyindən görünür ki: X3 meyitinin bədəni üzərində aşkar edilmiş xəsarətlər- baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma, başın ənsə nahiyəsinin əzilmiş yarası, sol göz qapağının, sol yanağın, alt çənə və sağ bazu nahiyələrinin sıyrıqları həyati olub, ölümündən az əvvəl bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, yəni sərnişini olduğu yük maşının digər yük avtomaşını ilə toqquşması nəticəsində törənə bilərdilər və bu da canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum Y.Zərərçəkmiş şəxs ölümünə səbəb başın küt travması və başın ənsə nahiyəsinin əzilmiş yarası ilə müşayiət olunan baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma olmuşdur. Y.Zərərçəkmiş şəxs meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum Y.Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu (xx.xx.2022-ci il tarixdə saat 09:30-da) 4-6 saat əvvəl baş vermişdir. Mərhum Y.Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (2091K saylı, xx.xx.2022-ci il tarixli AKT). İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X2 X5 Qaradağ rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 2182/K №-li rəyindən görünür ki: Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 iyul 2022-ci il tarixli 8/1741 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən «Ford Transit» markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən X8 markalı, ** GY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. Cinayət işində olan 16 iyun 2022-ci il tarxli 2/19896 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə günü Şahid1 alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. Cinayət işində olan 16 iyun 2022-ci il tarxli 2/19908 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, hadisə günü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyətində olmamışdır. DİN-in BDYPİ-dən alınmış xx.xx.2022-ci il tarixli 016-76745-1222 nömrəli məktubdan məlum olur ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin koppüter uçot bazasına görə, sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2015-ci il tarixdə (xx.xx.2025-ci il tarixədək müddətə etibarlı olan) AE seriyalı 318547 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. DİN-in BDYPİ-dən alınmış xx.xx.2022-ci il tarixli 016-76739-1222 nömrəli məktubdan məlum olur ki, xx.xx.1987-ci il təvəllüdlü Şahid1 DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat İmtahan İdarəsinin koppüter uçot bazasına görə, sürücülük hüququndan məhrum edilməsi və ya məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Adı çəkilən şəxsə xx.xx.2014-cü il tarixdə (xx.xx.2024-cü il tarixədək müddətə etibarlı olan) AD seriyalı 168415 nömrəli «BC» dərəcəli sürücülük vəsiqəsinin verilməsi barədə məlumat mövcuddur. «Ford Transit» markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil və «X6» markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı yük avtomobili iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və sahiblərinə qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisiylə barışmaqla, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış Ford Transit» markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil və «X6» markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin sahiblərinə geri qaytarılması nəzərə alınmalıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Məhkəmə baxışı zamanı Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Ford Transit» markalı, **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobil və «X6» markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilin sahiblərinə geri qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar