Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-272/2020 28.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxx 1974-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli (himayəsində 1 yetkinlik yaşına çatmayan uşağı olan), Qaradağ rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hal-hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə olan heroini tanışı X2 20 (iyirmi) manata qanunsuz olaraq əldə edərək üzərində saxlamaqla daşımış və xx xxxxxx 2020-ci il tarixdə saat 12:50 Qaradağ rayonu, Ələt qəsəbəsi Park küçəsi 1 ünvanında yerləşən «Ələt Dəmiryolu» xəstəxanasının qarşısında Qaradağ Rayon Polis İdarəsinin 11ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində saxlanılıb polis bölməsinə gətirilib üzərində şəxsi axtarış və götürmə aparılmış, həmin vaxt onun əynindəki göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd gümüşü siqaret kağızına bükülmüş ayrı-ayrılıqda təmiz çəkiləri 0,886 qram və 0,637 qram ümumi təmiz çəkisi 1.523 qram olan qəhvəyi rəngli maddələr və tərkibindəki komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, törətdiyi əməldən səmimi peşmançılıq çəkir. O, Qaradağ RPİ tərəfindən həbs edilmiş və Qaradağ rayon məhkəməsinin hökmü ilə 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilmişdir. 2019-cu ildə o azadlığa buraxılmışdır. Qeyd etmişdir ki, onun bədənində güclü ağrılar olduğu üçün o narkotik maddə hesab edilən heroini qəbul edirmiş ki, ağrıları sakitləşsin, bundan başqa arada bir o aldığı narkotik vasitələri xırda bükümlərlə bölüb tanımadığı şəxslərə satıb pul əldə edirmiş. O şəxsi istifadəsi üçün heroini müxtəlif üzdən tanıdığı lakin şəxsiyyətlərini bilmədiyi şəxslərdən alırmış.xx xxxxxx 2020-ci il tarixdə saat 10:30 radələrində o Qaradağ rayonu Ələt qəsəbəsində Musabəyov küçəsində olarkən tanıdığı X5 ilə rastlaşmış və o, ona 20 manata kokos almağı təklif etmişdir, o da bu təklif ilə razılaşmışdır. 20 manat müqabilində o, ondan iki büküm kokos almışdır, həmin bükümləri o dörd büküm edib satmaq üçün iki bükümü satıb pul əldə etmək niyyəti varmış, qalan iki bükümü isə özü istifadə edəcəkmiş və bu niyyətlə o, kokosu almışdır. Həmin iki büküm kokosu o əynində olan göy rəngli cins şalvarın sol yan cibinə qoymuşdur. xx xxxxxx 2020-ci il tarixdə o aldığı 2 büküm kokosu 4 büküm edib «İsabala» kimi tanıdığı şəxsə satmalıymış. xx xxxxxx 2020-ci il tarixdə saat 12:50-də evdən çıxıb Ələt qəsəbəsi, Park küçəsi 1 ünvanında yerləşən “Ələt Dəmiryolu” xəstəxanasının qarşısında olarkən iki nəfər mülki geyimdə olan şəxslər yaxınlaşmış və özlərini təqdim etmişlər, onlar Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşları imişlər. Polis əməkdaşları ona yaxınlaşıb özünü şübhəli apardığı üçün onu Qaradağ RPİ-nin 11-ci PB-nə dəvət edərək polis bölməsinə gətirmişlər. Polis bölməsində xidməti otaqların birində vəkilin iştirakı ilə onun barəsində tutma protokolu tərtib edilmiş və daha sonra video çəkilişlə onun üzərinə baxış keçirilmişdir, baxış zamanı o könüllü olaraq əynində olan göy rəngli cins şalvarın sol yan cibində satmaq məqsədi ilə əldə etdiyi 2 büküm narkotik vasitə hesab edilən kokosu çıxardıb təhvil vermişdir. Daha sonra həmin bükümlər zərfə qoyularaq möhürlənmiş və o da imzalamışdır. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu və məhkəmədən ona ədalətli cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o 3 il olar ki, Qaradağ RPİ-nin 11-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxx 2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatında Qaradağ rayon Ələt qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələrin dövriyyəsi ilə məşğul olduğu bildirilmişdir. Ona görə də bu barədə bölmə rəhbərliyinə tərəfindən raportla məruzə edilmiş və bölmə rəhbərliyini əmri ilə əməliyyat qrupu yaradılmaqla o da qrupun rəhbəri təyin edilmişdir. xx xxxxxx 2020-ci il tarixdə saat 12:50-də Ələt qəsəbəsi Park küçəsi 1 ünvanında yerləşən “Ələt Dəmiryolu” xəstəxanasının qarşısında həmin Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və polis bölməsində dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılmışdır. Axtarış və götürmə aparılmazdan əvvəl saxlanılan Təqsirləndirilən şəxs üzərində daşınması və saxlanması qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi bildirilmişdir və o da əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 2 büküm çıxardıb masaya qoymuş, həmin bükümə baxış keçirilən zaman qəhvəyi rəngli spesifik iyə malik olan narkotik maddəyə bənzər vasitə aşkar edilmişdir, sorğu sual zamanı Mehman həmin maddəni üzdən tanıdığı Məhəmməd adlı şəxsdən aldığını və sonradan həmin maddəni satış məqsədi ilə tanıdığı İsabala adlı şəxsə satacağanı bildirmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir, aşkar edilmiş 2 büküm maddə zərfə qoyularaq möhürlənərək imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Cəmiyyət oğlu öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o Qaradağ RPİ-nin 11-ci PB-də əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx xxxxxx 2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatında Qaradağ rayon Ələt qəsəbə sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik maddələrin dövriyyəsi ilə məşğul olduğu bildirilmişdir. Ona görə də bu barədə bölmənin əməliyyat müvəkkili Şahid1 tərəfindən raportla məruzə edilmiş və bölmə rəhbərliyini əmri ilə əməliyyat qrupu yaradılmışdır. xx xxxxxx 2020-ci il tarixdə saat 12:50-də Ələt qəsəbəsi Park küçəsi 1 ünvanında yerləşən “Ələt Dəmiryolu” xəstəxanasının qarşısında həmin Təqsirləndirilən şəxs saxlanılaraq polis bölməsinə gətirilmiş və polis bölməsində dəvət edilmiş vəkilin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılmışdır. Axtarış və götürmə aparılmazdan əvvəl saxlanılan Təqsirləndirilən şəxs üzərində daşınması və saxlanması qanunla qadağan olunmuş əşya varsa təqdim etməsi bildirilmişdir və o da əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 2 büküm çıxardıb masaya qoymuş, həmin bükümə baxış keçirilən zaman qəhvəyi rəngli spesifik iyə malik olan narkotik maddəyə bənzər vasitə aşkar edilmişdir, sorğu sual zamanı Mehman həmin maddəni üzdən tanıdığı Məhəmməd adlı şəxsdən aldığını və sonradan həmin maddəni satış məqsədi ilə tanıdığı İsabala adlı şəxsə satacağanı bildirmişdir. Bu barədə müvafiq protokol tərtib edilmiş və imzalarla təsdiq edilmişdir, aşkar edilmiş 2 büküm maddə zərfə qoyularaq möhürlənərək imzalanmışdır. Şahid Qaradağ RPİ-nin 11-ci PB-də əməliyyat müvəkkili, polis leytenantı Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində digər şahidlər Qaradağ RPİ-nin 11-ci PB-də əməliyyat müvəkkilləri Şahid1 və Şahid3 Cəmiyyət oğlu ilə oxşar məzmunlu ifadə verərək onların göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 6/1548 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət Təqsirləndirilən şəxs aşkar edilmiş... “ yazısı olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı ayrılıqda təmiz çəkiləri 0,886 qram və 0,637 qram, ümumi təmiz çəkisi 1,523 qram olan qəhvəyi rəngli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qeyd: heroinin ümumi təmiz çəkisi 1,523 qram, tədqiqata sərf edilmiş 0,1 qram, qalıq 1,423 qram. Ekspertiza tədqiqatının dəyəri 114,00 (yüz on dörd) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 xx.xx.2020-ci il tarixli 2394 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Təqsirləndirilən şəxs aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1,423 qram narkotik vasitə olan heroin təqsirləndirilən şəxsə təqdim edildikdən sonra Qaradağ RPİ-nin maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan 1 ədədvideodiskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs polis bölməsinin inzibati binasında xidməti otaqda polis əməkdaşının “üzərinizdə qanunla daşınması və saxlanması qadağan olunmuş əşyanın olub-olmaması” sualına cavab olaraq əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 2 büküm çıxardıb masanın üzərinə qoyaraq həmin bükümlərdə olan maddənin narkotik vasitə olan kokos olmasını və satış məqsədilə əldə etməsini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, təqsirləndirilən şəxs Xəlilov X7 rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 04 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2019-cu ildə cəzasının sonu ilə azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməli cinayətin residivini yaratmışdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsində göstərilir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayət törətməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 65.2-ci maddəsinin tələbindən aydın olur ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünü son həddinin yarısından az ola bilməz. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını və himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 1,423 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən 30 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 1,423 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 114 (yüz on dörd) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-272/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-272/2020
28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver