Məhkəmə qərarları › İş №1(002)-276/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-276/2020

25.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-276/2020 25.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni bir ədəd bükümdə, təmiz çəkisi 0, 371 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroini əldə edib özündə saxlayaraq daşımış, xx xxxxxx 2020-ci il tarixdə, saat 10:40-da Qaradağ RPİ-nin 10-cu Polis bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsi “Qobu Park-3” yaşayış kompleksinin giriş hissəsinin yaxınlığında saxlanılaraq Qaradağ RPİ-nin 10-cu PB-nin inzibati binasına gətirilmiş və orada saat 11:25-də inzibati otaqların birində üzərində şəxsi axtarış aparılarkən əynində olan boz rəngli şalvarın sağ cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş təmiz çəkisi 0,371 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini təqdim etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 22-23 yaşından narkotik vasitələrdən istifadə edir. Öz istifadəsi üçün narkotik vasitələri müxtəlif yerlərdən üzdən tanıdığı, adını bilmədiyi şəxslərdən alırmış. Əvvəllər narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etsə də son bir həftədir ki, narkotik vasitə olan heroindən istifadə edirmiş. xx xxxxxx 2020-ci il tarixdə öz istifadəsi üçün narkotik vasitə almaq məqsədi ilə Nəsimi rayonu, “Papanin” deyilən əraziyə getmişdir. Təxminən saat 09 radələrində orada təsadüfən tanış olduğu ortaboylu, 30-35 yaşlarında olan, orta bədən quruluşlu üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsə 20 manat verərək siqaretin qızılı kağızına bükülmüş 01 büküm narkotik vasitə olan heroin almış və yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Qobu Park 3” yaşayış kompleksinə qayıtmışdır ki, ağrıları olanda həmin narkotiki istifadə edər. xx xxxxxx 2020-ci il tarixdə, saat 10:40 radələrində “Qobu Park 3” yaşayış kompleksinin giriş hissəsinin yaxınlığına çatarkən mülki geyimli 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Onun narkotik vasitələrdən istifadə etməyindən şübhələnib onu Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsinə dəvət etmişlər. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis bölməsinə getmişdir. Orada polis əməkdaşları ona bildirmişlər ki, narkotik vasitələrin qəbulunda şübhəli bilindiyi üçün Polis bölməsinə gətirilmişdir. Qaradağ RPİ-nin 10-cu PBnin inzibati binasında yerləşən xidməti otaqlardan birində ona dövlət hesabına təyin edilmiş müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə video çəkiliş vasitəsi ilə X6 üzərində şəxsi axtarış keçirməyə başlamışdır. Üzərinə şəxsi axtarış keçirməmişdən əvvəl ona hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyini bildirmişdir. Bundan sonra o, əynində olan boz rəngli şalvarının sağ cibinə qoyduğu siqaretin qızılı kağızına bükülmüş 01 ədəd bükümü, limon duzunu, iynəsi ilə birlikdə şprisi və ampulanı cibindən çıxararaq təqdim etmişdir. Sorğu zamanı baş verənləri olduğu kimi danışmışdır. Bundan sonra həmin 01 büküm narkotik vasitə heroin, eyni zamanda digər aşkar olunanlar zərfə qoyularaq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. O öz ifadəsində daha sonra göstərmişdir ki, əməlindən peşmandır və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin baş əməliyyat müvəkkili Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, xx xxxxxx 2020-ci il tarixdə saat 10:40-da Qaradağ RPİ-nin 10-cu PB-nin cinayət axtarış üzrə kiçik inspektoru, polis baş serjantı Şahid2la birlikdə xidmətdə olan zaman Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park yaşayış kompleksinin girişinin yaxınlığında bir nəfər şəxsin narkotik sərxoşluq vəziyyətində olduğundan şübhələnib həmin şəxsə yaxınlaşmışlar. Xidməti vəsiqələrinin təqdim edərək polis əməkdaşı olduqlarını bildirib həmin şəxsi 10-cu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində həmin şəxsin xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Nəsimi rayonu, M.Əlizadə küçəsi, ev.40 qeydiyyatda olmaqla Qaradağ rayonu, Qobu Park 3 yaşayış kompleksi, ev.29, mənzil 10 ünvanında yaşayan Təqsirləndirilən şəxs oluğu müəyyən edilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsindən ötrü aidiyyəti əməkdaşlara göstəriş verilməsi üçün raportla bölmə rəisinə müraciət etmişlər. Faktla bağlı araşdırma aparılmasından ötrü material Qaradağ RPİ-nin 10-cu PBnin təhqiqatçısı Orxan Ocaqova həvalə edilmişdir. X6 Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. Daha sonra X6 Təqsirləndirilən şəxs, müdafiəçinin və onların iştirakı ilə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişdir. Şəxsi axtarış keçirilməmişdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarının sağ cibindən siqaretin qızılı kağızına bükülmüş 01 ədəd bükümü, limon duzunu, iynəsi ilə birlikdə şprisi və ampulanı təqdim edərək bükümün içərisində narkotik vasitə heroin olduğunu və öz istifadəsi üçün xx xxxxxx 2020-ci il tarixdə saat 09 radələrində Nəsimi rayonu, “Papanin” adlı ərazində üzdən tandığı, lakin adını bilmədiyi şəxsdən 20 manata aldığını bildirmişdir. Həmin bükümün içərisindən spesifik iyə malik narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Bundan sonra baş verənlər barədə protokol tərtib edilmiş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd bükümdə olan maddə və limon duzu, iynəsi ilə birlikdə şpris və ampula zərflərə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən zərf və protokol imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PB-nin kiçik inspektoru, polis baş serjantı Şahid2 və Qaradağ RPİ-nin 10-cu PB-nin əməliyyat müvəkkili Şahid3 öz ifadələrində ibtidai istintaq zamanı verdikləri ifadələrini təsdiq edərək şahid Qaradağ RPİ-nin 10-cu PB-nin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 6/1543 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: «vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,371 qr olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin xx xxxx 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» İ siyahısına daxildir. Qeyd: heroinin təmiz çəkisi:0,371 qr., sərf edildi:0,05 qr., qalıq: 0,321 qr; Ekspertiza tədqiqatının dəyəri 114, 00 (yüz on dörd manat) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X8 Şəxsi Ambulator X1 xx xxxxxx 2020-ci il tarixli, 2280 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli, 6/1665 saylı rəyində görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş..” yazısı olan zərfdəki bir ədəd 2 ml-lik şprisin və bir ədəd üzərində “novokain” yazısı olan şüşə ampulun içərisində narkotik vasitə olan heroinin izləri vardır. Şprisdə və ampulda heroin iz şəklində olduğu üçün, heroinin çəkisini və təqdim edilmiş üzərində AR ƏN MEM-nin “X10 59“ ştamp əksi olan paketdəki vət. Təqsirləndirilən şəxs götürülmüş heroinlə (xx xxxxxx 2020-ci il tarixli 6/1543 saylı ekspert rəyi) eyni tərkibli olub-olmamasını müəyyən etmək mümkün olmadı. Həmin zərfə olan bir ədəd üzərində “X11” yazısı olan paketdəki təmiz çəkisi 2,683 qr ağ rəngli xırda kristal şəkilli maddə narkotik, psixotrop və ya güclü təsir edən maddələrə aid olmayan-limon turşusudur. Ekspertiza tədqiqatının dəyəri 114, 00 (yüz on dörd manat) manat təşkil edir. Cinayət işi üzrə əldə olunmuş Təqsirləndirilən şəxs götürülmüş 0,371 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq hazırkı çəkisi 0,321 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin Qaradağ RPİ-də saxlanılır. İş üzrə Təqsirləndirilən şəxs götürülmüş bir ədəd 2 ml-lik şpris və bir ədəd üzərində “novokain” yazısı olan şüşə ampul sübut növü kimi tanınaraq Qaradağ RPİ-də saxlanılır. İş materiallarında olan Təqsirləndirilən şəxs üzərinə baxış zamanı çəkilmiş video yazı olan bir ədəd “CD” diskə məhkəmə iclasında baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə əynində olan boz rəngli şalvarın sağ cibindən bir ədəd siqaretin qızılı rəngli kağızına bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmin bükülü açılarkən içərisində qəhvəyi rəngli, toz şəkilində narkotik vasitəyə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “kokos” olduğunu, buğun “Papanin” adlanan yerdə üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 20 manata öz istifadəsi üçün aldığını bildirmişdir. Əlavə baxış zamanı Təqsirləndirilən şəxs üzərindən şpris, kapsula və limon turşusu aşkar olunmuşdur. Sonuncu narkotik vasitə qəbul etmək üçün həmin vasitələrdən istifadə etdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halı, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını və azadlıqda qalacağı təqdirdə özü və ətrafdakı insanlar üçün təhlükə yaradacağı ehtimalının kifayət qədər yüksək olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq xx xxxxxx 2020-ci il tarixdə saxlanılaraq şübhəli şəxs qismində tutulmuş və xx xxxxxx 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Bu hal CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,321 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd 2 ml-lik şpris və bir ədəd üzərində “novokain” yazısı olan şüşə ampul hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 228 (iki yüz iyirmi səkkiz) manat manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış bir ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 25 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 09 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,321 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd 2 ml-lik şpris və bir ədəd üzərində “novokain” yazısı olan şüşə ampul hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 228 (iki yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar