Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-285/2021 18.08.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, baş ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs xx xxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli (himayəsində bir azyaşlı uşağı olan), işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T Dİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq özündə saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs 31.03.2021-ci il tarixdə, günorta saatlarında qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda bir ədəd gümüşü rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,323 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini istintaqla müəyyən edilməmiş mənbədən əldə edib əynində olan boz rəngli cins şalvarının qabaq sol cibində saxlamaqla daşımış, 01 aprel 2021-ci il tarixdə, saat 20 radələrində Qaradağ RPİ-nin CAŞ-nin əməkdaşları ilə Qaradağ RPİ-nin 38-ci Polis bölməsinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində yerləşən 253 nömrəli tam orta məktəbin qarşısında saxlanılaraq polis bölməsinə aparılmış, orada həmin gün saat 21:10-da videoçəkilişlə müdəfiəçinin iştirakı ilə üzərində aparılmış şəxsi axtarış və götürmə zamanı əynində olan boz rəngli cins şalvarının qabaq sol cibindən həmin bir ədəd qızılı rəngli siqaret kağızı bükümündə təmiz çəkisi 0,323 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Orta təhsillidir, rəsmi olaraq heç bir yerdə işləmir. O, təxminən 2021-ci ilin yanvar ayından etibarən arada bir narkotik vasitəsindən istifadə etmişdir. O, narkotik vasitədən gündəlik istifadə etmədiyini, ay ərzində bir-iki dəfə narkotik vasitə heroindən siqaret falqasında tüstüləməklə istifadə etdiyini bildirmişdir. Həmin maddəni də şəxsi istifadəsi üçün sərf edəcəkmiş, ondan kiməsə pay vermək və ya satmaq fikri olmamışdır. İlk dəfə narkotik vasitəni isə üzdən tanıdığı, lakin anket məlumatlarını, eləcədə yaşadığı ünvanını bilmədiyi şəxsdən alıb tək istifadə etmişdir. 31.03.2021-ci il tarixdə, saat 14 radələrində Nəsimi rayonuna «Kubinka» adlanan yerə getmişdir. Həmin yerə getməkdə məqsədi narkotik vasitə almaqdan ibarət olmuşdur. «Kubinka» adlanan ərazidə bu cür maddələrdən istifadə edənlərin daha çox olmasını eşitmişdir. Bu minvalla da həmin ərazidə gəzərkən təsadüfən bir nəfər şəxslə rastlaşmış və bir qədər söhbət etmişdir. Aralarında olan söhbət zamanı həmin şəxsin narkotik aludəçisi olması ona məlum olmuşdur. Bu səbəbdən də həmin şəxsə şəxsi istifadə üçün narkotik vasitə axtardığını demişdir. Həmin şəxs isə üzərində heroin narkotik vasitəsi olduğunu və 10 manat pul müqabilində satdığını ona bildirmişdir. Onunla razılaşdıqdan sonra 10 manat pul müqabilində ona 01 ədəd qızılı siqaret kağızı bükümündə bükümü verib içərisində heroin narkotik vasitəsi olduğunu və bir dəfə istifadə üçün kifayət etdiyini bildirmişdir. Bundan sonra həmin şəxsin telefon nömrəsini istəmiş, lakin nömrəsini ona verməkdə ehtiyat edib «Kubinka»-da yaşamadığını bildirmişdir. Həmin şəxslə sağollaşıb ondan ayrılmış və birbaşa yaşadığı Qaradağ rayonu, Sahil qəsəbəsinə gəlmişdir. Həmin gün qeyd edilən narkotik vasitəni istifadə etməmiş və əynində olan boz rəngli cins şalvarının qabaq cibində ağrıları olarsa qəbul etməsi üçün saxlamışdır. Səhərsi gün, yəni 01 aprel 2021-ci il tarixdə, axşam saat 20 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən 253 nömrəli məktəbin qarşısında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıb özlərini 38-ci polis bölməsinin əməkdaşları kimi təqdim etmiş, ondan anket məlumatlarını soruşmuşlar. O da polis əməkdaşlarına özünü təqdim etmişdir. Bundan sonra polis əməkdaşları ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu 38-ci Polis bölməsinə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə həmin bölmənin inzibati binasına gəlmişdir. Polis bölməsində təqdim edilmiş müdafiəçi Əlisəfa Əliyevin iştirakı ilə polis əməkdaşı tərəfindən onunla sorğu-sual aparılaraq üzərində qanunla qadağan edilmiş əşya və predmetlərin, narkotik vasitələrin olub-olmaması barədə sual verilərkən, üzərində narkotik vasitə olduğunu bildirmişdir. Daha sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış və götürmə aparılarkən əynində olan boz rəngli şalvarının qabaq sol cibindən 01 ədəd qızılı rəngli siqaret kağızı bükümündə olan maddəni çıxardıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı həmin bükümü açmış və içərisindən qəhvəyi rəngli, toz şəkilində, iysiz maddə aşkar edilmişdir. Sorğu-sual zamanı həmin maddənin narkotik vasitə heroin olduğunu, Nəsimi rayonunda «Kubinka» adlanan ərazidə tanımadığı bir nəfər şəxsdən 10 manat pul müqabilində aldığını bildirmişdir. Daha sonra aşkar olunmuş maddə polis əməkdaşı tərəfindən zərfə qoyularaq üzəri möhürlənmiş, bununla bağlı protokol tərtib edilmiş, protokol onunla yanaşı digər iştirakçılar tərəfindən də imzalarla təsdiq edimişdir. O, öz ifadəsində son olaraq ilk dəfə cinayət törətdiyini, törətdiyi əməldən peşman olduğunu, ailəli olmaqla həyat yoldaşının heç bir yerdə işləmədiyini, himayəsində bir azyaşlı uşağının olduğunu, bundan başqa valideynləri ilə bir ünvanda yaşamaqla atası X5 birinci Qarabağ müharibəsində iştriak edərək yaralandığını, onun ikinci qrup əlil olmaqla heç bir yerdə işləmədiyini, ailədə yeganə qazanc gətirən şəxsin özü olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 01.04.2020-ci il tarixdə saat 20:00 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində yerləşən 253 nömrəli tam orta məktəbin qarşısında olarkən qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi şübhəsi ilə Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Saat 20:30 radələrində Qaradağ RPİ-nin 38-ci PB-nə gətirilmişdir. Burada məlum olmuşdur ki, həmin şəxs xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxsdur. Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi, polis baş leytenantı Şahid2, Qaradağ RPİ-nin CA üzrə kiçik əməliyyat müvəkkili polis serjantı Şahid3, Bakı şəhəri 10 saylı Vəkillər Bürosunun vəkili X3 iştirakı ilə xidməti otaqda videoçəkilişdən istifadə edərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki boz rəngli, cins şalvarının qabaq sol cibindən qızılı rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qızılı rəngli bükümün içərisindən qəhvəyi rəngli, toz şəklində, iysiz maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “heroin” olduğunu və 31.03.2021-ci il tarixində Bakı şəhəri, Nəsimi rayonu ərazisində yerləşən Kubinka adlanan ərazidə olarkən tanımadığı şəxsdən 10 manat qarşılığında aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində qəhvəyi rəngli toz şəklində iysiz maddə olan qızlı rəngli büküm zərfə qoyularaq qablaşdırılmış, 47 saylı möhürlə möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 01.04.2020-ci il tarixdə saat 20:00 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi, E.Quliyev küçəsində yerləşən 253 nömrəli tam orta məktəbin qarşısında olarkən qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi şübhəsi ilə Təqsirləndirilən şəxs tərəflərindən saxlanılmışdır. Saat 20:30 radələrində Qaradağ RPİ-nin 38-ci PB-nə gətirilmişdir. Burada məlum olmuşdur ki, həmin şəxs xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxsdur. Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi, polis baş leytenantı Şahid2, Qaradağ RPİ-nin CA üzrə əməliyyat müvəkkili Şahid1, Bakı şəhəri 10 saylı Vəkillər Bürosunun vəkili X3 iştirakı ilə xidməti otaqda videoçəkilişdən istifadə edərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki boz rəngli, cins şalvarının qabaq sol cibindən qızılı rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi qızılı rəngli bükümün içərisindən qəhvəyi rəngli, toz şəklində, iysiz maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “heroin” olduğunu və 31.03.2021-ci il tarixində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Kubinka adlanan ərazidə olarkən tanımadığı şəxsdən 10 manat qarşılığında aldığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi içərisində qəhvəyi rəngli toz şəklində iysiz maddə olan qızlı rəngli büküm zərfə qoyularaq qablaşdırılmış, 47 saylı möhürlə möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şahid Qaradağ RPİ-nin 11-ci PB-nin əməliyyat müvəkkili Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə iclasında şahidin ifadəsi elan edilmişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində Şahid1 və Şahid3 ifadəsində göstərdiklərini təsdiqləyərək onlarla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 02 aprel 2021-ci il tarixli, 6/1291 №-li rəyindən görünür ki, tədiqiqata təqdim edilmiş, üzərində AR DİN «zərflər üçün № 47 möhür əksi, “vət.Təqsirləndirilən şəxs üzərindən...” və s. yazılar, imzalar olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,323 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq olunmuş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» siyahısına (Siyahı İ) daxildir. Qeyd: heroinin təmiz çəkisi –0,323 qr., sərf edildi 0,05 qram, qalıq 0273, qram. Ekspertiza tədqiqatının dəyəri 109,90 (yüz doqquz manat doxsan qəpik) manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X12 Şəxsi Ambulator X1 16 iyun 2021-ci il tarixli, 1908 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Lakin hal hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi üzrə əldə olunmuş Təqsirləndirilən şəxs götürülmüş 0,323 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin maddi sübut kimi tanınaraq hazırkı çəkisi 0,273 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin məhkəmənin hökmünə qədər Qaradağ RPİ-də saxlanılır. İş materiallarında olan DVD diskə məhkəmə iclasında baxış keçirilmiş və müəyyən edilmişdir ki, Qaradağ RPİ-nin 38-ci PB-də xidməti otaqların birində müdafiəçi X3 iştirakı ilə xidməti otaqda videoçəkilişdən istifadə edərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs təklif edilir ki, üzərində qanunla saxlanması və daşınması qadağan edilmiş əşyaları təqdim etsin. Təqsirləndirilən şəxs əynindəki boz rəngli, cins şalvarının qabaq sol cibindən qızılı rəngli siqaret kağızına bükülmüş bükümü çıxarıb təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi qızılı rəngli bükümün içərisindən qəhvəyi rəngli, toz şəklində maddə aşkar edilir. Təqsirləndirilən şəxs həmin maddənin narkotik vasitə hesab edilən “heroin” olduğunu və 31.03.2021-ci il tarixində Bakı şəhəri Nəsimi rayonu ərazisində yerləşən Kubinka adlanan ərazidə olarkən tanımadığı şəxsdən 10 manat qarşılığında aldığını bildirmişdir. İşdə olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X6 arasında nikah 24.01.2019-cu il tarixdə bağlanmışdır. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, 13.07.2019-cu il tarixdə doğulmuş X8 atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə edilmiş Ə № 012672 nömrəli vəsiqənin surətindən görünür ki, X10 ikinci qrup Qarabağ müharibəsi əlilidir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, həmçinin iş üzrə tədqiq edilmiş sübutların tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli tam sübuta yetir və onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsulliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə olaraq az ağır cinayət əməli törətməsini, əməlini etiraf edərək səmimi peşman olmasını, ailədə yeganə qazanc gətirən şəxs olmaqla atasının ikinci qrup Qarabağ müharibəsi əlili olmasını və himayəsində bir azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələblərinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla, daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məcburi müalicəyə ehtiyacının olmamasını, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi daha məqsədə müvafiq, həmdə cəzanın məqsədlərinə nail olunması baxımdan daha ədalətlidir. Cinayət işinin materiallarından aydın olur ki, Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlinə görə 01 aprel 2021-ci il tarixdən şübhəli şəxs kimi tutulmuş və 03 aprel 2021-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Odur ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən cəza təyini zamanı nəzərə alınmalıdır. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsində nəzərdə tutulmuş vəzifələrin yerinə yetirilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,273 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. 1 ədəd DVD disk cinayət işində saxlanılmalıdır. İş üzrə 109,90 (yüz doqquz manat doxsan qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. İbtidai istintaq zamanı və məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi vəsaiti hesabına müdafiəçi təyin edilmişdir. İbtidai istintaq zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən 48 iş saatı, məhkəmə baxışı zamanı isə Bakı şəhər 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 iş saatı sərf olunmuşdur. Odur ki, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardımla bağlı 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədiyi Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 358, 381 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 10 (on) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesabı ilə hesablanmaqla, hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılsın və ona qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə: yaşadığı ünvan 1 ünvanını hər gün gecə saat 24:00dan növbəti gün səhər saat 06:00-dək, habelə gün ərzində Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasını yaşayış yeri üzrə çəksin, bu cəzanın icrası müddəti onun cəzanı icra edən - probasiya nəzarətini həyata keçirən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Cəzanın icrası Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Qaradağ RPİ-də saxlanılan ümumi qalıq çəkisi 0,273 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. 1 ədəd DVD disk cinayət işində saxlanılsın. İş üzrə 109,90 (yüz doqquz manat doxsan qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi yardımla bağlı 288 (iki yüz səksən səkkiz) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından X3 və məhkəmə baxışı zamanı göstərilmiş hüquqi yardımla bağlı 150 (yüz əlli) manat məbləğində pul dövlət büdcəsinin vəsaiti hesabından Müdafiəçi vəkil işlədikləri Bakı şəhər 10 saylı Vəkil Bürosunun hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Qaradağ rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №1(002)-285/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-285/2021
18.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver