Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-273/2022 10.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1969-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində bir yetkinlik yaşına çatmayan və üç azyaşlı uşağı olan), 2-ci qrup Çernobıl əlili olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarəetmə hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, 27 avqust 2021-ci ildə saat 23 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməyərək texniki cəhətdən saz vəziyyətdə olan «Naz Lifan» markalı **-UZ-*** qeydiyyat nişanlı avtomobili nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə edib Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçən 59-cu kilometrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bu tələblərə əməl etməyib, avtomobili yolun Bakı şəhəri istiqamətinə olan hissəsinin sağ torpaq örtüklü ehtiyat hissəsi ilə hərəkətin əksinə doğru 30-40 km/saat sürətlə hərəkət etdirərkən yolun sağ kənarı ilə Qazax istiqamətinə hərəkət edən piyada Zərərçəkmiş şəxs vurmuş, nəticədə ehtiyatsızlıqdan piyada Zərərçəkmiş şəxs baş beyinin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan alın və sol gicgah sümüklərinin xətti sınığı, sol baldır sümüklərinin orta 1/3-nin qapalı, yerdəyişən sınığı kimi dərəcəsinə görə, insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərərvuran bədən xəsarəti almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263- 1.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2-ci qrup Çernobil əlili olduğu üçün 2014-cü ildə Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən ona «Lifan LF» minik markalı **-UZ-*** qeydiyyat nişanlı avtomobil verilib və həmin avtomobili vacib olduğu hallarda şəxsi işlərində istifadə edir. Lakin onun nəqliyyat vasitələri idarə etmək üçün sürücülük hüququ, yəni sürücülük vəsiqəsi yoxdur. 27 avqust 2021-ci il tarixdə o, idarə etdiyi avtomobillə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsindən yaşadığı Qobustan qəsəbəsinə qayıtmaq üçün yola düşmüşdür. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, yük, sərnişin olmamışdır. Saat 23 radələrində o, Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisindən keçən hissəsi ilə Bakı istiqamətinə hərəkətdə olmaqla körpüyə çatdıqda geriyə dönüb yolun Ələt qəsəbəsi istiqamətinə gedən hissəsi ilə hərəkətdə olmuşdur. Həmin yol təxminən 1 km məsafədən sonra baş yola birləşir. O, həmin yolla hərəkətdə olub baş yola birləşən hissəsinə çatdıqda yolun sol torpaq örtüklü hissəsinə çıxmış və hərəkət istiqamətinin əksinə doğru 30-40 km/saat sürətlə hərəkətdə olduğu vaxt baş yolla Bakı şəhəri istiqamətinə uzaq görmə işıqlarını qoşulmuş vəziyyətdə hərəkətdə olan yük avtomobili keçdikdən sonra görmüşdür ki, qarşıda yolun kənarı, yəni hərəkətdə olduğu torpaq hissə ilə piyada hərəkət edir. O, həmin piyadanı vurmamaq üçün avtomobili sola istiqamətləndirsə də məsafə yaxın olduğundan hadisənin qarşısını ala bilməmiş və avtomobilin qabaq sağ hissəsi ilə piyadanı vurmuşdur. Zərbədən piyada avtomobilin alın şüşəsinə çırpılıb yerə yıxılmışdır. O, avtomobili saxlayıb düşdükdə görmüşdür ki, piyada sol ayağından və baş nahiyəsindən xəsarət alıb. Belə olduqda o, dərhal TTYS-na və yaxınlıqda yaşayan qardaşları Çingiz və Rasim İlyasova zəng edib hadisə barədə məlumat vermişdir. Az sonra qardaşı Çingiz hadisə yerinə gəlmiş və idarə etdiyi avtomobillə piyadanı TTY məntəqəsinə aparmış, lakin məntəqə bağlı olduğundan digər qardaşı Rasim piyadanı idarə etdiyi avtomobillə Bakı şəhərinə xəstəxanaya aparmışdır. Sonradan ona məlum olmuşdur ki, həmin piyada onunla eyni qəsəbədə yaşayan Zərərçəkmiş şəxsdur. O isə hadisə yerində qalıb polis əməkdaşlarının gəlmələrini gözləmiş və təxminən 30 dəqiqə sonra oraya gələn polis əməkdaşlarına sənədlərini təqdim edib, hadisə barədə bildirdikdən sonra evinə getmişdir. Xəsarət alan Zərərçəkmiş şəxs barəsində mütəmadi qardaşı Rasimlə əlaqə saxlayıb səhər tezdən 3 saylı şəhər klinik xəstəxanasına getmişdir. Xəstəxanada ona məlum olmuşdur ki, Familin baş və sol ayağı sınıb xəsarət almışdır. Famil xəstəxanada beş gün müalicə olunduğu müddət ərzində onun bütün müalicə və əməliyyat xərclərini tam ödəmişdir. Sonradan ev şəraitində müalicəni davam etdirdiyi, həmçinin karona virusuna yoluxduğu vaxtlarda da müalicə xərclərini tam ödəmişdir. Famil hadisə vaxtı özünə məxsus mobil telefonunun sındığını bildirməklə ona 2000 manat məbləğində telefon aldırmış və həmçinin əlavə olaraq 4200 manat pul aldıqdan sonra ona qarşı heç bir şikayəti və tələbi olmadığı barədə ərizə ilə polisə müraciət etmiş və buna görə də 27 sentyabr 2021-ci il tarixdə cinayət işinin başlanması rədd edilmişdir, lakin sonradan zərərçəkmiş şəxs yenidən şikayətlər etmiş və buna görə də iş yenidən araşdırılmağa başlanılmışdır. O, ümumilikdə Zərərçəkmiş şəxs 11000 manatdan artıq pul xərcləmiş və zərərçəkmiş Famil məhkəmə gedişatı dövründə sığortadan 1500 manat da pul almışdır. Hal-hazırda da zərərçəkmiş şəxsə borca girməklə əlavə 1000 manat məbləğində pul da ödəyə bilər və yaxud da zərərçəkmiş şəxsin müalicəsi üçün birlikdə həkimə getməklə yenə də xərclərini ödəməyə hazırdır. O, öz ifadəsində son olaraq törətdiyi əməldən çox peşman olduğunu, Çernobıl əlili olduğunu, himayəsində bir yetkinlik yaşına çatmayan və üç azyaşlı uşağının olduğunu, həyat yoldaşının heç bir yerdə işləmədəyini, ailədə yeganə qazanc gətirən şəxs olduğunu, bundan başqa qızı İlyaslı Məlahət Böyükağa qızının sağlamlıq imkanları məhdud uşaq olduğundan daim müalicə və müayinələrə ehtiyacı olduğunu, zərərçəkmiş şəxsə ümumilikdə 11000 manatdan çox pul xərclədiyini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 27 avqust 2021-ci il tarixdə saat 23 radələrində yaşadığı Qobustan qəsəbəsi ərazisində olan kafedə çay içib Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Bakı şəhəri istiqamətinə olan hissəsinin sol kənarındakı torpaq hissə ilə evinə qayıdarkən arxadan hərəkət istiqamətinin əksinə doğru hərəkət edən avtomobil onu vurmuşdur. Həmin ərazidə baş yola yaxın olmaq üçün qəsəbə avtomobilləri bəzən yolun sol torpaq hissə ilə hərəkətin əksinə doğru hərəkət etmişlər. Avtomobil onu vurandan sonra o, huşunu itirmiş və ayıldıqda yaxınlıqda olan çayxananın işçisinin ona yardım etdiyini görmüş, hadisə şahidləri TTY stansiyasına məlumat verdiklərini bildirsələr də lakin hadisə yerinə TTY avtomobili gəlmədiyindən onu qəsəbə sakini Çingiz İlyasov özünə məxsus VAZ markalı avtomobillə Qobustan qəsəbəsi ərazisində yerləşən TTY məntəqəsinə aparmışdır. Lakin məntəqə bağlı olduğundan onlar geri qayıdarkən yolda TTY avtomobili ilə rastlaşmışlar. Həkimlər qeydiyyata alıb onu xəstəxanaya aparacaqlarını desə də Çingiz razılaşmamış və onu digər qardaşı Rasim İlyasovun idarə etdiyi avtomobili ilə Sahil qəsəbəsi ərazisindəki TTY məntəqəsinə aparmışdır. Orada ona ilk tibbi yardım göstərildikdən sonra Rasim yenidən onu idarə etdiyi avtomobillə Bakı şəhəri Travmatologiya institutuna aparmışdır. Sahil qəsəbəsi ərazisindəki TTY məntəqəsində Rasim həkimlərə pilləkəndən yıxıldığını bildirmişdir. Travmatologiya institutunda sol ayağına sarğı qoyduqdan sonra müayinə olunmaq üçün onu iki başqa-başqa xəstəxanaya göndərmişlər. Rasim həmin xəstəxanalara onu apardıqdan sonra 3 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirmişlər. Xəstəxanada 5 gün müalicə olunduqdan sonra evə buraxılmış və ev şəraitində müalicəsini davam etdirmişdir. Sonradan ona məlum olmuşdur ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, N.Niftəliyev küçəsi, ev 24-də qeydiyyatda olan 1969-cu il təvəllüdlü, Təqsirləndirilən şəxs idarə etdiyi «Naz Lifan» minik markalı **-UZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə onu vurmuşdur. Hadisədən sonra o, Təqsirləndirilən şəxs və qardaşları onun müalicə xərclərini ödəyib ondan üzr istədiyi üçün onun barəsində heç bir şikayət və tələbinin olmaması barədə ərizə ilə müraciət etmişdir. Müalicəsini davam etdirdiyi vaxt ona məlum olmuşdur ki, o, diabet xəstəliyinə tutulmuş, ona görə də xəsarət aldığı ayağının sağalması gecikir və bu səbəbdən də əvvələr işlədiyi "xxxx" MMC-dən işdən çıxmışdır. Təqsirləndirilən şəxs sonradan ona vurulmuş maddi və mənəvi ziyanı qarşılamadığı üçün o, şikayət ərizəsi ilə müraciət etmişdir. O, öz ifadəsində daha sonra təqsirləndirilən şəxs tərəfindən ona 2000 manat məbləğində telefon alındığını, bundan başqa ona şəxsən 4200 manat məbləğində pul verildiyini, o cümlədən o müalicə olunarkən təqsirləndirilən şəxs tərəfindən müəyyən dərman və müayinə ödənişləri edildiyini, lakin ümumilikdə çəkilən xərcin 11000 manat təşkil etmədiyini göstərmişdir. Hal-hazırda ayağından yenidən əməliyyata ehtiyacı olduğundan daha böyük məbləğdə ona pul lazım olduğunu və buna görə də təqsirləndirilən şəxsin təklif etdiyi 1000 manat pulu qəbul etmədiyini, məhkəmə gedişatı dövründə sığortadan 1500 manat pul aldığını, lakin hazırda təqsirləndirilən şəxsdən şikayətçi olduğunu və ona ağır cəza verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X5 X11 Qaradağ rayon şöbəsinin 23 may 2022-ci il tarixli 19/631 №-li rəyindən görünür ki: Zərərçəkmiş şəxs Akif oğlunun bədənində aşkar olunmuş xəsarətlər - baş beyinin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan alın və sol gicgah sümüklərinin xətti sınığı, sol baldır sümüklərinin orta 1/3-nin qapalı, yerdəyişən sınığı. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə törənmələri mümkündür və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilir. VƏT. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakterini və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində törənməsi mümkündür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 06 iyul 2022-ci il tarixli, 8/1554 saylı rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Naz Lifan markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət edərək hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. İş materiallarında olan 28 avqust 2022-ci il tarixli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə aktı ilə Təqsirləndirilən şəxs ayıq vəziyyətdə olduğu müəyyən edilmişdir. İş materiallarında olan DİN BDYPİ Qİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 016- 33942-1222 nömrəli məktubdan məlum olur ki, DİN BDYPİ Qeydiyyat-İmtahan İdarəsinin kompyuter uçot bazasının məlumatlarına əsasən xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. İş üzrə NAZ Lifan markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. İş materiallarında olan Qaradağ RİHB-nin Qobustan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri bu tərkibdən ibarətdir: 1976-cı il təvəllüdlü həyat yoldaşı X4, 2006-cı il təvəllüdlü qızı İlyaslı Məlahət Böyükağa qızı, 2008-ci il təvəllüdlü oğlu X3, 2012-ci il təvəllüdlü qızı X6 və 2018-ci il təvəllüdlü qızı X2. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri Qaradağ rayonu Qobustan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup Çernobıl əlili olmaqla Bakı şəhəri, Qaradağ rayonu, ünvan 2 ünvanında yaşayır. Yaşadığı müddət ərzində onun haqqında qonşuları və qəsəbə sakinləri tərəfindən Qaradağ rayonu Qobustan Bələdiyyəsinə heç bir şikayət daxil olmamışdır. Nümunəvi qəsəbə sakinidir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN 1 saylı zona tibbi-sosial ekspert komissiyası tərəfindən verilmiş arayışdan və Azərbaycan Respublikası ƏƏSMN tibbi-sosial ekspert komissiyasının məlumatından görünür ki, Təqsirləndirilən şəxs ikinci qrup müddətsiz əlildir. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN tibbi-sosial ekspert komissiyasının məlumatından görünür ki, İlyaslı Məlahət Böyükağa qızı sağlamlıq imkanı məhdud uşaqdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs sağlamlıq imkanları məhdud övladı İlyaslı Məlahət Böyükağa qızına görə 200 manat məbləğində sosial müavinət, 80 manat məbləğində sağlamlıq imkanları məhdud uşağa qulluğa görə Prezident təqaüdü olur. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, xx.xx.2006-cı il tarixdə doğulmuş İlyaslı Məlahətin, xx.xx.2008-ci il tarixdə doğulmuş İlyaslı Seyidağanın, xx.xx.2012-ci il tarixdə doğulmuş İlyaslı Fidanın və xx.xx.2018-ci il tarixdə doğulmuş İlyaslı Leylanın atası Təqsirləndirilən şəxsdır. İş materiallarına əlavə edilmiş xəstəliklərin səbəbini və əlilliyin peşə xarakterinin Çernobıl AES-də baş vermiş qəzanın ləğvi işləri ilə əlaqələndirilməsi üzrə Respublika İdarələrarası Ekspert Şurasının rəyindən görünür ki, xəstəlik Çernobl AES-də baş vermiş qəzanın ləğvi işlərində radioaktiv şüalanma ilə əlaqədardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-i tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, törətdiyi əməldən çox peşman olmasını, Çernobıl əlili olmasını, himayəsində bir yetkinlik yaşına çatmayan və üç azyaşlı uşağının olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, qızı İlyaslı Məlahət Böyükağa qızının sağlamlıq imkanları məhdud uşaq olmasını və zərərçəkmiş şəxsə ödənişlər etməsini və hal-hazırda da yenidən ödəniş etməyə cəhd göstərməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış NAZ Lifan markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263-1.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə, 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə 85 (səksən beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış NAZ Lifan markalı, ** UZ *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxs izah edilsin ki, qeyd olunan yol-nəqliyyat hadisəsi ilə əlaqədar ona vurulmuş maddi və ya mənəvi zərərin ödənilməsi ilə bağlı gələcəkdə mülki qanunvericiliyinin tələblərinə uyğun məhkəmə iddia qaldırmaq hüququna malikdir. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-273/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-273/2022
10.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver