Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-274/2022 31.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxxx 1994-cü ildə Ağstafa rayonu, Poylu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də SƏTƏM və dağ mədən nəzarətçisi vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyat olan və yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini icra edərkən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən "xxxx" MMC-nin "SƏTƏM” ( Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühit) və dağ-mədən nəzarətçisi” vəzifəsində olaraq texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi dağ mədən ərazisində bütün işçi heyətinin fərdi mühafizə vasitələrinin düzgün şəkildə istifadə etməsinə, dağ-mədən və daşınma nöqtələrində, yollarda sürücü və operator heyətinin təhlükəsizlik kəmərindən istifadəsinə və ümumi texniki təhlükəsizlik qaydalarına riayət etməsinə, «Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları»nın 13.10.1, 13.10.7-ci bəndlərinin tələblərinə əsasən müəssisələrdə şinlərin quraşdırılması və sökülməsi işlərinin müvafiq avadanlıq və alətlərlə təmin olunmuş xüsusi ayrılmış yerlərdə aparılmasına, müəssisə şəraitində avtomobildən çıxarılmış şinlərə hava vurulması işlərinə şin quraşdırıcısı tərəfindən yalnız bunun üçün ayrılmış xüsusi yerlərdə, qoruyucu çəpərlərdən istifadə edilməklə aparılmasına nəzarət etməli olduğu halda cinayətkarcasına etinasızlıq edərək həmin vəzifələrini yerinə yetirmədiyindən qeyd olunan qaydaları pozması nəticəsində həmin MMC-də xx.xx.2022-ci il tarixli əmək müqaviləsi əsasında “avtomobillərin və təkərlərin təmiri üzrə çilingər” vəzifəsində işləyən, xx.xx.1990-cı il təvəllüdlü X7 həmin işin görülməsi üçün müvafiq avadanlıq və alətlərlə təmin olunmamış ayrılmış xüsusi yerdən kənarda, qoruyucu çəpərlərdən və fərdi mühafizə vasitəsi olan kaskadan istifadə etmədən, ümumi texniki təhlükəsizlik qaydalarının pozulduğu iş şəraitində Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km, 1 ünvanında “Premium” adlı ərazidə xx.xx.2022-ci il tarixində, saat 03 radələrində “Shacman” markalı¸**-XM-***” dövlət qeydiyyat nişanlı yük avtomobilinin üzərindən çıxararaq yerə qoyduğu təkərinə yüksək hava təzyiqi vurması nəticəsində baş vermiş partlayış zamanı təkərin baş nahiyəsinə dəyərək ona ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik, başın sol gicgah sümüyünün basılmış kəllə əsasına keçən açıq sınığı nəticəsində baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma kimi xəsarətləri alması nəticəsində hadisə yerində X4 ehtiyatsızlıqdan ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 01 may 2022-ci il tarixdən "xxxx" MMC-də SƏTƏM və dağ-mədən nəzarətçisi vəzifəsində işləmişdir. Onun iş qrafiki gün ərzində axşam saat 19:00-dan səhər saat 07:00-dək olan müddətdir. O, 01 may 2022-ci il tarixdən etibarən qeyd olunan qrafik üzrə işləmiş və "xxxx" MMC-yə məxsus Premium əraziyə təhkim olunmuşdur. Həmin ərazi Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km 1 ünvanında yerləşən Norm sement zavodunun yaxınlığında yerləşir. Onun SƏTƏM və dağ-mədən nəzarətçisi kimi vəzifələri ərazidə hər hansı uyğunsuzluq gördüyü vaxt dərhal öz etirazını bildirməkdən, bədbəxt hadisələrin qarşısını almaqdan, yük avtomobillərinin düzgün qaydada istifadə edilməsinə, ərazidə olan işçilərin geyimlərinə davranış qaydalarına nəzarət etməkdən, əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlar keçməkdən, ona aid ərazidə görülən işlər zamanı təhlükəsiz işin icrasına və fəaliyyətinə nəzarət etməkdən və s. ibarət olmuşdur. 05 may 2022-ci il tarixdə hər gün olduğu kimi axşam saat 19:00-da işə başlamışdır. O, işdə olduğu vaxt gün ərzində iş zamanı işdə olan işçilərə ümumi nəzarət etmiş, işə başlamazdan əvvəl isə işdə olan işçilərə əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlar keçmiş və bununla bağlı sənədə imza etdirmişdir. Belə ki, o, ərazini gəzərək işləyən işçilərə geyim formasına düzgün geyinməsini, baş geyimlərini taxmalarını bildirmişdir. Həmin vaxt o, Sakit Allahverdiyevin də yanında olmuş, ona baş geyimini taxmadığı üçün bir neçə dəfə öz iradını bildirmiş, bir daha eyni halla qarşılaşacağı təqdirdə onun cəzalanacağını demişdir. Həmin vaxt ərazidə Şahid1, Şahid2 və Sakit Abdullayev olmuşlar. Şahid1 yük avtomobillərinin yuyulması üçün nəzərdə tutulmuş xüsusi yerdə olmuşdur. Onun iş yerinin yanında çilingər vəzifəsində işləyən Vüqarın işini görməsi üçün yer nəzərdə tutulmuşdur. Sakit Abdullayevin işlədiyi yer isə Vüqarın işlədiyi yerin digər tərəfində olmuşdur. Həmin gün təxminən saat 03:20 radələrində o, nəzarət etdiyi Premium adandırılan ərazidə tibb məntəqəsinin qarşısında olarkən avtomobil təmiri üçün nəzərdə tutulmuş yer tərəfdən qəfildən güclü səs gəldiyini eşitmiş və ora getdikdə Sakit Abdullayevin **-XM-*** dövlət qeydiyyat nişanlı “Shacman” markalı yük avtomobilin yanında yerdə uzanıqlı halda olduğunu görmüşdür. Həmin vaxt o, qeyd olunan sahəyə gedərkən Asim və Vüqar da oraya gəlmişlər. Hadisə barədə dərhal ilkin tibbi yardım göstərilməsi üçün ərazidə olan həkimə və təcili tibbi yardım stansiyasının 103 çağrı xidmətinə zəng edərək məlumat vermişdir. Ərazidə olan həkim Şahid4 oraya gəlmiş və Sakit Abdullayevə ilkin tibbi yardım göstərmişdir. Təcili tibbi yardımın həkimləri oraya gələrək Sakit Abdullayevi müayinə etdikdə onun artıq öldüyünü bildirmişlər. Sakit Abdullayev hadisə baş verməmişdən əvvəl **-XM-*** dövlət qeydiyyat nişanlı “Shacman” markalı yük avtomobilinin təkərlərini təmir etmiş, həmin vaxt partlayış baş vermiş, nəticədə təkər X16in baş nahiyəsinə dəydiyindən sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. "xxxx" MMC ilə X9 arasında əmək müqaviləsi bağlanması barədə onun məlumatı olmuşdur. "xxxx" MMC-nin Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şossesi, Səngərqaya-1 yolu, 7-ci km 1 ünvanında yerləşən «Norm» sement zavodunun yaxınlığında fəaliyyət göstərdiyi ərazisində görülən işlər zamanı hadisənin baş verdiyi vaxt işin təhlükəsiz icrasına və işçilərin fəaliyyətinə onun tərəfindən nəzarət olunmuşdur. X6 əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırmalar onun tərəfindən aparılmış və bununla bağlı sənədə imza etdirilmişdir. X9 xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilmişdir. Lakin mərhum hadisə baş verən zaman qoruyucu plastik dəbilqədən istifadə etməmişdir. Təlimata uyğun olaraq Sakit Allahverdiyev təmir olunan yük maşının təkərini xüsusi dəmir barmaqlıqlar arasına keçirib sonra lazım olan təmir işlərini görməli idi. Lakin, Sakit Allahverdiyev bunu etməmişdir. O, Sakit Abdullayev iş görən zaman orada olmamış, baş vermiş partlayış hadisəsinin bilavasitə şahidi olmamışdır. Partlayış səsini eşitdikdən dərhal sonra həmin əraziyə gəldikdə Sakit Abdullayevin baş nahiyəsində qoruyucu vasitənin olmadığını görmüşdür. Daha sonra Təqsirləndirilən şəxs ifadəsində özünü təqsirli bilərək əməlindən peşman olmasını, hadisənin ehtiyatsızlıqdan baş verməsini, gənc olmasını, zərərçəkmiş şəxsin hüquqi varisinə maddi yardım göstərilməsini və onunla barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk dəfə cinayət törətməsinə görə məsuliyyətə cəlb olunmasını nəzərə alaraq, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməli törətməkdə təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda “X21” şirkətində elektro-mexanik vəzifəsində işləyir. X1 onun doğma oğludur. Sakit Abdullayev ailə həyatı qurmamışdı, onunla birlikdə Ucar rayonu Qazyan kəndində yaşamışdır. Onun Sakitdən başqa daha bir oğlu və bir qızı var. X18 2022-ci ilin fevral ayından etibarən "xxxx" MMC-yə işə qəbul olmuş və həmin vaxtdan hadisə baş verən vaxta qədər orada çilingər vəzifəsində işləmişdir. Sakit ayın 20 günü işdə olmuş, 10 gün isə onun istirahət günü olmuşdur. Sakit 20 gün ərzində iş yerində qalmış, 10 gün isə rayonda yaşadıqları evə gələrək onlarla birlikdə yaşamışdır. X18 təbiətcə sakit adam olmuş, onun heç kimlə heç bir problemi, ədavət və düşmənçiliyi olmamışdır. 06 may 2022-ci il tarixdə gecə saat 03:00 radələrində Sakitin işlədiyi şirkətdən adını bilmədiyi bir nəfər ona zəng edərək ondan Sakitin atası olub-olmadığını soruşmuş, o, həmin şəxsə Sakitin atası olduğunu dedikdən sonra həmin adam ona şirkətdə qəza olduğunu və şirkətə gəlməyini demişdir. Daha sonra o, evdən çıxaraq Bakı şəhərinə gəlmiş, X18in meyitinin müayinə olunması üçün MTE PA ETT Birliyinin Qaradağ rayon şöbəsinə aparıldığını öyrənmiş və oraya getmişdir. Meyitxanada ekspertlər müayinələr apardıqdan sonra o, Sakitin meyitini götürüb öz rayonlarına aparıb orada dəfn etmişdir. O, işçilərdən hadisənin necə baş verməsini soruşduqda onlar Sakitin həmin yük avtomobilinin təkərinin təmiri edən zaman partlayış baş verdiyini, nəticədə Sakit Abdullayevin almış olduğu xəsarətlərdən hadisə yerində öldüyünü bildirmişlər. Daha sonra zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində X18in ölümü ilə bağlı heç kimdən və ya hansısa bir orqandan heç bir şikayəti, tələbi və iddiası olmadığını bildirmiş, hadisənin ehtiyatsızlıqdan baş verdiyini, Təqsirləndirilən şəxs tərəfindən ona maddi yardım göstərildiyini, təqsirləndirilən şəxslə barışdığını, ona qarşı hər hansı şikayət və tələbinin olmadığını nəzərə alaraq, məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 21 iyun 2021-ci il tarixdən "xxxx" MMC-də avtomobillərin təmiri üzrə çilingər vəzifəsində işləyir. O, ayın 20 günü işdə olmuş, 10 günü isə onun istirahət günləri olmuşdur. O, işlədiyi 20 gün ərzində işdə qalmışdır. Həmin 20 günün 10 gününü səhər növbəsində, 10 gününü isə axşam növbəsində işdə olmuşdur. Qalan vaxtlar isə onun istirahət vaxtları olmuşdur. Onun avtomobillərin təmiri üzrə çilingər kimi vəzifəsi avtomobilləri təmir etməkdən, avtomobillərdə olan nasazlıqları aradan qaldırmaqdan və s. ibarətdir. 05 may 2022-ci il tarixdə axşam saat 19:30-da işə başlamışdır. O, işə başladıqdan sonra iş yeri olan qarajda bir neçə avtomobili təmir etmişdir. Həmin gün onunla axşam növbəsində Şahid1 və Sakit Abdullayev olmuşlar. Bundan başqa isə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət edən şəxs, yəni SƏTƏM vəzifəsində həmin gün Təqsirləndirilən şəxs işləmişdir. O, yük avtomobillərinin təmiri üçün nəzərdə tutulmuş yerdə öz işini yerinə yetirmişdir. 06 may 2022-ci il tarixdə təxminən saat 03:20 radələrində Asim onun işlədiyi qarajda onun yanında olmuşdur. Həmin vaxt o, avtomaşın təmir etmiş, Asim də qarajda onun yanında olmuş, Sakit isə digər tərəfdə ona həvalə edilmiş işləri görmüşdür. Həmin vaxt Sakitin işlədiyi yerdən qəfildən partlayış səsi gəlmiş, Asimlə birlikdə dərhal həmin yerə getdikdə Sakit Abdullayevin **-XM-*** dövlət qeydiyyat nişanlı “Shacman” markalı yük avtomobilin yanında yerdə uzanıqlı halda olduğunu, baş nahiyəsindən qan gəldiyini, yanında yük avtomobilinin təkərinin olduğunu görmüşdür. Həmin vaxt SƏTƏM vəzifəsində işləyən Təqsirləndirilən şəxs da dərhal oraya gəlmişdir. Təqsirləndirilən şəxs dərhal bu barədə ilkin tibbi yardım göstərilməsi üçün ərazidə olan həkimə və təcili tibbi yardım stansiyasının 103 çağrı xidmətinə məlumat vermişdir. Ərazidə olan həkim Şahid4 oraya gəlmiş, Sakit Abdullayevə ilkin tibbi yardım göstərmişdir. Təcili tibbi yardımın həkimləri oraya gələrək Sakit Abdullayevi müayinə etdikdə onun artıq öldüyünü bildirmişlər. Sakit Abdullayev hadisə baş verməmişdən əvvəl **-XM-*** dövlət qeydiyyat nişanlı “Shacman” markalı yük avtomobilinin təkərlərini təmir etmişdir. Sakit həmin yük avtomobilinin təkərinin təmiri üçün həmin təkəri yerə qoyaraq təkərə yüksək hava təzyiqi vuran zaman partlayış baş vermiş, nəticədə təkər X16in baş nahiyəsinə dəymiş və Sakit Abdullayev almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. Hər növbə işə başlamazdan əvvəl onlarla əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırma aparılmış və bununla bağlı müvafiq jurnala imza etmişlər. Həmin təlimat SƏTƏM vəzifəsində işləyən şəxs tərəfindən keçirilmişdir. Hadisə baş verən gün də onlara təlimat keçirilmiş və onlar müvafiq jurnala imza etmişlər. Həmin təlimat onlarla növbədə olan SƏTƏM vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən keçirilmişdir. Bütün işçilər, eyni zamanda Sakit də xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilmişlər. Ümumiyyətlə, onların işlədiyi ərazidə xüsusi geyimlə bağlı ciddi nəzarət vardır. Həmin gün görülən işlər zamanı işin təhlükəsiz icrasına və işçilərin fəaliyyətinə SƏTƏM vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən nəzarət olunmuşdur. O, partlayış səsini eşitdikdən dərhal sonra həmin əraziyə gəldikdə Sakit Abdullayevin baş nahiyəsində qoruyucu vasitənin yəni dəbilqənin (kaskanın) olduğunu görməmişdir. Lakin hadisə yerində bir ədəd dəbilqə atılmış vəziyyətdə olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 2021-ci ilin mart ayının 1-dən etibarən "xxxx" MMC-də sürücü vəzifəsində işləyir. O, 05 may 2022-ci il tarixdə “**-XM-***” dövlət qeydiyyat nişanlı “Shacman” markalı yük avtomobilini idarə etmişdir. Axşam saat 16 radələrində idarə etdiyi yuxarıda qeyd etdiyi yük avtomobilinin təkərində nazaslıq olduğunu hiss etmiş və bu barədə Əkbər müəllimə məlumat vermişdir. Əkbət müəllim ona yük avtomobilini qaraja gətirməyini və təkər ustasının yanına qoymağını demişdir. O, yük avtomobilini qaraja gətirmiş və iş vaxtı bitdiyi üçün istirahətə getmişdir. Həmin gün axşam növbəsində Şahid1, Şahid2 və Sakit Abdullayev olmuşlar. Bundan başqa isə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət edən şəxs, yəni SƏTƏM vəzifəsində Təqsirləndirilən şəxs olmuşdur. 06 may 2022-ci il tarixdə gecə saat 03 radələrində o, partlayış səsinə ayılmış və dərhal həmin əraziyə gəlmişdir. O, həmin yerə getdikdə Sakit Abdullayevin **-XM-*** dövlət qeydiyyat nişanlı “Shacman” markalı yük avtomobilin yanında yerdə uzanıqlı halda olduğunu, baş nahiyəsindən qan gəldiyini, yanında yük avtomobilinin təkərinin olduğunu görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs dərhal bu barədə ilkin tibbi yardım göstərilməsi üçün ərazidə olan həkimə və təcili tibbi yardım stansiyasının 103 çağrı xidmətinə məlumat vermişdir. Ərazidə olan həkim Şahid4 oraya gəlmiş və Sakit Abdullayevə ilkin tibbi yardım göstərmişdir. Təcili tibbi yardımın həkimləri oraya gələrək Sakit Abdullayevi müayinə etdikdə onun öldüyünü müəyyən etmişlər. Hadisə yerində olduqda anlamışdır ki, Sakit Abdullayev hadisə baş verməmişdən əvvəl **-XM-*** dövlət qeydiyyat nişanlı “Shacman” markalı yük avtomobilinin təkərlərini təmir etmiş, Sakit həmin yük avtomobilinin təkərinin təmiri üçün həmin təkəri yerə qoyaraq təkərə yüksək hava təzyiqi vuran zaman partlayış baş vermiş, nəticədə təkər X16in baş nahiyəsinə dəymiş və Sakit Abdullayev almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2018-ci ilin sentyabr ayından "xxxx" MMC-də müxtəlif vəzifələrdə işləmiş, 2021-ci ilin oktyabr ayından etibarən isə MMC-də dispetçer vəzifəsində işləyir. O, həftənin 6 günü səhər saat 07:30-dan axşam saat 17:00-dək işdə olmuş, həftənin istənilən bir günü isə onun istirahət günüdür. Onun dispetçer kimi vəzifəsi quraşdırma aktlarının yazılmasından, nəqliyyat vasitələrini hesabatlarının aparılmasından, təqdimatların xidməti məlumatların yazılmasından, daşınan yüklərin maşınlar üzrə hesablanmasından və s. ibarətdir. O, 05 may 2022-ci il tarixdə hər gün olduğu kimi səhər saat 07:30-dan axşam saat 17:00-dək işdə olmuşdur. O, 17:00-dan işdən çıxaraq evə getmişdir. Həmin gün axşam növbəsində Şahid1, Şahid2 və Sakit Abdullayev,əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət edən şəxs, yəni SƏTƏM vəzifəsində isə Təqsirləndirilən şəxs olmuşlar. 06 may 2022-ci il tarixdə gecə saat 03 radələrində Səbuhi müəllim ona zəng edərək iş zamanı qəza baş verdiyini, təkərin partladığını və həmin vaxt Sakit Abdullayevin aldığı xəsarətlərdən öldüyünü bildirmişdir. O, sonra iş yoldaşlarından hadisənin necə baş verdiyini soruşduqda ona Sakit Abdullayevin hadisə baş verməmişdən əvvəl **-XM-*** dövlət qeydiyyat nişanlı “Shacman” markalı yük avtomobilinin təkərlərini təmir etməsini, Sakitin həmin yük avtomobilinin təkərinin təmiri üçün həmin təkəri yerə qoyaraq təkərə yüksək hava təzyiqi vuran zaman partlayış baş verməsini, nəticədə təkərin X16in baş nahiyəsinə dəyməsini və Sakit Abdullayevin almış olduğu xəsarətlərdən hadisə yerində ölməsini bildirmişlər. Onlarla hər növbə işə başlamazdan əvvəl əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırma aparılmış və bununla bağlı müvafiq jurnala imza etmişlər. Həmin təlimat SƏTƏM vəzifəsində işləyən şəxs tərəfindən keçirilmişdir. Hadisə baş verən günü də işçilərə təlimat növbədə olan SƏTƏM vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən keçirilmişdir. MMC-də fəaliyyət göstərən digər əməkgaşlar kimi Sakit Abdullayev də xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 2020-ci ilin dekabr ayının 12-dən etibarən "xxxx" MMC-də sağlamlıq mütəxəssisi vəzifəsində işləyir. Onun sağlamlıq mütəxəssisi kimi vəzifəsi "xxxx" MMC-də işləyən sürücülərin işə başlamazdan əvvəl reysə çıxmaq üçün gündəlik olaraq müayinəsinin həyata keçirilməsindən, eyni zamanda həmin şirkətdə işləyən işçilərin iş vaxtı səhhətində olan problemlərin müayinə olunmasından və s. ibarətdir. O, 05 may 2022-ci il tarixdə axşam saat 20:00-dan axşam növbəsi olaraq işdə olmuşdur. 06 may 2022-ci il tarixdə gecə saat 03:00 radələrində işdə olan vaxtı qəfildən partlayış səsinin gəldiyini eşitmişdir. Bir neçə dəqiqə sonra SƏTƏM vəzifəsini icra edən Təqsirləndirilən şəxs otağına gələrək ona bir nəfər şəxsin xəsarət aldığını demişdir. O, dərhal tibbi çantasını götürərək şəxsin xəsarət aldığı yerə getmişdir. Orada olarkən xəsarət alan şəxsin şirkətdə çilingər vəzifəsində işləyən Sakit Abdullayev olduğunu bilmişdir. Həmin vaxt hadisə baş verən ərazidə hava çox tozlu olmuşdur. Sakit Abdullayev yerdə uzanıqlı halda olmuş, o, əlini Sakitin başına qoyduqda qan gəldiyini görmüş, daha sonra bint ilə başını sarımış, ona ilkin tibbi yardım göstərmişdir. Lakin Sakitin nəbzini yoxladıqda artıq nəbzin olmadığını müşahidə etmişdir. Daha sonra təcili tibbi yardımın həkimləri oraya gələrək Sakit Abdullayevi müayinə etdikdə onun artıq öldüyünü bildirmişlər. Sonradan öyrənmişdir ki, Sakit Abdullayev hadisə baş verməmişdən əvvəl **-XM-*** dövlət qeydiyyat nişanlı “Shacman” markalı yük avtomobilinin təkərlərini təmir etmişdir. Sakit həmin yük avtomobilinin təkərini yerə qoyaraq təmir edən zaman partlayış baş vermiş, nəticədə Sakit Abdullayev almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. Həmin gün işdə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət edən şəxs, yəni SƏTƏM vəzifəsində Təqsirləndirilən şəxs olmuşdur. Məhkəmə iclasında Şahid4 verilmiş suallara cavab olaraq qeyd etmişdir ki, partlayış barədə ilkin məlumatı onun iş otağına gəlmiş Təqsirləndirilən şəxs almış, bundan əlavə çalışdıqları ərazidə bütün əməkdaşlar, hətta tibb işçisi olmasına baxmayaraq, o da təhlükəsizlik baxımından xüsusi geyim forması və dəbilqə ilə təmin olunmuşlar. Həmin xüsusi geyim vasitələrindən istifadə etməyən əməkdaşlara MMC-nin rəhbərliyi tərəfindən mütəmadi ciddi iradlar bildirilməklə tənbehlər tətbiq olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2017-ci il tarixdən "xxxx" MMC-də SƏTƏM şöbəsinin rəisi vəzifəsində işləyir. Onun vəzifəsi şöbədə işçilər arasında qrafikin bölünməsi, onların iş fəaliyyətinə nəzarət edilməsi, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə sənədlərin tərtib edilməsi, şöbənin işçiləri tərəfindən həmin sənədlər üzrə təlimatların vaxtında keçirilməsinə nəzarət edilməsindən və s. ibarətdir. O, 05 may 2022-ci il tarixdə hər gün olduğu kimi səhər saat 08:00-dan axşam saat 17:00-dək işdə olmuşdur. O, 17:00-dan işdən çıxaraq evə getmişdir. Həmin gün axşam növbəsində Şahid1, Şahid2 və Sakit Abdullayev olmuşlar. Həmin gecə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət edən şəxs – yəni SƏTƏM vəzifəsində Təqsirləndirilən şəxs olmuşdur. 06 may 2022-ci il tarixdə gecə saat 03:00 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək iş zamanı qəza baş verdiyini, təkərin partladığını və həmin vaxt orada işləyən Sakit Abdullayevin öldüyünü bildirmişdir. O, hadisənin necə baş verməsi barədə daha sonra Asimdən məlumat almışdır. Sonuncu ona 06 may 2022-ci il tarixdə təxminən saat 03:20 radələrində Sakitin iş gördüyünü yerdən qəfildən partlayış səsi gəldiyini, Vüqarla birlikdə dərhal həmin yerə getdiklərini Sakit Abdullayevin **-XM-*** dövlət qeydiyyat nişanlı “Shacman” markalı yük avtomobilinin yanında yerdə uzanıqlı halda olduğunu və baş nahiyəsindən qan gəldiyini, yanında yük avtomobilinin təkərinin olduğunu gördüklərini, həmin vaxt Təqsirləndirilən şəxs da ora gəldiyini, sonuncunun dərhal bu barədə ilkin tibbi yardım göstərilməsi üçün ərazidə olan həkimə və təcili tibbi yardım stansiyasının 103 çağrı xidmətinə məlumat verdiyini, ərazidə olan həkim Şahid4 oraya gəldiyini və Sakit Abdullayevə ilkin tibbi yardım göstərdiyini, təcili tibbi yardımın həkimlərinin oraya gələrək Sakit Abdullayevi müayinə etdikdə artıq onun öldüyünü bildirdiklərini demişdir. Sonradan ona məlum olmuşdur ki, Sakit Abdullayev hadisə baş verməmişdən əvvəl **-XM-*** dövlət qeydiyyat nişanlı “Shacman” markalı yük avtomobilinin təkərlərini təmir edərkən həmin yük avtomobilinin təkərini təmir üçün nəzərdə tutulmuş yeşiyə deyil, yerə qoyaraq təkərə yüksək hava təzyiqi vuran zaman partlayış baş vermiş, nəticədə təkər X16in baş nahiyəsinə dəymiş və sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. "xxxx" MMC ilə X9 arasında əmək müqaviləsi bağlanmışdır. Hər növbə ilə işə başlamazdan əvvəl əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırma aparılmış və bununla bağlı müvafiq jurnala imza etdirilmişdir. Həmin təlimat SƏTƏM vəzifəsində işləyən şəxs tərəfindən keçirilmişdir. Hadisə baş verən günü də növbədə olan işçilərə təlimat növbədə olan SƏTƏM vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən keçirilmişdir. X16 xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 05 yanvar 2021-ci il tarixdən "xxxx" MMC-də avtoyuyucu vəzifəsində işləyir. Onun avtoyuyucu kimi vəzifəsi ona həvalə olunmuş avtomobillərin yuyulmasından, təmizlənməsindən və s. ibarətdir. O, 05 may 2022-ci il tarixdə axşam saat 19:30-da işə başlamışdır. İşə başladıqdan sonra ərazidə olan bir neçə avtomobilləri təmizləyərək yumuşdur. Həmin gün onunla axşam növbəsində Şahid2 və Sakit Abdullayev, bundan başqa isə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət edən şəxs, yəni SƏTƏM vəzifəsində Təqsirləndirilən şəxs olmuşlar. O, yük avtomobillərinin yuyulması üçün nəzərdə tutulmuş xüsusi yerdə öz işini yerinə yetuirmişdir. Onun iş yerinin yanında çilingər vəzifəsində işləyən Vüqarın işini görməsi üçün yer nəzərdə tutulmuşdur. Sakit Abdullayev iş yeri isə Vüqarın iş yerinin digər tərəfində olmuşdur. 06 may 2022-ci il tarixdə təxminən saat 03:20 radələrində Vüqar ilə birlikdə sonuncunun işlərini yerinə yetirdiyi ərazidə olmuşdur. Həmin vaxt Vüqar avtomaşın təmir etmiş, o da Vüqarın yanında olmuş, Sakit isə digər tərəfdə öz işləri ilə məşğul olmuşdur. Həmin vaxt Sakitin işlədiyi yerdən qəfildən partlayış səsi gəlmişdir. O, Vüqarla birlikdə dərhal həmin yerə getdikdə Sakit Abdullayevin **-XM-*** dövlət qeydiyyat nişanlı “Shacman” markalı yük avtomobilinin yanında yerdə uzanıqlı halda olduğunu, baş nahiyəsindən qan gəldiyini, yanında yük avtomobilinin təkərinin olduğunu görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs da dərhal ora gəlmişdir. Təqsirləndirilən şəxs hadisə barədə ilkin tibbi yardım göstərilməsi üçün ərazidə olan həkimə və təcili tibbi yardım stansiyasının 103 çağrı xidmətinə məlumat vermişdir. Ərazidə olan həkim Şahid4 oraya gəlmiş və Sakit Abdullayevə ilkin tibbi yardım göstərmişdir. Təcili tibbi yardımın həkimləri oraya gələrək Sakit Abdullayevi müayinə etdikdən onun öldüyünü bildirmişlər. Sakit Abdullayev hadisə baş verməmişdən əvvəl **-XM-*** dövlət qeydiyyat nişanlı “Shacman” markalı yük avtomobilinin təkərlərini təmir edərkən partlayış baş vermiş, nəticədə təkərin X16in baş nahiyəsinə dəyməsi nəticəsində sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. Hər növbə işə başlamazdan əvvəl onlarla əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırma aparılmış və onlar bununla bağlı müvafiq jurnala imza etmişlər. Həmin təlimat SƏTƏM vəzifəsində işləyən şəxs tərəfindən keçirilmişdir. Hadisə baş verən günü də onlarla təlimat keçirilmiş və onlar jurnala imza etmişlər. Həmin təlimatı növbədə olan SƏTƏM vəzifəsində işləyən Təqsirləndirilən şəxs keçmişdir. Onlar xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2021-ci ilin noyabr ayından "xxxx" MMC-də texniki direktorun köməkçisi vəzifəsində işləyir. 2022-ci ilin aprel ayının 1-dən etibarən isə həmin şirkətdə eyni zamanda Nəqliyyat şöbəsinin rəisi vəzifəsini icra edir. Onun nəqliyyat şöbəsinin rəisi olaraq vəzifəsi nəqliyyat vasitələrinin sazlığını, həmin nəqliyyat vasitələrinin xəttə buraxılması, nəqliyyat vasitələri ilə yüklərin təhlükəsiz daşınmasına nəzarət etməkdən və s. ibarətdir. 05 may 2022-ci il tarixdə axşam növbəsində Şahid1, Şahid2 və Sakit Abdullayev olmuşlar. Şahid1, Şahid2 və Sakit Abdullayevin iş yerləri yanbayan olmuşdur. Bundan başqa isə əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına nəzarət edən şəxs, yəni SƏTƏM vəzifəsində Təqsirləndirilən şəxs olmuşdur. 06 may 2022-ci il tarixdə gecə saat 03:00 radələrində Təqsirləndirilən şəxs ona zəng edərək iş zamanı qəza baş verdiyini, təkərin partladığını və həmin vaxt Sakit Abdullayevin öldüyünü bildirmişdir. O, hadisə barədə daha sonra Asimdən məlumat almışdır. Asim ona təxminən saat 03:20 radələrində Vüqarla birlikdə onun işlərinin yerinə yetirildiyi ərazidə olduğunu, Sakitin digər tərəfdə iş gördüyünü, Sakitin işlədiyi yerdən qəfildən partlayış səsi gəldiyini, Vüqarla birlikdə dərhal həmin yerə getdikdə Sakit Abdullayevin **-XM-*** dövlət qeydiyyat nişanlı “Shacman” markalı yük avtomobilinin yanında yerdə uzanıqlı halda olduğunu və baş nahiyəsindən qan gəldiyini, yanında yük avtomobilinin təkərinin olduğunu gördüyünü, həmin vaxt Təqsirləndirilən şəxs da dərhal ora gəldiyini, bu barədə ilkin tibbi yardım göstərilməsi üçün ərazidə olan həkimə və təcili tibbi yardım stansiyasının 103 çağrı xidmətinə məlumat verdiyini, ərazidə olan həkim Şahid4 oraya gəldiyini və Sakit Abdullayevə ilkin tibbi yardım göstərdiyini, təcili tibbi yardımın həkimləri oraya gələrək Sakit Abdullayevi müayinə etdikdə onun artıq öldüyünü bildirdiklərini demişdir. Sonradan öyrənmişdir ki, Sakit Abdullayev hadisə baş verməmişdən əvvəl **-XM-*** dövlət qeydiyyat nişanlı “Shacman” markalı yük avtomobilinin təkərlərini təmir etmiş, Sakit həmin yük avtomobilinin təkərinin təmiri üçün həmin təkəri xüsusi vasitəyə deyil, yerə qoyaraq hava təzyiqi vuran zaman partlayış baş vermiş, nəticədə təkər X16in baş nahiyəsinə dəymiş və Sakit Abdullayev almış olduğu xəsarətlərdən hadisə yerində ölmüşdür. "xxxx" MMC ilə X9 arasında əmək müqaviləsi bağlanmışdır. Hər növbə işə başlamazdan əvvəl əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırma aparılmış və bununla bağlı müvafiq jurnala imza edilmişdir. Həmin təlimat SƏTƏM vəzifəsində işləyən şəxs tərəfindən keçirilmişdir. Hadisə baş verən günü də işçilərə təlimat növbədə olan SƏTƏM vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən keçirilmişdir. X16 xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş "xxxx" MMC-də koordinator vəzifəsində işləyən Şahid3 Şahid6 ifadəsində göstərdiyi xüsusatlara uyğun, analoji ifadə vermişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 06 may 2022-ci il tarixli qərardan görünür ki, X4 iş zamanı almış olduğu bədən xəsarətləri nəticəsində ölməsi faktına görə CM-nin 162.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. Cinayət işinin 150-156-cı vərəqələrində olan əmrdən çıxarış və əmək müqaviləsindən görünür ki, Təqsirləndirilən şəxs ilə "xxxx" MMC-nin direktoru X14 arasında 15 aprel 2022ci il tarixdə əmək müqaviləsi bağlanmış və Təqsirləndirilən şəxs 16 aprel 2022-ci il tarixdən əsas iş yeri olmaqla "xxxx" MMC-yə SƏTƏM və dağ-mədən nəzarətçisi vəzifəsinə işə qəbul olunmuşdur. Cinayət işi materialına əlavə olunmuş, Cəmiyyətin direktoru tərəfindən təsdiq edilmiş eyni tarixli “Vəzifə təlimatı” sənədindən aydın olur ki, Təqsirləndirilən şəxs əməyin mühafizəsi və texniki təhlükəsizlik barədə təlimatlanmışdır. Cinayət işinin 3-11-ci vərəqələrində olan baxış keçirilməsi haqqında 06 may 2022-ci il tarixli protokoldan və fotocədvəldən görünür ki, Qaradağ rayon prokurorunun müstəntiqi, İİİ dərəcəli hüquqşünas X2 İlham Məzahir oğlunun və hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi, Səngəçal yolu, 7-ci km 1 ünvanında yerləşən “Norm Sement” zavodunun yaxınlığında yerləşən "xxxx" MMC-yə məxsus ərazidir. Həmin əraziyə daxil olduqda orada çoxlu yük avtomobillərinin olması müşahidə olunmuşdur. Ərazinin girişindən daxil olduqda 150 metr sol istiqamətə getdikdə hadisə yeri yerləşir. Hadisə yerində “Shacman” markalı **-XM-*** dövlət qeydiyyat nişanlı avtomobil və çoxlu sayda təkərlər vardır. Həmin “Shacman” markalı yük avtomobilinə paralel halda təkər təmiri üçün yer nəzərdə tutulmuşdur. Həmin yerin qarşısında təkərlərə hava doldurulması üçün dəmir konstruksiyadan hazırlanmış xüsusi yer vardır. Həmin yerin uzunluğu 1,50 metr, eni 0,70 metr, hündürlüyü isə 1,20 metrdir. Hadisə yerinə baxışda iştirak edən SƏTƏM vəzifəsində işləyən Təqsirləndirilən şəxsdur. Onun bildirdiyinə görə xx.xx.2022-ci il tarixdə gecə saat 03 radələrində işdə olduğu zaman avtomobil təmiri üçün nəzərdə tutulmuş ərazidən partlayış səsi gəldiyini, həmin əraziyə getdikdə Sakitin yük maşınını yanında yerdə uzanıqlı olduğunu daha sonra, Sakitə ilin yardım edildiyini, həkimlərin Sakiti müayinə etdikdən sonra onun öldüyünü dediklərini, Sakiti həkim otağına apardıqlarını bildirmişdir. Sakit Abdullayevin meyiti otaqda yerə uzadılmış haldadır, üzəri ağ-göy rəngli məhraba ilə örtülüdür. Həmin məhrəbanı açdıqda başı sarğılıdır. Baxış zamanı 01 ədəd təkər və disk birlikdə, 01 ədəd təkərə hava vurma vasitəsi götürülüb müvafiq qaydada qablaşdırılmışdır. Cinayət işinin 234-236-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10 X23 Qaradağ rayon şöbəsi tərəfindən verilmiş 06 may 2022-ci il tarixli, 37 nömrəli meyitin ekspertizası rəyindən görünür ki, X1nun meyitinin məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – baş beyin toxumasına, onun mədəciklərinə və qişalarına qansızma ilə müşayiət olunan başın sol gicgah sümüyününü basılmış kəllə əsasına keçən açıq sınığı və başın sol gicgah nahiyəsinin əzilmiş yarası həyati olub, ölümündən az əvvəl bərk küt əşya təsirindən törənmişlər, ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər və bu da canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. Mərhum S.Zərərçəkmiş şəxs ölümünə səbəb başın sol gicgah sümüyünün basılmış kəllə əsasına keçən açıq sınığı nəticəsində baş beyin toxumasına, onun mədəciklərinə, qişalarına qansızma olmuşdur. Mərhum S.Zərərçəkmiş şəxs almış olduğu xəsarətlər qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə və şəraitdə, eləcə də müxtəlif şəraitlərdə əmələ gələ bilərdilər. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən güman etmək olar ki, mərhum S.Zərərçəkmiş şəxs ölümü onun meyitinin meyitxanada müayinə olunduğu (xx.xx.2022-ci il tarixdə saat 07:30-da) 4-6 saat əvvəl baş vermişdir. Mərhum S.Zərərçəkmiş şəxs meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik vasitələr aşkar edilməmişdir. (xx.xx.2022-ci il tarixli 1573/K saylı akt). Cinayət işinin 244-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 102 (yüz iki) manat müəyyən edilmişdir. Cinayət işinin 245-247-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının 24 iyun 2022-ci il tarixli 10/3144 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar “Avtomobil təkər təmirçisi” üçün 43 nömrəli “Əməyin mühafizəsi və Texniki Təhlükəsizlik üzrə Təlimat”ın 3.5, “SƏTƏM və Dağ mədən nəzarətçisinin vəzifə təlimatı”nın rəyi təsviri hissəsində göstərilən tələbləri və “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 13.10.1, 13.10.7 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. Bakı şəhəri, Qaradağ rayonu, Ümid qəsəbəsi, Salyan şosesi, Səngərqaya-1 yolu, 7-ci km 1 ünvanında yerləşən “Norm Sement” zavodunun yaxınlığında yerləşən "xxxx" MMC-nə məxsus Premium adlanan ərazidə yük avtomaşının təkərinin təmiri işləri ilə əlaqədar işlərin təhlükəsiz şəraitdə aparılması təmin edilmədiyinə görə, “SƏTƏM və Dağ mədən nəzarətçisinin vəzifə təlimatı”nın rəyin təsviri hissəsində göstərilən tələbləri və “Avtomobil nəqliyyatında əməyin mühafizəsi qaydaları”nın 13.10.1, 13.10.7 bəndlərinin tələbləri “SƏTƏM və Dağ mədən nəzarətçisi” Təqsirləndirilən şəxs tərəfindən pozulmuşdur. Avtomobillərin və təkərlərin təmiri üzrə çilingər işləyən, iş üzrə təlimatlandırılmış X7 yolverilməz qaydada, yəni xüsusi ayrılmış yerdən kənarda şinə normadan artıq hava vurduğuna görə, “Avtomobil təkər təmirçisi” üçün 43 nömrəli “Əməyin mühafizəsi və Texniki Təhlükəsizlik üzrə Təlimat”ın 3.5 bəndinin tələbləri X4 özü tərəfindən pozulmuşdur. Cinayət işinin 301-303-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə trasoloji ekspertizasının 10 avqust 2022-ci il tarixli 3/1034 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd nəqliyyat vasitəsinə (fərdi yük avtomobilinə) məxsus təkərin üzərində hər hansı bir kənar predmetin (alətin) təsirindən yarana bilən zədə aşkar edilməmişdir. Təqdim edilmiş təkərin diskinin bir hissəsi yəni yarı çıxması təzyiq nəticəsində yaranması istisna edilmir. Lakin həmin təzyiqin normadan artıq olmasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin 283-284-cü vərəqələrində olan 20 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 261-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 06 iyul 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş və cinayət işi materiallarına əlavə edilmiş 13 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Göstərilənlərin nəzərə alınaraq, Təqsirləndirilən şəxs yüngül cəza verilməsini, növbəti məhkəmə iclaslarının isə onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, başqa sözlə özünün, şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri, protokollar və digər iş materialları ilə onun texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsini icra edərkən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan ölümünə səbəb olan cinayət əməlini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2 maddəsi ilə düzgün tövsif edildiyindən o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda— üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, o cümlədən, cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan cinayət əməli törətməsini, özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, əvvəllər məhkum olmamasını, gənc olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə əsas və əlavə cəzalara məhkum edilməlidir. Lakin, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini tədqiq edərək və işin mühüm və diqqətəlayiq hallarını, onun törətdiyi cinayəti etiraf etməsini, törətdiyi cinayətin ağırlıq və ictimai təhlükəlilik dərəcəsini və nəticələrinə dair məsuliyyətini dərk etməsini, habelə özünü təqsirli bilərək əməlindən səmimi peşman olmasını, ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət əməli törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, habelə gənc olmasını nəzərə alaraq hesab edir ki,Təqsirləndirilən şəxs təyin olunmuş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunması mümkündür. Odur ki, məhkəmə onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70-ci maddəsini tətbiq etməklə, təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən olunaraq şərti olaraq tətbiq edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti təyin edilir, həmin Məcəllənin 70.4-cü maddəsinə əsasən məhkəmə şərti məhkum etmə zamanı əlavə cəza təyin edilə bilər.Həmin Məcəllənin 70.5-ci maddəsinə görə isə məhkəmə şərti məhkum etmə təyin edərkən həmin şəxsin üzərinə onun islah olunmasına kömək edən bir sıra vəzifələr qoya bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifələri qoyulmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 25-ci bəndinə əsasən şərti məhkum etmə, haqlarında yalnız Cinayət Məcəlləsinin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verilməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə Cinayət Məcəlləsinin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Şərti məhkum etmə zamanı yalnız əsas cəza şərti hesab edildiyindən, əlavə cəzalar isə real icra olunduğundan, hər iki məsələ hökmün nəticəvi hissəsində öz əksini tapmalıdır. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas cəza kimi və yaxud müəyyən müddətə azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzaya əlavə cəza kimi təyin edildikdə, habelə şərti məhkum etmə zamanı məhkəmə qanuni qüvvəyə minmiş hökmün surətini cəzanın icra edilməsi üçün məhkumun işlədiyi yerin işəgötürəninə, habelə bu cəzanın icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Hazırki halda, məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində tətbiq edilməsi nəzərdə tutulan əsas və əlavə cəzalar cəzanın məqsədini təmin edir. Maddi sübutla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və hazırda Qaradağ rayon prokurorluğunun arxiv otağında saxlanılan 01 ədəd təkər və disk, 01 ədəd təkərə hava vurmaq üçün vasitə hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi "xxxx" MMC-yə qaytarılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci cəmi 212 (iki yüz on iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2018-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçilər – Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X11 ibtidai istintaq zamanı 45 (qırx beş) iş saatı, həmçinin, Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı dövründə 25 (iyirmi saat) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişlər. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 45 (qırx beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X5 270 (iki yüz yetmiş) manat məbləğində və məhkəmə baxışı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinərək, 01 (bir) il 06 (altı) ay müddətə idarə, müəssisə və təşkilatlarda rəhbər və əməyin texniki təhlükəsizlik qaydaları ilə bağlı məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) 06 (altı) ay il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla ona təyin edilmiş 02 (iki) 06 (altı) ay il müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən olunmaqla şərti tətbiq edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökmün icrasına nəzarət yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifələri qoyulsun. İş üzrə maddi sübut kimi tanınmış və hazırda Qaradağ rayon prokurorluğunun arxiv otağında saxlanılan 01 ədəd təkər və disk, 01 ədəd təkərə hava vurmaq üçün vasitə hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi "xxxx" MMC-yə qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 212 (iki yüz on iki) manatTəqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş 45 (qırx beş) saat hüquqi yardıma görə 10 saylıVəkil Bürosunun vəkili X5 270 (iki yüz yetmiş) manat, Müdafiəçi məhkəmədə iştirak etdiyi 25 (iyirmi beş) saata görə 150 (yüz əlli) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu gündən hesablanmaqla 20 (iyirmi) gün sonra qanuni qüvvəyə minir, hökmdən 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №1(002)-274/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-274/2022
31.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver