Məhkəmə qərarları › İş №1(002)-283/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-283/2022

05.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-283/2022 05.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, dövlət ittihamçısı Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 10 saylı vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, əvvəllər məhkum olunmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Kötəl küçəsi ev 48-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmişşəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs, 27 may 2022-ci iltarixdə, saat 21 radələrində etibarnamə və BC dərəcəli 222336 AD nömrəli sürücülük vəsiqəsi əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes Benz» markalı ** KM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Salyan şossesinin Bakı şəhəri, Qaradağ rayonu ərazisindən keçən hissəsində kənar yol ilə Qobustan qəsəbəsi, Şıxlar yaşayış massivi istiqamətində saatda 50-60 km/saat sürətlə hərəkətdə olarkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bu qaydalara riayət etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X18 Ərazi Bölmələrinin İdarəetmə Birliyinin “X20” X17rşısında yolu sağdan sola keçmək istəyən piyada X4 vurmuş, nəticədə ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X5 baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayət olunan başın sol gicgah-təpə sümüklərinin kəllə əsasına keçən xətti sınığı, başın alın, sol gicgah, sol almacıq, alt çənə, qarın və hər iki diz oynağı nahiyələrinin sıyrıqları, hər iki gözaltı nahiyələrinin qançırşişkinliyi, sağ baldır sümüyünün qapalı, yerdəyişən sınığı ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmiş, bununla da zərərçəkmiş şəxs X3 27 may 2022-ci il tarixdə hadisə yerində aldığı xəsarətlərdən ölməsi ilə nəticələnən yol hərəkəti qaydalarını pozmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 27 may 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evdən çıxıb etibarnamə əsasında idarə etdiyi «Mercedes-Benz C220» markalı, **-KM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə anasının hazırladığı çörəkləri və lavaşı çatdırmaq üçün Şıxlar qəsəbəsi istiqamətinə yola düşmüşdür. O, Salyan şossesi ilə hərəkətdə olub Qobustan qəsəbəsinə daxil olarkən körpünün kənarı ilə köməkçi yola daxil olmuş və avtomobili təxminən saatda 50-60 km sürətlə idarə edirmiş. O, Qobustan qəsəbəsi, Şıxlar yaşayış massivi istiqamətində hərəkətdə olarkən Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X18 Ərazi Bölmələrin İdarəetmə Birliyi "X20" X17rşısından keçib gedərkən yolun hərəkət hissəsi qaranlıq olduğu üçün görmədiyindən yolu keçən piyadanı vurmuşdur. Həmin piyada yolun sol tərəfindən sağ tərəfinə doğru hərəkət edirmiş. Piyada yolun hərəkət hissəsinə sol tərəfdən daxil olandan sonra o, piyadanı görə bilməmiş və ancaq piyadanı vurduqdan sonra piyadanı görə bilmişdir. O, piyadanı avtomobilin sağ tərəfi ilə vurmuşdur. Piyada zərbənin təsirindən avtomobilin ön kapotuna, daha sonra isə ön alın şüşəsinə çırpılmış və bir neçə metr irəlidə yerə düşmüşdür. Bundan sonra o, avtomobili saxlamış və avtomobildən düşdükdə artıq piyadının öldüyünü görmüşdür. Atasına zəng vurmuşdur ki, hadisə yerinə gəlsin. Bundan sonra atası, dayısı və dayısı oğlu hadisə yerinə gəlmişlər. Atası ona demişdir ki, “sən kənarda dur, birdən ölən adamın qohumları sənə hücum çəkər”. Dayısı oğlu avtomobili sürərək bir qədər kənarda saxladıqdan sonra hadisə yerinə qayıtmışdır. O, polis əməkdaşları gəldikdən sonra hadisəni törətdiyini bildirmişdir. Bundan sonra, hadisə yerinə Şıxlar qəsəbəsinin sakinləri yığıldığı üçün o, kənarda dayanmış və müşahidə elməyə başlamışdır. Hava qaranlıq olduğu üçün, eyni zamanda həmin yolda işıqlandırma olmadığından o, yolun kənarından hərəkət hissəsinə daxil olmuş piyadanı öncədən görməmiş və buna görə də ehtiyatsızlıqan yol-nəqliyyat hadisəsi törətmişdir. Onun idarə etdiyi avtomobil texniki cəhətdən tam saz vəziyyətdə olmuş, avtomobildə heç bir problem olmamışdır. O, hadisə ərəfəsində avtomobili təxminən saatda 50-60 km sürətlə idarə etmiş, avtomobildə tək olmuşdur. Onun avtomobil idarə etmək üçün BC kateqoriyalı sürücülük vəsiqəsi olmuş, həmin gün o, spirtli içki qəbul etməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, gənc olmasını, hadisənin ailəsinə maddi köməklik göstərilməsi məqsədilə anasının hazırladığı çörək və lavaşı müvafiq mağazalara təhvil vermək üçün gedərkən törəndiyini, ölmüş zərərçəkmiş şəxsin ailəsinə maddi köməklik etməsini və onlarla barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, məhkəmə-tibbi, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri və işin digər halları ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, X8 onun qardaşıdır. xx.xx.2022-ci il tarixdə təxminən saat 23:30 radələrində yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında olan zaman ona tanışları bildirmişlər ki, qardaşı Seyfəlini Qobustan qəsəbəsində yeni inşa edilən xəstəxananın qarşısında piyada hərəkət edən zaman “Mercedes” markalı avtomaşın vurmuşdur. O, göstərilən ünvana çatdıqda qardaşının yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən yerində öldüyünü görmüşdür. X1 heç bir xəstəliyi olmamışdır. Mərhum qardaşı S.Veysəlovun həyat yoldaşı da bir neçə il öncə vəfat etmişdir. Mərhum qardaşının uzun müddət ailəli olmasına baxmayaraq onların övladı olmamışdır. Həyat yoldaşı vəfat etdiyi və övladı olmadığı üçün ibtidai istintaq dövründə mərhum qardaşı S.Veysəlovun hüquqi varisi qismində o tanınmışdır. Təqsirləndirilən şəxs özü və ailəsi tərəfindən onlara dəfn xərclərində və yas mərasiminin keçirilməsində, o cümlədən onların ata evləri sayılan, mərhum qardaşı S.Veysəlovun ölümündən öncə yaşadığı evdə bir sıra təmir-bərpa işlərinin aparılmasında köməklik göstərilmişdir. Əlavə olaraq, zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs gənc olmasını, hadisənin qəsdən deyil ehtiyatsızlıqdan törəndiyini, təqsirləndirilən şəxsin hadisə yerindən qaçmadığını, hadisədən sonra aralarında barışıq əldə olunmasını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq, ona yüngül cəza verməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bibisi oğludur.xx.xx.2022-ci il tarixdə təxminən saat 21:00 radələrində bibisinin həyat yoldaşı Oqtay atasına zəng edərək bildirmişdir ki, Emin Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar yaşayış massivində idarə etdiyi “Mercedes Benz C220” markalı ** KM *** dövlət qeydiyyat nişanlı avtomaşınla yoldan keçən piyadanı vurmuş, piyada hadisə yerində ölmüşdür. O, Eminin atası Oqtay və öz atası Əlihüseyn ilə birlikdə hadisə yerinə getmişlər. Orada Oqtay, oğlu Eminin hadisənin təsirindən şoka düşdüyünü görüb demişdir ki, “ölən şəxsin qohumları gəlib onu döyə bilərlər, buna görə də kənarda dayansın və polis əməkdaşlarının gəlməsini gözləsin”. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlmişlər və Emin özünü polis əməkdaşlarına təqdim etdikdən sonra polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. O, isə bundan sonra yolda hərəkətin intensivliyini bərpa etmək üçün avtomaşını kənara çəkmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun bacısı oğludur. xx.xx.2022-ci il tarixdə təxminən saat 21:00 radələrində bacısının həyat yoldaşı Oqtay ona zəng edərək bildirmişdir ki, oğlu Emin Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar yaşayış massivində idarə etdiyi “Mercedes Benz C220” markalı ** KM *** dövlət qeydiyyat nişanlı avtomaşınla yoldan keçən piyadanı vurmuş, piyada hadisə yerində ölmüşdür. O, Eminin atası Oqtay və oğlu Rüfətlə birlikdə hadisə yerinə getmişdir. Orada Oqtay, oğlu Eminin hadisənin təsirindən şoka düşdüyünü görüb demişdir ki, “ölən şəxsin qohumları gəlib onu döyə bilərlər, buna görə də kənarda dayansın polis əməkdaşlarının gəlməsini gözləsin”. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlmişlər və Emin özünü polis əməkdaşlarına təqdim etdikdən sonra polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. xx.xx.2022-ci il tarixdə oğlu Təqsirləndirilən şəxs anasının hazırladığı çörəkləri və lavaşı mağazalara təhvil vermək üçün idarə etdiyi avtomaşınla yola düşmüşdür. Həmin gün təxminən saat 21:00 radələrində oğlu Emin ona zəng edərək bildirmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Qobustan qəsəbəsi, Şıxlar yaşayış massivində idarə etdiyi “Mercedes Benz C220” markalı ** KM *** dövlət qeydiyyat nişanlı avtomaşınla yolu keçmək istəyən piyadanı vurmuş, piyada hadisə yerində ölmüşdür. O, Eminin dayısı və dayısı oğlu ilə birlikdə hadisə yerinə getmişdir. Orada o, oğlu Eminin hadisənin təsirindən şoka düşdüyünü görüb demişdir ki, “ölən şəxsin qohumları gəlib onu döyə bilərlər, buna görə də kənarda dayansın polis əməkdaşlarının gəlməsini gözləsin”. Bir neçə dəqiqədən sonra polis əməkdaşları gəlmişlər və Emin özünü polis əməkdaşlarına təqdim etdikdən sonra polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 28 may 2022-ci il tarixli qərardan görünür ki, həmin cinayət işi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin 14-cü vərəqəsində olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında 28 may 2022-ci il tarixli, 2/12240 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 15-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 08 may 2020-ci il tarixdə verilmiş AD seriyalı 222336 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 08 may 2030-cu il tarixədək qüvvədə olan “BC” dərəcəli sürücülük hüququ vardır. Cinayət işinin 15-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ Qİİ tərəfindən 04 fevral 2020-ci il tarixdə verilmiş AD seriyalı 734502 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2000-ci il olan «Mercedes Benz C220» markalı ** KM *** dövlət qeydiyat nişanlı avtomobilin mülkiyyətçisi X12r. Cinayət işinin 16 vərəqəsində olan X13 tərəfindən verilmiş etibarnamədən görünür ki, o, mülkiyyətçisi olduğu «Mercedes Benz C220» markalı ** KM *** dövlət qeydiyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası ərazisində 27 may 2021-ci il tarixindən 27 may 2022-ci il tarixədək idarə edilməsi üçün həmin etibarnaməni vermişdir. Cinayət işinin 84-89-cu vərəqələrində olan 19 avqust 2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X13 ibtidai istintaq zamanı ifadə verərək bildirmişdir ki, «Mercedes Benz C220» markalı ** KM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin onun adına qeydiyyata alınmasına baxmayaraq, o, həmin nəqliyyat vasitəsini müəyyən pul müqabilində Təqsirləndirilən şəxs satmışdır. Həmin nəqliyyat vasitəsi üzərində sahiblik, sərəncam və istifadə hüquqları Təqsirləndirilən şəxs aid olduğundan baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı onun sonuncudan heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 28-ci vərəqəsində olan 28 may 2022-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 37-ci vərəqəsində olan 30 may 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ittiham elan etmək mümkün olmadığından şübhəli şəxs statusuna xitam verilmiş və Qaradağ RPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 61-63-cü vərəqələrində olan Məhkəmə-Tibbi Ekspertiza və X10 28 may 2022-ci il tarixli 43 nömrəli meyidin ekspertizası rəyindən görünür ki, mərhum S.Q.Veysəlovun meyitinin bədənində aşkar olunmuş xəsarətlər baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma ilə müşayiət olunan başın sol gicgah-təpə sümüklərinin kəllə əsasına keçən xətti sınığı, başın alın, sol gicgah, sol almacıq, alt çənə, qarın və hər iki diz oynağı nahiyələrinin sıyrıqları, hər iki gözətrafı nahiyələrinin qançır şişkinliyi, sağ baldır sümüyünün qapalı, yerdəyişən sınığı olmuşdur. Habelə, qeyd olunan xəsarətlər həyatidirlər, ölümündən az əvvəl bərk küt əşya (əşyalar)təsirindən yaranmışlar, ölümlə birbaşa səbəbli əlaqəli olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə malikdirlər. Mərhum Q.S.Veysəlovun ölümünə səbəb sol gicgahtəpə sümüklərinin kəllə əsasına keçən xətti sınıqları nəticəsində baş beyin toxumasına, onun mədəciklərinə və qişaları altına qansızma olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən, S.Q.Veysəlovun ölümü onun meyitinin meyitxanada müayinə olunduğu vaxtdan (xx.xx.2022-ci il, saat 09:00-da) 12-14 saat əvvəl baş vermişdir. Mərhum Q.S.Veysəlovun bədənində aşkar olunmuş xəsarətlərin xarakteri və lokalizasiyalarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni hərəkətdə olan avtomobilin piyadanı vurması nəticəsində əmələ gələ bilərdilər. Mərhum Q.S.Veysəlovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti və narkotik maddələr aşkar edilməmişdir. (AKT No1880/K, xx.xx.2022-ci il tarixli). Cinayət işinin 67-ci vərəqəsində olan ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyərləri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 68-69-cu vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 25 iyul 2022-ci il tarixli 8/1797 nömrəli rəyindən görünür ki, «Mercedes Benz C220» markalı ** KM *** dövlət qeydiyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 92-ci vərəqəsində olan 19 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nın 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmuşdur. Cinayət işinin 106-107-ci vərəqələrində olan 19 avqust 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 49-cu vərəqəsində olan 20 iyul 2022-ci il tarixli qərardan görünür ki, S.Q.Veysəlov zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 50-ci vərəqəsində olan 20 iyul 2022-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs mərhum S.Q.Veysəlovun qardaşı Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır. Cinayət işinin 80-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 13 avqust 2022-ci il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi notarial qaydada təsdiq olunmuş ərizədən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin məhkəmə iclasında verdikləri ifadələri, məhkəmə-tibbi, məhkəmə yolnəqliyyat hadisələri ekspertizalarının rəyləri və digər iş materialları ilə onun yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan cinayəti törətməsi tamamilə sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, odur ki, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin İ hissəsinə əsasən sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməlidir. Sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini, gənc olmasını, ehtiyatsızlıqdan ilk dəfə az ağır cinayət törətməsini, ölmüş zərərçəkmiş şəxsin ailəsinə maddi köməklik etməsini və onlarla barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə əsas və əlavə cəzalar təyin edilməli və o, azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bu baxımdan məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan əsas və əlavə cəzalar cəzanın məqsədini təmin edir. Maddi sübutlar və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək, məhkəmə hesab edir ki, «Mercedes Benz C220» markalı ** KM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin faktiki sahibi Təqsirləndirilən şəxs olması nəzərə alınmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. Cinayət işinin materiallarına əlavə edilmiş ibtidai istintaq dövründə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatdan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X11 işə qoşularaq ibtidai istintaq dövründə 30 (otuz) iş saatı cinayət işi üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Həmçinin məhkəmə baxışında müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi işə qoşularaq məhkəmə istintaq dövründə 25 (iyirmi beş) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 180 (bir yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsbarəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346, 347-349, 351-353, 381, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 28 may 2022-ci il tarixdən 30 may 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən nəzərə alınmaqla, həmin müddət təyin olunmuş cəzadan çıxılaraq onun üzərində qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azadlıqdan məhrum etmə növündə cəzanı məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə keçən «Mercedes Benz C220» markalı ** KM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin faktiki sahibi Təqsirləndirilən şəxs olması nəzərə alınsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (Adı: X7, Kodu: 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab № AZ34CTRE ********************, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3) hesabına köçürülsün. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı dövlət hesabına göstərilmiş 30 (otuz) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X6 180 (bir yüz səksən) manat məbləğində, məhkəmə baxışı zamanı göstərilmiş 25 (iyirmi beş) iş saatı hüquqi xidmətə görə Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (bir yüz əlli) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən hökmün ona verildiyi andan 20 (iyirmi) gün müddətində apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar