Məhkəmə qərarları › İş №1(002)-283/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №1(002)-283/2021

17.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(002)-283/2021 17.07.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs xx xxxxxxxx 1992-ci ildə Lənkəran rayonu, Bala-Şürük kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, evli (himayəsində bir azyaşlı uşağı olan), fərdi əməklə məşğul olan, Lənkəran rayonu, Bala-Şürük kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Təqsirləndirilən şəxs 11 iyun 2021-ci il tarixdə saat 00:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Bakı-Qazax avtomagistral yolunun 14-cü kilometrliyində yerləşən Lökbatan dairəsi adlanan yerin yaxınlığında olan zaman Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində baş vermiş mübahisə zamanı sonuncunu əli ilə qəsdən vuraraq Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmaya aid sol qulaq seyvanının qançır-şişkinlik halında əziyi (hematoması), boynun sol yan səthinin qançırı, döş qəfəsinin ön səthinin, sol saidin sıyrıqları kimi xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, bacısı X4 2009-cu il tarixdə Zərərçəkmiş şəxs ilə ailə həyatı qurmuş, birgə nikahlarından üç övladları dünyaya gəlmişdir. Hadisədən 9 ay əvvəl bacısı Milana Valehdən faktiki olaraq ayrılmış, 6-7 ay bundan əvvəl isə onların böyük qızları Nuray öz istəyi ilə anası ilə yaşamaq istədiyini bildirərək onun yanına gəlmişdir. Valeh barışa bilməyəcəyini görüb yaşadığı rayonda və qohumlar arasında arvadı Milananın adına əxlaqsız qadın olması ilə bağlı böhtanlar yaymışdır. Bacısı Milanaya tez-tez baş çəkdiyini, onun əri Valehlə barışmaq niyyətinin olmadığını və Nurayın öz istəyi ilə anası ilə yaşadığını bildirmişdir. Zərərçəkmiş şəxs onun mobil telefonuna zəng edərək və mesajlar yazaraq onu və bacısı Milananı dəfələrlə təhqir etmişdir. O, bu təhqirlərə cavab verməmişdir. 11 iyun 2021-ci il tarxidə Valeh ona mesaj yazaraq onu və bacısını təhqir etmiş, şərəf və ləyaqətini alçaltmışdır. Bundan sonra Lökbatan dairəsində gözlədiyini bildirib onu çağırmışdır. Bir neçə dəfə ona mobil telefon vasitəsilə zəng etmiş, lakin sonuncu zənglərə cavab verməmişdir. Sonra mobil telefona cavab verərək Valehdən harada olduğunu soruşmuş, Valeh Lökbatan dairəsində olduğunu bildirdikdə, ondan orada gözləməsini istəmişdir. O, etibarnamə əsasında idarə etdiyi “Ford Tranzit” markalı avtomobillə Lökbatan dairəsinə gəlmiş və Valehin avtomobilini görmüşdür. Niyyəti ona yaxınlaşıb söhbət etmək olmuşdur. Ona yaxınlaşmış və avtomobildən düşməsini, kənarda söhbət etmək istədiyini bildirmişdir. Valeh isə avtomobildən düşməmiş və sürücü tərəfdəki pəncərəni yuxarı qaldıraraq onun və bacısının ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra o, təpiklə avtomobilin sol yan şüşəsini və güzgüsünü sındırmış, Valehə yumruqla vurmuş və yaxasından tutub dartaraq çölə çıxarmağa çalışmış, lakin Valeh müqavimət göstərərək avtomobildən düşməmişdir. Ətrafda olan bir neçə nəfər tanımadığı şəxs onları ayırmış, bundan sonra Valeh avtomobili sürərək çıxıb getmişdir. O, avtomobilə əyləşərək onun arxası ilə sürmüş, Valeh əks istiqamətli hərəkət yoluna keçdiyi üçün çıxıb getmişdir. Hal-hazırda zərərçəkmiş şəxs ilə barışdığını, törətdiyi əməldən peşman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizə ilə məhkəməyə müraciət edərək özünü təqsirli bildiyini, peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət məsuliyyətindən azad edilərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs öz ifadəsində təhqiqat zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 2009-cu il tarixdə X4 ilə ailə həyatı qurmuş və birgə nikahlarından üç övladları dünyaya gəlmişdir. Təxminən hadisədən bir il əvvəl Milana Babazadə ondan ayrılmaq istədiyini bildirmiş və hadisədən 9 ay əvvəl üç övladını qoyub evdən çıxıb getmişdir. Təxminən 6-7 ay əvvəl isə qayınatası Elçin, qayınanası Könül və arvadı Milana böyük qızları Nurayı zorla özləri ilə aparmışlar və bundan sonra ona göstərməmişlər. Kiçik qızı Gülay və oğlu Allahverən onunla birlikdə yaşayır. X6 öz qardaşı Orxanla birlikdə Bakı şəhərində yaşayırlar və onun böyük qızı Nurayı görməsinə mane olurlar. Bu səbəbdən o və qaynı Təqsirləndirilən şəxs arasında mobil telefon vasitəsilə tez-tez sözlə mübahisələr baş verir və bir-birlərinin ünvanına nalayiq ifadələr işlədirlər. 10 iyun 2021-ci il tarixdə axşam saatlarında o, qaynı Orxanla mobil telefon vasitəsilə əlaqə saxlayıb qızı Nurayı görmək istədiyini bildirmiş, qaynı Orxan isə onun ünvanına nalayiq ifadələr işlətmişdir. O da qaynı Orxanın ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra Orxan ondan hal-hazırda harada olduğunu soruşmuş, o, Lökbatan dairəsi adlanan yerdə olduğunu, onu gözlədiyini bildirmişdir. 11 iyun 2021-ci il tarixdə gecə saat 00:30 radələrində qaynı Orxan idarə etdiyi “Ford” markalı avtomobillə Lökbatan dairəsinə gəlmişdir. Həmin vaxt o, Lökbatan dairəsində Qazax şəhəri istiqamətində avtomobildə əyləşmiş və mobil telefonla oğlu Allahverənlə danışmışdır. Qaynı Orxan ona yaxınlaşan kimi yumruqla onun üz nahiyəsinə vurmuş və avtomobilin sol yan şüşəsini sındırmışdır. Onun yaxasından tutub dartaraq avtomobildən düşürməyə çalışmış, onun sol üz, sol qol və qarın boşluğuna əli ilə xəsarət yetirmişdir. Bundan sonra ətrafda olan bir neçə tanımadığı şəxs Orxanı aralamış, o, idarə etdiyi avtomobili sürərək çıxıb getmişdir. O, “Azpetrol” yanacaq doldurma məntəqəsinə gedərək polisə məlumat vermişdir. Zərərçəkmiş şəxs məhkəməyə yazılı ərizə təqdim edərək cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmaqla ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. İşdə olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X3 X7 Qaradağ rayon şöbəsinin 11 iyun 2021-ci il tarixli 353 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı bədən səthində aşkar olunmuş xəsarətlər – sol qulaq seyvanının qançır-şişkinlik halında əziyi (hematoması), boynun sol yan səthinin qançırı, döş qəfəsinin ön səthinin, sol saidin sıyrıqları bərk küt əşya (əşyalar) təsirindən müayinədən bir günə qədər əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən 11.06.2021-ci il tarixdə törənə bilərdilər və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarında olan tələbnamədən aydın olur ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. Məhkəmə tərəflərin ifadəsini və iş materiallarını araşdıraraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1,134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməli törətməsini, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmişin xahişini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibinə xitam verilməlidir. Təhqiqat zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. Təhqiqat zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən 25 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 iş saatı sərf olunmuşdur. Odur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X2 və 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Odur ki, yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının CMnin 73, CPM-nin 43 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilsin. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhqiqat zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X9 oğlunun və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 90 (doxsan) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun (“Kapitalbank” Qaradağ rayon filialı H/h ********************, kod 200220, VÖEN **********) hesabına ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Qərardan, onun surətinin tərəfə rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan, apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qərar qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar