Məhkəmə qərarları › İş №1(002)-277/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-277/2022

03.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-277/2022 03.10.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs FətTəqsirləndirilən şəxsin iştirakları ilə, xx.xx.1997-ci ildə Cəlilabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş FətTəqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs E.S.Fətəliyev talama məqsədi olmadan avtomobili qanunsuz ələ keçirmişdir. Belə ki, E.S.Fətəliyev 30 may 2022-ci il tarixdə, saat 22:00 radələrində avtomobili talama məqsədi olmadan qanunsuz olaraq qaçırıb idarə etmək niyyəti ilə Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən “Gülbaxt” daş karxanası ərazisində dayanmış Zərərçəkmiş şəxs məxsus “Kamaz” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarlarının üzərində olmasından istifadə edib avtomobilin mühərrikini işə salıb idarə edərək oradan uzaqlaşmaqla Salyan rayonu, Ə.Quliyev küçəsi, 14 nömrəli binanın yaxınlığına qədər sürüb talama məqsədi olmadan qanunsuz olaraq özgənin avtomobilini ələ keçirmişdir. Təqsirləndirilən şəxs E.S.Fətəliyev məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, təxminən 2022-ci ilin may ayının sonuna qədər o, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində yerləşən Gülbaxt daş karxanasının ərazisində blok daşı alıb satmaqla məşğul olurmuş. xx.xx.2022-ci il tarixdə o, Gülbaxt daş karxanasına təxminən səhər saatlarında getmiş və saat 12-13 radələrində Cəlilabad rayonundan olan Aşur adlı şəxsin “Kamaz” markalı avtomobilinin daş karxanasının ərazisində olduğunu görmüşdür. Həmin gün axşam saatlarında o, Cəlilabad rayonun getmək qərarına gəlmişdir. Fikirləşmişdir ki, Aşurun “Kamaz” markalı avtomobilinə əyləşib Cəlilabad rayonuna getsin. xx.xx.2022-ci il tarixdə təxminən saat 22 radələrində Aşurun Kamaz markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin açarının üzərində olmasından istifadə edib avtomobili işə salmış və Cəlilabad rayonu istiqamətində sürmüşdür. O, Salyan rayonuna çatmağa az qalmış fikirləşmişdir ki, onu yol polisi saxlaya bilər. Buna görədə avtomobili Salyan rayonuna sürüb Ə.Quliyev küçəsində 5 mərtəbəli binanın yaxınlığında saxlayıb avtomobildən düşüb oradan uzaqlaşmışdır. Avtomobilin akkumlyatorlarının ön və arxa dövlət qeydiyyat nişanlarının avtomobilin üzərində olmaması ilə bağlı onun əlaqəsi yoxdur. Daha sonra əməlindən səmimi peşman olmasını, Zərərçəkmiş şəxs ilə barışmasını, ona vurulmuş zərəri ödəməsini, hazırda zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayətinin və tələbinin olmamasını nəzərə alaraq barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, “Kamaz” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır və daş karxanalarından mişar daşı alıb sataraq ailəsini dolandırır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında avtomobili sürüb Qaradağ rayonu, Qızıldaş qəsəbəsi ərazisində yerləşən Gülbaxt daş karxanasına getmiş, daş karxanasında daş kəsimi dayandığı üçün avtomobili orada saxlayıb evə getmişdir. O, avtomobilin açarını üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında o, Gülbaxt daş karxanasına getmiş və görmüşdür ki, avtomobili daş karxanasında yoxdur. Daş karxanasında olan Rasim adlı fəhlə ona demişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 22-23 radələrində FətTəqsirləndirilən şəxs onun avtomobilini sürüb getmişdir. O, da buna görə dərhal DİNnin 102 xidmətinə zəng vurub “Kamaz” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qaçırılması barədə məlumat vermişdir. xx.xx.2022-ci il tarixdə onun avtomobili Salyan rayonunda tapılmışdır. Lakin avtomobilinin qabaq və arxa nömrələri, hər iki akumlyatoru yerində olmamışdır. Daha sonra polis əməkdaşları avtomobilə baxış keçirmişlər, avtomobili işlək vəziyyətdə olmuş, o, avtomobili işə salıb sürüb evə gəlmişdir. Ona verilən suallara cavab olaraq bildirmişdir ki, “Kamaz” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilinin qaçırılması ilə əlaqədar ona ümumilikdə 880 manat ziyan dəymişdir. Sonra məhkəməyə ərizə təqdim edərək hazırda təqsirləndirilən şəxs E.S.Fətəliyev ilə barışdığını, ona vurulmuş zərərin tamamilə ödənildiyini, sonuncuya qarşı heç bir şikayət, tələb və maddi iddiasının olmadığını nəzərə alarq, sonuncu barəsində olan cinayət işi üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində bildirmişdir кi, Qaradağ rayonu, Qızıldaş qəsəbəsində Gülbaxt daş karxanasında fəhlə işləyir. xx.xx.2022-ci il tarixdə təxminən saat 22 radələrində o, daş karxanasının ərazisində yerləşən kafeyə gedəndə Aşurun Kamaz markalı avtomobilinin işə salındığını görmüşdür. Avtomobilin yanından keçəndə görmüşdür ki, sükan arxasında daş karxanasına daimi gəlib-gedən Elşən əyləşmişdir. Belə fikirləşmişdir ki, yəqin ki, Aşur özü Elşənə icazə verib ki, onun avtomobilini sürsün. O, kafeyə daxil olanda Elşən avtomobili hərəkətə gətirib daş karxanasının əraizisini tərk etmişdir. Həmin günün sabahısı Aşur daş karxanasına gəlib öz avtomobilinin yerində olmadığını görüb hamıdan avtomobili barədə soruşanda ona demişdir ki, axşam Cəlilabad rayonundan olan Elşən onun avtomobilinə əyləşib avtomobilini işə salıb sonra isə avtomobili sürüb getmişdir. Cinayət işinin 17-ci vərəqəsində olan qəbzdən görünür ki, “Kamaz” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobili Zərərçəkmiş şəxs oluna işlək vəziyyətdə təhvil verilmişdir. Lakin avtomobilin ön və arxa dövlət qeydiyyat nişanları və hər iki akumlyatoru üzərində olmamışdır. Cinayət işinin 74-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 13 avqust 2022-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, E.S.Fətəliyev Tərtər Hərbi Məhkəməsinin 14 avqust 2017-ci il tarixli hökmünə əsasən 200 manat cərimə cəzasına məhkum edilmiş, 18 iyul 2018-ci il tarixdə cəriməni tam ödədiyi üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinə əlavə edilmiş Qaradağ Rayon Məhkəməsinin 08 sentyabr 2022-ci il tarixli Məhkəmənin hazırlıq iclasının qərarından görünür ki, məhkəmə baxış iclası 20 sentyabr 2022-ci il tarixə saat 11:20-yə təyin edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxs E.S.Fətəliyev ilə barışmış, ona vurulmuş zərər tamamilə ödənilmiş, sonuncuya qarşı heç bir şikayəti, tələbi yoxdur, ona görə də, ərizəsinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs E.S.Fətəliyevun ərizəsindən görünür ki, o, özünü təqsirli bilir, hazırda Zərərçəkmiş şəxs ilə barışmış və ona vurulmuş ziyanı tamamilə ödəmişdir. Göstərilənlərə əsasən, barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Beləliklə, E.S.Fətəliyevin talama məqsədi olmadan avtomobili qanunsuz ələ keçirməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən, zərərçəkmiş şəxsin və şahidin ifadəsi, habelə digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə tərəfindən E.S.Fətəliyevin əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə tövsif edilməlidir. Lakin, təqsirləndirilən şəxs E.S.Fətəliyevun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduğundan Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikasının CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsdinə əsasən bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Yuxarıda göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində olan sadələşdirilmiş icraat materialı üzrə icraata xitam verilməlidir. İş üzrə maddi sübut-Zərərçəkmiş şəxs məxsus “Kamaz” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona qaytarılması nəzərə alınmalıdır. Bundan başqa təqsirləndirilən şəxs E.S.Fətəliyev barəsində 09 avqust 2022-ci il tarixdə seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs E.S.Fətəliyevi ibtidai istintaq dövründə dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X1 və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Odur ki, E.S.Fətəliyevə ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 21 (iyirmi bir) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Ə.Q.Əliyevə 126 (yüz iyirmi altı) manat məbləğində pul və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: FətTəqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. FətTəqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut-Zərərçəkmiş şəxs məxsus “Kamaz” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobilin ona qaytarılması nəzərə alınsın. E.S.Fətəliyevə ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 21 (iyirmi bir) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Ə.Q.Əliyevə 126 (yüz iyirmi altı) manat məbləğində pul və məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsə göstərilmiş 15 (on beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar