Məhkəmə qərarları › İş №1(002)-276/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-276/2021

18.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-276/2021 18.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxxxx 2002-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs qanunsuz olaraq saxlanc yerinə daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 08 mart 2021-ci il tarixdə gecə saat 03 radələrində özgənin əmlakını gizli talamaq məqsədi ilə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsindəki ticarət cərgəsində yerləşən “Ramil Telecom” mağazasının plastik qapısının üzərində olan asma qıfılı yerdən götürdüyü dəmir parçası ilə sındırıb saxlanc yeri olan mağazaya qanunsuz daxil olmaqla Zərərçəkmiş şəxs mağazada saxladığı və ona məxsus 1 ədəd 250 manat dəyərində istifadə olunmuş “Redmi Note 8” markalı, 1 ədəd 250 manat dəyərində istifadə olunmuş “Samsung A12” markalı, 1 ədəd 200 manat dəyərində istifadə olunmuş “Samsung A20” markalı, 1 ədəd 150 manat dəyərində istifadə olunmuş “Samsung A10” markalı, 1 ədəd 90 manata dəyərində istifadə olunmuş “X26” markalı, 1 ədəd 30 manat dəyərində istifadə olunmuş “Samsung J1 mini” markalı, 1 ədəd 40 manat dəyərində istifadə olunmuş “Samsung S3” markalı, 1 ədəd 140 manat dəyərində istifadə olunmuş “Honor” markalı, 1 ədəd 120 manat dəyərində istifadə olunmuş “Samsung J3” markalı, 1 ədəd 30 manat dəyərində istifadə olunmuş “Nokia” markalı, hər birinin qiyməti 30 manat olan 4 ədəd yeni “Nokia” markalı, hər birinin qiyməti 25 manat olan 2 ədəd Çin Xalq Respublikasının istehsalı olan “Tissot” kişi qol saatı, hər birinin qiyməti 10 manat olan 2 ədəd səsgücləndirici, hər birinin qiyməti 10 manat olan 8 ədəd müxtəlif növ telefon şarj naqilini gizli olaraq talamaqla Zərərçəkmiş şəxs cəmi 1570 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, heç kəslə ədavəti, düşmənçiliyi yoxdur. Heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyil, psixoloji durumu normaldır, sağlamdır. İfadə vermək iqtidarındadır. 4-5 mart 2021-ci il tarixdə saat təxminən 17 radələrində o, tək Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi ticarət cərgəsində yerləşən “Ramil Telecom” mağazasının qarşısında dayanıb siqaret çəkərkən həmin vaxt telefon mağazasına bir yaşlı qadının daxil olması onun diqqətini cəlb etmişdir. Həmin yaşlı qadın mağazada işləyən şəxsə çantasından bir ədəd mobil telefon çıxarıb verərək həmin telefonu satmaq istədiyini demişdir. Mağazada işləyən şəxs telefona baxdıqdan sonra qadından telefonu almışdır. Qadın mağazadan çıxıb gedənə kimi o, orada dayanmışdır. Həmin yaşlı qadın mağazadan çıxıb getdikdən sonra görmüşdür ki, mağazada işləyən 2 nəfər şəxs bir-birinə baxıb gülürlər. Həmin vaxt o, başa düşmüşdür ki, mağazada işləyənlər onlara telefon satan qadını aldadaraq telefonu ondan ucuz qiymətə almışlar. Mağazada işləyənlərin bu cür hərəkəti onu əsəbiləşdirmişdir. Həmin vaxt o, mağazada olan telefonları oğurlamaq qərarına gəlmişdir. O, mağazadan oğurluq etməklə mağazada işləyən şəxsləri cəzalandırmaq istəmişdir. O, edəcəyi oğurluq barədə fikirləşmişdir. Həmin vaxt qərara gəlmişdir ki, oğurluğu 8 mart günü etsin ki, həmin mağaza 8 mart “X18”ndə alver edib xeyr əldə edə bilməsinlər. Bu məqsədlə də 08.03.2021-ci il tarixdə gecə saat 03 radələrində o, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi ticarət cərgəsində yerləşən “Ramil Telecom” mağazasının qarşısına gəlmişdir. O, ətrafa nəzarət etmiş və heç kimin olmadığından əmin olmuşdur. Sonra mağazanın qarşısında olan dəmir parçasını götürmüşdür. Mağazanın plastik qapısının üzərində olan asma qıfılı həmin dəmir parçası ilə sındırmışdır. Sonra kənara çəkilib yenə ətrafa nəzarət edərək heç kimin gəlmədiyindən əmin olub mağazaya daxil olmuşdur. Mağazaya daxil olandan sonra mağazanın qapısından sol tərəfdə yerləşən vitrindəki mobil telefonları götürmüşdür. Mağazadan çıxıb mağazanın qapısını örtüb oradan uzaqlaşmışdır. Oğurladığı telefonları Lökbatan qəsəbəsində yerləşən 106 nömrəli məktəbin həyətində gizlətmişdir. Həmin gün səhər saatlarında o, 106 nömrəli məktəbin həyətinə getmişdir. Gecə orada gizlətdiyi telefonları götürmüşdür. Həmin vaxt görmüşdür ki, o, mağazadan 1 ədəd “Redmi Note 8”, 1 ədəd “Samsung J2 Prime”, 1 ədəd “Samsung S3”, 1 ədəd “X24 mini”, 1 ədəd “Samsung A12”, 1 ədəd “Samsung A21”, 1 ədəd “sadə Nokia”, 1 ədəd “Honor” mini markalı telefon, həmçinin həmin mağazadan 2 ədəd kişi qol saatı, 2 ədəd səsgücləndirici və müxtəlif növ telefon şarj naqilləri oğurlamışdır. Həmin telefonlardan “Redmi Note 8” markalı mobil telefonu Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində yerləşən “Alo Center” telefon mağazasına 70 manata öz şəxsiyyət vəsiqəsi ilə satmışdır. Sonra o, oğurladığı telefonlardan 1 ədəd sadə “nokia”nı sındırmışdır. Qalan 1 ədəd “Samsung J2 Prime” markalı telefonu 40 manata, 1 ədəd “Samsung S3” markalı telefonu 15 manata, 1 ədəd “Samsung J1” mini markalı 15 manata, 1 ədəd “Samsung A12” markalı telefonu 70 manata, 1 ədəd “Samsung A21” markalı telefonu 105 manata, 1 ədəd “Honor” markalı telefonu 30 manata ayrı-ayrı günlərdə Bakı şəhəri metronun 20 yanvar stansiyası yaxınlığında olan telefon mağazalarına satmışdır. Həmin telefon mağazalarının adı dəqiq yadında olmasa da ünvanlarının bəziləri yadında qalmışdır. Bundan başqa o, oğurladığı əşyalardan 345 manat pul vəsaiti əldə etmişdir. O, öz ifadəsində daha sonra göstərmişdir ki, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməklə zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Törətdiyi əməldən çox peşmandır və bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Bundan başqa atası X14 birinci Qarabağ müharibəsində iştirak etməklə yaralanmış, hazırda müddətsiz ikinci qrup müharibə əlili olmaqla onun özü isə “partes” xəstəliyindən əziyyət çəkir. Odur ki, məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Füzuli rayonu, Araz Dilağardı kəndində qeydiyyatda olmaqla hazırda ünvan 2 ünvanında yaşayır. Təxminən 3 il olar ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi ticarət cərgəsində yerləşən “Ramil Telecom” telefon satışı və təmiri mağazasını icarə əsasında işlədir. 07.03.2021-ci il tarixdə axşam saatlarında, yəni saat təxminən 22:45-də mağazanın plastikdən olan qapısını asma qıfılla bağlayaraq yaşadığı evə getmişdir. 08.03.2021-ci il tarixdə saat təxminən 09 radələrində mağazaya işə gəlmişdir. Həmin vaxt görmüşdür ki, naməlum şəxslər tərəfindən mağazanın qapısının üzərində olan asma qıfıl qırılmış və mağazanın qapısı açılmışdır. O, mağazaya daxil olan zaman görmüşdür ki, naməlum şəxslər tərəfindən mağazanın vitrinində olan 1 ədəd 250 manat dəyərində istifadə olunmuş “Redmi Note 8” markalı, 1 ədəd 250 manat dəyərində istifadə olunmuş “Samsung A12” markalı, 1 ədəd 200 manat dəyərində istifadə olunmuş “Samsung A20” markalı, 1 ədəd 150 manat dəyərində istifadə olunmuş “Samsung A10” markalı, 1 ədəd 90 manata dəyərində istifadə olunmuş “X26” markalı, 1 ədəd 70 manat dəyərində istifadə olunmuş “Samsung J1 mini” markalı, 1 ədəd 70 manat dəyərində istifadə olunmuş “Samsung S3” markalı, 1 ədəd 140 manat dəyərində istifadə olunmuş “Honor” markalı, 1 ədəd 120 manat dəyərində istifadə olunmuş “Samsung J3” markalı, 1 ədəd 30 manat dəyərində istifadə olunmuş “Nokia” markalı, hər birinin qiyməti 30 manat olan 4 ədəd yeni “Nokia” markalı, hər birinin qiyməti 25 manat olan 2 ədəd Çin Xalq Respublikasının istehsalı olan “Tissot” kişi qol saatı, hər birinin qiyməti 10 manat olan 2 ədəd səsgücləndirici, hər birinin qiyməti 10 manat olan 8 ədəd müxtəlif növ telefon şarj naqilinin oğurlandığını aşkar etmişdir. O, dərhal bu barədə Daxili İşlər Nazirliyinin 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. X5 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. X8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyildir, psixoloji durumu normaldır, sağlamdır. İfadə vermək iqtidarındadır. Hazırda Bakı şəhəri, Nəsimi rayonu Dilarə Əliyeva küçəsində yerləşən “ALO CENTER” telefon mağazasını icarə əsasında işlətmişdir. Mahiyyəti üzrə bildirmək istəyir ki, 08 mart 2021-ci il tarixdə o, telefon mağazasında işdə olmuşdur. Həmin gün saat 16:20-də iki nəfər əvvəllər tanımadığı şəxs mağazaya gəlmişdir. Həmin şəxslərdən biri ona əlində olan “Redmi Note 8” markalı mobil telefonu göstərərək satmaq istədiyini bildirmişdir. O, həmin şəxsdən telefonu neçəyə satdığını soruşmuşdur. Həmin şəxs telefonu 200 manata satdığını demişdir. O, telefonu alıb baxan zaman həmin telefonun kamerasında çat olduğunu görmüşdür. Telefonu satan şəxslə telefonun qiymətini 170 manata razılaşmışlar. Həmin şəxs telefonu ona satan zaman satdığı telefonun qutusu olmamışdır. O, həmin telefonu almamışdan əvvəl onun imei kodunu yoxlamışdır. Sonra telefonu satan şəxsdən şəxsiyyətini təsdiq edən sənəd tələb etmişdir. Həmin şəxs ona şəxsiyyət vəsiqəsini vermişdir. O, həmin vaxt görmüşdür ki, ona telefon satan şəxs 09.08.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxsdur. O, Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədin surətini çıxartmışdır. Telefonu isə ondan 170 manata almışdır. Təqsirləndirilən şəxs aldığı telefonu isə telefon aldığı gün tanımadığı şəxsə 200 manata satmışdır. X1 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. X3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, heç bir ruhi əsəb müəssisəsində qeydiyyatda deyildir, psixoloji durumu normaldır, sağlamdır. İfadə vermək iqtidarındadır. Bakı şəhəri metronun 20 Yanvar stansiyasının yaxınlığında telefon mağazası icarəyə işlətmişdir. O, həmin mağazada təzə və işlənmiş telefonların satışı ilə məşğul olmuşdur. 13.03.2021-ci il tarixdə saat 14 radələrində telefon mağazasında işdə olmuşdur. Həmin vaxt bir nəfər əvvəllər tanımadığı şəxs mağazaya gəlmişdir. Həmin şəxs ona özünə məxsus olan Samsung S3 və Samsung J1 mini markalı telefon satdığını demişdir. O, həmin telefonlara baxan zaman Samsung S3 markalı mobil telefonun işlək vəziyyətdə olmadığını görmüşdür. Digər telefon Samsung J1 isə işlək vəziyətdə olmuşdur. Həmin şəxs telefonların ona məxsus olduğunu bildirmişdir. Sonra isə cibindən şəxsiyyət vəsiqəsi çıxartmışdır. O, şəxsiyyət vəsiqəsinə baxan zaman həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Sonra Təqsirləndirilən şəxs telefonların ikisini bir yerdə 40 manata satdığını demişdir. O, həmin telefonları Təqsirləndirilən şəxs 30 manata almışdır. Təqsirləndirilən şəxs aldığı Samsung S3 markalı telefonu ehtiyat hissələrinə ayırmışdır. Digər telefon Samsung J1 mini isə mağazada satdığa qoyaraq 40 manata X2. Bundan başqa o, həmin telefonların oğurluq olduğunu bilməmişdir. İş materiallarında olan 30 aprel 2021-ci il tarixdə “ifadənin yerində yoxlanılması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi ticarət cərgəsindən oğurluq etdiyini göstərmişdir. İş materiallarında olan 08 mart 2021-ci il tarixli “hadisə yerinə baxış” protokolundan görünür ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi ticarət cərgəsində yerləşən “Ramil Telecom” mağazasının plastikdən olan qapısının üzərindəki asma qıfıl qırılmış və mağazanın içərisindən mobil telefonlar və 2 ədəd kişi qol saat oğurlanmışdır. Bu barədə fotoşəkillər çəkilərək müvafiq protokol tərtib edilmişdir. İş materiallarında olan 29 aprel 2021-ci il tarixli “götürmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 28 May küçəsi ticarət cərgəsində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Ramil Telecom” mağazasından oğurladığı mobil telefonlardan birini yəni “Redmi Note 8” markalı mobil telefonu Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində X12 icarə əsasında işlətdiyi “Alo Center” telefon mağazasına 170 manata satmışdır. X15 Təqsirləndirilən şəxs mobil telefonu aldıqdan sonra sonuncunun şəxsiyyət vəsiqəsi ilə birlikdə mobil telefonun şəklini çəkmiş və telefonu alması barədə özünə məxsus olan kitabçada müvafiq qeyd aparmışdır. X15 özünmə məxsus kitabçanın surətini və Təqsirləndirilən şəxs mobil telefonu aldıqdan sonra sonuncunun şəxsiyyət vəsiqəsi ilə birlikdə çəkdiyi şəklin surətini təqdim etmişdir. Bu barədə müvafiq protokol tərtib edilmişdir. İş materiallarında olan 30 aprel 2021-ci il tarixli “götürmə” protokolundan görünür ki, iş üzrə şahid qismində dindirilmiş X14 təqirləndirilən şəxs Təqsirləndirilən şəxs xəstəliyi ilə əlaqədar olaraq tibbi sənədlərin surətini təqdim etmişdir. Bu barədə müvafiq protokol tərtib edilmişdir. İş materiallarında olan 03 may 2021-ci il tarixli “götürmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsi ticarət cərgəsində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Ramil Telecom” mağazasından oğurladığı mobil telefonlardan birini, yəni “Redmi Note 8” markalı mobil telefonu Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva küçəsində X12 icarə əsasında işlətdiyi “Alo Center” telefon mağazasına 170 manata satmışdır. X15 Təqsirləndirilən şəxs 170 manata aldığı 1 ədəd “Redmi Note 8” markalı mobil telefonu təqdim etmişdir. Bu barədə müvafiq protokol tərtib edilmişdir. İşdə olan 03 may 2021-ci il tarixli “götürmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Qaradağ rayonu Lökbatan qəsəbəsi 28 May küçəsi ticarət cərgəsində yerləşən Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi “Ramil Telecom” mağazasından oğurladığı mobil telefonlardan 2-ni yəni Samsung S3 markalı və Samsung J1 mini markalı mobil telefonları Bakı şəhəri, Nəsimi rayonu, metronun 20 Yanvar stansiyasının yaxınlığında yerləşən X7 icarə əsasında işlətdiyi telefon mağazasına özünə məxsus şəxsiyyət vəsiqəsi ilə satmışdır. X11 Təqsirləndirilən şəxs aldığı 1 ədəd Samsung J1 mini markalı mobil telefonu təqdim etmişdir. Bu barədə müvfiq protokol tərtib edilmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08 iyun 2021-ci il tarixli 9/3294 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş mobil telefonların satışı üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması və istifadə olunması nəzərə alınmaqla 2021-ci ilin mart ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 290,00 manat müəyyən olunur. O cümlədən: 1 ədəd göy qara rəngli “X27 8” markalı M1908C3JG model, Çində istehsal edilmiş mobil telefon-250,00 manat 1 ədəd qara rəngli “Samsung” markalı SM-J105H/DS model, Çində istehsal edilmiş mobil telefon 40,00 manat. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İstintaq zamanı Zərərçəkmiş şəxs məxsus 1 ədəd “X27 8” markalı və 1 ədəd “Samsung” markalı mobil telefonlar maddi sübut kimi tanınmış və saxlanılması üçün sahibinə geri qaytarılmışdır. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Ə № 019837 nömrəli vəsiqənin surətindən görünür ki, X14 ikinci qrup müharibə əlildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN-nin 1 saylı Zona Tibbi-Sosial Komissiyasının 872892 №-li arayışından görünür ki, X14 müddətsiz ikinci qrup əlildir. Əlilliyin səbəbi Azərbaycan Respublikasının müdafiəsi zamanı travma almasıdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏƏSMN yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 11 saylı Tibbi-Sosial Ekspert Komissiyasının məlumatından və Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının 7314 №-li epikrizin surətindən görünür ki, Təqsirləndirilən şəxs sağ budun başının osteoxondropatiyası.(Pertes xəstəliyi) Sağ aşağı ətrafın 3 sm qısalığı kliniki diaqnozu xəstəliyi mövcuddur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, atası Təqsirləndirilən şəxs ikinci qrup müddətsiz Qarabağ müharibəsi əlili olmasını, özünün xəstəliyinin olmasını və zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur. Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə vurulmuş ziyanlar ödənildiyindən onun törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədlərinə uyğundur. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət hadisəsi ilə əlaqədar 29 aprel 2021-ci ildən 01 may 2021-ci il tarixədək şübhəli şəxs kimi tutulmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Odur ki, həmin hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs məxsus 1 ədəd “X27 8” markalı və 1 ədəd “Samsung” markalı mobil telefonların sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X10 tərəfindən 72 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 432 (dörd yüz otuz iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. İş üzrə zərərçəkmiş şəxsə vurulmuş ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Zərərçəkmiş şəxs məxsus 1 ədəd “X27 8” markalı və 1 ədəd “Samsung” markalı mobil telefonların sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə 50 (əlli) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 432 (dörd yüz otuz iki) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X6 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar