Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-277/2024 19.12.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi qaydada əmək fəaliyyət ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamin əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə hesab edilən metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 03 iyul 2024-cü il tarixdə saat 14:50-də Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməkdaşları tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, S.Orucov küçəsi ev 15 ünvanının yaxınlığında saxlanılıb, Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasına gətirilərək həmin tarixdə saat 15:45-də dəvət olunmuş müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə üzərinə aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan ağ rəngli cins şalvarın sağ yan cibindən bir ədəd siqaretin gümüş kağız kəsiyinə yığılmış təmiz çəkisi 0,247 qram olan ağ rəngli kristal şəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, polislər onu bölməyə saxta pulun dövriyyəsində şübhəli olması bəhanəsi ilə çağırıb sonra narkotik vasətini verib onun olduğunu boynuna almaqlarını istəmişlər. Üzərindən çıxan narkotik vasitə ona məxsus olmayıb. Saxlanıldıqdan sonra polis şöbəsinə gətirərkən onu döyüb boynuna qoyublar. Əməliyyatçı Rafayıl və Sərxan onu əl və əyaq zərbələri ilə döyüb, əsasda Rəfail onu döymüşdür. Üzərinə baxış zamanı vəkil çəkilişin ortasında gəlmişdir. Vəkil heç ona yaxın gəlməmişdir. Əvvəl 10-cu polis şöbəsindən prokurorluğa şikayət vermiş ancaq onun şikayətinə baxılmamışdır. Daha sonra heç yerə şikayət verməmişdir. O öz ifadəsində daha sonra gösətrmişdir ki, əvvəllər bir neçə dəfə narkotik vasitələrdən istifadə etsədə saxlanılan zaman narkotik vasitə istifadə etməmişdir. Təqsirləndirilən şəxs məhkəmnin 19 dekabr 2024-cü il tarixli iclasında son olaraq törətdiyi əməlindən peşman olduğunu və məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, uzun müddətdir ki, narkotik vasitə istifadə edir. 03 iyul 2024-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Yasamal rayonu 4-cü Alatava ərazisində tanımadığı bir nəfər şəxsdən öz istifadəsi üçün 10 manat müqabilində 01 ədəd siqaretin gümüşü kağızına bükülmüş halda psxiotrop maddə olan metamfetamin alaraq əynindəki ağ rəngli cins şalkvarının sağ yan cibinə qoymuşdur. Bundan sonra təxminən saat 14:50 radələrində yaşadığım ünvan 3 ünvanına yaxınlaşarkən iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşdurlar. O, sualları cavablandırdıqdan sonra ondan narkotik vasitədən istifadə edib-etmədiyi soruşulmuş o da narkotik vasitələrdən istifadə etdiyini, üzərində metamfetamin olduğunun bildirmişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə dəvət etmiş. Həmin vaxt o, polis nəzarətində olduğu üçün üzərində olan psixotrop maddəni kənara ata bilməmiş, vəkilin iştirakı ilə təqdim etmək istəmişdir. 03 iyul 2024-cц il tarixdə polis şöbəsində xidməti otaqlarnn birində vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkliş aparılmaqla üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış və götürmə ona üzərinmdə olan əşyaları masanın üzərinə qoyması təklif olunmuş, bu təklifdən sonra o. əynidnə olan ağ rəngli cins şalvarının sağ ya cibindən 01 ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş bükümü çıxarıb masanın üzərinə qoyaraq bükümün içərisindəkinin psixotrop maddə olan metamfetamin olmasını, özünə məxsus olmasını, öz istifadəsi üçün xx.xx.2024-cü il tarixdə Yasamal rayonu 4-cü Alatava ərazisində tanımadığı şəxsdən 10 manata əldə etdiyini bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçrilmiş, lakin hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bükümdəki narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, zərfin üzərinə və həmin protkola imzalar etmişdirlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, DİO-da 2007-ci ildən, hal-hazırda tutduğu vəzifədə isə 2021-ci ildən xidmət edir. 03 iyul 2024-cü il tarixdə xidmət etdiyi Qaradağ RPİ-nin 10cu Polis Bölməsinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı Şöbə rəhbərliyinə məruzə olunduqdan sonra o və həmin bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ibarət əməliyyat qrupu yaradılmşdır. xx.xx.2024-cü il tarixdə saat 14:50 radələrində ünvan 4 ünvanının yaxınlığında əvələcədən daxil olmuş əməliyyat məlumatındakı zahiri görkəmcə Naib adlı şəxsə oxşar bir nəfərə yaxınlaşıb, xidməti vəsiqələrini təqdim edərək özlərini təqdim etdikdən sonra ondan anket məlumatlarını soruşmuş, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Naibə narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğunu bildirib, onu Qaradağ RPİ-nin 10-cu PŞ-nə aparmışlar. PŞdə həmin şəxsin xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmuş, ünvan 5ənzil ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bu barədə müvafiq sənədləşmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan toplanmış materiallarla birlikdə 10-cu PB-nin baş təhqiqatçısı, polis mayoru Mehvalı Rzayevə təhvil verilmiş, Təqsirləndirilən şəxs baş təhqiqatçı Mehvalı Rzayev tərəfindən tutulduqdan sonra müdafiəçi dəvət edilmiş, müdafiəçi və onların iştirakıyla video çəkliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki ağ rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağız kəsiyindəki bükümü masanın üzərinə qoyaraq bükümdəki maddənin psixotrop maddə olan metamfetamin olduğunun, metamfetaminin özünə məxsus olmasını, öz istifadəsi üçün xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri Yasamal rayonu, 4-cü Alatava adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi siqaretin gümüşü kağızındakı büküm açılmış, büküm içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə psixotrop maddəyə oxşar kütlə, içərisi boş olan zərfə qoyularaq möhürləndi, bu barədə protokol tərtib edildi, həmin zərfin üzərində və protokolda imzalar etmişdirlər. O öz ifadəsində daha sonra Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir fiziki və ya psixoloji təzyiq və təsirlərin göstərilmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, DİO-da 2018-ci ildən, hal-hazırda tutduğu vəzifədə isə 2024-ci ildən xidmət edir. xx.xx.2024-cü il tarixdə xidmət etdiyi Qaradağ RPİ-nin 10-cu Polis Bölməsinə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması barədə əməliyyat məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatı Şöbə rəhbərliyinə məruzə olunduqdan sonra o və həmin bölmənin əməliyyat müvəkkili, polis mayoru Şahid1 ibarət əməliyyat qrupu yaradılmşdır. xx.xx.2024-cü il tarixdə saat 14:50 radələrində ünvan 6 ünvanının yaxınlığında əvələcədən daxil olmuş əməliyyat məlumatındakı zahiri görkəmcə Naib adlı şəxsə oxşar bir nəfərə yaxınlaşıb, xidməti vəsiqələrini təqdim edərək özlərini təqdim etdikdən sonra ondan anket məlumatlarını soruşmuş, həmin şəxs Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Naibə narkotik vasitələrin qanunsuz dövriyəsində şübhəli olduğunu bildirib, onu Qaradağ RPİ-nin 10-cu PŞ-nə aparmışlar. PŞdə həmin şəxsin xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvəllər məhkum olunmuş, ünvan 5ənzil ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Bu barədə müvafiq sənədləşmə aparıldıqdan sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan toplanmış materiallarla birlikdə 10-cu PB-nin baş təhqiqatçısı, polis mayoru Mehvalı Rzayevə təhvil verilmiş, Təqsirləndirilən şəxs baş təhqiqatçı Mehvalı Rzayev tərəfindən tutulduqdan sonra müdafiəçi dəvət edilmiş, müdafiəçi və onların iştirakıyla video çəkliş aparılmaqla Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki ağ rəngli cins şalvarının sağ yan cibindən bir ədəd siqaretin gümüşü kağız kəsiyindəki bükümü masanın üzərinə qoyaraq bükümdəki maddənin psixotrop maddə olan metamfetamin olduğunun, metamfetaminin özünə məxsus olmasını, öz istifadəsi üçün xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri Yasamal rayonu, 4-cü Alatava adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi siqaretin gümüşü kağızındakı büküm açılmış, büküm içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd bükümdə psixotrop maddəyə oxşar kütlə, içərisi boş olan zərfə qoyularaq möhürləndi, bu barədə protokol tərtib edildi, həmin zərfin üzərində və protokolda imzalar etmişdirlər. O öz ifadəsində daha sonra Təqsirləndirilən şəxs saxlanılarkən və polis şöbəsində olarkən ona qarşı heç bir fiziki və ya psixoloji təzyiq və təsirlərin göstərilmədiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 iyul 2024-cü il tarixli 3-16-16/2-6/3448 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN "Zərflər üçün № 222" möhür ǝksi, "Saxlanılan şəxs... Təqsirləndirilən şəxs..." və s. imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,247 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına (Siyahı İ) daxildir. Metamfetaminin təmiz çəkisi 0,247 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,197 qram. Ekspertiza tədqiqatının dəyəri 110 (yüz on) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X10 Şəxsi Ambulator X1 26 avqust 2024-cü il tarixli 5871 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş 05 iyul 2024-cü il tarixli “maddi sübut kimi tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş təmiz çəkisi 0,247 qram çəkidə olan psixotrop maddə metamfetamin iş üzrə maddi sübut kimi tanınmış, tədqiqat zamanı aparılmış kimyəvi ekspertizası nəticəsində qalmış 0,197 qram qalığı saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. İş materiallarında olan DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 15:45-də Qaradağ RPİ-nin 10-cu PŞ-nin inzibati binasında xidməti otaqların birində qeydə alınıb, şəxsi axtarış və götürmənin aparılması, Qaradağ RPİ-nin 10-cu PB-nin baş əməliyyat müvəkkili, polis mayoru, Şahid1, 10-cu PB-nin əməliyyat müvəkkili, polis leytenantı, Şahid2, mobil telefon vaisǝti ilə çəkliş aparan Qaradağ RPİ-nin KTQ-nun inspektor krimnalisti, polis kapitanı X6, 10 saylı vəkil birosunun vəkili, X4, şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakı ilə Qaradağ RPİ-nin 10-cu PŞ-nin baş təhqiqatçısı, polis mayoru Mehvalı Rzayev tərəfindən həyata keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindəki əşyaları masanın üzərinə qoyması təklif olunur, o, əynindəki ağ rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd siqaretin gümüşü kağız kəsiyinə bükülmüş bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümdəkinin psixotrop maddə olan patı olmasını, həmin patını öz istifadəsi üçün xx.xx.2024-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, 4-cü Alatava adlanan ərazidə tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra həmin büküm açılmış, bükümnü içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar kütlə aşkar olundu, həmin büküm bağlandı, zərfə qoyularaq möhürləndi, zərfin üzərinə imzlar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə baxış iclasında Təqsirləndirilən şəxs öz ifadəsində yuxarıda qeyd olunan cinayət hadisəsi ilə əlaqədar şübhəli şəxs kimi tutulan zaman Qaradağ RPİ-nin 10-cu PŞnin əməkdaşları Rəfail və Sərxan adlı polis əməkdaşları tərəfindən əl və ayaq zərbələri ilə döyülərək müxtəlif bədən xəsarətləri aldığını bildirdiyi üçün bu xüsusatın araşdırılması üçün Qaradağ rayon Prokurorluğuna müvafiq sorğu göndərilmişdir. Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin böyük prokuroru, İ dərəcəli hüquqşünas X8 tərəfindən 29 noyabr 2024-cü il tarixdə qəbul edilmiş “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan aydın olur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülərək ona xəsarət yetirilməsi barədə verdiyi məlumatda qeyd etdiyi xüsusat öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməsə də məhkəmə iş üzrə toplanmış sübutları, o cümlədən təqsirləndirilən şəxsin müdafiəçisinin iştirakı ilə verdiyi izahat və ifadələrini, şahid ifadələrini müqayisəli şəkildə təhlil edərək onun məhkəmə iclasında verdiyi ifadələri özünü müdafiə xarakterli ifadələr kimi qiymətləndirmiş və onun törətdiyi əməl məhkəmə istintaqı zamanı toplanmış sübutların məcmusuna əsasən öz təsdiqini tapmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bakı şəhər, Qaradağ rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 07 ay 29 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 08 dekabr 2021cü il tarixdə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.1-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət işi ilə əlaqədar olaraq 03 iyul 2024-cü il tarixdə saat 15:15-də şübhəli şəxs qismində tutulmuş 05 iyul 2024-cü il tarixdə saat 10:15-də təqsirləndirilən şəxs qismində dindirilməsi başa çatdıqdan sonra, onun barəsində “həbs” qətimkan tədbiri seçilməsi üçün Bakı şəhəri, Qaradağ rayon Prokurorunun təqdimatı ilə məhkəməyə müraciət edilmiş, Qaradağ rayon Məhkəməsinin 05 iyul 2024-cü il tarixli 4(002)-167/2024 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilməsindən imtina edilmişdir. Bundan sonra barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, bu hal cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən 02 (iki) gün kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,197 qram ağ rəngli kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə narkotik vasitə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən 48 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəişdirilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli həbsə alındığı gündən, yəni 19 dekabr 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,197 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə 110 (yüz on) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş materiallarında olan bir ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-277/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-277/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver