Məhkəmə qərarları › İş №1(002)-28/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-28/2022

09.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-28/2022 09.02.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs 01 oktyabr 1982-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, bina 8, mənzil 35 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 06 oktyabr 2021-ci il tarixdə, saat 19:30 radələrində qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,251 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamini Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində istintaqla müəyyən edilməmiş mənbədən əldə edib əynində olan göy rəngli cins şalvarının sağ arxa cibində saxlamaqla daşımış, 08 oktyabr 2021-ci il tarixdə, saat 11:30-da Qaradağ RPİ-nin 11-ci Polis bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, 61-ci kilometrlikdə yerləşən qum karxanasının yaxınlığında saxlanılaraq polis bölməsinə aparılmış, orada saat 13:20-də videoçəkilişlə müdəfiəçinin iştirakı ilə üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan göy rəngli cins şalvarının sağ arxa cibindən həmin bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,251 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin aludəçisidir, bu cür maddələri çəkmə yolu ilə qəbul edir və narkotik vasitə qəbul etməsinə baxmayaraq əvvəllər məhkum olunmamışdır. 06 oktyabr 2021-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində bazarın qarşısından keçib gedərkən yerdə gümüşü rəngli büküm diqqətini cəlb etmişdir. Ona görə də həmin bükümü götürmüş, içərisinə baxarkən bükümdə psixotrop maddə olan “şüşə” olmasını aşkar etmiş və həmin bükümü qəbul etmək üçün üzərində saxlamışdır. 08 oktyabr 2021-ci il tarixdə, saat 11:30 radələrində psixotrop maddəni qəbul etmək üçün evdən çıxıb Qobustan qəsəbəsində “Bakı-Qazax” magistral yolunun 61-ci kilometrliyinin sağ tərəfində yerləşən “Qum” karxanasının yaxınlığından piyada keçib gedərkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edərək 11-ci PB-nin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra ondan anket məlumatlarını soruşarkən özünü onlara Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Polis əməkdaşları ona narkotik vasitələrin gəzdirilməsində, qanunsuz istifadəsində şübhəli olduğunu deyib onu 11-ci PBnə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə həmin bölmənin inzibati binasına gəlmişdir. Bir qədər sonra ona vəkillərin siyahısı təqdim edilmiş və həmin siyahıya əsasən hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına vəkil Mənsi Ağayev dəvət olunmuşdur. Bundan sonra otaqların birində vəkilin iştirakı ilə polis əməkdaşı tərəfindən onunla sorğu-sual aparılaraq üzərində qanunla qadağan edilmiş əşya və predmetlərin, narkotik vasitələrin, eləcədə bu cür digər maddələrin olub-olmaması ilə bağlı sual verilərkən, o, üzərində psixotrop maddə olduğunu bildirmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən könüllü olaraq əynindəki göy rəngli cins şalvarının sağ arxa cibindəki 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü masanın üzərinə qoyaraq bildirmişdir ki, həmin maddə psixotrop maddə olan “şüşə”dir, özünündür, həmin psixotrop maddəni 06.10.2021-ci il tarixdə, saat 19:30 radələrində Sahil qəsəbəsində yerləşən bazarın qarşısında yerdən tapmışdır, istifadə etmək üçün üzərində gəzdirmişdir. Bundan sonra polis əməkdaşları həmin bükümü açmış, içərisindən ağ rəngli kristal kütlədən ibarət psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunmuşdur. Əlavə şəxsi axtarış zamanı üzərindən hər hansı bir əşya aşkarlanmamışdır. Üzərindən aşkar edilmiş psixotrop maddəyə oxşar kütlə zərfə qablaşdırılmış və üzəri möhürlə möhürlənmişdir. Bu barədə protokol tərtib edilmiş, o, da həm zərfin üzərini, həm də protokolu imzalayaraq təsdiq etmişdir. «Şüşə» adlandırdığı psixotrop maddə metamfetamindir, lakin həmin maddəni narkotik aludəçiləri «şüşə» adlandırdığı üçün o, da bu cür adlandırır. Həmçinin həmin maddənin aludəçisi olduğu üçün üzərində şəxsi istifadəsi üçün saxlamış, ondan kiməsə pay vermək və ya satmaq fikirində olmamışdır. Qaradağ RPİ-nin 11-ci polis bölməsində, həm də MSY-də ona qarşı heç bir təzyiq və ya xoşagəlməz hərəkətlər edilməmiş, onunla qanun çərçivəsində rəftar edilmişdir. O, öz ifadəsində son olaraq ilk dəfə cinayət məsuliyyətinə cəlb edildiyini, törətdiyi əməldən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, işlədiyi bölməyə ünvan 1 ünvanında qeydiyyatda olmaqla “Bakı-Qazax” magistral yolunun Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsindən keçən 61-ci kilometrliyində yerləşən nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Qaradağ RPİ-nin 11-ci PB-nin rəisi, polis polkovniki Yasər İbadovun əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 08 oktyabr 2021-ci il tarixli qərarına əsasən əməliyyat qrupu yaradılmış və həmin qrupa rəhbərlik etmək ona həvalə olunmaqla qrupun tərkibinə 11-ci polis bölməsinin cinayət axtarış üzrə kiçik inspektoru, polis kiçik serjantı Şahid2 də daxil edilmişdir. Bundan sonra Şahid2lə birlikdə əməliyyat-axtarış tədbirləri həyata keçirmişlər. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin gün saat 11:30-da Təqsirləndirilən şəxs “Bakı-Qazax” magistral yolunun Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsindən keçən 61-ci kilometrliyində fəaliyyət göstərən “Daş Karxanası”nın yaxınlığında müəyyən edib ona yaxınlaşmışlar və xidməti vəsiqələri ilə özlərini təqdim etmişlər. Eyni zamanda Təqsirləndirilən şəxs özünü təqdim etdikdən sonra o, həyacanlanmış və özünü şübhəli aparmağa başlamışdır. Onun üzərində şəxsi axtarış və götürmə aparılması zərurəti yarandığından o, tərəflərindən 11-ci polis bölməsinə dəvət edilmişdir. 11-ci polis bölməsində baş təhqiqatçı, polis mayoru Qüdrət Əliyev tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün 10 saylı vəkil bürosundan vəkil Mənsi Ağayev təyin edilmişdir. Bundan sonra onun və dəvət edilmiş vəkil Mənsi Ağayevin, eləcədə video çəkilişi həyata keçirən bölmənin sahə inspektoru, polis kapitanı Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ arxa cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim edərək içərisində “Şüşə” adlandırdığı maddə olduğunu demişdir. Həmçinin o, həmin maddəni 06 oktyabr 2021-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən bazarın qarşısında yol gedərkən yerdən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin büküm açılmış, içərisindən ağ rəngli kristal kütlədən ibarət, psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Aşkar olunmuş maddə tərəflərindən götürülərək ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış və DİN-nin “Zərflər üçün” 223 saylı möhürü ilə üzəri möhürlənmişdir. O da bütün iştirakçılarla bahəm həm zərfin üzərini, həm də tərtib edilmiş protokolu imzalayaraq təsdiq etmişdir. Bununla da şəxsi axtarış və götürmə başa çatmışdır. Təqsirləndirilən şəxs tərəflərindən saxlanılarkən, eləcədə 11-ci polis bölməsində üzərində axtarış və götürmə aparılarkən ona qarşı hər hansısa bir təzyiq edilməmiş, onunla qanun çərçivəsində rəftar olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin cinayət axtarış üzrə kiçik inspektoru, polis kiçik serjantı Şahid2 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək Qaradağ RPİ-nin 11-ci polis bölməsinin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Şahid Qaradağ RPİ-nin 11-ci polis bölməsinin polis sahə inspektoru, polis kapitanı Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, işlədiyi bölmənin əməkdaşları tərəfindən 08 oktyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı şəxsiyyəti ona sonradan məlum olan ünvan 1 ünvanında qeydiyyatda olmaqla “Bakı- Qazax” magistral yolunun Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsindən keçən 61-ci kilometrliyində yerləşən nömrəsiz evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli bilindiyindən saxlanaraq bölmənin inzibati binasına gətirilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılarkən video çəkiliş aparılması zərurəti yarandığından təhqiqatçı Qüdrət Əliyev tərəfindən dəvət edilmişdir. Xidməti otaqda Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi üçün 10 saylı vəkil bürosundan dəvət edilmiş müdafiəçinin, eləcədə bölmənin cinayət axtarış üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1, kiçik inspektor, polis kiçik serjantı Şahid2 iştirakı ilə onun üzərində video çəkilişlə şəxsi axtarış və götürmə aparılmağa başlanmışdır. Şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşyanın olub-olmaması barədə sual verilmiş, əgər varsa onu masanın üzərinə təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ arxa cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim edərək içərisində “Şüşə” adlandırdığı maddə olduğunu demişdir. Həmçinin o, həmin maddəni 06 oktyabr 2021-ci il tarixdə, saat 19:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən bazarın qarşısında yol gedərkən yerdən tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin büküm açılmış, içərisindən ağ rəngli kristal kütlədən ibarət, psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Aşkar olunmuş maddə tərəflərindən götürülərək ekspertiza tədqiqatına təqdim edilməsi üçün qablaşdırılmış və DİN-nin “Zərflər üçün” 223 saylı möhürü ilə üzəri möhürlənmişdir. O, da bütün iştirakçılarla bahəm həm zərfin üzərini, həm də tərtib edilmiş protokolu imzalayaraq təsdiq etmişdir. Bununla da şəxsi axtarış və götürmə başa çatmışdır. Həmçinin o, əlavə verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə aparılarkən video çəkilişi özü həyata keçirimş və ona qarşı hər hansısa bir qanunsuzluq edilməmişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09 oktyabr 2021-ci il tarixli, 6/4481 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində AR DİN “zərflər üçün № 223” möhür əksi, “Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş...” və s. yazılar, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,251 qram ağ rəngli, kristalşəkilli kütlə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərzisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in siyahısına (Siyahı İ) daxildir. Qeyd: Metamfetaminin təmiz çəkisi – 0,251 qram, tədqiqata sərf edilmişdir – 0,05 qram, qalıq – 0,201 qramdır. Ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X9 Şəxsi Ambulator X1 12 oktyabr 2021-ci il tarixli, 3913 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabiodlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş üzrə X3 aşkar edilərək götürülmüş ilkin təmiz çəkisi 0,251 qram olmuş metamfetamin psixotrop maddəsi 27 oktyabr 2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış və tədqiqatdan sonra qalıq qalmış təmiz çəkisi 0,201 qram metamfetamin psixotrop maddəsi yekun qərar qəbul edilənədək saxlanılması üçün raportla Qaradağ RPİnin maddi sübutların saxlanılması yerinə təhvil verilmişdir. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, 08 oktyabr 2021-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB-nin inzibati binasında xidməti otaqların birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkilişdən istifadə edərək Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılır, Təqsirləndirilən şəxs əynində olan göy rəngli şalvarının sağ arxa cibindən bir ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş bükümü çıxarıb təqdim edərək içərisində “Şüşə” adlandırdığı maddə olduğunu demişdir. Daha sonra Təqsirləndirilən şəxs təqdim etdiyi həmin büküm açılmış, içərisindən ağ rəngli kristal kütlədən ibarət kütlə aşkar edilmişdir. Aşkar olunmuş maddə qablaşdırılmış və DİN-nin “Zərflər üçün” 223 saylı möhürü ilə üzəri möhürlənmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq cinayət məsuliyyətinə cəlb edilməsini və əməlini etiraf edərək səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 08 oktyabr 2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 10 oktyabr 2021-ci il tarixdə Qaradağ rayon prokurorunun 10 oktyabr 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair vəsatət rədd edilmiş və onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, bu hal cəza təyini zamanı CM-nin 69.3-cü maddəsinə əsasən nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,201 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. 01 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 109,90 (yüz doqquz manat doxsan qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən 68 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 408 (dörd yüz səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, bina 8, mənzil 35 ünvanını hər gün gecə saat 24:00-dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs məcburi müalicəyə cəlb edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,201 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 109,90 (yüz doqquz manat doxsan qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 408 (dörd yüz səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar