Məhkəmə qərarları › İş №1(002)-278/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-278/2022

01.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-278/2022 01.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1996-cı il tarixdə Qazax rayonu, Canallı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qazax rayonu, Hüseynbəyli ərazi dairəsi, Canalı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ünvanında kirayədə yaşamış, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, o, 15 mart 2022-ci il tarixdə saat 18 radələrində ünvan 2 ünvanında qeyrirəsmi münasibətdə olduğu X4 ona aldığı mobil telefonu ondan istəməsi səbəbindən aralarında yaranmış mübahisə zəmnində sonuncuya yumruq və təpiklə bədənin müxtəlif nahiyələrinə zərbələr endirərək alt dodağın selikli qişasının əzilmiş yarası, sağ gözaltı, boyunun sol yan səthinin, alt çənənin, hər iki bazu nahiyələrinin, sol saidin, qarnın ön divarının qançırları ilə nəticələn dərəcələrinə görə ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa qəsdən yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Qazax rayonu, Canalı kəndində qeydiyyatda olsa da Bakı şəhəri, Xətai rayonu, ünvan 3 ünvanında anası ilə birlikdə kirayə yaşayır. Əvvəllər fəhlə kimi işləsə də hal-hazırda heç yerdə işləmir. Anası isə aşbazlıq edir. Əvvəllər məhkum edilməmişdir. Zərərçəkmiş şəxs iki ilə yaxındır ki tanıyır. Bu müddətdə o, Minayə ilə qeyri-rəsmi münasibətdə olmuşdur. Onun Minayə ilə əvvəllər aralarında heç bir mübahisə olmamışdır. xx.xx.2022-ci il tarixdə Minayə ona mobil telefonla zəng edərək bayramla əlaqədar onu evə qonaq çağırmışdır. Həmin gün saat 15 radələrində Minayənin yaşadığı ünvan 2 ünvanına gəlmişdir. Evdə olarkən bir qədər söhbət etdikdən sonra mobil telefonuna xatırlamadığı şəxsdən zəng gəlmişdir. Bu zaman o mobil telefonla 5 dəqiqə danışdıqdan sonra Minayə telefonu təkidlə ondan tələb etməyə başlamışdır. Bunu nə səbəbdən etdiyini Minayədən soruşduqda Minayə onun mobil telefonla qızla danışdığını və həmin şəxsin kim olduğunu öyrənmək istədiyini bildirmişdir. O isə qızla deyil oğlanla danışdığını bildirsə də Minayə ona inanmayaraq qısqanclıq edib telefonu ondan təkidlə tələb etməyə başlamışdır. Bu zaman o əsəbiləşərək Minayə ilə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı Minayə onu daha da əsəbləşdirdiyi üçün o, Minayəni 3-4 dəfə şillə ilə baş və sifət nahiyəsinə vurmuşdur. Bundan sonra Minayə ona aldığı mobil telefonu istədikdə o, əsəbiləşərək mobil telefonunu yerə çırparaq sındırmışdır. Bundan sonra oradan getmək üçün evdə olan Minayənin qohumu Günelin mobil telefonu ilə taksi sifariş edərək oradan çıxıb getmişdir. Minayə isə başqa taksi ilə polis bölməsinə gedib şikayət edəcəyini bildirmişdir. Mübahisə zaman Minayənin qohumu Günel bir neçə dəfə onları aralamağa çalışmışdır. O öz ifadəsində son olaraq əməlindən peşiman olduğunu, böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyini, zərərçəkmiş şəxslə barışmaqla, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını və özünün İİ Qarabağ müharibəsində iştirak etməklə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilməsini bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ibtidai istintaq zaman verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ünvan 2-də anası və övladları ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmamışdır. Təxminən iki ilə yaxındır ki, Qəzənfər adlı şəxslə qeyri-rəsmi münasibətdədir. O, 15 mart 2022-ci il tarixdə Qəzənfərə zəng edərək bayram münasibətilə onun evinə gəlməyini istəmişdir. Həmin gün saat 15 radələrində Qəzənfər onun yaşadığı ünvana gəlmişdir. Evə gəldikdən sonra bir qədər söhbət etmişdir. Söhbət zamanı onu əsəbləşdirdiyi üçün o, Qəzənfərə aldığı “Redmi” markalı mobil telefonu ondan istəmişdir. O, telefonu Qəzənfərdən istədikdə Qəzənfər əsəbləşərək onu başından, qarnından, sifət nahiyəsindən ayaq və yumruqla vuraraq ona xəsarət yetirməyə başlamışdır. Onu döydükdən sonra Qəzənfər onun Qəzənfərə aldığı mobil telefonu sındırmışdır. Daha sonra getmək üçün ona məxsus olan digər mobil telefonu ilə taksi şirkətinə zəng edərək taksi sifariş etmişdir. Bundan sonra Qəzənfər onu bir daha vurmuşdur. Zərbələrdən pis vəziyyətdə olduğu üçün onu ikinci dəfə döyəndə hansı nahiyyəsindən də vurduğu yadında qalmamışdır. Qəzənfər onu döyərkən qohumu Şahid da evdə olmuşdur. O bu zaman Qəzənfəri ondan ayırmağa çalışsa da buna gücü çatmamışdır. Qəzənfər onu döyərkən Emil və Aysel adlı övladları həyətdə olmuşdur. Qəzənfər onu döydükdən sonra onunla birlikdə evdən çıxmışdır. Bu zaman o taksi sifariş edərək 10-cu Polis Bölməsinə getmişdir. Qəzənfər isə başqa taksiyə əyləşərək Babək prospektində kirayə yaşadığı evinə getmişdir. Qəzənfərin onu döyməyi əsasən onun səbəbsiz qısqanclıqları nəticəsində olmuşdur. Hadisə 15 mart 2022-ci il tarixdə yaşadığı ünvan 4 ünvanında baş vermişdir. Hadisənin şahidi onun qohumu Günel Cəlilova olmuşdur. Qəzənfərin sındırdığı mobil telefonu Qəzənfərə hədiyyə kimi bağışlamış və qiyməti 500 manat olmuşdur. Mübahisə zamanı Təqsirləndirilən şəxs onun başına, qollarına, qarın və sifət nahiyəsinə təpik və yumruq zərbələri endirərək ona müxtəlif bədən xəsarətləri yetirmişdir. Mübahisə zamanı onun tərəfindən Təqsirləndirilən şəxs heçbir xəsarət yetirilməmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxslə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ibtidai istintaq zaman verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla ailəsi ilə birlikdə həmin ünvanda yaşayır. Heç bir yerdə işləmir. Əvvəllər məhkum olunmamışdır. 15 mart 2022-ci il tarixdə saat 12 radələrində bayram ilə əlaqədar qohumu Zərərçəkmiş şəxs Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən evinə azyaşlı övladı ilə birlikdə qonaq gəlmişdir. Evdə Minayə ilə birlikdə bir qədər söhbət etdikdən sonra Minayə tanışı Qəzənfər ilə onu tanış etmək üçün və bayramla əlaqədar zəng edərək Qəzənfəri evinə dəvət etmişdir. Saat 15 radələrində adını sonradan bildiyi Qəzənfər adlı şəxs Minayənin evinə qonaq gəlmişdir. Təxminən 10-15 dəqiqə sonra Minayə ilə Qəzənfərin aralarında yüksək səslə mübahisə yarandığını eşitmişdir. Bu zaman Qəzənfər adlı şəxsin Minayəni yüksək səslə təhqiramiz ifadələrlə təhqir etdiyini eşitmişdir. Bu zaman Qəzənfərə öz iradını bildirərək evdə azyaşlı övladının olduğunu və söyüş söyməməyini bildirmişdir. Lakin Qəzənfər ona yaxşı etdiyini bildirmişdir. Daha sonra Minayə Qəzənfərə müraciət edərək Qəzənfərə aldığı “Redmi” markalı telefonu stolun üstünə qoyub evi tərk etməyini istəmişdir. Bu sözdən sonra Qəzənfər həmin mobil telefonu yerə çırpıb sındırdıqdan sonra Minayəni itələyib yerə yıxmışdır. Minayə yerə yıxıldıqdan sonra təpiklə Minayənin qarın nahiyəsinə 2-3 dəfə zərbə endirmişdir. Bundan sonra Minayəni ayağa qaldırıb 3-4 dəfə sillə ilə sifət nahiyəsinə, bir neçə dəfə qoluna və baş nahiyəsinə yumruqla vurmuşdur. Bu zaman o, Qəzənfərə müdaxilə edərək Minayəni həmin şəxsin əlindən alıb yataq otağına aparmışdır. Daha sonra DİN-in 102 xidmətinə məlumat vermişdir. Minayə yataq otağına çəkildikdə Qəzənfərdən getməyini tələb etmişdir. Bu zaman Qəzənfər məhəl qoymayaraq yenidən Minayəyə hücum edərək təpiklə Minayənin sinə nahiyəsinə zərbə endirmişdir. Qəzənfərin zərbəsinin təsirindən Minayə yenidən yerə yıxılmışdır. Bu zaman o, Qəzənfəri itələyərək binanın blokuna çıxartmışdır. Təxminən iki dəqiqədən sonra Qəzənfər adlı şəxs qapını döyərək ondan taksi çağırmaq üçün mobil telefonunu istəmişdir. O öz mobil telefonunu Qəzənfərə verdikdə həmin şəxs taksi şirkətinə zəng edərək taksi sifariş vermişdir. Daha sonra mobil telefonunu qaytardıqdan sonra çıxıb getmişdir. Qəzənfər çıxıb getdikdən sonra o, Minayəni götürərək taksi ilə 10-cu polis bölməsinə getmişdir. Burada təhqiqatçı Minayənin izahatını aldıqdan sonra Minayəyə ekspertizadan keçmək üçün göndəriş vermişdir. Daha sonra onlar polis bölməsini tərk etmişdir. 16 mart 2022-ci il tarixdə o Minayəni götürərək məhkəmə-tibbi ekspertiza mərkəzinin Qaradağ şöbəsinə getmişdir. Burada Minayə ekspertizadan keçdikdən sonra onun bədənin müxtəlif nahiyələrində xəsarətlər olduğu ona aydın olmuşdur. Daha sonra Minayə ilə birlikdə Minayənin yaşadığı ünvan 4 ünvanındakı evinə getmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X6 X10 Qaradağ rayon şöbəsinin 19 mart 2022-ci il tarixli, 175 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – alt dodağın selikli qişasının əzilmiş yarası, sağ gözaltı, boyunun sol yan səthinin, alt çənənin, hər iki bazu nahiyələrinin, sol saidin, qarnın ön divarının qançırları bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. İş materiallarında olan Azərbaycan Vətən Müharibəsi X5 tərəfindən verilmiş 77183 saylı vəsiqədən görünür ki, vəsiqənin sahibi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının №İ-17372 və № İ-23022 saylı vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. İş materiallarında olan tələbnamədən və Qazax RPŞ-nin İB-nin müstəntiqi, polis leytenantı X7 tərəfindən qəbul edilmiş 02 iyun 2020-ci il tarixli “cinayət işinin başlanması rədd edilməsi” haqqında qərarın surətindən aydın olur ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətdiyinə və zərərçəkmiş şəxs X8 ilə barışdığına görə barəsində cinayət işinin başlanması rədd edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs əməli CM-nin 72-ci maddəsinin qeyd hissəsinin təsiri altına düşmür. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “qeyd” hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72-73-2 və 74-1 maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, əməlini səmimi olaraq etiraf etməklə peşiman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və İİ Qarabağ müharibəsində iştirak edərək “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş islah işləri növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 26 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 27 iyul 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Odur ki bu hal cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən 35 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 01 (bir) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü islah işləri cəzasının dörd günü kimi hesablanmaqla, ona hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq aylıq qazancından dövlət nəfinə 10 (on) faiz məbləğdə pul tutulmaqla 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə islah işləri cəzası saxlanılsın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəza çəkməsinin əvvəli qazancından dövlət nəfinə tutulmaların aparıldığı gündən hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar