Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-276/2023 13.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1969-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə CM-nin 128 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 01 il 06 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məslisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və 8 aprel 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş və ya götürülməmiş ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlayaraq daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, narkotik vasitə hesab edilən heroini əldə edib üzərində saxlayaraq daşımış, 26 aprel 2023-cü il tarixdə 22:10-da ünvan 1 ünvanının yaxınlığında Qaradağ RPİ-nin 11-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində saxlanılmış, Qaradağ RPİ-nin 11-ci PB-nə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd siqaretin qızılı kağız kəsiyinə bükülmüş ümumi çəkisi 0,445 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadə verməkdən imtina etmişdir. O ibtidai istintaq zamanı veridiyi ifadəsində bildirmişdir ki, bir neçə müddətdir ki, narkotik vasitələrdən istifadə edir, heç bir dispanserdə qeydiyyatda deyil, psixoloji durumu normaldır. O, 2021-ci il tarixdə məhkumluq həyatı yaşamışdır. 22 aprel 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri, Biləcəri qəsəbəsinə şəxsi işi ilə bağlı getmişdir. Biləcəri qəsəbəsində yerləşən Dəmiryolu stansiyasının yaxınlığından ötüb keçərkən tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq narkotik vasitə almağı təklif etmişdir. Həmçinin o, narkotik vasitə qəbul etdiyi üçün tanımadığı şəxsdən 30 manata 01 ədəd siqaretin qızılı kağız kəsiyinə yığılmış narkotik maddə olan “kakos”u almış, bir qədərini qəbul etmiş, qalan hissəsini özündə saxlamışdır. 26 aprel 2023-cü il tarixdə saat 22:20 radələrində evindən çıxaraq parka tərəf gedirmiş. Həmin vaxt iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq, özlərini və xidməti vəsiqələrini təqdim etmiş, 11-ci PB-nin əməkdaşları olduqlarını bildirdikdən sonra, ondan Nazim olub-olmadığımı soruşmuşlar. O, polis əməkdaşlarına Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra ona, narkotik vasitələrin qanunsuz dövriyyəsində, şübhəli olduğu bildirilərək onu 11-ci PB-ə gətirmişlər. 11-ci PB-də vəkilin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman,ona könüllü olaraq üzərimdəki əşyaları masanın üzərinə qoymağı təklif olunmuşdur. Həmçinin o, əynində olan, göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd siqaretin qızılı kağız kəsiyinə bükülmüş bükümü masanın üzərinə qoymuş, bükümün içərisindəki özünə məxsus olan narkotik maddə olan kakos olduğunu bildirmişdir. Bundan başqa, 28 aprel 2023-cü il tarixdə təqsiriləndirilən şəxs qismində cəlb edilərkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilmədiyini, lakin barəsində 03 ay müddətində həbs qətimkan tədbiri seçilməsi məqsədilə məhkəməyə çıxarıldığı zaman məhkəmə zalında polis əməkdaşları tərəfindən ona qarşı fiziki güc və zor tətbiq edildiyini, polisdən qorxduğu üçün onu təqsiriləndirilən şəxs qismində cəlb edildiyi zaman elə ifadə verdiyini, lakin polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qaldığını bildirmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Biləcəri qəsəbəsində dəmiryolu stansiyasının yaxınlığında tanımadığı şəxsdən 30 manata aldığını, bir qədərini istifadə etdiyini, qalan hissəsini üzərimdə saxladığını bildirmişdir. Həmin təhqiqatçı tərəfindən açıldıqda, bükümün içərisində qəhvəyi rəngli spesifik iyə malik kütlədən ibarət narkotik maddə olan “heroin” aşkar olundu. Üzərindən aşkar olunmuş narkotik maddə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş. həmin zərfin üzərinə və protokola imzalar etmişlər. Həmçinin o bildirmişdir ki, narkotik vasitəni öz istifadəsi üçün əldə etmiş, kiməsə-satmaq və ya pay vermək kimi niyyəti olmamışdır. Daha sonra o öz ifadəsində törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət-axtarış üzrə əməliyyat müvəkkili, Şahid1 öz ifadəsində ibtidai istintaqda verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, 26 aprel 2023-cü il tarixdə saat 22 radələrində etimad doğuran qərəzsiz mənbədən bir nəfər şəxsin üzərində narkotik vasitələri daşıması barədə məlumat daxil olmuşdur. Dərhal PB-nin rəhbərliyi tərəfindən əməliyyat qrupu yaradılaraq deyilən ünvana polis baş mayoru Şahid2 ilə getdik. Keçirilmiş əməliyyat axtarış nəticəsində həmin şəxsin yeri müəyyən olunaraq onun Təqsirləndirilən şəxs olduğu müəyyən olundu. Həmin şəxs tərəfimizdən saxlanılaraq 11-cu PB-nə gətirilmişdir. Həmin şəxs tərəfimizdən saxlanılaraq 11-cu PB-nə gətirilmişdir. PB-də təhqiqatçı Murad Əhmədəliyev tərəfindən ona müdafiəçi təyin edilməklə, 11-ci PB-nin sahə inspektoru polis baş leytenantı X5 tərəfindən video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən siqaretin qızılı kağız bükümünə bükülmüş 01 ədəd bükümü çıxararaq masaya qoydu. Büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli, toz şəklində, iysiz maddə olan heroin olması bilinmişdir. Daha sonra onun üzərində aşkar edilərək protokolla götürülmüş kütlə Murad Əhmədəliyev tərəfindən zərfə qoyularaq möhürlənmiş və iştirkaçılar tərəfindən imzalanaraq qablaşdırıldı. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Biləcəri qəsəbəsində tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Aşkar olunmuş maddə tərəflərindən götürülərək ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış və DİN-nin “Zərflər üçün” 222 saylı möhürü ilə üzəri möhürlənmişdir. Onunla birlikdə bütün iştirakçılar həm zərfin üzərini, həm də tərtib edilmiş protokolu imzalayaraq təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili, Şahid2 öz ifadəsində ibtidai istintaqda verdiyi ifadəsini təqsdiq edərək bildirmişdir ki, 26 aprel 2023-cü il tarixdə saat 22 radələrində etimad doğuran qərəzsiz mənbədən bir nəfər şəxsin üzərində narkotik vasitələri daşıması barədə məlumat daxil olmuşdur. Dərhal PB-nin rəhbərliyi tərəfindən əməliyyat qrupu yaradılaraq deyilən ünvana polis kapitan Şahid1 ilə getmiş. Keçirilmiş əməliyyat axtarış nəticəsində həmin şəxsin yeri müəyyən olunaraq onun Təqsirləndirilən şəxs olduğu müəyyən olumuşdur. Həmin şəxs tərəflərindən saxlanılaraq 11-ci PB-nə gətirilmişdir. PBdə təhqiqatçı Murad Əhmədəliyev tərəfindən ona müdafiəçi təyin edilməklə, 11-ci PB-nin sahə inspektoru polis baş leytenantı X5 tərəfindən video çəkiliş aparılmaqla Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sol yan cibindən siqaretin qızılı kağız bükümünə bükülmüş 01 ədəd bükümü çıxararaq masaya qoydu. Büküm təhqiqatçı tərəfindən açıldıqda içərisində qəhvəyi rəngli, toz şəklində, iysiz maddə olan heroin olması bilinmişdir. Daha sonra onun üzərində aşkar edilərək protokolla götürülmüş kütlə Murad Əhmədəliyev tərəfindən zərfə qoyularaq möhürlənmiş və iştirkaçılar tərəfindən imzalanaraq qablaşdırıldı. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni Biləcəri qəsəbəsində tanımadığı şəxsdən 30 manata aldığını bildirmişdir. Aşkar olunmuş maddə tərəflərindən götürülərək ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış və DİN-nin “Zərflər üçün” 222 saylı möhürü ilə üzəri möhürlənmişdir. Onunla birlikdə bütün iştirakçılar həm zərfin üzərini, həm də tərtib edilmiş protokolu imzalayaraq təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 aprel 2023-cü il tarixli, 6/2444 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası zərflər üçün №223” dairəvi möhür əks olan, “Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş narkotik vasitəyə bənzər kütlə…” sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 01(bir) ədəd bükümdə təmiz çəkisi 0,445 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təqdim edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin»in siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi-0,445 qram, tədqiqata sərf edildi-0,05 qr., qalıq-0,395 qr. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X11 Şəxsi Ambulator X1 11 iyul 2023-cü il tarixli, 4358 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərində Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid1, Qaradağ RPİ-nin 11-ci PB-nin CA üzrə əməliyyat müvəkkili polis mayoru Şahid2, PB-nin sahə inspektoru polis baş leytenantı Ülvi İsmayılov, müdafiəçi 10 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə Qaradağ RPİ-nin 11-ci PB-nin təhqiqatçısı polis baş leytenantı Murad Əhmədəliyev tərəfindən şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üstünə qoyması təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarımın sol yan cibindən 01 eded siqaretin qızılı kağız kəsiyinə bükülmüş bükümü çıxararaq masanın üzərinə qoyur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Biləcəri qəsəbəsi ərazisindən tanımadığı şəxsdən 30 manata aldığını bildirdikdən sonra həmin kütlə zərfə qoyularaq möhürləndikdən sonra iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş və siqaretin qızılı rəngli kağız kəsiyinə bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,445 qram; olan psixotrop maddə heroin 13 iyul 2023-cü il tarixdə iş üzrə maddi sübut kimi tanınmış və tədqiqatdan sonra narkotik vasitə heroin 0,395 qram qalıq çəkisi cinayət işi üzrə məhkəmənin qanuni qüvvəsini alacaq hökmünün icrasınadək, saxlanılması üçün Qaradağ RPİ-nin saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən, hökmün surətindən və 11 saylı cəzaçəkmə müəssisəsinin 08 aprel 2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Qaradağ rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli hökmü ilə CM-nin 128 və 234.1-ci maddələri ilə təqsirli bilinərək CM-nin 66.2 və 69.3-cü maddələrinə əsasən qəti olaraq 01 il 06 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Binəqədi Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məslisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 4-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 ay azaldılmış və 8 aprel 2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə olunmuş Qaradağ Rayon Prokurorluğunun müstəntiq vəzifəsi üzrə stajoru X4 tərəfindən 13 may 2023-cü il tarixdə qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan aydın olur ki, Təqsirləndirilən şəxs 26 aprel 2023-cü il tarixdə Qaradağ RPİ-nin 11-ci Polis Bölməsinin polis əməkdaşları tərəfindən tutulan zaman döyülməsi və 11-ci PB-də olarkən həmin polis bölməsinin poli əməkdaşları tərəfindən döyülərək cinayət əməlinin törətməsini etiraf etməsini tələb etməsi öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivinin olması cəzanı ağırlaşdıran haldır. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, eləcə də təqsirləndirilən şəxsdə narkomaniya xəstəliyi olmaqla məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Həmin Məcəllənin 65.2-ci maddəsində göstərilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar faktiki olaraq 26 aprel 2023-cü il tarixdə, saat 22:10-da şübhəli şəxs qismində tutulmuş, 28 aprel 2023-cü il tarixdə saat 12:00-da təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra barəsində “həbs” qətimkan tədbiri seçilməsi məqsədi ilə Qaradağ rayon Məhkəməsinə təqdimat verilmiş və 28 aprel 2023-cü il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. Odur ki, bu hal Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,395 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 80 (səksən ) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 35 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 210 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 120 manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi Allahşükü oğlunun vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 06 (altı) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barəsində” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 13 sentyabr 2023-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 0.395 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 35 saata görə 210 (iki yüz on manat) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 20 saata görə 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-276/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-276/2023
13.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver