Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-278/2023 06.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1966-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli hökmü ilə CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib CM-nin 69.3 və 46.2-ci maddələrinə əsasən qəti olaraq 01 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddiməsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 il 05 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda ƏN-nin PX-nin 4 saylı CÇM-də cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs təkrarən öz qulluq mövqeyindən istifadə etməklə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhəri Təcili və X3 Stansiyasının Pirallahı rayonu üzrə 18 saylı bölməsində həkim vəzifəsində işləyərkən əvvəllər onunla bir yerdə işləmiş Şahid3 sonuncunun tanışı Zərərçəkmiş şəxs2 Bakı şəhəri, Qaradağ rayonu ərazisindəki 20 saylı X12 Stansiyasına xadimə kimi işə düzəldəcəyinə dair yalandan vəd verib öz qulluq mövqeyindən istifadə etməklə aldadaraq 2020-ci ilin may ayının ortalarında Şahid3 yaşadığı ünvan 4 ünvanında sonuncudan Zərərçəkmiş şəxs2 3000 manat pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ilə Bakı şəhəri Təcili və X3 Stansiyasının Pirallahı rayonu üzrə 18 saylı bölməsində həkim vəzifəsində işləyərkən əvvəllər onunla bir yerdə işləmiş Şahid3 sonuncunun tanışı X4 Bakı şəhəri, Yasamal rayonu ərazisindəki 9 saylı X12 Stansiyasına xadimə kimi işə düzəldəcəyinə dair yalandan vəd verib öz qulluq mövqeyindən istifadə etməklə aldadaraq 2020-ci il may ayının sonlarında Bakı şəhəri, Yasamal rayonu, X.Dadaşov küçəsində Şahid3 ilə görüşüb ondan zərərçəkmiş şəxs X2 3000 manat pulunu alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə ilə Bakı şəhəri Təcili və X3 Stansiyasının Pirallahı rayonu üzrə 18 saylı bölməsində həkim vəzifəsində işləyərkən əvvəllər onunla bir yerdə işləmiş Şahid3 sonuncunun qohumu Zərərçəkmiş şəxs3 oğlu X10 rayonundakı X12 Stansiyasına sürücü kimi işə düzəldəcəyinə dair yalandan vəd verib öz qulluq mövqeyindən istifadə etməklə aldadaraq 2020-ci ilin avqust ayında Şahid3 yaşadığı ünvan 4 ünvanında sonuncudan almaqla Zərərçəkmiş şəxs3 4500 manat pulunu ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etmiş və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, hazırda dələduzluq faktına görə 4 saylı CÇM-də cəza çəkir. Qaradağ rayonu, Lökbatan qəsəbəsində 15 saylı TTYS-da həkim işləmişdir. Şahid3 həmin xəstəxanadan tanımışdır. Sonradan Roza 20 saylı TTYSna gəlmişdir. Roza həmin TTYS-da tibb bacısı işləmişdi. Bir neçə il sonra o, Pirallahı rayonundakı 18 saylı TTYS-na işləməyə getmişdir. 2020-ci ilin may ayında Şahid3 ona tanışları Tahirə Qəniyevanı və Zərərçəkmiş şəxs2 TTYS-na xadimə kimi işə düzəltmək üçün müraciət etmişdir. Belə ki, o, özü Rozaya demişdir ki, xadimə və ya sanitar kimi işə düzəlmək istəyən olsa ona desin. Roza ilə bu barədə danışanda o, həmin qadınların hər biri üçün 3000 manat pul veriləcəyini demişdir. İlk dəfə 2020-ci ilin may ayında Şahid3 Zərərçəkmiş şəxs2 3000 manat pul götürüb yaşadığı Qaradağ rayonu, Lökbatan qəsəbəsində ona vermişdir. Bundan bir neçə gün sonra Şahid3 ilə Bakı şəhəri, Yasamal rayonunda 2 saylı Tibb Kollecinin yanında görüşmüşlər. Roza həmin gün Tahirə Qəniyevadan 3000 manat pul alıb ona vermişdir. O, Zərərçəkmiş şəxs2 Qaradağ rayonu, Sahil qəsəbəsindəki 20 saylı TTYS-na, Tahirə Qəniyevanı isə Yasamal rayonundakı 9 saylı TTYS-na işə düzəltməli olmuşdur. Bundan bir neçə ay sonra 2020-ci ilin avqust ayında Şahid3 ona müraciət edərək əri Şahid4 qohumu Zərərçəkmiş şəxs3 oğlunu Qəbələ rayonundakı TTYS-na sürücü kimi işə düzəltməyini xahiş etmişdir. O da Rozaya öz əlaqələri vasitəsilə 3000 manata onun qohumunu TTYS-na sürücü kimi işə düzəldəcəyini demişdr. Beləliklə, o, Rozadan 2020-ci ilin avqust ayında onun yaşadığı Lökbatan qəsəbəsində evində 3000 manat almışdır. Lakin bu ərəfələrdə onun Binəqədi və Nizami polis idarələrində barəsində araşdırma aparıldığına görə, həmçinin maddi problemləri olduğu üçün həmin pulları, yəni Rozadan aldığı pulu öz şəxsi problemlərinin həllinə xərcləmişdir. Həmin puldan Şahid3 da pul verməmişdir. Bundan bir qədər sonra o, Binəqədi RPİ tərəfindən başlanmış cinayət işi üzrə həbs olunmuşdur. Şahid3 aldığı pulları özü xərcləmiş, heç kimə verməmişdir. Yaxın günlərdə qohumları və iş yoldaşlarının köməyi ilə dəymiş maddi ziyanı ödəyəcəkdir. O öz ifadəsində daha sonra törətdiyi əməllərdən peşman olduğunu, ziyandan qismən ödəniş etdiyini və ona yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X7 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Şahid3 və Şahid4 tanıyır. Şahid3 baldızı Şahid1 ilə birlikdə işləyirlər. 2020-ci ilin may ayında onun baldızı Şahid1 onunla Qaradağ rayonu, Sənqəçal qəsəbəsindəki TTYS-da işləyən Roza adlı həkimin vasitəsilə onu TTYS-na sanitar kimi işə düzəldə biləcəyini demişdir. O da razılaşmışdır. Natavan ona bildirmişdir ki, Roza onu Yasamal rayonundakı 9 saylı TTYS-na xadimə kimi işə düzəldəcəkdir. Beləliklə, 2020-ci ilin may ayının sonlarında təxminən 22 may 2020-ci il tarixdə Şahid3 onun yaşadığı Yasamal rayonu, Şərifzadə küçəsi X.Dadaşov küçəsindəki evlərinə gəlmişdir. O, Rozaya evlərində 3000 manat pul vermişdir. Pulu verəndən sonra ona bildirmişdir ki, 15-20 gün ərzində işi düzələcək. O, Şahid3 onun qohumu Zərərçəkmiş şəxs2 da sanitar kimi işə düzəltmək üçün 3000 manat pul almasını bilmişdir. Buna görə də çox arxayın olmuşdur. Lakin Şahid3 ondan pul alıb kiməsə verməsini bilməmişdir. Bu məsələdən bir ildən çox keçməsinə baxmayaraq nə onun, nə də Zərərçəkmiş şəxs2 işi düzəlməmişdir. Onlar Roza ilə danışıb pullarını tələb etmişlər. Belə olduqda, Roza onun baldızı Şahid1 Gülcahandan və ondan aldığı pulu, yəni ümumilikdə 6000 manatı onunla əvvəllər TTYS-da işləyən Təqsirləndirilən şəxs verməsini bildirmişdir. Şəxsən onun özü Təqsirləndirilən şəxs tanımır, onu görməmişdir. O, 3 min manat pulu Şahid3 vermişdir. Onun qohumu Zərərçəkmiş şəxs2 da 3 min manat pulu Şahid3 vermişdir. O, Şahid3 Təqsirləndirilən şəxs kim olmasını və harada yaşamasını öyrənmişdir. Bunu öyrənəndən sonra Təranənin yaşadığı Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mkr-dakı evinə getmişdir. Orada bütün qonşular Təranənin polis tərəfindən axtarıldığını və bir çox adamlarla pul məsələləri ilə bağlı probleminin olduğunu demişlər. O, öz ifadəsində daha sonra ona vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Şahid3 tanıyır. Şahid3 ilə qaynı arvadı Şahid1 vasitəsilə tanış olmuşdur. Şahid3 Sahil qəsəbəsində TTYS-da işləyirdi. Qaynı arvadı Natavan ona demişdir ki, o, tanışı və iş yoldaşı Rozanın vasitəsilə onu Sahil qəsəbəsindəki 20 saylı TTYS-na xadimə kimi işə düzəldə bilər. Bundan sonra onların evlərində bu barədə söhbət getmişdir. O, əri Şahid2la məsləhətləşib qərara gəlmişlər ki, pulu versinlər və Şahid3 onu Sahil qəsəbəsindəki TTYS-na sanitar-xadimə kimi işə düzəltsin. 2020-ci ilin may ayında Şahid3 onların yaşadığı Sənqəçal qəsəbəsindəki evlərinə gələrək ondan 3000 manat pul almışdır. Söhbət zamanı Roza onun işini köhnə iş yoldaşı Təqsirləndirilən şəxs vasitəsilə həll edəcəyini, yəni 3000 manat pulu ona verəcəyini demişdir. Lakin bu məsələdən iki ildən artıq vaxt keçməsinə baxmayaraq iş düzəlməmişdir. Roza hər dəfə başqa başqa sözlər danışmışdır. Lakin o, pulu Təqsirləndirilən şəxs verməsini demişdir. Lakin o, Təqsirləndirilən şəxs tanımır. Bundan başqa, 2020-ci il may ayında də onun qaynı arvadı Şahid1 iş yoldaşı Şahid3 gəlinləri Qəniyeva Tahirəni sanitar kimi TTYS-na işə düzəltmək üçün 3000 manat pul vermişdir. Roza da həmin pulu həkim Təqsirləndirilən şəxs vermişdir. Roza həm onlardan, həm də onun qardaşı arvadı Şahid1 gəlinləri Tahirə Qəniyevadan 3000 manat pul almışdır. O, öz ifadəsində daha sonra ona vurulmuş ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Zərərçəkmiş şəxs3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini, ona vurulmuş ziyanın tam ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Şahid3 və Şahid4 tanıyır. Şahid3 və Raminlə qohumluq münasibətləri var. Şahid4 qardaşı onun bacısının həyat yoldaşıdır. Şahid3 Bakı şəhərində Qaradağ rayonunda TTYS-da həkim işləmişdir. Şahid3 və Şahid4la münasibətləri normal olmuşdur. 2020-ci ilin yay aylarında o, oğlunu işə düzəltmək istəmişdir. Oğlu hərbi xidmətdən gələndən sonra işsiz olmuşdur. O da oğluna iş axtarmışdır. Bununla bağlı yaxın qohumlarının toy məclisində qohumu Şahid3 oğlu Elmarın işə düzəlməsi ilə bağlı müraciət etmişdir. Rozaya demişdir ki, oğlunu yaşadığı Qəbələ rayonunda TTYS-na sürücü kimi işə düzəltmək istəyir. Bundan sonra Roza ona bir nəfər həkim tanışının olmasını və onun vasitəsilə onun oğlunu işə düzəltməyə kömək edəcəyini demişdir. Bir neçə gün sonra Roza ilə telefonla əlaqə saxlayaraq ona bildirmişdir ki, oğlu Elmarın işə düzəlməsi üçün 4500 manat pul lazımdır. Həmin pulun sürücü ştatı üzrə vakant yerin açılması üçün lazım olduğunu demişdir. O da razılaşmışdır. Roza dörd ay ərzində bu işin, yəni onun oğlunun sürücülük işinin həllini taapacağını və bu müddət ərzində işə başlayacağını demişdir. O, Rozanın dediyi 4500 manat pulu bankdan götürüb bacısı oğlu Anarın vasitəsilə Bakı şəhərinə Rozaya göndərmişdir. Anar da həmin 4500 manat pulu gətirib Bakı şəhərində Rozaya vermişdir. Sonra o, Anarla telefonla danışmış və bildirmişdir ki, 4500 manatı Rozaya vermişdir. Bu məsələ 2020-ci ilin avqust ayında olmuşdur. Lakin onun Rozaya 4500 manat pul verməyindən bir ildən artıq vaxt keçməsinə baxmayaraq oğlunun işi düzəlməmişdir. Hər dəfə Roza demişdir ki, biraz səbr etmək lazımdır düzələcək. Lakin o, heç bir nəticəsinin olmadığını görərək onun həyat yoldaşı Raminə zəng etmişdir. Ramin Rozanın ondan pul alıb kiməsə verməsini sonradan bildiyini demişdir. O, Raminə maddi vəziyyətinin pis olmasını demişdir. Pulunu qaytarmalarını xahiş etmişdir. Bir il dörd aydan sonra Şahid4 bankdan kredit götürüb onun 4500 manatını qaytarmışdır. Şahid3 ondan aldığı pulu bir nəfər həkim iş yoldaşına verəcəyini, onun oğlu Elmarın işini düzəldəcəyini demişdir. Lakin o, həmin həmin həkimi tanımır. Onunla görüşməmişdir və danışmamışdır. Roza qohum olduğu üçün ona inanaraq pulu vermişdir. Onlar Roza ilə 2020-ci ilin yay aylarında toyda görüşmüşlər. Bundan sonra iş barədə söhbətləri olmuşdur. 4500 manatı o, Rozaya bacısı oğlu Anarın vasitəsilə 2020-ci ilin avqust ayında göndərmişdir. Məhkəmə iclasında Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2006-cı ildən Lökbatan qəsəbəsində yerləşən 15 saylı TTYS-da tibb bacısı işləmişdir. Hazırda bir neçə ildir ki, Sahil qəsəbəsində yerləşən 20 saylı TTYS-da işləyir. Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs ilə 2006-cı ildən təxminən 2015-ci ilədək birlikdə işləmişdir. Təranə TTYS-da həkim işləmişdir. Sonradan o, Pirallahı rayonunda yerləşən 18 saylı TTYS-na işləməyə getmişdir. Təranə Pirallahıya gedəndən sonra onunla telefonla danışmışlar. 2020-ci ilin aprel-may aylarında işlədiyi TTYS-da texniki işşi sanitar işləyən Şahid1 qardaşı arvadı Tahirə Qəniyevanı və qaynı arvadı Zərərçəkmiş şəxs2 xadimə kimi işə düzəltmək məqsədinin olmasını demişdir. Bu vaxt köhnə iş yoldaşı Təqsirləndirilən şəxs onun ağlına gəlmişdir. Belə ki, həmin gün səhər tezdən Təqsirləndirilən şəxs ona zəng edib iki nəfər sanitar-xadimə ştatının olduğunu və istəyən olsa ona deməsini bildirmişdir. O da Şahid1 bu barədə bildirmişdir. Təranə ilə yenidən telefonla danışanda Təranə ona hər bir adama xadimə düzəltmək üçün 3000 manat olmaqla cəmi 6000 manat lazım olmasını demişdir. 2020-ci ilin may ayında o, Qaradağ rayonu, Sənqəçal qəsəbəsində Zərərçəkmiş şəxs2 3000 manat pul götürüb yaşadığı Lökbatan qəsəbəsinə gəlmişdir. Təqsirləndirilən şəxs ilə danışıb pulun onda olmasını demişdir. Bundan sonra təxminən 2020-ci ilin may ayının 18-də Təqsirləndirilən şəxs onu yaşadığı Lökbatan qəsəbəsinə gəlmiş və o, 3000 manat pulu Təranəyə vermişdir. Bundan sonra təxminən 22 may 2020-ci ildə o, Tahirə Qəniyevanın yaşadığı Yasamal rayonunda, 2 saylı tibb kollecinin yaxınlığında yerləşən evinə getmişdir. Orada Tahirə ona 3000 manat vermişdir. O da həmin pulu onu küçədə gözləyən Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 Sahil qəsəbəsindəki 20 saylı TTYS-na, Tahirə Qəniyevanı isə Yasamal rayonundakı 9 saylı TTYS-na sanitar-xadimə kimi işə düzəltməli idi. Lakin aradan bir il keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs işi düzəltməmişdir. Hər dəfə bu işlə bağlı ondan soruşanda tezliklə düzələcəyini demişdir. 2021-ci ilin avqust ayında yoldaşı Şahid4 qohumları Qəbələ rayonunda yaşayan Zərərçəkmiş şəxs3 oğlu Elmar Həmidov ona bir qohum kimi müraciət edib TTYS-da sürücü kimi işə düzəltmək istəyinin olmasını demişdir. O da buna görə yenə də Təqsirləndirilən şəxs müraciət etmişdir. Təranə də 4500 manat müqabilində onun yoldaşının qohumu X10 rayonunda TTYS-na sürücü kimi düzəldəcəyini bildirmişdir. O da zəng vurub bu barədə Elmara demişdir Elmar da bibisi oğlu Anar Məmmədovun vasitəsilə 4500 manat pulu Qəbələ rayonundan ona göndərmişdir. Pulu götürdükdən sonra yaşadığı Lökbatan qəsəbəsində Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs 10500 manat pul vermişdir. Həmin pulun 6 min manatını Zərərçəkmiş şəxs2 və Tahirə Qəniyevanın TTYS-na xadimə düzəlməsi üçün, 4500 manatı isə qohumu X9 rayonuna TTYS-na sürücü düzəltmək üçün vermişdir. Məhkəmə iclasında Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, həyat yoldaşı Şahid3 ilə Sahil qəsəbəsində X12 stansiyasında işləyən Təqsirləndirilən şəxs işə düzəltmək bəhanəsi ilə onun yoldaşından 10.500 manat pul götürüb bundan əlavə yoldaşı Rozadan 1000 manat da borc almışdır. Bugünə kimi işə düzələsi üç nəfər şəxsin heç birini işə düzəltməyib və pulları geri qaytarmayıb. O, bu məsələləri gec bilmişdir. Ona görə də polisə müraciət etmək qərarına gəlmişdir. Sahil qəsəbəsində 20 saylı TTYS-da həyat yoldaşı Şahid3 tibb bacısı işləyir. Təqsirləndirilən şəxs da orada həkim işləmişdir. 2020-ci ilin əvvəllərində yoldaşı Roza onunla işləyən həkim Təranənin işə düzəltməklə bağlı imkanlarının olmasını bildiyi üçün ona müraciət edir. Həyat yoldaşı Rozanın iş yoldaşı Şahid1 onun həyat yoldaşına müraciət edir ki, onun iki qohumunu işə düzəltməyə kömək etsin. Yoldaşı bu barədə Təqsirləndirilən şəxs dedikdə, Təranə hər adamın işə düzəlməsi üçün 3000 manat tələb olunduğunu, vakansiya və digər ödənişlər üçün bu məbləğin lazım olduğunu deyir. Onun yoldaşı Roza, Şahid1 qohumları Gülcahandan və Tahirədən hər birindən 3000 manat olmaqla cəmi altı min manat pul alaraq həmin vəsaiti 2020-ci ilin may ayında Təqsirləndirilən şəxs çatdırıb. Bundan başqa 2021-ci ilin avqust ayında qohumları Qəbələ rayonu, Bum qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs3 oğlu Elmar Həmidovu TTYS-da sürücü kimi işə düzəltmək üçün əlavə 4500 manat pul alıb Təqsirləndirilən şəxs vermişdir. Yoldaşı Roza bu qeyd etdiklərini ona danışanda o, əvvəlcə Təqsirləndirilən şəxs özü ilə dəfələrlə ***-***-**-** nömrəsi ilə əlaqə saxlayıb pulları qaytarmağını demişdir. Təqsirləndirilən şəxs isə hər dəfə ona yalandan vədlər vermişdir ki, tezliklə pulları qaytaracaq. O da Təranənin yalan danışdığını bilib polisə rəsmi müraciət etmişdir. Onun qohumu Zərərçəkmiş şəxs3 oğlu Elmarın işə düzəlməyi üçün onun yoldaşına verdiyi 4500 manat pulu onlardan istədikdə onlar məcbur olub 2022-ci ilin may ayında bankdan kredit götürüb Ürfətin pulunu qaytarmışlar. Bunu Tərlan bilmiş və demişdir ki, siz həmin pulu qaytarın o da sizə verəcəkdir. Lakin Təranə onları aldatmışdır. Həyat yoldaşı ilk üç min manatı Lökbatan qəsəbəsində, ikinci dəfə üç min manatı Yasamal rayonu ərazisində Təqsirləndirilən şəxs vermişdir. Ürfətin oğlunun 4500 manat pulunu isə yenə də 2021-ci ilin avqust ayında Təranənin sürücüsünə Lökbatan qəsəbəsində vermişdir. Məhkəmə iclasında Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Qaradağ rayonu, Sənqəçal qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs2 onun həyat yoldaşıdır. Şahid1 onun qardaşının həyat yoldaşıdır. Natavan Sənqəçalda X12 stansiyasında işləmişdir. 2020-ci ilin may ayında həyat yoldaşı Gülcahan ona bildirmişdir ki, qardaşı arvadı Natavanın həkim iş yoldaşı Şahid3 onu sanitar kimi işə düzəldə bilər. Bu barədə Natavan onun həyat yoldaşına təklif etmişdir. Bundan sonra evlərində bu barədə söhbət getmişdir. Yoldaşı da işə düzəlmək istədiyini demişdir. Buna görə də onlar qərara gəlmişlər ki, pulu verək və Şahid3 onun həyat yoldaşını Sahil qəsəbəsindəki TTYS-na sanitar-xadimə kimi işə düzəltsin. 2020-ci ilin may ayında Şahid3 onların evinə gələrək həyat yoldaşından 3000 manat pul alıb həmin pulu həkim tanışı Təqsirləndirilən şəxs verəcəyini demişdir. Həyat yoldaşı da arada qohumları və ümumi tanışları olduğu üçün inanaraq Şahid3 3000 manat pulu yaşadığı evdə vermişdir. Həmin ərəfədə o, dənizdə işdə olmuşdur. Bu məsələdən iki ildən artıq vaxt keçməsinə baxmayaraq iş düzəlməmişdir. Roza hər dəfə başqa başqa sözlər danışmışdır. Lakin o, pulu Təqsirləndirilən şəxs verməsini demişdir. Lakin o, onun həyat yoldaşı Gülcahan Təqsirləndirilən şəxs tanımırlar. Onlar pulu Şahid3 vermişlər. Ondan da tələb edirlər. Bundan başqa, 2020-ci ildə onun qardaşımın arvadı Şahid1 iş yoldaşı Şahid3 gəlinləri Qəniyeva Tahirəni sanitar kimi TTYS-na işə düzəltmək üçün 3000 manat pul vermişdir. Roza da həmin pulu başqa bir həkim Təqsirləndirilən şəxs vermişdir. Roza həm onlardan, həm də qardaşı arvadı Şahid1 gəlinləri Tahirə Qəniyevadan 3000 manat pul almışdır. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, yaşadığı qəsəbədə TTYS-da işləyir. Şahid3 tanıyır. Roza ilə birlikdə TTYSda işləmişdir. Zərərçəkmiş şəxs2 qaynı arvadı, X7 isə gəlinləridir. 2020-ci ilin may ayında onun iş yoldaşı Şahid3 bildirmişdir ki, onun həkim tanışı var. Həmin həkimin vasitəsilə X12 Stansiyasına xadimə və sanitar kimi işə düzəldə bilər. Onun da bu vaxt ağlına qaynı arvadı Zərərçəkmiş şəxs2 və gəlinləri Xatirə Qəniyeva gəlmişdir. Şahid3 ilə söhbət edərkən onun qohumlarını əvvəllər TTYS-da həkim işləyən Təqsirləndirilən şəxs vasitəsilə işə düzəldəcəyini demişdir. O, özü Təranənin xəstəxanalara və TTYS-na xadimə düzəltdiyini eşitmişdir. Bu barədə bir neçə adamla maraqlananda onlar ona həqiqətən də Təranənin TTYS-na işə adam qəbul etdiyini demişlər. Roza ona qaynı arvadı Gülcahanı Sənqəçal qəsəbəsindəki 20 saylı TTYS-na işə düzəltmək üçün 3000 manat, həmçinin də qardaşı arvadı X6 rayonundakı 9 saylı TTYS-na işə düzəltmək üçün 3000 manat lazım olmasını demişdir. O da bu barədə qaynı arvadı Gülcahanla danışmışdır. O da əri Əfqanla məsləhətləşəndən sonra 3000 manat verməyə razı olmuşdur. O, Rozanın telefon nömrəsini qaynı arvadı Gülcahana vermişdir. Onlar telefonla danışmışlar. 2020-ci ilin may ayının ortalarında o, qaynı arvadı Gülcahandan eşitmişdir ki, Roza onun yaşadığı Sənqəçal qəsəbəsindəki evinə gedərək ondan 3000 manat pulu götürmüşdür. Bundan başqa isə gəlinləri Xatirə də yaşadığı Yasamal rayonu, 2 saylı Tibb Kollecinin yanındakı evində 3000 manat pulu Şahid3 vermişdir. Pullar veriləndən sonra o, Roza ilə danışanda o bir ay müddətində işin düzələcəyini demişdir. Lakin xeyli müddət keçəndən sonra nə Gülcahanın, nə də ki, Xatirənin işi düzəlməmişdir. O, Rozadan pulları qaytarmasını tələb edəndə o bildirmişdir ki, pulları Təqsirləndirilən şəxs vermişdir və hazırda Təranədən pulu ala bilmir. İş üzrə keçirilmiş üzləşdirmə zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdiklərini təsdiq edərək tanışlarını işə düzəltmək üçün Təqsirləndirilən şəxs ümumilikdə 10500 manat pul verməsini sonuncunun üzünə qarşı bir daha demişdir. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə CM-nin 178.2.1, 178.2.2, 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib CM-nin 46.2-ci maddələrinə əsasən 01 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 18 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra həmin tarixdən 02 may 2022-ci il tarixədək həbsdə və ev dustaqlığında olduğu ümumilikdə 06 (altı) ay 14 (on dörd) gün müddət, Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılıb, üzərində qəti olaraq Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə, 02 (iki) il 05 (beş) ay 16 (on altı) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmə müddətinin başlanğıcı 20 aprel 2023-cü il tarixdən hesablanmışdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 178.2.2 və 178.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əməlini etiraf edərək peşman olmasını və Zərərçəkmiş şəxs3 vurulmuş ziyanı ödəməklə zərərçəkmiş şəxsin heç bir şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi qanuni, əsaslı və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 noyabr 2011-ci il tarixli qərarına əsasən “...müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə əsas və əlavə cəza kimi o cinayətlərə görə tətbiq edilə bilər ki, həmin cinayətlər, əsasən, vəzifə səlahiyyətlərindən istifadə və ya müəyyən fəaliyyət növü ilə məşğul olma ilə əlaqədar törədilmiş olsun. Bu cəzanın məqsədi isə vəzifə səlahiyyətlərindən və ya qulluq mövqeyindən istifadə etməklə, habelə müəyyən fəaliyyətlə məşğul olmaqla cinayətlərin törədilməsinin qarşısının alınmasıdır. Bir qayda olaraq, bu cəza növü əsas və əlavə cəza kimi CM-in Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında birbaşa qeyd edildiyi hallarda tətbiq edilir. Eyni zamanda, həmin cəza əlavə cəza kimi CM-in Xüsusi hissəsinin maddəsində nəzərdə tutulmayan hallarda da təyin edilə bilər. CM-in 46.2-ci maddəsinə görə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Yuxarıda qeyd edilənlərdən belə nəticəyə gəlmək olar ki, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növü əlavə cəza kimi cinayət qanununun Xüsusi hissəsində nəzərdə tutulduğu, həm də nəzərdə tutulmadığı hallarda da tətbiq edilə bilər. Lakin sonuncu halda bu cəzanın əlavə cəza kimi tətbiqi zamanı mütləq CM-in 46-cı maddəsinə istinad edilməlidir...” Məhkəmə Azərbaycan Respublikası CM-nin 46.2-ci maddəsinə əsasən və həmin maddənin şərhinə dair Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd edilənləri nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmasa da, törədilmiş cinayətin xarakteri əsas götürülməklə, təqsirləndirilən şəxslərə əlavə cəza qismində dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilmə növündə əlavə cəza təyin edilməlidir. Həmin Məcəllənin 56.1.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 35 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs oğluna göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ona təyin olunmuş hazırki cəza, Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 20 aprel 2023-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 06 ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılsın, Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu ümumilikdə 06 (altı) ay 14 (on dörd) gün müddət hazırki hökmlə təyin edilmiş vahid cəzadan çıxılmaqla ona qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə dövlət və yerli özünüidarə orqanlarında maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 16 (on altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs hal-hazırda ƏN-nin PX-nin 4 saylı CÇM-də azadlıqdan məhrum etmə növündə cəza çəkməsi nəzərə alınsın. Cəzasının əvvəli 20 aprel 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Zərərçəkmiş şəxslərə izah edilsin ki, yuxarıda qeyd olunan cinayət hadisəsi nəticəsində onlara dəymiş maddi və ya mənəvi ziyanların ödənilməsi ilə bağlı mülki qanunvericiliyin tələblərinə uyğun olaraq aidiyyəti üzrə məhkəmədə iddia qaldırmaq hüququna malikdirlər. Təqsirləndirilən şəxs oğluna ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 210 (iki yüz on) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxs tərəfindən isə hökmün surəti ona təqdim edildiyi vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-278/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-278/2023
06.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver