Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-282/2023 22.11.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs qanuni nümayəndəsi (mülki iddiaçı) Şahid1, Zərərçəkmiş şəxsin və onun qanuni nümayəndəsinin etibarnamə üzrə nümayəndəsi Nümayəndə Müdafiəçi, Təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1969-cu ildə Zəngilan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, işləməyən, Zəngilan rayonu, Zəngilan ərazi dairəsi, Qıraq Müşlan kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 34-cü küçə ünvanında yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs avtomobili idarə edərkən yol hərəkəti və istismarı qaydalarını pozaraq ehtiyyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuşdur. Belə ki, o, 19 may 2023-cü il tarixdə saat 16:45 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yəni, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamamlı olduğu halda bunu etməmiş və idarə etdiyi «Mercedes Benz E 270» markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı xüsusi təyinatlı avtomobillə Bakı-Qazax- Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu, Ümid qəsəbəsi ərazisindən keçən 40,5-ci kilometrliyində Qazax rayonu istiqamətində hərəkətdə olan zaman qarşısında eyni istiqamətdə hərəkətdə olan Şahid1 idarə etdiyi «Toyota Corolla» markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin və Şahid3 idarə etdiyi «Hyundai Elantra» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin arxa hissəsilə toqquşaraq yolun hərəkət hissəsində aşmış, «Toyota Corolla» markalı minik avtomobili isə yolun sol hissəsindəki işıq dirəyinə dəymişdir. Hadisə nəticəsində ehtiyatsızlıqdan «Toyota Corolla» markalı avtomobilin sərnişini Zərərçəkmiş şəxs sol said sümüklərinin (mil və dirsək) sınıqları, sol çiyinüstü və sol qalça sümük proyeksiyasının qançırları kimi dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarət alması ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, «BJ» kateqoriyalı, BB seriyalı, 245027 nömrəli sürücülük vəsiqəsilə özünə məxsus olan «Mercedes Benz E270 CDİ» markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edirmiş və həmin avtomobilin pulunu tam ödəyərək almışdır. O, xx.xx.2023-jü il tarixdə Bakı şəhərindən Şirvan rayonuna getmək üçün həmin avtomobillə evdən çıxaraq Bakı-Qazax-Gürcüstan yoluna daxil olub Qazax rayonu istiqamətində hərəkətdə olan zaman avtomobil texniki cəhətdən saz olmuş, yük yeri boş olmuş, avtomobildə 1 nəfər sərnişin olmuşdur. O, Bakı- Qazax yolu ilə xeyli getdikdən sonra saat 16:45 radələrində avtomobili yolun soldan birinci hərəkət zolağı ilə saatda təxminən 95-100 km/saat surətlə hərəkətdə olduğu zaman ondan qarşıda “Mercedes Benz” markalı avtomobil gedirmiş. Birazda getdikdən sonra qarşısındakı avtomobil qəflətən sağ zolağa keçmiş, bu vaxt o, qarşısında “Toyota” markalı minik avtomobilini görmüş, onun arxasından vurmamaq üçün sağ zolağa keçmək istəyən zaman sağ zolaqda başqa avtomobil olduğu üçün sağa çıxa bilməmiş və idarə etdiyi «Mercedes Benz E270 CDİ» markalı avtomobilin qabaq sol hissəsi ilə qarşısında düzünə hərəkətdə olan “Toyota” markalı minik avtomobilinin arxa sağ hissəsindən vurmuşdur. Toqquşmadan sonra onun avtomobili idarəetmədən çıxıb yolun hərəkət hissəsində aşaraq damı üstə dayanmışdır. O, dərhal avtomobildən çıxmış və yerə düşəndə görmüşdür ki, avtomobili aşan zaman sağ zolaqda hərəkətdə olan “Hyundai” markalı avtomobilədə dəymişdir. O, hadisə zamanı heç bir bədən xəsarəti almadığını və hadisədən əvvəl spirtli içki, narkotik vasitə qəbul etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsə dəymiş zərərin tam ödəndiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət məsuliyyətindən azad edilərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ( xx xxxxx 2013-cü ildə doğulmuş) qanuni nümayəndəsi Şahid1 öz ifadəsində ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, «BC» kateqoriyalı, BD seriyalı, 417129 nömrəli sürücülük vəsiqəsilə özünə məxsus olan «Toyota Corolla» markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edirmiş. O, həmin avtomobilin pulunu tam ödəyərək almış, 19 may 2023-cü il tarixdə Bakı şəhərindən ailə üzvlərilə Masallı rayonuna getmək üçün həmin avtomobillə evdən çıxmışdır. O, idarə etdiyi «Toyota Corolla» markalı avtomobillə Bakı- Qazax-Gürcüstan yoluna daxil olaraq Qazax rayonu istiqamətində hərəkətdə olan zaman avtomobili texniki cəhətdən saz olmuş, yük yeri boş olmuş, avtomobildə həyat yoldaşı Şahid2, övladları Zərərçəkmiş şəxs və Elisa Əkbərli olmuşdur. Bakı-Qazax yolu ilə xeyli getdikdən sonra saat 16:45 radələrində avtomobili yolun soldan birinci hərəkət zolağı ilə saatda təxminən 85-90 km/saat surətlə idarə edən zaman onu sağdan markasını xatırlamadığı minik avtomobili yüksək sürətlə ötüb keçmiş, bundan təxminən 2 saniyə sonra qəflətən arxa hissədən onun avtomobilinə başqa avtomobil zərbəylə vurmuşdur. Toqquşmadan sonra onun avtomobili sola doğru istiqamətlənmiş və orada olan işıq dirəyinə dəyərək dayanmışdır. O, dərhal avtomobildən çıxmış və yerə düşən kimi ailə üzvlərinidə avtomobildən çıxarmışdır. Bundan sonra bilmişdir ki, onun avtomobilinə arxadan vuran «Mercedes Benz E 270» markalı, **-GU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili olmuşdur. Ətrafdan başqa adamlar toplaşıb köməklik etmişlər və ailə üzvlərini hadisə yerinə gələn təcili yardım avtomobili ilə xəstəxanaya göndərərək özü hadisə yerində qalmışdır. Hadisə zamanı özü və ailə üzvləri müxtəlif bədən xəsarətləri aldıqlarını və iş üzrə şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qanuni nümayəndəsi Şahid1 məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs ilə barışdığını, onlara dəymiş ziyanın ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, mülki iddiadan imtina etdiyini bildirərək cinayət təqibi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şahid4 məhkəmə iclasının vaxtı və yeri barəsində təkrarən rəsmi qaydada məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə baxışı zamanı tərəflərin razılığı ilə, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid4 göstərmişdir ki, Azərbaycan Avtomobil Yolları X11 Təminat və X12 Təşkili İdarəsinin Hüquq şöbəsində hüquqşünas vəzifəsində işləyir. 19 may 2023-cü il tarixdə saat 16:45 radələrində Bakı-Qazax-Gürcüstan sərhəddi avtomobil yolunun Qaradağ rayonu Ümid qəsəbəsi ərazisindən keçən 40,5-ci kilometrliyində baş vermiş yol nəqliyyat hadisəsi nətijəsində 1 ədəd işıq dirəyi və 1 ədəd metal başlıq yararsız hala salınmışdır. Yol-nəqliyyat hadisəsi barədə məlumat daxil olmuş və agentliyin «Yolların Muhafizə Xidməti»-nin mütəxəssisləri tərəfindən baxış keçirilərək 1950.00 (bir min doqquz yüz əlli) manat məbləğində maddi ziyan dəyməsi müəyyən edilmişdir. O, cəmiyyətin nümayəndəsi kimi müvafiq sənədləri təqdim edərək işıq dirəyinin əzilməsi ilə bağlı başqa iddiaları olarsa məhkəməyə təqdim edəcəyini, cinayət işi üzrə şikayət və iddialarının olmadığını bildirmişdir. Şahid3 məhkəmə iclasının vaxtı və yeri barəsində rəsmi qaydada təkrarən məlumatlar verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmişdir. Şahid3 məhkəmənin 05 sentyabr 2023-cü il tarixli hazırlıq iclasında məhkəməyə yazılı ərizə təqdim edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etdiyini bildirmişdir. Məhkəmə iclasında tərəflərin razılığı ilə Şahid3 ifadəsi elan edilmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsində Şahid3 göstərmişdir ki, «B» kateqoriyalı, AD seriyalı, 031277 nömrəli sürüjülük vəsiqəsilə özünə məxsus olan «Hyundai Elantra» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini idarə edirmiş. O, xx.xx.2023-jü il tarixdə Bakı şəhərindən Şirvan rayonuna getmək üçün idarə etdiyi «Hyundai Elantra» markalı avtomobillə Bakı-Qazax-Gürcüstan yoluna daxil olub Qazax rayonu istiqamətində hərəkətdə olan zaman avtomobil texniki jəhətdən saz olmuş, yük yeri boş olmuş, avtomobildə 1 nəfər sərnişin olmuşdur. O, Bakı- Qazax yolu ilə xeyli getdikdən sonra saat 16:45 radələrində avtomobili yolun soldan ikinji hərəkət zolağı ilə saatda təxminən 95-100 km/saat surətlə idarə edən zaman qəflətən arxadan avtomobilinə nəyinsə dəydiyini hiss etmiş və dərhal yan güzgüdən arxaya baxanda görmüşdür ki, bir avtomobil yolun hərəkət hissəsində aşmışdır. O, dərhal avtomobili yolun sağ kənarında saxlayaraq yerə düşəndə görmüşdür ki, “Mercedes Benz” markalı minik avtomobili yolun hərəkət hissəsində aşmış, Toyota markalı avtomobil isə yolun sol hissəsindəki işıq dirəyinə dəymişdir. Sonradan ona məlum olmuşdur ki, Merjedes Benz markalı avtomobil hərəkətdə olan zaman qarşısında hərəkətdə olan “Toyota Corolla” markalı minik avtomobilini arxadan vurmuş, daha sonra onun avtomobilini vurub və yolun hərəkət hissəsində aşaraq damı üstə dayanmışdır. O, hadisə zamanı avtomobilinə maddi ziyan dəydiyni, özünün isə heç bir bədən xəsarəti almadığını, dəymiş maddi ziyanı siğorta tərəfindən ödənilməsə mülki qaydada məhkəməyə müraciət edəcəyini bildirmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 19 may 2023-cü il tarixli, 2/12444 nömrəli aktından müəyyən olunmuşdur ki, o hadisə baş verən günü ayıq vəziyyətdə olmuşdur. İş materiallarında olan BDYPİ Qİİ-dən alınmış xx.xx.2023-cü il tarixli 3-13-16-/2- 66691/2023 №-li məktubla müəyyən edilmişdir ki, DİN-in BDYPİ-nin Qeydiyyat İmtahan İdarəsinin kompyuter uçot bazasında xx.xx.1969-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə BB seriyalı 245027 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Adı çəkilən şəxsə nəqliyyat vasitələrini idarəetmə hüququndan məhrum edilməsi və ya sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. İş materiallarına əlavə edilmiş DİN BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6 X14 31 may 2023-cü il tarixli, 357 nömrəli rəyindən görünür ki, 1.Vət. X8 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarətlər - sol said sümüklərinin (mil və dirsək) sınıqları, sol çiyinüstü və sol qalça sümük proyeksiyasının qançırları bərk küt əşya (əşyalar) təsirindən, qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün Yeni Klinikaya müraciət etdiyi 19 may 2023-cü il tarixdə törənmələri mümkündür və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər.
2. Vət. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, sərnişini olduğu avtomaşında baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsində nümayəndəsinin 08 iyun 2023-cü il tarixli № 472 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi ö/t ünvanında ailə üzvüləri olan həyat yoldaşı X4 və oğlu X2 ilə birlikdə yaşayır. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısının Badamdar qəsəbəsi nümayəndəliyinin 08 iyun 2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir ərizə və şikayət materialı daxil olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 iyun 2023-cü il tarixli, 8/1526 nömrəli rəyindən görünür ki,
1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz E 270 markalı, ** GU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etmə klə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Toyota Corolla markalı, ** MM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir.
3. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Hyundai Elantra markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid3 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. Ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən daxil olmuş 24 may 2023-cü il tarixli 11-1/2-39xx-xx/2023 nömrəli məktubdan məlum olur ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində 1 ədəd işıq dirəyi və 1 ədəd metal başlıq yararsız hala salınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 1950.00 (bir min doqquz yüz əlli) manat məbləğində ziyan dəymişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə, cinayət işinin materiallarını və məhkəmə istintaqı zamanı araşdırılmış sübutları nəzərdən keçirirək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə cinayət məsuliyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və təqsirləndirilən şəxs ərizə təqdim edərək barışdıqlarını bildirmiş və cinayət işinin icraatına xitam verilməsini xahiş etmişlər. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin qeyd hissəsinin İİ-ci bəndində göstərilmişdir ki, bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes-Benz E 270” markalı, ** GU *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin, «Toyota Corolla» markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin və «Hyundai Elantra» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı minik avtomobililərinin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə verilmiş mülki iddiaya münasibətdə hesab edir ki, mülki iddia üzrə icraata xitam verilməlidir. Məhkəmə verilmiş mülki iddiaya münasibətdə isə hesab edir ki, zərərəçəkmiş şəxs (mülki iddiaçı) Şahid1 təqsirləndirilən şəxs (mülki cavabdeh) Təqsirləndirilən şəxs qarşı mülki iddiadan imtina etdiyinə görə mülki iddaya xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 261.0.4-cü maddəsinin tələbindən aydın olur ki, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmiş Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 39.1.3, 43.3, 44.2.1, 75.1.1, 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə 128 (yüz iyirmi səkkiz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış “Mercedes-Benz E 270” markalı, ** GU *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin, «Toyota Corolla» markalı, **-MM-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin və «Hyundai Elantra» markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı minik avtomobililərinin sahiblərinə qaytarılması nəzərə alınsın. İş üzrə verilmiş mülki iddiaya xitam verilsin. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədi ilə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən sərf olunmuş 15 iş saatına görə 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X5 vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. Qərardan, elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir.
Sədrlik edən: Rufan Mürsəlov