Məhkəmə qərarları › İş №1(002)-280/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-280/2023

04.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-280/2023 04.09.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs 05 avqust 1995-ci ildə Ağdam rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli (himayəsində bir azyaşlı uşağı olan), əvvəllər məhkum olunmamış, "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləmiş, Ağdam rayonu, Xaçındərbənd kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs texniki təhlükəsizlik və əməyin mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs kimi onun bu qaydaları pozması ehtiyatsızlıqdan insan ölümünə səbəb olmuşdur. Belə ki, o, "xxxx" MMC ilə bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən həmin MMC-də “İş icraçısı” vəzifəsində işləyərkən üzərinə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilməklə, doker-mexanizatorların işinə birbaşa nəzarət edilməsinə, yükaşırma və yardımçı işlərin texnoloji plana, əməyin mühafizəsi və təhlükəsizlik texnikası təlimatına, yanğından mühafizə qaydalarına müvafiq təmin edilməsinə nəzarət etməli olduğu halda, bu tələblərə əməl etməyərək «İş icraçısının vəzifə təlimatı»nın 2 və 3-cü bəndinin tələblərini pozmaqla, yükləmə-boşaltma işlərinin yerinə yetirilməsində təhlükəsizliyin təmin edilməsinə, qaldırıcınəqliyyat avadanlıqlarının və texnoloji vasitələrin, həmçinin işlərinin yerinə yetirilməsi üsulunun seçilməsinə, yükləmə-boşaltma işlərinin bu işlərə dair təhlükəsizlik tələbləri olan texnoloji kartalara, iş icra layihələrinə, texnoloji təlimatlara, eləcə də qaydalara və təlimatlara uyğun aparılmasına, yüklərin yüklənməsi və boşaldılması zamanı yükün düşmə zonasında insanların olmasına yol verilməməsinə, qablaşdırılmış sayılan yüklərlə işlərin aparılması zamanı yüklərin düşməsini istisna edən xüsusi yük tutucu vasitələrdən istifadə edilməsinə lazımi nəzarət etməməsi səbəbindən “Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST-ün (Dövlət Standartı)” tələblərinin 1.4, 2.1, 2.5, 2.15 bəndlərinin tələblərini pozaraq öz əməlinin ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ya ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, bunları görməyərək, tabeçiliyində olan, həmin MMC ilə bağlanmış xx.xx.2016-cı il tarixli əmək müqaviləsi əsasında “doker-mexanizator” peşəsində işləyən X10 16 may 2023-cü il tarixdə, saat 21:45 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində yük boşaltma əməliyyatının icrası zamanı işçilər tərəfindən yük avtomobilindən qablaşdırılmış pambıq kiplərinin boşaldılması işi ilə əlaqədar təhlükəsizlik tədbirləri təmin edilmədiyindən preslənmiş pambıq yükünün sonuncunun üzərinə aşması nəticəsində sol tərəfli hemotoraks, hər iki oturaq sümüklərinin sınıqları, hər iki qasıq və qasıq büküşü ətrafının qançırları, habelə travmatik və hemorragik şok, döş qəfəsinin soldan İİİ-İV-V-Vİ-Vİİ qabırğaların qapalı, yerinidəyişən sınıqları, ağciyərin sol aşağı payının cırılmış yarası ilə müşayiət edilən, dərəcələrinə görə ümumilikdə sağlamlığa ağır zərərvurmaya aid edilməklə ölümünə səbəb olan bədən xəsarətləri alması ilə səbəbli əlaqə təşkil edən əməyin mühafizəsi qaydalarını pozmaqla ehtiyatsızlıqdan Anar Ərəbovun ölümünə səbəb olmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, o, 2018-ci ilin noyabr ayının 29-dan 2022-ci ilin noyabr ayının 5-nə kimi "xxxx" MMC-də doker mexanizator vəzifəsində işləmiş, həmin tarixdən hal-hazıradək isə "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləyir. O əvvəl doker mexanizator işləyəndə 3-cü manqanın işçisi olmuşdur. Onların iş yeri Bakı şəhəri, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisidir. O, həmin şirkətdə növbəlilik qrafikinə əsasən işləyir. Belə ki, o, iki gün səhər və axşam növbəsi olmaqla 12 saatlıq iş rejimi ilə işdə olur, növbəti iki gün isə onun istirahət günüdür. Onun iş icraçısı kimi vəzifəsi işə başlamamışdan əvvəl işçilərə təlimatların keçirilməsindən, işçilər arasında iş bölgüsünü həyata keçirməkdən, gün ərzində işçilər tərəfindən görülən işlərə nəzarət etməkdən və s. ibarətdir. O, xx.xx.2023-cü il saat 21:00-da axşam növbəsinə işə gəlmişdir. O, "xxxx" MMC-də 4-cü manqada iş icraçısı vəzifəsində işləmişdir. Onların şirkətində ümumi olaraq 4 manqa vardır, hər bir manqa eyni qaydada tapşırığa uyğun olaraq yükaşırma əməliyyatlarının icra etmiş, yüklərin boşaldılıb-doldurulmasını həyata keçirmişdir. O, X4 "xxxx" MMC-yə işə düzələndən sonra tanımışdır. Anar da həmin şirkətdə doker mexanizator vəzifəsində işləmişdir. Anar 4-cü manqanın işçisi olmuşdur. Hər bir manqada iş icraçısı vəzifəsində işləyən şəxs olmuşdur. Həmin iş icraçıları manqada olan işçilərə tapşırıqlar vermiş və onların gördüyü işə nəzarət etmişdir. Manqaların hər hansı birində iş yükü artıq olduqda digər manqalarında kömək üçün əlavə növbəyə işçilər gəlmişdir. xx.xx.2023-cü il tarixdə Şahid2 və Şahid1 2-ci manqadan əlavə olaraq onun iş icraçısı olduğu manqaya köməyə gəlmişdir. Həmin gün manqada olan bütün işçilər onun tabeliyində olmuşdur. İşə başlamamışdan əvvəl iş icraçısı kimi onun tərəfindən təlimat keçirilmişdir. Daha sonra onun tərəfindən iş bölgüsü həyata keçirilmişdir. Həmin vaxt artıq yük avtomobilləri limanın həyətində idi və işçilər tırlarda olan preslənmiş pambıq yükünün limanın ərazisinə boşaldılması prosesini həyata keçirmişlər. Anarın işlədiyi tıra ümumi olaraq 5 nəfər işçi təyin edilmiş, həmin işçilərdən Şahid2 və Şahid1 “işarəçi” təyin edilmişdir. Anar Ərəbov, Şahid3 və Şahid4 avtokar sürücüsü təyin edilmişdir. Həmin gün bütün işçiləri gördükləri işə iş icraçısı kimi o, təyin etmişdir. Həmin vaxt tırın bir tərəfindən “işarəçi” kimi Şahid2 və avtokar sürücüsü Şahid4 olmuş və onlar tırın həmin tərəfində yükboşaltma əməliyyatı icra etmişdir. Tırın digər tərəfində isə “işarəçi” Şahid1, avtokar sürücüsü Anar Ərəbov, Şahid3 yükboşaltma əməliyyatı icra etmişdir. “İşarəçi”lər avtokarları yükün necə götürülməsi və yükboşaltma əməliyyatının necə icra edilməsi üçün tapşırıq vermiş, avtokar sürücüləri isə yükboşaltma əməliyyatını icra etmişlər. Hadisə həmin gün təxminən saat 21 radələrində olmuşdur. Həmin vaxt o, hadisə yerində olmamışdır. Ərazi çox böyük olduğu üçün hadisə baş verən zaman o, başqa ərazidə olmuşdur. Ona zəng edilərək Anarın üzərinə yükün düşməsi və xəsarət alması barədə məlumat verilmişdir. O, hadisə yerinə gəldikdə Anarın yerə uzanıqlı halda olduğunu və içərisində preslənmiş pambıq olan yükün onun üzərindən götürüldüyünü görmüşdür. O, Vurğundan nə baş verdiyini soruşduqda Vurğun ona Anar Ərəbovun öz avtokarını kənarda saxladığını, daha sonra tırın yanına Şahid3 idarə etdiyi avtokarın digər tərəfinə gəldiyini, həmin vaxt onun avtokarın digər tərəfində dayanaraq avtokarda olan əməliyyatı dayandırdığını, onun əməliyyatı dayandırmağına səbəbin Anar Ərəbovun tıra yaxınlaşması olmasını, Anarın əlindəki taxta parçası tırın içərisində olan yükün altına qoymağa çalışdığını, onun Anara dəfələrlə kənar durması barədə xəbərdar etdiyini, Anarın ona qulaq asmadığını, həmin vaxt anidən avtokara yükləmək istədikləri yükün yox, yükün solundakı digər preslənmiş pambıq yükünün sürüşərək Anarın üzərinə düşdüyünü, dərhal onların Anarın yanına gələrək yükü üzərindən götürdüklərini bildirmişdir. Daha sonra Anar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılmışdır. O, 2018-ci ilin noyabr ayının 29-dan 2022-ci ilin noyabr ayının 5-nə kimi "xxxx" MMC-də doker mexanizator vəzifəsində işləmiş, həmin tarixdən hadisə vaxtınadək isə "xxxx" MMC-də iş icraçısı vəzifəsində işləmişdir. Onun ilə "xxxx" MMC arasında əmək müqaviləsi bağlanmışdır. Hər növbə işə başlamazdan əvvəl əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair işçilər ilə təlimatlandırma aparılmış və işçilər bununla bağlı müvafiq jurnala imza etmişlər. Həmin təlimat işçilərə iş icraçısı tərəfindən keçirilmişdir. Həmin gün işçilərə təlimat iş icraçısı kimi onun tərəfindən keçirilmişdir. Anar Ərəbov və bütün işçilər xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilmişdir. Hadisə baş verən gün ərazidə görülən işlər zamanı təhlükəsiz işin icrasına və fəaliyyətinə 4-cü manqanın iş icraçısı kimi onun tərəfindən nəzarət olunmuşdur. O, hadisə baş verən zaman ərazidə olsa da hadisənin şahidi olmamışdır. Belə ki, hadisə həmin gün təxminən saat 21 radələrində olmuşdur. Həmin vaxt o, hadisə yerində olmamışdır. Ərazi çox böyük olduğu üçün hadisə baş verən zaman o, başqa ərazidə olmuşdur. Ona zəng edilərək Anarın üzərinə yükün düşməsi və xəsarət alması barədə məlumat verilmişdir. O, hadisə yerinə gəldikdə Anarın yerə uzanıqlı halda olduğunu və içərisində preslənmiş pambıq olan yükün onun üzərindən götürüldüyünü görmüşdür. O, öz ifadəsində son olaraq törətdiyi əməldən peşman olduğunu, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində bir azyaşlı uşağının olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmaqla, zərəçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X13 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, "xxxx" MMC-də sahə rəisi vəzifəsində işləyir. X6 onun doğma qardaşıdır. X20 evli olmuşdur. Anar təxminən 2006-cı il tarixdə Günay adlı xanımla ailə həyatı qurmuşdur. Onların birgə nikahından Elvin adlı bir uşaqları olmuşdur. Anar öz ailəsi ilə birlikdə Abşeron rayonu, Saray qəsəbəsində yaşamışdır. X20 uzun müddət Bakı Beynəlxalq Dəniz Ticarət Limanında işləmişdir. O, bildiyi qədəri ilə Anar təxminən 7-8 il olar ki, "xxxx" MMC-də işləmişdir. Onların iş yeri Bakı şəhəri, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi olmuşdur. Anar həmin şirkətdə növbəlilik qrafikinə əsasən işləmişdir. Belə ki, Anar iki gün səhər və axşam növbəsi olmaqla 12 saatlıq iş rejimi ilə işdə olmuş, növbəti iki gün isə istirahət günü olmuşdur. Anar Ərəbov təbiətcə sakit adam olmuş, heç kimlə heç bir problemi, ədavət və düşmənçiliyi olmamışdır. 16 may 2023-cü il tarixdə axşam saat 23 radələrində digər qardaşı Azər ona zəng edərək qardaşı Anarın iş zamanı xəsarət alması və hal-hazırda “X18”də olması barədə məlumat vermişdir. O, tez evdən çıxaraq xəstəxanaya getmişdir. O, xəstəxanaya çatdıqda artıq həkimlər qardaşı Anarın öldüyünü demişlər. Daha sonra X20un meyiti müayinə olunması üçün MTE və PA ETT Birliyinin Qaradağ rayon şöbəsinə aparılmış və o da oraya getmişdir. Meyitxanada ekspertlər müayinələr apardıqdan sonra o, Anarın meyitini təhvil almışdır. O, orada işləyən işçilərdən hadisənin necə baş verməsini soruşduqda işçilər ona iş zamanı preslənmiş pambıq yükünün sürüşərək Anarın üzərinə düşməsi nəticəsində xəsarət aldığını bildirmişlər. Anarın heç vaxt heç kimlə heç bir ədavəti, düşmənçiliyi, münahisəsi olmamış, hər zaman işlədiyi kollektivdə hörmət qazanmışdır. Anarın səhhəti ilə bağlı heç bir şikayəti olmamışdır. 16 may 2023-cü il tarixdə axşam saat 23 radələrində digər qardaşı Azər ona zəng edərək qardaşı Anarın iş zamanı xəsarət alması və hal-hazırda “X18”də olması barədə məlumat vermişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X13 məhkəməyə yazılı ərizə təqdim edərək, təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını, təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2014-cü ildən "xxxx" MMC-də doker-mexanizator vəzifəsində işləyir. Onların iş yeri Bakı şəhəri, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisidir. O, həmin şirkətdə növbəlilik qrafikinə əsasən işləyir. Belə ki, o, iki gün səhər və axşam növbəsi olmaqla 12 saatlıq iş rejimi ilə işdə olur, növbəti iki gün isə onun istirahət günüdür. Onun doker mexanizator kimi vəzifəsi tapşırığa uyğun olaraq yükaşırma əməliyyatlarının icra edilməsindən, idarə etdiyi avtokarlar vasitəsilə yüklərin boşaldılıb-doldurulmasından ibarətdir. O, xx.xx.2023-cü il saat 21:00-da axşam növbəsinə işə gəlmişdir. O, "xxxx" MMC-də 4-cü manqanın işçisi olmuşdur. Onların şirkətində ümumi olaraq 4 manqa vardır, hər bir manqa eyni qaydada tapşırığa uyğun olaraq yükaşırma əməliyyatlarının icra edir, yüklərin boşaldılıbdoldurulmasını həyata keçirir. Hər bir manqada təxminən 25 nəfərdən çox işçi olur. X4 o, "xxxx" MMC-yə işə düzəlməmişdən əvvəl təxminən 10-15 il olar ki tanımışdır. Anar da həmin şirkətdə doker mexanizator vəzifəsində işləmişdir. Anar da onun kimi 4-cü manqanın işçisi olmuşdur. Hər bir manqanın svidoring, yəni növbə rəisi vəzifəsində işləyən şəxsi olur. Həmin svidoring, yəni növbə rəisi vəzifəsində işləyən şəxslər iş icraçıları hesab olunur, belə ki, həmin şəxslər manqada olan işçilərə tapşırıqlar verir və onların gördüyü işə nəzarət edir. Manqaların hər hansı birində iş yükü artıq olduqda digər manqalarında kömək üçün əlavə növbəyə işçilər gəlmişdir. Vurğunla Fəqan xx.xx.2023-cü il tarixdə əlavə olaraq növbəyə işə gəlmişdir. 4-cü manqanın svidoringi, yəni iş icraçısı Təqsirləndirilən şəxs olmuşdur. Həmin gün onların manqasının işçiləri Təqsirləndirilən şəxs tabeliyində işləmişdir. İşə başlamamışdan əvvəl iş icraçısı Pərviz Salmanov tərəfindən təlimat keçirilmişdir. Daha sonra Pərviz tərəfindən iş bölgüsü həyata keçirilmişdir. Həmin vaxt artıq yük avtomobilləri limanın həyətində idi və onlar tırlarda olan preslənmiş pambıq yükünün limanın ərazisinə boşaldılması prosesini həyata keçirmişdir. Onların tırına 5 nəfər işçi təyin edilmiş, həmin işçilərdən Şahid2 və Şahid1 “işarəçi” təyin edilmişdir. Anar Ərəbov, Şahid4 və o isə avtokar sürücüsü təyin edilmişdir. Həmin iş bölgüsü iş icraçısı, növbə rəisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilmişdir. Həmin vaxt tırın bir tərəfindən “işarəçi” kimi Şahid2, avtokar sürücüsü Şahid4 olmuş və həmin şəxslər tərəfindən tırın digər tərəfində yükboşaltma əməliyyatı icra edilmişdir. Tırın digər tərəfində isə “işarəçi” Şahid1, avtokar sürücüsü Anar Ərəbov, onun tərəfindən yükboşaltma əməliyyatı icra edilmişdir. Həmin gün təxminən saat 22 radələrində o, idarə etdiyi avtokar ilə tıra yaxınlaşmışdır. Həmin vaxt işarəçi Şahid1 ona dayanmağı barədə göstəriş vermişdir. O, əməliyyat zonasına daxil olduqdan sonra yükü götürməyə hazır vəziyyətdə dayanmışdır. O, Vurğundan nə baş verdiyini soruşduqda Vurğun ona Anarın əməliyyat zonasına daxil olaraq taxta ilə yükü düzəltmək istədiyini demişdir. Vurğun bir neçə dəfə qışqıraraq Anara yükün yaxınlığından uzaqlaşmasını demişdir. O, həmin vaxt Anarı görməmişdir. Vurğun ona Anarın həmin vaxt yükü düzəltmək üçün yükün altına taxta qoymaq istədiyini, lakin onun Anara oradan uzaqlaşmasını dediyini bildirmişdir. Həmin vaxt o, anidən Vurğunun kömək çağırmaq üçün qışqırıq səsini eşitmiş və tez avtokardan yerə düşmüşdür. O, preslənmiş pambıq yükünün sürüşərək Anarın üzərinə düşdüyünü görmüşdür. Daha sonra onlar dərhal Anarın yanına gələrək yükü onun üzərindən götürmüşlər. O, Vurğundan nə baş verdiyini soruşduqda Vurğun ona Anar Ərəbovun öz avtokarını kənarda saxladığını, daha sonra tırın yanına onun idarə etdiyi avtokarın digər tərəfinə gəldiyini, həmin vaxt onun avtokarın digər tərəfində dayanaraq avtokarda olan əməliyyatı dayandırdığını, onun əməliyyatı dayandırmağına səbəbin Anar Ərəbovun tıra yaxınlaşması olmasını, Anarın əlindəki taxta parçası tırın içərisində olan yükün altına qoymağa çalışdığını, onun Anara dəfələrlə kənar durması barədə xəbərdar etdiyini, Anarın ona qulaq asmadığını, həmin vaxt anidən avtokara yükləmək istədikləri yükün yox, yükün solundakı digər preslənmiş pambıq yükünün sürüşərək Anarın üzərinə düşdüyünü bildirmişdir. Daha sonra Anar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılmışdır. O, 2014-cü ildən "xxxx" MMC-də doker mexanizator vəzifəsində işləyir. Onun ilə "xxxx" MMC arasında əmək müqaviləsi bağlanmışdır. Onlar ilə hər növbə işə başlamazdan əvvəl əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırma aparılmış və onlar bununla bağlı müvafiq jurnala imza etmişdir. Həmin təlimat onlara iş icraçısı tərəfindən keçirilmişdir. Həmin gün onlara təlimat iş icraçısı Təqsirləndirilən şəxs tərəfindən keçirilmişdir. Onlar xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilmişdir. Həmin vaxt ərazidə görülən işlər zamanı təhlükəsiz işin icrasına və fəaliyyətinə hadisə baş verən vaxtı 4-cü manqanın növbə rəisi, yəni iş icraçısı Təqsirləndirilən şəxs tərəfindən nəzarət olunmuşdur. O, hadisə baş verən zaman ərazidə olsa da, avtokarın içərisində olduğu üçün hadisənin şahidi olmamışdır. Belə ki, həmin gün təxminən saat 22 radələrində o, idarə etdiyi avtokar ilə tıra yaxınlaşmışdır. Həmin vaxt işarəçi Şahid1 ona dayanmağı barədə göstəriş vermişdir. O, əməliyyat zonasına daxil olduqdan sonra yükü götürməyə hazır vəziyyətdə dayanmışdır. O, Vurğundan nə baş verdiyini soruşduqda Vurğun ona Anarın əməliyyat zonasına daxil olaraq taxta ilə yükü düzəltmək istədiyini demişdir. Vurğun bir neçə dəfə qışqıraraq Anara yükün yaxınlığından uzaqlaşmasını demişdir. O, həmin vaxt Anarı görməmişdir. Vurğun ona Anarın həmin vaxt yükü düzəltmək üçün yükün altına taxta qoymaq istədiyini, lakin onun Anara oradan uzaqlaşmasını dediyini bildirmişdir. Həmin vaxt o, anidən Vurğunun kömək çağırmaq üçün qışqırıq səsini eşitmiş və tez avtokardan yerə düşmüşdür. O, preslənmiş pambıq yükünün sürüşərək Anarın üzərinə düşdüyünü görmüşdür. Daha sonra onlar dərhal Anarın yanına gələrək yükü onun üzərindən götürmüşlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, 2017-ci ilin noyabr ayından "xxxx" MMC-də doker mexanizator vəzifəsində işləyir. Onların iş yeri Bakı şəhəri, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisidir. O, həmin şirkətdə növbəlilik qrafikinə əsasən işləyir. Belə ki, o, iki gün səhər və axşam növbəsi olmaqla 12 saatlıq iş rejimi ilə işdə olur, növbəti iki gün isə onun istirahət günüdür. Onun doker mexanizator kimi vəzifəsi tapşırığa uyğun olaraq yükaşırma əməliyyatlarının icra edilməsindən, idarə etdiyi avtokarlar vasitəsilə yüklərin boşaldılıb-doldurulmasından ibarətdir. O, xx.xx.2023-cü il saat 21:00-da axşam növbəsinə işə gəlmişdir. O, "xxxx" MMC-də 4-cü manqanın işçisi olmuşdur. Onların şirkətində ümumi olaraq 4 manqa vardır, hər bir manqa eyni qaydada tapşırığa uyğun olaraq yükaşırma əməliyyatlarının icra etmiş, yüklərin boşaldılıb-doldurulmasını həyata keçirmişdir. Hər bir manqada təxminən 25 nəfərdən çox işçi olmuşdur. O, X4 "xxxx" MMC-yə işə düzələndən sonra tanımışdır. Anar da həmin şirkətdə doker mexanizator vəzifəsində işləmişdir. Anar da onun kimi 4-cü manqanın işçisi olmuşdur. Hər bir manqanın svidoring, yəni növbə rəisi vəzifəsində işləyən şəxsi olur. Həmin svidoring, yəni növbə rəisi vəzifəsində işləyən şəxslər iş icraçıları hesab olunur, belə ki, həmin şəxslər manqada olan işçilərə tapşırıqlar verir və onların gördüyü işə nəzarət edir. Manqaların hər hansı birində iş yükü artıq olduqda digər manqalarında kömək üçün əlavə növbəyə işçilər gəllmişdir. Vurğunla Fəqan xx.xx.2023-cü il tarixdə əlavə olaraq növbəyə işə gəlmişdir. 4-cü manqanın svidoringi, yəni iş icraçısı Pərviz Salmanov olmuşdur. Həmin gün onların manqasının işçiləri Pərviz Salmanovun tabeliyində işləmişdir. İşə başlamamışdan əvvəl iş icraçısı Pərviz Salmanov tərəfindən təlimat keçirilmişdir. Daha sonra Pərviz tərəfindən iş bölgüsü həyata keçirilmişdir. Həmin vaxt artıq yük avtomobilləri limanın həyətində olmuş və onlar tırlarda olan preslənmiş pambıq yükünün limanın ərazisinə boşaldılması prosesini həyata keçirmişdir. Onların işlədiyi tıra 5 nəfər işçi təyin edilmiş, həmin işçilərdən Şahid2 və Şahid1 “işarəçi” təyin edilmiş, Anar Ərəbov, Şahid3 və o isə avtokar sürücüsü təyin edilmişdir. Həmin iş bölgüsü iş icraçısı, növbə rəisi vəzifəsində işləyən Təqsirləndirilən şəxs tərəfindən həyata keçirilmişdir. Həmin vaxt tırın bir tərəfindən “işarəçi” kimi Şahid2 və avtokar sürücüsü o, olmuş və onlar tərəfindən tırın həmin tərəfində yükboşaltma əməliyyatı icra etmişdir. Tırın digər tərəfində isə “işarəçi” Şahid1, avtokar sürücüsü Anar Ərəbov, Şahid3 yükboşaltma əməliyyatı icra etmişdir. Fəqan “işarəçi” kimi avtokarları yükün necə götürülməsi və yükboşaltma əməliyyatının necə icra edilməsi üçün tapşırıq vermiş, o, isə avtokar vasitəsilə yükboşaltma əməliyyatını icra etmişdir. Həmin gün təxminən saat 22 radələrində o, tırın bir tərəfində avtokarın kabinasında dayanmış, həmin vaxt avtokar hərəkətsiz vəziyyətdə olmuşdur. Həmin vaxt “işarəçi” Şahid2 ona işarə edərək tırın digər tərəfinə köməyə gəlməyini demişdir. O, dərhal avtokarı idarə edərək tırın digər tərəfinə keçmişdir. Onlar tırın digər tərəfinə keçdikdən artıq Anarın yerə uzanıqlı halda olduğunu və içərisində preslənmiş pambıq olan yükün onun üzərindən götürüldüyünü görmüşdür. O, Vurğundan nə baş verdiyini soruşduqda Vurğun ona Anar Ərəbovun öz avtokarını kənarda saxladığını, daha sonra tırın yanına Şahid3 idarə etdiyi avtokarın digər tərəfinə gəldiyini, həmin vaxt onun avtokarın digər tərəfində dayanaraq avtokarda olan əməliyyatı dayandırdığını, onun əməliyyatı dayandırmağına səbəbin Anar Ərəbovun tıra yaxınlaşması olmasını, Anarın əlindəki taxta parçası tırın içərisində olan yükün altına qoymağa çalışdığını, onun Anara dəfələrlə kənar durması barədə xəbərdar etdiyini, Anarın ona qulaq asmadığını, həmin vaxt anidən avtokara yükləmək istədikləri yükün yox, yükün solundakı digər preslənmiş pambıq yükünün sürüşərək Anarın üzərinə düşdüyünü, dərhal onların Anarın yanına gələrək yükü üzərindən götürdüklərini bildirmişdir. Daha sonra Anar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılmışdır. O, 2017-ci ilin noyabr ayından "xxxx" MMC-də doker mexanizator vəzifəsində işləyir. Onun ilə "xxxx" MMC arasında əmək müqaviləsi bağlanmışdır. Onlarla hər növbə işə başlamazdan əvvəl əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırma aparılmış və onlar bununla bağlı müvafiq jurnala imza etmişdir. Həmin təlimat onlara iş icraçısı tərəfindən keçirilmişdir. Həmin gün onlara təlimat iş icraçısı Təqsirləndirilən şəxs tərəfindən keçirilmişdir. Onlar xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilmişdir. Həmin vaxt ərazidə görülən işlər zamanı təhlükəsiz işin icrasına və fəaliyyətinə hadisə baş verən vaxtı 4-cü manqanın növbə rəisi, yəni iş icraçısı Pərviz Salmanov tərəfindən nəzarət olunmuşdur. O, hadisə baş verən zaman ərazidə olsa da, tırın digər tərəfində olduğu üçün hadisənin şahidi olmamışdır. Belə ki, həmin gün təxminən saat 22 radələrində o, tırın bir tərəfində avtokarın kabinasında dayanmış, həmin vaxt avtokar hərəkətsiz vəziyyətdə olmuşdur. Həmin vaxt “işarəçi” Şahid2 ona işarə edərək tırın digər tərəfinə köməyə gəlməyini demişdir. O, dərhal avtokarı idarə edərək tırın digər tərəfinə keçmişdir. Onlar tırın digər tərəfinə keçdikdən artıq Anarın yerə uzanıqlı halda olduğunu və içərisində preslənmiş pambıq olan yükün onun üzərindən götürüldüyünü görmüşdür. Şahid1 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, o, 2022-ci ilin oktyabr ayından "xxxx" MMC-də doker mexanizator vəzifəsində işləyir. Onların iş yeri Bakı şəhəri, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisidir. O, həmin şirkətdə növbəlilik qrafikinə əsasən işləyir. Belə ki, o, 2 gün səhər və axşam növbəsi olmaqla 12 saatlıq iş rejimi ilə işdə olmuş, növbəti iki gün isə onun istirahət günüdür. Onun doker mexanizator kimi vəzifəsi tapşırığa uyğun olaraq yükaşırma əməliyyatlarının icra edilməsindən, yüklərin boşaldılıbdoldurulmasından ibarətdir. O, xx.xx.2023-cü il saat 21:00-da axşam növbəsinə işə gəlmişdir. O, "xxxx" MMC-də 2-ci manqanın işçisi olmuşdur. Onların şirkətində ümumi olaraq 4 manqa vardır, hər bir manqa eyni qaydada tapşırığa uyğun olaraq yükaşırma əməliyyatlarının icra edir, yüklərin boşaldılıb-doldurulmasını həyata keçirir. Hər bir manqada təxminən 25 nəfərdən çox işçi olur. X4 o, "xxxx" MMC-yə işə düzələndən sonra tanımışdır. Anar da həmin şirkətdə doker mexanizator vəzifəsində işləmişdir. Anar 4-cü manqanın işçisi olmuşdur. Hər bir manqanın svidoring vəzifəsində işləyən şəxsi olur. Həmin svidoring vəzifəsində işləyən şəxslər iş icraçıları hesab olunur, belə ki, həmin şəxslər manqada olan işçilərə tapşırıqlar vermiş və onların gördüyü işə nəzarət etmişdir. Manqaların hər hansı birində iş yükü artıq olduqda digər manqalarında kömək üçün əlavə növbəyə işçilər gəlmişlər. O, xx.xx.2023-cü il tarixdə əlavə olaraq növbəyə işə gəlmişdir. 4cü manqanın svidoringi, yəni iş icraçısı Pərviz Salmanov olmuşdur. Həmin gün o da Pərvizin tabeliyində işləmişdir. İşə başlamamışdan əvvəl iş icraçısı Pərviz Salmanov tərəfindən təlimat keçirilmişdir. Daha sonra Pərviz tərəfindən iş bölgüsü həyata keçirilmişdir. Həmin vaxt artıq yük avtomobilləri limanın həyətində idi və onlar tırlarda olan preslənmiş pambıq yükünün limanın ərazisinə boşaldılması prosesini həyata keçirmişlər. Onların işlədiyi tıra 5 nəfər işçi təyin edilmiş, həmin işçilərdən o və Şahid2 “işarəçi” təyin edilmişdir. Anar Ərəbov, Şahid3 və Toğrul avtokar sürücüsü təyin edilmişdir. Həmin iş bölgüsü iş icraçısı Təqsirləndirilən şəxs tərəfindən icra edilmişdir. Həmin vaxt tırın bir tərəfindən “siqnalşik” Şahid2 və avtokar sürücüsü Toğrul tərəfindən yükboşaltma əməliyyatı icra edilmiş, tırın digər tərəfində isə “işarəçi” o, avtokar sürücüsü Anar Ərəbov, Şahid3 yükboşaltma əməliyyatı icra etmişdir. Onlar tırın digər tərəfindəki işçilər ilə növbəli şəkildə yükboşaltma əməliyyatını icra etmişdir. O, “işarəçi” kimi avtokarları yükün necə götürülməsi və yükboşaltma əməliyyatının necə icra edilməsi üçün tapşırıq vermiş, avtokar sürücüləri isə yükboşaltma əməliyyatını icra etmişdir. Həmin gün təxminən saat 22 radələrində Anar Ərəbov öz avtokarını kənarda saxlamış və daha sonra tırın yanına Şahid3 idarə etdiyi avtokarın digər tərəfinə gəlmişdir. Həmin vaxt o, avtokarın digər tərəfində dayanaraq avtokarda olan əməliyyatı dayandırmışdır. Onun əməliyyatı dayandırnmağına səbəb Anar Ərəbovun ora yaxınlaşmağı olmuşdur. Anar əlində taxta parçası ilə tırın içərisində olan yükün altına qoymağa çalışmışdır. O, Anara dəfələrlə kənar durması barədə xəbərdar etsədə, Anar ona qulaq asmamış, həmin vaxt onun qışqırıq səsini Fəqan və Natiqdə eşitmişdir. Həmin vaxt anidən avtokara yükləmək istədiyimiz yük yox, onun solundakı digər preslənmiş pambıq yükü sürüşərək Anarın üzərinə düşmüşdür. Daha sonra onlar dərhal onun yanına gələrək yükü onun üzərindən götürmüşlər. Daha sonra Anar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılmışdır. O, 2022-ci ilin oktyabr ayından "xxxx" MMC-də doker mexanizator vəzifəsində işləyir. Onun ilə "xxxx" MMC arasında əmək müqaviləsi bağlanmışdır. Onlar ilə hər növbə işə başlamazdan əvvəl əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırma aparılmış və onlar bununla bağlı müvafiq jurnala imza etmişdir. Həmin təlimat onlara iş icraçısı tərəfindən keçirilmişdir. Həmin gün onlara təlimat iş icraçısı Təqsirləndirilən şəxs tərəfindən keçirilmişdir. Onlar xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilmişdir. Həmin vaxt ərazisində görülən işlər zamanı təhlükəsiz işin icrasına və fəaliyyətinə hadisə baş verən vaxtı 4-cü manqanın iş icraçısı Pərviz Salmanov tərəfindən nəzarət olunmuşdur. O, hadisənin şahidi olmuşdur. O, Anara dəfələrlə kənar durması barədə xəbərdar etsədə, Anar ona qulaq asmamış, həmin vaxt onun qışqırıq səsini Fəqan və Natiq də eşitmişdir. Həmin vaxt anidən avtokara yükləmək istədikləri yük yox, onun solundakı digər preslənmiş pambıq yükü sürüşərək Anarın üzərinə düşmüşdür. Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid2 göstərmişdir ki, o, 2021-ci ilin aprel ayından "xxxx" MMC-də doker mexanizator vəzifəsində işləyir. Onların iş yeri Bakı şəhəri, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisidir. O, həmin şirkətdə növbəlilik qrafikinə əsasən işləyir. Belə ki, o, 2 gün səhər və axşam növbəsi olmaqla 12 saatlıq iş rejimi ilə işdə olur, növbəti iki gün isə onun istirahət günüdür. Onun doker mexanizator kimi vəzifəsi tapşırığa uyğun olaraq yükaşırma əməliyyatlarının icra edilməsindən, yüklərin boşaldılıb-doldurulmasından ibarətdir. O, xx.xx.2023-cü il saat 21:00-da axşam növbəsinə işə gəlmişdir. O, "xxxx" MMC-də 2-ci manqanın işçisi olmuşdur. Onların şirkətində ümumi olaraq 4 manqa vardır, hər bir manqa eyni qaydada tapşırığa uyğun olaraq yükaşırma əməliyyatlarının icra etmiş, yüklərin boşaldılıb-doldurulmasını həyata keçirmişdir. Hər bir manqada təxminən 25 nəfərdən çox işçi olur. X4 o, "xxxx" MMC-yə işə düzələndən sonra tanımışdır. Anar da həmin şirkətdə doker mexanizator vəzifəsində işləmişdir. Anar 4-cü manqanın işçisi olmuşdur. Hər bir manqada svidoring, yəni növbə rəisi vəzifəsində işləyən şəxsi olur. Həmin svidoring, yəni növbə rəisi vəzifəsində işləyən şəxslər iş icraçıları hesab olmuş, belə ki, həmin şəxslər manqada olan işçilərə tapşırıqlar vermiş və onların gördüyü işə nəzarət etmişdir. Manqaların hər hansı birində iş yükü artıq olduqda digər manqalarında kömək üçün əlavə növbəyə işçilər gəlmişdir. O, xx.xx.2023-cü il tarixdə əlavə olaraq növbəyə işə gəlmişdir. 4-cü manqanın svidoringi, yəni iş icraçısı Pərviz Salmanov olmuşdur. Həmin gün o da Pərviz Salmanovun tabeliyində işləmişdir. İşə başlamamışdan əvvəl iş icraçısı Pərviz Salmanov tərəfindən təlimat keçirilmişdir. Daha sonra Pərviz tərəfindən iş bölgüsü həyata keçirilmişdir. Həmin vaxt artıq yük avtomobilləri limanın həyətində olmuş və onlar tırlarda olan preslənmiş pambıq yükünün limanın ərazisinə boşaldılması prosesini həyata keçirmişlər. Onun işlədiyi tıra 5 nəfər işçi təyin edilmiş, həmin işçilərdən o və Şahid1 “işarəçi” təyin edilmiş, Anar Ərəbov, Şahid3 və Şahid4 avtokar sürücüsü təyin edilmişdir. Həmin iş bölgüsü iş icraçısı, növbə rəisi vəzifəsində işləyən Pərviz Salmanov tərəfindən həyata keçirilmişdir. Həmin vaxt tırın bir tərəfindən “işarəçi” kimi o və avtokar sürücüsü Şahid4 olmuş və onlar tərəfindən tırın həmin tərəfində yükboşaltma əməliyyatı icra edilmişdir. Tırın digər tərəfində isə “işarəçi” Şahid1, avtokar sürücüsü Anar Ərəbov, Şahid3 yükboşaltma əməliyyatı icra edilmişdir. O, “işarəçi” kimi avtokarları yükün necə götürülməsi və yükboşaltma əməliyyatının necə icra edilməsi üçün tapşırıq vermiş, avtokar sürücüləri isə yükboşaltma əməliyyatını icra etmişdir. Həmin gün təxminən saat 22 radələrində “işarəçi” Şahid1 tırın digər tərəfindən səsini eşitmişdir. Həmin vaxt Vurğun Anara qışqıraraq kənara durmasını, lazım olsa onun yükün aşağısına taxta qoyacağını deməsini eşitmişdir. Bir qədər keçdikdən sonra Vurğun qışqıraraq “köməyə gəlin” demişdir. Həmin vaxt ounla tırın eyni tərəfindən olan avtokar sürücüsü Şahid4 tırdan bir qədər aralı hərəkətsiz vəziyyətdə dayanmışdır. O, Torğula işarə edərək hərəkəti dayandırmasını və köməyə gəlməsini demişdir. Onlar tırın digər tərəfinə keçdikdən artıq Anarın yerə uzanıqlı halda olduğunu və içərisində preslənmiş pambıq olan yükün onun üzərindən götürüldüyünü görmüşdür. O, Vurğundan nə baş verdiyini soruşduqda Vurğun ona Anar Ərəbovun öz avtokarını kənarda saxladığını, daha sonra tırın yanına Şahid3 idarə etdiyi avtokarın digər tərəfinə gəldiyini, həmin vaxt onun avtokarın digər tərəfində dayanaraq avtokarda olan əməliyyatı dayandırdığını, onun əməliyyatı dayandırnmağına səbəbin Anar Ərəbovun tıra yaxınlaşması olmasını, Anarın əlindəki taxta parçasını tırın içərisində olan yükün altına qoymağa çalışdığını, onun Anara dəfələrlə kənar durması barədə xəbərdar etdiyini, Anarın ona qulaq asmadığını, həmin vaxt anidən avtokara yükləmək istədikləri yükün yox, yükün solundakı digər preslənmiş pambıq yükünün sürüşərək Anarın üzərinə düşdüyünü, onların dərhal Anarın yanına gələrək yükü üzərindən götürdüklərini bildirmişdir. Daha sonra Anar təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılmışdır. O, 2021-ci ilin aprel ayından "xxxx" MMC-də doker mexanizator vəzifəsində işləyir. Onun ilə "xxxx" MMC arasında əmək müqaviləsi bağlanmışdır. Onlarla hər növbə işə başlamazdan əvvəl əməyin mühafizəsi və təhlükəsizlik texnikasına dair təlimatlandırma aparılmış və onlar bununla bağlı müvafiq jurnala imza etmişdir. Həmin təlimat onlara iş icraçısı tərəfindən keçirilmişdir. Həmin gün onlara təlimat iş icraçısı Pərviz Salmanov tərəfindən keçirilmişdir. Onlar xüsusi geyim və fərdi mühafizə vasitələri ilə təmin edilmişdir. Həmin vaxt ərazidə görülən işlər zamanı təhlükəsiz işin icrasına və fəaliyyətinə hadisə baş verən vaxtı 4-cü manqanın növbə rəisi, yəni iş icraçısı Pərviz Salmanov tərəfindən nəzarət olunmuşdur. O, hadisə baş verən zaman ərazidə olsa da, hadisənin şahidi olmamışdır. Belə ki, həmin gün təxminən saat 22 radələrində “işarəçi” Şahid1 tırın digər tərəfindən səsini eşitmişdir. Həmin vaxt Vurğun Anara qışqıraraq kənara durmasını, lazım olsa onun yükün aşağısına taxta qoyacağını deməsini eşitmişdir. Bir qədər keçdikdən sonra Vurğun qışqıraraq “köməyə gəlin” demişdir. Həmin vaxt onunla tırın eyni tərəfində olan avtokar sürücüsü Şahid4 tırdan bir qədər aralı hərəkətsiz vəziyyətdə dayanmışdır. O, Torğula işarə edərək hərəkəti dayandırmasını və köməyə gəlməsini demişdir. Onlar tırın digər tərəfinə keçdikdən artıq Anarın yerə uzanıqlı halda olduğunu və içərisində preslənmiş pambıq olan yükün onun üzərindən götürüldüyünü görmüşlər. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X8 Publik Hüquqi şəxsin 09 iyun 2023-cü il tarixli, 35 nömrəli rəyindən görünür ki, X2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - travmatik və hemorragik şok, sol tərəfli hemotoraks, döş qəfəsinin soldan İİİ-İV-V-Vİ-Vİİ qabırğaların qapalı, yerinidəyişən sınıqları, ağciyərin sol aşağı payının cırılmış yarası, hər iki oturaq sümüklərinin sınıqları, hər iki qasıq və qasıq büküşü ətrafının qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər. Qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən əvvəl törənmişlər, ölümü ilə birbaşa səbəbli əlaqəlidirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə və şəraitdə törənə bilərdilər və bu da canlı şəxslərdə dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər. X2 ölümünə səbəb sol ağciyərin aşağı payının cırılması ilə müşayiət olunan döş qəfəsinin soldan İİİ-İV-V-Vİ-Vİİ qabırğaların qapalı, yerinidəyişən sınıqları nəticəsində kəskin daxili qanaxma fonunda inkişaf etmiş travmatik və hemorragik şok olmuşdur. X2 ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan 3-6 saat əvvəl olmaqla xx.xx.2023-cü il tarixdə saat 01:50-də "Leyla” Medical Center-də baş vermişdir. X2 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (1743/K saylı, xx.xx.2023-cü il tarixli AKT) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 19 iyul 2023-cü il tarixli 10/5075 nömrəli rəyindən görünür ki, baş vermiş hadisə ilə əlaqədar «Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST»ün 1.4, 2.1, 2.5, 2.15 bəndlərinin, «İş icraçısının vəzifə təlimatı»nın 1,2-ci bəndlərinin tələblərinin və «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki və təşkilati səbəbləri olmuşdur. Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində "xxxx" MMC-nin işçiləri tərəfindən yük avtomaşınından qablaşdırılmış pambıq kiplərinin boşaldılması ilə əlaqədar təhlükəsizlik tədbirləri təmin edilmədiyinə görə, «Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST»ün 1.4, 2.1, 2.5, 2.15 bəndlərinin və «İş icraçısının vəzifə təlimatı»nın 1,2-ci bəndlərinin tələbləri iş icraçısı tərəfindən pozulmuşdur. İş üzrə təlimatlandırılmış və fərdi mühafizə vasitələri ilə təmin edilmiş dokermexanizator işləyən Anar Ərəbov pambıq kipinin düşmə zonasına təhlükəli məsafədə yaxınlaşmaqla öz fərdi təhlükəsizliyini qorumadığına görə, «Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçuları üçün nümunəvi daxili nizam qaydaları»nın 11-ci bəndinin tələbləri X10 özü tərəfindən pozulmuşdur. Ekspertiza tədqiqatının dəyəri 102 (yüz iki) manat təşkil edir. Hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisidir. Həmin limanın ərazisində "xxxx" MMC yükdoldurma və yükboşaltma əməliyyatlarını icra edir. X11 hadisə baş verən zaman işlədiyi ərazi Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisidir. Həmin ərazidə çoxlu sayda içərisində yük olan dəmir materiallı daşınan yüksaxlama anbarları vardır, digər tərəfdə isə preslənmiş pambıq yüklərinin olduğu görünür. Hadisə yerinə baxışda iştirak edən Şahid1 bildirdi ki, 16 may 2023-cü il tarixdə onunla birlikdə "xxxx" MMC-də doker mexanizator vəzifəsində işləyən X7 21:45-də tırın yük yerindən preslənmiş pambıq yükünü boşaldan zaman yük sonuncunun üzərinə aşması nəticədə xəsarət almış və təcili tibbi yardım ilə “X18”-ə aparılmışdır. Şahid1 əlavə olaraq bildirmişdir ki, Anar Ərəbov tırın yük yerində olan preslənmiş pambıq yükünün avtokara qoyulmasını təmin etmək üçün tənzimləyən zaman digər pambıq yükünün üzərinə aşması nəticəsində xəsarət almış və nəticədə xx.xx.2023cü il tarixdə almış olduğu xəsarətlərdən “X18”-də ölmüşdür. X10 meyitinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, təşrih masası üzərində ağ rəngli mələfəyə bükülmüş meyit uzadılmışdır. Mələfəni açdıqda paltarsız kişi cinsli meyit vardır. Meyit düzgün bədən quruluşludur, kafi qidalıdır, boyunun uzunluğu 175 sm-dir. Əllə toxunduqda meyit soyumuşdur. Meyit qacıması çeynəmə əzələrində yaxşı, digər yoxlanılan qrup əzələlərdə zəif inkişaf etmişdir. Meyit ləkələri bədənin arxa və yan səthlərində orta intensivlikdə olub, bənövşəyi rəngdədir, təzyiq etdikdə rəngi itir və 1-2 dəqiqəyə bərpa olur. Baş tükləri alın-təpə nahiyəsində tökülmüşdür, qalan hissələri ağlıqaralı rəngdə olub, uzunluğu 3 sm-ə qədərdir. Gözləri yarımaçıq vəziyyətdədir, buynuz qişa parlaqdır, bəbəklər bərabər genəlmişdir, dairəvi formalıdır, diametri 0,5 sm-dir. Ağzı açıq vəziyyətdədir. Dili dişlər arxasındadır. Dişləri təbii və tam olmaqla karieslidirlər. Burun sümükləri və eləcə də üz-skelet sümükləri əllədikdə tamdır. Xarici qulaq və burun keçəcəkləri sərbəstdir, ifrazat yoxdur. Boyunu bədənə meyit qacımasına uyğun müvafiqdir, patoloji hərəkətsizdir. Döş qəfəsi silindirik formadadır, simmetrikdir, əllə yoxladıqda solda sümüklərdə patoloji hərəkətlilik sümük krepitasiyası hiss olunur. Ön qarın divarı qabırğa qövsü səviyyəsindən bir qədər hündürdə yerləşir. Xarici cinsiyyət üzvləri kişi tipindədir, düzgün inkişaf etmişdir, sidik kanalının xarici dəliyindən ifrazat yoxdur. Arxa keçəcək dəliyi qapalıdır, ətraf dərisinin şüavari büküşlər nəzərə çarpandır, ətrafı təmizdir. Yuxarı və aşağı ətrafları düzgün inkişaf etmişlər, əllədikdə patoloji hərəkətlilik sümük krepitasiyası müəyyən edilmir. Meyitin bədən səthində aşağıdakı xəsarətlər aşkar olunmuşdur: Hər iki qasıq və qasıq büküşü ətrafı geniş sahəli tünd qırmızımtıl-bənövşəyi rəngli qançırlıdır. Meyitin bədən səthində digər xəsarət aşkar edilmədi. Baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış keçirilən əşya olan flaşkartın bir hissəsi gümüşü, digər hissəsi isə göy rəngli olmaqla iki hissədən ibarətdir. Həmin flaşkartın gümüşü hissəsinin üzərində çap hərfləri ilə "xxxx" sözləri yazılmışdır. Bundan başqa flaşkartın üzərində çap üsulu ilə və əlyazma şəklində heç bir qeyd aparılmamışdır. Qeyd olunan flaşkart “HP” markalı kompüterin prosessoruna qoyularaq nümayiş etdirilərkən müəyyən olundu ki, flaşkartın daxilində 02 ədəd videofayl vardır. Qeyd olunan flaşkartda olan 1-ci videofaylın adı “İP Camera 31_NVR4_N VR 4_2 023051621 5200_**********5358_262747921” kimi qeyd edilmişdir. Həmin fayl səsləndirilərəkən 01 dəqiqə 57 saniyəlik videogörüntü olduğu müəyyən edildi. Videogörüntüyə baxış zamanı ekranının yuxarı sol kənarında “xx-xx-2023 21:52:02”, aşağı sağ tərəfindən isə “PTZ:C-0/54-CR13(TE007)” sözləri yazılmışdır. Videogörüntü səsləndirilərəkən vaxt saniyə üzrə hərəkət edir. Diskə baxış zamanı videogörüntünü qeydə alan kameranın hərəkət etdiyi müşahidə edilir. Videogörüntü Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında hadisənin baş verdiyi ərazini müşahidə edir. Videogörüntünü müşahidə edən zaman qarşı tərəfdə dəmiryolu relsləri, vaqonlar, sol tərəfdə isə tırın və yüklərin olması aşkar edildi. Videogörüntünü 00:30 saniyəsində kamera görüntünü uzaqlaşdıraraq geniş görünütünü əks etdirməyə başladı. Videogörüntünün 00:45 saniyəsində bir ədəd avtokar tırın yük hissəsinə yaxınlaşdı, 00:54 saniyədə kamera sağa doğru hərəkət etməyə başladı, 01:08 saniyədə ekranın aşağı hissəsində “Preset 3” sözü yazıldı, 01:23 saniyədə kamera sola doğru hərəkət etməyə başladı, 01:32 saniyədə tırın yanında avtokar olduğu maşhidə edildi. Həmin avtokar tırın yük yerinə doğru hərəkət etdi və tırın yük yerinin qarşısında dayandı. Videogörüntünü 01:53 saniyəsində kamera görüntüsü yenidən yaxınlaşdı, 01:55 saniyədə avtokarın hərəkəti müşahidə edildi. Həmin görüntüyə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hər hansı hal aşkar edilmədi. Qeyd olunan flaşkartda olan 2-ci videofaylın adı “İP Camera111_NVR 3_NVR3_2 **********219_**********5358_262559841” kimi qeyd edilmişdir. Həmin fayl səsləndirilərəkən 01 dəqiqə 38 saniyəlik videogörüntü olduğu müəyyən edildi. Videogörüntüyə baxış zamanı ekranının yuxarı sol kənarında “xxxx-2023 Tue 21:52:22”, aşağı sağ tərəfindən isə “PTZC-2. 185-Crane-1” sözləri yazılmışdır. Videogörüntü səsləndirilərəkən vaxt saniyə üzrə hərəkət edir. Diskə baxış zamanı videogörüntünü qeydə alan kameranın hərəkət etdiyi müşahidə edilir. Videogörüntü Bakı şəhəri, Qaradağ rayonunda yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanında hadisənin baş verdiyi ərazini müşahidə edir. Videogörüntünü müşahidə edən zaman qarşı tərəfdə tırların, tırın yük yerlərinin və yüklərin olması aşkar edildi. Videogörüntünü 00:10 saniyəsində tırın yük yerinin yanında bir ədəd avtokarın və iki nəfər şəxsin olması, yük yerinin içərisi ilə daha bir nəfər şəxsin qarşı tərəfə keçməsi müşahidə edildi. Videogörüntünü 00:23 saniyəsində başqa avtokar tırın yük hissəsinin digər tərəfinə hərəkət edir. Videogörüntünü 00:26 saniyəsində kamera digər tərəfə hərəkət etməyə başladı, həmin vaxt tırın yük yerinin yanında avtokarın işıqlarının yanılı vəziyyətdə olması, avtokarla yük yerinin arasında bir nəfər şəxsin olması müşahidə edildi. Kamera 00:30 saniyədən 00:50 saniyəyə qədər ərazinin digər hissəsini müşahidə edir. Videogörüntünü 00:52 saniyəsində etibarən avtokarın yanında bir ədəd yükün yerə düşmüş vəziyyətdə olması və həmin yükün ətrafına eyni zamanda avtokarın qarşısına çoxlu şəxslərin toplaşması müşahidə edilməyə başladı. 01-25 saniyədən sonra kamera hərəkət edərək başqa ərazini müşahidə etməyə başladı. Həmin görüntüyə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hər hansı hal aşkar edilmədi. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs "xxxx" MMC-də doker-mezanizator vəzifəsində işləməklə iş icraçısı vəzifəsini tutur. İş materiallarına əlavə edilmiş "xxxx" MMC tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş xasiyyətnamədən aydın olur ki, Təqsirləndirilən şəxs növbə rəisi vəzifəsində işləyir, işlədiyi dövrdə kollektivin rəğbətini qazanmışdır, verilən tapşırıqların öhdəsindən layiqincə gəlmişdir. İşində fəaldır, məsuliyyətlidir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixdə doğulmuş X3 atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş 149 saylı MİKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, ünvan 2 ünvanında məskunlaşdığı müddət ərzində barəsində heç bir şikayət ərizəsi daxil olmamışdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf etməklə səmimi peşiman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş tərəflə tam barışıq əldə etməsini və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, eləcə də iş və yaşayış yerində müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etsə də, ona cəza təyin edərkən ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət əməli törətməsini, əməlini etiraf etməklə səmimi peşiman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla himayəsində bir azyaşlı uşağının olmasını, zərərçəkmiş tərəflə tam barışıq əldə etməsini və zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, eləcə də iş və yaşayış yerində müsbət xarakterizə olunmasını nəzərə alaraq təqsirləndirilən şəxsin azadlıqdan məhrum etmə cəzasına şərti olaraq məhkum edilməsini məqsədəuyğun, həm də cəzanın məqsədlərinə nail olunması baxımından daha ədalətli və düzgün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə təqsirləndirilən şəxsə təyin edilmiş cəzanı çəkmədən islah olunmasını mümkün hesab etməklə, üzərinə CM-nin 70.5-ci maddəsində göstərilən onun davranışı üzərlərinə nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsinin qoyulmasını məqsədəuyğun hesab edir. İş üzrə 102 (yüz iki) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən 30 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CPMnin 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə texniki təhlükəsizlik və əməyin mühafizəsi sahəsində maddi-məsul vəzifə tutma hüququndan məhrum edilməklə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il 06 (altı) ay sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə: sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və iş yeri barədə məlumat vermək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. İş üzrə 102 (yüz iki) manat ekspertiza xərci təqsirləndirilən şəxsdən tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 180 (yüz səksən) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 120 (yüz iyirmi) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar