Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-279/2020 28.10.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Şahid2, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxxxx 1995-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, Azərbaycan Dəmir Yolları QSC-nin İnfrastruktur Departamentinin 3 nömrəli Ələt yol sahəsinin keçid növbətçisi işləyən, ünvan 1 mənzil 60 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında qapalı məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olmuşdur. Belə ki, o, xx xxxxx 2020-ci il tarixdə saat 23:15 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ünvan 2 mənzil 60 ünvanda qonaq otağında on altı yaşına çatmayan xx xxxx 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə qızlıq pərdəsinin tamlığını (bakirəliyini) pozmaqla təbii yolla cinsi əlaqədə olmuş, daha sonra xx xxxx 2020-ci il tarixədək olan müddətə qədər həmin ünvanda müxtəlif vaxtlarda on altı yaşına çatmayan Zərərçəkmiş şəxs ilə təbii və qeyri-təbii yolla-arxa keçəcək vasitəsilə cinsi əlaqədə olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək göstərmişdir ki, valideynləri ilə birlikdə Bakı şəhəri, Ələt qəsəbəsi, ünvan 2 mənzil 60 ünvanında yaşayır, özü Azərbaycan Dəmir Yolları QSC-nin İnfrasturktur Departamentinin 3 nömrəli Ələt yol sahəsinin keçid növbətçisi vəzifəsində işləyir, başqa bir cinayət törətməmiş, əvvəllər məhkum olunmamışdır. 2019-cu ilin may ayının əvvəlində valideynləri Salyan rayonu Xalac kənd sakini Şahid2gilə elçi gedib 2005-ci il təvəllüdlü qızı Gülyazın hərisini almışlar. Növbəti iyun ayında isə onlar Gülyaza nişan aparmışlar, həmin vaxtdan sonra bir neçə dəfə valideynləri Gülyazı onlara qonaq gətirib 1-2 gün qonaq saxlayıb sonra öz evlərinə aparmışlar. Hətta 2019-cu ilin oktyabr ayında onlar xalası oğlunun Göyçay rayonuna qohum toyuna gedərkən Gülyazı da özləri ilə toya aparmışlar. Onlar nişanlandıqdan sonra Gülyaz dəfələrlə ona zəng edib gəlib onu aparmağını istəmişdir. Gülyaz deyirmiş ki, artıq öz evlərində valideynləri ilə birlikdə yaşaya bilmir, əllərindən cana doyub və götürüb onu aparmaqlarını istəyirmiş. xx xxxx 2020-ci il tarixdə Gülyaz ona zəng edib evlərinə aparmağını istəmişdir. xx xxxx 2020-ci il tarixdə Novruz bayramının axır çərşənbə günü münasibətilə o və atası taksi avtomobili ilə Gülyazın yaşadığı Salyan rayonu Parça Xalac kəndinə gəlmişlər və küçə qapısına çatdıqda Gülyaza zəng edib xəbər etmişdir ki, gəlmişlər. Bir azdan Gülyaz küçəyə çıxıb onların gəldiyi taksi avtomobilə əyləşmiş və onlar yaşadıqları Ələt qəsəbəsinə gəlmişlər. Həmin gün Gülyaz onların evində qonaq qalmış, onun valideynləri Gülyazın valideynləri ilə telefonda danışıb bayram münasibətilə qızlarını qonaq gətirdiklərini demişlər. Ertəsi gün onlar Gülyazı öz evlərinə aparmaq istədikdə Gülyaz evlərinə qayıtmaq istəmədiyini demiş, ona görə onun valideynləri Gülyazın valideynləri ilə telefonda danışıb qızlarının evə qayıtmaq istəmədiyini, onların evində qalmaq istədiyini demişlər. Gülyazın valideynləri buna etiraz etməmişlər və hətta onlara xeyir-dua vermişlər. Bu səbəbdən həmin gündən etibarən Gülyaz onlarda, onun bacısı ilə bir otaqda qalmağa başlamışdır. xx xxxxx 2020-ci il tarixdə gecə saatlarında o, evlərində öz otağında televizor qarşısında yatağında uzanıb yatmağa hazırlaşırmış, həmin gecə atası Əvəz işdə olmuş, anası Mənsurə və bacısı Aynur isə otaqlarında yatmışlar. Gülyaz onun otağına gəlib birlikdə bir qədər televizora baxdıqdan sonra onlar öz istəkləri ilə razılığa gələrək təbii yolla cinsi əlaqədə olmuşlar. Həmin gecə o, Gülyazın bakirəliyini pozmuş və ertəsi gün bu barədə valideynlərinə dedikdən sonra Gülyaz ilə ər-arvad kimi yaşamağa başlamışlar. Birgə yaşadıqları 3 ay ərzində bir neçə dəfə Gülyazın öz istəyi və razılığı ilə təbii və qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmuşlar. Lakin, bir müddət sonra Gülyaz öz evləri üçün darıxmağa, onunla və valideyləri ilə mübahisələr etməyə başlamış, ona görə də xx xxxx 2020-ci il tarixdə səhər saatlarında atası və bacısı Gülyazı taksi avtomaşını ilə aparıb öz valideynlərinə təhvil vermişlər. Gülyazla hazırda da ər-arvad kimi münasibətdədilər və gələcəkdə də toy mərasimi edib yaşamaq fikirindədilər. Gülyazı zorla cinsi əlaqədə olmağa məcbur etməmişdir. xx xxxxx 2020-ci il tarixdə gecə saatlarında yaşadığı evdə Gülyaz ilə hər ikisi razılığa gələrək öz istəkləri ilə cinsi əlaqədə olmuşlar. Onlar sadəcə cinsi ehtiraslarını təmin etmişlər. Hətta sonralarda bir neçə dəfə yenə də öz razılıqları ilə cinsi əlaqədə olmuşlar. O öz ifadəsində daha sonra göstərmişdir ki, törətdiyi əməldən çox peşmandır, hal-hazırda Zərərçəkmiş şəxs ilə bir evdə ər-arvad kimi yaşayırlar. Odur ki, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, Salyan rayon, Parça Xalac kəndində şəhid Seymur Səmədov adına orta məktəbin 9-cu sinifini bitirmiş, anası Şahid3 kənd-təsərrüfat işlərində çalışır, atası Şahid2 isə daş karxanasında fəhlə işləyir. xx xxxx 2019-cu il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbə sakini Təqsirləndirilən şəxs valideynləri onun üçün elçi gəlmişlər və həmin gün valideynləri onun “hərisini” verib qeyri-rəsmi olaraq onu Əmrah ilə nişanlamışlar. Əmrah ilə anasının istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon vasitəsilə əlaqə saxlayıb danışırmışlar. xx xxxx 2020-ci il tarixdə təxminən saat 16 radələrində Əmrah özünün istifadəsində olan ***-***-**-** nömrəli mobil telefon nömrəsindən onun anasının mobil telefonuna zəng etdikdə zəngə özü cavab vermiş, Əmrah demişdir ki, Novruz bayramı münasibətilə onu evlərinə qonaq aparmaq istəyir, bu barədə öz valideynlərinə bir söz deməməyini xahiş etmişdir. Əmrah ilə əvvəlcədən aralarında olan razılığa əsasən Əmrahgilin evində yaşamaq qərarına gəlmişlər. Küçəyə çıxdıqda küçə qapılarının qarşısında markasını və qeydiyyat nömrəsini bilmədiyi avtomaşının dayandığını görmüşdür. Avtomobilin qabaq sərnişin yerində Əmrahın atası Əvəz kişi, arxa oturacaqda isə Əmrahın özü əyləşmişlər. Avtomobilin sükan arxasında isə taksi sürücüsü əyləşmişdir. Əmrah maşından düşüb ona yaxınlaşmış, onlar görüşmüşlər, sonra o, öz xoşu ilə ona qarşı heç bir təsir olmadan həmin avtomobilin arxa qapısını açıb oturacağa əyləşmiş, Əmrah da yanında əyləşmişdir. Avtomobilə əyləşdikdən sonra Əmrahın atası Əvəz ilə salamlaşıb görüşmüş, Əmrahın Ələt qəsəbəsindəki yaşadığı evə gəlmişlər. Həmin gecəni Əmrahın bacısı Aynur ilə bir otaqda yatmışlar, bundan sonra o, bir müddət Əmrahgildə yaşamışdır. xx xxxxx 2020-ci il tarixdə gecə saatlarında onlar Əmrahla yaşadıqları mənzildə yataq otağında ilk dəfə cinsi əlaqədə olmuşlar. Həmin gecə qayınatası Əvəz işdə olmuş, qayınanası Mənsurə və baldızı Aynur isə yatmışlar. O, Əmrahın otağında onunla birlikdə televizora baxırmış və saat 23 radələrində ikisi öz razılıqları ilə cinsi əlaqədə olmuşlar. Ertəsi gün yuxudan ayıldıqda o, ötən gecə baş vermiş hadisə barədə qayınanası Mənsurəyə danışmış və bunun cavabında qayınanası “allah xoşbəxt eləsin” deyə cavab vermişdir. Həmin gündən sonra Əmrah mütəmadi olaraq onunla ər-arvad kimi demək olar ki, hər gecə cinsi əlaqədə olurmuş. Hətta Əmragildə yaşadığı 3 ay ərzində təxminən 5-6 dəfə Əmrah onunla qeyri-təbii yolla arxa keçəcəkdən cinsi əlaqədə olmuşdur. Əmrahı özünə ər hesab etdiyi üçün ona bu pis təsir etməmiş, lakin Əmrahın ailə üzvləri onunla mehriban münasibət qurmayaraq demək olar ki, hər gün anası və ya bacısı onunla sözlə mübahisə edirmişlər, narazılıq edirmişlər. O, bunun səbəbini isə bilməmişdir. xx xxx 2020-ci il tarixdə uzun müddət bu hadisələrlə bağlı sıxıntılar keçirtdiyi üçün əsəblə bağlı səhhətində problemlər yaranmış, bunu Əmrahın anasıgil bildikdə onun valideynləri ilə əlaqə saxlayaraq bu barədə demişdirlər. Valideynləri bunu bildikdə elə həmin gün axşam saatlarında Əmrahgilin Ələt qəsəbəsindəki evinə gəlmişlər və oradan onu götürmüşlər. O, Salyan rayonundakı evlərində bir neçə gün müalicə aldıqdan sonra 2020-ci ilin may ayının sonlarında qayınatası Əvəz baldızı Aynur ilə birlikdə onlara gəlmişlər. Əvəz demişdir ki, Mingəçevir şəhərində yerləşən Şəfa klinikasında tanış bilikli həkimi vardır, həmin həkimdən müayinədən keçməyi məsləhət görmüşdür. Razılıq olduqdan sonra o, anası Elmira və qayınatası Əvəzlə birlikdə Mingəçevir şəhərinə yollanmışlar, orada qayınatası dediyi həkimdə müayinədən keçmişdir. Həkim onu yoxlayıb əlavə müalicə yazmış, lakin səhhətində elə bir ciddi problem olmadığına əmin etmişdir. Hazırda isə Əmrahdan şikayəti yoxdur, hazırda da ər-arvad kimi münasibətdədilər və bir yerdə yaşayırlar. Gələcəkdə də toy mərasimi edib yaşamaq fikirindədilər. Aralarında baş vermiş cinsi əlaqələr öz razılıqları ilə olmuş, Əmrah tərəfindən ona qarşı heç bir zorakı hərəkətlər olmamışdır. Zərərçəkmiş şəxs qanuni nümayəndəsinin iştirakı ilə məhkəməyə yazılı ərizə ilə müraciət edərək təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, özü Azərbaycan Dəmir Yolları QSCnin İnfrasturktur Departamentinin 3 nömrəli Ələt yol sahəsinin keçid növbətçisi vəzifəsində işləyir. 2019-cu ilin may ayının əvvəlində oğlu Təqsirləndirilən şəxs üçün Salyan rayonu Parça Xalac kənd sakinləri Elmira və Şahid2ların qızı 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs elçi getmişdir. Növbəti iyun ayında isə onlar Gülyaza nişan aparmışlar. Həmin vaxtdan sonra bir neçə dəfə Gülyazı onlara qonaq gətirib 1-2 gün qonaq saxlayıb sonra öz evlərinə aparmışlar. Hətta 2019-cu ilin oktyabr ayında baldızı oğlunun Göyçay rayonuna qohum toyuna gedərkən Gülyazı da özləri ilə toya aparmışlar. Əmrah Gülyaz ilə nişanlandıqdan sonra sonuncu Əmraha dəfələrlə zəng edib gəlib onu aparmağını istəmişdir. Gülyaz deyirmiş ki, artıq öz evlərində valideynləri ilə birlikdə yaşaya bilmir, əllərindən cana doyub və götürüb onu aparmaqlarını istəyirmiş. xx xxxx 2020-ci il tarixdə Gülyaz Əmraha zəng edib evlərinə aparmağı istəmişdir. xx xxxx 2020-ci il tarixdə Novruz bayramın axır çərşənbə günü münasibətilə o və Əmrah taksi avtomobili ilə Gülyazın yaşadığı Salyan rayonu Parça Xalac kəndinə gəlmişlər və Gülyazı yaşadıqları Ələt qəsəbəsinə aparmışlar. Ertəsi gün onlar Gülyazı öz evlərinə aparmaq istədikdə Gülyaz evlərinə qayıtmaq istəmədiyini demiş, ona görə Gülyazın valideynləri ilə telefonda danışıb qızlarının evə qayıtmaq istəmədiyini, onların evində qalmaq istədiyini demişlər. Gülyazın valideynləri buna etiraz etməmişlər və hətta onlara xeyir-dua vermişlər. Bu səbəbdən həmin gündən etibarən Gülyaz onlarda, qızı Aynur ilə bir otaqda qalmağa başlamışlar. xx xxxxx 2020-ci il tarixdə ona məlum olmuşdur ki, Əmrah və Gülyaz cinsi əlaqədə olmuşlar və Gülyazın bakirəliyi pozulmuşdur. Bu barədə onlara Əmrahgilin ailə üzvləri danışmışlar. Lakin həmin gün gecə səhərə kimi o, evdə olmamış, işində növbədə olmuşdur. O, bunu eşitdikdə narazı olsa da ailə üzvlərinə bu barədə bildirməmişdir. Onlar artıq nişanlı və ərarvad kimi münasibətdə olmuşlar, gələcəkdə də toy mərasimi edib yaşamaq fikrindədirlər. Hazırda da birlikdə yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, ailəsi ilə birlikdə Salyan rayonu Parça Xalac kəndində yaşayır, Zərərçəkmiş şəxs onun kiçik qızıdır. 2019-cu ilin may ayında Bakı şəhəri Ələt qəsəbə sakinləri Şahid1 və arvadı Mənsurə oğlanları Əmrah üçün Gülyaza elçi gəlmişlər. Onlar Gülyazın hərisini verdikdən sonra həmin ilin iyin ayında Gülyaz ilə Əmrahı nişanlamışlar. Qudaları ilə qərara gəlmişlər ki, Gülyazın 18 yaşı tamam olduqdan sonra uşaqlara el adəti ilə toy edib onları evləndirərlər. Nişandan sonrakı aylarda Gülyaz bir neçə dəfə nişanlısı Əmrahgilə qonaq getmiş və hətta bir dəfə Əmrahın özü və onun valideynləri ilə birlikdə Göyçay rayonuna qohumlarının toyuna gedib gəlmişlər. 2020-ci il mart ayının 17-də Novruz bayramı ərəfəsində axır çərşənbə günü saat 17 radələrində xəbər tutmuşdur ki, Gülyaz evdə və həyətdə yoxdur və bu barədə yoldaşına da bildirmişdir. O zaman Əmrahın mobil telefonuna zəng edib Gülyazdan xəbəri olub-olmadığını soruşmuş, Əmrah cavab vermişdir ki, Gülyaz onunladır, bayram münasibətilə öz evlərinə qonaq aparıb gətirəcəkdir. Bundan sonra Əmrah telefonu Gülyaza vermiş və onunla telefonda danışan Gülyaz demişdir ki, öz istəyi ilə Əmrahgilə qonaq gedir, 2-3 gün qalıb bayramdan sonra qayıdacaqdır. Əvvəllər də, Gülyaz bir neçə dəfə Əmrahgilə qonaq gedib 1-2 gün orada qalıb sonra evə qayıtmışdır. Lakin, bayramdan sonra o, Gülyaza zəng edib nə zaman evlərinə gələcəyini soruşmaq istədikdə telefona Əmrahın anası Mənsurə cavab vermiş, Gülyazın qayıtmaq istəmədiyini, Əmrahın Gülyazı qaçırtdığını bildirmişdir. Bundan sonra onlar ailələr arasında mübahisə yaratmamaq üçün Gülyazın onlarda qalmağına razılaşmışlar. O, özü arada onlarla əlaqə saxlayırmış və bir gün onlara məlum olmuşdur ki, Emrah və Gülyaz artıq cinsi əlaqədə olmuşlar. Onlar bu məsələyə əsəbləşmişlər, o qızları Gülyaz ilə telefonda danışan zaman nəyə görə belə etdiyini soruşduqda Gülyaz hər şeyin öz istəyi ilə baş verdiyini demişdir. İyun ayının əvvəllərində qudası X5 şəhərinə həkimə aparmaq istədiyini deyib onun da onlarla getməyini xahiş etmişdir. İyunun 2-də Əvəz, o və qızı Gülyazla taksi avtomaşını ilə Mingəçevir şəhərinə gedib Gülyazı həkim müayinəsindən keçirdib oradan Göyçay rayonuna Əvəzin ərdə olan qızıgilə qonaq aparmışdır. İyunun 4-də onlar geri qayıtmışlar və Gülyaz qayınatası Əvəz ilə ər evinə getmişdir. Lakin, bir aydan sonra iyulun 2-də Əvəz və qızı Aynur Gülyazı onlara gətirib Gülyazın onlarda qalmaq istəmədiyini deyib çıxıb getmişlər. Ona görə ertəsi gün iyulun 3-də o, əri və qızı Gülyaz Salyan rayon prokurorluğuna gedib şikayət ərizəsi yazmışlar. Belə ki, Əvəzgil artıq söz verdikləri kimi hərəkət etməmişlər, qızını əvvəlcə nişanlayıb, daha sonra aparıb evlərində uzun müddət saxlayıb, hətta Əmrahın da cinsi əlaqədə olduqdan sonra Gülyazı evlərinə qaytarmaqları onlara pis təsir etmiş, həmin səbəbdən şikayət etmək qərarına gəlmişlər. O öz ifadəsində daha sonra göstərmişdir ki, hal-hazırda qızı Abasova X3 Əmrah Əvəz oğlu ilə onlara məxsus mənzildə birlikdə yaşayırlar. Şahid4 Muğdət qızına məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq o məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid4 Muğdət qızı ibtidai istintaq zamanı öz ifadəsində göstərmişdir ki, Bakı şəhəri, Ələt qəsəbəsi, ünvan 2 mənzil 60 ünvanında yaşayır, Azərbaycan Dəmir Yolları QSC-nin İnfrasturktur Departamentinin 3 nömrəli Ələt yol sahəsinin yol montyoru vəzifəsində işləyir. 2019-cu ilin may ayının əvvəlində oğlu Təqsirləndirilən şəxs üçün Salyan rayonu Parça Xalac kənd sakinləri Elmira və Şahid2ların qızı 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs elçi getmişlər. Növbəti iyun ayında isə Gülyaza nişan aparmışlar. Həmin vaxtdan sonra bir neçə dəfə Gülyazı onlara qonaq gətirib 1-2 gün qonaq saxlayıb sonra öz evlərinə aparmışlar. Hətta 2019-cu ilin oktyabr ayında Göyçay rayonuna bacısı oğlunun toyuna gedərkən Gülyazı da özləri ilə toya aparmışlar. Əmrah Gülyaz ilə nişanlandıqdan sonra sonuncu Əmraha dəfələrlə zəng edib gəlib onu aparmağını istəmişdir. Gülyaz deyirmiş ki, artıq öz evlərində valideynləri ilə birlikdə yaşaya bilmir, onların əlindən cana doyub və götürüb onu aparmaqlarını istəyirmiş. xx xxxx 2020-ci il tarixdə Gülyaz Əmraha zəng edib onu evlərinə aparmağı istəmişdir. xx xxxx 2020-ci il tarixdə Novruz bayramın axır çərşənbə günü münasibətilə əri Əvəz və Əmrah Salyan rayonu Parça Xalac kəndinə gedib oradan Gülyazı yaşadıqları Ələt qəsəbəsinə gətirmişlər. Ertəsi gün onlar Gülyazı evlərinə aparmaq istədikdə Gülyaz evlərinə qayıtmaq istəmədiyini demişdir. Ona görə Gülyazın valideynləri ilə telefonda danışıb qızlarının evə qayıtmaq istəmədiyini, onların evində qalmaq istədiyini demişlər. Gülyazın valideynləri buna etiraz etməmişlər və hətta onlara xeyir-dua vermişlər. Bu səbəbdən həmin gündən etibarən Gülyaz onlarda, qızı Aynur ilə bir otaqda qalmağa başlamışdır. xx xxxxx 2020-ci il tarixdə ona məlum oldu ki, Əmrah və Gülyaz cinsi əlaqədə olmuşlar və Gülyazın bakirəliyi pozulmuş, bu barədə Əmrah və Gülyaz özləri danışmışlar. Həmin gün Əvəz gecə səhərə kimi evdə olmamış, işində növbədə olmuşdur. O isə Aynurla evdə olmuşdur. Bir müddət keçdikdən sonra Gülyaz öz evləri üçün darıxmağa başlamış və evinə getmək istədiyini bildirmişdir. Hətta o ərəfələrdə Əvəz Gülyazın səhhəti ilə bağlı sonuncunu Mingəçevir şəhərində klinikaya aparmış, o vaxtdan sonra Gülyaza hava qəbul etmək lazım olduğundan həmin səbəbdən də kəndə getmək istədiyini deyirmiş. Ona görə də, xx xxxx 2020-ci il tarixdə səhər saatlarında Əvəz qızı Aynurla birlikdə Gülyazı taksi avtomaşını ilə aparıb öz valideynlərinə təhvil vermişlər. xx xxxxx 2020-ci il tarixdə gecədən xx xxxxx 2020-ci il tarixə keçən gecə o və qızı Aynur evdə olmuşlar, oğlu Əmrah belə bir hərəkət etməzmiş, həmçinin o və qızı Aynur həmin gecə evdə olmuşlar, Gülyazın koməyə çağırmasını, heç bir səs küy etməsini eşitməmişlər. Əmrah və Gülyazın öz razılıqları ilə cinsi əlaqədə olduqlarını təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6-Təcrübi və X7 Hüquqi Şəxsinin xx xxxx 2020-ci il tarixli 321 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində heç bir xəsarət aşkar olunmadı. Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı (bakirəliyi) pozulmuşdur, müddəti iki həftədən artıqdır. Zərərçəkmiş şəxs qeyri təbii yolla-arxa keçəcək vasitəsilə cinsi əlaqədə olmuşdur ki, arxa keçəcəyin girəcəyinin qıfşəkilli genişlənməsi, düz bağırsağın sfinktorunun tonusunun azalması, arxa keçəcək dəliyinin büküşlərinin hamarlaşması, düz bağırsağın selikli qişasının rənginin tünd qırmızımtıl-göyümtül olması bunu sübut edən əlamətlərdən hesab edilə bilər. Zorlama hüquqi termin olduğuna görə, onun qiymətləndirilməsi məhkəmə-tibb ekspertinin səlahiyyətlərinə aid deyil. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X6-Təcrübi və X7 Hüquqi Şəxsinin xx xxxxxxxx 2020-ci il tarixli 435 nömrəli nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinsi qabiliyyətini təsdiq edən əlamətlər müsbətdir. Təqsirləndirilən şəxs xarici cinsiyyət üzvlərində onun cinsi əlaqəyə girə bilməsinə mane ola biləcək hər hansı bir anomaliya və patologiya aşkar edilmədi. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxxxx 2020-ci il tarixli 11/261 nömrəli rəyindən görünür ki, yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs kişi ilə qadın arasındakı seksual münasibətlər, intim həyata hansı yaş dövründən başlamağın cəmiyyətdə qəbul edilmiş normaları, cinsi əlaqənin nəticələri, uşaqların necə doğulması, hamiləlik və ondan qorunmanın yolları və s. haqqında kifayət qədər məlumata sahibdir. Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs əqli və psixi inkişafına, fərdi-rsixi xüsusiyyətlərinə görə hadisə zamanı ona qarşı edilən hərəkətlərin xarakterini qavramaqla həmin hərəkətlərin mahiyyətini dərk etmək qabiliyyətinə malik olmuşdur. Ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, eləcə də tərəflərin hal-hazırda birlikdə yaşamaqla faktiki ər-arvad münasibətlərində olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsini məqsədə müvafiq hesab etsə də, ona cəza təyin edərkən ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf etməklə səmimi peşiman olmasını, zərərçəkmiş şəxslə barışmaqla zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, eləcə də tərəflərin hal-hazırda birlikdə yaşamaqla faktiki ər-arvad münasibətlərində olmasını nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilməsini məqsədəuyğun, həm də cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı çəkmədən islah olunmasını mümkün hesab etməklə, üzərinə CM-nin 70.5-ci maddəsində göstərilən onun davranışı üzərlərinə nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsinin qoyulmasını məqsədəuyğun hesab edir. İş materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs kimi xx xxxxxx 2020-ci il tarixdə tutulmuş və xx xxxxxx 2020-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Odur ki, bu hal CM-nin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. İş üzrə 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X2 tərəfindən 30 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə: sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə 80 (səksən) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X1 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-279/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-279/2020
28.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver