Məhkəmə qərarları › İş №1(002)-28/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-28/2024

08.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-28/2024 08.10.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs15 və Zərərçəkmiş şəxs16, Müdafiəçilər Müdafiəçi2 və Müdafiəçi1 Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X5 iştirakları ilə, xx.xx.1978-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırması və 8500 manat cərimə cəzasına məhkum edilmiş və cəzasını çəkməmiş, evli, ünvan 1 ünvanda yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1956-cı ildə Ağcəbədi rayonu Boyat kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşqul olan, əvvəllər məhkum olunmamış, evli, Ağcəbədi rayonu Boyat kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış və barəsində “həbs” qətimkan tədbiri seçilmiş X5 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M ÜƏ Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgə əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda X33 uşaq bağçasına müəllimə vəzifəsinə təyin etdirəcəyini vəd edərək 2020-ci ilin fevral ayında günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu ərazisində 1000 manat, 02 mart 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Binəqədi rayonu ərazisində 1000 manat və 25 iyun 2020-ci il tarixdə poçt vasitəsilə 1000 manat olmaqla ümumilikdə 3000 manat məbləğində pul vəsaitini sonuncunun atası X16 vahid niyyətlə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda Zərərçəkmiş şəxs3 ləğv olunmuş pensiyasını bərpa etdirəcəyini vəd edərək 21 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 ödəmə terminalı vasitəsilə göndərdiyi 2500 manat, daha sonra isə 2022-ci ilin aprel ayınadək hissə-hissə olmaqla 2500 manat, ümumilikdə 5000 manat məbləğində pul vəsaitini vahid niyyətlə qəsdən, qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda X23 pensiya təyin etdirəcəyini vəd edib 2021-ci ilin may ayında günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi adlanan ərazidə 2700 manat məbləğində pul vəsaitini sonuncunun əri Zərərçəkmiş şəxs4 qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda X17 ləğv olunmuş pensiyasını bərpa etdirəcəyini vəd edərək, 2021-ci ilin may ayında günorta saatlarında Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsi adlanan ərazidə 1600 manat məbləğində pul vəsaitini sonuncunun yeznəsi Zərərçəkmiş şəxs4 qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda X24 ali məktəbə qəbul etdirəcəyini vəd edərək, 2021-ci ilin iyun ayında günorta saatlarında Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən köhnə avtovağzal ərazisində 4000 manat məbləğində pul vəsaitini onun cinayətkar niyyətindən xəbəri olmayan tanışı Zərərçəkmiş şəxs4 vasitəsilə Fiqurə Səfərovanın atası Zərərçəkmiş şəxs5 qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda X14 Ağcabədi rayonu, Aran kənd orta məktəbinə tarix müəlliməsi kimi işə təyin etdirəcəyini vəd edərək, 2021-ci ilin iyun ayında günorta saatlarında Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində yerləşən köhnə avtovağzal ərazisində 3300 manat məbləğində pul vəsaitini onun cinayətkar niyyətindən xəbəri olmayan tanışı Zərərçəkmiş şəxs4 vasitəsilə Mehriban Nəcəfovanın əri Zərərçəkmiş şəxs6 qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda tanışı X9 ləğv olunmuş pensiyasını bərpa etdirəcəyini vəd edərək, 2021-ci ilin iyun ayında 1500 manat, həmin vaxtdan 2022-ci ilin mart ayınadək hissə-hissə olmaqla 2850 olmaqla sonuncunun anası Zərərçəkmiş şəxs2 4350 manat pulunu Təqsirləndirilən şəxs2 vasitəsilə, 19 aprel 2022-ci il tarixdə 400 manat, 29 may 2022-ci il tarixdə isə 250 pul vəsaiti onun cinayətkar niyyətindən xəbəri olmayan arvadı X18 adına olan “Unibank”a məxsus **********757189 saylı karta köçürülməsinə nail olmaqla ümumilikdə 5000 manat pul vəsaitini qəsdən, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında özgə əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda Zərərçəkmiş şəxs7 ləğv olunmuş pensiyasını bərpa etdirəcəyini vəd edərək, 2021-ci ilin iyun ayı ərzində 3400 manat pulu Zeynalabdin Əhmədovun vasitəsilə Zərərçəkmiş şəxs7 özündən və qardaşı X10, daha sonra isə 2022ci ilin may ayının axırlarından 08 iyun 2022-ci il tarixədək özünün kart hesabına hissəhissə göndərilməklə ümumilikdə 4660 manat pul vəsaitini vahid niyyətlə aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda Zərərçəkmiş şəxs8 pensiya təyin etdirəcəyini vəd edərək 2022-ci ilin aprel ayında Bakı şəhəri Nizami metrostansiyanın yaxınlığında çay evində şəxsən görüşərək 600 manat pul almış, daha sonra isə təxminən üç ay ərzində hissə-hissə olmaqla 3000 manat pul vəsaitini vəsaitini onun cinayətkar niyyətindən xəbəri olmayan arvadı X18 adına olan “Unibank”a məxsus **********757189 saylı karta köçürülməsinə nail olmaqla ümumilikdə Zərərçəkmiş şəxs8 3600 manat pul vəsaitini qəsdən, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda X42 və X11 ləğv olunmuş pensiyalarını bərpa etdirəcəyini vəd edərək 05 may 2022-ci il tarixdən 11 iyul 2022-ci il tarixədək olan müddət ərzində Afət Əsgərovanın qaynatası Zərərçəkmiş şəxs9 ümumilikdə 5200 manat pul vəsaitini məbləğində pul vəsaitini onun cinayətkar niyyətindən xəbəri olmayan arvadı X18 adına olan “Unibank”a məxsus **********757189 saylı karta köçürülməsinə nail olmaqla həmin pul vəsaitini qəsdən, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs9 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda X37 pensiya təyin etdirəcəyini vəd edərək, 2022ci ilin iyun-avqust ayları ərzində sonuncunun əri Zərərçəkmiş şəxs10 700 manat pul vəsaitini onun cinayətkar niyyətindən xəbəri olmayan arvadı X18 adına olan “Unibank”a məxsus **********757189 saylı karta köçürülməsinə nail olmaqla, 600 manat pulu isə Sumqayıt şəhərinin girişində “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında və Xırdalan şəhərində Mühəndislər Universitetinin yaxınlığında görüşüb alaraq ümumilikdə Zərərçəkmiş şəxs10 1300 manat məbləğində pul vəsaitini qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda Zərərçəkmiş şəxs11 ləğv olunmuş pensiyasını bərpa etdirəcəyini vəd edərək, 08 dekabr 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən tikinti malları bazarında sonuncunun 1500 manat məbləğində pul vəsaitini qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda Zərərçəkmiş şəxs13 ləğv olunmuş pensiyasını bərpa etdirəcəyini vəd edərək, 08 dekabr 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən tikinti malları bazarında sonuncunun 1500 manat məbləğində pul vəsaitini qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda Zərərçəkmiş şəxs12 ləğv olunmuş pensiyasını bərpa etdirəcəyini vəd edərək, 08 dekabr 2022-ci il tarixdə günorta saatlarında Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən tikinti malları bazarında tanışı Zərərçəkmiş şəxs13 vasitəsilə Zərərçəkmiş şəxs12 2500 manat məbləğində pul vəsaitini qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda Zərərçəkmiş şəxs17 övladı X25 tibb texnikumuna qəbul etdirəcəyini vəd edib 2022-ci ilin iyul ayında hissə-hissə ümumlikdə 3000 manat, xx.xx.2022-ci il tarixdə isə 700 manat, ümumilikdə 3700 manat pul vəsaitini qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə şəxsiyyətləri istintaqa məlum olmayan “Nəsib” və “Bəhram” adlı adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda Zərərçəkmiş şəxs15, azyşalı övladı X26 ləğv edilmiş əlilliklə bağlı pensiyasını bərpa etdirəcəyinə dair yalandan vəd verib aladaraq, Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti 28 ünvanında quraşdırılmış ödəniş termninalı vasitəsi 22 oktyabr 2022-ci il tarixdə 1000 manat məbləğin və 25 oktyabr 2022-ci il tarixdə 205 manat məbləğin göndərilməsinə nail olub, Zərərçəkmiş şəxs15 ümumilikdə 1205 manat pul alıb ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını ələ keçirmək məqsədilə şəxsiyyətləri istintaqa məlum olmayan “Nəsib” və “Bəhram” adlı adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin məsələnin həllinə dair səlahiyyətləri olmadığı halda Zərərçəkmiş şəxs16, övladı X2 ləğv edilmiş əlilliklə bağlı sosial pensiyasını bərpa edəcəyinə dair yalandan vəd verib aladaraq 2022-ci ilin sentyabar ayından 2023-cü ilin aprel ayınadək olan müddət ərzində hissə-hissə olmaqla sonuncu dəfə 400 manat məbləğin 26 aprel 2023-cü il tarixdə Bakı şəhəri, Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən ödəniş termninalı vasitəsi göndərilməsinə nail olub, zərərçəkmiş şəxs Səfurə Zülüfqarovdan ümumilikdə 3490 manat pul alıb ələ keçirərək dələduzluq etmişdir. X12 qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə X50 Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə işə düzəldəcəyini vəd edərək, 2021-ci ilin fevral ayında günorta saatlarında Ağcabədi rayonu, Boyat kəndində sonuncunun atası Zərərçəkmiş şəxs4 6500 manat pul vəsaitini aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs4 6500 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs3 kəsilmiş təqaüdünün bərpa etdirəcəyini vəd edərək, 21 aprel 2021-ci il tarixdə Zərərçəkmiş şəxs3 ödəmə terminalı vasitəsilə göndərdiyi 2500 manat, daha sonra isə 2022-ci ilin aprel ayınadək hissə-hissə olmaqla 2500 manat, ümumilikdə 5000 manat məbləğində pul vəsaitini vahid niyyətlə qəsdən, qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan suiistifadə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında X1 təqaüdünün bərpa etdirəcəyini vəd edərək, 2021-ci ilin iyun ayında 1500 manat, həmin vaxtdan 2022-ci ilin mart ayınadək hissə-hissə olmaqla 2850 olmaqla sonuncunun anası Zərərçəkmiş şəxs2 4350 manat pulunu özü almış, 19 aprel 2022-ci il tarixdə 400 manat, 29 may 2022-ci il tarixdə isə 250 pul vəsaitini isə onların cinayətkar niyyətindən xəbəri olmayan Təqsirləndirilən şəxs1 arvadı X18 adına olan “Unibank”a məxsus **********757189 saylı karta köçürülməsinə nail olmaqla ümumilikdə N.Ağamaliyevanın 5000 manat pul vəsaitini qəsdən, tamah niyyəti ilə qanunsuz və əvəzsiz olaraq aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında Zərərçəkmiş şəxs7 kəsilmiş təqaüdünün bərpa etdirəcəyini vəd edərək, 2021-ci ilin iyun ayı ərzində 3400 manat pulu özü Zərərçəkmiş şəxs7 və qardaşı X10, daha sonra isə 2022-ci ilin may ayının axırlarından 08 iyun 2022-ci il tarixədək Təqsirləndirilən şəxs1 dediyi kart hesabına hissəhissə göndərilməklə ümumilikdə 4660 manat pul vəsaitini vahid niyyətlə aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə təkrarən Zərərçəkmiş şəxs18 təqaüd düzəldəcəyini vəd edərək, 2021-ci ilin iyun-sentyabr ayları ərzində Ağcabədi rayonu, Avşar kəndində sonuncudan 3000 manat pul vəsaitini aldatma və etibardan sui-istifadə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs18 3000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs2 qəsdən, tamah niyyəti ilə, qanunsuz və əvəzsiz olaraq özgə əmlakını ələ keçirmək məqsədilə təkrarən Zərərçəkmiş şəxs14 kəsilmiş təqaüdünün bərpa etdirəcəyini vəd edərək, 2021-ci ilin sentyabr ayında Ağcabədi rayonu, Hindarx qəsəbəsində sonuncudan 1010 manat pul vəsaitini aldatma və etibardan suiistifadə yolu ilə ələ keçirib Zərərçəkmiş şəxs14 1010 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsrləndirilən şəxs Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, Ağcabədi rayonu, Boyat kənd sakini X19 ilə təxminən 5-6 il bundan əvvəl Bakı şəhərində təsadüfən tanış olmuş, bundan sonra yaxın münasibətiləri yaranmışdır. Sədiyə görə atası Zeynalabdın ilə də yaxın münasibəti yaranmışdır. Təxminən 2021-ci ilin aprel ayında Zeynalabdın ondan Ağcabədi rayonu, Avşar kəndində yaşayan tanışlarının kəsilmiş təqaüdlərini bərpa edilməsinə köməklik etməsini xahiş etmiş o da pul müqabilində onlara köməklik edəcəyini deyib həmin şəxslərə aid sənədləri göndərməsini bildirmişdir. Zeynalabdın ondan bu iş üçün nə qədər pul lazım olduğunu soruşmuş, o da 1700-1800 manat lazım olduğunu demişdir. Zeynalabdın ona Zərərçəkmiş şəxs3 və Vüsalə Axundovanın sənədlərini Bakıda yaşayan qohumdan götürməyi bildirmiş, o da sənədləri deyilən yerdən götürmüş, 1700 manat pulu isə arvadı X20 adına olan Unibank kartına göndərilmişdir. Həmin 1700 manat bir nəfər üçün nəzərdə tutulmuşdur. Zeynalabdındən qalan 1700 manat pulu da verməsini tələb etmiş, lakin Zeynalabdın hər dəfə müxtəlif bəhanələr gətirərək pulu ona göndərməmişdir. Bundan sonra o, sənədlərdəki nömrədən həmin şəxslərin qohumu Zərərçəkmiş şəxs2 zəng etmiş, Nərgizə adının Mübariz olmasını, Zeynalabdın təqaüd işini düzəltməyi ona dediyini, sənədlərin ondan olmasını, lakin Zeynalabdınin ona cəmi 1700 manat pul göndərdiyini, həmin pul ilə təqaüd düzəltmək olmadığını bildirmişdir. Nərgiz isə əsəbləşərək Zeynalabdınə 8000 manat pul verdiyini demiş, o da Zeynalabdınin ona 8000 manat göndərmədiyini demişir. Aradan bir az keçdikdən sonra Zeynalabdın özü ona zəng etmiş və Nərgizə niyə elə söz dediyini soruşmuş, o da Zeynalabdınə onun adından yalandan pul aldığı üçün həqiqəti bildirdiyini demiş. Sonra Nərgiz yenidən ona zəng edib işin hansı mərhələdə olduğunu soruşmuş, o da yalandan sistemə vurulduğunu, hazırda gözləmədə olduğunu, həmçinin sənədin verilməsi üçün əlavə pul lazım olduğunu demişdir. Nərgiz ondan nə qədər pul lazım olduğunu soruşmuş, o da 400 manat Ülviyyənin sənədi üçün, 250 manat Vüsalənin sənədi üçün lazım olduğunu demişdir. Elə həmin günlərdə Nərgiz onun arvadı X20 adına olan Unibank kartına 400 və 250 manat pul göndərmişdir. Nərgizdən 650 manat pulu aldıqdan sonra yerdə qalan pulu Zeynalabdın tam göndərmədiyi üçün həmin işə köməklik göstərməmiş, aradan bir neçə gün keçdikdən sonra Zeynalabdın gəlib ondan sənədləri götürmüş, həmin pulları şəxsi ehtiyacına xərcləmişdir. Bundan başqa təxminən 2021-ci ilin may ayında Zeynalabdın ona Ağcabədi rayonu, Qaradolaq kəndində yaşayan tanışı Rövşənin qardaşı Sərdarın kəsilmiş təqaüdlərini bərpa edilməsinə köməklik etməsini xahiş etmiş, o da yenə də pul müqabilində ona köməklik edəcəyini deyib həmin şəxsə aid sənədləri və 3500 manat pul göndərməsini bildirmiş, Zeynalabdın ona Sərdarın sənədlərini və hissə-hissə olmaqla cəmi 1800 manat pul göndərmişdir. Zeynalabdın özü də bu iş üçün Rövşəndən pul aldığını, lakin ona göndərmədiyini bilmiş, ona görə də özü Rövşənə zəng etmiş, Zeynalabdınin ona pul vermədiyini, Rövşənə özünün təqaüdü düzəldəcəyini bildirmişdir. Rövşəndən təqaüdün düzəlməsi üçün hissə-hissə pullar istəmiş, Rövşən də onun arvadım Məryəmin kartına 500 manat, sonra isə 302, 300, 100, 60 manat olmaqla ümumilikdə 1260 manat pul göndərmişdir. Rövşəndən 1260 manat pulu aldıqdan sonra yerdə qalan pulu Zeynalabdın ona göndərmədiyi üçün həmin işə köməklik göstərməmiş, sonradan sənədləri geri qaytarmış, həmin pulları da şəxsi ehtiyacına xərcləmişdir. Bundan başqa Ağcabədi rayonu, Avşar kənd sakinləri Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs9 tanıyır, onlarla qohumluğu və ədavəti yoxdur. Vahidi tanışı Zeynalabdınə görə tanımışdır. Belə ki, 2022-ci ilin fevral ayında Zeynalabdın ona zəng edib tanışı Vahidin təqaüdünün kəsildiyini, deyib həmin təqaüdün bərpa edilməsi üçün Vahidə köməklik etməyini xahiş etmiş, həmçinin Zeynalabdın Vahidin nömrəsini ona verib əlaqə saxlamasını demişdir. O da istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən Vahidin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng etmiş, Vahidlə telefonda təqaüdün bərpa edilməsi üçün danışmış, bundan sonra Vahid sənədlərini götürüb Bakı şəhərinə gəlmiş, onunla görüşmüş, Vahiddən sənədləri götürüb baxmış və təqaüdün düzəlməsi üçün 4000 manat pul istəmişdir. Vahid də həmin vaxt sənədlərlə birlikdə ona 600 manat pul vermiş və qalan pulun da hissə-hissə göndərməyə razılaşmışdır. Bundan sonra təxminən 3 ay ərzində Vahid, onun arvadı X27 adına olan karta hissə-hissə olmaqla ümumilikdə 3000 manat pul göndərmiş, Vahidə təqaüdün iki ay müddətinə hazır olacağına söz vermiş, lakin sonradan həmin təqaüdü düzəldə bilməmiş, həmin pulları da şəxsi ehtiyacına xərcləmişdir. Bundan sonra 2022-ci ilin may ayında Vahid zəng edərək qohumu Zərərçəkmiş şəxs9 da təqaüd düzəltmək istədiyini demiş, sonra Yasin özü onunla danışmış və adını xatırlamadığı gəlini və nəvəsinin təqaüdünün kəsildiyini, həmin təqaüdlərin bərpa olunmasını bildirmişdir. Yasinə təqaüdü bərpa etdirə biləcəyinə söz vermiş və ilkin olaraq hərəsinə 1000 manat pul istəmiş, Yasin də həmin pulları hissə-hissə göndərməyə başlamış, təxminən 2022-ci ilin may ayının əvvəllərində iyul ayınını ortalarına kimi Yasin hissə-hissə olmaqla arvadı X18 adına olan karta ümumilikdə 5200 manat pul göndərmişdir. Yasinədə təqaüdün iki ay müddətinə hazır olacağına söz vermiş, lakin sonradan həmin təqaüdü düzəldə bilməmiş və həmin pulları da şəxsi ehtiyacına xərcləmişdir. Ağcabədi rayonu, Yeni Qaradolaq kənd sakini Zərərçəkmiş şəxs4 tanıyır. Təxminən 2021-ci ilin fevral ayında tanışı Zeynalabdıngilə gedən vaxt kəndin kənarında kafedə olan zaman Zeynalabdınin dostu Zərərçəkmiş şəxs4 də oraya gəlmiş, Zeynalabdın onları tanış etmiş, birlikdə kafedə yemək yeyib söhbət edərkən söhbət əsnasında Nofələ “əgər kiminsə təqaüd işi və ya məktəb işi olarsa deyərsən düzəldə bilərəm” sözlərini demişdir. Təxminən 2021-ci ilin may ayında Nofəl ona zəng vurub arvadı Sənubərə təqaüd düzəltmək istədiyini bildirmiş, o da Nofələ təqaüdü düzəldə biləcəyini bildirərək bu iş üçün Nofəldən 2700 manat pulistəmişdir. Aradan bir neçə gün keçdikdən sonra Nofəl zəng edib 2700 manat pulun və sənədlərin hazır olduğunu və taksi ilə göndərdiyini demiş, həmin gün tanımadığı taksi sürücüsü ona zəng edib Nofəlin pul və sənəd göndərdiyini demiş, onlar Bakı şəhəri 3-cü mikrorayon dairəsində görüşmüş, sürücüdən 2700 manat pulu və sənədləri götürmüşdür. Aradan bir neçə gün keçdikdən sonra təxminən 2021-ci ilin may ayının axırlarında Nofəl ona zəng edib baldızı Gülzarın təqaüdünün kəsildiyini, həmin təqaüdü bərpa etdirmək istədiyini demiş, o da Nofələ təqaüdün bərpa edə biləcəyimi bildirmiş və bu iş üçün Nofəldən 1600 manat pul istəmişdir. Aradan bir neçə gün keçdikdən sonra Nofəl zəng edib 1600 manat pulun və sənədlərin hazır olduğunu və taksi ilə göndərdiyini demiş, gün tanımadığı taksi sürücüsü ona zəng edib Nofəlin pul və sənəd göndərdiyini demiş, Bakı şəhəri 3-cü mikrorayon dairəsində görüşmüş, o, sürücüdən 1600 manat pulu və sənədləri götürmüşdür. Təxminən 2021-ci ilin iyun ayında Nofəl ona zəng edib bacısı nəvəsinin ali məktəbə qəbul imtahanından az bal yığdığını, onu ali məktəbə qəbul etdirmək istədiyini bildirmiş, o da Nofələ həmin uşağı ali məktəbə qəbul etdirəcəyini bildirmiş və bu iş üçün Nofəldən 4000 manat pul istəmişdir. Nofəl də pul hazır olanda xəbər edəcəyini demişdir. Aradan bir neçə gün keçdikdən sonra təxminən 2021-ci ilin iyun ayında Nofəl ona zəng edib başqa bir qohumunun kənd məktəbində müəllim kimi işə düzəltmək istədiyini demiş, o da Nofələ həmin adamı məktəbə müəllim düzəldəcəyimi bildirmiş və bu iş üçün Nofəldən 3300 manat pul istəmişdir. Nofəl də pul hazır olanda xəbər edəcəyini demişdir. Aradan bir neçə gün keçdikdən sonra Nofəl onunla danışıb pulların hazır olduğunu bildirmişdir. Həmin günlərdə Ağcabədi rayonuna getməli olduğu üçün Nofələ yaxında Ağcabədiyə gələcəyini, orada pulu ondan götürəcəyini bildirmiş, bir neçə gün sonra Ağcabədiyə gəlmiş, Zeynalabdınə də gəldiyini bildirdiyi üçün Ağcabdi şəhərində görüşmüşlər, bir az sonra Nofəl də bacısı oğlu Ramiz adlı şəxslə onların yanına gəlmişdir. Ramiz qızını ali məktəbə düzəltmək istədiyini bildirmiş Nofəl orada ona 7300 manat pul vermiş, o da Nofələ təqaüdləri və məktəb işlərini 3 ay müddətində düzəldəcəyinə söz vermiş. Lakin sonradan həmin işləri düzəldə bilməmiş və həmin pulları da şəxsi ehtiyacıma xərcləmişdir. Bundan başqa X34 tanıyır, onunla qohumluğu və ədavəti yoxdur. Rafiqi tanışı Tahirin vasitəsilə tanımışdır. Təxminən 2020-ci ilin fevral ayında Tahirlə Bakı şəhərində görüşmüş, söhbət edən zaman Tahir ona bir nəfər tanışının öz qızını bağça müəlliməsi kimi işə düzəltmək istədiyini, ona görədə kömək lazım olduğunu demiş, o da Tahirə köməklik edə biləcəyini bildirmiş və bu iş üçün Tahirdən 5000 manat pul istəmiş, Tahirə pulun 3000 manatını əvvəlcədən, qalan 2000 manatı da iş düzələndən sonra verməsini demiş, Tahir də sonradan tanıdığı Rafiqlə danışıb razılaşmışlar. Rafiqlə danışmış və 28 fevral 2020-ci il tarixdə günorta saatlarında Bakı şəhəri Nərimanov rayonu ərazisində görüşmüş, Rafiq orada ona 1000 manat pul vermiş, bundan sonra 02 mart 2020-ci il tarixdə günorta saatlarında Rafiqlə danışıb yenidən Bakı şəhəri Binəqədi rayonu ərazisində görüşmüş, Rafiq bu dəfə də ona 1000 manat pul vermişdir. Aradan təxminən bir ay keçdikdən sonra Rafiq zəng edib 1000 manatın da hazır olduğunu demiş. O da Rafiqə həmin pulu poçtdan adına göndərməsini demiş, o da 1000 manat pulu poçt vasitəsilə ona göndərmişdir. Sonradan Rafiqin işini düzəldə bilməmiş, həmin pulları da şəxsi ehtiyaclarına xərcləmiş, ona görə də Rafiqin pulunu qaytara bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs17 tanışı Könülün vasitəsi ilə tanımışdır. Belə ki, Könülün tanışı Kəklik adlı qadının qızı Bakı şəhəri, Xətai rayonu ərazisində məktəblərindən birinə işə qəbul olmaq istəmiş, Həmin ərəfədə Könül ona bu barədə məlumat verərək Kəkliyin qızının müəllim kimi işə qəbul edilməsinə köməklik edə biləcəyini soruşmuş, o da Könülə bu məsələni həll edə biləcəyini bildirmişdir. Bundan sonra Kəkliklə tanış olmuş onun qızının məktəbə müəllim kimi işə düzəlmək üçün 7000 manat pul almışdır. Həmin vaxtlarda Kəklik ona bildirmişdir ki, tanışı Zərərçəkmiş şəxs17 qızı tibb texnikumuna qəbul olmaq istəyir. O da bu işi həll edə biləcəyini dedikdə Kəklik Məhbubəyə məlumat vermişdir. Bundan sonra Məhbubə ona telefonla zəng edərək qızının tibb texnikumuna qəbul etdirmək istədiyini bildirmiş, ona kömək etməyini xahiş etmişdir. O, bu barədə Məhbubəyə vəd verib bu işinmüqabilində ondan 3000 manat pul istəmişdir. Məhbubə razılaşmış, iki dəfə olamaqla 1500 manat, ümumilikdə 3000 manat pulu Kəkliyin vasitəsi ilə almışdır. Məhbubənin qızının işini həll etməyə çalışmış, bir neçə vaxtdan onra Məhbubədən əlavə olaraq 700 manat pul almışdır. Bir neçə vaxtdan sonra Məhbubəgil pulları geri qaytarmağını tələb etmiş, həmin ərəfədə həbs olunduğu üçün Məhbubə və Kəkliyin işini həll edə bilməmiş, Lakin buna baxmayaraq onların hər ikisinin də pullarını özlərinə qaytarmışdır. Bundan başqa Zərərçəkmiş şəxs15 2022-ci ilin oktyabr ayından tanıyır. Bəhram adlı şəxsi isə tanışı Nəsibin vasitəsi ilə tanımışdır. Belə ki, 2022-ci ilin oktyabr Nəsib ona “tanışım Bəhram Aidə adlı qadının uşağının əllik müavinatını düzəltmək üçün pul almış, lakin işi həll edə bilməmiş, Aidə isə Bəhramdan şikayət etmişdir” sözlərini demişdir. Ona görə də onlarla birlikdə Lökbatan qəsəbəsinə gedib Aidə ilə söhbət edərək Bəhramdan şikayət etməməsinin qarşısını almaqda onlara kömək etməsini xahiş etmişdir. O da razılaşmış, Nəsib və Bəhramla birlikdə Lökbatan qəsəbəsinə gəlmiş, Aidə ilə görüşmüş Aidənin Bəhramdan şikayət etməməsi üçün Aidəyə “məsələni mən özüm həll edəcəm, qızının əllik təqaüdünü həll edəcəm” sözlərini demişdir. xx.xx.2022-ci il tarixdə Aidə ilə telefon əlaqəsi saxlamış, ona qızının əllik təqaüdünü bərpa etdirəcəyini vəd edib bu iş üçün 1500 manat pul istəmiş, Aidə isə ona 1000 manat pulunun olduğunu bildirmişdir. Aidənin pulunu almaq üçün ona istifadəsində olan Bank kartının fotoşəklini vopchat vasitəsi ilə Aidəyə göndərmiş. Aidə isə həmin hesab kartına 1000 manat pul göndərmişdir. xx.xx.2022-ci il tarixdə yenidən Aidə ilə əlaqə saxlamış, uşağının işi həll etdiyini və əlavə olaraq pul lazım olduğunu bildirmişdir. Aidə isə ona boyunbağısının kulonunu satıb pul göndərəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə Aidə istifadəsində olan hesab kartıma 205 manat pul göndərmişdir. Pulu aldıqdan sonra Aidənin məsələsini həll edə bilməmiş, həmin pulları öz təlabatı üçün xərcləmiş, Aidəyə isə işin qısa vaxt ərzində düzələcəyini bildirmişdir. Həmin gün Aidə ilə görüşüb söhbət etdikdən sonra X47 adlı qadından da pul aldığını, Səfurənin də Bəhramdan şikayətçi olmasını, Səfurə ilə görüşüb Səfurədən onlar vaxt verməsini, hissə-hissə pulları qaytaracaqlarını bildirərək, şikayət etməməsini xahiş etməsini ona bildirmişlər. Bundan sonra birlikdə Zərərçəkmiş şəxs16 Tofqovnanın evinə getmişlər, orada Səfurə ilə söhbət edərək Səfurəyə “bu işi mən həll edəcəm” demişdir. Bir neçə gündən sonra Səfurəyə zəng edərək ona işi həll etdiyini, lakin 1200 manat pul lazım olduğunu demişdir. Səfurə razılaşdıqdan sonra ona votsapp vasitəsi ilə hesab kartının şəklini göndərmiş, Səfurə də həmin karta 1200 manat pul göndərmişdir. Bu yolla Səfurədən 3000 manat pul almışdır. Səfurədən pulları aldıqdan sonra ona yaxın vaxtlarda işin düzələcəyini bildirmiş, Səfurədən aldığı pulları öz ehtiyaclarına xərcləmiş, lakin müəyyən səbəblərdən Səfurənin qızının əlillik təqaüdünü bərpası məsələsini həll edə bilməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs13 tanıyır, Hicran və Nazimi tanışı Bəhrəm vasitəsilə tanımışdır. Belə ki, təxminən 2022-ci ilin dekabr ayının əvvəllərində Bəhrəm ona Hicran və Nazim adlı tanışlarının təqaüdünü kəsildiyini bildirib təqaüdün bərpa edilməsi üçün köməklik edə biləcəyini soruşduqda Bəhrəmə sənədləri gətirməsini, maraqlanıb məlumat verəcəyini demiş, Bəhrəm də Hicran və Nazimin sənədlərini ona gətirmişdir. Bundan sonra o, özü Nazimə zəng edib Bakı şəhəri 20 yanvar metrosunun yaxınlığnda görüşmüş, söhbət edən zaman Nazim əlavə olaraq Məhəmməd adlı tanışının da təqaüdünün bərpa edilməsini xahiş etmişdir. Birlikdə oradan Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospektində yerləşən tikinti malları bazarında Məhəmmədin mağazasına gəlmişlər. Birlikdə yenidən təqaüdün bərpası ilə bağlı söhbət etmişlər, o, onlardan hər bir sənəd üçün 1500 manat pul istəmiş, onlar da razılaşmış və təkcə Məhəmməd əlavə 1000 manat da verəcəyini, onun sənədini ayın sonuna kimi tez düzəltməsini xahiş etmiş, o da razılaşmış 08 dekabr 2022-ci il tarixdə günorta saatlarında Məhəmmədin mağazasına getmiş. Onların hər üçü də mağazada olmuşdur. Həmin vaxt Hicran 1500 manat, Məhəmməd də öz pulunu yəni 2500 manatı Nazimə vermiş, Nazim də 1500 manat əlavə edib 4000 manat pulu ona vermişdir. Mən Məhəmmədin təqaüdünü dekabr ayınını axırınadək, Nazim və Hicranın isə yanvar ayının axırınadək düzəldəcəyinə söz vermişdir. Sonradan onların təqaüd işini düzəldə bilməmiş və həmin pulları da şəxsi ehtiyaclarına xərcləmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında təqsrləndirilən şəxs X12 ona Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Ağcabədi rayonu, Avşar kənd sakini Zərərçəkmiş şəxs3 tanıyır. Belə ki, onun qızı Zümrüd Avşar kəndində ərdədir, yeznəsi Niyazi ilə Ülviyyəgilin qohumluğu var. 2021-ci ilin aprel ayında Ülviyyənin əmisi Habil onunla telefonla danışıb Ülviyyənin təqaüdünün kəsildiyini, onu bərpa etməyə köməklik etməyini xahiş etmiş, o da Habilə köməklik edəcəyini bildirmişdir. Ülviyyə ilə danışmış, ona oğlu Sədi ilə Bakı şəhərinə gedib Əlilllərin Bərpa Cəmiyyətində sənədlərinin təqdim etməsini demiş, Ülviyyəgilin sənədlərinin sistemə vurulması alınmadığı üçün geri qayıtmışlar. Ülviyyə ilkin olaraq Sədiyə sənədlərlə birlikdə 2500 manat pul vermiş, Sədi də həmin sənədləri və 2500 manat pulu ona vermişdir. Bundan sonra 2021-ci ilin may ayında Ülviyyənin evinə gedib təqaüdün düzəlməsi üçün əlavə olaraq 300 manat pul almış. Aradan bir həftə keçdikdən sonra yenidən Ülviyənin evinə gedib 800 manat pul almış. Sonuncu dəfə isə yenə də bir həftə sonra 600 manat Ülviyyədən evində pul almışdır. Ülviyyədən bu məqsədlə ümumilikdə 4200 manat pul almışdır. Bu məqsədlə tanışı Təqsirləndirilən şəxs1 ilə telefon əlaqəsi saxlamış, məsələni ona izah etmiş, Mübariz də ona Ülviyyənin təqaüdünü düzəldə biləcəyini demişdir. Mübariz ilə 5 il bundan əvvəl qonşu kənddə təsadüfən yas yerində tanış olmuş, Mübariz ona təqaüd düzəltməklə məşğul olduğunu demişdir. Ülviyyədən aldığı puldan 1700 manatını Mübarizin arvadı X18 adına olan karta göndərmişdir. Sonradan isə Mübarizin özünün Ülviyyə ilə danışdığını, Ülviyyə əlavə olaraq Mübarizə 800 manat pul göndərməsini bilmiş, lakin bundan xəbəri olmamışdır. Ülviyyədən aldığı pulları şəxsi ehtiyaclarına xərcləmiş, Ülviyyənin təqaüdünü düzəldə bilməmişdir. Bundan başqa Ağcabədi rayonu, Avşar kənd sakini Zərərçəkmiş şəxs2 tanışı Aydın Quliyevə görə tanımışdır. 2021-ci ilin iyun ayında Nərgiz ilə Ağcabədi rayon mərkəzi xəstəxanasında görüşmüş, Nərgiz qızı Vüsalənin təqaüdünün kəsildiyini, onu bərpa etməyə köməklik etməyini xahiş etmişdir. O da Nərgizə köməklik edəcəyini demiş, Nərgizdən bu iş üçün 5000 manat pul istəmişdir. Nərgiz də onun evinə gəlmiş ilkin olaraq ona1500 manat pul və Vüsalənin sənədlərini vermişirdi. Bundan sonra 2022-ci ilin mart ayınadək olan müddətdə Nərgiz hər dəfə onun evinə gəlmiş, 1500 manatdan əlavə hissəhissə olmaqla 2850 manat pul vermişdir. Vüsalənin də işini Mübarizlə danışmış, sənədlərini göndərmişdir. Sonradan isə Mübarizin özü Nərgiz ilə danışmasını, Nərgiz də əlavə olaraq Mübarizə 650 manat pul göndərdiyini bilmişdir, lakin bundan xəbəri olmamışdır. Nərgizdən aldığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa Ağcabədi rayonu, Avşar kənd sakini Zərərçəkmiş şəxs18 tanıyır, aralarında ədavətləri yoxdur, Aygülü Nərgizə görə tanımışdır. 2021-ci ilin iyul ayında Aygül ilə Ağcabədi rayon Əhalinin Sosial Müdafiəsi şöbəsinin qarşısında görüşmüş, Aygül təqaüdünün kəsildiyini, onu bərpa etməyə köməklik etməyini ondan xahiş etmiş, o da Aygülə köməklik edəcəyini bildirmişdir. Aygüldən bu iş üçün 1700 manat pul istəmişdir. Aradan bir neçə gün keçdikdən sonra Aygül ilə Ağcabədi şəhərinin çıxışında görüşmüş, Aygül qardaşı Elgün ilə gəlmiş, orada ona 1700 manat pul vermişdir. Aradan bir ay keçdikdən sonra isə təqaüdün düzəlmədiyini deyib əlavə olaraq Ağcabədi rayonu, Avşar kəndinin girişində Aygüldən 400 manat pul almışdır. Aygüldən aldığı pulları şəxsi ehtiyaclarına xərcləmiş, Aygülün təqaüdünü düzəldə bilməmişdir. Bundan başqa Ağcabədi rayonu, Qaradolaq kənd sakini X21 uzun illərdir ki, tanıyır. Əvvəllər Rövşənə təqaüd düzəldə bildiyiyi üçün Rövşənə əgər kiminsə işi olarsa müraciət edə biləcəyini demişdir. Təxminən 2021-ci ilin iyun ayında yenə də təsadüfən Rövşənlə Ağcabədi rayon mərkəzi xəstəxanasının qarşısında qarşılaşmış, söhbət edən zaman Rövşən ona qardaşı Sərdarın İİ qrup əlilliyə görə təqaüdünün dayandırıldığını bildirmiş və ona köməklik etməyini xahiş etmişdir. Rövşənə tanışının olduğunu və onun vasitəsilə düzəldə biləcəyini demiş, bu məqsədlə təklikdə tanışı Təqsirləndirilən şəxs1 ilə telefon əlaqəsi saxlamış, məsələni ona izah etmiş, Mübariz də ona Sərdarın təqaüdünü düzəldə biləcəyini bildirmişdir. Mübariz ilə 5 il bundan əvvəl qonşu kənddə təsadüfən yas yerində tanış olmuş, Mübariz ona təqaüd düzəltməklə məşğul olduğunu demişdir. Mübarizlə danışan zaman təqaüdün düzəlməsi üçün 3500 manat pul istəmiş, o da həmin məbləğin çox olduğunu bildirmiş və axırda 2900 manata razılaşmışlar. Mübarizlə danışıb razılaşdıqdan sonra Rövşənlə görüşüb ona təqaüdün düzəlməsi üçün 2900 manat pul lazım olduğunu və onda də əlavə 150 manat verməsini demiş, Rövşən də razılaşmışdır. Aradan 10 gün keçdikdən sonra Rövşən ilə danışıb xəstəxananın qarşısında görüşmüş, orada Rövşən ona 1350 manat pul və Sərdarın sənədlərini vermişdir. Səhəri gün yenə də xəstəxananın qarşısında görüşmüş və Rövşən bu dəfə 1000 manat pul vermiş, onun səhəri gün isə 150 manat vermişdir. Rövşən ümumlikdə ona 2500 manat pul vermiş, Mübariz isə pulun az olduğunu bildirmişdir. Ona görə də o, özü Rövşənin qardaşı Sərdarın evinə getmiş və əlavə 700 manat pul almış, bir neçə gündən sonra isə Rövşənin özündən xəstəxanının qarşısında 200 manat pul almış, Rövşəndən ümumilikdə 3400 manat pul almışdır. Bundan sonra o, 2021-ci ilin iyun ayında Boyat marketdəki ödəniş terminalı vasitəsilə Mübarizin arvadı X18 adına olan karta 450 manat, Hindarx qəsəbəsindəki poçt vasitəsilə öz adından Mübarizin adına 500 manat, sonra isə Məryəmin kartına 600 manat, yenə də iki gün ara ilə Məryəmin kartına 450 manat və 300 manat, Mübarizə hissə-hissə olmaqla ümumilikdə bir həftə ərzində 2300 manat pul göndərmişdir. Mübariz ona təqaüdün bir ay müddətinə düzəlməyinə söz vermiş, ona görə də o da Rövşənə təqaüdün bir ay müddətinə düzəldəcəyinə söz vermişdir. Aradan bir ay keçmiş, Rövşən ondan təqaüdü soruşmuş, o da Mübarizdən soruşmuş, Mübariz də ona yaxın vaxtda düzələcəyinə söz vermişdir. Bundan sonra dəfələrlə Rövşən ondan təqaüdü soruşur, o da Mübarizdən soruşur, Mübarizdə hər dəfə müxtəlif bəhanələr gətirib təqaüdü düzəltməmişdir. Sonradan Mübariz özü də Rövşənlə danışıb təqaüd üçün onun xəbəri olmadan 1260 manat pulu almasını bilmişdir. Rövşəndən aldığı 3400 manat puldan 2300 manatını Mübarizə göndərmiş və qalan 1100 manatı da şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa Ağcabədi rayonu, Yeni Qaradolaq kənd sakini Zərərçəkmiş şəxs4 tanıyır, Nofəl ilə 30 ildir kirvədir, ona görə də yaxın münasibətləri vardır. Təxminən 2022-ci ilin mart ayında Nofəl ilə telefonla zəngləşib pul ehtiyac olduğu üçün Nofəldən 1500 manat borc pul istəmiş, Nofəl də səhəri gün onlara gəlmiş və 1500 manat pulu ona vermişdir. Aradan bir neçə gün keçdikdən sonra ona yenə də pul ehtiyac olduğu üçün Nofəldən yenə də borc pul istəmiş, Nofəldə yenə onlara gəlmiş və ona 1500 manat borc pul vermişdir. Aradan bir neçə gün keçdikdən sonra ona yenədə pul ehtiyac olduğu üçün Nofəldən yenə də borc pul istəmiş, Nofəl yenə də onlara gəlmiş, ona 1500 manat borc pul vermişdir. Sonuncu dəfə isə yenə də bir neçə gün sonra Nofəldən öz evində 1100 manat borc pul almış. 2022-ci ilin mart ayı ərzində Nofəldən ümumilikdə 5600 manat borc pul almış, sonradan Nofəl ondan borcunu istəmiş, lakin maddi imkanı olmadığı üçün Nofəlin borcunu qaytara bilməmişdir. Bundan başqa Ağcabədi rayonu, Hindarx qəsəbə sakini X38 qonşu kənd sakini kimi uzun illərdir ki, tanıyır, yaxın münasibətləri vardır. Təxminən 2021-ci ilin sentyabr ayında Loğman ilə Ağcabədi rayonunda qarşılaşmış, söhbət edən zaman Loğman bacısı Zərərçəkmiş şəxs14 təqaüdünün kəsildiyini ona demiş və həmin təqaüdün bərpa olunması üçün ona köməklik etməyini xahiş etmiş, o da Loğmana bu işdə ona köməklik edəcəyini bildirmişdir. Danışmaq üçün birlikdə Xalidənin evinə getmiş, Xalidə ilə də təqaüdün bərpa etməyi barədə danışmış və bu iş üçün ondan 1000 manat pul istəmiş, Xalidə də ilkin olaraq öz evində ona 650 manat pul və lazımı xəstəlik sənədlərini vermişdir. Təxminən bir həftə keçdikdən sonra o, yenidən Xalidənin evinə gedib əlavə olaraq 200 manat, təxminən bir həftə sonra da yenidən Xalidədən 160 manat pul almışdır. Ümumilikdə Xalidədən təqaüdün bərpası üçün 1010 manat pul almış, təqaüdün iki ay müddətinə düzəldəcəyinə dair Xalidəyə söz vermişdir. Xalidədən aldığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir.Törətdiyi əməldən peşmandır.İlk dəfədir cinayət məsuliyyətinə cəlb edilir.Zərərçəkmiş şəxslərdən üç nəfər ilə aralarında barışıq əldə olunmuşdur.Digər zərəçəkmiş şəxslərə ziyanı ödəyə biləmişdir.Qeyd olunalara əsasən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 bildirmişdir ki, Ağcabədi rayonu, Boyat kənd sakini X12 ilə 30 ildir kirvədir, ona görə də yaxın münasibətləri olmuşdur. 2021-ci ilin yanvar ayında Zeynalabdinlə Ağcabədi rayonunda görüşmüş, Zeynalabdinlə söhbət zamanı oğlu Adəmi işə düzəltmək istədiyini bildirmiş, Zeynalabdin isə Adəmi FHN-də yüksək vəzifədə işləyən qohumunun vasitəsi ilə işə düzəldə biləciyini, lakin işin düzəlməsi üçün 6-7 manat pul istəmişdir. Bundan sonra 6500 manat pul düzəltmiş, bundan sonra digər oğlu X15 yaşadığı evə gedərək 6500 manat pulu Zeynalabdinə vermiş, Zeynalabdin isə pulu götürüb üç ay müddətində Adəmin işinin düzələcəyini bildirmişdir. Lakin həmin vaxtdan keçməsinə baxmayaraq Zeynalabdindən işin nə vaxt düzələcəyini soruşmuş, Zeynalabdi isə müxtəlif bəhanlər gətirmişdir. Zeynalabdin tərəfindən aldanıldığını başa düşümüş, ondan pulu geri qaytarmasını tələb etmiş, lakin Zeynalabdin pulu geri qaytarmamışdır.Təqsirləndirilən şəxs1 tanıyır, onunla qohumluğu və ədavəti yoxdur. Təxminən 2021-ci ilin fevral ayında Zeynalabdın onu kəndə qonaq dəvət etmiş, kəndin kənarında yerləşən kafedə görüşmüşlər. Həmin vaxt Zeynalabdınin yanında sonradan tanıdığı Mübariz də olmuş. Zeynalabdın onları tanış etmişdir. Mübariz özünü ona TSEK-in həkimi kimi təqdim etmişdir. Söhbət əsnasında Mübariz onlara bibisi oğlu Nicat Məmmədlinin Təhsil nazirinin müavini olduğunu, uşaq bağçasına və ya orta məktəbə işə düzəltmək və təqaüd təyin etdirmək imkanı olduğunu demişdir. Təxminən 2021-ci ilin may ayının əvvəllərində o, arvadı X23 təqaüd düzəltmək istədiyi üçün bu barədə Mübarizlə danışmış, o da təqaüd düzəldə biləcəyinə söz vermiş və bu iş üçün ondan 2700 manat pul istəmiş, o da Sənubərin sənədlərini və 2700 manat pulu düzəldib Bakı şəhərinə taksi işləyən həmkəndlisi X51 vasitəsilə Mübarizə göndərmişdir, sonra Mübarizlə danışmış və Mübariz ona pulu götüdüyünü demişdir. Həmin vaxtda baldızı X17 da təqaüdü kəsilmişdir. Gülzar da onların təqaüd işilərini bildiyi, üçün ondan Mübarizlə danışmağı xahiş etmiş, o da bu barədə Mübarizlə danışmış, Mübariz Gülzarın işi üçün 1600 manat istəmişdir. Gülzarın əri İbrahim uzun illər bundan əvvəl vəfat etmiş, bir oğlu da xaricdə yaşayır, yanında təkcə oğlu Pərviz yaşayır, o da fəhləliklə məşğul olur, ona görə də maddi imkanları çox aşağıdır. Bu səbəbdən Gülzar ona “təqaüdün düzəlməsi üçün tələb olunan pulu sən verərsən, təqaüd düzələndən sonra pulunu geri qaytararam” sözlərini demişdir. O da razılaşmış. Mübarizlə danışıb Gülzarın sənədlərini və 1600 manat pulu Bakı şəhərinə taksi işləyən həmkəndlisi X52 vasitəsilə Mübarizə göndərmiş, sonra Mübarizlə danışmış və Mübariz pulu götürdüyünü ona demişdir. Mübariz ona təqaüdlərin iki ay müddətində düzələcəyinə söz vermişdir. Həmin günlərdə bacısı oğlu Zərərçəkmiş şəxs5 ilə görüşəndə Ramiz ona qızı Fiqurənin ali məktəbə qəbul olmaq üçün imtahan verdiyini, ola bilər ki, imtahandan az bal toplayacağını deyib əgər balı az olduğu halda Fiqurənin ali məktəbə qəbul olunması üçün adam axtardığını bildirmiş, o da Mübarizin Təhsil Nazirliyində qohumu olduğunu bilib Ramizə Mübariz adlı adam tanıdığını, onun Təhsil nazirliyində qohumunun olduğunu, bu işlərdə bizə köməklik edə biləcəyini bildirmişdir. Ramiz də ondan Mübarizlə danışmağını xahiş etdiyi üçün Ramizin yanında Mübarizlə danışmış, Ramizin istəklərini Mübarizə bildirmiş, Mübariz də maraqlanacağını bildirmişdir. Səhəri gün onlar yenidən Mübrizlə danışmışlar, Mübariz işlə maraqlandığını, düzəldə biləcəyini bildirmiş və bu iş üçün 4000 manat pul istəmiş, Ramiz də pulu düzəldib xəbər edəcəyini bildirmişdir. Həmin günlərdə qaynı Səxavətgilə qonaq getmişdir. Həmin vaxt Səxavətin gəlininin qardaşı Zərərçəkmiş şəxs6 da onlara qonaq gəlmişdir. Evdə ordan-burdan söhbət edən zaman Elgiz arvadı Mehriban Nəcəfovanı kənd məktəbinə müəllim düzəltmək istədiyini, lakin bunun üçün bir adam tapmadığını bildirmiş, o da Elgizə Mübariz adlı bir adamın olduğunu məktəbə müəllim düzəldə bildiyini demiş, Elgiz də Mübarizlə danışmağını xahiş etmiş, o da elə orada Mübarizlə danışmış, kənd məktəbinə müəllim düzəldə biləcəyini soruşmuş, Mübariz də düzəldə biləcəyini demişdir. Bu barədə ətraflı danışıq olmuş, yekunda Mübariz bu iş üçün 3300 manat pul istəmiş, Elgiz də razılaşmışdır. Aradan bir neçə gün keçdikdən sonra Ramiz və Elgiz pulu düzəltdiklərini ona demiş, o da Mübarizlə danışmış, işlər üçün istədiyi pulların hazır olduğunu demiş, Mübariz də yaxın günlərdə Ağcabədi rayonuna gələcəyini və orada görüşüb pulu götürəcəyini bildirmişdir. O da bu barədə Elgiz və Ramizə məlumat vermişdir. Elgizlə kənddə görüşmüş və Elgiz ona 3300 manat pul vermişdir. Səhəri gün, yəni təxminən 2021-ci ilin iyun ayında Mübariz Ağcabədi rayonuna gəlmiş, o, Ramizlə danışmış birlikdə gedib Mübarizlə Ağcabədi şəhərində köhnə avtovağzalda görüşmüşlər. Mübarizin yanına çatanda Zeynalabdin də orada olmuşdur. Ramiz orada 4000 manat pulu ona vermiş, o da Zeynalabdınin yanında Mübarizə Elgizin 3300 manat pulunu və Ramizin 4000 manat pulunu ümumlikdə 7300 manat pulu vermişdir. Mübariz də pulu alıb həmin işlərin təxminən 3 ay ərzində düzələcəyinə söz vermişdir. Mübarizin vəd verdiyi vaxt tamam olmuş, Mübarizdən zəng edib təqaüdləri və məktəb işlərini maraqlanmış, Mübariz də ona yaxın günlərdə düzələcəyini deyirmiş. Mübariz hər dəfə müxtəlif bəhanələr gətirib işləri düzəltmir, Mübarizin onu aldatmasını başa düşmüş, ona görə də Mübarizdən pulunu geri tələb etməyə başlamış, Mübariz də pulu qaytaracağına söz vermiş, lakin pulu geri qaytarmamış, ona görə də məcbur olub özündən Ramizin 4000 manatını və Elgizin 3300 manat pulunu özlərinə qaytarmışdır.Hal-hazırda Zeynalabdin Əhmədovdan şikayət və tələbi yoxdur.Təqsirləndirilən şəxs1 tərəfindən ona ziyan ödənilməmişdir, ondan şikayətçidir və ciddi cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır. Təxminən 2-3 il bundan əvvəl Ağcabədi rayon mərkəzi xəstəxanasında yatan zaman təsadüfən Ağcabədi rayonu, Boyat kənd sakini X12 ilə tanış olmuş, söhbət edən zaman Zeynalabdin ona təqaüd düzəldə bildiyini demiş, lakin ehtiyac olmadığı üçün onunla əlaqə saxlamamışdır. Təxminən 2021-ci ilin sentyabr ayında onu təqaüdü kəsilmiş, buna görə də özünə təqaüd düzəltdirmək istəyirmiş. O, 2022-ci ilin aprel ayında təsadüfən Zeynalabdin ilə Ağcabədi rayon mərkəzi xəstəxanasında görüşmüş, Zeynəlabidinə təqaüdünün kəsildiyini, düzəltdirmək istədiyini bildirmişdir. Zeynəlabidin də ona Bakı şəhərində adamı olduğunu, onun vasitəsilə düzəltmək mümkün olduğunu demiş, onun nömrəsini götürdmüşdür. Aradan 2-3 gün keçdikdən sonra istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə ***-***-**-** saylı nömrədən zəng gəlmış, zəng edən şəxs Təqsirləndirilən şəxs1 olmuşdur. Mübariz ona özünü Respublika Əlilllər Mərkəzini əməkdaşı kimi təqdim edərək ona “sənin nömrəni Zeynəlabidin verib, təqaüdə görə zəng etmişəm, əgər istəyirsənsə təqaüdünü düzəldə bilərəm” sözlərini demiş, o da razılaşmış, Mübariz ona sənədlərini götürüb Bakı gəlməyini təklif etmiş, o da qohumu Barat Mehdiyev ilə birlikdə Bakı şəhərinə gəlmiş, Nizami metrosunun yaxınlığında çay evində görüşmüşlər. Mübariz onun sənədlərini götürmüş və təqaüdün düzəlməsi üçün 4000 manat pul istəmişdir. Üzərində 600 manat olduğu üçün Mübarizə orada 600 manat pul vermiş və qalan pulu da hissəhissə göndərəcəyini bildirmiş, Mübariz də razılaşmış və təqaüdünü iki ay ərzində düzəldəcəyini söz vermişdir. Aradan iki gün keçdikdən sonra Mübariz ona zəng edib əlavə pul göndərməsini bildirmiş, o da Mübarizin göndərdiyi karta, yəni onun arvadı X18 adına olan karta 350 manat pul göndərmişdir. Aradan bir gün keçdikdən sonra Mübariz zəng edib əlavə pul istəmiş, bu dəfə də həmin karta 350 manat göndərmişdir. Bundan sonra Mübariz hər dəfə zəng edib pul istəmiş, o da hissə-hissə Mübarizin kartına pul göndərirmiş. Təxminən 3 ay ərzində hissə-hissə olmaqla Mübarizə əlavə olaraq 2300 manat pul göndərmiş, ümumilikdə isə Mübarizə 3600 manat pul göndərmişdir. Mübarizin vəd verdiyi vaxt tamam olmuş, Mübarizdən təqaüdünü maraqlanırkən, Mübariz yaıxn günlərdə düzələcəyini deyir, o da gözləyirmiş, lakin təqaüdüm düzəlmirmiş. Mübarizdən pulumu geri tələb etməyə başlamış, Mübariz pulu qaytaracağına dair söz versədə hələ də onun pulunu geri qaytarmamışdır.Hal-hazırda Təqsirləndirilən şəxs1 şikayətçidir və ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs11 bildirmişdir ki, 2021-ci ilin dekabr ayından onun və tanışları Qarabağ müharibəsi əlilləri, Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs12 təqaüdləri dayandırılmışdır. Onlar bu barədə maraqlananda yenidən yoxlanacaqları, əgər müsbət nəticə olarsa təqaüdlərinin bərpa olunacağı onlara bildirilmişdir. Həsənov X31 bazarında dam örtükləri mağazasında işləyir, onlarda tez-tez onun yanına gedib-gəlirmilər. 2022-ci ilin dekabr ayında Mübariz, onun tanışı Nazimə zəng edərək DSMF-nin daxilində olan həkim komissiyasında tanışlarının olduğunu və təqaüdün bərpası məsələsində köməklik edəcəyini, həmçinin Mübariz təqaüdün tezləşməsi üçün pul vermək lazım olduğunu bildirmiş, buna görə də Mübarizin təklifi ilə razılaşmışlar. Mübariz ilə Nazim 08 dekabr 2022-ci il tarixdə Məhəmmədin iş yerinə gəlmiş, əvvəlcədən Mübarizlə danışdığı üçün 1500 manat pul hazırlamışdır. O, Məhəmmədin mağazasında Mübarizə 1500 manat pul vermiş, Mübariz isə dekabr ayının sonunadək təqaüdü düzəldəcəyinə söz vermişdir. Bundan başqa həmin vaxt Zərərçəkmiş şəxs13 1500 manat, Məhəmməd də Nazim vasitəsilə 2500 manat Mübarizə pul vermişdir. Mübarizin vəd etdiyi vaxt tamam olmuş, Mübarizlə danışıb təqaüdü maraqlanmışlar, Mübariz də yaxın günlərdə düzələcəyini demiş, lakin düzəlməmişdir. Mübariz də hər dəfə müxtəlif bəhanələr gətirmiş, Mübariz tərəfindən aldanıldığını başa düşmüş, ona görə də Mübarizdən pulu geri tələb etməyə başlamış, Mübariz pulu qaytaracağına söz versədə pulu qaytarmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs1 şikayətçidir və ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs16 bildirmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü qızı X6 epilepsiya xəstəsidir və buna görədə təqaüd alırmış. 2021-ci ilin aprel ayından Zamiranın aldığı təqaüdün verilməsi dayandırılmışdır. Təqaüdü bərpa etmək üçün Tibbi- Sosial Ekspert Komissiyasına müraciət etmiş, komissiya tərəfindən təqaüdün verilməsindən imtina edilməsi haqqında ona rəsmi cavab verilmişdir. 2022-ci ilin əvvəllərində Lökbatan qəsəbəsində hamamda işləyərkən taksi sürücüsü kimi tanıdığı tanışı Əli adlı şəxslə bu barədə söhbət edərkən Əli, onun Nəsib adlı tanışının olduğunu Nəsibin bu işə kömək edə biləcəyini bildirərək Nəsib adlı şəxsin mobil telefon nömrəsini ona vermişdir. Nəsiblə telefon əlaqə saxlamış həmin vaxt Nəsib, bu işi Bəhram adlı tanışının həll edəcəyini bildirmiş, Nəsib telefonu sonradan tanıdğı Bəhərəmə vermişdir. Bəhram onunla telefonla danışarkən əlillik təqaüdünü bərpa etdirə biləcəyini bunun üçün isə 2500 manat pul lazım olduğunu bildirmişdir. Onun Bəhrəm və Nəsiblə telefon danışığı xx.xx.2022-ci il tarixdə baş vermişdir. xx.xx.2022-ci il tarixdə Nəsib ona telefonla zəng edərək Bakı şəhərinə gələrək onunla görüşüb pulu verməsini bildirmiş, o da Nəsibə evdə olduğunu Bakı şəhərinə gələ bilməyəcəyini demiş Nəsib isə ona Lökbatan qəsəbəsinə gələcəyini bildirmişdir. Razılaşdıqdan sonra xx.xx.2022-ci il tarixdə saat 16:00 radələrində Lökbatan qəsəbəsində yerləşən “AccessBank”-ın qarşısında Nəsiblə görüşmüş, 2500 manat pulu Nəsibə vermiş, Nəsib pulu aldıqdan sonra tezliklə məsələ həllinin tapacaq sözlərini demişdir. Bir neçə gün sonra Nəsib ona telefonla zəng edərək 2500 manat pulu Bəhrama verdiyini, Bəhram da telefonla danışarkən Nəsibdən 2500 manat pulu götürdüyünü bildirmişdir. 2022-ci ilin mart ayında X56 qəsəbəsinə gəlmiş, o, qızının sənədlərini və epikrizin surətlərini Bəhrama vermişdir. Bundan xeyli vaxt keçməsinə baxamayaraq Nəsiblə Bəhram müxtəlif bəhanələr gətirib tezliklə işin həll olunacağını bildirsələrdə lakin həll etməmişdirlər. Həmin ərəfədə tanışı Aidə ona Bəhramın tutulmasını bildirmiş, Nəsiblə əlaqə saxlamış, Nəsib ona “, Bəhram tutulub, Bəhram həbsxanadan çıxdıqdan sonra pulu qaytaracaq, ancaq bu məsələ Təqsirləndirilən şəxs1 adlı şəxs tərəfindən həll olunacaq” sözlərini demişdir. O, Mübarizlə telefon vasitəsi ilə danışmış, Mübariz məsələni həll edəcəyini bildirmişdir. Nəsib sonradan ona “iş həll olunma ərəfəsindədir, ancaq 1200 manat pul lazımdır, həmin pulu Mübarizə verəcəyəm” sözlərini demişdir. Nəsibə inandığı üçün 1200 manat pulu xx.xx.2022-ci il tarixdə Lökbatan qəsəbəsində yerləşən “Kapital Bank” vasitəsilə Nəsibin göndərdiyi hesab nömrəsinə göndərmiş, Mübariz bir neçə gündən sonra ona zəng edib Nəsibdən 1200 manat pulu götürdüyünü qalan məbləği isə ona göndərməli olduğunu deyərək hesab nömrəsi göndərmişdir. Mübariz onun qızı, Zamiraya aid təqaüdü bərpa etmək üçün ondan 2500 manat pul istəmiş, lakin sonradan daha artıq yəni 3490 manat pul almışdır. 3490 manat pulun 1200 manatını Nəsibin vasitəsilə Mübarizə vermiş. Qalan 300 manat pulu xx.xx.2022-ci ildə, 300 manat pulu xx.xx.2022-ci ildə, 700 manat pulu xx.xx.2022-ci ildə, 90 manat pulu 09.1.2022-ci ildə, 250 manat pulu xx.xx.2023-cü ildə, 200 manat pulu xx.xx.2023-cü ildə, 50 manat pulu xx.xx.2023-cü ildə və sonuncu dəfə 400 manat pulu xx.xx.2023-cü ildə Lökbatan qəsəbəsində yerləşən, “Bravo” ticarət mərkəzində ödəniş terminalı vasitəsilə Mübarizin ona göndərdiyi hesab nömrələrinə göndərmiş, lakin buna baxamayaraq Mübariz onu aldatmış, təqaüdün bərpa məsələsini həll etməmiş, nədə ki, pulunu qaytarmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs1 şikayətçidir və ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs15 bildirmişdir ki, X28 Lökbatan qəsəbə sakini Safurənin vasitəsi ilə tanımışdır. Beləki 2021-ci ilin aprel ayında xəstə qızı X39 həkim komisiyasında müayindən keçirərkən Səfurə də orada olmuşdur. Söhbət zamanı Saufrəyə “komisiyadan bildirlir ki, müavinat almaq üçün il ərzində xəstə bir neçə dəfə xəstəxanada yatmalıdır, əks təqdirdə müavinatın verilməsi mümkün olmayacaq” demişdir. Bundan sonra Səfurə, onun Bəhram adlı tanışının olduğunu, Bəhramın həkim ekspertizanın üzvü olmasını, əlillik təqaüdünün düzəlməsini həll edə biləcəyini bildirmiş, Bəhramın mobil telefon nömrəsini ona vermişdir. Bir neçə gündən sonra Bəhrama telefonla zəng vurub qızıyla bağlı məlumat verib təqaüdünün kəsildiyini bildirmiş, Bəhram da bu məsələni həll edəcəyini bildirərək 4000 manat pul istəmiş, o da Bəhrama 4000 manat tapa bilmədiyini bildirdikdə Bəhram bu məsələnin edilməsin üçün 2500 manat razılaşmışdır. xx.xx.2023-cü il tarixdə saat 13:00 radələrində Bakı şəhərində Ədliyyə Naziriylinin inzibati binasının qarşısında Bəhrəmla görüşmüş, 2500 manat pulu Bəhrama vermiş, Bəhram pulu aldıqdan sonra bir hətfəyə işi düzələcəyini bildirsədə onu aldatmışdır. Bundan sonra Bəhram həbs edilmiş, Bəhram azadlığa çıxdıqdan sonra müxtəlif bəhanələr gətirərək pullarını qaytarmamışdır. Bəhərama pulu qaytarması, qaytarmayacağı təqdirdə ondan şikayət edəcəyi barədə sifariş göndərdikdən sonra xx.xx.2022-ci il tarixdə Bəhram dostları X29 və Təqsirləndirilən şəxs1 ilə Lökbatan qəsəbəsinə gəlmiş, onunla görüşmüşlər pulu qısa vaxtda qaytarılacağını bildirmişlər. Bir neçə gün sonra Nəsib ova telefonla zəng edərək Bəhrəmin yoldaşının xəstələndiyini, ona gör də Bəhramdan özü pulu alaraq ona qaytaracağını bundan başqa Mübariz adlı tanışının bu işi həll edəcəyini bildirərək Mübariz tərəfindən təqaüdün bərpa edilməsi üçün 1500 manat pul istəmişdir. O da Nəsibə 1000 manat pul düzəldə biləcəyini bildirmiş, bir neçə dəqiqədən sonra Mübariz ona telefonla zəng edərək vatsappt vasitəsi ilə Uni-Banka məxsus kartının şəklini ona görəndərmiş, oda həmin hesab nömrəsinə Mübarizə 1000 manat pul göndərmişdir. Səhərisi gün Mübarizə ilə telefon əlaqəsi saxlamış, Mübarizdən iş nə yerdə olduğunun soruşmuş, Mübariz isə qısa vaxt ərzində işin həll olunacağını bildirmişdir.xx.xx.20223-cü il tarixdə Nəsib onunla telefon əlaqəsi saxlamış, o, Nəsibə pulunun olmamasını bildirmiş, sonra isə Mübariz onunla telefon əlaqəsi saxlamış, pulunun olmadığını bildirmiş, onlar isə pulu dərhal göndərməsini tələb etdikləri üçün boyunbağını 205 manat satmış, həmin 205 manat pulu Mübarizin hesab nömrəsinə göndərmişdir. Təqsirləndirilən şəxs1 təqaüdün bərpa edilməsi üçün ondan 1205 manat pu alsa da onu aldatmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs1 şikayətçidir və ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs10 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 xeyli vaxtdır ki tanıyır, Belə ki Mübarizin oğlu onun N saylı hərbi hissədə xidmət edən oğlunun yanında hərbi xidmətdə olmuş, Mübarizlə tanşılığı belə baş vermişdir. 2022-ci ili iyun ayının ikici yarısında Mübarizlə Bakı Beynəlxalq Avtovağzalında qarşılaşmışdır. Mübarizlə söhbət zamanı Mübariz özünü Əmək və X48 Nazirliyini əməkdaşı kimi təqdim etdiyindən o, Mübarizə həyat yoldaşı Arzu Əsgərovanın xəstə olduğunu ona təqaüd düzəltdirmək istədiyini bildirib, Mübarizdən bu işdə ona göək edib etməyəcəyini soruşmuşdur. Mübariz isə bu məsələni həll edə biləcəyini bildirmiş, bu işin müqabilində 2500 manatv pul istəmişdir. Mübarizə həmin məbləği verə bilməyəcəyini bildirmiş, Mübariz isə pulun bir hissəsini qabaqcadan, qalan hissəsini isə iş düzəldikdən sonra alacağını bildirdiyi üçün Mübarizlə razılaşmışdır. Bundan sona Mübariz ondan Arzu Əsgərovanın şəxsiyyət vəsiqəsiin surətini və digər sənədlərini götürümüş, işin qısa vaxtda düzələcəyini bildirib ondan ayrılmışdır. Həmin günü səhərisi gün Mübariz ona X18 adına olan kartın şəklini “watsapp” tətbiqi ilə göndərmiş, işin həll olunması üçün 500 manat pul istəmiş, o da 500 manat pulunun olmadığını bildirərək Mübarizə 300 manat pul göndərmişdir. Bundan sonra Mübariz sənədlərin təsdiq edilməsi üçün ondan 400 manat pul istəmiş, onlar Abşeron rayonu, Xırdalan şəhərində yerləşən Mühəndislər Univerisitetinin yaxınlığında görüşmüş, o Mübarizə 200 manat pul vermişdir. 2022-ci ilin avqust ayında Mübariz ona telefonla zəng edərək işin həll olunma əəfəsəində olmasını, bunun üçün isə 500 manat pul lazım olduğunun bildirmiş, bundan sonra onlar Sumqayıt şəhərinin girişində yerləşən “Azpetrol” YDM-nin yaxınlığında görüşümüş, Mübarizə 400 manat pul vermişdir. Mübariz pulu aldıqdan sonra işin tezliklə düzələcəyini bildirib ondan ayrılmışdır. Həmin vaxtdan xeyli keçmiş, lakin Mübariz məsələni həll etməmişdir. Bundan sonra Mübarizin onu aldadaraq 1300 manat pulunu ələkeçirməsini başa düşmüş, ona gör də şikayət etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs1 şikayətçidir və ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, birinci və sonuncu Qarabağ müharibələri iştirakçısıdır, 2-ci qrup əlildir. Təqsirləndirilən şəxs1 tanıyır, onunla qohumluğu və ədavəti yoxdur. 2021-ci ilin dekabr ayından onun və tanışları Qarabağ müharibəsi əlillləri, Zərərçəkmiş şəxs13 və Zərərçəkmiş şəxs11 təqaüdləri dayandırılmışdır. Bu barədə maraqlananda onlara sənədlərinin yenidən yoxlanılacağı, əgər müsbət nəticə olarsa təqaüdlərinin bərpa olunacağı bildirilmiş, ona görə də sənədlərinin baxılmasnı gözləmişlər. 2022-ci ilin dekabr ayında Mübariz tanışı Nazimə zəng edərək, DSMF-nin daxilində olan həkim komissiyasında tanışları olduğunu və təqaüdün bərpası məsələsində onlara köməklik edəcəyini, həmçinin təqaüdün tezləşməsi üçün pul vermək lazım olduğunu bildirmiş, onlar da Mübarizin təklifi ilə razılaşmışlar. Mübariz ilə Nazim 08 dekabr 2022-ci il tarixdə onun iş yerinə gəlmiş, Hicran və Nazim onun mağazasında Mübarizə 1500 manat pul vermiş, o isı Mübarizi tanımadığı üçün ona birbaşa pul verməmişdir. Bununla belə Mübarizlə təqaüdün bərpasını 2500 manata danışmış, ona görə də 2500 manat pulu Nazimə vermiş, Nazim də həmin pulu onun yanında Mübarizə vermişdir. Mübariz dekabr ayının sonunadək təqaüdü düzəldəcəyinə söz vermişdir. Mübarizin onla vəd etdiyi vaxt tamam olmuş, Mübarizlə danışıb təqaüdü maraqlanmış, Mübariz də yaxın günlərdə düzələcəyini deməsinə baxamayaraq iş düzəlməmiş, Mübariz də hər dəfə müxtəlif bəhanələr gətirib işləri düzələcəyii bildirirmiş. Mübarizin onu aldatmasını başa düşmüş, ona görə də Mübarizdən pulu geri tələb etməyə başlamış, Mübariz pulu qaytaracağına söz versədə pulu geri qaytarmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs1 şikayətçidir və ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs13 bildirmişdir ki, birinci və sonuncu Qarabağ müharibələri iştirakçısı olmaqla 2-ci qrup əlildir. 2021-ci ilin noyabr ayından onun və tanışları Qarabağ müharibəsi əlillləri Zərərçəkmiş şəxs11 və Zərərçəkmiş şəxs12 təqaüdləri dayandırılmışdır. Bu barədə maraqlananda sənədlərinin yenidən yoxlanacağı, əgər müsbət nəticə olarsa təqaüdlərinin bərpa olunacağı deyilmişdir. Həsənov X31 bazarında dam örtükləri mağazasında işləyir, tez-tez onun yanına getmişlər. 2022-ci ilin dekabr ayında Mübariz ona zəng edərək, DSMF-nin daxilində olan həkim komissiyasında tanışları olduğunu və təqaüdün bərpası məsələsində bizə köməklik edəcəyini demişdir. Həmçinin Mübariz təqaüdün tezləşməsi üçün pul vermək lazım olduğunuda bildirmiş, ona görə Mübarizin təklifi ilə razılaşlar. Mübariz ilə 08 dekabr 2022-ci il tarixdə Bakı şəhərində 20 Yanvar metrosunun yaxınlığında görüşmüş, həmin vaxt Mübariz iş üçün 1500 manat pul istəmiş, o da razılaşmış və birlikdə Məhəmmədin iş yerinə gəlmişlər. Əvvəlcədən Mübarizlə danışdığı üçün 1500 manat pul hazırlamış, Məhəmmədin mağazasında Mübarizə 1500 manat pul vermişdir. Mübariz dekabr ayının sonunadək təqaüdü düzəldəcəyinə söz vermişdir. Bundan başqa həmin vaxt Hicran Mübarizə 1500 manat, Məhəmməd də onun vasitəsi ilə 2500 manat Mübarizə pul vermişdir. Mübarizin vəd etdiyi vaxt tamam olmuş, Mübarizlə danışıb təqaüdü maraqlandıqda, Mübariz də yaxın günlərdə düzələcəyini desə də işlərini həll etməmiş, sonradan Mübariz tərəfindən aldadıldıqlarını başa düşmüşlər. Hal-hazırda Təqsirləndirilən şəxs1 şikayətçidir və ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 bildirmişdir ki, təxminən 2022-ci ilin may ayının əvvələrində həmkəndlisi Zərərçəkmiş şəxs8 onun telefonundan Mübarizə zəng edib danışmışdır. Vahiddən nə məsələ olduğunu soruşmuş, Vahid də özünə təqaüd düzəltdirdiyini, həmin adamla danışdığını demişdir. Vahid danışdıqdan sonra iki gün sonra Mübariz ona zəng etmiş və ona “bilirəm Vahidin qohumusan, əgər sənə də təqaüd lazımdırsa düzəldə bilərəm” sözlərini demişdir. O da gəlini X42 və nəvəsi X11 təqaüdünün kəsildiyinə görə Mübarizə gəlininin və nəvəsinin təqüdləri kəsildiyini, bu işi həll edə biləcəyini soruşduqda Mübariz düzəldə biləcəyini bildirmişdir. Mübariz təqaüdün düzəlməsi üçün ilkin olaraq hərəsinə 1000 manat pul lazım olduğunu demiş, o da razılaşmışdır. İlkin olaraq 05 may 2022-ci il tarixdə Mübarizin arvadı X20 adına olan Unibanka məxsus karta 250 manat pul və vəsiqələrin şəkilini çəkib göndərmiş, Mübariz pulu götürdüyünü və sənədləşmə işinə başladığını bildirmişdir. Mübariz təqaüdün iki ay müddətinə düzələdəciyən söz vermişdir. Bundan sonra Mübariz gündəlik zəng edib təqaüdün düzəlməsi üçün pul lazım olduğunu deyir, o da ona hissə pullar göndərirmiş. 05 may 2022ci il tarixdən 11 iyul 2022-ci il tarixədək olan müddət ərzində Mübarizə hissə-hissə olmaqla arvadı Məryəmin adına olan karta ümumilikdə 5200 manat pul göndərmişdir. Mübarizin vəd verdiyi vaxt tamam olmuş, Mübarizə zəng edib təqaüdü maraqlanır, Mübariz də yaxın günlərdə düzələcəyini deyirmiş. Lakin buna baxmayaraq Mübariz onu aldatmış, pulu geri qaytarmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs1 şikayətçidir və ona ağır cəza verilməsini xahiş edir. Digər zərəçəkmiş şəxslər məhkəmə baxış iclaslarına gəlmədikləri üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinin 02.05-cü il tarixli qərarına əsasən onlar barəsində məcburi gətirmə qərarı çıxarılmış, lakin Qaradağ rayon Polis İdarəsi tərəfindən zərərçəkmiş şəxslərin məhkəmə iclasına gətirilməsi mümkün olmamışdır. Məhkəmə icasında iştirsk etməyən zərəçəkmiş şəxslərin ifadələri elan edilmişdir. İbtidai istintaq zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirmişdir ki, X22 onun qızıdır. Vüsalə əvvəllər təqaüd almış, lakin 2021-ci ilin iyul ayında Vüsalənin təqaüdü kəsilmişdir. Vüsalənin təqaüdünü düzəltmək üçün maraqlananda əmisi oğlu X43 ona Zeynalabdın adlı tanışı olduğunu, Zeynalabdınin təqaüd düzəltməklə məşğul olduğunu demişdir. Bu məqsədlə 2021-ci ilin iyun ayında Zeynalabdınlə Ağcabədi rayon mərkəzi xəstəxanasının yaxınlığında görüşmüş, Vüsalənin təqaüdü barədə danışmış, Zeynalabdın Vüsalənin təqaüdünü düzəldəcəyinə söz vermiş və bu iş üçün ondan 5000 manat pul istəmiş, o də razılaşmışdır. Aradan bir-iki gün keçdikdən sonra o, əri Cahangir və əmisi oğlu Aydın ilə birlikdə Zeynalabdınin evinə getmiş, orada Zeynalabdınə Vüsalənin sənədlərini və 1500 manat pul vermişdir. Bundan sonrakı aylarda təxminən 2022-ci ilin mart ayına kimi olan müddət ərzində Zeynalabdınə əlavə olaraq hissə-hissə 2850 manat da pul vermişdir. Bundan sonra Zeynalabdın qalan pulu Bakı şəhərində bu işi düzəldən Təqsirləndirilən şəxs1 adlı şəxsə göndərməyini xahiş etmişdir. Zeynalabdınin deməsinə görə təqaüdün qalan sənədlərini Mübariz düzəlməli imiş. Mübarizlə də bu barədə danışmış və Mübariz ona arvadı X18 adına olan kartı şəklini göndərmişdir. O da 19 aprel 2022-ci il tarixdə saat 11:23-də Ağcabədi şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Şah market” adlı mağazadan həmin karta 400 manat göndərdmiş, aradan bir ay keçdikdən sonra Mübariz qalan pulu da göndərməyi tələb etmiş, ona görə də 29 may 2022-ci il tarixdə saat 15:48-də Mübarizin göndərdiyi karta əlavə olaraq 250 manat da pul göndərmişdir. Pulu tam verib qurtardıqdan sonra Zeynalabdın ona təqaüdün iki ay müddətinə düzələcəyinə söz vermiş, aradan iki ay keçmiş, lakin Vüsalənin təqaüdü düzəlməmişdir. Zeynalabdın ilə əlaqə saxlamış, Zeynalabdın ona yaxında düəzldəcəyinə söz vermiş, lakin düzəltməmişdir. Həmçinin Mübarizlə də danışıb təqaüd barədə maraqlanmış, Mübarizdə düzələcəyinə söz versə də hələ də təqaüdü düzəltməmişdirlər. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə teleqram ünvanlayaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X3 şikayətçi olduğunu bildirmişdir. İbtidai istintaq zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır. X73 2021-ci il tarixdə orta məktəbi bitirib ali məktəbə imtahan vermişdir. Lakin Fiqurə imtahanda yaxşı yazmamış, ona görə də balının az olmasını ehtimal etmişlər. Ona görə də Fiqurəni tələbə kimi ali məktəbə düzəltmək istəyib bu məqsədlə də bu işi həll edə biləcək adam soraqlamışdır. 2021-ci ilin iyun ayında dayısı Nofəl ilə görüşmüş ordan-burdan söhbət edərkən o, Fiqurənin ali məktəb işini Nofələ də danışmış, Nofəl də Mübariz adlı bir adamı olduğunu, Mübarizin bibisioğlu Nicat Məmmədlinin Təhsil nazirinin müavini işlədiyini bildirmişdir. O da Nofəldən Mübarizlə danışmağını xahiş etmiş, Nofəl də Mübarizlə danışmış, onun istəklərini Mübarizə bildirmiş, Mübariz də maraqlanacağını demişdir. Səhəri gün Nofəl ona zəng edib Mübarizin bu iş üçün 4000 manat istədiyini bildirmiş, o da pulu düzəldib xəbər edəcəyimi bildirmişdir. Aradan bir neçə gün keçdikdən sonra o, pulu düzəldib Nofələ məlumat vermişdir. Bir neçə gün sonra isə Nofəl zəng edərək Mübarizin Ağcabədiyə gələcəyini bildirmişdir. Səhəri gün Nofəl ilə görüşüb birlikdə Ağcabədi şəhəri köhnə avtovağzala getmişlər. Orada Mübarizlə görüşmüşlər, orada 4000 manat pulu Nofələ vermiş, Nofəl də həmin pulu Mübarizə vermiş, Mübariz işin təxminən 3 ay ərzində düzələcəyinə söz vermişdir. Mübarizin vəd verdiyi vaxt tamam olmuş, o, Mübarizə və Nofələ zəng edib işini maraqlanır, Nofəl də Mübarizlə danışıb yaxın günlərdə düzələcəyini deyirmiş. Lakin iş düzəlmir, Mübariz də hər dəfə müxtəlif bəhanələr gətirib işləri düzəltmirmiş. Mübarizin onları aldatdığını başa düşmüş, ona görə də Mübarizdən pulu geri tələb etməyə başlamışlar. Bundan sonra da Mübariz pulu qaytaracağına söz versədə pulu geri qaytarmamışdır. Sonradan Nofəl özü onun 4000 manat pulunu geri qaytarmışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 məhkəməyə teleqram ünvanlayaraq Təqsirləndirilən şəxs1dan şikayətçi olduğunu bildirmişdir. İbtidai istintaq zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 bildirmişdir ki, İİ qrup əlilliyə görə 2017-ci il tarixdən təqaüd almış, 2021-ci il tarixdə isə təqaüdü dayandırılmışdır. Təxminən 2021-ci ilin iyun ayında qardaşı Rövşən Hüseynov onlara gəlmiş, söhbət edən zaman Rövşən ona Zeynalabdin adlı tanışının olduğunu, onunla danışıdığını və Zeynalabdınin onun təqaaüdünü düzəltməyə söz verib bunun üçün 2900 manat pul istədiyini, bir ay müddətinə təqaüdü düzəldə biləcəyini demiş, onlar da razılaşmışlar. Aradan 10 gün keçdikdən sonra 2500 manat pulu və sənədlərini Rövşənə vermiş, o da aparıb Zeynalabdinə vermiş, qalan 400 manat pulu da işi həll edəndən sonra verəcəyinə razılaşmışlar. Aradan 10 gün keçdikdən sonra Zeynalabdin əlavə 900 manat pul lazım olduğunu bildirmiş, onlar isə Zeynalabdinə qalan pulu təqaüd düzələndən sonra verəcəklərini bildirsələr də Zeynalabdin əl çəkməmiş. Bir neçə gün keçdikdən sonra Zeynalabdin özü onlara gəlmiş və 900 manat pulu istəmiş, o da 700 manat pulu olduğu üçün Zeynalabdinə 700 manat pul vermişdir. Qalan 200 manat pulu da bir neçə gün keçdikdən sonra düzəldib Rövşənə vermiş, Rövşən də da Zelnalabdinə vermişdir. Ümumilikdə Zeynalabdinə 3400 manat pul vermişlər. Aradan bir aydan artıq vaxt keçmiş, Zeynalabdin ilə danışıb təqaüdlə maraqlandıqda Zeynalabdin hələ təqaüdün hazır olmadığını, yaxın günlərdə hazır olacağını demişdir. Biz bir müddət də gözləmilər, lakin Zeynalabdindən bir xəbər çıxmamışdır. Bundan sonra dəfələrlə Zeynalabdin ilə əlaqə saxlayıb təqaüdlə maraqlanmış, Zeynalabdin isə hər dəfə müxtəlif bəhanələr gətirib təqaüdün düzəlməməsini izah etməyə çalışmışdır. Bundan sonra Zeynalabdindən bir neçə dəfə pulu istədikdən sonra Zeynalabdin təqaüd üçün pulu Mübariz adlı şəxsə verdiyini bildirmişdir. Bir müddət sonra Mübariz Rövşənə zəng “Zeynalabdin dələduzdur, ona nahaq pul vermisən, ondan pulunu geri al, Zeynalabdin mənə pul verməyib” sözlərini demiş, Rövşənə təqaüdü özünün düzəldə biləcəyini deyərək əvvəl bunun üçün 500 manat pul istəmişdir. Mübarizə inandıqları üçün Mübarizin göndərdiyi Unibanka məxsus X20 adına olan karta xx.xx.2022-ci il tarixdə saat 09:41-də Ağcabədi rayonu, Qaradolaq kəndində yerləşən “Ərəbxan” marketdəki Emanat ödəniş terminalından 500 manat pul göndərmişlər. 30 may 2022-ci il tarixdə Mübariz zəng edib əlavə 300 manat pul lazım olduğunu bildirmiş. Onlarda həmin gün saat 17:44-də həmin mağazadan həmin karta 302 manat pul göndərmişlər. 02 iyun 2022-ci il tarixdə Mübariz yenə də zəng edib 300 manat pul istəmiş, həmin gün saat 17:32-də əvvəlki qaydada 300 manat pul göndərmişdir. 07 iyun 2022-ci il tarixdə saat 16:21-də Ağcabədi şəhərində yerləşən Seyidoğlu marketdən 100 manat, 08 iyun 2022-ci il tarixdə saat 16:35-də isə Ərəbxan marketdən 60 manat pul göndərmişlər. Ümumilikdə Mübarizə 1260 manat pul göndərilmişdir. Mübariz bizə bir həftə müddətinə təqaüdü düzəldəcəyini söz vermişdir. Aradan bir həftə keçmiş, lakin Mübarizdən bir xəbər çıxmamış, Mübarizlə danışıb təqaüdü soruşduqda, müxtəlif bəhanələr gətirib təqaüd düzəltməmiş, pulu da geri qaytarmamışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs7 məhkəməyə ərizə ünvanlayaraq Təqsirləndirilən şəxs1 və X7 ağır cəza verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs14 bildirmişdir ki, X8 qardaşı Loğmana görə tanımış, Loğman Zeynalabdın təqaüd düzəltməklə məşğul olduğunu ona demişdir. Əvvəllər təqaüd alımış, sonradan təqaüdü kəsilmişdir. Loğman da bu barədə Zeynalabdınə demiş, Zeynalabdın də kəsilmiş təqaüdü bərpa etdirəcəyinə söz vermişdir. Təxminən 2021-ci ilin sentyabr ayında Loğman Zeynalabdın ilə görüşüb birlikdə onun evimə gəlmiş, Zeynalabdın onun sənədlərinə baxmış və təqaüdü bərpa etdirəcəyini bildirmiş və elə həmin vaxt Zeynalabdın sənədləri götürmüş, təqaüdün bərpası üçün ilkin olaraq ondan 650 manat pul almışdır. Aradan bir neçə gün keçdikdən sonra Zeynalabdın yenidən Loğmanla birlikdə onun evinə gəlmiş və Zeynalabdın bu dəfə ondan 200 manat pul almışdır. Aradan bir neçə gün keçdkdən sonra Zeynalabdın yenidən Loğmala birlikdə onun evinə gəlmiş bu dəfə də məndən 160 manat pul almışdır. Zeynalabdın təqaüdün bərpası üçün ümumilikdə ondan 1010 manat pul almış, təqaüdün üç ay ərzində düzəldəcəyini bildirmişdir. Zeynalabdınin vəd verdiyi vaxt tamam olmuş, Zeynalabdınə zəng edib işini maraqlandıqca Zeynalabdin də yaxın günlərdə düzələcəyini deyirmiş. Zeynalabdın də hər dəfə müxtəlif bəhanələr gətirib təqaüdü düzəltməmiş, ona görə də Zeynalabdin tərəfindən aldanılmağını başa düşmüşdür. İbtidai istintaq zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs17 bildirmişdir ki, 2021-ci il tarixdə qızı X40 ailə məktəbə qəbul olmaq üçün imtahan vermiş, lakin bal toplaya bilmədiyi üçün ali məktəbə daxil ola bilməmişdir. Ona görə də qızını ail məktəbə və ya texnikoma qəbul etdirmək istəyirmiş. Həmin ərəfələrdə qohumlardan Şahid tanışı olduğunun, həmin tanışının onun qızını texnikoma müəllim kimi işə düzəltməsi eşitmiş, Kəklik ilə əlaqə saxlamış, bu barədə soruşmuş Kəklik isə, onun qohumu Könül adlı şəxsin qonşuluğunda Mübariz adlı şəxsin yaşadığını, Mübarizində Təhsil Nazirliyində tanışlarının olduğunun bu vasitəsi ilə qızının işə düzəlmə məsələsinin həll olunmasını bildirmişdir. Kəkliyə qızını tibb texnikomuna qəbul etdirmək istədiyini, ona görə də Mübarizlə bu barədə danışmasını xahiş etmiş, Kəklik də bu məsələni danışacağını bildirmişdir. Bir neçə gündən sonra Kəklik telefonla zəng edərək Mübarizgillə danışdığını, Mübariz bu işin həll olunması üçün 3000 manat pul istədiyini bildirmiş, o da Kəkliyə 3000 manat pulu verəcəyini bildirmişdir. 2021-ci ilin iyun ayında 1500+1500 manata olmaqla Şahid bank kartına köçürmüş, Kəklik ümumilikdə ondan aldığı 3000 manat pulu işin həll olunması üçün Mübarizə verdiyini, Mübarizin isə bu işlə məşqul olmasını bildirmişdir. 2021-ci ilin sentyabr ayının əvvələrində yenidən Kəkliklə telefon əlaqəsi saxlamış, qızının məktəbə qəbul olub-olmadığı barədə heç bir xəbər olmadığını bildirmiş. Kəklik isə ona “Mübarizlə danışıb, Əfsanə texnikoma qəbul olunub, Əfsanə Bakı şəhərinə gəlsin, 15 snetyabr tarixindən dərsə gedəcək” sözlərini demişdir. Bundan sonra Mübarizin mobil telefon nömrəsini Kəklikdən almış, Mübarizlə telefonla danışmış, Mübariz Əfsanənin 2 saylı Tibb Texnikomuna düzəltdiyini, 15 sentyabr tarixindən dərsə başlayacağını, bildirdiyi üçün qızı Əfsanə Bakı şəhəinə gəlmiş, Kəklikgilin evində qalmışdır. 18 sentyabr tarixində qızının məktəb məsələsinin həll olunamdığını bilmiş, Kəkliklə telefon əlaqəsi saxlamış, Kəklik ona “Mübariz Könülə bildirib ki, texnikoma qəbul olunmaq üçün 3000 manat azdır, əlavə olaraq 2000 manat pul vermək lazımdır” sözlərini demişdir. O da Kəkliyə 2000 manat pul verməyə maddi imkanının olmadığını, 700 manat pul verə biləcəyini, əgər 3700 manatla düzəlmirsə onun pulunu qaytarılmasını bildirmişdir. Kəkliklə telefonla danışarkən X41 yanında olduqları üçün danışıqlarını eşitdikləri üçün Mübariz də onunla telefonla danışmış, Mübarizə “əgər iş düzəlmirsə pulumu qaytar” sözlərini demiş, Mübariz isə cavab olaraq ona “eybi yox 700 manat pulu göndər, ancaq iki-üç ay ərzində Əfsanə texnikoma qəbul olunacaqdır” sözlərini demişdir. Mübariz inandığı üçün razılaşmış, xx.xx.2021-ci tarixdə xatırlamadığı hesaba 700 manat pul göndərmiş, Mübariz 700 manat pulu götürdükdən sonra müxtəlif bəhanlər gətirib, tezliklə Əfsanənin texnikoma qəbul olunacağı bildirərək onu aldatmağa başlamışdır. Mübarizdən pulu geri qaytarmasını tələb etsə də Mübariz pulları qaytarmamış, bir neçə vaxtdan sonra Mübarizlə telefon əlaqəsi saxlaya bilməmiş, ona görə də Xətai RPİ-nin 35-ci PB-nə müraciət etmişdir. Həmin vaxt Mübarizin həbs olunduğunu, Kəklikdə qızının müəllim kimi işə düzəlməsi üçün Mübarizə 7000 manat pul verdiyini, Mübarizin onu da aldatdığını 7000 manat pulunu qaytarmadığını aşkar etmişdir. 35-ci PB-də şikayət etdiyi ərəfələrdə Kəlikgil Mübarizin qohumlarından onun pulunu alıb qaytarmışlar, bu yolla ona dəymiş 3700 manat ziyan tamamilə ödənilmiş, ona görə də Mübarizdən heç bir şikayətinin olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır. X4 ali təhsilli olduğu üçün onu kənd orta məktəbinə müəllimə kimi işə düzəltmək istəmiş, bu məqsədlə adam soraqlamışdır. 2021-ci ilin iyun ayında qohumu Nofəl ilə görüşüb söhbət edərkən Mehribanın işə düzəlməsi istəyini Nofələ də demiş, Nofəl də Mübariz adlı bir adamı olduğunu, Mübarizin Təhsil Nazirliyində qohumunun işlədiyini bildirmiş, o, Nofələ Mübarizlə danışmağını xahiş etmiş, Nofəl də Mübarizlə danışmış onun istəklərini Mübarizə bildirmiş, Mübariz də maraqlanacağını demişdir. Səhəri gün Nofəl ona zəng edib Mübarizin bu iş üçün 3300 manat istədiyini bildirmiş, o də pulu düzəldib xəbər edəcəyini dmişdir. Aradan bir neçə gün keçdikdən sonra 3300 manat pulu düzəldib Nofələ məlumat vermişdir. Bir neçə gün sonra isə Nofəl ona zəng edib Mübarizin Ağcabədiyə gələcəyini demişdir. Səhəri gün Nofəl onunla görüşmüş, 3300 manat pulu Nofələ vermişdir. Nofəl də həmin pulu Mübarizə vermişdi. Mübariz işin təxminən 3 ay ərzində düzələcəyinə söz vermişdir. Mübarizin vəd verdiyi vaxt tamam olsa da işi həll olmadığı üçün Nofələ zəng edib maraqlanmış, Nofəl də Mübarizlə danışmışdır. Bir neçə dəfə zəng vurub danışarkən Mübariz yaxın günlərdə işin düzələcəyini desə də heç bir nəticə olmadığı üçün Mübarizin onları aldatmalarını başa düşmüşlər. Bundan sonra Mübarizdən pulu geri tələb etsələr də Mübariz pulu qaytaracağına söz verirmiş, lakin pulu geri qaytarmamışdır. Sonradan Nofəl özündən onun 3300 manat pulumu geri qaytarmışdır. İbtidai istintaq zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirmişdir ki, 2012-ci il tarixdən İİ qrup əlilliyə görə hər ay 259 manat təqaüd almış, 2021ci ilin may ayında təqaüdünün vaxtı bitdiyindən may ayında yenidən komisiyyadan keçməli olsa da may ayında təqaüdü kəsilmişdir. 2021-ci ilin aprel ayında təqaüdün kəsilməsinə az qalmış evdə olan zaman əmisi Habil Bayramov onun Sədi adlı dostu olduğunu, bir çox adama təqaüd düzəldirdiyini, onada təqaüdün düzəlməsinə köməklik edə biləcəyini bildirmişdir. Habildən Sədinin nömrəsini alıb onunla danışmış. Sədiyə təqaüdünün yenidən bərpa olunmasını istədiyini demiş, Sədi də ona Mübariz adlı dostu olduğunu, Mübarizin Bakı şəhərində X32 işlədiyini, onun vasitəsilə təqaüdün müddətinin uzadıla biləcəyini bildirmişdir. Sədi ilə telefonda danışıb razılaşmış və Sədi ona kart nömrəsi göndərəcəyini, həmin karta 2500 manat pul göndərməyi bildirmişdir. 21 aprel 2021-ci il tarixdə saat 18:14də Ağcabədi rayonu, Avşar kəndində yerləşən “Eldaroğlu” adlı mağazadan Sədinin göndərdiyi karta 2500 manat pul göndərmiş, Sədi ilə telefonla danışmış, Sədi pulu götürdüyünü, təqaüdün 3 ay müddətinə düzələcəyinə söz vermişdir. Aradan bir neçə ay keçmiş, lakin Sədidən bir xəbər çıxmamışdır. Sədi ilə telefonla danışarkən xəstəliyi ilə bağlı olan sənədləri aparıb onun atası Zeynalabdınə verməsini bildirmişdir. O da həmin gün sənədlərinmi götürüb Ağcabədi rayon mərkəzi xəstəxanasının qarşsında Zeynalabdınlə görüşüb ona vermişdir. Aradan bir həftə keçdikdən sonra Zeynəlabidin ona zəng edib sistemdə dəyişiklik olduğunu, ona görə də əlavə 300 manat pul verməli olduğnu, təqaüdün bir həftəyə hazır olacağını bildirmiş, o da razılaşmış, Zeynəlabidin həmin gün Avşar kəndində yerləşən evinə gəlmiş, ondan 300 manat pul almışdır. Həmin vaxt Zeynəlabidinə xeyli vaxtdır ki pul verməsinə baxmayaraq nəticə olmadığını, Mübarizin adı ilə ondan pul aldıqlarını heç Mübarizi də tanımadığını görmədiyini dedikdə, Zeynəlabidin öz telefonu ilə Mübarizə zəng etmiş və onu Mübarizlə danışdırmışdır. Özünü telefonda Mübariz adı ilə təqdim edən şəxs Əlillərin Bərpa Cəmiyyətində işlədiyini, narahatçılığa səbəb olmadığını, təqaüdün yaxın günlərdə düzələcəyini bildirmişdir. O da onlara inanamış, Zeynəlabidin də 300 manat pulu götürüb getmişdir. Aradan 10 gün keçdikdən sonra Zeynəlabidinə zəng edib təqaüdün nə yerdə qaldığını soruşmuş, Zeynalabdində ona “sən özün Mübarzlə danış, məsələni ondan dəqiq öyrənərsən” sözlərini demişdir. Mübarizə zəng etmiş, danışan zaman Mübariz ona əlavə olaraq 800 manat pul göndərməsini, onun təqaüdünü bir dəfəlik İ qrup yazdıracağını daha çox təqaüd alacağını bildirmiş, o da razılaşmışdıqdan sonra Mübariz ona “Zeynəlabidin gəlib sizdən pulu götürəcək” sözlərini demişdir. Həmin gün Zeynəlabidin onlara gəlmiş, 800 manat pulu götürmüş və pulu Bakı şəhərinə Mübarizə göndərəcəyini bildirmişdir. Aradan iki ay müddət keçsə də, yenə də Zeynəlabidin və Mübarizdən bir xəbər çıxmamışdır. Mübarizlə bir daha danışmış, Mübariz ona “əlavə 1000 manat da göndərməlisən, yoxsa təqaüdün alınmayacaq” sözlərini demişdir. O, 600 manat pul düzəldə bilmiş, həmin pulu da Zeynəlabidin gəlib onlardan götürmüşdür. Bundan sonra əlavə olaraq Mübarizlə üç dəfə telefonla danışıb işi maraqlananda ona pul göndərməsini bildirmiş, o da bir ay müddətində 200 manat bir, 300 manat bir və sonuncu dəfə isə 300 manat pul göndərmişdir. Ümumilikdə təqaüdünün bərpası üçün Sədi, Zeynəlabidin və Mübarizə 5000 manat pul vermişdir. Bundan sonra o, hər üçü nəfərlə əlaqə sxlamış, lakin təqaüdü düzəlmirmiş. Mübarizlə danışan zaman Mübariz, verilmiş puldan cəmi 1000 manatını ona çatmasını bildirmişdir. Ona görə də bu barədə şikayət etmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə teleqram ünvanlayaraq təqsirləndirilən şəxs X12 tərəfindən ona vurulmuş ziyanın ödənildiyini və ona qarşı şikayət və tələbi olmadığını bildirmişdir. İbtidai istintaq zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş X44 bildirmişdir ki, qızı Bahar Nəbiyeva 2018-ci il tarixdə Bakı Humanitar Kollecini bitirdiyindən onu işə düzəltmək istəmişdir. Bu barədə qaynı İlhama demiş, İlham da öz tanışlarına demişdir. Onun tanışlarından Tahir adlı şəxs, Mübariz adlı tanışı olduğunu bu işi həll edə biləcəyini bildirmişdir. Tahir Mübarizlə bu barədə danışmış, Mübariz 5000 manata bağça müəlliməsi kimi işə düzəldə biləcəyini demişdir. Bundan sonra o, razılaşmış və Mübarizlə danış, Mübariz ona “3000 manat pulu əvvəlcədən verməlisən, qalan 2000 manat pulu isə iş düzələndən sonra verərsən” sözlərini demişdir. O da 28 fevral 2020-ci il tarixdə Bakı şəhəri, Nərimanov rayonu ərazisində Mübarizlə görüşən zaman 1000 manat pulu ona vermişdir. Bundan sonra təxminən 01 mart və ya 02 mart 2020-ci il tarixdə Binəqədi rayonu, “sentralni” deyilən ərazidə Mübarizlə görüşmüş və ona 1000 manat da pulu vermişdir. Daha sonra Mübariz ona bu işin alınacağını deyib, qalan 1000 manatı da istəmişdir. Təxminən bir aydan sonra, yəni 2020-ci ilin aprel ayında Biləsuvar rayon mərkəzi poçtundan 1000 manat pulu Təqsirləndirilən şəxs1 adına göndərmişdir. Daha sonra pandemiya ilə əlaqədar olaraq Mübariz hər dəfə müxtəlif bəhanələr gətirib işi həll etməmiş, o, pulu geri istəyəndə də verməmişdir. Bir müddət sonra isə Mübarizlə əlaqəsi kəsilmişdir. Bundan sonra Mübarizin barəsində Ağcabədi rayon Polis Şöbəsində cinayət işi olduğunu öyrənmiş, ona görə də şikayət etmişdir. İbtidai istintaq zamanı zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs18 bildirmişdir ki,heç bir yerdə işləmədiyi üçün özünə təqaüd düzəltdirmək istəmişdir. Bu barədə soraqlaşan zaman ona Ağcabədi rayonu, Boyat kənd sakini Zeynalabdin adlı şəxsin təqaüd düzəltmək işiylə məşqul olmasını öyrənmişdir. 2021-ci ilin iyun ayında Zeynalabdinlə telefon əlaqəsi saxlamış Zeynalabdinə təqaüd düzəltdirmək istədiyini bildirmiş, Zeynalabdin də ona təqaüd düzəldəcəyinə söz vermiş, bunun üçün 2500 manat pul istəmişdir. O, razılaşmış, bir neçə gündən sonra Ağcabədi rayonud yerləşən Əhalinin sosial Müdafiə Mərkəzinin qarşısında Zeynalabdinlə görüşmüş, ona bu işin düzəlməsi üçün 2500 manat pul vermiş, Zeynalabdin isə bu işin üç aya düzələcəyini demişdir. Bir neçə vaxtdan sonra Zeynalabdin ona telefonla zəng edərək işin düzəldiyini, əlavə olaraq 500 manat pul lazım olduğunu bildirmişdir. 2021-ci ilin sebytab ayında o, yaşadığı kənddə Zeynalabdinlə görüşmüş, ona əlavə olaraq 500 manat pul vermişdir. Zeynalabdin ondan 3000 manat pul almasına baxmayaraq onun işini həll etməmiş, müxtəlif bəhanələr gətirərək onun pulunu qaytarmamışdır. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs18 məhkəməyə teleqram ünvanlayaraq təqsirləndirilən şəxs X12 tərəfindən ona vurulmuş ziyanın ödənildiyini və ona qarşı şikayət və tələbi olmadığını bildirmişdir. İş materiallarından görünür ki, ********* saylı cinayət işi Ağcabədi RPŞ-nin İB-nin müstəntiqi, polis mayoru Vüsal Bağırov tərəfindən fakta görə 06 may 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanılmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 06 may 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 08 may 2023-cü il tarixdə Ağcabədi RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmişdir. İş materiallarından görünür ki, 08 may 2023-cü il tarixdə cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarından görünür ki, 08 may 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan olunmuş və Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 18 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 19 iyul 2023-cü il tarixdə iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrindən həmin Məcəllənin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarından görünür ki, 20 iyul 2023-cü il tarixli qərar ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrlə ittiham elan olunmuş və həmin tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir İş materiallarından görünür ki, 21 iyul 2023-cü il tarixli qərar ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarından görünür ki, Ağcabədi RPŞ-nin müstəntiqi Vüsal Bağırov tərəfindən 04 avqust 2023-cü il tarixdə həmin cinayət işinin ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilməsi üçün Qaradağ RPİ-nin İŞ-nə göndərilməsi barədə qərar qəbul edilmişdir İş materiallarından görünür ki, ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs1 Zülfüqarova X13 İsgəndərovanın əlillik pensiyasını bərpa etdirmək adı ilə aldadıb 3490 manat pulunu ələ keçirməsi barədə Zərərçəkmiş şəxs16 şikayəti əsasında 13 may 2023cü il tarixdə Bakı şəhəri, Səbail RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Azər Vəliyev tərəfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə başlanılmışdır. İş materiallarından görünür ki, Səbail RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Azər Vəliyev 13 may 2023-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəs ilə başlanmış, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və həmin tarixdə iş üzrə əməl Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarından görünür ki, 20 iyun 2023-cü il tarixdə ********* saylı cinayət işi Səbail RPİ-dən aidiyyəti üzrə Qaradağ RPİ-nin İŞ-nə göndərilmişdir. İş materiallarından görünür ki, Ağcabədi RPŞ-dən aidiyyəti üzrə göndərilmiş ********* saylı cinayət işi xx.xx.2023-cü il tarixdə ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. İş materiallarından görünür ki, 27 sentyabr 2023-cü il tarxdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materiallarında olan Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə tutulmuşdur. İş materillarında olan DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırması və 8500 manat cərimə cəzasına məhkum edilmişdir. İş materillarında olan Bakı şəhəri Probasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş 02 il 11 ay 28 gün azadlığın məhdudlaşdırması cəsasının 05 ay 05 gün hissəsi çəkilməmiş və 8500 manat cərimə cəzası ödənilməmişdir. İş materillarında olan DİN BƏSİİ-dən alınış tələbnamədən görünür ki, X5 məhkumluğu barədə məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və X5 törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onların əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 və X5 əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, X5 oğlunun ilk dəfə az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək zərərçəkmiş şəxslərə dəymiş ziyanın bir qismini ödəməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. X5 əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 və X5 törətdiyi cinayət əməli mülkiyyət əleyhinə olan cinayətlər kateqoriyasına aiddir və bu tip cinayət əməllərinin ictimai-təhlükəliliyi şəxsin mülkiyyət hüquqlarının və maraqlarının pozulmasında ifadə olunur.Təqsirləndirilən şəxslər tərəfindən zərərçəkmiş şəxslərə vurulmuş ziyan aradan qalxmadığından onların törətdiyi cinayət əməlinin ictimai-təhlükəliliyi də aradan qalxmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndində göstərilmişdir ki,məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsisndə işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-ci maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, habelə təqsirləndirilən şəxslərin hər birinin ayrı-ayrılıqda törətdikləri cinayətin sayını və iştirak dərəcələrini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində azadlıqdan məhrumetmə cəzasının yuxarı həddə X5 barəsində isə azadlıqdan məhrumetmə cəzasının aşağı həddə təyin edilməsi cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgündür. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. X5 tutma altında olduğu 02 (iki) gün ona qəti cəza təyin edilərkən nəzərə alınmalıdır. X7 təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs1 təyin edilmiş cəzanın əvvəli onun şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 06 may 2023-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və X12 cəzalarını ümumi rejimli cəzaçəkmə müəsisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 68.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş cərimə cəzası müstəqil icra edilməlidir. Məhkəmə istintaqı zamanı X5 hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilməlidir. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Odur ki,yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 04 (dörd) il 04 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 68.1.1-1-ci maddəsinə əsasən ona Ağdam Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş və çəkilməmiş qalan 05 ay 05 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası 02 (iki) ay 17 (on yeddi) gün azadlıqdan məhrumetmə cəzasına hesablansın və Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən birləşdirilərək Təqsirləndirilən şəxs1 qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası və 8500 (səkkiz min beş yüz) manat cərimə cəzası təyin edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Həbsetmənin əvvəli 06 may 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 təyin edilmiş cərimə cəzası müstəqil icra edilsin. X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən X5 tutma altında olduğu 02 gün nəzərə alınaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 24 yanvar 2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Məhkəmə araşdırması zamanı X5 hüquqlarının müdafiəsi üçün göstərilmiş hüquqi yardımla bağlı 40 (qırx) saata görə 240 (iki yüz qırx) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi1 vəkil işlədiyi Bakı şəhər 10 saylı vəkil bürosunun hesabına ödənilsin. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar