Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(002)-286/2020 03.11.2020 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Bakı şəhərinin rayon məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşımış, Qaradağ RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2020-ci il tarixdə saat 17:20 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsi, M.Seyidov küçəsi, 15 ünvanında yerləşən “Kolxoz” bazarının arxasında saxlanılaraq Qaradağ RPİ-nin 38-ci PB-nə gətirilməklə üzərinə dəvət edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış və götürülmə keçirilərkən qara rəngli əl çantasının cibindən bir ədəd kibrit qutusunda 01 ədəd bükümdə təmiz çəkisi 0,500 qram qəhvəyi rəngli küstar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək protokolla götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən bir ilə yaxındır ki, Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Azərişiq ASC-də elektirik işləyir. Narkotik vasitə olan heroini bir ilə yaxın müddət olar ki, istifadə etməyə başlamış və narkotik vasitə olan heroini iyləmək yolu ilə qəbul etmişdir. xx.xx.2020-ci il tarixdə saat 17:05 radələrində işdən çıxıb yaşadığı Bakı şəhəri,Qaradağ rayonu, Ələt qəsəbəsinə gedərkən Sahil qəsəbəsində yerləşən “Kolxoz” bazarının arxasından keçərkən elə bu vaxt iki nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib özlərinin Qaradağ RPİ-nin əməkdaşları olduqlarını bildirərək ondan Xəqani olub-olmadığını soruşmuşlar. O da özünü polis əməkdaşlarına təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olmaqda şübhəli olduğunu söyləyərək 38-ci PB-nə dəvət etmişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis bölməsinə getmişlər. Bölmədə xidməti otaqların birində onun üzərinə axtarış və götürülmə keçirilməzdən əvvəll şübhəli şəxs kimi tutularaq hüquqları ona izah edilmişdir. Eyni zamanda ona hüquqlarının müdafiəsi üçün vəkil tutmaq hüquqlarım izah edilməklə ona vəkillərin siyahısı təqdim edilmişdir. O özü vəkillərin siyahısından hüqularının müdafiəsi üçün vəkil Şükür Şıxıyevin dəvət olunmasını bildirmişdir. Bundan sonra onun üzərində axtarış və götürülmə keçirilmişdir. Axtarış və götürülmə keçirilən zamanı videoçəkilişdən istifadə edilmiş və bu barədə ona öncədən bildirilmişdir. Habelə orada polis əməkdaşları və vəkili iştirak etmişlər. Həmin vaxt könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üzərinə qoyması təklif olunmuşdur. O da qara rəngli əl çantasının cibindən 01 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra həmin kibrit qutusuna baxış keçirlərkən onun içində 02 ədəd, biri ağ rəngli kağıza digəri isə sellofan bükümə bükülmüş büküm vardır. Bükümlər açıldıqda bildirmişdir ki, ağ rəngli kağız bükümün içərisindəki maddə şüşə, bundan başqa sellofan bükümün içərisindəki qəhvəyi rəngli toz şəkilli spesifik iyə malik olan maddə isə kakos adlanan narkotik vasitədir. Qeyd etdiyi narkotik maddəni xx.xx.2020-ci il tarixdə Qobsutan qəsəbəsində yerləşən dayanacaqda tanımadığı şəxsdən öz istifadəsi üçün almışdır. Belə ki şüşə deyilən narkotik vasitəni 10 manata, kakos deyilən narkotik vasitəni isə 20 manata alımışdır. Ümumilikdə həmin narkotik vasitələrə 30 manat pul vermişdir. Üzərinə əlavə baxış zamanı üzərindən hər hansı bir əşya aşkarlanmamışdır. Bundan sonra üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə zərfə qoyularaq möhürlənərək bu barədə protokol tərtib olunmuş və zərfin üzərinə və protokolla imzalar etmişlər. Həmçinin bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik və psixotrop vasitəni öz istifadəsi üçün əldə etmiş və həmin narkotik vasitəni və psixotrop maddəni kiməsə satmaq və ya pay vermək kimi niyyəti olmamışdır. Son olaraq əməlindən peşmançılıq çəkdiyini, ailəli olmaqla himayəsində iki azyaşlı uşağının olmasını, gənc olmasını, habelə ailəsinin yeganə qazanc gətirən şəxs olmaqla himayəsində xəstə anasının olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, DİO-da 2011-ci ildən xidmət edir. Hazırda Qaradağ RPİ-nin 38-ci polis bölməsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsini icra edir. ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinməsi barədə əvvəllcədən əməliyyat məlumatı daxil olub bu barədə əməliyyat qrupu təşkil edilərək qrupa rəhbərliyi özü etmişdir. xx.xx.2020-cu il tarixdə saat 17:20 radələrində Qaradağ RPİ-nin CAŞ-nin ƏM-li polis kapitanı Şahid2 həmin şöbənin kiçik inspektoru polis serjantı X9 ilə birlikdə Qaradağ rayonu, Sahl qəsəbəsində yerləşən Kolxoz bazarının arxasında Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib “Xəqani” olub-olmamasını soruşmuşlar. Həmin şəxs isə özünü təqdim edərək xx.xx.1986-cı ildə İmişli rayonunda anadan olmuş, ünvan 3 ünvanında yaşadığını və ad soyadının Təqsirləndirilən şəxs olduğunu söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşqul olmaqda şübhəli olduğunu bildirərək 38-ci PBnə dəvət etmişlər. 38-ci PB-də xidməti otaqların birində Xəqanin üzərinə axtarış və götürülmə keçirilməzdən əvvəll şübhəli şəxs kimi tutulması barədə hüquqları izah edilmişdir. Polis bölməsində xidməti otaqda müdafiəçi Şükür Şıxıyevin iştirakı ilə və öncədən Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmə keçirilməsində və videoçəkilişdən istifadə olunacağı barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üzərinə qoyması təklif olunmuşdur.Təqsirləndirilən şəxs qara rəngli əl çantasının cibindən 01 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra həmin kibrit qutusuna baxış keçirlərkən onun içində 02 ədəd, biri ağ rəngli kağıza digəri isə sellofan bükümə bükülmüş büküm vardır. Bükümlər açıldıqda Təqsirləndirilən şəxs bildirmişdir ki, ağ rəngli kağız bükümün içərisindəki maddə şüşə, bundan başqa sellofan bükümün içərisindəki qəhvəyi rəngli toz şəkilli spesifik iyə malik olan maddə isə kakos adlanan narkotik vasitədir. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik maddəni xx.xx.2020-ci il tarixdə Qobsutan qəsəbəsində yerləşən dayanacaqda tanımadığı şəxsdən öz istifadəsi üçün şüşə deyilən narkotik vasitəni 10 manata, kakos deyilən narkotik vasitəni isə 20 manata alımışdır. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş həmin ağ rəngli kağız bükümün içərisindəki maddə və bundan başqa sellofan bükümün içərisindəki qəhvəyi rəngli toz şəkilli spesifik iyə malik olan kütlə zərfə qoyularaq möhürlənmişdır. Xəqaninin üzərinə əlavə baxış zamanı onun üzərindən hər hansı bir əşya aşkarlanmamış və bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Şahid1 ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs heç-bir fiziki və psixolojı təsir göstərilməmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin onun özünə məxsus olmasını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, DİO-da 2009-ci ildən xidmət edir. Hazırda Qaradağ RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsini icra edir. ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinməsi barədə əvvəllcədən əməliyyat məlumatı daxil olub bu barədə əməliyyat qrupu təşkil edilərək qrupa rəhbərliyi Qaradağ RPİ-nin 38-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid1 özü etmişdir. xx.xx.2020-cu il tarixdə saat 17:20 radələrində 38-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid1, həmin idarənin CAŞ-nin kiçik inspektoru polis serjantı Şahid3 Rafiq oğlu ilə birlikdə Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Kolxoz bazarının arxasında Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib ondan “Xəqani” olub-olmamasını soruşmuşlar. Həmin şəxs isə özünü təqdim edərək xx.xx.1986-cı ildə İmişli rayonunda anadan olmuş, ünvan 3 ünvanında yaşadığını, habelə Təqsirləndirilən şəxs olduğunu söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşqul olmaqda şübhəli olduğunu bildirərək 38-ci PBnə dəvət etmişlər. 38-ci PB-də xidməti otaqların birində Xəqanin üzərinə axtarış və götürülmə keçirilməzdən əvvəll şübhəli şəxs kimi tutulması barədə hüquqları izah edilmişdir. Polis bölməsində xidməti otaqda müdafiəçi Şükür Şıxıyevin iştirakı ilə və öncədən Təqsirləndirilən şəxs üzərinə axtarış və götürümə keçirməsi və videoçəkilişdən istifadə olunacağı barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üzərinə qoyması təklif olunmuşdur.Təqsirləndirilən şəxs qara rəngli əl çantasının cibindən 01 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra həmin kibrit qutusuna baxış keçirlərkən onun içində 02 ədəd, biri ağ rəngli kağıza digəri isə sellofan bükümə bükülmüş büküm vardır. Bükümlər açıldıqda Təqsirləndirilən şəxs bildirmişdir ki, ağ rəngli kağız bükümün içərisindəki maddə şüşə, bundan başqa sellofan bükümün içərisindəki qəhvəyi rəngli toz şəkilli spesifik iyə malik olan maddə isə kakos adlanan narkotik vasitədir. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik maddəni xx.xx.2020-ci il tarixdə Qobsutan qəsəbəsində yerləşən dayanacaqda tanımadığı şəxsdən öz istifadəsi üçün şüşə deyilən narkotik vasitəni 10 manata, kakos deyilən narkotik vasitəni isə 20 manata alımışdır. Ümumilikdə 30 manat pul vermişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş həmin ağ rəngli kağız bükümün içərisindəki maddə və bundan başqa sellofan bükümün içərisindəki qəhvəyi rəngli toz şəkilli spesifik iyə malik olan kütlə zərfə qoyularaq möhürlənmişdır. Xəqaninin üzərinə əlavə baxış zamanı onun üzərindən hər hansı bir əşya aşkarlanmamış və bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Şahid2 ona verilmiş əlavə suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs heçbir fiziki və psixolojı təsir göstərilməmiş, Təqsirləndirilən şəxs həmin narkotik vasitənin onun özünə məxsus olmasını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, DİO-da 2011-ci ildən xidmət edir. Hazırda Qaradağ RPİ-nin Cinayət Ağtarış üzrə kiçik inspektoru vəzifəsində çalışır. ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinməsi barədə əvvəllcədən əməliyyat məlumatı daxil olub bu barədə əməliyyat qrupu təşkil edilərək qrupa rəhbərliyi Qaradağ RPİ-nin 38-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid1 özü etmişdir. xx.xx.2020-cu il tarixdə saat 17:20 radələrində 38-ci PB-nin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili polis mayoru Şahid1, həmin idarənin CAŞ-nin ƏM-li polis kapitanı Şahid2 ilə birlikdə Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən Kolxoz bazarının arxasında Təqsirləndirilən şəxs yaxınlaşaraq xidməti vəsiqələrini təqdim edib ondan “Xəqani” olub-olmamasını soruşmuşlar. Həmin şəxs isə özünü təqdim edərək xx.xx.1986-cı ildə İmişli rayonunda anadan olmuş, ünvan 3 ünvanında yaşadığını, habelə Təqsirləndirilən şəxs olduğunu söyləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşqul olmaqda şübhəli olduğunu bildirərək 38-ci PBnə dəvət etmişlər. 38-ci PB-də xidməti otaqların birində Xəqanin üzərinə axtarış və götürülmə keçirilməzdən əvvəll şübhəli şəxs kimi tutulması barədə hüquqları izah edilmişdir. Polis bölməsində xidməti otaqda müdafiəçi Şükür Şıxıyevin iştirakı ilə və öncədən Təqsirləndirilən şəxs üzərinə axtarış və götürümə keçirməsi və videoçəkilişdən istifadə olunacağı barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üzərinə qoyması təklif olunmuşdur.Təqsirləndirilən şəxs qara rəngli əl çantasının cibindən 01 ədəd kibrit qutusunu çıxarıb masanın üzərinə qoymuş, bundan sonra həmin kibrit qutusuna baxış keçirilərkən onun içində 02 ədəd, biri ağ rəngli kağıza digəri isə sellofan bükümə bükülmüş büküm vardır. Bükümlər açıldıqda Təqsirləndirilən şəxs bildirmişdir ki, ağ rəngli kağız bükümün içərisindəki maddə şüşə, bundan başqa sellofan bükümün içərisindəki qəhvəyi rəngli toz şəkilli spesifik iyə malik olan maddə isə kakos adlanan narkotik vasitədir. Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik maddəni xx.xx.2020-ci il tarixdə Qobsutan qəsəbəsində yerləşən dayanacaqda tanımadığı şəxsdən öz istifadəsi üçün şüşə deyilən narkotik vasitəni 10 manata, kakos deyilən narkotik vasitəni isə 20 manata alımışdır. Ümumilikdə 30 manat pul vermişdir. Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş həmin ağ rəngli kağız bükümün içərisindəki maddə və bundan başqa sellofan bükümün içərisindəki qəhvəyi rəngli toz şəkilli spesifik iyə malik olan kütlə zərfə qoyularaq möhürlənmişdır. Xəqaninin üzərinə əlavə baxış zamanı onun üzərindən hər hansı bir əşya aşkarlanmamış və bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. Onuda qeyd etmişdir ki, Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə keçirilərkən zaman vidoçəkiliş onun tərəfindən aprılmış və bu barədə Təqsirləndirilən şəxs əvvəllcədən bildirilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: şübhəli şəxsin tutulması haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.19-20) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 6/1697 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində Azərbaycan Respublikası DİN arayışlar üçün №47 dairəvi möhür əksi olan Təqsirləndirilən şəxs üzərindən sözləri, adlar və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd kibrit qutusunda bir ədəd bükümdə təmiz çəkisi 0,035 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,500 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri-n siyahısına daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanuni ilə təsdiq edilmiş Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısına daxildir. Həmin rəyin qeyd hissəsindən görünür ki, metamfetaminin ümumi təmiz çəkisi – 0.035 qram, tədqiqata sərf edildi - 0,005 qram, qalıq 0,030qram təşkil etmişdir. Heroinin ümumi təmiz çəkisi – 0,500 qram, tədqiqata sərf edildi - 0,05 qram, qalıq 0,450 qram təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 65 (altmış beş) manatdır. (i.v. 34-39) Qaradağ RPİ tərəfindən xx.xx.2011-ci il tarixdə verilmiş AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1986-cı il tarixdə İmişli rayonunda doğulmuş, ünvan 4 ünvanında qeydiyyatdadır. (i.v. 41) Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X5 arasında xx xxxxx 2009-cu ildə 293 №li akt qeydi ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Zülfüqarov, arvada Zülfüqarova soyadı verilmişdir.(i.v. 42) Asan4 tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı 11700192 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.2010-cu il tarixdə ünvan 5 ünvanında qeydiyyatdadır. Atası Təqsirləndirilən şəxs, anası X1r. (i.v. 42) Qaradağ RPİ tərəfindən xx.xx.2016-cı il tarixdə verilmiş AZE seriyalı 11649093 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X17 xx.xx.2016-cı il tarixdə ünvan 5 ünvanında qeydiyyatdadır. Atası Təqsirləndirilən şəxs, anası X1r. (i.v. 42) Maddi sübut kimi tanınma haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, xx xxxxxx 2020-ci il tarixli protokollarla götürülmüş bir ədəd bükümdə təmiz çəkisi 0,035 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metafitam, digər bir ədəd bükümdə təmiz çəkisi 0,500 qram olan qəhvəyi rəngli maddə küstar üsulla hazırlanmış narkotik vasitə heroin iş üzrə maddi sübut kimi tanınmış, kimyəvi ekspertiza keçirildikdən sonrakı qalıq qalmış çəkisi, 0,030 qram narkotik vasitə metamfitamin, 0,450 narkotik vasitə heroin saxlanılması üçün Qaradağ RPİ-nin maddi sübutları saxlama otağına təhvil verilmişdir.(i.v. 53) Müvəqqəti saxlama yerindən azad etmək haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçildiyi üçün, o həmin tarixdə MSY-dən azad edilmişdir. Qətimkan tədbiri seçilməsi barədə xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törəkməkdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş və ondan bu barədə həmin tarixdə iltizam alınmışdır. (i.v.70-72) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 ünvanlanmış tələbnaməyə xx.xx.2020-ci il tarixli cavabdan görünür ki, X4 əvvəllər məhkum olunmasına dair məlumat yoxdur. (i.v.83) Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X16-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının xx xxxxxxxx 2020-ci il tarixli 2413 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v.85-86) Sübutların qiymətləndirilməsi haqqında xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən öz qüvvəsində saxlanılmış, cinayət işi üzrə məhkəmə kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 6/1697 №-li və məhkəmə narkoloji ekspertizalarının xx.xx.2020-ci il tarixli 2413 №-li rəyləri işin faktiki hallarına uyğun olduğundan sübut növü kimi qiymətləndirilmiş, cinayət işinin materiallarına əlavə edsilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərindən götürülmüş təmiz çəkisi 0,035 qram ola ağ rəngli kristallik maddə küstar üsulla hazırlanmış narkotik vasitə- heroin maddi sübut kimi tanınmış, psixotrop maddə metamfetaminin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkiusi 0,030 qram, narkotik vasitə heroinin tədqiqatdan sonra qalıq qalmış ümumi çəkisi 0,450 qram saxzlanılması üçün Qaradağ RPİ-nin maddi sübutların saxlanılması kamerasına təhvil verilmişdir. Odur ki, bu xüsusat nəzərə alınmış, Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini və narkotik vasitə heroini əldə etdiyi şəxsin şəxsiyyətinin müəyyən edilməsinin mümkün olmaması xüsusatı nəzərə alınmış, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə keçirilərkən qeydə alınmış videogörüntü olan 01 ədəd DVD diski, habelə məhkəmə kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 6/1697 №-li və məhkəmə narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2413 №-li rəyləri, təqsirləndirilən şəxsin etiraf edici ifadəsi, şahid ifadələri, ifadənin yerində yoxlanılması protokolu sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmış, cinayət işinin materiallarında görünür ki, ilkin araşdırma zamanı toplanmış material üzrə, eləcə də məhkəmə kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 6/1697 №-li rəyində Təqsirləndirilən şəxs atasının adı Oktay kimi qeyd olunmuşdur, lakin Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinin kserosurəti cinayət işinin materiallarına əlavə olunaraq müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxsdur. Odur ki, bu xüsusat nəzərə alınmış, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri yaranmadığından barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmiş, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşıdığı 0,035 qram psixotrop maddə hesab edilən metamfetamin şəxsi istehlak miqdarından az alduğundan Təqsirləndirilən şəxs verilmiş xx.xx.2020-ci il tarixli ittihamda nəzərə alınmışdır, istintaqı tamamlanmış ********* nömrəli cinayət işindən narkotik vasitənin ənbəsini müəyyən etmək məqsədi ilə material ayrılmış və ********* nömrəli cinayət işindəki sənədlərin ksero surətləri çıxarılıb əməliyyat axtarış tədbirlərinin davam etdirilməsi üçün Bakı şəhəri, Qaradağ RPİ-nin 38-ci polis bölməsinə göndərilmişdir. (i.v.88-95) Məhkəməyə təqdim edilmiş və cinayət işinin materiallarına əlavə edilmiş Qaradağ rayon İHB-nın Ələt qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 778 saylı, xx xxxxxxx 2020-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yaşayır və ailə tərkibi anası X11, qardaşı X12, həyat yoldaşı X5, qızı X10 və qızı X6 ibarətdir. Məhkəmə baxışı zamanı quraşdırılmış kompyuter-texniki vasitələrinin köməkliyi ilə cinayət işinə əlavə edilmiş X7 üzərinə şəxsi axtarış və baxış keçirilməsi istintaq hərəkətləri keçirilərkən qeydə alınmış videodan görüntüdən görünür ki, Qaradağ RPİ-nin 38-ci PB-nin xidməti otaqlarının birində X8 könüllü olaraq üzərində hər hansı bir dövriyyəsi qadağan olunmuş əşya varsa masanın üstünə qoymaq təklif olunmuş, sonuncu qara rəıngli əl çantasının cibindən 01 ədəd kibrid qutusunu çıxardıb masanın üzərinə qoyaraq həmin kibrid qutusunun içində 02 ədəd, biri ağ rəngli kağıza, digəri isə sellofan bükümə bükülmüş büküm vardır. Bükümlər açıldıqda birində ağ rəngli kristallik maddə, digər bükümdə isə içərisindəki qəhvəyi rəngli toz şəkilli spesifik iyə malik olan kütlə vardır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirdi ki, üzərindən aşkar edilərək götürülmüş ağ rəngli kağız bükümə bükülmüş kütlə şüşə adlanan psixotrop maddə metamfetamin, digər bükümə bükülümüş qəhvəyi rəngli toz şəkilli maddə isə kako adlanan narkotik vasitə heroindir. O həmin maddəni xx.xx.2020-ci il tarixdə Qobustan qəsəbəsində yerləşən dayanacaqda tanımadığı şəxsdən öz istifadəsi üçün 30 manata almışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz halda 0,15 qram heroin şəxsi istehlak miqdarından artıq miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» xx xxxx 2003-cü il tarixli 4 saylı qərarının 3- cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, gənc olmasını, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini, (CM 59.2), himayəsində 2 azyaşlı uşağının olmasını (CM-59.1.4) nəzərə alır nəzərə alır və onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini boynuna alması onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə Təqsirləndirilən şəxs gənc olmaqla cəzasını yüngülləşdirən halların mövcud olmasını və cəzasını ağırlaşdıran halların olmamasını,, sonuncunun təqsirləndirildiyi maddənin sanksiyasında azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəza növünün müəyyən edildiyini, hazırda onun cəmiyyətdən təcrid edilməsinə zərurətin olmadığını nəzərə alıb belə qənatə gəlir ki, humanizm və obyektivlik baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi CMnin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1-ci maddəsinə əsasən yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2-ci maddəsinə əsasən elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3-ci maddəsinə əsasən məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4-ci maddəsinə əsasən müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin: 15.5-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə müvafiq vəzifələrinin qoyulmasını zəruri hesab edir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, onun xx xxxxxx 2020-ci il tarixdən xx xxxxxx 2020-ci il tarixədək tutma altında saxlanıldığı müddət nəzərə alınmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə Təqsirləndirilən şəxs üzərinə yaşadığı ünvan 1 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüquqlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM-52-1), təyin olunmuş cəzanın icrası Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya Şöbəsinə həvalə olunmalı (CİM 15.5-1), təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsi xeyrinə tutulmalı, iş üzrə maddi sübut kimi tanınmış Qaradağ RPİ-də saxlanılan psixotrop maddənin və narkotik vasitənin qalığı hökm qanuni qüvvəsinin aldıqldan sonra məhv edilməli və sübut növü kimi tanınmış 01 DVD disk cinayət işinin materiallarında saxlanmalı, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınmalıdır (CM-nin 93.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı əlavə olaraq məhkəmə qeyd edir ki, X3: 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir; 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir; “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin x xxxxxx 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4-cü və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkəməyə təqdim edilmiş ibtidai istintaq dövründə və məhkəmədə dövlət hesabına göstərilən hüquqi yardım barədə hesabatlardan görünür ki, müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X13 xx.xx.2020-ci il tarixli № 1605 saylı order əsasında işə qoşularaq ibtidai istintaq dövründə 60 (altmış) iş saatı və Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi xx.xx.2020-ci il tarixli № 1956 saylı order əsasında işə qoşularaq məhkəmədə 10 (on) iş saatı cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi yardım göstərmişlər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkil X13 tərəfindən göstərilmiş cəmi 60 (altmış) iş saatı hüquqi yardıma görə 360 (üç yüz altmış) manat vəsait və vəkil Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsə məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə isə 90 (doxsan) manat vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 192, 193, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci il tarixindən xx xxxxxx 2020-ci il tarixinədək tutulduğu cəmi 02 gün müddət bir günə iki gün hesabı ilə hesablanaraq 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulsun və təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlansın. Təqsirləndirilən şəxs üzərinə; yaşadığı ünvan 1 ünvanını gün ərzində saat 23:00-dan 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası daimi yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri Qaradağ rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Cinayət işi üzrə maddi sübut - Bakı şəhəri Qaradağ RPİ-də saxlanılan psixtorop maddənin qalığı 0, 030 qram metafetamin və narkotik vasitənin qalığı- 0,450 qram heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin və sübut növü kimi tanınmış 01 CD disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatlarının dəyəri 65 manat (altmış beş) manat vəsait Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı vəkil X13 tərəfindən göstərilmiş cəmi 60 (altmış) iş saatı hüquqi yardıma görə 360 (üç yüz altmış) manat vəsait və vəkil Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsə məhkəmədə göstərilmiş cəmi 15 (on beş) iş saatı hüquqi xidmətə görə isə 90 (doxsan) manat vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından işlədikləri Bakı şəhəri 10 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №1(002)-286/2020
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Hökm — İş №1(002)-286/2020
03.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver