Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-275/2023 12.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxx 1994-cü ildə Şamaxı rayonda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində iki azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, orta təhsilli, Şamaxı rayonu, Cabanı kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, İzlivnoy küçəsi nömrəsiz evdə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib, üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlayaraq daşımış, 03 may 2023-cü il tarixdə saat 18:00-da Bakı şəhəri, Qaradağ RPİ 10-cu PB-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, “Tur” marketin yaxınlığında saxlanılaraq 10-cu polis bölməsinə gətirilmiş, orada video çəkiliş vasitəsilə üzərində şəxsi axtarış aparılarkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd bükümdə təmiz çəkisi 0,562 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bildiyini və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, bir neçə müddətdir narkotik vasitələrdən istifadə edir. Həmçinin iki dəfə narkoloji dispanserdə müalicə almışdır. 03 may 2023-cü il tarixdə saat 18 radələrində Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində “Tur” marketin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq vəsiqələrini təqdim etmiş, ondan narkotik vasitə istifadə etməsi barədə soruşmuş və daha sonra onu Qaradağ RPİ-nin 10cu PB-ə dəvət etmişlər. Daha sonra onun hüquqlarının müdafiəsi üçün vəkil çağırmışlar və vəkilin iştirakı ilə video-çəkiliş aparılmaqla onun üzərinə baxış keçirilmişdir. Onun əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir büküm narkotik vasitə olan “Kakos”-u könüllü olaraq təqdim etmişdir. Həmin narkotik vasitəni xx.xx.2023-cü ildə Hökməli qəsəbəsi ərazisində tanımadığı şəxsdən 10 manat qarşılığında almışdır. O öz ifadəsində daha sonra törətdiyi əməldən peşman olduğunu, ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, ailədə yeganə qazanc gətirən şəxs olmaqla atasının əlil olduğunu və himayəsində iki az yaşlı uşağının olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, Şahid2 Nizam oğlu öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 03 may 2023-cü il tarixdə saat 18 radələrində 10-cu PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid1 ilə xidmətdə olduqları zaman bir nəfər şəxsin narkotik maddənin təsiri altında olduğundan şübhələnərək Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, “Tur” marketin yaxınlığında həmin şəxsə yaxınlaşaraq ona xidməti vəsiqələrini təqdim etmişlər. Həmin şəxsə narkotik vasitə istifadə etməsi barədə suallar verilmişdir. Həmin şəxs Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirilmiş və burada onun xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. 10-cu PB-nin təhqiqatçısı Valeh Orucov tərəfindən onun hüquqlarının müdafiəsi üçün vəkil tutmaq hüququ izah olunmuşdur. Bundan sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində və polis kapitanı Şahid1 tərəfindən videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi baxış keçirilmişdir. Ona üzərində hər-hansısa narkotik vasitə varsa onu könüllü olaraq masanın üzərinə qoymaq təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir büküm çıxarıb masanın üzərinə qoymuş, içərisində narkotik vasitə olan “kakos” olduğunu bildirmişdir. O, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Hökməli qəsəbəsində tanımadığı şəxsdən 10 manat qarşılığında almışdır. Daha sonra onun üzərində aşkar edilərək protokolla götürülmüş kütlə Valeh Orucov tərəfindən zərfə qoyularaq möhürlənmiş və iştirkaçılar tərəfindən imzalanaraq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Hökməli qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Aşkar olunmuş maddə tərəflərindən götürülərək ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış və DİN-nin “Zərflər üçün” 222 saylı möhürü ilə üzəri möhürlənmişdir. Onunla birlikdə bütün iştirakçılar həm zərfin üzərini, həm də tərtib edilmiş protokolu imzalayaraq təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, Qaradağ RPİ-də 10-cu PŞ-nin sahə inspektoru vəzifəsində xidmət edir. 03 may 2023-cü il tarixdə saat 18 radələrində 10cu PŞ-nin sahə inspektoru, Şahid2 ilə xidmətdə olduqları zaman bir nəfər şəxsin narkotik maddənin təsiri altında olduğundan şübhələnərək Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, “Tur” marketin yaxınlığında həmin şəxsə yaxınlaşaraq ona xidməti vəsiqələrini təqdim etmişlər. Həmin şəxsə narkotik vasitə istifadə etməsi barədə suallar verilmişdir. Həmin şəxs Qaradağ RPİ-nin 10-cu PŞ-nə gətirilmiş və burada onun xx.xx.1994-cü il təvəllüdlü Təqsirləndirilən şəxs olduğu müəyyən olunmuşdur. 10-cu PB-nin təhqiqatçısı Valeh Orucov tərəfindən onun hüquqlarının müdafiəsi üçün vəkil tutmaq hüququ izah olunmuşdur. Bundan sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində və mənim tərəfindən videoçəkiliş aparılmaqla onun üzərinə şəxsi baxış keçirilmişdir. Ona üzərində hər-hansısa narkotik vasitə varsa onu könüllü olaraq masanın üzərinə qoymaq təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən şəffaf rəngli sellofana bükülmüş bir büküm çıxarıb masanın üzərinə qoymuş, içərisində narkotik vasitə olan “kakos” olduğunu bildirmişdir. O, həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Hökməli qəsəbəsində tanımadığı şəxsdən 10 manat qarşılığında almışdır. Daha sonra onun üzərində aşkar edilərək protokolla götürülmüş kütlə Valeh Orucov tərəfindən zərfə qoyularaq möhürlənmiş və iştirkaçılar tərəfindən imzalanaraq qablaşdırılmışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Hökməli qəsəbəsində tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Aşkar olunmuş maddə tərəflərindən götürülərək ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış və DİN-nin “Zərflər üçün” 222 saylı möhürü ilə üzəri möhürlənmişdir. Onunla birlikdə bütün iştirakçılar həm zərfin üzərini, həm də tərtib edilmiş protokolu imzalayaraq təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 may 2023-cü il tarixli, 6/2565 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “...Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,562 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi: 0,562 qram, tədqiqata sərf edildi– 0,050 qram, qalıq - 0,512 qram. Ekspertiza tədqiqatının dəyəri 81 (səksən bir) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 12 iyul 2023cü il tarixli, 4357 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda absitenensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə ilkin təmiz çəkisi 0,562 qram olan narkotik vasitə olan heroin maddi sübut kimi tanınmalı və qalıq qalmış 0,512 qram çəkidə narkotik vasitə olan heroinin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru müvəkkili polis baş leytenantı Şahid2, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru polis kapitanı Şahid1, müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili X7 iştirakı ilə Qaradağ RPİ-nin 10-cu PB-nin baş təhqiqatçısı polis mayoru Valeh Orucov tərəfindən şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üstünə qoyması təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarımın sağ yan cibindən 01 eded siqaretin şəffaf rəngli sellofana bükülmüş bükümü çıxararaq masanın üzərinə qoyur Təqsirləndirilən şəxs həmin maddənin Həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Hökməli qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Həmin büküm açılaraq baxış keçirilir və bükümün içərisindən qəhvəyi rəngli, toz şəklində olan maddə aşkar olundu, həmin büküm bağlandı, zərfə qoyularaq möhürlənib qablaşdırılır. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 26 iyun 2017-ci ildə doğulmuş X3 və 05 fevral 2021-ci ildə doğulmuş X4 ataları Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs atası X5 əlilliyə görə 327.21 manat müavinət alır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla atasının əlil olmasını və himayəsində iki azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, qeyd olunan cinayət işi ilə əlaqədar Təqsirləndirilən şəxs 03 may 2023-cü il tarixdə, saat 18:00-da şübhəli şəxs kimi tutulmuş və 05 may 2023-cü il tarixdə saat 12:00-da təqsirləndirilən şəxs qismində dindirlməsi başa çatdıqdan sonra Qaradağ rayon prokurorunun 05 may 2023-cü il tarixli qərarı ilə barəsində “həbs” növündə qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilmiş və o, Qaradağ RPİnin MSY-dən azad edilməklə, müstəntiqin qərarı ilə barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.512 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə görə 210 (iki yüz on manat) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 15 saata görə 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 ( iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad qəsəbəsi, İzlivnoy küçəsində yerləşən nömrəsiz fərdi yaşayış evini, hər gün gecə saat 00:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin, Abşeron rayonunun və Sumqayıt şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0.512 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İki ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 81 (səksən bir) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 saata görə 210 (iki yüz on manat) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X7 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 15 saata görə 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-275/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-275/2023
12.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver