Məhkəmə qərarları › İş №1(002)-277/2020

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-277/2020

11.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-277/2020 11.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs Şükürov Nabənd Şirməmməd oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxx 1995-ci ildə Ucar rayonu, Qaracallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ucar rayonu, Qaracallı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və Bakı İstintaq Təcridxanasında saxlanılan Şükürov Nabənd Şirməmməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şükürov Nabənd Şirməmməd oğlu silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşaiyət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Belə ki, Şükürov Nabənd Şirməmməd oğlu xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocasən yolu 57 ünvanında yerləşən “Meyvəli” topdan və pərakəndə satış bazaranın yaxınlığında yerləşən “Selofan” torbaların topdan satış anbarının arxasında ictimai yer olan küçədə həmkəndlisi X7 və Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış mübahisəni cüzi səbəb kimi bəhanə etməklə ictimai qaydanı kobud surətdə pozaraq, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, üzərində gəzdirdiyi istintaqla müəyyən edilməmiş özü ilə gətirdiyi silah qismində istifadə olunan əşya kimi istifadə etdiyi bıçaqla X5 qəsdən vuraraq ona sol bazunun kəsilmişdeşilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib, daha sonra o qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək üzərində gəzdirdiyi istintaqla müəyyən edilməmiş özü ilə gətirdiyi silah qismində istifadə olnun əşya kimi istifadə etdiyi bıçaqla Zərərçəkmiş şəxs1 ayağından qəsdən bir zərbə vuraraq ona sol budun arxa səthinin orta 1/3-nin kəsilmişdeşilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirib insanlar arasında təşəkkül tapmış qarşılıqlı davranış qaydalarını pozmaqla ətrafdakı şəxslərə etinasızlıq göstərib onlara qarşı laqeydliklə eqoizmini nümayiş etdirib qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs Şükürov Nabənd Şirməmməd oğlu ona Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, Qaradağ rayonu ərazisində fəaliyyət göstərən «Meyvəli» topdan satış bazarında arabaçı işləyib özünü dolandırırmış, Şahid2 onun dayısı oğludur, Dağlar Aburəhimov isə onun xalası oğludur. Onlar birlikdə əvvəllər bazarda fəhlə kimi işləyirmişlər, hazırda isə onlar Ucar rayonundadılar. Onun dayısı qızı Aysun əvvəllər digər qohumu Eşqinlə nişanlı olmuş, lakin sonradan dayısı qızı Aysun öz razılığı ilə Yusif Yusifov adlı şəxsə qoşulub qaçmışdır, hazırda da onlar bir yerdə yaşayırlar. Eşqində ailə qurub və hazırda öz ailəsi ilə birlikdə yaşayır. xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində o, qohumları Eşqin və Dağlarla «Meyvəli» topdan satış bazarında arabanın üstündə oturub çay içirmiş. Həmin vaxt oraya Yusif sonradan adını Namik kimi bildiyi şəxs və yanlarında bir neçə nəfər şəxslər gəlmişlər. Onlar ümumilikdə yeddi nəfər olmuşlar. Gələnlərdən bir nəfər tanımadığı şəxs demişdir ki, «gəlmişik sizinlə söhbət edək», o demişdir ki, «gəlin əyləşin çay içək», onlar isə demişlər ki «yox çay içmirik gedək söhbət edək». O da onlara demişdir ki, gedək nə söhbət istəyirsiniz edək. Onlar bazardan «Selofan» torbaların topdan satışı anbarının arxasına çıxıb getmişlər, orada o demişdir ki «nə söhbət etməyə gəlmisiniz», orada sonradan adını Əli kimi bildiyi şəxs ağzını açmaq istəyərkən o sillə ilə onu sifətindən vurmuş və demişdir ki «siz heç bilmirsiniz nə söhbətə gəlmisiniz». Daha sonra əynində olan şalvarın sağ arxa cibində olan bıçağı götürüb Yusifin qolundan bir zərbə vurmuş və bundan sonra hamısı qaçmışlar. Onlardan biri, yəni Namik yerə yıxılmış və o da ona yaxınlaşıb əlindəki bıçaqla bir dəfə onun sol ayağının bud nahiyyəsinin arxa tərəfindən bir zərbə vurmuş və bundan sonra hamısı qaçıb çıxıb getmişlər. Yusif isə qalmış və o, Yusifə də bir sillə vurmuş və əlindəki bıçağı o tərəfə tullayıb çıxıb getmişdir. O öz ifadəsində daha sonra göstərmişdir ki, hal-hazırda əməlindən səmimi peşmandır. Zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, əslən Sabirabad rayonundan olsa da Bakı şəhərində Biləcəri qəsəbəsində Y.Hüseynov küçəsində kirayəşin yaşayır. Həmin ünvanda o, anası və ondan böyük olan qardaşı ilə birlikdə yaşayır. O, fəhləliklə məşğul olub ailəsini və özünü saxlayır, hazırki iş yeri Biləcəri qəsəbəsində yerləşən «Qardaşlar» mebel salonudur, həmin mebel salonunda o, fəhlə kimi işləyib aylıq 350 manat əmək haqqı alır. X5 bir ilə yaxındır ki, tanıyır. Belə ki, o Yusifin qardaşı-hazırda hərbi xidmətdə olan Şamxalla dostdur və Yusifi də qardaşı Şamxala görə tanımışdır. Yusifi tanıdığı müddət ərzində arada bir görüşüb çay içib söhbət edirmişlər. Lakin son zamanlar koronavirus xəstəliyi ilə bağlı o, Yusiflə görüşmürmüş. Təxminən bir neçə ay bundan əvvəl Yusif nişanlanmışdır və o da onun nişanında iştirak etmişdir. Sonradan o Yusiflə görüşməmişdir, yalnız arada bir zəngləşib hal-əhval tutmuşlar. xx xxxx 2020-ci il tarixdə saat 22:30-da Yusif ona məxsus olan mobil telefonuna zəng edərək bildirmişdir ki 2-3 nəfər onu «Meyvəli» topdan satış bazarında döymək istəyirlər, o həmin vaxt Biləcəri qəsəbəsində dostları Əliabbas, Əli və Vüqarla birlikdə Qaradağ rayonu ərazisində yerləşən «Meyvəli» topdan satış bazarına getmişlər. Bazara çatanda o, Yusifə zəng etmiş və onunla görüşmüş və ondan nə baş verdiyini soruşmuşdur, Yusifdə ona demişdir ki, «məni döymək istəyirlər», o, soruşmuşdur ki «kim səni döymək istəyir», Yusif isə ona biraz aralıda dayanan 2-3 nəfər şəxsi göstərib bildirmişdir ki «onlar məni döymək istəyir». O Yusifdən soruşmuşdur ki, «onlar nəyə görə səni döymək istəyirlər», Yusifdə onun sualına cavab olaraq bildirmişdir ki, onun arvadının əmisi oğlu Şahid2 ondan acıq çıxmaq istəyir, çünki Yusif Eşqinin əmisi qızı ilə nişanlanıb amma vaxtı ilə həmin qız Eşqinin nişanlısı olmuşdur, sonradan ayrılmışlar və qız Yusiflə nişanlanmışdır. O da onunla oraya gedən dostları ilə birlikdə həmin şəxslərə yaxınlaşıb salamlaşmış və onlara sizinlə söhbət etmək olarmı sualını vermişdir. Həmin şəxslər də olar demişlər. O sual vermişdir ki «siz Yusifi nəyə görə döymək istəyirsiniz», bu sualın cavabı olaraq həmin şəxslərdən biri sonradan adını Şükürov Nabənd Şirməmməd oğlu kimi tanıdığı şəxs ona demişdir ki «gedək kənarda söhbət edək», o da razılıq verdikdən sonra, onlar hamısı sellofan torbaların topdan satış anbarının arxasına getmişlər. Həmin vaxt Nabənd ona demişdir ki, «nəyə görə gəlmisiz», o isə demişdir ki «gəlmişik görək Yusifin səfi nədirki siz onu döymək istəyirsiniz», həmin vaxt Nabənd başlamışdır uca səslə onları söyüb təhqir etməyə və bu zaman Nabənd sillə ilə onun dostu Əlini vurmuş və onlar arxaya çəkilmişlər ki, həmin vaxt Nabənd cibindən bıçaq çıxartmış və başlamışdır onları uca səslə söyə-söyə hücum etməyə. O qorxmuşdur ki, Nabənd onu bıçaqla vuracaq və o Nabəndin əlindən vurmuş bıçaq yerə düşmüşdür, bu zaman Nabənd sonradan adını X2 bildiyi şəxsə tapşırmışdır ki, tez bıçağı yerdən götürüb ona versin, Dağlarda bıçağı yerdən götürüb ona vermiş və bu zaman Nabənd Şükürov onun üstünə gələrək onu bıçaqla vurmaq istəmiş, o isə arxaya çəkilən zaman ayağı yerdə olan daşa ilişmiş və o yıxılmışdır. Bu zaman Nabənd əlindəki bıçaqla söyüş söyə-söyə onun sol ayağının arxa yuxarı tərəfindən bir zərbə vurmuş və onlar çıxıb getmişlər. Həmin vaxt o öz canının hayında qalmışdır və sonradan məlum olmuşdur ki, həmin Nabənd Yusifin də sol qol nahiyyəsindən bıçaqla vurmuşdur. Həmin vaxt yanında olan dostları ilə birlikdə onlar Biləcəri qəsəbəsində yerləşən «Lokomotiv» idman cəmiyyətinin yanındakı parka gəlmişlər. Orada digər dostu Nemana zəng edib pambıq gətirməsini xahiş etmiş və o, pambıq gətirmiş, daha sonra aptekdən ayağından axan qanın dayandırılması üçün spirt və digər tibbi ləvazimatları alıb ona ilkin tibbi yardım göstərmək istəmişlər, lakin ayağından axan qan kəsmədiyi üçün təcili tibbi yardım çağırmışlar və onu tibbi yardım alması üçün xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə təqdim edərək Şükürov Nabənd Şirməmməd oğlu ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X7 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Meyvəli” topdan satış mərkəzində fəhlə, arabaçı işləyir. Şahid2, X3 və Şükürov Nabənd Şirməmməd oğlunu yaşadığı Ucar rayonu, Qaracallı kəndindən tanıyır. Şahid6 və Şahid1 dava-dalaş əsnasında tanımışdır, Zərərçəkmiş şəxs1 isə dostudur. Məlum hadisə barəsində bildirmək istəyir ki, xx xxxx 2020-ci il tarixdə, saat 22 radələrində işlədiyi “Meyvəli” topdan satış mərkəzində işdə olan zaman Eşqin ona yaxınlaşaraq, işlərini tezliklə görüb, yanına gəlməsini bildirmişdir. İşlərini başa vurduqdan sonra Eşqinin yanına gəlmişdir. Həmin vaxt Eşqin ona bazardan çölə çıxmağını bildirmişdir. Bundan sonra isə Eşqinlə birlikdə bazardan çıxmaq üçün gedərkən, yəni 4-cü korpusun qarşısında olan zaman “Qismət” ləqəbli Nabənd Şükürov arxadan ona yaxınlaşmış, sol qoluna girərək çölə çıxmağı, ona iki kəlmə söz deyəcəyini bildirmiş və o da onunla razılaşmışdır. Həmin vaxt Nabənd əli ilə şalvarının arxasını yoxlamış və buna görə də onun belində bıçaq olmasından şübhələnmişdir. Bu zaman Nabəndə “məni tək görmüsünüz, gözləyin mən də dostlarımı çağırım gəlsinlər” demişdir. Həmin vaxt Eşqində orada imiş. O isə dostu Namikə zəng edərək Nabəndin onu təklədiklərini, köməyə gəlməsini bildirmişdir. Bundan sonra isə Eşqinin kənarlaşdığını görüb, ona hara getdiyini və dostlarının gəldiyini demişdir. Eşqin ona işləri olduğu üçün getdiyini bildirmiş və Eşqin çıxıb getmişdir. Bu zaman Namik ona zəng edərək bazara çatdığını və harada olduğunu soruşmuşdur. O isə bazarın çölünə çıxdığını və həmin yerə gəlməsini bildirmişdir. Bazardan çölə çıxıb Namiklə görüşmüşlər. Namik yanına tanımadığı bir neçə şəxslə birlikdə gəlmişdir. Daha sonra isə Namikə Nabənd və Dağları göstərib, onların onu təklədiklərini və söz-söhbəti başladan Eşqinin isə getdiyini bildirmişdir. Bundan sonra isə “Meyvəli” topdan satış mərkəzi ilə “Sədərək” ticarət mərkəzi arasında olan yolun Lökbatan-Xocahəsən yolu ilə birləşməsi istiqamətində sol tərəfdə yerləşən “Sellofan” torbaların topdan satış anbarının arxa hissəsində olan boş əraziyə gəlmişlər. Həmin yerə çatarkən dostu Namik nə üçün onu təklədiklərini Nabənd və Dağlara bildirmişdir. Bundan sonra Nabənd kobud formada Namikə cavab verərək belində olan, qaranlıq olduğu üçün tam əlamətlərini görə bilmədiyi bıçağı çıxardaraq, sağ əlində tutub Namikin üstünə getmişdir, bu zaman Namik təpiklə onun sağ əlinə vurub həmin bıçağı yerə tullamışdır. Bundan sonra Nabənd bıçağını tapmasını Dağlara bildirmişdir. Dağlarda cibindən çıxardığı alışqanla yerə işıq vuraraq, Nabəndin əlindən yerə düşmüş olan bıçağı tapıb, ona vermişdir. Bundan sonra o, bir daha Namikin üzərinə gedərkən Namikin ayağı ilişərək yerə yıxılmışdır, Nabənd isə onun yıxılmasından istifadə edib, Namikin sol bud nahiyəsinin arxa hissəsində bir dəfə bıçaqla zərbə endirmiş və daha sonra isə onun üzərinə gəlmişdir. Həmin vaxt Dağlar sağ əli ilə çənə nahiyəsindən bərk sıxaraq, ağıllı olmağını bildirmiş və bundan istifadə edən Nabənd isə sağ yumruğu ilə sifət nahiyəsindən bir dəfə zərbə endirərkən əlindəki bıçaq sol qol nahiyəsini cızaraq, keçmişdir. Daha sonra isə ətrafa baxarkən Əliabbas və sifətlərini görmədiyi bir neçə nəfər Namiki həmin yerdən uzaqlaşdırmışlar. O isə yaşadığı evə gedərək paltarını dəyişmişdir. Bundan sonra isə Namikin yaşadığı Biləcəri qəsəbəsinə getmişdir. Namikgilin yaşadığı evə çatarkən isə Namikin xəstəxanaya getməsi ona məlum olmuşdur. Zərərçəkmiş şəxs X7 məhkəməyə ərizə təqdim edərək Şükürov Nabənd Şirməmməd oğlu ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinın olmadığını bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Nabənd Şükürov və Dağlar Aburəhimov onun bibisi uşaqlarıdı. Yusif Yusifov isə onun həmkəndlisidir, onunlada normal münasibətləri olmuşdur, aralarında heç bir vaxt ədavət və düşmənçilik olmamışdır. 2016-cı ilin son aylarında o əmisi qızı Aysunla ailələrinin razılığı ilə nişanlanmışlar, nə o nədəki Aysun bir birini sevməmişlər, sadəcə ailələr və böyüklər belə qərar vermişlər ki, onlar ailə qursunlar. Həmin vaxt Aysunun 16 yaşı varmış və böyüklərin qərarına əsasən Aysunun 18 yaşı tamam olan kimi onlar ailə həyatı qurmalıymışlar. Onlar təxminən 1 il 6 ay nişanlı olmuşlar, lakin bu müddət ərzində onlar nə görüşmüşlər, nədəki danışmışlar. Həmin ərəfədə o, Bakı şəhərində Qaradağ rayonu ərazisində fəaliyyət göstərən «Meyvəli» topdan satış bazarında arabaçı işləyirmiş. Təxminən 2 il bundan əvvəl Aysun ona məxsus olan mobil telefona “sms” yazaraq başqa adamı istədiyini onu istəmədiyini ona görə də ayrılmaq qərarına gəldiyini demişdir. O da bundan sonra öz anasına zəng edib əmisinin yaşadığı evə, yəni Aysunun yaşadığı evə gedib nə baş verdiyini öyrənməsini tapşırmışdır. Bir qədər sonra anası mənə zəng edib demişdirki «mən getdim və orada Aysun dediki mən Eşqini istəmirəm ona görə də onunla ailə qura bilmərəm». Həmin vaxt onun atası Moskva şəhərində işlədiyi üçün orada imiş və o da ona bu barədə telefonla zəng edib demişdir, bir neçə gün sonra atasıda Ucar rayonuna gəlmiş və demişdirki «əgər Aysun istəmirsə bu məsələ alına bilməz» ona görə də atası nişanı qaytarmışdır və bununla da məsələ bitmişdir, bundan sonra o Aysunla bir daha danışmamış və görüşməmişdir. Nişan qayıtdıqdan təxminən 2 ay sonra o başqa öz istədiyi qızla nişanlanıb və dərhal toy edib ailə həyatı qurmuşdur. Hazırda onun həyat yoldaşı hamilədir və onların yaxın zamanda övladları dünyaya gələcək. Təxminən bir neçə ay bundan əvvəl eşitmişdir ki, Aysun Yusiflə qaçıb və hazırda bir yerdə yaşayırlar. O heç bir vaxt nə Aysuna, nədə ki Yusifə bu barədə heç bir söz deməmişdir, çünki hər kəsin öz həyatı var və zorlada gözəllik olmaz. O fəhləlik edib öz həyatını yaşayırmış, öz ailəsini dolandırırmış. xx xxxx 2020-ci il tarixdə saat 21 radələrinə kimi o «Meyvəli» topdan satış bazarında olmuş və saat 21:00-dan sonra o, əvvəllər kirayədə yaşadığı Xocasən qəsəbəsinə evinə getmişdir. xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixə keçən gecə saat 01 radələrində atası ona zəng edib harada olduğunu soruşmuş və o da demişdirki evdədir, atası bir daha ondan soruşmuşdur ki «sənə deyirəm hardasan», o yenədə and içərək evdə olduğunu bildirmişdir.O atasından nəyə görə belə israrla harada olduğunu soruşduğunu soruşmuş, atası isə ona demişdirki, Yusifin hansısa bir qohumu ona zəng etmiş və demişdir ki, «sənin oğlun X14 döymək istəyirlər». Yusifdə həmin ərəfədə bazarda fəhlə işləyirmiş, Nabənd, o Dağlarda həmin «Meyvəli» bazarında fəhlə işləyirmişlər. Atası yenədə onu sorğu sual etməyə başlamış telefonla lakin o nə baş verdiyini bilmədiyini və hazırda evdə olduğunu demişdir. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında o bazara getmiş və orada ona məlum olmuşdur ki, gecə Nabənd bazarda olan zaman Yusif və bir neçə nəfər şəxs bazara gəlmişlər və orada Nabəndlə sözlə mübahisə etmişlər, bu zaman Nabənd əlindəki bıçaqla Yusifin qolundan, Yusifin yanında olan dostu sonradan adını Namik kimi bildiyi şəxsin isə ayağından vurub xəsarət yetirmişdir. Özü həmin vaxt hadisə yerində olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Nabənd Şükürov və Şahid2 onun yaxın qohumlarıdır. Yusif Yusifov isə onun həmkəndlisidir, onunla da onun normal münasibətləri olmuşdur, aralarında heç bir vaxt ədavət və düşmənçilik olmamışdır. 2016-cı ilin son aylarında Eşqin dayısı qızı Aysunla ailələrin razılığı ilə nişanlanmışlar, nə Eşqin nədəki Aysun bir-birini sevməmişlər, sadəcə böyükləri belə qərar vermişlər. Həmin vaxt Aysunun 16 yaşı varmış və böyüklərin qərarına əsasən Aysunun 18 yaşı tamam olan kimi onlar ailə həyatı qurmalıymışlar. Onlar təxminən 1 il 6 ay nişanlı olmuşlar, lakin bu müddət ərzində onlar nə görüşmüşlər, nədəki danışmışlar. Həmin ərəfədə o, Bakı şəhərində Qaradağ rayonu ərazisində fəaliyyət göstərən «Meyvəli» topdan satış bazarında satıcı işləyirmiş. Sonradan onların nişanı pozulmuş və Aysun Yusif adlı şəxsə qoşulub qaçmışdır. xx xxxx 2020-ci il tarixdə saat 21 radələrinə kimi o, «Meyvəli» topdan satış bazarında olmuşdur və gecə saatlarına kimi Nabəndlə birlikdə olmuşdur. xx xxxx 2020-ci il tarixdə saat 23 radələrində Yusif və bir neçə nəfər şəxs bazara gəlmişlər və həmin gələnlərdən biri Nabəndlə söhbət etmiş və həmin vaxt Nabənd onlardan birini sillə ilə vurmuşdur, bundan sonra Nabəndin üstünə həmin şəxslər gəlmək istəyəndə Nabənd həmin vaxt belindən bıçaq çıxartmış və Yusifin yanında olan sonradan adını Namik kimi bildiyi şəxsi ayağından əlindəki bıçaqla bir zərbə vurmuş və o da onları ayırmışdır, daha sonra onlar qaçıb çıxıb getmişlər. Hadisə vaxtı Eşqin orada olmamışdır. O öz ifadəsində daha sonra göstərmişdir ki, hadisə vaxtı Yusifin çənəsindən tutub ağıllı olmasını və belə hərəkətlər etməməsini desə də ona qarşı heç bir qanunsuz hərəkətlər etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun dostudur, Yusif Yusifovu o tanıyırmış, amma elədə yaxından tanışlığı yoxdur. xx xxxx 2020-ci il tarixdə Biləcəri qəsəbəsində parkda Namiklə gəzişirmiş və bu zaman təxminən saat 21 radələrində Namikin dostu Yusif ona zəng edib nəsə demişdir, Namik isə ona demişdir ki, «Lökbatan qəsəbəsində yerləşən «Meyvəli» bazarına getmək lazımdır, çünki Yusifi orada kimsə döymək istəyir». Həmin vaxt onların yanında yalnız adlarını bildiyi Əli və Vüqar adlı şəxslərdə varmış. Onlar hamısı bir yerdə «Meyvəli» bazarına getmişlər və orada görmüşlər ki, Yusif iki nəfər şəxslə söhbət edir, sonradan bilmişdir ki, onlardan birinin adı Nabənddir, digərinin adı isə Dağlardı. Bu zaman onların yanına yaxınlaşmışlar və həmin Nabənd onlara nə yaxşı gəldiklərini demişdir, Namikdə demişdir ki «sizin Yusiflə nə işiniz var», Namik elə bunu demişdir ki, Nabənd cibindən bıçağı çıxardıb Namikin üstünə cummuş və Namik yerə yıxılmışdır və bu zaman Nabənd əlində olan bıçaqla onun ayağının arxa tərəfindən vurmuşdur. Daha sonra Nabənd başlamışdır uca səslə küçə söyüşləri söyməyə, Yusif isə ona söyüş söyməməyi deyəndə Nabənd Yusifin üstünə cumaraq əlindəki bıçaqla bir zərbə vurub ona xəsarət yetirmişdir. Onlar vəziyyətin çətin olduğunu görmüş və oradan uzaqlaşmışlar. O taksi avtomobilinə əyləşib yaşadığı evə getmişdir, sonra eşitmişdir ki, Namik həkimə gedib. Hadisə vaxtı Nabənd əlindəki bıçaqla həm Yusifə, həmdəki Namikə xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Nabənd Şükürov və Dağlar Aburəhimov onun bacısı uşaqlarıdır, Şahid2 isə onun qardaşının oğludur, Yusif Yusifovda onun hazırda kürəkənidir, onlarla onun münasibətləri çox yaxşı olmuş heç bir vaxt ədavəti olmamışdır. 2016-cı ilin son aylarında qardaşı oğlu Eşqinlə qızı Aysunu ailələrin razılığı ilə nişanlamışlar, bildirmişdir ki, qızı Aysun Eşqini istəmirmiş, lakin o israr etmiş və nişanlamışlar, lakin sonradan həyat yoldaşı ona demişdir ki, Aysun Eşqini istəmir, Aysun Yusifi istəyir. Bundan sonra o da oturub fikirləşmiş və görmüşdür ki, zorla səadət qurulmaz ona görə də nişanı qaytarmaq qərarına gəlmişlər. Bu barədə yenə də qardaşı ilə danışmışlar və sakitliklə nişanı qaytarmışlar, nişanı qaytaran zaman da heç bir narazıçılıq yaşanmamışdır. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında o, Xocəsən qəsəbəsində evdə 2 nəfər dostu ilə yeyib içirmiş. xx xxxx 2020-ci il tarixdə saat 21 radələri olarmış ki, ona zəng edib demişlər ki, uşaqlar yəni Yusifgil «Meyvəli» bazarı tərəfdə dalaşırlarmış. O da dərhal deyilən yerə gəlmiş və görmüşdür ki, iki nəfər bıçaqlanıb biri çıxıb taksi ilə gedib Yusifdə bıçaqlanmışdır, o Yusifdən soruşmuşdur ki, «kim vurub» Yusif demişdirki «məni və dostum Namiki Nabənd bıçaqla vurmuşdur». O Yusifi nə qədər xəstəxanaya aparmaq istəsədə Yusif xəstəxanaya getməmiş və digər bıçaq xəsarəti alan dostunun yanına çıxıb getmişdir. Həmin vaxt o görmüşdür ki, Nabənddə çıxıb getmiş, ona görə də o ondan imkan tapıb soruşa bilməmişdir ki, nəyə görə belə bir hadisə törətmişdir. Sonradan o qardaşına, yəni Eşqinin atasına zəng edib öz iradlarını bildirmişdir. Yusifin dediyinə görə Nabənd onu bıçaqla vurmaq istəyən zaman bıçaq Nabəndin əlindən yerə düşüb və Dağlar tez bıçağı tapıb Yusifə vermişdir. Yusifin dediyinə görə Dağlar onun çənəsindən tutub sıxıb ona fiziki zor tətbiq etməklə ağıllı olmasını tələb etmiş və həmin vaxtda Nabənd onu vurmuşdur. Şahid6 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid6 öz ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun dostudur, onu uşaqlıqdan tanıyırmış, Namikin digər dostu Yusifi isə o tanımırmış, lakin bıçaqlanma hadisəsi olduqdan sonra bir dəfə görmüşdür. xx xxxx 2020-ci il tarixdə axşam saatlarında o qardaşı Kənanla birlikdə Biləcəri qəsəbəsində kirayədə yaşadıqları evdə oturub çörək yeyirmişlər, bu zaman saat dəqiq yadında deyil, bir nəfər ona Namikə məxsus olan mobil telefonla zəng edib Biləcəri qəsəbəsində yerləşən kiçik parkın yanında fəiliyyət göstərən «Lokomotiv» çay evinin yanına dəvət etmiş, o isə həmin şəxsə demişdir ki, «nə baş verib», həmin şəxs isə demişdirki, «evdən tibbi ləvazimatlardan bint yod və sair əşyaları götür təcili gəl». Qardaşı evdə qalmış o isə təcili deyilən yerə getmiş və görmüşdür ki, Namikin sol ayağından qan axır, o da çalışmışdır ki, tibbi yardım göstərsin, həmin vaxt Namikin yanında Əliabbas, Əli və Vüqar adlı şəxslər olmuşlar, həmin şəxsləri o tanımırmış və onlarla onun heç bir əlaqəsi yoxdur. Orada olan zaman söhbət əsnasında o belə başa düşmüşdür ki, Lökbatan qəsəbəsində yerləşən «Meyvəli» topdan satış bazarında mübahisə zamanı Nabənd adlı şəxs bıçaqla Namikin ayağından vurmuşdur. Daha sonra o görmüşdür ki, Namikin ayağından axan qan dayanmır, ona görədə qardaşı Kənana zəng etmişdir ki, bint və digər tibbi ləvazimatları alıb Biləcəri qəsəbəsinə gətirsin. Bir qədər sonra qardaşı Kənan deyilən tibb ləvazimatları alıb gətirmiş və Namikin yarasını yenidən bağlamışlar, daha sonra Namik demişdirki «Sumqayıt şəhərində tanış həkim var gedək o evdə baxsın», lakin Sumqayıta getdikdə onlar həmin həkimi tapa bilməmişlər və geri Biləcəri qəsəbəsinə qayıtmışlar və Namiki Biləcəri qəsəbəsində yerləşən Dəmiryolu xəstəxanasına gətirmişlər və orada həkimlər demişlərki karantin rejimi ilə bağlı xəstəxanada yer olmadığı üçün onlar təcili tibbi yardıma müraciət etmişlər və təcili yardım gəlmiş Namiki hansısa xəstəxanaya aparmışdır. Şahid5 məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid5 öz ifadəsində Şahid6 ilə oxşar ifadə verərək bir daha qardaşı Şahid6 göstərdiklərini təsdiq etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin xx xxxx 2020-ci il tarixli 455 saylı rəyindən görünür ki, X1 bazunun kəsilmiş-deşilmiş yarası müəyyən edilmişdir. Xəsarət iti kənara və iti uca malik əşya (alət) (ola bilsin bıçaq) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə kənar şəxs tərəfindən yetirilə bilərdi və dərəcəsinə görə səhhətin qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Vət.Y.İ.Yusifovun almış olduğu xəsarətin xarakter və lokalizasiyasına görə şəxsin özü tərəfindən özünə yetirilməsi inkar olunmur. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin xx xxxxxx 2020-ci il tarixli 550 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sol budun yuxarı 1\3-nin arxa səthinin kəsilmiş-deşilmiş bir ədəd yarası müəyyən edilmişdir. Xəsarət iti kənara və iti uca malik əşya (alət) təsirindən törənmişdir, qərarda göstərildiyi kimi xx.xx.2020-ci il tarixdə törənə bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir. İşə əlavə edilmiş tələbnamədən görünür ki, Şükürov Nabənd Şirməmməd oğlu əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Şükürov Nabənd Şirməmməd oğlunun törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Şükürov Nabənd Şirməmməd oğlunun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Şükürov Nabənd Şirməmməd oğlunun əməlini etiraf edərək səmimi peşiman olmasını və zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Şükürov Nabənd Şirməmməd oğlunun əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Şükürov Nabənd Şirməmməd oğluna təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının ən aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Şükürov Nabənd Şirməmməd oğlu cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Şükürov Nabənd Şirməmməd oğlunun müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Şükürov Nabənd Şirməmməd oğlunun hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X11 tərəfindən 30 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, təqsirləndirilən şəxs Şükürov Nabənd Şirməmməd oğluna göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X8 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Şükürov Nabənd Şirməmməd oğlu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs Şükürov Nabənd Şirməmməd oğluna ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X8 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar